Katib Fəxrəddin Əbü’l-Fərəc Əhməd ibn Xəttab Təbrizi
Alim və fəizlətli insan idi və İbnü’ş-Şəva adı ilə tanınmışdı. Elxanilər dövləti (1256-
1335) ordusunda katib vəzifəsinə təyin olunmuşdu. Onun atası Təbrizin əyan və əşraf
zümrəsinə mənsub idi. Bir müddət Bağdadda Səfiyəddin Əbdülmömin Urməvinin
1506
xidmətində olmuşdu. Onun xidmətində olduğu dövrdə maddi imkanları artmışdı.
İbnü’l-Fuvati əsərində onu xeyir-dua ilə yad etmkdədir
1507
. Təəssüf ki, müəllif onun
təvəllüd və ya ölüm tarixini qeyd etməmişdi. Katib Fəxrəddin Əhməd Təbrizi təqribən
XIII-XIV əsrlərdə yaşamışdır.
Katib Fəxrəddin Əbü’l-Məkarim Əhməd ibn Abdullah ibn Ömər ibn Muhəmməd
ibn Hüseyn əş-Şərif əl-Hüseyni Təbrizi
İmam Hüseynin (ا) nəslindən idi. O, alim ailəsində dünyaya gəlmişdi. Atası qazi
Məcdəddin Abdullah Mərəndi Təbrizin şafi’i məzhəbinə mənsub tanınmış alimlərindən
idi. Fəxrəddin Əbü’l-Məkarim yaxşı təhsil almışdı. Biliyi və bacarığı ilə Təbrizin əyan
və əşrafı arasında hörmət qazanmışdı. O, bir müddət Bağdadda yaşamış və bu şəhərin
alimlərinin yanında müxtəlif elm sahələrinə dair biliklərə yiyələnmişdi. Elxanilər
dövlətində divan katibi və mühasiblik vəzifələrinə təyin olunmuşdu. Katib Fəxrəddin
Əbü’l-Məkarim Əhməd Təbrizi Təbriz qazisi Nasirəddin Bəyzavinin (öl. 1289) əsərini
‚Müxtəsər Mənhəcü’l-Vüsul ilə İlmə’l-Üsul‛ adlı ilə ixtisar etmişdi
1508
. Alim h. 719-cu
ilin ramazan ayında (oktyabr 1319) vəfat etmişdi
1509
.
1505
KƏHHALƏ, Mu’cəmü’l-Müəllifin, C. II, s. 263. Bu iki əsər İbnü’l-Hacib Düveyninin ‚Kafiyyə fi’n-Nəhv‛ adlı
əsərinə yazılmış şərh və təəllüqdür.
1506
Səfiyəddin Əbdülmömin ibn Yusif ibn Faxir Urməvi (öl. 1293) azərbaycanlı məşhur xəttat, bəstəkar və
musiqişünas.
1507
İBNü’l-FUVATİ, Məcməü’l-Adab , C. IV/3, s. 79.
1508
KATİB ÇƏLƏBİ, Kəşfü’z-Zünun, C. II, s. 1067. Katib Çələbi Fəxrəddin Əbü’l-Məkarim Təbrizinin adını ‚Əhməd
ibn Həsən‛ olaraq qeyd etmiş və h. 746-cı ildə (1345) vəfat etdiyini yazmışdır.
1509
İBNü’l-FUVATİ, Məcməü’l-Adab , C. IV/3, s. 85.
Şeyx Nəcməddin Tahir ibn Əbu Bəkr ibn Mahmud ibn Səid Təbrizi
Mühəddis idi. Dəməşqdə təhsil almış, bu şəhərin hafiz Yusif əl-Mizzi (öl. 1341),
Şəmsəddin Muhəmməd əl-Cəzəri (öl. 1338) kimi tanınmış mühəddislərindən hədis
dinləmişdi. Şeyx Həccardan
1510
‚Səhihi-Buxari‛ni və hədislərin şərhini dinləmişdi. İbn
Həcər Əsqəlani onun haqqında məlumat verərkən onun təsəvvüf əhlinə mənsub
olduğunu və Sümeysatiyyə xanəgahında yaşadığını qeyd etmişdi. Şeyx Nəcməddin
Tahir Təbrizi h. 17 səfər 774-cü ildə (17 avqust 1372) 84 yaşında Dəməşqdə vəfat etmiş
və Qasiyyun qəbristanında dəfn edilmişdi
1511
. Onunla eyni dövrdə məşhur mühəddis,
müfəssir və tarixçi İbn Kəsir də Dəməşqdəki Əşrəfiyyə hədis mədrəsəsində şeyx
Həccarın hədis dərslərini dinləmişdi. Şeyx Nəcməddin Tahir Təbrizi ilə İbn Kəsirin
tələbə yoldaşı olduğu ehtimalı var.
