Əbü’l-Qasım Qanət ibn Əli ibn Əhməd Naxçıvani
980
TAŞKÖPRÜZADƏ, Şəqaiqü’n-Numaniyyə, s. 214; ƏDNİRƏVİ, Təbəqatü’l-Müfəssirin, s. 170-171; KATİB ÇƏLƏBİ,
Kəşfü’z-Zünun, C. II, s. 381, 669, 1233; NƏFİSİ, Tarixi-Nəzm və Nəsr, C. I, s. 282. Ədnirəvi digər alim haqqında məlumat
verən digər müəlliflərdən fərqli olaraq onun ‚İbn Əlvan ər-Rumi‛ ləqəbi ilə tanındığını və 902-ci ildə (1497) vəfat
etdiyini qeyd etmişdir.
Mühəddis idi. H. 591-ci (1195) ildə Qəzvində bu şəhərin qazisi Hüseyn ibn Əhməd ibn
Bəhramdan və digər başqa alimlərdən hədis dərsləri almışdı
981
. Ölüm tarixi məlum
deyil.
Əbu Səid Sələmə ibn Bəndar ibn Hüseyn əl-Ərməniyyi Naxçıvani
Əslən Ərməniyyədən olan azərbaycanlı mühəddis idi. Naxçıvanda yaşamış, daha sonra
Bağdada getmiş və orada Əbu Bəkr Süfyan ibn Səid əl-Misri, Muhəmməd ibn Əli ibn
Əbü’l-Hədid əl-Misri, Bəkr ibn Əhməd ət-Tunisi, Muhəmməd ibn Ömər əd-
Dəməşqidən hədis dinləmiş və nəql etmişdi. Əbü’l-Həsən Muhəmməd ibn Əhməd əl-
Bəzzaz Bağdadi ondan hədis dinləmişdi
982
. Ölüm tarixi məlum deyil. IX-X əsrlərdə
yaşamışdır.
Şeyx Şəmsəddin Əbu Abdullah Muhəmməd ibn İbrahim ibn Muhəmməd ibn
Əbdürrəhman Naxçıvani
Şafi’i məzhəbinə mənsub mühəddis idi. İbrahim ibn Əli ibn Muhəmməd ibnü’l-Hübubi,
Əli ibn Muhəmməd ibn Harun, Əli ibn Ömər Vani, Əbü’l-Abbas Əhməd ibn
Muhəmməd Məqdisi, Əbdürrəhim ibn Əbdülmühsin əl-Minşavi və Əbü’l-Həsən Əli
ibn İsa ibnü’l-Qəyyimdən
983
hədis dinləmişdi. Şeyx Şəmsəddin Muhəmməd Naxçıvani
zahirən xoş simalı olmaqla yanaşı, ləyaqətli, cəsur və dərin zəka sahibi insan idi.
Qahirədəki ‚Səidü’s-Süəda‛ xanəgahının şeyxi idi və burada hədis tədrisi, irşad və
mənəvi tərbiyə ilə məşğul olmuşdu. Şeyx Şəmsəddin Naxçıvani H. 21 məhərrəm 738-ci
ildə (19 avqust 1337) şeyxi olduğu xanəgahında vəfat etmiş və Sufiyyə qəbristanında
dəfn edilmişdi
984
.
Şeyx Şəmsəddin Əbu Abdullah Muhəmməd ibn Əhməd ibn Muhəmməd Naxçıvani
981
RAFİ’İ, Tədvin, C. IV, s. 76.
982
SƏM’ANİ, Kitabü’l-Ənsab, C. IV, s. 426.
983
Bu şəxs məşhur mühəddis Şəmsəddin ibnü’l-Qəyyim əl-Cəvziyyə (öl. 1350) deyil, başqasıdır.
984
İBN RAFİ’, əl-Vəfayat, s. 9; MƏQRİZİ, Kitabü’l-Müqəffə, C. V, s. 99.
Şafi’i məzhəbinə mənsub fəqih idi. h. 645-ci ildə (1247) Anadoluda, Ağsaray şəhərində
anadan olmuşdu. Təhsil almaq məqsədiylə Anadoludan Misirə getmişdi. Misirdə şeyx
Şəmsəddin əl-İsbəhaninin tələbəsi olmuş, ondan fiqh və fiqh üsulu dərsləri almışdı.
Təhsilini bitdikdən sonra Misirdəki əl-Fəyyum mədrəsəsində tədrislə məşğul olmuşdu.
Daha sonra Bəybarsiyyə xanəgahı şeyxliyinə təyin olunmuş, burada irşad və mənəvi
tərbiyə ilə məşğul olmuşdu. Bu xanəgah Qahirədən şimalda, Nil deltasında yerləşirdi.
