Mahmud ibn Übeydullah ibn Əvəz ibn Muhəmməd Şirvani
H. 794-cü ilin rəcəb ayında (iyun 1392) Qahirədə anadan olmuşdu. Uşaq yaşlarında
Qur’ani-Kərimi əzbərləyib hafiz olmuş və atası Ümmü’s-Sultan mədrəsəsində müdərris
ikən oradakı dərslərdə iştirak etmişdi. Yeniyetməlik yaşlarında ‚əl-Muxtar‛ı
1298
və
Əxsıkətinin ‚Üsul‛unu
1299
əzbərləmişdi. Bir müddət şeyx Şihabəddin ibn Xasın tələbəsi
olmuşdu. Şeyx Cəlaləddin Nəsrullah Bağdadi, şeyx Seyfəddin əs-Seyrami, Kəmaləddin
Ömər İbnü’l-Adim (öl. 1262), İzzəddin ibn Cəmaə əl-Kinani kimi alimlərin fiqh və fiqh
üsuluna dair qələmə aldıqları əsərləri mütaliə etmişdi. Mahmud ibn Übeydullah Şirvani
qazi köməkçisi vəzifəsinə təyin olunmuş və bir müddət bu vəzifəni icra etmişdi. O,
Ümmü’s-Sultan, Əbubəkriyyə, Ayıtmışiyyə, Mahmudiyyə, əl-Əzhər, Əlcihiyyə,
Sürqatmışiyyə mədrəsələrində dərs vermişdi. Bir neçə dəfə həcc ziyarətinə getmiş və
Məkkədə mücavir olaraq qalmışdı. Misir Məmlüklü sultanı Zahir Seyfəddin Çaxmaqın
(1438-1453) hakimiyyəti dövründə Dəməşq şəhəri qaziliyinə təyin olunmuşdu. Misir və
1295
İmam Hafizəddin Əbü’l-Bərəkat Abdullah ibn Əhməd ən-Nəsəfi (öl. 1310) hənəfi məzhəbinin məşhur
alimlərindən fəqih, müfəssir və kəlam alimi idi. ‚Kənzü’d-Dəqaiq‛ fiqhə, ‚Mənarü’l-Ənvar‛ fiqh üsuluna və
‚Ümdətü’l-Əqaid‛ isə alimin kəlam elminə dair qələmə aldığı əsərlərdir.
1296
SƏXAVİ, Zəvu’l-Lami’, C. II, s. 412.
1297
SƏXAVİ, Zəvu’l-Lami’, C. IV, s. 152.
1298
Abdullah ibn Mahmud ibn Məvdud əl-Məvsili tərəfindən qələmə alınmış ‚əl-İxtiyar li-Təlili’l-Muxtar‛ adlı əsər
İmam Əbu Hənifənin (699-767) fiqhə dair fikir və fətvalarını ehtiva edir.
1299
Hüsaməddin Əbü’l-Vəfa Muhmməd ibn Muhəmməd əl-Əxsıkəti (öl. 1246) əslən Özbəkistanın Fərqanə vilayətinin
Əxsıkət qəsəbəsindən olub hənəfi məzhəbinə mənub tanınmış alim idi. ‚Üsuli’l-Məzhəb ələ’l-Müntəxəb‛ alimin fiqh
üsuluna dair qələmə aldığı əsərdir.
Şam diyarının Qüds, Hələb və Dimyat şəhərlərini gəzmişdi. Əmir Yaşbəklə tanış olmuş
və onun yaxın adamlarından birinə çevrilmişdi. Mahmud ibn Übeydullah Şirvani h. 14
şaban 875-ci ildə (5 fevral 1471) vəfat etmişdi
1300
.