Şeyx Tacəddin Əbu Bəkr Əli ibn Abdullah ibn Hüseyn ibn Əbu Bəkr əl-Ərdəbili
Təbrizi
Yaşadığı dövrün tanınmış şafi’i alimlərindən idi. H. 667-ci ildə (1269) anadan olmuşdu.
Ərdəbildə dünyaya gələn Tacəddin Əli Təbrizdə böyümüş və burada təhsil almışdı.
Təbriz mədrəsələrində Qütbəddin Şirazi, Cəmaləddin Həsən Şirazi, Şəmsəddin ibnü’l-
Müəzzin, Nizaməddin Tusi, Əlaəddin Nu’man əl-Xarəzmi, seyyid Rüknəddin Ərdəbili
və Siracəddin Ərdəbili kimi alimlərdən dərs almışdı. Bu alimlərdən fiqh, fiqh üsulu,
hədis, təfsir, ərəb dili və ədəbiyyatı, məntiq, cədəl, xitabət, həndəsə, riyaziyyat və fəraiz
elmlərini öyrənmiş, onların yanında Bəyzavi və Fəxrəddin Razinin əsərlərini
oxumuşdu. H. 726-cı ildə (1326) Bağdada gəlmiş, buradan həcc ziyarətinə yollanmışdı.
Həcc ziyarətindən sonra bir müddət Hicazda qalmış və h. 728-ci ildə (1328) Misirə
getmişdi. Misir və Şam vilayətlərinin mühəddislərindən hədis dinləmişdi. Tacəddin Əli
Təbrizi fiqh, təfsir, ərəb dili, kəlam, riyaziyyat və fəraiz
1512
sahəsində dövrünün ən
məşhur alimlərindən biri idi. Qahirənin Hüsamiyyə mədrəsəsində dərs vermişdi. Onun
1510
Şeyxü'l-müsnid Şihabəddin Əbü’l-Abbas Əhməd ibn Əbu Talib ibn Ni’mə ibn Həsən əs-Salehi əl-Həccar (öl. 1330)
yaşadığı dövrün məşhur mühəddislərindən biri idi və İbn Şıhnə ləqəbi ilə tanınmışdı. Misir Məmlüklü sultanı
Nasirəddin Muhəmməd ibn Qəlavun ona dərin hörmət bəsləyirdi. Bir neçə dəfə dərslərində iştirak etmiş və ona öz
əli ilə xələt geyindirmişdi. Bax: İBN KƏSİR, Bidayə və’n-Nihayə, C. XIV, s. 247.
1511
İBN RAFİ’, əl-Vəfayat, s. 95; İBN HƏCƏR, İbnai’l-Ğumr, C. II, s. 12.
1512
Fəraiz elmi-İslam vərəsəlik hüququ.
dərslərinə böyük tələbə qrupları toplaşırdı. Onun zəif hədisləri topladığı iki cildlik əsəri
var idi. Şəmsəddin Zəhəbinin ‚Mizanü’l-E’tidal‛
1513
adlı əsərindəki hədisləri cərh
1514
etmişdi. Nəcməddin Qəzvininin ‚əl-Havi‛ adlı əsərini bir ay ərzində 7 dəfə oxumuş və
bu əsərə haşiyə yazmışdı. İbnü’s-Səlahın ‚Ülumu’l-Hədis‛
1515
adlı əsərini ixtisar
etmişdi. Şeyx Tacəddin Əbu Bəkr Təbrizi ‚Məbsutü’l-Əhkam‛, ‚Qistasü’l-Müstəqim
fi’l-Hədisi’s-Səhihi’l-Qəvim‛, ‚Kitabü’l-Kafi fi Ülumü’l-Hədis‛ adlı əsərlərdən başqa
təfsir, hədis, hədis üsulu, fiqh, fiqh üsulu və riyaziyyata dair onlarla risalənin müəllifi
idi
1516
. Alimin ‚Kitabü’l-Kafi fi Ülumü’l-Hədis‛ adlı əsərinin nadir əlyazma
nüsxələrindən biri Türkiyədə, Amasiya Bəyazid İHK-də saxlanılır. Bu nüsxə hələ alim
həyatda ikən, h. 737-ci (1337) ildə yazılmışdır. Nüsxənin şəxsən şeyx Tacəddin Əbu
Bəkr Təbrizinin qələmindən çıxdığı ehtimal olunur. Alim h. 746-cı ilin ramazan ayının
6-sı
1517
(31 dekabr 1345) Qahirədə vəfat etmişdi. Qahirədəki Dəvadariyyə xanəgahının
yanındakı qəbristanda dəfn olunmuşdu
1518
.
