Qazi Qütbəddin Əbü’l-Fəzail Muhəmməd ibn Ömər ibnü’l-Fəzl Təbrizi
Şafi’i məzhəbinə mənsub fəqih idi. H. 668-ci ildə (1270) Təbrizdə anadan olmuşdu
1479
.
Əxəveyn ləqəbi ilə tanınmışdı. Təbrizdə təhsil almış, Muhyəddin Əbu Muhəmməd
Hüseyn Bəğəvinin (öl. 1122) ‚Şərhü’s-Sünnə‛ adlı çoxcildli hədis külliyatını dinləmişdi.
Qütbəddin Muhəmməd Təbrizi Bağdad qaziliyinə təyin olunmuşdu. O, fiqhlə yanaşı
təfsir, üsul, məntiq, ərəb dili və xitabət kimi elm sahələrində dövrün tanınmış
mütəxəssislərindən idi. O, həm də mahir xəttat idi, gözəl xəttlə yazı yazırdı. Bağdad
Müstənsiriyyə mədrəsəsinin müdərrisi olmuş, bundan başqa Bağdaddakı bir neçə
mədrəsədə də dərs vermişdi. O, gözəl əxlaqlı, yumuşaq xasiyyətli və təvazökar insan
idi. Qütbəddin Təbrizi həm də xeyriyyəçi idi. Yoxsulları daim himayə edir, onlara
maddi yardım göstərirdi. Alim h. 736-cı ilin məhərrəm ayında (sentyabr 1335)
Bağdadda vəfat etmiş və evinin yaxınlığındakı türbədə dəfn edilmişdi
1480
.
Burhanəddin Übeydullah ibn Yusif Təbrizi
Qahirəyə gəlmiş və bu şəhərdə məskunlaşmışdı. Şəmsəddin Səxavi, Übeydullah Təbrizi
haqqında yazarkən ‚şeyximizdən dərs almışdır‛ deyə qeyd etmişdir
1481
. Şəmsəddin
Səxavinin ən çox ehtiram bəslədiyi və rəğbət göstərdiyi müəllimi İbn Həcər Əsqəlani
(1449) olmuşdur
1482
. Ehtimal ki, Burhanəddin Übeydullah Təbrizi İbn Həcər
Əsqəlaninin tələbəsi olmuşdur. Yenə Səxavi onun haqqında yazarkən belə deyir:
1477
SƏFƏDİ, Vafi bi’l-Vəfayat, C. XXIV, s. 105-106; İBN ŞAKİR, Fəvatü’l-Vəfayat, C. I, s.328-329; İBN TAĞRIBİRDİ,
Nücumu’z-Zahirə, C. III, s. 288; Mənhəlü’s-Safi, C. II, s. 138; MƏQRİZİ, Kitabu’s-Süluk, C. II, s. 40.
1478
ZİRİKLİ, Ə’lam, C. IV, s. 64.
1479
Məhəmməd Əli Tərbiyət, İbn Həcər Əsqəlaninin əsərinə istinad edərək onun h. 680-ci ildə (1281) anadan
olduğunu qeyd edir. Bax: Danişməndani-Azərbaycan, s. 139. Halbuki həmin əsərdə Qütbəddin Muhəmməd Təbrizinin
h. 668-ci ildə (1270) anadan olduğu qeyd edilmişdir.
1480
İBN HƏCƏR, Dürərü’l-Kaminə, C. II, s. 390; İBN KƏSİR, Bidayə və’n-Nihayə, C. XIV, s. 281; İBNü’l-İMAD,
Şəzəratü’z-Zəhəb, C. VI, s. 645; SƏFƏDİ, Ə’yanü’l-Əsr, C. IV, s. 682-683. Səlahəddin Səfədi qazi Qütbəddin Təbrizinin
h. 730-cu (1330) ildə vəfat etdiyini qeyd etmişdir.
1481
SƏXAVİ, Zəvu’l-Lami’, C. II, s. 494.
1482
ŞEŞEN, həmin əsər, s. 223-224.