Şeyx Şəmsəddin Naxçıvani bütün Misirdə xeyirxah, fəzilətli və saleh insan kimi
tanınmışdı. O, h. 13 zilqədə 722-ci ildə (23 noyabr 1322) vəfat etmişdi. Cənazəsi Qahirə
yaxınlığındakı Babü’n-Nəsr adlanan yerə gətirilmiş və cənazə namazını Misirin baş
qazisi Bədrəddin Muhəmməd ibn Cəmaə qıldırmışdı. Alim Babü’n-Nəsrdəki əs-Sufiyyə
qəbristanında dəfn edilmişdi
985
.
Əbü’l-Abbas Əhməd ibn Hüseyn ibn Nəbhan Naxçıvani
Hədis ravisi idi. Əbu Bəkr Əhməd ibn Həccaf əl-Azəri Naxçıvanidən hədis dinləmiş və
nəql etmişdi. Hədis hafizi Əbu Abdullah Naxçıvani və Əbu Hatim Əbdürrəhman
ibnü’r-Rəvvas Naxçıvani də Naxçıvanda onun dərslərində iştirak etmiş və ondan hədis
dinləmişdilər
986
. Ölüm tarixi məlum deyil. Təqribən X-XI əsrlərdə yaşamışdır.
Əbü’l-Fəzl Xudadad ibn Asim ibn Bəkran Naxçıvani
Yaşadığı dövrün tanınmış mühəddislərindən idi. O, Gəncədə kitabxana xəzinədarı
işləmişdi. Bağdad və bir sıra digər şəhərlərdə olmuş, buradakı ravilərdən hədis
dinləmişdi. Əbdülkərim ər-Rafi’inin yazdığına görə Əbü’l-Fəzl Xudadad Naxçıvani bir
müddət Qəzvində olmuş və burada mühəddis İbrahim ibn Hümeyr əl-Xiyaricidən
hədis dinləmişdi
987
. Onun hədis dinlədiyi mühəddislərdən Əbu Nəsr Əbdülvahid ibn
Hubeyrə Qəzvini, Həsən ibn Əli, Əbu Müslim Əbdürrəhman Nəhavəndi, Əbu Saleh
Şueyb ibn Saleh Təbrizinin adlarını sadalamaq olar. Əbü’l-Müfərrəc ibn Əbu Abdullah
Naxçıvani ondan hədis dinləmişdir. Məşhur bioqraf və tarixçi Əli ibn Hibətullah ibn
985
MƏQRİZİ, Kitabü’l-Müqəffa, C. V, s. 279.
986
YAQUT əl-HƏMƏVİ, Mu’cəmü’l-Büldan, C. V, s. 437; İBN ƏSAKİR, Tarixu-Mədinəti-Diməşq, C. LVIII, s. 376.
987
RAFİ’İ, Tədvin, C. III, s. 22.
Makula (öl. 1082) öz əsərində Gəncədə onun tələbəsi olduğunu və ondan hədis
dinlədiyin qeyd etmişdi
988
. Əbü’l-Fəzl Xudadad Naxçıvaninin ölüm tarixi məlum deyil.
XI əsrdə yaşamışdır.
‚Mu’cəmü’l-Büldan‛ xaricində alim haqqında məlumat verən bütün mənbələr onun
adını ‚Xudadad‛ olaraq qeyd edirlər. Sadəcə Yaqut əl-Həməvi öz əsərində alimin adını
‚Həddad‛ olaraq qeyd etmişdir. Mərhum akademik Ziya Bünyadov da onun adını,
Yaqut əl-Həməviyə istinadən, ‚Həddad ibn Bəkran Naxçıvani‛ olaraq qeyd etmişdir
989
.
Şeyx Əli ibn Əhməd əs-Səudi Naxçıvani
Şafi’i məzhəbinə mənsub fəqih idi. Qahirədə yaşamış, bu şəhərin Babü’l-Qunturə
səmtindəki zaviyədə irşadla məşğul olmuşdu. H. 19 ramazan 740-cı ildə (19 mart 1340)
vəfat etmişdi. Onun cənazə mərasimi xeyli izdihamlı olmuşdu. Qahirə əhalisi ilə yanaşı,
şəhərin bütün qaziləri və fəqihləri onun dəfnində iştirak etmişdilər
990
.
Hafiz Əbu Abdullah Naxçıvani
əl-Mişkani ləqəbi ilə tanınan alim yaşadığı dövrün məşhur hədis hafizlərindən biri idi.
O, həmçinin şafi’i məzhəbi üzrə fəqih idi. Əbü’l-Abbas Əhməd ibn Hüseyn ibn Nəbhan
Naxçıvanidən hədis dinləmiş və nəql etmişdi
991
. Ölüm tarixi məlum deyil. XI əsrdə
yaşamışdır.