Şihabəddin Əbü’l-Abbas Əhməd ibn Əbdülkərim ibn Əbdussəməd ibn Ənuşirvan
Təbrizi
Hənəfi məzhəbinə mənsub fəqih idi. Dəməşqdə əl-Mismariyyə səmtində yaşayırdı və
İbnü’l-Mükəvvəşə ləqəbi ilə tanınmışdı. O, həmçinin istedadlı şair və ədib idi, çox gözəl
şe’rlər yazırdı. Xüsusən Allah Rəsulu (م) haqqında yazdığı ‚Qəsidətü’n-Nəbəviyyə‛
adlı qəsidəsi məşhur olmuşdu. Onun tələbələri arasından Bəhaəddin ibn Xəlil,
1513
İmam Şəmsəddin Muhəmməd ibn Əhməd ibn Osman ibn Qaymaz Türkmani Zəhəbi (1273-1347) yaşadığı dövrün
məşhur mühəddis, tarixçi və bioqrafı idi. Hədis, hədis üsulu, tarix, əqaid, qiraət, fiqh, fiqh üsulu, bioqrafiya, və’z və
nəsihət kimi müxtəlif mövzulara aid 230-dan çox irili-xırdalı əsərin müəllifi idi.
1514
Cərh və tə’dil-hədis elmlərindən biridir. Hədisləri nəql edən ravilərin şəxsi keyfiyyətlərini və qüsurlarını bəyan
edir.
1515
Şeyx Təqiyəddin Əbu Əmr Osman ibn Əbdürrəhman ibnü’s-Səlah Şəhrizuri (1181-1245) tanınmış mühəddis idi.
Bir sıra əsərlələrlə yanaşı Ülumu’l-Hədis (Hədis Elmləri) adlı əsərin müəllifi idi.
1516
ZİRİKLİ, Ə’lam, C. IV, s. 455.
1517
İBN RAFİ’, əl-Vəfayat, s. 54.
1518
SÜBKİ, Təbəqatü’ş-Şafi’iyyə əl-Kübra, c.10, s. 78; SƏFƏDİ, Vafi bi’l-Vəfayat, C. II1, s. 144; İBN QAZİ ŞUHBƏ,
Təbəqatü’ş-Şafi’iyyə, C. III, s. 142; İBNü’l-İMAD, Şəzəratü’z-Zəhəb, C. VI, s. 665-666; SÜYUTİ, Hüsnü’l-Muhazirə, s. 296;
İBN HƏCƏR, Dürərü’l-Kaminə, C. II, s. 104-105; ƏSNƏVİ, Təbəqatu’ş-Şafi’iyyə, C. II, s. 154-155. Sübki, Səfədi və İbn
Qazi Şuhbə alimin künyəsini ‚Əbu Bəkr‛, Əsnəvi isə ‚Əbü’l-Həsən‛ olaraq qeyd etmişdir. Səlahəddin Səfədi onun h.
674-cü ildə (1275) anadan olduğunu qeyd etmişdir.
Səlahəddin əl-Əlai kimi alimlər yetişmişdir. Şihabəddin Əhməd Təbrizi h. 735-ci ildə
(1335) vəfat etmişdir
1519
.
Qazi Fəxrəddin Əbü’s-Səna Ömər ibn Əbdüləziz ibn Məs’ud əl-Xəlili Təbrizi
Təbriz şəhərinin qazisi olmuşdur. Onun atası Ziyaəddin Əbdüləziz Təbrizi də qazi
olmuşdu. Qazi Fəxrəddin Əbü’s-Səna Ömər Təbrizin sayılıb seçilən əyanlarından və
alimlərindən biri idi. Ölüm tarixi qeyd olunmamışdır
1520
. XIII əsrdə yaşadığı ehtimal
olunur.
Əbü’l-Həsən Əli ibn Muhəmməd ibn Əli Təbrizi
Yaşadığı dövrün böyük təfsir alimlərindən idi. Əbü’l-Həsən Əli Təbrizi həm də
istedadlı şair idi. H. 602-ci (1206) ildə 82 yaşında vəfat etmişdi
1521
.
Şeyx Əlaəddin Təbrizi
Şafi’i məzhəbinə mənsub mühəddis və fəqih idi. Hədis və fiqh sahələrindəki dərin biliyi
ilə yanaşı şeyx Əlaəddin Təbrizi həm də şahmatdakı məharəti ilə məşhur olmuşdu.