‚şeyximiz onu (yəni Burhanəddin Übeydullahı) tövsif edərkən ‚imam, əllamə,
tədiqiqatçıların yeganəsi, Burhanəddin ibn imam İzzəddin‛ demişdi‛
1483
. Bizim
fikrimizcə Burhanəddin Übeydullah şeyx İzzəddin Yusif əs-Sarayi Təbrizinin (öl. 1402)
oğlu idi. Çünki həmin dövrdə ‚imam İzzəddin Təbrizi‛ adlı başqa bir alimə rast gəlmək
mümkün olmamışdır. Burhanəddin Übeydullah Təbrizinin ölüm tarixi məlum deyil.
XV əsrdə yaşamışdır.
Mövlana Şəmsəddin Muhəmməd ibn Əhməd ibn Hacı Təbrizi
Şafi’i məzhəbinə mənsub fəqih və qari idi. Təbrizdə dünyaya gəlmiş və təvəllüdü h.
755-ci ildən (1354) əvvələ təsadüf edir. Dəməşqdə yaşamış və bu şəhərdə İbn Əzibə
ləqəbi ilə tanınmışdı. Mövlana Şəmsəddin Təbrizi tacir idi və ticarət məqsədiylə İran,
Anadolu, Hindistan, Yəmən və Hicaza səfərlər etmişdi. Getdiyi ölkələrdəki məşhur
alimlərdən ərəb filologiyası, qiraət, fiqh və hədis elmlərinə dair dərslər almışdı. Misirdə
Cəmaləddin Əbu Muhəmməd Əbdürrəhim ibn Həsən Əsnəvi (öl. 1370), Hələbdə
Şihabəddin Əbü’l-Abbas Əhməd ibn Həmdan əl-Əzrai (öl. 1381), Dəməşqdə İmadəddin
İsmayıl ibn Ömər İbn Kəsir (öl. 1373) və Təqiyəddin Muhəmməd ibn Rafi’ (öl. 1372) ilə
görüşmüşdü. O, zəngin şəxsi kitabxanaya malik idi. H. 795-ci ildə (1393) Qüds şəhərinə
getmişdi. İki il burada qaldıqdan sonra Məkkəyə getmişdi. Mövlana Şəmsəddin Təbrizi
mömin, çox ibadət və zikr edən, fəzilətli və saleh insan idi. Elmi və elm əhlini sevər,
alimlərə ehtiram göstərərdi. O, ərəb dili, qiraət və təfsir dərsləri vermişdi. H. 835-ci ilin
məhərrəm ayında (sentyabr 1431) Məkkədə uzun sürən xəstəlikdən sonra vəfat
etmişdi
1484
.
Şeyx Ümdətəddin Əbu Mənsur Muhəmməd ibn Əsəd ibn Muhəmməd ibn Cə’fər ət-
Tusi Təbrizi
Mühəddis idi. H. 486-cı ildə (1093) Xorasanın Tus şəhərində anadan olmuşdu. Tusda
Əbu Hamid Qəzzalinin tələbəsi olmuş, ondan şafi’i fiqhini öyrənmişdi. Daha sonra
Mərvə getmiş, Muhəmməd ibn Mənsur əs-Səm’aninin tələbəsi olmuşdu. Mərvərrudda
1483
SƏXAVİ, həmin əsər, C. II, s. 494.
1484
SƏXAVİ, Zəvu’l-Lami’, C. III, s. 328.
Hüseyn ibn Məs’ud Bəğəvi, Əbdülqəffar əş-Şirazi, Hüseyn ibn Məs’ud əl-Fərradan
hədis dərsləri almışdı. H. 551-ci ildə (1156) Bağdada gəlmiş və bu şəhərdə hədis dərsləri
vermişdi. Daha sonra Təbrizə getmiş, Təbriz mədrəsələrində hədis dərsləri vermiş, h.
573-cü ilin rəcəb ayında (yanvar 1178) bu şəhərdə vəfat etmişdir. Əbu Əhməd
Əbdülvəhhab ibn Səkinə onun tələbələri arasından yetişmiş mühəddislərdəndir.
