Əbu Abdullah Muhəmməd ibn Xumartəkin ibn Abdullah Təbrizi
Şafi’i məzhəbinə mənsub fəqih idi. Onun atası Xumartəkin məşhur ədib, müfəssir və
mühəddis Xətib Əbu Zəkəriyyə Yəhya Təbrizinin (öl. 1109) köləsi olmuş, Xətib Təbrizi
onun azad etmişdi. Xumartəkin adı bu şəxsin Orta Asiyalı, ehtimal ki, qıpçaq
türklərindən, olduğunu düşünməyə əsas verir. Əbu Abdullah Muhəmməd, Xətib
Təbrizinin tələbəsi olmuş, onun yanında ərəb dili və ədəbiyyatını öyrənmişdi. Əbü’l-
Xəttab əl-Gülvizan və Mübarək əl-Qəssaldan hədis dinləmiş və hədis dərsləri almışdı.
Təhsilini başa vurduqdan sonra tədrislə məşğul olmuşdu. Ömər əl-Qurəşi, Əhməd ibn
Yəhya ibn Hibətullah, Əhməd əl-Bəndənici, Əbdüllətif ibn Yusif kimi alimlər onun
tələbələri arasından yetişmişdilər. Əbu Abdullah Muhəmməd Təbrizi h. 569-cu (1174)
ildə vəfat etmişdi. Vəfat edərkən yaşı 80-i ötmüşdü
1336
.
Məcdəddin ibn Muhəmməd əl-Xunəci Təbrizi
XV əsrdə Misirdə yaşamış əxlaq nəzəriyyəçilərindən və təsəvvüf şeyxlərindən idi.
Məcdəddin Təbrizi ‚Tədibü’n-Nəfs və Təshihü’l-E’tiqad‛ adlı əsərin müəllifi idi. Ölüm
tarixi məlum olmasa da h. 884-cü ildə (1479) həyatda olduğu bilinir
1337
.
Qazi Muhəmməd ibn Əhməd Təbrizi
1332
Cahiliyyə dövrü ərəb şairi İmrü’l-Qeysin ‚Müəlləqə‛sinə yazılmış şərhdir.
1333
Əbu Zəkəriyyə Təbrizinin öz ustadı Əbü’l-Üla əl-Mə’ərrinın əsərinə yazdığı şərhdir. Eyni adlı əsər Əbu Yaqub
Yusif Xoyi tərəfindən də qələmə alınmışdır, bax: s. ???.
1334
DE SLANE, həmin əsər, s. 139, 549, 550, 576.
1335
İBNü’l-ƏNBARİ, Təbəqatü’l-Üdəba, s. 270-273; YAQUT əl-HƏMƏVİ, İrşadü’l-Ərib, s. 1705-1707; YAQUT əl-
HƏMƏVİ, Mu’cəmü’l-Büldan, C. II, s. 156; İBNü’l-İMAD, Şəzəratü’z-Zəhəb, C. IV, s.330; YAFİ’İ, Miratü’l-Cənan, C. II, s.
210; İBN KƏSİR, Bidayə və’n-Nihayə, C. XII, s. 328; TAŞKÖPRÜZADƏ, Mövzuatü’l-Ülum, C. I, s. 201-202.
1336
ZƏHƏBİ, Müxtəsər Tarixi-İbnü’d-Dübeysi, 26.
1337
KƏHHALƏ, Mu’cəmü’l-Müəllifin, C. III, s. 15.
XIV əsrdə yaşamış şafi’i məzhəbinə mənsub fəqih və qazilərdən biri idi. Ölüm tarixi
bilinmir. Qazilik peşəsi, qazilərin davranış üsul və qaydalarına dair qələmə aldığı
‚Dəsturü’l-Quzat‛ adlı əsərini h. 772-ci ildə (1370) yazıb bitirmişdi. Beləcə onun vəfat
tarixinin 1370-ci ildən sonraya təsadüf etdiyini təxmin etmək olar
1338
.
İbn Əbü’l-Qasım Hüseyn ibn Muhəmməd Bağır Təbrizi
Osmanlı dövlətində yaşamış hənəfi məzhəbinə mənsub fəqih və kəlam alimi idi. Həyatı
haqqında ətraflı məlumat yoxdur, ölüm tarixi və yaşadığı dövrü müəyyənləşdirmək
mümkün olmamışdır. Onun ‚Tahdidü’l-Müqəddərat‛, ‚Tuhfətü’l-Cəlaliyyə‛ və
‚Arifü’l-Lətaif‛ adlı əsərləri Türkiyədə, Amasiya Bəyazid İHK-də saxlanılır.