Yaşadığı dövrün bir çox şahmat ustası onun qarşısında aciz qalmışdı. Bir çox mahir
şahmatçını məğlub etmiş şeyx Əlaəddin Təbrizinin ən məşhur rəqibi əmir Teymur
(1370-1405) olmuşdu. Məlum olduğu kimi Əmir Teymurun özü də yaşadığı dövrün
mahir şahmatçılarından idi. Bu haqda, onun tarixini yazmış İbn Ərəbşah (öl. 1450),
maraqlı bir əhvalat da qeyd etmişdir
1522
. Əmir Teymur şeyx Əlaəddinə: ‚həqiqətən
şahmatda sənin mislin yoxdu‛ demişdi
1523
. Təəssüf ki, onun haqqında məlumt vermiş
1519
İBN HƏCƏR, Dürərü’l-Kaminə, c.1, s. 82, TƏMİMİ, Təbəqatü’s-Səniyyə, s. 244-245; İBNü’l-İMAD, Şəzəratü’z-Zəhəb,
C. VI, s. 643.
1520
İBNü’l-FUVATİ, Məcməü’l-Adab , C. IV/3, s. 269.
1521
ZƏHƏBİ, Müştəbih, s. 68.
1522
İbn Ərəbşah öz əsərində belə bir əhvalat nəql etmişdi; bir gün əmir Teymur adəti üzrə rəqibi ilə şahmat oynayırdı.
Əmir ‚şah‛ verərək rəqibini sıxışdırıb çətin vəziyyətə salmışdı. Rəqib ‚taxta‛da düşdüyü ‚mat‛ vəziyyətdən
qurtulmanın yollarını fikirləşərkən iki qasid xəbər gətirmişdi. Qasidlərdən biri əmirə xanımının bir oğlan uşağı
dünyaya gətirdiyini, digəri isə onun əmri ilə Sırdərya çayı sahilində tikilməkdə olan liman şəhərin inşasının başa
çatdığı xəbərini gətirmişdi. Əmir Teymur şahmatda rəqibi üzərindəki qələbənin şərəfinə oğlunun adını Şahrux,
şəhərin adını isə Şahruxiyyə qoymuşdu. Bax: Şihabəddin Əhməd İBN ƏRƏBŞAH, Əcaibü’l-Məqdur fi Tarixi-Teymur,
(Trc. H. Bababekov), s. 38, Daşkənd 2007.
1523
İBN TAĞRIBİRDİ, Mənhəlü’s-Safi, C. I, s. 347.
İbn Tağrıbirdi alimin ölüm tarixini qeyd etməmişdir. Lakin əmir Teymurun müasiri
olduğunu nəzərə alaraq onun XIV-XV əsrlərdə yaşadığını söyləmək olar.
Şeyx Fəxrəddin Əbü’l-Fütuh Muhəmməd ibn Əhməd əl-Cə’fəri Təbrizi
Mütəkəllim, həmçinin təsəvvüf əhlinə mənsub şeyx idi. İbnü’l-Fuvati onun haqqında
yazarkən ‚şeyxü’l-mühəqqiq‛, yəni tədqiqatçı, həqiqəti axtaran şeyx ifadəsini
işlətmişdi. O, təsəvvüfdə atası şeyx Tacəddin Əhməd Təbrizinin müridi olmuşdu. Şeyx
Tacəddin Əhməd Təbrizi isə şeyx Tacəddin Ömər ibn Muhəmməd Deyləminin müridi
olmuş, onun əlindən xirqə geymişdi. Şeyx Tacəddin Deyləmi isə təsəvvüf xirqəsini şeyx
Sə’dəddin Muhəmməd ibnü’l-Müəyyəd əl-Həmmuyədən almışdı. Şeyx Sə’dəddin
Muhəmməd ibnü’l-Müəyyəd əl-Həmmuyə Cüveyni
1524
(1191-1252) şeyx Nəcməddin
Kübranın (öl. 1226) müridlərindən biri və Kübrəviyyə təriqətinə mənsub idi. Bu isə o
deməkdir ki, Fəxrəddin Əbü’l-Fütuh Muhəmməd ibn Əhməd əl-Cə’fəri Təbrizi də
Kübrəviyyə təriqətinə mənsub sufi şeyxi idi. Şeyx Fəxrəddin Əbü’l-Fütuh Muhəmməd
Təbrizi h. 680-ci ildə (1281) vəfat etmişdir
1525
.
Xətib Əbdürrəhim ibn İbrahim Təbrizi
Təbrizin məşhur xətib və şafi’i fəqihlərindən biri idi. Təqribən h. 710-cu ildə (1310)
anadan olmuşdu. O, fiqh sahəsindəki üstünlüyü və dərin biliyi ilə Təbrizdə ‚əynü’l-
füqəha‛, yəni fəqihlərin gözü ləqəbi ilə tanınmışdı. Fihqə dair bir sıra əsərlərin müəllifi
idi
1526
. Ölüm tarixi məlum deyil.