Əbü’l-Müfərrəc ibn Əbu Abdullah Naxçıvani
Hədis ravisi idi. Hafiz Əbu Abdullah Naxçıvaninin oğlu idi. Atasından və Əbü’l-Fəzl
Xudadad Naxçıvanidən hədis dinləmiş və nəql etmişdi
992
. Ölüm tarixi məlum deyil. XI-
XII əsrlərdə yaşamışdır.
988
SƏM’ANİ, Kitabü’l-Ənsab, C. IV, s. 426; YAQUT əl-HƏMƏVİ, Mu’cəmü’l-Büldan, C. II, s. 156, C. VI, s. 437; İBN
MAKULA, İkmal, C. I, s. 142, C. II, s. 459.
989
Bax: BÜNYADOV, Azərbaycan Atabəyləri Tarixi, s. 231. ‚Həddad‛ ərəb dilində dəmirçi mənasını ifadə edir.
‚Xudadad‛ isə kifayət qədər yayğın addır və fars dilində ‚Allahın verdiyi, Allahverdi‛ mənasını ifadə edir.
990
İBN RAFİ’, əl-Vəfayat, s. 29.
991
YAQUT əl-HƏMƏVİ, Mu’cəmü’l-Büldan, C. V, s. 437; ƏBU TAHİR İSFƏHANİ, Mu’cəmü’s-Səfər, s. 379.
992
YAQUT əl-HƏMƏVİ, Mu’cəmü’l-Büldan, C. V, s. 437; ƏBU TAHİR İSFƏHANİ, Mu’cəmü’s-Səfər, s. 379-380.
Fəxrəddin Əbü’l-Qasım Əli ibn Nəmim ibn Xələf Naxçıvani
Qari idi. Həmçinin hədis dərsləri vermişdir
993
. Ölüm tarixi və ya yaşadığı dövr
haqqında İbnü’l-Fuvati heç bir məlumat verməmişdir.
Əbu Abdullah Muhəmməd ibn Yusif Naxçıvani
Qari idi. Qur’ani-Kərimin qiraət və təcvidini Əbu Bəkr ibnü’l-Cəndi və digər alimlərdən
öyrənmişdi. Qahirədəki Zahiriyyə və Bəybarsiyyə mədrəsələrində ‚sədrü’l-qurra‛
994
,
yəni Qur’an qiraəti dərsləri verən müəllimlərin başçısı idi. Misirdə onun qiraət
dərslərində çox sayıda tələbə iştirak edirdi. Alim h. 811-ci ilin şaban ayında (yanvar
1409) vəfat etmişdi
995
.
Şihabəddin Əhməd ibn Həsən ibn Əli ibn Abdullah Naxçıvani
Hənəfi məzhəbinə mənsub fəqih idi. Mədinədə yaşamışdı. H. 891-ci ildə (1486)
Qahirəyə getmiş, buradakı alimlərin yanında müxtəlif elmi biliklərə yiyələnmiş, daha
sonra Mədinəyə qayıtmışdı. Mədinədə hərameynin hənbəli qazisi Şərif əl-Muhyəvinin
yanında imam Buxarinin ‚Səhih‛ adlı hədis külliyatını oxumuşdu. Daha sonra
Şəmsəddin Marağinin tələbəsi olmuşdu. Mədinə şəhərində yaşayıb elmi fəaliyyət və
tədrislə məşğul olan Şihabəddin Əhməd Naxçıvani təqribən h. 920-ci ildə (1514) bu
şəhərdə vəfat etmişdi
996
.
Şeyx Şihabəddin Əhməd ibn Mahmud ibn Muhəmməd əl-Cə’fəri Naxçıvani
Şeyx seyyid Şihabəddin Əhməd şafi’i məzhəbinə mənsub fəqih idi. Dəməşqdəki
Sümeysatiyyə xanəgahının şeyxi olmuş, burada fiqh dərsləri ilə yanaşı mənəvi tərbiyə
993
İBNü’l-FUVATİ, Məcməü’l-Adab , C. IV/3, s. 239.
994
Müasir təhsil sistemi ilə müqayisə edəcək olsaq bu ‚Qur’an qiraəti kafedrası müdürlüyü‛ kimi vəzifədir deyə
bilərik.
995
İBNü’l-CƏZƏRİ, Qayətü’n-Nihayə, s. 734.
996
Şəmsəddin Əbü’l-Xeyr Muhəmməd ibn Əbdürrəhman əs-SƏXAVİ, Tuhfətü’l-Lətifə fi Tarixi’l- Mədinətü’ş-Şərifə, C. I,
s. 67, Qahirə 1958.
və irşadla da məşğul olmuşdu. Şeyx Şihabəddin Əhməd h. 781-ci ilin şəvval (yanvar
1380) ayında vəfat etmişdi
997
.