‚Şərhü’s-Sünnə‛ və ‚Məalimü’t-Tənzil‛ şeyx Ümdətəddin Təbrizinin qələmindən
çıxmış məşhur əsərlərdir
1485
.
Seyyidü’ş-şərif Şəmsəddin Muhəmməd ibn Muhəmməd ibn Abdullah ibn
Muhəmməd əş-Şafi’i Təbrizi
Şafi’i məzhəbinə mənsub fəqih idi. O, ata və ana tərəfindən imam Hüseyn (ا) və imam
Həsənin (ا) nəslindən idi. Öz dövrünün tanınmış alimlərindən biri olan seyyid
Şəmsəddin Muhəmməd Təbrizi h. 881-ci ildə (1476) 65 yaşında Məkkədə vəfat
etmişdi
1486
.
Fəxrəddin Əbü’l-Məali Muhəmməd ibn Muhəmməd ibn Muhəmməd ibn Yusif əl-
Əxlati Təbrizi
Qari, xəttat və katib idi. Təbrizdə məskunlaşmış, bu şəhərdə yaşamışdı. İbnü’l-Fuvati
onunla h. 664-cü ildə (1266) Təbrizdə görüşdüyünü qeyd etmişdir. Onun Təbrizin
Meydan məhəlləsində sahib Şəmsəddin ibn Muhəmməd ibn Muhəmməd
Cüveyninin
1487
tikdirdiyi Darü’z-Ziyafə ilə üzbəüz məscidin bitişiyində tələbələrinə
Qur’ani-Kərim qiraət və təcvidini öyrətdiyi məktəbi var idi. İbnü’l-Fuvati Fəxrəddin
Əbü’l-Məali Əxlatinin xoşsima və mülayim insan olduğunu, onun məktəbində son
Abbasi xəlifəsi Müstə’sim Billahın (1242-1258) nəvələrini gördüyünü qeyd etmişdir.
1485
İBNü’l-FUVATİ, Məcməü’l-Adab , C. IV/2, s. 897.
1486
İBNü’l-İMAD, Şəzəratü’z-Zəhəb, C. VII, s. 875.
1487
Şəmsəddin Muhəmməd ibn Muhəmməd Cüveyni (öl. 1284) Elxani hökmdarlarından ilk üçünün Hülagü xan
(1258-1265), Əhməd xan Təküdar (1262-1282) və Abaqa xanın (1282-1284) sahibi-divanı, baş vəziri olmuşdu. O,
məşhur tarixçi, ‚Tarixi-Cahanquşa‛nın müəllifi, Əlaəddin Əta-Məlik Cüveyninin (öl. 1283) qardaşı idi. Bax: İstoriya
İrana s Drevneyşix Vremyon do Kontsa XVIII veka, s. 366.
Müəllif həmçinin Fəxrəddin Əxlatinin şeyx Əbu İshaq ibn Şəhriyar əl-Kazeruninin
1488
təriqətinə mənsub olduğunu qeyd etmişdir
1489
.