Şeyx Əhməd ibn Muhəmməd ibn Əli ibn İbrahim Şirvani
1200-cü ilin ramazan ayında (1786) Yəməndə anadan olmuşdu. Şafi’i məzhəbinə
mənsub fəqih idi. Bundan başqa münşəat, ədəbiyyat və şe’r sənətində yaşadığı dövrün
tanınmış alimlərindən idi. Şafi’i fiqhini öz atasından, şeyx Əli ibn Yəhya əl-Əfif Yəməni
və seyyid Zeynəlabidin ibnü’l-Ələvi əl-Mədənidən, ədəbiyyat və münşat sənətini şeyx
Həsən ibn İsa Nəcəfi, Bəhaəddin ibn Muhsin Amulidən öyrənmişdi. Daha sonra
Yəməndən Hindistana getmişdi. Kəlküttə şəhərində mövlana Heydər Əli ət-Təvəkkinin
yanında məntiqə dair ‚Şərhü’ş-Şəmsiyyə‛ və hədis üsuluna dair ‚Şərhü’l-Nüxbəti’l-
Fikr‛ adlı kitabları oxumuşdu. Təhsilini başa vurandan sonra bir müddət Kəlkütdədə
yaşamışdı. Burada sultan Qaziyəddin Heydəri mədh edən ‚Mənaqibü’l-Heydəriyyə‛
adlı əsərini qələmə almışdı. ‚Şəmsü’l-İqbal‛ adlı əsərini isə Cahangir Muləmməd xana
(1712-1713) ithaf etmişdi. Şeyx Əhməd Şirvani Hindistanın demək olar ki, bütün iri
şəhərlərinə səyalət etmişdi. Alim ‚Tuhfətü’l-Yəmən‛, ‚Ucbü’l-Əcaib‛, ‚Hədiqətü’l-
Əfrah‛, ‚Mənahicü’l-Bəyan‛, ‚əş-Şafi fi Əruz və’l-Qəvafi‛, ‚Bəhrü’n-Nəfais‛,
‚Cəvarisü’t-Təfrih‛ və ‚Cəvhərü’l-Vuqad fi şərh Banət Səad‛ adlı əsərlərin müəllifidir.
Alim h. 1253-cü ildə (1837) vəfat etmişdir
1301
.
Əllamə Şəmsəddin Muhəmməd Şirvani
Mütəkəllim idi. Qahirədə yaşamış, burada tədris və elmi fəaliyyətlə məşğul olmuşdu.
H. 847-ci ildə (1443) vəfat etmişdi
1302
.
Mövlana Əbdülkərim Şirvani
1300
SƏXAVİ, Zəvu’l-Lami’, C. V, s. 68.
1301
HÜSEYNİ, Nüzhətü’l-Xəvatir, s. 903-904; BAĞDADLI, İzahü’l-Məknun, C. I, s. 190; C. II, s. 431.
1302
SÜYUTİ, Hüsnü’l-Mühazirə, s. 299.
Hənəfi məzhəbinə mənsub fiqh və kəlam alimi idi. Sultan Qiyasəddin Tuğluq şahın
hakimiyyəti illərində (1321-1325) Dehlidə təhsil almışdı. Dərin biliyi və alicənablığı ilə
tanınan Əbdülkərim Şirvaninin tələbələri arasından məşhur alimlər yetişmişdi.
Bunlardan biri şeyx Nəsirəddin Mahmud ibn Yəhya Dehləvidir. O, Mövlana
Əbdülkərim Şirvaninin yanında Bəzdəvinin
1303
fiqh və fiqh üsuluna aid ‚Şərhü’l-
Hidayə‛ adlı əsərini oxumuşdu
1304
. Mövlana Əbdülkərim Şirvani ‚Nüqul fi Məsaili’l-
Fiqhiyyə‛
1305
və ‚Xüsasətü’l-Məsail‛ əsərlərin müəllifidir
1306
. Ölüm tarixi məlum deyil.