Vəzir Fəxrəddin Əbü’l-Fəzl Muhəmməd ibn Deyləmşah ibn Muhəmməd Naxçıvani
Əsilzadə və vəzir ailəsində yetişmiş şəxs idi. Eldənizlilərin hakimiyyəti dövründə
(1136-1225) Naxçıvanda divanü’l-istifada
998
qulluq etmişdir. Lakin o, bütün var-
dövlətini, vəzifəsini və dünya işlərini buraxaraq Əhərə getmişdi. Burada sufi şeyxi
Qütbəddin Əbdülqadir ibn Həmzə Əhərinin xidmətinə daxil olmuş və onun əlindən
xirqə geyərək təsəvvüf yoluna qədəm qoymuşdu. İbnü’l-Fuvati Fəxrəddin Əbü’l-Fəzl
Naxçıvanini h. 659-cu (1261) ildə Əhərdə gördüyünü, onun kafirlərin (ehtimal ki, moğol
əsgərlərini nəzərdə tutur) əlindən qaçdığını qeyd etmişdir. İbnü’l-Fuvati yazır: ‚onu
daha sonra h. 670-ci ildə (1272) Marağada gördüm. Nəsirəddin Tusi (öl. 1274) onunla
görüşmüş, ona ehtiramını bildirmiş və onu təqdir etmişdi‛. İbnü’l-Fuvatinin
bildirdiyinə görə Fəxrəddin Əbü’l-Fəzl Naxçıvani həmçinin şair idi və farsca gözəl
şerlər deyirdi. Fəxrəddin Əbü’l-Fəzl Naxçıvani h. 678-ci ilin rəcəb ayında (noyabr 1279)
vəfat etmişdi
999
.
Fəxrəddin Hinduşah ibn Səncər ibn Abdullah əs-Sahibi Naxçıvani
XIII-XIV əsrlərdə yaşamış azərbaycanlı tarixçi, dövlət xadimi, siyasət nəzəriyyəçisi,
filoloq və ədib idi. Naxçıvanın Gilan qəsəbəsində dünyaya gəlmişdi. Bu qəsəbənin
qalıqları indi Xaraba-Gilan adlanır və Ordubad rayonun Kələntər-Dizə kəndi
yaxınlığında yerləşir
1000
. Hinduşah Naxçıvani Bağdadda, Müstənsiriyyə mədrəsəsində
təhsil almış, daha sonra bu mədrəsədə dərs vermişdi. O, qardaşı Seydəddin Mahmud
Naxçıvani ilə birlikdə Elxanilərin sarayında qulluq etmişdi. Elxanilərin vəzirlərindən
sahibi-divan Əlaəddin Ətaü’l-Mülk Cüveyni və onun oğlu Şəmsəddin Muhəmmədlə
yaxın münasibətləri səbəbiylə ‚əs-Sahibi‛ ləqəbi ilə tanınmışdı. H. 674-cü (1275) ildə
997
İBN HƏCƏR, İbnai’l-Ğumr, s. 64.
998
Divanü’l-İstifa-Maliyyə nazirliyi. Müstəvfi-maliyyə müfəttişi. Fəxrəddin Əbü’l-Fəzl Naxçıvani ‚vəzir‛ titulu
daşıdığı üçün böyük ehtimalla sahibi-divanü’l-istifa (baş müstəvfi), yəni maliyyə naziri olmuşdur.
999
İBNü’l-FUVATİ, Məcməü’l-Adab , C. IV/3, s. 325.
1000
Xaraba-Gilan haqqında ətraflı məlumat üçün bax: Bəhlul İBRAHİMOV, ‚Qorodişe Xaraba-Qilan‛, İrs Jurnalı, №
1 (19), Bakı 2006, ss. 24-27.