Şeyx Əminəddin Əbu’l-Xeyr Müzəffər ibn Əbu Muhəmməd ibn İsmayıl ibn Əli əl-
Varani Təbrizi
Şafi’i məzhəbinə mənsub fəqih idi. H. 558-ci ildə (1163) anadan olmuşdu. Mosulda
Əbü’l-Müzəffər Muhəmmədin tələbəsi olmuşdu. Daha sonra Bağdadda Nizamiyyə
mədrəsəsində təhsil almış, Əbü’l-Qasım ibn Fəzlandan fiqh elmini öyrənmişdi. Əbu
Əhməd ibn Səkinə və Əbü’l-Fərəc ibn Kuleybdən hədis dinləmişdi. Daha sonra həcc
ziyarətinə getmiş, həccdən sonra Misirə getmişdi. Misirdə Nasiriyyə və Səlahiyyə
mədrəsələrində dərs vermişdi. Əminəddin Müzəffər Təbrizi fiqh və fiqh üsulu
sahələrində dərinləşmiş abid və zahid insan idi. Qahirədə Şərifiyyə məscidinin
yaxınlığında yaşayırdı. Burada fətva mərcii idi. Tez-tez elmi diskussiyalarda iştirak
edirdi. Çox mütaliə edir və risalələr qələmə alırdı. O, fiqh və ərəb dilinin
qrammatikasına dair üç cildlik ‚Səmtu’l-Fəvaid‛ adlı bir əsər qələmə almışdı. ‚əl-
Məhsul‛
1490
adlı əsəri ixtisar və icmal etmişdi. Onun bu əsəri ‚əl-Müxtəsər‛ adı ilə
məşhur olmuş və mədrəsələrdə dərslik kimi istifadə olunmuşdu. Əbu Hamid
Qəzzalinin ‚əl-Vəciz‛ adlı əsərinə giriş yazmışdı. ‚Simkü’l-Fəraiz‛ və ‚Sibtü’l-Məsail‛
adlı əsərlər də Əminəddin Təbrizinin qələmindən çıxmış əsərlərdir. Onun tələbələri
arasından hafiz Zəkiəddin əl-Mənzəri kimi tanınmış alimlər yetişmişdi. Ölümündən bir
müddət əvvəl İraqa, daha sonra İrana getmiş və h. 621-ci ilin zilhiccə ayında (1224)
Şiraz şəhərində vəfat etmişdi
1491
.
1488
Şeyx Əbu İshaq ibn Şəhriyar Kazeruni (öl. 1034) Şiraz yaxınlığındakı Kazerun qəsəbəsində dünyaya gəlmişdi.
Babası məcusi olsa da atası İslamı qəbul etmişdi. Mənbələrdə qeyd edildiyinə görə şeyx Əbü’l-İshaq Kazeruni
minlərlə məcusinin İslamı qəbul etməsinə səbəb olmuşdu. Onun ətrafında böyük bir mürid kütləsi toplanmışdı.
Ölümündən sonra müridlərinin səyi ilə onun adı ilə, Kazeruniyyə adlanan təriqət qurulmuşdu. Bu təriqət həmçinin
İshaqiyyə və Mürşidiyyə adı ilə də tanınmışdı. Kazeruniyyə təriqəti XII-XVI əsrlərdə İran, Azərbaycan və Anadoluda
ən çox mənsubu olan təriqətlərdən biri idi. Şeyx Əbu İshaq Kazeruni və Kazeruniyyə təriqəti haqqanda ətraflı
məlumat üçün bax: CAMİ, Nəfəhatü’l-Üns, s. 297; Kadir ÖZKÖSE, ‚Anadolu’nun Türkleşmesi ve İslamlaşmasında
Tasavvuf Zümre ve Akımlarının Rolü‛, CÜİFD, C. VII/1, Sivas 2003, s. 249-279.
1489
İBNü’l-FUVATİ, Məcməü’l-Adab , C. IV/3, s. 371.
1490
əl-Məhsul-Fəxrəddin Razinin kəlam elminə dair əsəridir.
1491
SÜBKİ, Təbəqatü’ş-Şafi’iyyə əl-Kübra, C. VIII, s. 206; İBN QAZİ ŞUHBƏ, Təbəqatü’ş-Şafi’iyyə, C. III, s. 81; ƏSNƏVİ,
Təbəqatu’ş-Şafi’iyyə, C. II, s. 151-152; İBNü’s-SABUNİ, Təkmilətü’l-İkmal, s. 53; SÜYUTİ, Hüsnü’l-Mühazirə, s. 218;
KATİB ÇƏLƏBİ, Kəşfü’z-Zünun, C. II, s. 35, 67, 794; KƏHHALƏ, Mu’cəmü’l-Müəllifin, C. III, s. 893.