Seyyid Şərəfəddin əl-Hüseyni əl-Laləvi Təbrizi
İmam Hüseynin (ا) nəslindən olan və Mir Şərəf Təbrizi adı ilə tanınan alim hənəfi
məzhəbinə mənsub fəqih və tarixçi idi. Osmanlı dövlətində yaşamış Mir Şərəf Təbrizi
tarixə dair ‚Ənfəsü’l-Əxbar fi’t-Tarix‛ adlı əsərin müəllifi idi. O, bu əsərdəki mövzuları
80 başlıq altında qələmə almışdı. Əsər Sasani şahları tarixinin xülasəsi ilə başlayıb raşid
xəlifələr, Əməvilər, Abbasilər, Böyük Səlcuqlular, moğol xanları, Teymurilər və
Osmanlı sultanlarının tarixi ilə davam etmiş, sultan IV Muradın (1623-1640)
hakimiyyəti dövrünün başlanğıcı ilə sona çatmışdı. Mir Şərəf Təbrizi İstanbulun
Üsküdar səmtinin qazisi olmuş, bu vəzifədən təqaüdə çıxmışdı. Alim İstanbulda vəfat
etmişdi
1339
. Ölüm tarixi məlum deyil. XVI-XVII əsrlərdə yaşamışdır.
Şeyx Əvhədəddin Əbu Abdullah ibn Sədrəddin Təbrizi
Şafi’i məzhəbinə mənsub fəqih və təsəvvüf şeyxi idi. Azərbaycandan Misirə getmiş və
Qahirədəki ‚Səidü’s-Süəda‛ xanəgahında tədrislə məşğul olmuşdu. Şeyx Əvhədəddin
Təbrizi təsəvvüf ərbabının ənənəvi geyimi olan sadə yun əba geyinir və vaxtının
çoxunu tədris, tədqiqat və ibadətlə keçirirdi. İbn Müləqqin olun bir sıra əsərlərin
müəllifi olduğunu qeyd etmiş və vəfatından əvvəl şəxsi kitabxanasını və sahib olduğu
1338
KƏHHALƏ, Mu’cəmü’l-Müəllifin, C. III, s. 54.
1339
KATİB ÇƏLƏBİ, Kəşfü'z-Zünun, C. I, s. 268.
az miqdarda əmlakı vəqf etdiyini yazmışdır. Şeyx Əvhədəddin Təbrizi h. 2 şəvval 787-
ci ildə (6 noyabr 1385) Qahirədə vəfat etmiş və Sufiyyə qəbristanında dəfn edilmişdi
1340
.
Şeyx Nəcməddin Əbu Bəkr Muhəmməd ibn Məvdud əz-Zahiri Təbrizi
XII əsrdə yaşamış azərbaycanlı fütuvvət şeyxi idi. O, Təbrizdə Nəcməddin Zərkub adı
ilə tanınmışdı. Bu da onun peşəsinin zərgərlik olduğunu göstərir. H. 640-cı (1242) ildə
kubrəviyyə şeyxi Sə’dəddin Muhəmməd ibnü’l-Müəyyəd əl-Həmmuyə Cüveyninin (öl.
1252) Təbrizə gəlməsi ilə Nəcməddin Təbrizinin həyatı dəyişmişdi. O, şeyx Sə’dəddin
Həmmuyəyə intisab etmiş, onun müridlərindən biri olmuşdu. Şeyx Nəcməddin Zərkub
Təbrizi h. 712-ci (1312) ildə vəfat etmiş, Təbrizin Kəcil qəbristanında dəfn edilmişdi.
Şeyx Nəcməddin Təbrizi farsca ‚Risalə dər Bəyani-Fütuvvət‛ adlı əsərin müəllifi idi. O,
həm də farsca sufiyanə şerlərin müəllifi idi
1341
.
Qazi Əbdüssəməd ibn Bəyaz Təbrizi
Şafi’i məzhəbinə mənsub fəqih və qari idi. Xüsusən Qur’ani-Kərimin qiraəti və təcvidi
sahəsində ixtisaslaşmışdı. Bu səhədə ‚Müxtəsərü’ş-Şatibiyyə‛
1342
adlı əsər qələmə almış
və bu əsəri ‚Müxtəsəri-Təbrizi‛ adı ilə məşhur olmuşdu. Qazi Əbdüssəməd Təbriz
şəhərinin şeyxi idi. O, Məs’ud ibn Əhməd əl-Əxlatinin tələbəsi olmuş, qiraət və təcvid
elmini ondan öyrənmişdi. Təbrizdə təhsilini tamamlayandan sonra Əbdüssəməd
Təbrizi Dəməşqə getmişdi. Şam diyarının alimlərindən dərs almış və ölkəsinə
qayıtmışdı. Təbrizdə çox sayıda insan ondan Qur’an təcvidi və qiraət qaydalarını
öyrənmişdi. O, cümlədən oğlu Muhəmməd Təbrizi, Qəvaməddin Həmdani,
Əbdürrəhman ət-Təbib ondan qiraət qaydalarını öyrənmişdilər. Qazi Əbdüssəməd
Təbrizi imam Şatibinin əsərini ixtisar edərək nizamlamış və daha asan anlaşılan
formaya salmışdı. Onun bu müxtəsəri 520 sətir idi. Bu əsər uzun illər qiraət və təcvid
sahəsində dərslik kimi istifadə edilmişdi. İbnü’l-Cəzəri onun gözəl əxlaqlı, xoş
davranışlı, son dərəcə dindar və təqvalı insan olduğunu, qazilik vəzifəsini icra edərkən
1340
Siracəddin Ömər ibn Əli İBN MÜLQİN, Təbəqatü’l-Əvliya, s. 277,
www.balligho.com
.