XIV əsrdə yaşamışdır
Mövlana Muhyəddin Muhəmməd ibn Musa Talışi
Hənəfi məzhəbinə mənsub fəqih, astronom və kəlam alimi idi. 1440-cı ildə
Azərbaycanda anadan olmuş, İstanbulda yaşamış və XVI əsrin birinci rübündə orada
vəfat etmişdi. Muhyəddin Talışi kəlam elminə dair bir sıra əsərin müəllifi idi. ‚Haşiyə
ələ Şərhu İsağuci li’l-Hüsaməddin əl-Kati‛
1307
, ‚Şərhu Təvaliü’l-Ənvar min Mətalii’l-
Ənzar‛, ‚Şərhu Hikmətü’l-Əyn li’l-Katibi‛
1308
, ‚Risalə fi Bəyani-Ruyəti’s-Subhi’l-Kəzibi
Qəblə’l-Fəcr‛, ‚Risalətü’l-Ünsüriyyə‛ Muhyəddin Talışinin qələmindən çıxmış
əsərlərdir. Bu əsərlərin nüsxələri Paris Milli kitabxanası, İstanbul Köprülü əlyazma
əsərlər kitabxanası, Nuriosmaniyyə kitabxanası, Konya BYEK, Çorum Həsən paşa İHK,
Ankara Milli kitabxanada saxlanılır. ‚Şərhu Təvaliü’l-Ənvar min Mətalii’l-Ənzar‛ın
Türkiyə Manisa İHK-ndəki nüsxəsi 1499-cu ildə müəllifin öz dəsti-xətti ilə qələmə
alınmışdır.
Alimin ‚Haşiyə ələ Şərhu İsağuci‛ adlı əsərinin dünyanın bir sıra kitabxanalarında
yüzlərlə əlyazma nüsxəsi saxlanılır. Sadəcə AMEA Əİ Fondunda bu əsərin 107 nüsxəsi
1303
Fəxrü’l-İslam ləqəbi ilə şöhrət tapmış Əli ibn Muhəmməd Bəzdəvi 1009-1089-cu illərdə yaşamış iranlı hənəfi
alimlərindəndir.
1304
HÜSEYNİ, Nüzhətü’l-Xəvatir, s. 171.
1305
Akad. Ziya Bünyadov Əbdülkərim Şirvani adlı azərbaycanlı alimin ‚Nüqul fi Məsaili’l-Fiqhiyyə‛ adlı əsərinin
Misir Milli kitabxanasında saxlanıldığını təsbit etmişdir. Əsər 2475/12 sayılı farsca məcmuənin 82-93-cü vərəqlərini
ehtiva edir. Fikrimizcə bu şəxs haqqında danışdığımız mövlana Əbdülkərim Şirvanidən başqası deyildir. Bax: Ziya
BÜNYADOV, ‚Soçineniya Azerbaydjanskix Persoyazıçnıx Avtorov v Natsionalnoy Biblioteke Yeqipta‛, İzbrannıye
Soçineniya, C. III, s. 184.
1306
BAĞDADLI, İzahü’l-Məknun, C. I, s. 216.
1307
ŞƏRİFOV, Əbdülqəni Əfəndi..., s. 131-132; DE SLANE, həmin əsər, s. 238, 413.
1308
KATİB ÇƏLƏBİ, Kəşfü'z-Zünun, C. I, s. 845. ‚Hikmətü’l-Əyn‛-Əllamə Nəcməddin Əbü’l-Həsən Əli əl-Katibi
Qəzvininin (öl. 1276) kəlam elmi sahəsində qələmə aldığı əsərdir.
mövcuddur. Bu da onu göstərir ki, əsər uzun müddət mədrəsələrdən dərs vəsaiti kimi
istifadə olunmuşdur. Muhyəddin Talışi bu haşiyəni Hüsaməddin Həsən əl-Katinin (öl.
1358) XIII əsrdə yaşamış azərbaycanlı alim Əsirəddin Əbhərinin məntiq elminə dair
‚İsağuci‛ adlı əsəninə yazdığı şərhə yazmışdır
1309
.
Həsən ibn Hüseyn Talışi
XVI əsrdə Osmanlı imperatorluğunda yaşamış fəqih və ədib idi. ‚Qəsidətü’l-Bürdə‛yə
ərəbcə şərh yazmışdır
1310
. Bu şərhin nüsxələrindən biri Ankara Milli kitabxanada
saxlanılır. Həsən Talışi 1557-ci ildə vəfat etmşidir.
Əhməd Talışi
Osmanlı imperatorluğunda yaşamış hənəfi məzhəbinə mənsub fəqih və mütəkəllim idi.
‚Tə’liqat Haşiyə ələ’t-Təcrid‛ Əhməd Talışinin qələmindən çıxmış əsərdir. Bu şərhin
nüsxələrindən biri Konya Yusifağa kitabxanasında saxlanılır. Əhməd Talışinin ölüm
tarixini və ya yaşadığı dövrü müəyyənləşdirmək mümkün olmamışdır.