Şeyx Fəxrəddin Əbu Cə’fər Ömər ibn Əhməd ibn Ömər Təbrizi
Şafi’i məzhəbinə mənsub fəqih və mühəddis idi. Onun atası şeyxü’l-arif Nəcməddin
Təbrizi də yaşadığı dövrün tanınmış fiqh, hədis və təfsir alimlərindən idi. Fəxrəddin
Ömər Təbrizi atası Nəcməddin Təbrizi, imam Zəhirəddin Ramazan ibn Muhəmməd
Təbrizi, Ümdətəddin Muhəmməd ibn Əsəd əl-Əttari kimi alimlərdən dərs almışdı. O,
bu alimlərin yanında imam Muhyəddin Hüseyn Bəğəvinin (öl. 1122) ‚Şərhü’s-Sünnə‛
adlı çoxcildli hədis külliyatını, imam Məcdəddin Əbü’s-Səadə ibnü’l-Əsir əl-Cəzəri
Məvsilinin ‚Cəmiü’l-Üsul‛ adlı hədis külliyatını, şeyx Şihabəddin Ömər Sührəvərdinin
‚Əvarifü’l-Məarif‛ adlı əsərini, həmçinin bu alimlərin özlərinin müəllifi olduqları
əsərləri oxuyub öyrənmişdi. İbnü’l-Fuvati, Fəxrəddin Ömər Təbrizi ilə Təbrizin cümə
camesində görüşdüyünü, həmçinin onun atası şeyxü’l-arif Nəcməddin Təbrizini də
gördüyünü qeyd etmişdir
1492
. Əfsus ki, müəllif onlarla neçənci ildə görüşdüyünü və
vəfat tarixlərini qeyd etməmişdir. Lakin İbnü’l-Fuvatinin 1260-cı illərdən 1280-ci ilə
qədər, daha sonra 1304, 1310-1311, 1316-1318-ci illərdə Azərbaycanda olduğunu
1493
nəzərə alaraq bu görüşün də həmin bu illərdə baş verdiyini təxmin etmək olar.
Əbü’s-Səfa Xəlil ibn Əhməd ibn Xəlil Təbrizi
Təsəvvüf əhlinə mənsub mühəddis idi. Əbü’s-Səfa Xəlil Təbrizinin təvəllüdü h. 560-cı
illərə (1165-1175) təsadüf edir. Təhsil almaq məqsədiylə Dəməşqə getmiş və burada
Əbu Həfs ibn Təbərzəddən hədis dərsləri almışdı. Təhsili başa vurduqdan sonra
Dəməşqdə qalmış və tədrislə məşğul olmuşdu. Əbü’s-Səfa Xəlil Təbrizi h. 27 şəvval 655-
ci ildə (6 noyabr 1257) Dəməşqdə vəfat etmiş və buradakı Sufiyyə qəbristanında dəfn
edilmişdi
1494
.
Qazi Əbü’l-Hüseyn Budeyl ibn Əli Təbrizi
1492
İBNü’l-FUVATİ, Məcməü’l-Adab , C. IV/3, s. 266.
1493
ŞEŞEN , həmin əsər, s. 237.
1494
İBNü’s-SABUNİ, Təkmilətü’l-İkmal, s. 25.
Şafi’i məzhəbinə mənsub fəqih və mütəkəllim idi. Təhsil almaq üçün Bağdad getmiş və
burada şeyxülislam Əbu İshaq İbrahim Şirazidən fiqh, fiqh üsulu və xilaf (müqayisəli
hüquq) elmlərini öyrənmişdi. O, həmçinin ərəb ədəbiyyatı üzrə mütəxəssis idi. Təhsilini
başa vurduqdan sonra Təbrizə qayıtmış, burada tədrislə məşğul olmuşdu. Təbriz
yaxınlığındakı vilayətlərdən birinin qaziliyinə də təyin olunmuşdu
1495
. Ölüm tarixi
məlum deyil. Şeyxülislam Əbu İshaq Şirazinin tələbəsi olduğuna görə onun XI-XII
əsrlərdə yaşadığını təxmin etmək olar.