1341
NƏFİSİ, Tarixi-Nəzm və Nəsr, C. I, s. 177.
1342
İmam Əbu Muhəmməd Qasım ibn Firrə Şatibinin (1143-1194) ‚Şatibiyyə‛ adlı əsəri uzun illər boyu mədrəsələrdə
və məktəblərdə Qur’an təcvidi və qiraəti sahəsində dərslik kimi istifadə olunmuşdur.
heç bir məmurun və əmirin iltimasını dinləmədiyni qeyd etmişdir. Hətta Cəlairi
hökmdarı Şeyx Üveys belə onunla ziddləşməyə cəsarət etməzdi. Alim h. 765-ci ildə
(1364) Təbrizdə vəfat etmişdi
1343
.
Əbü’l-Kərəm Əbdülqafur ibn Bədəl ibn Həmzə əş-Şüruti Təbrizi
Azərbaycan Atabəyləri dövündə (1136-1225) yaşamış tanınmış mühəddislərdən idi. H.
545-ci ilin rəbiələvvəl ayında (iyul 1150) Təbrizdə dünyaya gəlmişdi. Əllamə Əbu
Mənsur Muhəmməd ibn Əsəd əş-Şafi’i ət-Tusinin tələbəsi olmuş, h. 569-cu ilini
ramazan ayında (aprel 1174) ondan ‚Şərhü’s-Sünnə‛ni
1344
dinləyib bitirmişdi. Əbü’l-
Kərəm Əbdülqafur Təbrizi h. 619-cu ildə (1222) həcc ziyarəti üçün Hicaza getmişdi.
Əbu Bəkr Muhəmməd Bağdadi öz əsərində Ərbildə Əbü’l-Kərəm Əbdülqafur
Təbrizinin dərslərində iştirak etdiyini və ondan hədis dinlədiyini qeyd etmişdir
1345
.
Lakin müəllif alimin ölüm tarixini yazmamışdır. Ehtimal ki, Əbu Bəkr Bağdadi bu
məlumatları qeyd edərkən Əbü’l-Kərəm Təbrizi hələ həyatda idi.
Əbü’l-Fəth Muhəmməd ibn Davud ibn Yusif Təbrizi
Şafi’i məzhəbinə mənsub mühəddis idi. Məşhur mühəddis Əbu Muhəmməd Hüseyn
Bəğəvinin (öl. 1122) ‚Məsabihü’s-Sünnə‛ adlı əsərinə yazdığı ‚Şərhü’l-Müşkilati’l-
Məsabih‛ adlı şərhi h. 680-ci ildə (1281) yazıb başa çatdırmışdı
1346
. Deməli ölüm tarixi
1281-ci ildən sonraya təsadüf edir.
Muhəmməd Rəcəb Təbrizi
Şafi’i məzhəbinə mənsub fəqih və mütəkəllim idi. Muhəmməd Rəcəb Təbrizi ‚Nəfhü’l-
Məsk fi Şərhu Tətimməti’s-Səlk‛ adlı əsərin müəllifi idi. Ölüm tarixi h. 909-cu ildən
(1503) sonraya təsadüf edir
1347
.
1343
İBNü’l-CƏZƏRİ, Qayətü’n-Nihayə, s. 322.
1344
Muhyəddin Hüseyn Bəğəvinin (öl. 1122) çoxcildli hədis külliyatı. Əbu Bəkr Muhəmməd Bağdadi bu qədər dəqiq
məlumat verdiyinə görə ehtimal ki, ‚Şərhü’s-Sünnə‛nin həmin nüsxəsini, yəni əllamə Əbu Mənsur Tusinin tələbəsi
Əbü’l-Kərəm Təbriziyə oxuduğu nüsxəsini görmüşdü. Çünki əlyazma əsərlərin ilk səhifələrində qiraət və səmə’
qeydəlir olur. Yəni həmin nüsxənin nə vaxt kim tərəfindən oxunduğu və dinləndiyi mədrəsələrdə qeyd olunurdu.
1345
BAĞDADİ, Təkmilətü'l-İkmal, C. I, s. 254.
1346
KƏHHALƏ, Mu’cəmü’l-Müəllifin, C. III, s. 285.
1347
KƏHHALƏ, Mu’cəmü’l-Müəllifin, C. III, s. 291.
