İmadəddin Əbu Nəsr Muhəmməd ibn Muhəmməd ibn Əbu Muhəmməd Təbrizi
İbnü’l-Fuvati onun xoşrəftar və yaraşıqlı bir gənc olduğunu, Təbriz hakimi olan atası
Sədrəddin Muhəmmədin vəfatından sonra h. 668-ci ildə (1270) onun yerinə keçdiyini
qeyd etmişdi. İmadəddin Əbu Nəsr Təbrizi gənc olmasına baxmayaraq bacarıqlı idarəçi
olmuş, Təbriz və ətraf vilayətlərin həqiqi hakiminə çevrilmişdi. O, Elxanilərin baş vəziri
Şəmsəddin Muhəmməd Cüveyni ilə dostluq edirdi. İmadəddin Əbu Nəsr Təbrizi h.
676-cı ildə (1277) gənc yaşlarında vəfat etmiş, Təbrizdə atasının inşa etdirdiyi əs-
Sədriyyə mədrəsəsinin həyətində, atasının məzarının yanında dəfn edilmişdi
1443
.
Muhəmməd ibn Muhəmməd Təbrizi
Mütəkəllim idi. Təbrizdə dünyaya gəlmiş və təhsil almaq məqsədiylə vətəni tərk
etmişdi. Qütbəddin Təhtaninin
1444
bilik, bacarıq və istedadı ilə fərqlənən tələbələrindən
biri idi. Təhsilini başa vurduqdan sonra Qahirədə tədrislə məşğul olmuşdu. Qahirədə
bir çox tələbə onun dərslərində iştirak etmiş və onun biliyindən faydalanmışdı. Alim h.
776-cı ilin zilhiccə ayında (may 1375) Qahirədə vəfat etmişdi
1445
.
Qazi Bədrəddin Muhəmməd ibn Mahmud ibn Muhəmməd ibn Bəndar Təbrizi
Şafi’i məzhəbinə mənsub fəqih idi. Fələstindəki Qüds, əl-Xəlil və Bəəlbək şəhərinin
qazisi olmuşdu. Yuxarıda haqqında məlumat verdiyimiz mühəddis qazi İzzəddin
Muhəmməd Təbrizinin yaxın qohumu idi. Qazi Bədrəddin Təbrizi xeyirxah və saleh
insan kimi tanınmışdı. H. 725-ci ilin şəvval (sentyabr 1325) ayında əl-Xəlil şəhərində
vəfat etmişdi
1446
.
Şeyx Əlaəddin Əli ibn Hüseyn ibn Abdullah Təbrizi
1443
İBNü’l-FUVATİ, Məcməü’l-Adab , C. IV/2, s. 848-849.
1444
Qütbəddin Muhəmməd ibn Muhəmməd ər-Razi ət-Təhtani (1290-1365) əslən İranın Rey şəhərindəndir. Yaşadığı
dövrün tanınmış fəlsəfə və məntiq alimlərindən biri idi. Bu sahəyə dair bir sıra əsərlərin müəllifidir. Əsərləri uzun
müddət mədrəsələrdə dərslik kimi oxutulmuş və üzərinə şərhlər yazılmışdı.
1445
SÜYUTİ, Hüsnü’l-Mühazirə, s. 297.
1446
İBN HƏCƏR, Dürərü’l-Kaminə, C. III, s. 6; SƏFƏDİ, Ə’yanü’l-Əsr, C. V, s. 253.
Təsəvvüf əhlinə mənsub şeyx idi. Onun ata və babaları da təsəvvüfçü idilər. Təbrizi
tərk edib Marağa yaxınlığındakı Beyxaq kəndindəki Həvvariyyə
1447
zaviyəsində
məskunlaşmış və bütün ömrünü burada keçirmişdi. Şeyx Əlaəddin Əli Təbrizi şeyx
Muhyəddin Əli ibn Sadiq əl-Həvvarinin müridi olmuş, təriqət xirqəsini onun əlindən
geymişdi. Şeyx Əlaəddin yaşadığı və irşadla məşğul olduğu zaviyənin yaxınlığında
kənd təsərrüfatı ilə məşğul olur, bostan məhsulları becərirdi
1448
. Ölüm tarixi məlum
deyil. XIII-XIV əsrlərdə yaşamışdır.