Seyfəddin Mahmud Naxçıvani Elxanilər tərəfindən Kaşan
1001
hakimliyinə, qardaşı
Hinduşah Naxçıvani isə onun naibliyinə, köməkçiliyinə təyin olunmuşdu. Ömrünün
son illərində isə Hinduşah Naxçıvani Luristan atabəylərindən Nüsrətəddin Əhməd ibn
Yusifşahın (1295-1330) sarayında işləmişdi. Alimin ölüm tarixi h. 730-cu (1330) ildən
sonraya təsadüf edir. Hinduşah Naxçıvani müxtəlif elm sahələrinə dair bir neçə əsərin
müəllifi idi. Bunlardan ən məşhuru onun h. 724-cü (1324) ildə yazıb başa çatdırdığı və
Luristan atabəyi Əhmədə ithaf etdiyi ‚Təcaribü’s-Sələf‛ adlı farsca əsərdir. Bu əsər
əslində dövlət xadimi və tarixçi Səfiyəddin Muhəmməd İbnü’t-Tiqtəqənin (1262-1309)
‚Münyətü’l-Füzəla fi Təvarixi’l-Xüləfa və’l-Vüzəra‛ adlı əsərinin ərəbcədən farscaya
tərcüməsidir. İbnü’t-Tiqtəqə bu əsərini Mosul hakimi əmir Fəxrəddin İsaya ithafən
qələmə almışdı. Tarix, siyasət, dövlət idarəçiliyi və rəsmi protokol qaydaları haqqında
olan bu əsər ‚Kitabü’l-Fəxri‛ adı ilə tanınmışdı. Lakin ‚Təcaribü’s-Sələf‛ Hinduşah
Naxçıvaninin əlavələri və şərhləri ilə ‚Kitabü’l-Fəxri‛dən bir neçə dəfə daha iri həcmli
hala gəlmişdi. Hinduşah Naxçıvaninin digər bir əsəri isə ‚Sihahü’l-Əcəmiyyə‛ adlı
farsca-türkcə lüğətdir. Bu əsərin əlyazma nüsxələrindən biri Konya BYEK-də saxlanılır.
Hinduşah Naxçıvani ədəbiyyatşünaslığa dair h. 730-cu (1330) ildə yazıb bitirdiyi
‚Məvaridü’l-Ədəb‛ adlı əsərin və farsca şerlərin toplandığı ‚Divan‛ın müəllifi idi
1002
.
Şəmsəddin Muhəmməd ibn Hinduşah ibn Səncər Naxçıvani
Hinduşah Naxçıvaninin oğlu və atasının elmi irsinin layiqli davamçısı olan Muhəmməd
Naxçıvani Elxanilərin vəzirlərindən Rəşidəddin Fəzlullahın (öl. 1318) oğlu Qiyasəddin
Muhəmmədin (öl. 1336) münşisi, katibi olmuşdu. Elxanilərin hakimiyyətinin sona
çatmasından (1357) sonra təcrübəli dövlət xadimi kimi Cəlayiri hökmdarı sultan Üveys
(1356-1374) tərəfindən saraya cəlb olunmuşdu. Cəlayirilər dövründə bir müddət
dövlətin baş qazisi (qaziü’l-quzat) vəzifəsində çalışmışdır. Şəmsəddin Muhəmməd
Naxçıvani özünün ‚Dəsturü’l-Katib fi Təyinü’l-Məratib‛ adlı dövlət təşkilatı və
idarəetməyə dair əsəri ilə şöhrət tapmışdır. O, bu əsəri sultan Üveysə təqdim etmişdi.
1001
Kaşan-İranda, Qumla İsfəhan arasında, Tehranın təqribən 190 km cənubunda yerləşən şəhər.
1002
BAĞDADLI, İzahü’l-Məknun, C. II, s. 383; KƏHHALƏ, Mu’cəmü’l-Müəllifin, C. IV, s. 67; NƏFİSİ, Tarixi-Nəzm və
Nəsr, C. I, s. 184; TƏRBİYƏT, Danişməndan, s. 391.
Elxani hömdarı Əbu Səid Bahadır (1316-1335) Şəmsəddin Naxçıvaninin dövlət
işlərindəki bacarıq və istedadını görərək ona bu mövzuda təfsilatlı bir əsər yazmağı
tapşırmışdı. Lakin rəsmi işlərin çoxluğu səbəbiylə bu əsərin yazılıb başa çatdırılması
xeyli vaxt aparmışdı. Buna görə də müəllif əsərini Cəlayirilərin hakimiyyəti illərində
bitirə bilmişdi. Əsər axıcı və rahat dillə qələmə alınmışdı. Əsərdə torpaq mülkiyyət
formaları, torpaqdan istifadə, kənd təsərrüfatının idarə edilməsi, kəndlilərin iqtisadi
vəziyyətinin yaxşılaşdırılması, vergilər və onların yığılması, ədiliyyə sistemi,
şəhərlərdəki ictimai-mədəni vəziyyət, ticarət və sənətkarlığın inkişaf etdirilməsi,
məskun və köçəri əhalinin iqtisadi problemləri, emar fəaliyyətləri, şəhərsalma,
körpülər, kanallar və yolların inşası, ordu nizamı, dövlət təşkilatı, məmurların iyerarxik
nizamının qorunması, tanınmış elm və dövlət xadimləri, zadəganlar, iri bürokratlar,
məşhur şəxsiyyətlər haqqında dəyərli məlumatlar verilmişdir. Əsərin maraqlı
qismlərindən biri də ‚Dər icabəti-təyine-münhiyan və cəsusan‛ başlığı altında
kəşfiyyat-istixbarat fəaliyyətlərinin əhəmiyyəti və təşkili haqqında Şəmsəddin
Naxçıvaninin fikir və mülahizələrdir. O, bu mövzudakı fikir və mülahizələrini altı alt
başlıqda izah etmişdir. Bu əsər eyni zamanda yazıldığı dövr üçün dəyərli tarixi
mənbədir
1003
. Bu səbəblədir ki, ‚Dəsturü’l-Katib‛ Nizamülmülkün ‚Siyasətnamə‛si və
Rəşidəddin Fəzlullahın ‚Camiü’t-Təvarix‛i ilə bir səviyyədə tutulur
1004
. Əsərin dünyada
6 əlyazma nüsxəsinin olduğu bilinir. Bunlardan biri Ankarada, Milli kitabxanada, bir
digəri isə İstanbulda, Köprülü yazma əsərlər kitabxanasında saxlanılır. ‚Dəsturü’l-
Katib‛in bütün əlyazma nüsxələri tədqiq edilərək hazırlanmış rusca mətni 1964 və
1976-cı illərdə Ə. Əlizadə tərəfindən Moskvada iki cild halında nəşr olunmuşdur.