Cəmaləddin Muhəmməd ibn Muhəmməd ibn Muhəmməd əl-Aqsarayi Təbrizi
Filoloq, ədib və həkim idi. Cəmaləddin Muhəmməd Təbrizi öz dövrünün tanınmış
alimlərdən biri idi. O, ərəb filologiyasına dair ‚Kəşfü’l-İ’rab fi Şərhü’l-Lübab‛ adlı
əsərin müəllifi idi. Katib Çələbi və ona istinadən Ömər Rza alimin h. 740-cı ildə (1339)
həyatda olduğunu yazmışdırlar
1348
. Katib Çələbinin qeydinə görə alim adı çəkilən
əsərini həmin ildə Şirazda yazıb başa çatdırmışdır
1349
. Buradan Cəmaləddin Təbrizinin
XIV əsrdə yaşadığını təxmin etmək olar. ‚Kəşfü’l-İ’rab fi Şərhü’l-Lübab‛ın Türkiyədəki
yeganə nüsxəsi Konya şəhərində, Yusifağa kitabxanasında saxlanılır. Bu nüsxənin üzü
h. 759-cu ildə (1359) katib Yusif ibn Hüseyn Ağşəhri tərəfindən köçürülmüşdür.
Bundan başqa alim ‚Haşiyə ələ Şərhu Məcməi’l-Bəhreyn‛, ‚Haşiyə ələ’l-Kəşşaf ‛,
‚İzahü’l-İzah‛, ‚Həllü’l-Mu’cəz‛ kimi əsərlərin müəllifi idi. ‚Haşiyə ələ Şərhu
Məcməi’l-Bəhreyn‛ əllamə Müzəffərəddin Əhməd ibnü’s-Saati Bağdadinin (öl. 1295)
hənəfi fiqhinə dair ‚Məcməi’l-Bəhreyn və Mültəqəi’n-Nəhreyn‛ adlı əsərinə yazılmış
bir şərhə haşiyə idi. Bu haşiyənin Paris milli kitabxanasında
1350
və Türkiyədə Manisa
İHK-də əlyazma nüsxələri var. Manisadakı kitabxanada Cəmaləddin Muhəmməd
Təbrizinin Carullah Zəməxşərinin müllifi olduğu Qur’an təfsirinə yazılmış ‚Haşiyə
ələ’l-Kəşşaf‛ adlı əsərinin də bir nüsxəsi mövcuddur. Həmin kitabxanada alimin tibbə
dair ‚Həllü’l-Mu’cəz‛ adlı əsərinin də bir nüsxəsi mühafizə edilir. ‚Həllü’l-Mucəz‛in
digər əlyazma nüsxəsi isə Ankara milli kitabxanasındadır. ‚İzahü’l-İzah‛ isə Xətibu-
Diməşq ləqəbi ilə tanınmış Qütbəddin Muhəmməd Qəzvininin (öl. 1338) ərəb
filologiyası sahəsindəki ‚İzah Məna və’l-Bəyan‛ adlı əsərinə şərh mahiyyətində
yazılmışdır. ‚İzahü’l-İzah‛ın müəyyən etdiyimiz üç nüsxəsindən biri Paris milli
kitabxanasında
1351
, digər ikisi isə Türkiyədə Çorum İHK və Kastamonu İHK-də
mühafizə edilir.
Əbdülməcid ibn Bəyaz Təbrizi
1348
KATİB ÇƏLƏBİ, Kəşfü’z-Zünun, C. II, s. 708; KƏHHALƏ, Mu’cəmü’l-Müəllifin, C. III, s. 676.
1349
KATİB ÇƏLƏBİ, həmin əsər.
1350
DE SLANE, həmin əsər, s. 185.
1351
DE SLANE, həmin əsər, s. 699.
Qari və yuxarıda haqqında məlumat verdiyimiz qazi Əbdüssəməd Təbrizinin qardaşı
idi. O, da Təbrizdə Məs’ud ibn Əhməd əl-Əxlatinin tələbəsi olmuş, Qur’ani-Kərimin
qiraət və təcvidini ondan öyrənmişdi. Əbdülməcid Təbrizi Təbrizdə qiraət və ticvid
dərsləri vermişdi. Sədrəddin ibn Hacı ibn Ədib, Əminəddin Muhəmməd ibn Əhməd
ibn Şəhriyar, qardaşı Əminəlmülk ibn Bəyaz Təbrizi, şeyxülislam Xətib ibn Əbdüllətif,
Əbdürrəhman əl-Kürd, Kəmaləddin ibn Ömər ondan Qur’ani-Kərimin qiraət və
təcvidini öyrənmişdilər
1352
.
İmadəddin Əbu Abdullah Muhəmməd ibn Əbdürrəhman ibn Əbdülməcid ibn
Abdullah əl-Übeydi Təbrizi
Şafi’i məzhəbinə mənsub fəqih və qari olan İmadəddin Əbu Abdullah Təbrizi həmçinin
siyasi xadim və idarəçi idi. Onun mənsub olduğu ailə Təbrizin fəzilət sahibi alimləri ilə
məşhur nəsillərdən biri idi. O, mövlana Şəmsəddin Əbdülkafinin tələbəsi olmuşdu.