Hüsaməddin Hüseyn ibn Həsən ibn Hamid Təbrizi
Hənəfi məzhəbinə mənsub fəqih idi. Mömin, fəzilət sahibi, saleh insan olmaqla yanaşı
daim araşdıran, tədqiq edən alim idi. Hüsaməddin Hüseyn Təbrizi gözəl nitq
qabiliyyətinə malik idi. Osmanlı sultanı Fateh II Mehmedin (1451-1481) hakimiyyəti
dövründə İstanbulda yaşamış və Səmaniyyə mədrəsəsidə dərs vermişdi. O, sultanla
birlikdə bir neçə hərbi səfərdə də iştirak etmişdi. Sultan Fateh II Mehmed Hüsaməddin
Hüseyn Təbriziyə böyük ehtiram bəsləyirdi. Hüsaməddin Hüseyn Təbrizi huşsuzluq
xəstəliyinə tutulmuşdu. Hətta mədrəsədə tez-tez dərs verəcəyi hücrələri səhv salır və
tələbələrin xəbərdar etməsindən sonra səhv gəldiyini anlayırdı. Buna baxmayaraq o,
yaşadığı dövrün böyük alimlərindən biri olmuşdur. Vaxtının çoxunu mütailə etməklə
1309
ŞƏRİFOV, həmin əsər, s. 131-132, 248.
1310
KATİB ÇƏLƏBİ, Kəşfü'z-Zünun, C. II, s. 422. Belə bir rəvayət var ki, şair Kə’b ibn Züheyr İslamı qəbul edəndən
sonra Muhəmməd peyğəmbərlə (م) görüşmüş və bu görüş vaxtı onun şanına qəsidə demişdi. Peyğəmbər (م) də
hədiyyə olaraq Kə’b ibn Züheyrə öz bürdəsini (üst geyim, xələt) vermişdi. Həmin qəsidə ‚Qəsidəyi-Bürdə‛ adı ilə
məşhur olmuşdu.
və müxtəlif məsələlərə dair risalələr yazmaqla keçirirdi
1311
. Ölüm tarixi məlum deyil. XV
əsrdə yaşmışdır.
Şeyx Kəmaləddin ibn Ömər Təbrizi
Qari idi. Fəzilət sahibi insan kimi tanınmışdı. Tədqiqatçı alim şeyx Kəmaləddin
Təbrizinin əsl peşəsi həkimlik idi. O, tibb və Qur’an tilavəti ilə yanaşı başqa elm
sahələrində də mahir idi. Qur’ani-Kərimin qiraət və təcvidini Əbdülməcid ən-Nəssac,
Mə’sud əl-Əxlati və qari Əbdüssəməddən öyrənmişdi. Dostu şeyx Əbdülmühin ibn
Muhəmməd Təbrizi də onun yanında Qur’an qiraətini öyrənmişdi
1312
. Ölüm tarixi
məlum deyil. XIV əsrdə yaşamışdır.
Mövlana Şəmsəddin Muhəmməd əl-Hənəfi Təbrizi
Şeybanilər dövlətində yaşamış hənəfi məzhəbinə mənsub fəqih və mütəkəllim idi.
Əzudəddin əl-İcinin ‚Adabü’l-Bəhs‛ adlı əsərinə şərh yazmışdı
1313
. Bu şərh ‚Risalətü’l-
Hənəfiyyə ələ Adabü’l-Əzudiyyə‛ adı ilə məşhur olmuşdu. Bu şərhin nüsxələrindən
biri Türkiyədə, Balıkəsir İHK-də saxlanılır. Eyni əsərin ‚Şərhü’l-Adabü’l-Əzudiyyə‛
adlı nüsxəsi İstanbulda Köprülü əlyazma əsərlər kitabxanasında saxlanılır.
Ümuniyyətlə Türkiyənin əlyazma əsər kitabxanalarında bu əsərin ondan çox nüsxəsi
saxlanmaqdadır. Bunların əksəriyyəti Ankara Milli kitabxanasındadır. Həmçinin Paris
milli kitabxanasında da ‚Şərhü’l-Adabü’l-Əzudiyyə‛nin bir nüsxəsi mövcuddur
1314
.