Xətib Şəmsəddin Muhəmməd ibn Əbdülvəhhab Təbrizi
1524
‚Risalə dər Tə’vilat‛, ‚Həqaiqü’l-Hüruf‛, ‚Məhbubü’l-Mühibbin və Mətlubü’l-Vasilin‛, ‚Kitabü’l-Məhbub‛,
‚Risaleyi-Zikri-Cəbrail‛, ‚Risalə fi İlmü’l-Hüruf‛, ‚Məhbubü’l-Qülub‛ və ‚Kitabü’n-Nöqtə‛ şeyx Sə’dəddin
Muhəmməd Həmmuyənin qələmindən çıxmış əsərlərdir və əlyazmaları İstanbul Süleymaniyyə kitabxanasında
saxlanılır. Doğrusu bunlardan ‚Həqaiqü’l-Hüruf‛ və ‚Risalə fi İlmü’l-Hüruf‛un adları diqqəti cəlb edir. Ümid
edirəm ki, bu əsərlər, ümumiyyətlə şeyx Sə’dəddin Həmmuyənin təsəvvüfi irsi, araşdırılaraq Fəzlullah NUEYMİ
Əstərabadi və İmadəddin Nəsiminin Hürufilik nəzəriyyəsinə təməl təşkil edib etmədiyi ilə əlaqədar dəyərli nəticələr
meydana çıxarılar. Əgər şeyx Sə’dəddin Həmmuyə və onun adı çəkilən əsərlərinin Hürufiliyin meydana çıxmasında
hər hənsı bir təsiri olubsa deməli şeyx Fəxrəddin Əbü’l-Fütuh Təbrizinin də bunda müstəsna rolu olmuşdur.
1525
İBNü’l-FUVATİ, Məcməü’l-Adab , C. IV/3, s. 303.
1526
İBN HƏCƏR, Dürərü’l-Kaminə, C. II, s. 10; KƏHHALƏ, Mu’cəmü’l-Müəllifin, C. II, s. 128.
Şafi’i məzhəbinə mənsub imam və xətib idi. Dəməşqdə yaşayırdı. O, möminliyi, abidliyi
və salehliyi ilə tanınmışdı. H. 977-ci ildə (1569) vəfat etmişdi
1527
.
Qazi Fəxrəddin Əbü’l-Fəzl Əhməd ibn Əbdülməlik Muhəmməd əl-Həddadi Təbrizi
Təbriz şəhərinin qazisi olmuşdu. Fəziləti və alicənablığı ilə tanınmışdı. İbnü’l-Fuvati öz
əsərində belə yazır: ‚Mən xətib Şihabəddindən soruşdum ki, onun ‚əl-Həddadi‛
nisbəsi ilə tanınmasının səbəbi nədir? O, dedi: ‚Onda Kəbənin açarları var idi, ona görə
də o, əl-Həddadi nisbəsi ilə tanınırdı‛. İbnü’l-Fuvati daha sonra ‚bu hər hansı bir insanı
etimad və ehtirama şayan etməz‛ deyə qeyd etmişdir
1528
. Nisbəsi ilə maraqlındığı halda
çox təəssüf ki, müəllif qazi Fəxrəddinin təvəllüd və ya ölüm tarixini, yaşadığı dövrü
qeyd etməmişdir. Qazi Fəxrəddin Əhməd Təbrizinin təsəvvüfə dair qələmə aldığı
‚Siracü’l-Qülub‛ adlı əsərin əlyazma nüsxələrindən biri Qahirə Milli kitabxanasında
saxlanılır. Müəllif əsərində toxunduğu mövzuları 41 başlıq altında qələmə almışdı. Bu
əlyazma əsərdə müəllifin künyəsi ‚Əbü’l-Fəzl‛ deyil ‚Əbu Hamid‛ olaraq qeyd
edilmişdir. ‚Siracü’l-Qülub‛ 1976-cı ildə Əbdüllətif Muhəmməd əl-Əbd tərəfindən
Qahirədə
nəşr
edilmişdir.
‚Siracü’l-Qülub‛un
Türkiyənin
əlyazma
əsər
kitabxanalarında onlarla nüsxəsi mövcuddur. Bunlardan biri Ankara milli
kitabxanasında, ikisi isə Konya BYEK-də saxlanılır. Qazi Fəxrəddin Əhməd Təbrizi h.
485-ci ildə (1092) vəfat etmişdir.