Səlahəddin Muhəmməd ibn Əli ibn Əbdülhəqq əl-Ənsari Təbrizi
Hənəfi məzhəbinə mənsub alim idi. Qahirədə yaşamış və bu şəhərdə İbnü’l-Molla Əli
adı ilə tanınmışdı. Mühibbəddin Bağdadi, İbnü’l-Hümam və İbn Həcər Əsqəlani kimi
alimlərdən müxtəlif elm sahələrinə dair dərslər almışdı. Zahiriyyə mədrəsəsinin
tələbəsi olmuş, burada imam Buxarinin ‚Səhih‛ini dinləmişdi. Qahirə xəstəxanasında
xəzinədar işləyən Səlahəddin Təbrizi bir neçə dəfə həcc ziyarətinə getmişdi. H. 856-ci
ildə (1452) Şəmsəddin Səxavi ilə birlikdə həcc ziyarətində olmuşdu. İbnü’l-Molla Əli h.
876-cı ilin zilqədə ayında (aprel 1472) vəfat etmişdi
1449
.
Qazi İmadəddin Əbü’l-Fəzl Əhməd ibn Əli ibn Əbü’l-Fəzail Təbrizi
Qazi İmadəddin Əhməd Təbrizi yaşadığı dövrdə Azərbaycanın görkəmli alimi, fiqh
sahəsində tanınmış mütəxəssisi olmaqla yanaşı həm də Təbriz şəhərinin idarəçiliyində
mühüm rol oynamışdır. İbnü’l-Fuvati onu xoşsima, xoşrəftar və gözəl əxlaq sahibi
insan kimi tövsif etmişdi
1450
. Ölüm tarixi məlum deyil. XII-XIII əsrlərdə yaşamışdır.
İmadəddin Əbu Əli Hüseyn ibn Yusif ibnü’l-Hacı Təbrizi
Şafi’i məzhəbinə mənsub fəqih idi. Əl-Qəlanisi ləqəbi ilə tanınmışdı. İmadəddin əl-
Qəlanisi fəzilət sahibi alim, həmçinin şair idi. İbnü’l-Fuvati onun şe’rlərindən bir neçə
1447
Həvvariyyə təriqəti-XIII əsrdə yaşamış şeyx Əbu Bəkr ibn Həvvar əl-Həvvari tərəfindən qurulmuş təsəvvüf
təriqətidir.
1448
İBNü’l-FUVATİ, Məcməü’l-Adab , C. IV/2, s. 1048.
1449
SƏXAVİ, Zəvu’l-Lami’, C. IV, s. 183.
1450
İBNü’l-FUVATİ, Məcməü’l-Adab , C. IV/2, s. 671.
beyti öz əsərində qeyd etmişdi
1451
. ‚əl-Qəlanis‛
1452
və onunla eyni kökdən olan ‚əl-
Qələnsut‛ sözü ərəb dilində papaq, başlıq mənasını ifadə edir. İlk dövrlərdə qazilərin,
sonrakı əsrlərdə isə daha çox təsəvvüf mənsublarının geydikləri hündür, silindrvari və
yundan hazırlanan papağa ‚qələnsut‛ və ya ‚qəlansuva‛ deyilirdi. ‚əl-Qəlanisi‛ nisbəsi
də öz mənşəyini buradan götürmüşdür
1453
. XIII əsrdə yaşamışdır.
İmadəddin Hüseyn Təbrizi
Şair və ədib idi. O, Elxanilərin baş vəziri Rəşidəddin Fəzlullah Qəzvininin övladlarının
şəxsi müəllimi idi. İbnü’l-Fuvati onunla Təbrizdə şeyx Şəmsəddin Əbdülkafi əs-
Seyyidinin yanında görüşdüyünü və onun h. 641-ci il (1243) təvəllüdlü olduğunu qeyd
etmişdir
1454
. Müəllif İmadəddin Hüseyn Təbrizinin ölüm tarxini qeyd etməmişdir.
Ehtimal ki, İbnü’l-Fuvati (1323) vəfat etdiyi vaxt İmadəddin Hüseyn Təbrizi hələ
həyatda idi.
