Əbu Cə’fər Muhəmməd ibn Həfs Uşnuhi
Mühəddis idi. Həyatı haqqında ətraflı məlumata rast gəlinməmişdir. Tanınmış tarixçi
və mühəddis, ‚Tarixi-Buxara‛ əsərinin müəllifi Əbu Abdullah Muhəmməd ibn Əhməd
əl-Qəncar əl-Buxari (948-1019) Əbu Cə’fər Uşnuhinin tələbəsi olmuş, ondan hədis
dinləmişdi
1783
. Alimin ölüm tarixi məlum deyil. Əbu Abdullah əl-Qəncarın ustadı və
müasiri olduğunu nəzərə alaraq Əbu Cə’fər Uşnuhinin X əsrdə yaşadığını təxmin
etmək olar.
Şeyx Əbü’l-Fəzl Əbdüləziz ibn Əli ibn Əbdüləziz ibn Hüseyn Uşnuhi
Şafi’i məzhəbinə mənsub fəqih və mühəddis idi. Bağdadda təhsil almış, şeyxülislam
Əbu İshaq İbrahim Şirazinin tələbəsi olmuş, ondan şafi’i fiqhini öyrənmişdi. Hədis
dinləmək məqsədiylə səyahət etmiş, bir çox mühəddislərlə yanaşı Əbu Cə’fər ibn
Məsləmədən də hədis dərsləri almışdı. Səyahətini başa vurduqdan sonra Bağdada
getmişdi. Bir müddət Bağdadda yaşadıqdan sonra Azərbaycana qayıtmış, vətənində
tədris və tədqiqatla məşğul olmuşdu. Fəzl ibn Muhəmməd ən-Nəvqani ondan hədis
dinləmişdi. Əbü’l-Fəzl Əbdüləziz Uşnuhi çox ibadət edən, zahid insan idi. O, İslam
vərəsəlik hüququna dair ‚əl-Uşnuhiyyə fi’l-Fəraiz‛ adlı əsər qələmə almışdı
1784
. Bu əsər
daha çox ‚Fəraizü’l-Uşnuhiyyə‛ adı ilə tanınmışdı. Cəmaləddin Əsnəvi onun öz
vətənində vəfat etdiyini yazsa da ölüm tarixini qeyd etməmişdir. Alimin ‚əl-Uşnuhiyyə
fi’l-Fəraiz‛ adlı əsərinin öz dəsti xətti ilə h. 505-ci ildə (1111) yazılmış nüsxəsi
1782
Hüseyn ibn Muhəmməd İBN BİBİ, Əxbari-Səlacuqe-Rum, (Nşr. M.C.Məşkur), s. 317, Tehran 1971. İbn Bibinin
əsərini tədqiq və nəşr etmiş Muhəmməd Cavad Məşkur Sivas qazisi İzzəddin Urməvi ilə Anadolu Səlcuqlu sultanı
İzzəddin II Keykavusun vəziri qazi İzzəddin Muhəmmədi eyni şəxs hesab edərək kitabın fihristində də bu şəkildə
qeyd etmişdi. Halbuki Vəzir qazi İzzəddin Muhəmməd 14 oktyabr 1256-cı ildə Ağsaray yaxınlığındakı Sultanxanı
döyüşündə Səlcuqlu ordusunun moğollara məğlub olmasından sonra Baycu noyanın əmri ilə, əsir düşmüş 14
Səlcuqlu dövlət xadimi ilə birlikdə, edam edilmişdi. Sivas qazisi İzzəddin Urməvi isə, yuxarıda qeyd etdiyimiz kimi,
1277-ci ildə qətlə yetirilmişdi. Vəzir İzzəddin Muhəmmədlə bağlı ətraflı məlumat üçün bax: Mikayıl BAYRAM,
‚Selçuklu Veziri Kadı İzzeddin Tarafından Düzenlenen bir Vakıf-Name‛, Ata Dergisi, S. 8, Konya 1997, ss. 48-49.
1783
SƏM’ANİ, Kitabü’l-Ənsab, C. I, s. 116.