Qazi Qəvaməddin Əbu Abdullah Muhəmməd ibn Əbdülməlik Muhəmməd əl-
Həddadi Təbrizi
Şafi’i məzhəbinə mənsub fəqih idi. Azərbaycan Atabəylərindən Özbəyin (1211-1225)
hakimiyyəti illərində Təbriz şəhərinin qazisi olmuşdu. Cəlaləddin Xarəzmşahın Təbrizi
işğalından (1225) sonra bir sıra azərbaycanlı bürokratla yanaşı o, da vəzifəsindən azad
edilmişdi. Qazi Qəvaməddin Təbrizinin vəzifəsindən azad edilməsinin səbəbi barədə
1527
İBNü’l-İMAD, Şəzəratü’z-Zəhəb, C. VIII, s.219.
1528
İBNü’l-FUVATİ, Məcməü’l-Adab , C. IV/3, s. 100-101. Kəbə açarlarının bir çox nümunələri var və hal-hazırda
muzeylərdə və şəxsi kolleksiyalarda saxlanılır. Ehtimal ki, belə nümunələrdən biri də qazi Fəxrəddin Təbrizi və onun
mənsubu oluduğu ailədə idi. İbnü’l-Fuvatinin bu kimi şeylərə, yəni əşyalara mənəvi və ruhani dəyər ətf edilməsinə
etimad göstərməməsi ehtima ki, onun hənbəli məzhəbinə mənsub olmasından irəli gəlirdi.
mənbələr maraqlı məlumat verirlər. Moğol hücumları qarşısında atası Muhəmməd
Xarəzmşahla birlikdə öz ölkəsini tərk edib qaçan Cəlaləddin Xarəzmşah Azərbaycan
torpaqlarına daxil olandan sonra Atabəy Özbək öz elçi heyətini sultan Cəlaləddinin
yanına göndərib onunla razılıq əldə etməyə cəhd etmişdi. Lakin bu cəhd uğursuzluqla
nəticələnmişdi. Atabəyin elçi heyətinə daxil olan fəqih İzzəddin Əbü’l-Fəzail ibn
Əbdülhəmid Qəzvini (öl. 1250) sultan Cəlaləddinin Azərbaycanı işğal etmək fikrindən
daşındırmağın mümkün olmadığını görəndən sonra Xarəzmşahın vəziri Şərəfü’l-
Mülklə təklikdə görüşərək özünün Təbriz qaziliyinə təyin ediləcəyinə dair söz
almışdı
1529
. Lakin Cəlaləddin Xarəzmşahın Təbrizi ələ keçirməsindən sonra şəhərin
hakimi Şəmsəddin Tuğrayini öz vəzifəsində saxlaması səbəbiylə bu iş baş tutmamışdı.
Çünki Təbriz qazisi Qəvaməddin əl-Həddadi
1530
Təbrizi şəhərin hakimi Şəmsəddin
Tuğrayinin bacısının oğlu idi. Dayısı vəzifədə olduğu müddətcə Qəvaməddin
Təbrizinin də qazilik vəzifəsindən azad edilməyəcəyini dərk edən İzzəddin Qəzvini
Xarəzmşahın vəziri Şərəfü’l-Mülklə hər dəfə görüşəndə Şəmsəddin Tuğrayinin əleyhinə
danışmağa başlamışdı. Nəhayət Şərəfü’l-Mülkün qəlbində Şəmsəddin Tuğrayiyə qarşı
nifrət meydana gəlmişdi. Cəlaləddin Xarəzmşah Gürcüstanda hərbi yürüşdə olduğu
vaxt Şəmsəddin Tuğrayi Atabəylərə sadiq bəzi köhnə bürokratlar və zadəganlarla
birlikdə çevriliş planı hazırlamışdı. Plana görə Təbrizdə qiyam qaldırılandan sonra
atabəy Özbəyin əsgərləri ilə gürcü ordusu birləşərək xarəzmliləri ölkədən qovub
çıxaracaqdılar. Lakin Təbrizdə olan Şərəfü’l-Mülk bu plandan vaxtında xəbərdar olmuş
və sultana bildirmişdi. Cəlaləddin Xarəzmşah gürcü ordusunu məğlub etmiş və
Təbrizdəki qiyamın da qarşısını ala bilmişdi. Şəmsəddin Tuğrayiyə yaxınlığı ilə tanınan
bir sıra şəxslər edam və həbs edilmişdilər. Şəmsəddin Tuğrayi də həbs edilmişdi.
Cəlaləddin Xarəzmşah ordusu ilə Təbrizin qala divarlarının yaxınlığında ikən atabəy
Özbəyin xanımı Məlikə xatun qala divarlarının üstündən şəhəri mühasirədə saxlayan
orduya tamaşa etmişdi. Bu qadın İraq Səlcuqlu sultanı III Toğrulun (1176-1194) qızı idi.