Qazi İmadəddin Əbdülhəmid ibn Əbü’l-Fəth ibnü’l-Müəyyəd Təbrizi
Təbriz şəhəri və ətraf nahiyələrin qazisi olmuşdur. Qazi İmadəddin Əbdülhəmid
Təbrizinin ulu babaları əslən İranın Deyləm vilayətindən idilər, Qəzvinə oradan da
Təbrizə köçüb gəlmişdilər. Qazi İmadəddin Əbdülhəmid alim ailəsində dünyaya gəlib
böyümüşdü
1455
. Ölüm tarixi məlum deyil. XIII-XIV əsrlərdə dünyaya gəlmişdir.
Kəmaləddin Muhəmməd ibn Bayəzid ibn Həsən Təbrizi
Şafi’i məzhəbinə mənsub mühəddis idi. Gənc yaşlarından etibarən ticarətlə məşğul
olmuş və çox səyahət etmişdi. Ərəb filologiyasını öyrənmişdi. Məkkədə Şəmsəddin
Səxavinin tələbəsi olmuş, onun yanında imam Nəvəvinin ‚Qırx Hədis‛ kitabını
oxumuşdu. Səxavi onun başqa alimlərdən də hədis dərsləri aldığını qeyd etmişdir.
1451
İBNü’l-FUVATİ, Məcməü’l-Adab , C. IV/2, s. 714.
1452
əl-Qəlanis *ًٗلاوُا+ və ‚əl-Qələnsut‛ *جٍٞ٘وُا] sözləri üçün bax: SARI, Arapça-Türkçe Lugat, s. 1253; BARANOV,
Arabsko-Russkiy Slovar, s. 657.
1453
‚əl-Qəlanisi‛ nisbəsi üçün bax: SƏM’ANİ, Kitabü’l-Ənsab, C. IV, s. 66-67.
1454
İBNü’l-FUVATİ, Məcməü’l-Adab , C. IV/2, s. 714-715.
1455
İBNü’l-FUVATİ, Məcməü’l-Adab , C. IV/2, s. 757.
Səxavi h. 898-ci ildə (1493) onunla yenidən Məkkədə görüşdüyünü qeyd etmişdir
1456
.
Ölüm tarixini qeyd etmədiyinə görə ehtimal ki, Şəmsəddin Səxavi vəfat edərkən (1497)
o, həyatda olmuşdu.
Yaqubşah ibn Usta Əli Təbrizi
H. 810-cu ildə (1407) Ərzincanda anadan olmuş, uşaqlıq illərində bibisi ilə birlikdə
Təbrizə gəlmiş və bu şəhərdə böyümüşdü. Onun bibisi Qaraqoyunlu hökmdarı Qara
Yusifin (1389-1421) sahibi-divanı (baş vəziri) Əbu Yəzidin xanımı idi. Yaqubşah ilk
təhsilini Təbrizdə almış, burada Qur’an qiraət və təcvidini öyrənmişdi. Daha sonra
Təbriz mədrəsələrində təhsilini davam etdirmişdi. Təhsilini başa vurduqdan sonra Qara
Yusifin oğlu sultan İskəndərə (1421-1438) xidmət etmişdi. H. 833-cü (1430) ildə
Azərbaycandan Misir Məmlüklü sarayına gedən diplomatik heyətə daxil olmuşdu.
Misirdə qalmış və buradakı alimlərdən müxtəlif elm sahələrinə dair bilikləri
öyrənmişdi. Misirdə qalaraq Məmlüklü dövlətinə xidmət etmişdi. Sultan Seyfəddin
Əbu Səid Xoşqədəm (1461-1467) və sultan Əşrəf Qayıtbayın (1468-1496) hakimiyyəti
dövründə müxtəlif dövlət vəzifələrində qulluq etmişdi
1457
. Ölüm tarixi məlum deyil.