Şeyx Kəmaləddin Təbrizi
İbnü’l-İmad öz əsərində onun tədqiqatçı alim və saleh insan kimi tövsif etmiş,
Dəməşqdə yaşadığını və təsəvvüf əhlindən olduğunu qeyd etmişdi. O, geyiminə xüsusi
diqqət yetirir, daim təmiz və gözəl geyinirdi. Şeyx Kəmaləddin Təbrizi h. 957-ci ilin
rəbiəlaxir ayında (1550) Dəməşqdə vəfat etmişdi
1496
.
Şeyx Tacəddin Əbdürrəhman ibn Muhəmməd Təbrizi
Şafi’i məzhəbinə mənsub fəqih və vaiz idi. H. 661-ci ildə (1263) anadan olmuşdu. Təbriz
şəhərinin şeyxi idi və Əfzəli ləqəbi ilə tanınırdı. O, abid, zahid, saleh əməlli, mübarək
insan idi. Səlahəddin Səfədi şeyx Tacəddin Əbdürrəhman Təbrizinin sələfi-salehinin
etiqadına sıx bağlı olduğunu qeyd etmişdi
1497
. Şeyx Tacəddin Təbrizi Elxanilərin baş
vəziri Rəşidəddinin
1498
üsuli-idarəsini daim tənqid edir, onun əleyhinə çıxışlar edirdi.
Vəzir Rəşidəddin müxtəlif yollarla şeyx Tacəddin Əbdürrəhman Təbrizini ələ almaq və
öz tərəfinə çəkmək istəmişdi. Lakin şeyx Tacəddin Təbrizi gözütox insan olduğu üçün
1495
SƏFƏDİ, Vafi bi’l-Vəfayat, C. X, s. 63.
1496
İBNü’l-İMAD, Şəzəratü’z-Zəhəb, C. VIII, s. 181.
1497
SƏFƏDİ, Ə’yanü’l-Əsr, C. III, s. 37.
1498
Rəşidəddin Fəzlullah ibn Əbü’l-Xeyr Əli Həmədani (1247—1318) Elxani hökmdarlarından Qazan xan və Olcaytu
xanın baş vəziri olmuşdur. Mənşəcə yəhudi idi, sonradan İslamı qəbul etmişdi. O, Qazan xanın məşhur islahatlarının
ideya müəllifi idi. Vəzir Rəşidəddin Fəzlullah həm də həkim və varlı tacir idi. Onun İran, İraq və Azərbaycanın bir
çox şəhərlərində, hətta o vaxt hələ Bizansın paytaxtı olan İstanbulda, ticarət müəssisələri var idi. Rəşidəddin
Fəzlullahdan sadəcə nəqd pul olaraq qalan mirasın məbləği 37. 500. 000 dinar (1 dinar=4,25 gr qızıl) idi. Rəşidəddin
Fəzlullah daim korrupsiyada, xalqın və dövlətin əmlakını talamaqla suçlanmışdı. Nəhayət, başda Tacəddin Şərəf
Əlişah Təbrizi olmaqla, rəqibləri onu Olcaytu xanı müalicə bəhanəsi ilə (Rəşidəddin Fəzlullahın əsl ixtisası həkimlik
idi) zəhərləyərək öldürməkdə ittiham edib 1318-ci ildə qılıncla (şaquli) iki yerə bölünərək edam edilməsinə və
əmlakının müsadirə edilməsinə nail olmuşdular. Ətraflı məlumat üçün bax: ONULLAHİ, XIII-XVII Əsrlərdə Təbriz
Şəhəri, s. 58; İstoriya İrana s Drevneyşix Vremyon do Kontsa XVIII veka, s. 207
vəzirin bütün cəhdləri boşa çıxmışdı. Ümumiyyətlə şeyx Tacəddin Təbrizi heç bir
səlahiyyət sahibinə meyl etməmiş və heç kimdən heç bir iltimas qəbul etməmişdi. Vəzir
Rəşidəddin xidmət etdiyi moğolların qəzəbinə gələrək edam ediləndən sonra şeyx
Tacəddin
Əbdürrəhman
Təbrizi
‚onun
öldürülməsi
100
min
səlibçinin
öldürülməsindən daha xeyirli olmuşdur‛ demişdi. Şeyx Tacəddin Əbdürrəhman
Təbrizi atası imam Əfzələddin Əbu Hamid Muhəmməd Təbrizi və öz oğulları ilə
birlikdə həcc ziyarətinə getmişdi. Həcc ziyarətinə gedərkən bir müddət Dəməşqdə
qalmış, ehtimal ki, buradakı alimlərlə görüşmüşdü. Alim h. 719-cu ilin səfər ayının ilk
ongünlüyündə (24 mart-2 aprel 1319) həcc ziyarətindən qayıdarkən Bağdadda, 58
yaşında ikən vəfat etmiş və Şunuziyyə qəbristanında dəfn edilmişdi
1499
.