1529
NƏSƏVİ, Siyrətü’s-Sultan Cəlaləddin Məngübərti, s. 208.
1530
Nəsəvinin əsərində bu qazinin nisbəsi ‚Həddadi‛ deyil ‚Cidari‛ kimi yazılmışdır. Ehtimal ki, buna əlyazmanın
təhqiqi vaxtı naşirlərin ‚١قاكؼ‛ni ‚١ناكظ‛ kimi oxumaları səbəb olmuşdur. Ərəbcə əlyazma əsərlərdə ‚ra‛ ilə ‚dad‛
hərflərini bəzən bir-birindən ayırmaq çətin olur. Yaxud da Nəsəvinin özü səhvən ‚Həddadi‛ni ‚Cidari‛ kimi
yazmışdır. Nəsəvidən başqa bu barədə məlumat verən mənbələrin heç birində Qəvaməddin Təbrizinin nisbəsi
‚Cidari‛ kimi qeyd olunmamışdır.
Cəlaləddin Xarəzmşah Təbrizi alandan sonra Məlikə xatunu mühafizə dəstəsi ilə
birlikdə onun öz mülkü olan Xoy şəhərinə göndərmişdi. Məlikə xatun bir müddət sonra
Xoydan Cəlaləddin Xarəzmşahın yanına adamlarını göndərərək onunla evlənmək
istədiyini bildirmişdi. Sultan Cəlaləddin onun bu təklifinə müsbət cavab vermiş, lakin
qazi Qəvaməddin Muhəmməd əl-Həddadi Təbrizi evli bir qadının başqa biri ilə
evlənməsinin mümkün olmayacağını bildirib buna mane olmuşdu. Bu vaxt İzzəddin
Qəzvini özünün Təbriz qaziliyinə təyin olunacağı təqdirdə bu işi həll edə biləcəyini
bildirmişdi
1531
. Beləcə İzzəddin Əbü’l-Fəzail Qəzvini öz istəyinə nail olmuşdu. O,
yalançı şahidlərdən güya atabəy Özbəyin nə vaxtsa öz kölələrindən biri barədə ‚əgər
onu öldürsəm arvadım boş olsun‛ dediyini, daha sonra həmin köləni öldürdüyünü və
beləcə boşanmanın gerçəkləşdiyinə dair ifadə almışdı. Qazi İzzəddin Qəzvininin
məsələni beləcə ‚həll‛ etməsindən sonra Cəlaləddin Xarəzmşah Məlikə xatunla
evlənmişdi
1532
. Sabiq qazi Qəvaməddin Muhəmməd Təbrizi vəzifəsindən azad
ediləndən sonra Xarəzmşahın vəziri Şərəfü’l-Mülk onu dayısı Şəmsəddin Tuğrayi və
digər qiyamçılarla əlbir olmaqda ittiham edib həbs etdirmişdi. Xarəzmşahın rəsmi
salnaməçisi Nəsəvi bunun iftira olduğunu, qazi Qəvaməddin Təbrizinin qiyamçılarla
əlbir olmadığını qeyd edir. Qəvaməddin Təbrizi vəzir Şərəfü’l-Mülkə 10 min dinar
rüşvət ödədikdən sonra həbsdən çıxa bilmişdi
1533
.
Nəsəvi atabəy Özbəyin baş verənlərdən sığındığı Əlincə qalasında xəbər tutduğunu
qeyd edir. O, Cəlaləddin Xarəzmşahın Məlikə xatunla evləndiyini eşidəndə bu xəbəri
gətirəndən bunun arvadının istəyi ilə yoxsa zorakılıqla olduğunu soruşmuşdu. Məlikə
xatunun könüllü Cəlaləddin Xarəzmşaha ərə getdiyini eşidəndə isə atabəy Özbək
qızdırmadan yatağa düşmüş və bir neçə gün sonra qəhrindən ölmüşdü
1534
.
Təbriz qaziliyi İzzəddin Qəzviniyə də uzun müddət qismət olmamışdı. Xarəzmşahın
səfir olaraq Suriya hökmdarı məlikü’l-müəzzəm İsa ibn Adil Əyyubinin (1218-1227)
sarayına göndərdiyi qazi Mücirəddin Ömər Xarəzmi geri qayıdarkən Dəməşq qazisi
Nəcməddin Xəlili də Əyyubilərin səfiri olaraq özü ilə birlikdə Azərbaycana gətirmişdi.
1531
RƏŞİDƏDDİN, Cəmiü’t-Təvarix, C. I, s. 243; NƏSƏVİ, həmin əsər, s. 207; BÜNYADOV, Azərbaycan Atabəyləri
Dövləti, s. 124.