Həmçinin atasından və Seyyidü’l-Müəzzəm Əbu Nəsr Muhəmməddən Marağada hədis
dərsləri almışdı. İbnü’l-Fuvati alimlə h. 706-cı ildə (1306) Təbrizdə görüşdüyünü və
həmin vaxt onun Təbrizdə Sultanü’l-Ətiqə mədrəsəsində olduğunu qeyd etmişdir
1353
.
Ölüm tarixi məlum deyil. XIII-XIV əsrlərdə yaşamışdır.
İmadəddin Əbü’l-Məkarim Muhəmməd ibn Əbdülvəhhab ibn İbrahim Təbrizi
Onun ailəsi əslən zəncanlı idi. Atası İzzəddin Əbdülvəhhab əl-Xəraci Zəncani haqqında
irəlidə ətraflı məlumat veriləcəkdir. İmadəddin Əbü’l-Məkarimin mənsub olduğu nəsil
alimləri və fəzilətli insanları ilə məşhur idi. O, atasından fiqh və hədis dərsləri almışdı.
Hələ uşaqlıq və yeniyetməlik illərində kəskin zəkası, hazırcavablığı və natiqliyi ilə
fərqlənmişdi. Elxanilərin hakimiyyəti illərində Təbrizdəki vəqflərin baş mütəvəllisi
1354
təyin edilmişdi. İmadəddin Əbü’l-Məkarim Təbrizi həmçinin istedadlı şair idi və farsca
çox gözəl şerlər yazırdı. İbnü’l-Fuvati onun sahib Şəmsəddin ibn Muhəmməd ibn
1352
İBNü’l-CƏZƏRİ, Qayətü’n-Nihayə, s. 382.
1353
İBNü’l-FUVATİ, Məcməü’l-Adab , C. IV/2, s. 826.
1354
Mütəvəlli-Vəqflərin, xeyriyyə cəmiyyətlərinin idarəçiliyi ilə məşğul olan şəxs.
Muhəmməd Cüveynini
1355
mədh edən şe’rini öz əsərində qeyd etmişdi
1356
. Ölüm tarixi
məlum deyil. H. 670-ci ildə (1272) həyatda olduğu bilinir. XIII-XIV əsrlərdə yaşamışdır.
Şeyx Vəliyəddin Əbu Abdullah Muhəmməd ibn Abdullah əl-Öməri Təbrizi
XIV əsrin məşhur mühəddislərindən idi. Onun müəllifi olduğu ‚Mişkətü’l-Məsabih‛
adlı hədis külliyatında 4719 hədis qeyd edilmişdir. ‚Mişkətü’l-Məsabih‛ mühəddis şeyx
Muhyəddin Hüseyn Bəğəvinin (öl. 1122) ‚Məsabihü’s-Sünnə‛ adlı hədis külliyatının
təkmilləşdirilmiş və genişləndirilmiş formasıdır
1357
. Həyatı haqqında ətraflı məlumatın
olmadığı şeyx Vəliyəddin Təbrizi digər bəzi əsərlərin də müəllifi idi. Bunlardan
‚Kitabü’l-İkmal fi Əsmai’r-Rical‛ hədis raviləri haqqında və hədis üsuluna dair
əsərdir
1358
. O, həmçinin ‚Şərhu Məqsurəti İbn Dureyd‛ adlı tövhid və əqaidə dair əsərin
müəllifi idi. Ömər Rza onun hədis elmlərinə dair ‚əl-Məsəbih fi’l-Hədis və Zeynü’l-
Əbvabih‛ adlı başqa bir əsərin də müəllifi olduğunu bildirmişdi
1359
. Şeyx Vəliyəddin
Təbrizinin fiqhə dair ‚Minəhü’l-Qəffar Şərhu Tənvirü’l-Əbsar‛ adlı əsərinin nadir
əlyazma nüsxələrindən biri Türkiyə Manisa İHK-də mühafizə edilir. Məhəmmədəli
Tərbiyət ‚Mişkətü’l-Məsabih‛in daha çox hindli müsəlmanların müraciət etdikləri
hədis əsəri olduğunu qeyd etmişdir
1360
. Şeyx Vəliyəddin Təbrizi öz əsərindəki hədislərin
raviləri haqqında ‚Əsmaü’r-Rical fi’l-Mişkət‛ adlı bir əsər də qələmə almışdı. Bu əsərin
nüsxələrindən biri Türkiyə Çorum Həsən paşa İHK-də saxlanılır. ‚Mişkətü’l-Məsabih‛
Mustafa Uysal tərəfindən türkcəyə tərcümə olunaraq iki cild halında Türkiyədə nəşr
edilmişdir. Bu əsərə Əbü’l-Həsən Übeydullah əl-Mübarəkfuri və Nurəddin Əbü’l-
Həsən Əli əl-Qari (öl. 1605) kimi tanınmış alimlər şərh yazmışdırlar
1361
. Şeyx Vəliyəddin
Təbrizi h. 749-cu (1348) ildə vəfat etmişdir.