Şəmsəddin Muhəmməd Naxçıvani ‚Sihahü’l-Furs‛ adlı farsca-türkcə lüğətin də
müəllifi idi. Alim h. 778-ci (1376) ildə vəfat etmişdir.
Mövlana Muhəmməd ibn İdris Naxçıvani
1003
NƏFİSİ, Tarixi-Nəzm və Nəsr, C. I, s. 184; TƏRBİYƏT, Danişməndan, s. 391; Mustafa UYAR, ‚Hinduşah
Nahçıvani’ye Ait Düstur el-Katib fi Ta’yin el-Meratib Adlı Eserde Casusluk Anlayışı‛, AÜTAD, XXIV/39, Ankara
2005, ss. 281-289. Dos. Dr. Mustafa Uyar mühüm bir səhvə yol vermişdir. ‚Dəsturü’l-Katib‛ Hinduşah Naxçıvani
deyil, onun oğlu Muhəmməd ibn Hinduşah Naxçıvani tərəfindən qələmə alınmışdır.
1004
‚Naxçıvanın Görkəmli Şəxsiyyətləri‛,
http://shexsiyyetler.nakhchivan.az/meh_naxcivani.html
Təsəvvüf əhlinə mənsub alim idi. Təqribən XV-XVI əsrlərdə Osmanlı dövlətində
yaşamış mövlana Muhəmməd Naxçıvaninin həyatı haqqında ətraflı məlumat yoxdur.
O, mənəviyyat, tərbiyə, irşad və İslam əxlaqına dair ‚Füsul Mə’rifətü’t-Təlbis və Üsuli’t-
Təmyiz beynə’t-Təsəvvüf və’t-Tədlis‛, ‚Tə’rifü’t-Təlbis və Təbyidi-İblis‛ və
‚Tərcüməyi-Əxlaqi-Muhsinin‛ adlı əsərlərin müəllifi idi
1005
. Bunlardan ilk ikisi ərəbcə,
sonuncusu isə türkcə qələmə alınmışdır. ‚Füsul Mə’rifət‛in bilinən tək nüsxəsi
Türkiyədə, Kastamonu İHK, ‚Tə’rifü’t-Təlbis‛in məlum olan yeganə nüsxəsi isə Konya
BYEK-də saxlanılır.
Qazi Sadiq Muhəmməd Naxçıvani
Hənəfi məzhəbinə mənsub fəqih idi. Bir müddət Osmanlı mədrəsələrində müdərrislik
etmişdi. H. 1011-ci ildə (1602-1603), Osmanlı imperatorluğunun Azərbaycandakı
hakimiyyəti dövründə
1006
, Gəncə şəhəri müftiliyinə təyin olunmuşdu. Osmanlı-Səfəvi
müharibəsinin yenidən qızışdığı bir vaxtda, h. 1011-ci ilin ramazan ayında (mart 1603),
İstanbula getmişdi. 1015-ci ildə (1606) Kiprdə Lefkoşa şəhəri mollalığına və qaziliyinə
təyin olunmuşdu. Daha sonra Kiprdəki vəzifəsindən azad edilmişdi. Qısa müddət
Filibə
1007
müftisi olan Sadiq Muhəmməd Naxçıvani daha sonra Bolqarıstanın Sofiya
şəhəri müftiliyinə təyin olunmuşdu. Alim h. 1027-ci ilin rəcəb ayında (iyun 1618) vəfat
etmişdi
1008
.