Əlaəddin Əşrəf ibn Əhməd ibn Həsən ibn Məvdud əl-Həsəni Təbrizi
Əlaəddin Əşrəf Təbrizi yaşadığı dövrün tanınmış şafi’i qarilərindən idi. O, imam
Həsənin (ا) nəslindən idi. Babası Hicazdan köçüb Azərbaycana gəlmiş və Təbrizdə
məskunlaşmışdı. Əlaəddin Əşrəf Təbrizi gəzəl əxlaqlı, xoşrəftar, təvazökar, xeyriyyəçi,
möhtaclara əl tutan insan idi. Təbrizdə Qur’ani-Kərim qiraəti və təcvidi dərsləri
verirdi
1458
. Ölüm tarixi məlum deyil. XIII-XIV əsrlərdə yaşamışdır.
Qazi Əbu Saleh Şueyb ibn Saleh ibn Şueyb Təbrizi
Yaşadığı dövrün tanınmış mühəddislərindən idi. Onun atası da mühəddis idi və
atasından hədis dinləmişdi. Bundan başqa şeyx Əbu İmran Musa ibn İmran Səlmasi,
1456
SƏXAVİ, Zəvu’l-Lami’, C. V, s. 26.
1457
SƏXAVİ, Zəvu’l-Lami’, C. V, s. 166.
1458
İBNü’l-FUVATİ, Məcməü’l-Adab , C. IV/2, s. 998-999.
Muhəmməd ibn Muhəmməd ibn Həyyan, Xudadad ibn Asim ibn Bəkran Naxçıvanidən
hədis dinləmişdi. Bağdadda Xətib Təbrizi adı ilə məşhur olmuş ədib Əbu Zəkəriyyə
Yəhya Təbrizi və Əbü’l-Əla Əhməd ibn Abdullah ibn Süleyman əl-Muqrinin tələbəsi
olmuşdu. Daha sonra Şam diyarına getmiş, Əbü’l-Fəth Səlim ibn Əyyub ər-Razi, Əbü’l-
Qasım Übeydullah ibn Əli Rəqqi və Əbü’l-Qasım Əbdülkərim ibn Muhəmməd əs-
Səyyardan hədis dinləmişdi. İmam-xətib Əbu Bəkr Əhməd ibn Əli ibn Sabit, Əbü’l-Fəzl
Muhəmməd ibn Nasir əs-Səllami, Əbu Mənsur Məvhub ibn Əhməd ibn Muhəmməd
ibn Xıdr əl-Cəvaliqi, Əbü’l-Həsən Sə’dülxeyr ibn Muhəmməd ibn Səhl əl-Əndəlusi
Bağdadda, Əbu Tahir ibn Muhəmməd ibn Abdullah əs-Sənci Mərvdə ondan hədis nəql
etmişdilər. Alim h. 502-ci ilin cəmadiəlaxir ayında (yanvar 1109) Bağdadda vəfat etmiş
və Babü’l-İbriz qəbristanında dəfn edilmişdi
1459
.
Əlaəddin Əbu Muhəmməd Əfridun ibn Bəhram Təbrizi
Eldənizlər dövrünün dövlət xadimlərindən biri di. Bir sıra yüksək dövlət vəzifələrində
işləmişdi. Həmçinin xeyriyyəçi idi. İbnü’l-Fuvati onun oğlu imam Hümaməddin Əbü’l-
Fəzl Muhəmməd Təbrizdən dərs aldığını qeyd etmişdir
1460
. Ölüm tarixi məlum deyil.
XII-XIII əsrlərdə yaşamışdır.
Qazi Fəxrəddin Əbü’l-Fəzl Muhəmməd ibn Əhməd ibn Həsən ibn Əli əl-Həddadi
Təbrizi
Şafi’i məzhəbinə mənsub fəqih və mühəddis idi. Əbu Nəsr Muhəmməd ibn
Muhəmməd əz-Zeynəbi və başqalarından hədis dinləmişdi. Böyük Səlcuqlu imperatoru
Səncərin (1118-1157) və Atabəy Şəmsəddin Eldənizin (1136-1175) hakimiyyəti dövründə
Təbriz şəhərinin qazisi və xətibi olmuşdu. Tarixçi alim Əbü’l-Qasım Əli ibn Əsakir (öl.