1355
Şəmsəddin Muhəmməd ibn Muhəmməd Cüveyni (öl. 1284) Elxani hökmdarlarından ilk üçünün Hülagü xan
(1258-1265), Əhməd xan Təküdar (1262-1282) və Abaqa xanın (1282-1284) sahibi-divanı, baş vəziri olmuşdu. O,
məşhur tarixçi, ‚Tarixi-Cahanquşa‛nın müəllifi, Əlaəddin Əta-Məlik Cüveyninin (öl. 1283) qardaşı idi. Bax: İstoriya
İrana s Drevneyşix Vremyon do Kontsa XVIII veka, s. 366.
1356
İBNü’l-FUVATİ, Məcməü’l-Adab , C. IV/2, s. 830-831.
1357
TƏRBİYƏT, Danişməndan, s. 369-370.
1358
Yenə orada.
1359
KƏHHALƏ, Mu’cəmü’l-Müəllifin, C. III, s. 437.
1360
Danişməndan, s. 369-370.
1361
NƏFİSİ, Tarixi-Nəzm və Nəsr, C. I, s. 394.
Katib İmadəddin Muhəmməd ibn Əli ibn Muhəmməd ibn Əli Təbrizi
XIII əsrin ikinci yarısı-XIV əsrin əvvəllərində Azərbaycanın tanınmış siyasət və dövlət
xadimi olmuş, Elxanilərin sarayında müxtəlif vəzifələrdə çalışmışdı. Bir müddət Elxani
hökmdarı Əbu Səid Bahadırın (1316-1335) baş vəziri Tacəddin Şərəf Əlişah Təbrizinin
(öl. 1324) müavini olmuşdu
1362
.
Əlaəddin Əli ibn Abdullah ibn Yusif ibn Həsən Təbrizi
Hələbdə böyümüş və burada təhsil almışdı. Əbu Cə’fər ibn Abdullah Əndəlüsinin
tələbəsi olmuş, ondan ərəb filologiyası və ədəbiyyatını öyrənmişdi. Əlaəddin Əli
Təbrizi qısa müddətdə nəsr, nəzm, münşəat və hüsnxətt sahəsindəki istedadı ilə
tanınmışdı. Onun qələmə aldığı ədəbi əsərlərə böyük maraq yaranmışdı. Misir
Məmlüklü sultanı Zahir Seyfəddin Bərququn (1382-1389/1390-1399) Hələb canişini əmir
Yelbuğa Nasiri onu öz sarayına dəvət etmişdi. Əlaəddin Əli Təbrizi bir müddət sonra
əmir Yelbuğa Nasirinin sirr katibliyinə
1363
təyin edilmişdi
1364
. Sultan Zahir Bərququn
Hələb canişinliyi vəzifəsindən azad etdiyi əmir Yelbuğa qiyam qaldırmış və bəzi
komandanlarla birlikdə Qahirədə hərbi çevrilişlə sultan Zahir Bərququ taxtdan
uzaqlaşdırmışdı. Qiyamçılar sultanı Kərək şəhərindəki zindanda həbs etmişdilər. Lakin
tezliklə sultan Zahir Bərquq öz tərəfdarlarının köməyi ilə həbsdən qurtulub yenidən
Misir Məmlüklü taxtına oturmuşdu
1365
. Hərbi çevrilişdə iştirak edənlərin bir çoxu, o
cümlədən Əlaəddin Əli Təbrizi h. 794-cü ildə (1392) edam edilmişdilər. Əmir
Yelbuğanın məmurlarından və Əlaəddin Əli Təbrizinin dostlarından olan Şəmsəddin
ibnü’l-Mühacir alimin faciəli ölümündən duyduğu kədəri yazdığı qəsidə ilə dilə
gətirmişdi
1366
.
Əbü’l-Hüseyn Əbdüləziz ibn Əbdürrəzzaq ibn İsa Təbrizi
1362
İBNü’l-FUVATİ, Məcməü’l-Adab , C. IV/2, s. 835-836.
1363
Katibü’s-sirr, sirr katibi orta əsr müsəlman dövlətlərində dövlət başçısının gündəlik, həm siyasi, həm də şəxsi,
həyatını da qələmə alırdı. Bundan başqa gizli yazışma və müqavilələrini də sirr katibləri qələmə alırdılar.
1364
İBN HƏCƏR, Dürərü’l-Kaminə, C. II, s. 105-106.
1365
Əyman Ömər ŞÜKRİ, Sultan Bərquq-Müəssis Dövlətü’l-Məmalikü’l-Cərakizə, s. 234-250, Qahirə 2002.
1366
İBN HƏCƏR, Dürərü’l-Kaminə, C. II, s. 106.