Xacə Şeyxi ibn Muhəmməd ibn Əli Təbrizi
Tarixçi idi. Məkkədə yaşamış və İbn Fəhddən tarix dərsləri almışdı. H. 865-ci ildə (1461)
Məkkədə vəfat etmişdi
1500
.
Vaiz Fəxrəddin Əbü’l-Fəzl İsmayıl ibnü’l-Müsənna Təbrizi
Şafi’i məzhəbinə mənsub vaiz, tarixçi və fəqih idi. Fəzilət və alicənablağı ilə tanınmış
vaiz Fəxrəddin Təbrizi gözəl nitq və xitabət qabilyətinə malik idi. Şafi’i məzhəbinin
tanınmış alimlərindən imam Sədrəddin Əbu Bəkr Muhəmməd ibn Əldülləfit Xocəndi
(öl. 1154) h. 543-cü ildə (1148) Təbrizə gəldiyi vaxt onunla görüşmüş, onu tərifləmiş və
təqdir etmişdi. Ona olan heyranlığını imam Sədrəddin Əbu Bəkr Xocəndi aşağıdakı
beytlə dilə gətirmişdi:
Salət əni’l-mubərriz fi’l-məani
٢ٗاؼُٔا ٢ك و ّهثُٔا ٖػ دُأٌ
Bi Təbriz fəqalu ibnü’l-Musənnə ٠َّ٘صُٔا ٖتا اُٞاوك ى٣هثرت
Fəqalət fəhl ləhu san iləyh
ٚ٤ِ٣ ٕاش ُٚ َٜك دُاوك
Fəqal huvə’l-vəhid fələyisənnə
٠ّ٘ص٣لاك ك٤ؼُٞا ٞٛ ٍاوك
1499
İBN KƏSİR, Bidayə və’n-Nihayə, C. XIV, s. 170; SƏFƏDİ, Ə’yanü’l-Əsr, C. III, s. 37; İBN HƏCƏR, Dürərü’l-Kaminə,
C. II, s. 3-4; İBNü’l-İMAD, Şəzəratü’z-Zəhəb, C. VI, s. 606.
1500
SƏXAVİ, Zəvu’l-Lami’, C. II, s.176.
‚Təbrizin əsl, bariz şəxsiyyətini soruşdum, İbnü’l-Müsənna dedilər, onun sanında
başqası varmı dedim? Yoxdur, o yeganədir dedilər‛. Fəxrəddin İsmayıl Təbrizi
həmçinin ‚Tarixi-Azərbaycan‛
1501
adlı bir əsərin də müəllifi idi. Alim h. 580-ci ildə
(1184) vəfat etmişdi
1502
.
Şeyx Ziyaəddin Ziya ibn İmadəddin Təbrizi
Mühəddis idi. O, hədis elmindəki dərin biliyi ilə yanaşı fəzilətli, saleh və mömin insan
kimi tanınmışdı. Onun dərslərinə çox sayıda tələbə toplanırdı. Kəlam və fəlsəfə ilə
məşğul olanların onun belə izdihamlı tələbə qruplarına dərs verməsindən xoşları
gəlmirdi. Buna görə də Ziyaəddin Təbrizi ilə fəlsəfəçilər arasında münafirət var idi.