1175) qazi Əbü’l-Fəzl Muhəmməd Təbrizinin bu şəhərdəki mədrəsələrdə tədrislə də
məşğul olduğunu qeyd etmişdir
1461
. Alimin ölüm tarixi məlum deyil. XI-XII əsrlərdə
yaşamışdır. Mənbələrdə ‚əl-Həddadi‛ nisbəsi ilə tanınan bir neçə fəqih və qaziyə rast
1459
SƏM’ANİ, Kitabü’l-Ənsab, C. I, s. 299-300; YAQUT əl-HƏMƏVİ, Mu’cəmü’l-Büldan, C. II, s. 156; İBN MAKULA,
İkmal, C. I, s. 142.
1460
İBNü’l-FUVATİ, Məcməü’l-Adab , C. IV/2, s. 999.
1461
İBN ƏSAKİR, Mu’cəmü’ş-Şüyux, s. 217, 286; BAĞDADİ, Təkmilətü'l-İkmal, C. I, s. 484.
gəlinir. Bu soyadı (nisbəni) eyni nəslə mənsub şəxslər daşımışdırlar və bu ailədən bir
çox alim çıxmışdı
1462
. Bunlardan bəziləri haqqında burada məlumat verilmişdir.
Qaziü’l-quzat seyyidü’s-şərif Şəmsəddin Muhəmməd ibn Əbdüləvvəl əl-Cə’fəri əl-
Hüseyni Təbrizi
İmam Hüseynin (ا) nəslindən olan, şafi’i məzhəbinə mənsub fəqih idi. Təbrizdə böyük
hörmət sahibi alimlərdən biri olmuşdu. Molla Muhəmməd Barlasidən fiqh öyrənmişdi.
Bir müddət Azərbaycandakı mədrəsələrdə tədrislə məşğul olmuş, sonra Osmanlı
torpaqlarına köçmüşdü. Anadolunun müxtəlif şəhərlərindəki mədrəsələrdə dərs
vermişdi. Burada olduğu vaxt hənəfi məzhəbini mənimsəmişdi. İstanbulda Səmaniyyə
mədrəsəsində müəllim olmuş, h. 949-cu ildə (1542) Hələb qaziliyinə, daha sonra isə
Dəməşq qaziliyinə təyin olunmuşdu. H. 952-ci ilin rəbiülaxir ayında (iyun 1545)
Dəməşqə gələrək vəzifəsinin icrasına başlamışdı. O, bu vəzifədə ikən bəzi fəqihlər
qəhvənin satışı və istehlakının haram elan edilməsi ilə bağlı fətva çıxarmışdılar. Lakin
bu qərar birmənalı qarşılanmamış, digər bəzi fəqihlər bu fətvanın İslam hüququna zidd
olması səbəbiylə ləğv olunması tələbi ilə çıxış etmişdilər. Qərarın ləğv olunması tələbi
ilə sultan Qanuni I Süleymana (1520-1566) müraciət edən fəqihlərin arasında qazi
Şəmsəddin Muhəmməd ibn Əbdüləvvəl Təbrizi də var idi. Beləcə h. 953-cü ilin şəvval
ayında (dekabr 1546) qəhvənin idxalı, satışı və istehlakına qoyulan qadağa ləğv
olunmuşdu. Qazi Şəmsəddin Muhəmməd Təbrizi dərin biliyə, yüksək natiqlik
qabiliyyətəni malik olan alim idi. O, həm də mahir xəttat idi və gözəl xəttlə yazı yazırdı.
Alim h. 963-cü ildə (1556) İstanbulda vəfat etmişdi
1463
.
Burada hadisələrin baş verdiyi tarix və yerlə bağlı bəzi məsələlərə aydınlıq gətirməyə
ehtiyac var. İbnü’l-İmad öz əsərində qazi Şəmsəddin Muhəmməd Təbrizinin Dəməşq
qaziliyinə təyini tarixini qeyd edir, lakin hansı tarixə qədər bu vəzifəni icra etdiyini
yazmır. Bununla belə yenə onun əsərindən alimin İstanbulda vəfat etdiyini öyrənirik.
Ehtimal ki, qazi Şəmsəddin Muhəmməd Təbrizi Dəməşq qazisi ikən Şam vilayətindəki
bəzi fəqihlər tərəfindən sadəcə Şam vilayətinə şamil edilən qəhvə qadağasına dair fətva
1462
Bax: BÜNYADOV, Azərbaycan Atabəyləri Dövləti, s. 183.