Mühəddis idi və Sahib Təbrizi adı ilə tanınmışdı. İbn Malik əl-Qutey’i, Muhəmməd ibn
İsmayıl əl-Vərraq, Təyyib ibn Yəmən əl-Mötəzidi kimi alimlərdən hədis dərsləri
almışdı. Əbü’l-Hüseyn Əbdüləziz Təbrizi h. 436-cı ilin cəmadiələvvəl ayında (dekabr
1044) Bağdadda vəfat etmiş və Babi-Hərb qəbristanında dəfn edilmişdi
1367
. Nəql
silsiləsində Əbü’l-Hüseyn Əbdüləziz Təbrizinin də olduğu hədislərdən biri
aşağıdakıdır:
Cərir ibn Abdullah (ا) dedi: ‚Ayın bədrlənmiş olduğu bir gecədə Allah Rəsulu (م) ilə
birlikdə idik, Rəsulullah (م) aya baxaraq buyurdular: ‚Siz bu ayı gördüyünüz kimi
Rəbbinizi də (cənnətdə) belə, pərdəsiz, görəcəksiniz, onu görməkdə heç bir çətinliyə
düşməyəcəksiniz‛
1368
.
İmam Eynəddin Əbü’l-Abbas Əhməd ibn Muhmud ibn Abdullah əs-Sivasi Təbrizi
Qur’ani-Kərim hafizi və qari idi. Əslən Anadolunun Sivas şəhərindən idi. İbnü’l-Fuvati
onunla h. 706-cı ildə (1306) Təbrizdə görüşdüyünü qeyd etmişdir. Eynəddin Sivasi
Təbrizdə Elxanilərin baş vəziri Rəşidəddin Fəzlullah Qəzvininin inşa etdirdiyi camenin
imam-camaatı idi
1369
. Ölüm tarixi məlum deyil.
Tacəddin Şərəf Əlişah ibn Əbu Bəkr Təbrizi
Dövlət xadimi, həmçinin şafi’i məzhəbinə mənsub fəqih idi. Vəzir Rəşidəddin
Fəzlullahın edam edilməsindən sonra Elxani hökmdarlarından Əbu Səid Bahadırın
(1316-1335) vəziri olmuşdu. Mömin, fəzilətli və müdrik bir insan idi. Onun təşəbbüsü
ilə əvvəlki Elxani hökmdarı Olcaytunun (1304-1316) din sahəsində etdiyi dəyişikliklər
tamamən aradan qaldırılmışdı. Olcaytu həyatı boyunca qəribə şəkildə bir neçə dəfə din
və məzhəb dəyişdirmişdi. Nestorian məzhəbli xristian olan anası Aruk xatun körpə
ikən onu xaç suyuna salaraq adını Nikolay qoymuş və xristian kimi tərbiyə etmişdi.
Lakin yeniyetməlik yaşlarında Olcaytu buddizmi qəbul etmişdi. Gənclik illərində isə
1367
XƏTİB BAĞDADİ, Tarixu-Bağdad, C. X, s. 468.
1368
XƏTİB BAĞDADİ, yenə orada. Bu hədis üçün bax: BUXARİ, Səhih, Məvaqifü’s-Səlat Nr. 6/26; MÜSLİM, Səhih,
Məsacid Nr. 211; ƏBU DAVUD, Sünən, Sünnət Nr. 19/4729; TİRMİZİ, Sünən, Cənnət Nr. 16/2551. (
الله ٌٍٞن ك٘ػ اً٘
م
حِ٤ُ
ٚر٣ؤن ٢ك ٕٞٓاعذ لا هٔوُا ٕٝهذ أً ٌْتن ٕٝهرٌ ٌْٗا ٍاوك نكثُا)
1369
İBNü’l-FUVATİ, Məcməü’l-Adab , C. IV/2, s. 1121.
müsəlman olmuş, sünni əqidəni mənimsəmsəyərək adını dəyişdirib Muhəmməd
Xudabəndə qoymuşdu. Bir neçə il sonra monqol Olcaytu yenidən buddist olmaq
istəmişdi. Amma bunun irtidad sayılaraq əhali və yerli məmurlar arasında ciddi
narazılığa səbəb olacağı barədə xəbərdarlıqdan sonra fikrindən daşınmışdı. Daha sonra
tanış olduğu iraqlı şiə ilahiyyatçısı Cəmaləddin ibn Mütəhhər əl-Hillinin təsiri ilə şiə
əqidəsini mənimsəmiş və şiəliyi Elxanilərin rəsmi məzhəbi elan etmişdi. Bundan sonra
Elxani sarayında iraqlıların nüfuzu artmağa başlamış və yüksək rütbəli mülki
məmurların əksəriyyəti iraqlılardan təyin olunmuşdu. Bu isə istər hərbi, istərsə də
mülki məmurlar və yerli əhali arasında narazılıqlara səbəb olmuşdu. Zorakı şiələşdirmə
Azərbaycan, İraq, Fars və İsfəhan vilayətlərində iğtişaşların başlamasına səbəb olmuş,
hətta Bağdadda hənbəlilərlə hökumət qüvvələri arasında silahlı toqquşma baş
vermişdi
1370
. Olcaytunun alkoqola düşkünlüyü səbəbiylə xəstələnərək təqribən 40
yaşında ölməsindən sonra hakimiyyətə 11 yaşlı oğlu Əbu Səid Bahadır keçmişdi.