1784
ƏSNƏVİ, Təbəqatu’ş-Şafi’iyyə, C. I, s. 58; YAQUT əl-HƏMƏVİ, Mu’cəmü’l-Büldan, C. I, s. 135; SÜBKİ, Təbəqatü’ş-
Şafi’iyyə əl-Kübra, C. VII, s. 94; İBN XƏLLİKAN, Vəfayatü’l-Əyan, C. VI, s. 148.
mövcuddur və Qahirədə, Misir Milli kitabxanasında saxlanılır. Bu əsərin Türkiyədəki
iki əlyazma nüsxəsindən biri Çorum Həsən paşa İHK, digəri isə Konya BYEK-də
mühafizə edilir. Konyadakı nüsxəni h. 983-cü ildə (1575) Zeynəddin ibn Ağacan
Naxçıvani adlı şəxs istinsəx edilmişdir. Şeyx Əbdüləziz Uşnuhi həmçinin ‚əl-İlhaq‛ və
‚Kifayə fi’l-Fiqh‛ adlı bir əsərlərin də müəllifi idi. İbnü’s-Səlah Şəhrəzuri ölüm tarixini
qeyd etməsə də onun Uşnuhda vəfat etdiyini yazmışdır. Ömər Rza alimin h. 550-ci ildə
(1155) vəfat etdiyini qeyd etmişdir
1785
.
Şeyxü’l-İslam Tacəddin Mahmud ibn Həddad ibn Əbu Bəkr ibn Yusif Uşnuhi
Şafi’i məzhəbinə mənsub fəqih və fütuvvət şeyxi idi. XII əsrin əvvəllərində
Azərbaycanın Uşnuh şəhərində anadan olmuş və ilk təhsilini vətənində almışdı. Daha
sonra Əfqanıstanın Herat şəhərinə getmişdi. Heratda şeyx Şəmsəddin Muhəmməd ibn
Əbdülməlik Deyləmi ilə tanış olaraq onun müridi olmuşdu. Şeyx Tacəddin Uşnuhi
məşhur fütuvvət şeyxi Şihabəddin Ömər Sührəvərdinin (öl. 1234) yaxın dostlarından
idi. Alim ‚Kitab Qayətü’l-İmkan fi Dirayətü’l-Məkan‛ adlı əsərin müəllifi idi. Şeyx
Tacəddin Uşnuhi həm də istedadlı şair idi və farsca gözəl şerlər yazırdı. Səid Nəfisi
onun ‚Tacinamə‛ adlı şe’rlər kitabının olduğunu qeyd etmişdir. Şeyx Tacəddin Uşnuhi
XIII əsrin ikinci yarısında Heratda vəfat etmiş, burada şeyx Məcdəddin Talibinin
məzarının yanda dəfn edilmişdi
1786
.
Əbü’l-Abbas Əhməd ibn Musa ibn Cəvseyn Uşnuhi
Şafi’i məzhəbinə mənsub mühəddis və fəqih idi. H. 450-ci ildə (1058) anadan olmuşdu.
Bağdada köçmüş və burada yaşamışdı. Əbu Sə’d əl-Mütəvəllinin
1787
tələbəsi olmuş,
ondan şafi’i fiqhini öyrənmişdi. Əbu Cə’fər Muhəmməd ibn Əhməd əl-Nəccari və
Əbü’l-Qənaim əd-Dəqqaq kimi mühəddislərdən hədis dinləmişdi. Əbu Bəkr əl-
Mübarək və Əbü’l-Qasım Zakir ibn Kamil əl-Xəffaf kimi alimlər onun tələbəsi olmuş və
1785
ŞƏHRƏZURİ, Təbəqati’l-Füqəhai’ş-Şafi’iyyə, C. I, s. 550; KƏHHALƏ, Mu’cəmü’l-Müəllifin, C. II, s. 164.
1786
NƏFİSİ, Tarixi-Nəzm və Nəsr, C. II, s. 750.
1787
Əbu Sə’d Əbdürrəhman ibn Mə’mun ibn Əli əl-Mütəvəlli (öl. 1085) yaşadığı dövrün tanınmış şafi’i alimlərindən
idi. Şeyx Əbu İshaq Şirazinin (öl. 1083) ölümündən sonra Bağdad Nizamiyyə mədrəsəsinin baş müdərrisi, rektoru
olmuşdu. ‚Tətimmə‛ onun fiqhə dair qələmə aldığı əsər idi.
ondan hədis dinləmişdilər. Əbü’l-Abbas Uşnuhi salehliyi və fəziləti ilə tanınmış alim
idi. H. 515-ci ilin zilhiccə ayında (fevral 1122) vəfat etmişdi
1788
.