1463
İBNü’l-İMAD, Şəzəratü’z-Zəhəb, C. VIII, s.193.
çıxarılmışdı. Hələ Osmanlı hakimiyyətindən əvvəl, Misir Məmlüklüləri dövründə də
Hicaza şamil edilən qəhvə qadağası mövcud olmuşdu. Məmlüklülərin Məkkə valisi
Xeyir bəy qəhvə içilməsinin haram olduğuna dair fətva çıxartdırıb bu şəhərin din
alimlərinə təsdiq etdirmişdi. Sadəcə Məkkə qazisi belə bir qadağanın İslam hüququnda
heç bir əsası olmadığını bildirərək fətvanı təsdiq etməkdən imtina etmişdi. Osmanlı
ölkəsində isə qəhvə istehlakı məhz Misirin fəthindən (1517) sonra yayılmağa
başlamışdı. İbrahim Peçevi öz əsərində h. 962-ci (1555) ilə qədər İstanbulda və bütün
Osmanlı ölkəsində qəhvə istehlakının olmadığını bildirməkdədir. Bu tarixdən sonra
Suriyalı iki ərəb İstanbulda ilk qəhvəxananı açmışdılar. Bundan sonra İstanbulda
qəhvəxanaların sayı sürətlə artımşdı. Belə ki, insanlar işi-gücü buraxıb qəhvəxanalara
toplaşır, nərd, şahmat oynayıb qəzəl oxuyaraq vaxt öldürürdülər. Belə bir mənzərə
fəqihlər və qazilərin şeyxülislama şikayət etmələrinə səbəb olmuş və şeyxülislam
Əbu’s-Süud əfəndi qəhvə idxalı, satışı və istehlakını qadağan edən fətva çıxarmışdı
1464
.
Bu qadağa 1589-ci ilə qədər qüvvədə qalmış, bu tarixdən sonra Bostanzadə Mehmed
Əfəndi
1465
tərəfindən ləğv edilmişdi. Qazi Şəmsəddin Muhəmməd Təbrizin ölüm tarixi
(1556) həmin bu qadağanın qüvvəyə mindiyi tarixə təsadüf edir. Yəni onun yaşadığı
dövrdə bu qadağa ləğv olunmamış, əksinə 34 il qüvvədə qalmışdı. Buna görə də qazi
Şəmsəddin Muhəmməd Təbrizinin etirazına səbəb olan qadağa qərarı sırf Şam
vilayətinə şamil edilən qadağa olmalıdır. Çünki İbnü’l-İmad da bu qadağanın şeyx
Yunis əl-Eysavi adlı bir alimin təşəbbüsü ilə meydana çıxdığını qeyd etmişdir
1466
.
Əbu Bəkr Sədiq ibn Osman ibn İbrahim əd-Dibaci Təbrizi
Şafi’i məzhəbinə mənsub fəqih idi. Bağdadda təhsil almış, Əbu Abdullah Hüseyn ibn
Əhməd ibn Təlhə ən-Nəali Bağdadinin tələbəsi olmuşdu. Tarixçi alim Əbü’l-Qasım Əli
ibn Əsakir onun Təbrizdə fiqh dərsləri verdiyini, özünün də bu dərslərdə iştirak
etdiyini qeyd etmişdir.
1467
. Ölüm tarixi məlum deyil. XI-XII əsrlərdə yaşamışdır.
1464
PEÇEVİ, Tarixi-Peçevi, C. I, s. 363-364. Əbu’s-Süud Əfəndi (1545-1574) 15-ci Osmanlı şeyxülislamıdır.
1465
Bostanzadə Mehmed Əfəndi (1589-1592) 21-ci Osmanlı şeyxülislamıdır.
1466
İBNü’l-İMAD, Şəzəratü’z-Zəhəb, C. VIII, s.193.
1467
İBN ƏSAKİR, Mu’cəmü’ş-Şüyux, s. 112; BAĞDADİ, Təkmilətü'l-İkmal, C. I, s. 485; C. III, s. 574.