Faktiki dövləti və ordunu, uşaq yaşlarındakı hökmdarın yeznəsi, əmir Çoban idarə
edirdi. Şərəf Əlişah Təbrizi Əmir Çobanla olan səmimi münasibəti səbəbiylə baş
vəzirlik vəzifəsində qalmışdı. Hakimiyyətin dəyişməsindən sonra bir sıra iri dövlət
məmuru edam edilmiş və əmlakları müsadirə edilmişdi. Olcaytunun dövründə dini
sahədə edilmiş bütün dəyişikliklər aradan qaldırılmışdı. Cümə xütbələrində isə
yenidən 4 raşid xəlifənin adları sıra ilə oxunmağa başlanmışdı. Şərəf Əlişah Təbrizi h.
724-cü ilin cəmadiəlaxir ayında (iyun 1324) Azərbaycanın Ucan şəhərində vəfat
etmişdi
1371
. Onu da qeyd edək ki, Şərəf Əlişah Təbrizi Elxanilərin vəzirlərindən öz əcəli
ilə ölən yeganə vəzirdir
1372
. Daha doğrusu onu Elxani hökmdarının əmri ilə edam
edilməmiş, qətlə yetirilməmiş vəzir adlandırmaq daha doğru olardı. Əbu Bəkr əl-
Əhərinin verdiyi məlumata görə ölümündən bir müddət əvvəl vəzir Şərəf Əlişahla əmir
Çobanın arasında soyuqluq meydana gəlmişdi. Əmir Çobanın oğlu Timurtaş tez-tez baş
vəzirə hədə-qorxu gəlir və ondan əmlakına dair bəyannamə tələb edirdi. Vəzir Şərəf
Əlişah onun bu davranışını əmir Çobana şikayət etmişdi. Əmir Çobandan da eyni
1370
Əbu Abdullah Muhəmməd İBNü’l-ƏZRAQ, Bidai’s-Sülk fi Təbai’l-Mülk, (Nşr. Ə. Nəşşar), C. I, s. 93-94, Dəməşq
2006.
1371
QƏZVİNİ, Tarixi-Qozidə, s. 149-150; İBN KƏSİR, Bidayə və’n-Nihayə, C. XIV, s. 144-147, 400; İBNü’l-İMAD,
Şəzəratü’z-Zəhəb, C. VI, s. 615; FƏHMİ, həmin əsər, s. 215-217, 221-223.
1372
QƏZVİNİ, yenə orada; MÜŞTƏRƏK, İstoriya İrana s Drevneyşix Vremyon do Kontsa XVIII veka, s. 207.
münasibəti gördüyü üçün tamamilə ümidini itirmiş və xəstələnmişdi. Daha sonra bu
xəstəliyi səbəbiylə vəfat etmişdi. Əbu Bəkr əl-Əhəri ‚deyirdilər ki, o, nəsə içib və
ölüb‛
1373
yazaraq vəzir Şərəf Əlişahın intihar etdiyinə eyham vurmuşdu. Lakin bu uzaq
ehtimaldır. Şərəf Əlişahın qorxudan xəstələnib ölməsi də mümkündür. Çünki ondan
əvvəlki bütün vəzirlər edam edilmişdilər. Rəşidəddin Fəzlullah özündən əvvəlki vəzir
Sə’dəddin əs-Savinin edamı üçün çalışmış, buna nail olmuş və onun yerinə keçmişdi.
Vəzir Şərəf Əlişah da Rəşidəddin Fəzlullahın edam edilməsi üçün əlindən gələni etmiş
və onun yerinə keçmişdi. Əvvəlki acı təcrübə istənilən şəxsin səhhətinə ağır təsir edə
bilərdi. Görünür vəzir Şərəf Əlişahın qorxması üçün kifayət qədər səbəb olub. Çünki
Şərəf Əlişah Təbrizi həm də varlı tacir idi. Onun Təbriz, Sultaniyyə və Bağdadda ticarət
müəssisələri fəaliyyət göstərirdi. Qarabağla Təbriz arasındakı yol üzərindəki 5
karvansaraydan 3-nü Şərəf Əlişah Təbrizi tikdirmişdi. O, həmçinin Təbrizdə möhtəşəm
bir qəsr (Ərk qalası) və ‚Əlişah camesi‛ adı ilə tanınan gözəl bir məscid tikdirmişdi
1374
.
Həmidullah Müstəvfi mərmərdən tikilmiş bu məscidin öz ehtişamına görə ancaq
Mədaindəki Sasani şahlarının sarayı ilə müqayisə edilə biləcəyini qeyd etmişdir.
Qəzvini bu məscidin sadəcə ibadət zalının eninin 250 uzunluğunun 200 gəz olduğunu
qeyd etmişdir. Əlişah Təbrizi Səlmas şəhərinin dağılmış qala divarlarını da bərpa
etdirmişdi
1375
.
Dostları ilə paylaş: |