Mənsur ibn Ətiq ibn Mənsur Uşnuhi
Müfəssir idi. Əbu Bəkr Übeydullah ibn Cami, Səid ibn Hüseyn ər-Ravəndi, Əbü’l-
Qasım Fəzl ibn Abdullah ibnü’l-Mühib kimi alimlərin tələbəsi olmuşdu. Tarixçi İbn
Əsakirin qeydlərindən Mənsur Uşnuhinin Qur’anın təfsirinə dair əsərin müəllifi olduğu
anlaşılır. İbn Əsakir onun Qur’ani-Kərimin İsra surəsi 110-cu ayəsini təfsir edərkən
Abdullah ibn Abbasın (ا) fikrini əsas götürdüyünü qeyd etmişdi. İbn Abbas (ا) bu
ayənin enmə səbəbi haqqında belə demişdi:
Bu ayə Allah Rəsulunun (م) (hicrətdən əvvəl, İslamın ilk illərində) Məkkədə əshabı ilə
birlikdə gizli namaz qıldığı vaxtlarda nazil olmuşdu. Allah Rəsulu (م) əshabına namaz
qıldırıb Qur’an oxuyarkən səsini qaldırırdı. Qüreyş müşrikləri onu eşidəndə Qur’anı,
onu endirəni və endiriləni söyürdülər. Bundan sonra bu ayə nazil oldu: ‚(Ey Rəsulum)
Namaz qılarkən səsini nə çox qaldır, nə də çox alçalt. Bunun (bu ikisinin) arasında orta
bir yol tut!‛ . Allah öz elçisinə ‚namazdakı Qur’an oxunuşlarında, müşriklər eşidib
Qur’anı söyməsinlər deyə, səsini çox yüksəltmə, əshabın da sənin Qur’an oxumağını
dinləməkdən məhrum olmasınlar deyə səsini çox alçaltma. Bu ikisinin arasında bir yol
tut‛ deyə bəyan etdi
1789
.
Şeyx Təqiyəddin Əbu’t-Təqi Saleh ibn Muxtar ibn Saleh ibn Əbü’l-Fəvaris Uşnuhi
Mühəddis idi. Şeyx İbn Əbdüddaim, Şəmsəddin Muhəmməd ibnü’l-Kamal
Əbdürrəhim və Fəxrəddin Əbü’l-Həsən Əli ibn Əhməd ibnü’l-Buxari kimi dövrün
məşhur mühəddislərinin tələbəsi olmuş, onlardan hədis dərsləri almışdı. Muhəmməd
ibn Əbdülhadi və İbrahim ibn Xəlildən şafi’i fiqhini öyrənmiş və bu alimlərdən icazət
(diplom) almışdı. Şeyx Təqiyəddin Saleh Uşnuhi hədis elminə dair bir sıra əsərlərin
1788
SÜBKİ, Təbəqatü’ş-Şafi’iyyə əl-Kübra, C. VI, s. 35; ƏSNƏVİ, Təbəqatu’ş-Şafi’iyyə, C. I, s. 58; SƏFƏDİ, Vafi bi’l-Vəfayat,
C. VIII, s. 129. Səlahəddin Səfədi onun babasının adını ‚Huşeyn‛ kimi qeyd etmişdir.
1789
İBN ƏSAKİR, Mu’cəmü’ş-Şüyux, s. 301-302. Bu ayənin təfsiri üçün bax: TƏBƏRİ, Camiü’l-Bəyan, C. V, s. 326-328;
BUXARİ, Səhih, Təfsirü’l-Qur’an, Nr. 27; MÜSLİM, Səhih, əs-Səlat, Nr. 17; TİRMİZİ , Sünən, 48/3146. ( لاٝ يذلاصت هٜعذ لاٝ
اٜت دكافذ).
müəllifi idi. Onun tələbələri arasından tanınmış mühəddislər çıxmışdı. Alim h. 738-ci
ilin cəmaziələvvəl ayında (dekabr 1337) Qahirədə vəfat etmiş və bu şəhərin Qirafə
səmtindəki qəbristanda dəfn edilmişdi
1790
.