Naib İmadəddin Əbü’l-Həyat Xıdır ibn İbrahim ibn Muhəmməd əl-Mömini Təbrizi
Yaşadığı dövrdə Azərbaycanın görkəmli şəxsiyyətlərindən və siyasi xadimlərindən biri
olmuşdu. Alimliyi və müdriklilyi ilə tanınmışdı. H. 707-ci ildə (1307) Elxanilərin baş
vəziri Rəşidəddin Fəzlullah Qəzvininin naibi, müavini olmuşdu. İbnü’l-Fuvati onun h.
710-cu ildə (1310) Bağdada getdiyini qeyd etmişdir. Əbü’l-Həyat Təbrizi həmçinin şair
idi
1468
.
Katib Əbü’l-Fəzl Muhəmməd ibn Məmlan ibn Bikamiz ibn Mənuçöhr Təbrizi
Katiblik və münşəat sənətinin böyük ustadların olan Əbü’l-Fəzl Muhəmməd Təbrizi
həmçinin tarix və ədəbiyyat sahələrində də dərin elmi biliyə malik idi. O, çox sürətli
yazı yazırdı. Onun bir gündə 16 dəftər yazı yazdığı deyilirdi. Gözəl əxlaqlı, mömin
insan idi. Bağdaddakı alimlərlə yoldaşlıq edir, onların məclislərində iştirak edirdi.
Əbü’l-Fəzl Muhəmməd Təbrizi h. 643-cü ildə (1245) 70 yaşında Bağdadda vəfat
etmişdi
1469
.
Qazi Ümdətəddin Əbü’l-Müzəffər Əhməd ibn Əbdüllətif ibn Əhməd Təbrizi
Şafi’i məzhəbinə mənsub tanınmış fəqih idi. Hikmət və fəzilət sahibi alim kimi tanınmış
qazi Ümdətəddin Təbrizi həmçinin dövlət xadimi idi. İbnü’l-Fuvati h. 659-cu ildə (1261)
onunla Azərbaycanda, Vəravi (indiki Meşkin) qalasında görüşdüyünü qeyd etmişdir.
O, yüksək xitabət qabiliyyəti və parlaq zəkaya malik insan idi. Müxtəlif sahələrə aid
risalə və kitabların müəllifi idi. Bunlardan biri də Qur’an təfsirinə dair ‚Məcməü’l-Əltaf
fi’l-Cəmi’ beyn Lətaifü’l-Bəsit və’l-Kəşşaf‛ adlı əsərdir
1470
. O, həmçinin istedadlı şair idi
və farsca çox gözəl şerlər yazırdı. Onun şe’rlərinin bəzisi Elxanilərin baş vəziri
1468
İBNü’l-FUVATİ, Məcməü’l-Adab , C. IV/2, s. 718-719.
1469
SƏFƏDİ, Vafi bi’l-Vəfayat, C. V, s. 43. Səlahəddin Səfədi onun atasının adını *للأٓ+ Məmlaz olaraq yazmışdı. Biz
bunu [ لأٓ
ٕ
+ Məmlan olaraq qeyd etdik. Çünki orta əsrlər Azərbaycan tarixində Məmlaz adına rast gəlinməmişdir.
Məmlan adını daşıyan tarixi şəxsiyyətlərə isə rast gəlmək mümkündür. Məsələn Azərbaycan Rəvvadilər dövlətinin
hökmdarlarından Əbu Mənsur Vəhsudanın atasının adı Məmlan idi. ‚Məmlan‛ın ‚Məmlaz‛ kimi yazılması iki
səbəbdən ola bilər. Birincisi ərəb olan Səlahəddin Səfədi bu qeyri-ərəb adla tanış olmadığı üçün müraciət etdiyi
mənbədən yanlış köçürmüşdü. İkincisi Səlahəddin Səfədinin əsərini təhqiq edərək çapa hazırlayan Zəki Mustafa və
Əhməd əl-Arnavut xətaya yol verərək *ٕ+ ‚nun‛ hərfini *ل+ ‚za‛ kimi oxumuşdular. Belə ki, əlyazmalarda bu iki
hərfin yazılışı bir-birinə çox bənzər olur.
1470
KATİB ÇƏLƏBİ, Kəşfü’z-Zünun, C. II, s. 764.
Şəmsəddin Muhəmməd Cüveyninin mədhinə həsr olunmuşdu. Qazi Ümdətəddin
Təbrizi Elxanilərin hakimiyyəti illərində Vəravi, Əhər, Sərab, Kəleybər, Bərgüşad şəhər
və ətraf ərazilərin canişini vəzifəsinə təyin olunmuşdu
1471
.