Alimin kəlam sahəsində qələmə aldığı əsərlərdən biri də Cəlaləddin Dəvvaninin
‚Risalə fi İsbati’l-Vacib‛inə yazdığı haşiyədir. ‚Haşiyə ələ Risalə fi İsbati’l-Vacibü‛in
nüsxələrindən biri Türkiyə Kastamonu İHK-də saxlanılır. Alimin məntiqə dair
‚Risalətü’l-Hüseyniyyə fi Fənni’l-Adab‛ adlı əsərinin nüsxələrindən biri Ankara Milli
kitabxanada saxlanılır. Alim təqribən h. 900-cü ildə (1494) vəfat etmişdi
1315
.
1311
Təqiyəddin ibn Əbdülqadir əl-Qəzzi ət-TƏMİMİ, Təbəqatü’s-Səniyyə fi Təracimü’l-Hənəfiyyə, (Nşr. Ə. Muhəmməd),
s. 531-532, Riyad 1989.
1312
İBNü’l-CƏZƏRİ, Qayətü’n-Nihayə, s. 533.
1313
KATİB ÇƏLƏBİ, Kəşfü'z-Zünun, C. I, s. 97; KƏHHALƏ, Mu’cəmü’l-Müəllifin, C. III, s. 349.
1314
DE SLANE, həmin əsər, s. 174.
1315
KATİB ÇƏLƏBİ, Kəşfü'z-Zünun, C. I, s. 97.
Cübeyr ibn Hüseyn ibn Muhəmməd Təbrizi
Mühəddis idi. H. 632-ci ildə (1235) Hələbdə anadan olmuşdu. Suriyadan Misirə getmiş,
bir müddət Qahirədə qalandan sonra İsgəndəriyyəyə gedərək orada hədis dərsləri
vermişdi. H. 12 rəbiəlaxir 703-cü ildə (22 noyabr 1303) İsgəndəriyyədə vəfat etmişdi
1316
.
Şeyx Əbu Səid Mahmud ibn Əyyub ibn Mahmud Təbrizi
Təsəvvüf əhlinə mənsub qari idi və yaşadığı Mardin şəhərində zahid və abid insan kimi
tanınmışdı. Məs’ud ibn Əhməd əl-Əxlatinin tələbəsi olmuş, Qur’ani-Kərimin qiraət və
təcvidini ondan öyrənmişdi. Səid ibn Yusif ibn Səid əl-Əxlati də qiraət və təcvidin
incəliklərini ondan öyrənmişdi. Şeyş Əbu Səid Təbrizi h. 792-ci ilin zilhiccə ayında
(noyabr 1390) Mardində vəfat etmişdi
1317
.
Şeyx Haşim Təbrizi
Qari idi. Təbrizdə Məs’ud ibn Əhməd əl-Əxlatinin tələbəsi olmuş və Qur’ani-Kərimin
qiraət və təcvidini ondan öyrənmişdi. Təbrizdə təhsilini tamamladıqdan sonra
Bağdadda yaşamış və bu şəhərin məşhur qarilərindən biri olmuşdu. H. 709-cu ildə
(1309) Bağdadı tərk edərək Dəməşqə getmiş və vəfatına qədər burada yaşamışdı
1318
.
Ölüm tarixi məlum deyil. XIII-XIV əsrlərdə yaşamışdı.
Əbdüləziz ibn Osman ibn Yusif ibn Məcd Təbrizi
Mühəddis və hafiz idi. İmam Buxari və imam Müslimin ‚Səhih‛, imam Əbu Hənifənin
(/) və imam Əhməd ibn Hənbəlin (/) ‚Müsnəd‛ adlı hədis külliyatlarını, Zəməxşərinin
‚Kəşşaf‛ adlı Qur’an təfsirini əzbər bildiyi deyilirdi. Bir müddət Dəməşqdə əl-Əməvi
camesində tədrislə məşğul olmuş, daha sonra Misirə getmişdi
1319
. Ölüm tarixi məlum
deyil. XIV əsrdə yaşamışdır.