Molla Əbü’l-Hüda ibn Mahmud Naxçıvani
Hənəfi məzhəbinə mənsub fəqih və mütəkəllim idi. Mövlana Muhyəddin Talışi, Molla
Məzyəd Qaramani, İbnü’ş-Şair kimi alimlərdən dərs almışdı. Hələbə getmiş və bir
müddət orada yaşamışdır. Şam vilayətindəki Kənaviyyə, Atabəkiyyə və Baraniyyə
mədrəsələrində dərs vermişdi. Əbü’l-Hüda Naxçıvani həm də şair idi. O, farsca və
1005
KATİB ÇƏLƏBİ, Kəşfü’z-Zünun, C. I, s. 547; C. II, s. 359.
1006
12 il davam edən Osmanlı-Səfəvi müharibəsi 21 mart 1590-cı ildə İstanbulda bağlanan sülh müqaviləsi ilə
nəticələnmişdi. Bu müqavilə ilə Kür və Araz çaylarından şimaldakı Azərbaycan torpaqları Osmanlı
imperatorluğunun əlinə keçmiş, Şirvan və Dərbənd vilayətləri adı ilə 13 il Osmanlı idarəsində qalmışdı. Gəncə 1
sentyabr 1588-ci ildə Osmanlı ordusunun əlinə keçmişdi.
1007
Filibə-Bolqarıstanın mərkəzində yerləşən, Osmanlı imperatorluğu dövründə türk və müsəlman əhalinin sıx
yaşadığı şəhər idi. İndi Plovdiv adlanır.
1008
SÜREYYA, Sicil-i Osmani, C. V, s. 1418
ərəbcə çox gözəl şerlər yazırdı. İnsanlarla az ünsiyyət saxlamağa çalışır, vaxtının
çoxunu elmi tədqiqatla və ibadətlə keçirir, çox namaz qılırdı. Alim h. 939-cu ildə (1533)
Əyntabda
1009
vəfat etmişdi
1010
.
Sə’dəddin Məs’ud ibn Osman ibn Məs’ud ibn Osman ibn Əli əl-Hərrani Naxçıvani
Mühəddis idi. H. 550-ci (1155) illərdə Hərranda doğulmuş, bu şəhərdə böyümüşdü.
Əbdülqəni ibn Süleyman ibn Bünyan, Nəcib əl-Hərrani və İbn Ərəfədən hədis
dinləmişdi. İbn Rəfi’ onunun tələbəsi olmuş, ondan hədis dinləmişdi
1011
. Ölüm tarixi
məlum deyil.
Əbu Abdullah Hüseyn ibn Cə’fər ibn Muhəmməd ibn Cə’fər ibn Davud ibn Həsən
Səlmasi
Mühəddis və siqa hədis ravisi idi. Bağdadda yaşamış, Əli ibn Muhəmməd ibn Əhməd
ibn Keysan ən-Nəhvi, Əbdüləziz ibn Cə’fər əl-Xərəqi, Əbu Həfs ibnü’z-Zəyyat, Əbu
Bəkr Muhəmməd ibn Abdullah əl-Bəhri, Əbu Ömər ibn Muhəmməd ibn Abbas ibn
Həmmuyə, Əbu Həfs Ömər ibn Əhməd ibn Şahin, Əbü’l-Həsən Əli ibn Ömər
Darəqutnidən hədis dinləmiş və nəql etmişdi. Hafiz və xətib Əbu Bəkr Əhməd ibn Əli
ondan hədis dinləmiş və dinlədiyi hədisləri qeyd etmişdi. Xətib Əbu Bəkr Əhməd ibn
Əli hədis alimlərinin Əbu Abdullah Hüseyn Səlmasini siqa, əmin və mötəbər hədis
ravisi kimi tanıdıqlarını qeyd etmişdi. Əbu Abdullah Hüseyn Səlmasi Bağdadda Əbü’l-
Hüseyn Muhəmməd ibn Əli əl-Vərraq, qazi Əbü’l-Qasım Əli ibn Həsən Tənuxi, Əbu
Mənsur Əbdülkərim əl-Mütərrəz kimi tanınmış hədis alimlərinin müasiri olmuşdu
1012
.
Əbu Abdullah Hüseyn Səlmasi həm də varlı tacir və xeyriyyəçi idi. O, çox sədəqə verir
və fəqir insanların qayğısına qalırdı. Malik olduğu mal və əmlakın bir hissəsini kasıb və
saleh insanlara paylamışdı. Əbu Abdullah Hüseyn Səlmasi isə h. 446-cı ilin
cəmadiələvvəl ayının başında (8-18 avqust 1054) həcc ziyarətindən qayıdarkən Suriyada
1009
Əyntab-və ya Anteb, Türkiyənin cənubi-şərqində, Suriya sərhəddində şəhər. İndi Qaziantep adlanır.