1532
İBNü’l-ƏSİR, Kamil fi’t-Tarix, C. XII, s. 392-394; NƏSƏVİ, həmin əsər, s. 207.
1533
NƏSƏVİ, həmin əsər, s. 255.
1534
NƏSƏVİ, həmin əsər, s. 207.
Onlar vəzirin qəbulunu gözləyərkən qazi Mücirəddin qazi Nəcməddinə ‚qazi
İzzəddinin sənə dediklərin vəzirə de‛ demişdi. Lakin qazi Nəcməddin Xəlil bundan
imtina etmişdi. Qazi Mücirəddin Ömərin onu dilə tutmasından sonra Şərəfü’l-Mülklə
görüşərkən səfir vəzirə demişdi: ‚qazi İzzəddin Qəzvini mənə ‚sizin hömdarınız (məlik
İsa ibn Adil Əyyubi) nə fikirləşir? Nə vaxt öz doğma qardaşlarını rahat buraxıb
bunlarla (xarəzmlilərlə) məşğul olacaq? Allaha and olsun ki, qardaşlarının düşmənliyi
onun üçün bu qaragüruhun (xarəzmlilərin) dostluğundan daha xeyirlidir. O, bir gün bu
dostluqdan ötrü peşman olacaq, sonra peşmançılıq da ona fayda verməyəcək‛ demişdi.
Vəzir Şərəfü’l-Mülk bunu eşidəndə bərk qəzəblənmişdi. O, qazi İzzəddin Qəzvinini
çağırıb səfirlə üzləşdirmişdi. Bəlağət sahibi qazinin nitqi qurumuş, kəkələməyə
başlamışdı. Vəzir isə ona ‚əgər yaşına və alimliyinə hörmət olmasaydı kəskin qılınc
indi kəlləni uçurmuşdu. Rədd ol buradan, yaramaz!‛ deyib hüzurundan qovmuşdu.
Qazi İzzəddin Qəzvini vəzifəsindən azad olunaraq əmlakı müsadirə edilmişdi
1535
.
Məlikə xatuna gəldikdə isə İbnü’l-Əsirin yazdığına görə evləndikdən bir müddət sonra
Cəlaləddin Xarəzmşah bu qadına əsla maraq göstərməmiş və ona iltifat etməmişdi
1536
.
Nəsəvinin yazdığına görə Cəlaləddin Xarəzmşah evləndikləri vaxt ona sahib olduğu
Xoyla yanaşı Səlmas və Urmiyə şəhərlərinin də hakimliyini vermişdi
1537
. Belə anlaşılır
ki, bu qadının Cəlaləddinə ərə getməkdə məqsədi hökmdar arvadı olaraq qalmaq idi.
Hömdarın kim olduğunun isə elə də əhəmiyyəti yox idi. Çünki mənbələrin verdiyi
məlumata görə bu qadın atabəy Özbəklə evli olduğu vaxtlarda dövlət işlərinə müdaxilə
edirdi və idarəçilikdə söz sahibi idi. Belə ki, nə atabəy Özbəyin, nə də hər hansı bir
dövlət məmurunun sözünün onun yanında keçərliliyi yox idi
1538
.
Mərhum akad. Ziya Bünyadov, bir əvvəlki bioqrafiyada sözü gedən, qazi Fəxrəddin
Əbü’l-Fəzl Əhməd Təbrizinin qazi Qəvaməddin Əbu Abdullah Muhəmməd Təbrizinin
oğlu olduğununun ehtimal edildiyini yazmışdır
1539
. Lakin hadisələrin tarixi bunun
mümkün olmadığını göstərir. Belə ki, qazi Fəxrəddin Əbü’l-Fəzl Əhməd Təbrizi 1092-ci
ildə ölmüşdü. Burada sözü gedən və qazi Qəvaməddin Əbu Abdullah Muhəmməd
1535
NƏSƏVİ, həmin əsər, s. 208.
1536
İBNü’l-ƏSİR, Kamil fi’t-Tarix, C. XII, s. 429.
1537
NƏSƏVİ, həmin əsər, s. 207.
1538
İBNü’l-ƏSİR, həmin əsər, C. XII, s. 429.
1539
BÜNYADOV, Azərbaycan Atabəyləri Dövləti, s. 183.
Təbrizinin də daxil olduğu bu hadisələr isə XIII əsrin ilk rübündə baş vermişdi. Bu iki
şəxs sözsüz ki, eyni soydan və qohum idilər. Lakin bu qohumluq əlaqəsinin necəliyin
dəqiqləşdirmək təəssüf ki, mümkün deyil.
Dostları ilə paylaş: |