1316
İBN HƏCƏR, Dürərü’l-Kaminə, c.1, s. 261.
1317
İBNü’l-CƏZƏRİ, Qayətü’n-Nihayə, s. 735.
1318
İBNü’l-CƏZƏRİ, Qayətü’n-Nihayə, s. 784.
1319
İBN HƏCƏR, Dürərü’l-Kaminə, C. II, s. 24.
Əbü’l-Vəqt Əbdülməlik ibn Əli ibn Əli ibn Mübarəkşah ibn Əbu Bəkr əl-Bəkri əs-
Siddiqi Təbrizi
I raşid xəlifə Əbu Bəkrin (ا) nəslindən olan Əbü’l-Vəqt Əbdülməlik Təbrizi
Ağqoyunluların hakimiyyəti illərində Azərbaycanda yaşamış tanınmış şafi’i fəqihi,
əxlaq nəzəriyyəçisi və təsəvvüf şeyxi idi. O, ‚Hədiyyətü’l-Mühibbin fi’l-Əxbar və’l-
Ədi’yyə və’l-Əzkar‛, ‚Dürərü’l-Mə’ani‛, ‚Həblü’l-Mütəyyin fi’l-Əzkar‛ adlı əsərlərin
müəllifi idi. Alim h. 896-cı ildə (1491) vəfat etmişdi
1320
.
Əbü’l-Həsən Əli ibn İbrahim ibn Əli Təbrizi
Ədib və şafi’i məzhəbinə mənsub mühəddis idi. H. 371-ci (981) ildə anadan olmuş
Əbü’l-Həsən Əli Təbrizi bir çox ölkələrə səyahət etmişdi. Ərəb dili və ədəbiyyatı
sahəsində öz dövrünün görkəmli alimlərindən biri idi. Əndəlüsə getmiş və bu ölkənin
tanınmış alimlərindən dərs almışdı. Gözəl xəttlə malik olan Əbü’l-Həsən Əli Təbrizi
həmçinin siqa ravi kimi tanınmışdı
1321
. Ölüm tarixi məlum deyil.
Xəttat Kəmaləddin Cə’fər Təbrizi
Ağqoyunlu hökmdarı sultan Baysunqurun (1490-1492) divan katiblərindən biri və saray
kitabxanasının müdiri olmuşdu. O, özünün müasirləri arasında nəsxi-təliq xətti ilə ən
gözəl yazı yazan xəttat idi. Mövlana Şihabəddin Aşpaz və şeyx Mahmud kimi dövrün
mahir xəttatları Kəmaləddin Təbrizinin şagirdi olmuşdular. Kəmaləddin Təbrizi həm
də istedadlı şair idi. O, ‚Cə’fər‛ təxəllüsü ilə çox gözəl qəsidələr yazırdı
1322
. Ölüm tarixi
məlum deyil. XV-XVI əsrlərdə yaşamışdır.
İsmayıl ibn Muhəmməd Təbrizi
XIII əsrdə yaşamış azərbaycanlı kəlam alimi və mütəfəkkir idi. İsmayıl Təbrizi Luristan
Atabəylərindən
1323
I Yusufşahın (1274-1288) sarayında yaşamış alimlərdən biri idi. O, I
Yusifşahın himayəsində elmi fəaliyyətlə məşğul olmuşdu. İsmayıl Təbrizi farsca qələmə
1320
KƏHHALƏ, Mu’cəmü’l-Müəllifin, C. II, s. 319.
1321
QIFTİ, İnbahu’r-Ruvat, C. II, s. 221.
1322
NƏFİSİ, Tarixi-Nəzm və Nəsr, C. I, s. 341.
1323
Bu sülalə həmçinin ‚Fəzləvilər‛ və ‚Hezarəsblər‛ kimi də tanınmışdırlar. İranın Luristan bölgəsində (İsfəhanın
qərbi, İran körfəzinin şimalı, indiki Xürrəmabad şəhəri və ətrafı) 1148-1424-cü illərdə hakimiyyətdə olmuşdurlar.
aldığı ‚Hüyutü’n-Nəfs‛, ‚Risaleyi-Nəsiriyyə‛ kimi kəlam elminə dair əsərlərin müəllifi
idi
1324
.