Xətib Cəmaləddin Əbu Bəkr Əbdülqahir ibn Muhəmməd ibn Əbdülvahid ibn
Muhəmməd ibn Musa əl-Hərrani Təbrizi
1472
Şafi’i məzhəbinə mənsub fəqih idi. Varlı tacir olan atası Təbrizdən Hərrana köçmüş və
Cəmaləddin Təbrizi h. 648-ci ilin şaban ayının ortalarında (noyabr 1250) Hərranda
1473
dünyaya gəlmişdi. O, daha sonra ailəsi ilə birlikdə Dəməşqə köçmüşdü. Hələ azyaşlı
uşaq ikən əvvəl anası sonra da atası vəfat edən Cəmaləddin Təbrizi əmisi Əbdülxaliq
ibn Əbdülvahid Təbrizinin himayəsində böyümüşdü. O, Dəməşqədəki mədrəsələrdə
fiqh oxumuş, Nəcməddin Muğani, Zeynəddin ibn Əmr, şeyx Tacəddin əl-Fizari, şeyx
Yəhya əs-Səlavi və qaziü’l-quzat Bədrəddin ibn Cəmaənin tələbəsi olmuşdu. İbn
Tağrıbirdi onun şeyx Şəmsəddin Hüseyn Sührəvərdinin müridi olduğunu qeyd
etmişdir
1474
. Cəmaləddin Təbrizi gənclik yaşlarına çatandan sonra Hərrana gedərək
atasının buradakı əmlakını 80 min dirhəmə
1475
sataraq Dəməşqə qayıtmışdı. O, Səfəd
1476
qaziliyinə təyin edilmiş, lakin cəmi bir neçə ay bu vəzifədə qalmışdı. Cəlaləddin
Qəzvini baş qaziliyə təyin olunandan sonra Cəmaləddin Təbrizini Səfəd qaziliyi
vəzifəsindən azad etmişdi. Cəmaləddin Təbrizi Misirə getmiş və müəllimi İbn
Cəmaənin təşəbbüsü ilə Dimyat qaziliyinə təyin edilmişdi. Lakin Cəlaləddin Qəzvini
Misirə gələndən sonra onun Dimyat qaziliyindən də azad edilməsini təmin etmişdi. Bu
hadisədən sonra Cəmaləddin Təbrizi Suriyaya qayıtmışdı. Bədrəddin ibn Cəmaənin
təşəbbüsü ilə yenidən Dimyat qaziliyinə təyin olunmuş və ömrünün sonuna qədər bu
vəzifədə qalmışdı. O, zahirən yaraşıqı insan idi və güclü xitabət qabiliyyətinə malik idi.
Cəmaləddin Təbrizi fəqih olmaqla yanaşı həm də şair idi. Alim h. 740-cı ilin
1471
İBNü’l-FUVATİ, Məcməü’l-Adab , C. IV/2, s. 886.
1472
Şəmsəddin Zəhəbi alimin adını belə qeyd etmişdir: ‚Cəmaləddin Əbu Muhəmməd Əbdülqahir ibn Əbdülvahid
ibn Muhəmməd Təbrizi‛, bax: Mu’cəmü’ş-Şüyux, C. II, s. 408.
1473
Hərran Türkiyənin cənubi-şərqində, bu gün Şanlıurfa vilayətində yerləşən qəsəbədir.
1474
İBN TAĞRIBİRDİ, Mənhəlü’s-Safi, C. II, s. 138
1475
Dirhəm-2,975 gr gümüş pul.
1476
Səfəd Fələstinin qədim şəhərlərindən birdir. Hazırda İsrail işğalı altındadır (İsrail-Livan-Suriya sərhəddində) və
Zefat adlanır.
cəmadiəlaxir ayında (dekabr 1339) Misirin Dimyat şəhərində vəfat etmişdi
1477
.
Xeyrəddin Zirikli onun ‚Məcmuatü’l-Xutb‛ adlı əsərin müəllifi olduğunu qeyd
etmişdir
1478
.
Dostları ilə paylaş: |