Alim h. 801-ci ildə (1399) vəfat etmişdi
1503
.
Fələkəddin Əbü’l-Məali Abdullah ibn Əli ibn Muhəmməd Təbrizi
Fələkəddin Əbü’l-Məali yaşadığı dövrdə Azərbaycanın görkəmli mütəfəkkiri,
filologiya, kəlam və məntiq sahəsində tanınmış mütəxəssisi olmaqla yanaşı həm də
Təbriz şəhərinin idarəçiliyində mühüm rol oynamışdır. İbnü’l-Fuvati Fələkəddin Əbü’l-
Məali Təbrizini ‚katib, hikmət və fəzilət sahibi insan‛ kimi sözlərlə tövsif etmişdir.
Fələkəddin Əbü’l-Məali gözəl əxlaqlı, bacarıqlı alim idi. O, bir sıra risalələrin müəllifi
idi. O, həmçinin Elxanilərin vəziri Rəşidəddin Fəzlullahın (öl. 1318) ‚Təvzihatü’r-
Rəşidiyyə‛ adlı əsərinə geniş və gözəl bir şərh yazmışdı
1504
. İbnü’l-Fuvati (öl. 1323)
Fələkəddin Əbü’l-Məalini Təbrizdə gördüyünü yazmışdır. Lakin onun ölüm tarixi
barədə hər hansı bir məlumat verməmişdir. Fələkəddin Əbü’l-Məali Təbrizi
1501
Şübhəsiz bu əsər həm Azərbaycan Atabəyləri, həm də ümumiyyətlə Azərbaycan tarixi haqqında çox qiymətli
əsərdir. Fəqət məhrum akademik Z. Bünyadovun da qeyd etdiyi kimi bu əsər dövrümüzə qədər gəlib çatmamışdır.
Yaxud da əlyazması hələ ki, tapılmamışdır.
1502
İBNü’l-FUVATİ, Məcməü’l-Adab , C. IV/3, s. 117-118. Mərhum akademik Ziya Bünyadov, Fəxrəddin Əbü’l-Fəzl
İsmayıl ibn Müsənna Təbrizi haqqında məlumat verərkən yazmışdır: ‚Görkəmli şəxsiyyətlərin kartotekasını tərtib
edən İbnü’l-Fuvati yazır: ‚Mən Təbrizdə tam mənasında görkəmli şəxsiyyətlər barəsində soruşanda mənə İbnü’l-
Müsənnanın adını çəkdilər......... ‛ (bax: Azərbaycan Atabəyləri Dövləti, s. 230). Yəni yuxarıda qeyd etdiyimiz şe’rdəki
mənanın İbnü’l-Fuvati tərəfindən ifadə edildiyini bildirmişdir. 1244-1323-cü illərdə yaşamış İbnü’l-Fuvatinin 1184-cü
ildə ölmüş Fəxrəddin Əbü’l-Fəzl Təbrizinin müasiri olması mümkün deyil. Mətndən də görüldüyü kimi Fəxrəddin
Əbü’l-Fəzl Təbrizi haqqında soruşub bu məlumatı alan İbnü’l-Fuvati deyil 1148-ci ildə Təbrizə səyahət etmiş imam
Sədrəddin Əbu Bəkr Xocəndi (öl. 1154) olmuşdur.
1503
SƏXAVİ, Zəvu’l-Lami’, C. II, s. 187.
1504
İBNü’l-FUVATİ, Məcməü’l-Adab , C. IV/3, s. 502-503.
filologiyaya dair ‚Hadiyyət ilə Həlli’l-Kafiyyə‛ və ‚Zəvabitü’l-Kafiyyə‛ adlı əsərlərin
müəllifi idi
1505
. Alimin XIII-XIV əsrlərdə yaşadığını təxmin etmək olar.
Dostları ilə paylaş: |