Təbib Əli ibn Əhməd ibn Habil Təbrizi
XII-XIII əsrlərdə Bağdadda yaşamış azərbaycanlı həkim idi. Həyatı haqqında ətraflı
məlumat mövcud deyil. Təbib Əli Təbrizi tibb sahəsində ‚əl-Muxtar fi’l-Muncid‛ adlı
əsərin müəllifi idi. Alim h. 610-cu ildə (1213) vəfat etmişdir
1325
.
Əminəddin Muhəmməd ibn Əhməd ibn Şəhriyar ibn Muhəmməd ibn Əbdüləziz
Təbrizi
Qari idi. Qur’ani-Kərimin qiraət və təcvidini Əbdülməcid ibn Bəyaz Təbrizidən və
Məs’ud ibn Əhməd əl-Əxlatinin tələbələrindən olan Əlişah Mərəndidən öyrənmişdi. O,
Anadoluya səfər edərək Antakiyaya getmiş, bir müddət burada qaldıqdan sonra Şam
diyarına səyahət etmişdi. Şam diyarında bir müddət qarilik etdikdən sonra yenidən
Anadoluya getmiş və Larəndə
1326
şəhərində Qur’ani-Kərim tilavəti ilə məşğul
olmuşdu
1327
. Ölüm tarixi məlum deyil. XIV-XV əsrlərdə yaşamışdır.
Hafiz Bədrəddin Əbü’l-Xeyr Bədəl ibn Əbu Müəmmər ibn İsmayıl ibn Əbu Nəsr
Təbrizi
Siqa mühəddis idi. Təvəllüd tarixi h. 550-ci (1155-1165) illərə təsadüf edir. Əbu Səd ibn
Əbu Əsrun, Əhməd ibnü’l-Məvazini, Yəhya əl-Səqəfi, İlyas ibn Hamid ibn Mahmud ibn
Əbu Hucr əl-Hərrani, Bəhaəddin ibn Əsakirdən hədis dinləmişdi. İsfəhanda Əbu’l-
Məkarim əl-Ləban və Muhəmməd ibn Əbu Zeyd əl-Kərranidən, Nişapurda Əbu Səd əs-
Səffardan, Misirdə əl-Buseyridən hədis dinləmişdir. Əl-Qövsi, Muhyəddin ibnü’s-
Sərraqə, Məcdəddin ibnü’l-Ədim, Cəmaləddin əş-Şureyşi, Mahmud ibn Übeydullah ibn
Əhməd Zəncani ondan hədis dinləmişdilər. O, Ərbildəki Daru’l-Hədisin baş
1324
NƏFİSİ, Tarixi-Nəzm və Nəsr, C. I, s. 150.
1325
KƏHHALƏ, Mu’cəmü’l-Müəllifin, C. II, s. 400.
1326
Larəndə-Türkiyənin indiki Qaraman şəhəri. Qari Muhəmməd Təbrizinin yaşadığı dövrdə bu şəhər
Qaramanoğulları dövlətin məxsus idi.
1327
İBNü’l-CƏZƏRİ, Qayətü’n-Nihayə, s. 559.
müdərrisliyinə təyin edilmişdi. Moğolların Ərbili işğalından bir müddət əvvəl buradan
Hələbə getmişdi. O, hədis elminə dair bir sıra əsərlərin müəllifidir. Bunlardan biri də
alimin h. 601-ci ildə (1205) qələmə aldığı ‚əl-Ərbəin‛ adlı əsərdir. Hafiz Bədrəddin
Bədəl Təbrizi h. 636-cı ilin cəmadiələvvəl ayında (dekabr 1238) Hələbdə vəfat
etmişdir
1328
.