1010
İBNü’l-İMAD, Şəzəratü’z-Zəhəb, C. VIII, s. 134.
1011
İBN HƏCƏR, Dürərü’l-Kaminə, C. III, s. 56.
1012
XƏTİB BAĞDADİ, Əsmai’l-Mübhəmə, s. 18-19.
vəfat etmişdi
1013
. İbn Tağrıbirdi və İbnü’l-Cəvzi öz əsərlərində dövrün sultanının
Bağdadda olarkən tacirlərdən və varlı insanlardan, ehtimal ki, hərbi səfər üçün, borc
pul aldığını, Əbu Abdullah Hüseyn Səlmasinin də sultana 10 min dinar borc verdiyini
qeyd edirlər
1014
. Lakin belə bir hadisənin baş verməsi, hadisələrin tarixi baxımından,
mümkün görünmür. Sözü gedən iki mənbə dövrün sultanının adını qeyd etmirlər.
Lakin həmin dövrdə Bağdada gələn sultan Böyük Səlcuqlu sultanı Muhəmməd Toğrul
bəydən (1040-1063) başqası ola bilməzdi. Sultan Toğrul bəy Bağdada h. 25 ramazan 447-
ci ildə (17 dekabr 1055) daxil olmuş
1015
və Abbasi xilafətini Büveyhi hegemoniyasından
azad etmişdi. Yuxarıda qeyd etdiyimiz kimi Əbu Abdullah Hüseyn Səlmasi isə həcc
ziyarətindən qayıdarkən 446-cı ilin cəmadiələvvəl ayının başında (8-18 avqust 1054)
vəfat etmişdi. Buna görə də Əbu Abdullah Hüseyn Səlmasi ilə Sultan Toğrulun
Bağdadda görüşmələri mümkün görünmür. Əgər belə bir hadisə həqiqətən də baş
vermişdirsə, Əbu Abdullah Hüseyn Səlmasinin 10 min dinar borc verdiyi sultan
ehtimal ki, onun yaşadığı dövrdə İraqda hakimiyyətdə olan Büveyhi hökmdarlarından
Məlik Rəhim (1048-1055) olmuşdur. Lakin burada da bir tutarsızlıq var. Belə ki, şafi’i
məzhəbinə mənsub, siqa bir mühəddisin imamiyyə etiqadını mənimsəmiş bir
hökmdara borc verməsini ehtimal etmək çətindir. Çünki bu dövrdə Məlik Rəhim sultan
Toğrula qarşı mübarizə aparırdı. Sultan Toğrul, Abbasi xəlifəsi Qaim bi-Əmrillahın
(1031-1075) dəstəyi ilə İran və İraqdakı Büveyhi hakimiyyətinə son qoymuşdu. Əbu
Abdullah Hüseyn Səlmasi həm mühəddis, həm də tacir olduğu üçün onun bu vaxt
Səlcuqluların idarəsində olan İrana getdiyini və burada sultan Toğrulla görüşdüyünü
ehtimal etmək olardı. Lakin İbnü’l-Cəvzi hadisənin məhz Toğrul bəyin Bağdada
gəlişindən sonra baş verdiyini bildirir. Dr. Mehmet N. Özdemir, İbnü’l-Cəvziyə
1013
XƏTİB BAĞDADİ, Tarixu-Bağdad, C. XIII, s. 156; SƏM’ANİ, Kitabü’l-Ənsab, C. II, s. 394; İBN TAĞRIBİRDİ,
Nücumu’z-Zahirə, C. II, s. 156; Əbü’l-Fərəc Əbdürrəhman ibn Əli İBNü’l-CƏVZİ, Müntəzəm fi’t-Tarixi’l-Müluk və’l-
Üməm, (Nşr. M. Ə. Əta-Əta M. Ə), C. VIII, s. 161, Beyrut 1992. Buradakı mənbələrdən sadəcə Xətib Bağdadi alimin
həcc ziyarətindən vəfat etdiyi ayı qeyd etmişdir. Digərləri onun h. 446-cı ildə həcc ziyarətindən qayıdarkən vəfat
etdiyini yazmış, lakin bunun həmin ilin hansı ayında baş verdiyini qeyd etməmişdirlər.
1014
İBNü’l-CƏVZİ, Müntəzəm fi’t-Tarix, C. VIII, s. 161; İBN TAĞRIBİRDİ, Nücumu’z-Zahirə, C. II, s. 156.
1015
İBNü’l-ƏSİR, Kamil fi’t-Tarix, C. IX, s. 462-463; İBN KƏSİR, Bidayə və’n-Nihayə, C. XII, s. 166-167.
istinadən, bu məlumatı heç bir tənqidi araşdırma aparmadan öz məqaləsində qeyd
etmişdir
1016
.
Dostları ilə paylaş: |