Xətib Əbu Zəkəriyyə Yəhya ibn Əli ibn Muhəmməd ibn Həsən ibn Bəstam əş-
Şeybani Təbrizi
Xətib Təbrizi adı ilə şöhrət tapmış Əbu Zəkəriyyə Yəhya Təbrizi şafi’i məzhəbinə
mənsub ədib, müfəssir və mühəddis idi. Ərəb dili və ədəbiyyatını Əbü’l-Üla əl-
Mə’ərridən (973-1057) öyrənmişdi. Həmçinin dövrün məşhur ədiblərindən Əbü’l-
Qasım Fəzl ibn Muhəmməd əl-Bəsri, Əbü’l-Qasım Übeydullah ibn Əli ər-Rəqqi, Əbu
Muhəmməd əd-Dəhan əl-Lüğəvinin tələbəsi olmuşdu. Səid ibn Mübarək ibn Əli və
Səlim ibn Əyyub ər-Razidən hədis dinləmişdi. Hafiz Xətib əl-Bağdadi və hafiz İbnü’n-
Nasir də ondan hədis dinləmişdilər. Bağdadda ərəb ədəbiyyatı üzrə böyük
mütəxəssislərdən biri idi. Bağdad Nizamiyyə mədrəsəsində ərəb ədəbiyyatı dərsləri
vermişdi. Başda ərəb dili və ədəbiyyatı olmaq üzrə müxtəlif sahələrə dair əsərlərin
müəllifi idi. ‚İ’rabu’l-Qur’ani’l-Əzim‛, ‚Şərhü’l-Qəsaid‛, ‚Məqatilu’l-Firsan‛, ‚əl-Kafi fi
İlmu’l-Əruz və’l-Qəvafi‛, ‚Şərhu’l-Ləm’ə‛, ‚Şərhu’l-Həmasə‛, ‚Şərh Divanu’l-
Mütənəbbi‛, ‚Şərhu’l-Müfəzzəliyyat‛, ‚əs-Səb‘u’t-Tival‛, ‚Şərhu’l-Məqsurə‛, ‚Şərhu
Süqutü’z-Zənd‛ Əbu Zəkəriyyə Yəhya Təbrizinin qələmindən çıxmış əsərlərdir. Əbu
Zəkəriyyə Xətib Təbrizinin müəllifi olduğu əsərlərdən biri də tanınmış ərəb şairi Həbib
ibn Əvs ət-Tainin (öl. 846) ‚Divan‛ına yazdığı şərhdir. Bu divan ‚Divani-Əbu
Təmmam‛ adı ilə məşhur idi
1329
. Paris milli kitabxanasında xətib Əbu Zəkəriyyə Yəhya
Təbrizinin ‚Müləxxəs İ’rabü’l-Quran‛
1330
, ‚Şərh Divanu’l-Mütənəbbi‛
1331
, ‚Şərhu’l-
1328
HƏNBƏLİ, Zeyl Təbəqatü’l-Hənabilə, C. I, s. 317; İBNü’l-İMAD, Şəzəratü’z-Zəhəb, C. V, s. 539; SÜBKİ, Təbəqatü’ş-
Şafi’iyyə əl-Kübra, C. VIII, s. 81; MƏQDİSİ, Kitabü’l-Müqəffa, C. II, s. 570; İBN TAĞRIBİRDİ, Nücumu’z-Zahirə, C. II, s.
462; KATİB ÇƏLƏBİ, Kəşfü’z-Zünun, C. I, 115.
1329
KATİB ÇƏLƏBİ, Kəşfü’z-Zünun, C. I, s. 996.
1330
Özünün müəllifi olduğu ‚İ’rabu’l-Qur’ani’l-Əzim‛in xülasəsidir.
1331
Bu əsərin adı ‚Məvzih‛dir.
Həmasə‛, ‚Şərhü’l-Müəlləqə‛
1332
, ‚Şərhu Suqtü’z-Zənd li’l-Mə’ərri‛
1333
adlı əsərlərinin
əlyazma nüsxələri saxlanılır
1334
. Əbu Mənsur ibn Əhməd əl-Cəvaliqi, Əbü’l-Həsən Səd
əl-Ənsari kimi alimlər xətib Əbu Zəkəriyyə Yəhya Təbrizinin tələbəsi olmuşdular. O, h.
502-ci ilin cəmadiəlaxir ayında (yanvar 1109) 81 yaşında vəfat etmişdi. Bağdadda İbriz
qəbristanında, şeyxülislam Əbu İshaq Şirazinin məzarının yanında dəfn edilmişdi
1335
.
Dostları ilə paylaş: |