Qütbəddin Əbu Muhəmməd Əmiri ibn Bəxtiyar Uşnuhi
Mühəddis idi. İraqın Ərbil şəhərində yaşamışdı. Yaşadığı dövrün tanınmış şafi’i
alimlərindən biri idi. Abdullah ibn Əhməd ibn Muhəmməd Məvsilidən hədis
dinləmişdi. Alim h. 614-cü ilin cəmadiəlaxir ayında (sentyabr 1217) təqribən 70 yaşında
vəfat etmişdi
1791
.
Əbu Nəsr Nueym ibn Əhməd ibn Muhəmməd ibn Əla Varsani
Mühəddis idi. Fəqih Əbu Bəkr Muhəmməd ibn Həfsuyənin tələbəsi olmuş, ondan hədis
dərsləri almışdı. Əbu Nəsr Nueym Varsani h. 345-ci (956) ildə İranın Cürcan şəhərində
hədis dərsləri vermişdir
1792
. Ölüm tarixi məlum deyil.
Əbü’l-Fərəc Əbdülvahid ibn Bəkr ibn Muhəmməd Varsani
Mühəddis idi. Hədis dinləmək üçün çox səyahət etmişdi. Dəməşqdə Cuməh ibnü’l-
Qasım, Muhəmməd ibn Abdullah ibn Cə’fər ər-Razi, Yəhya ibn Abdullah əz-Zəccac,
Əbu Bəkr Əhməd ibn Abdullah ibn Əbu Dücanə, Əbü’l-Qasım ibn Əbi’l-Əqəb,
Muhəmməd ibn Harun ibn Şueyb, Əbu Yə’la Abdullah ibn Əbi Kərimə əs-Səydavi, Əbu
Bəkr Muhəmməd ibn Davud əd-Duqqi, Mənsur ibn Əhməd əl-Hərəvi kimi
mühəddislərdən hədis dinləmiş və nəql etmişdi.
Həmzə ibn Yusif əs-Səhmi, Müzəffər ibn Əhməd əl-Fəqih, Əbü’l-Həsən Əbdülvahid ibn
Şah, Əbu Əhməd Əbhəri, Əbu Sə’d əl-Maleyni, Əbu Əbdürrəhman əs-Süləmi, Əbu
Muhəmməd Həsən ibn İsmayıl Ğəssani ondan hədis dinləmişdilər. Əbü’l-Fərəc
Əbdülvahid Varsani tanınmış mühəddis Əhməd ibn Mənsur Şirazinin yaxın dostu idi.
1790
İBN RAFİ’, əl-Vəfayat, s. 10.
1791
SÜBKİ, Təbəqatü’ş-Şafi’iyyə əl-Kübra, C. VIII, s.70.
1792
SƏM’ANİ, Kitabü’l-Ənsab, C. IV, s.467.
Əbü’l-Fərəc Varsani h. 365-ci ildə (976) Cürcana getmiş orada hədis dərsləri vermişdi.
Alim h. 372-ci ildə (982) Hicazda vəfat etmişdi
1793
.
Əhməd ibn Duləf Varsani
Mühəddis idi. Qəzvində təhsil almış, burada Həsən Əli ibn Muhəmməd ibn Quttandan
(öl. 1231) hədis dinləmişdi. Əhməd ibn Duləf Varsani İbrahim ibn Nəsr, Abdullah ibn
Rica kimi ravilərdən hədis nəql etmişdi
1794
. Ölüm tarixi məlum deyil, XIII əsrdə
yaşamışdır.
Əbü’l-Həsən Əli ibnü’s-Sirri ibn Səqr ibn Həmmad Varsani
Mühəddis idi. Əbü’l-Qasım Abdullah ibn Muhəmməd əl-Bəğəvi (öl. 929), Əbu Bəkr
Muhəmməd ibn Qasım İsfəhani, Cə’fər ibn İsa Hulvani, Əbu Bəkr Muhəmməd ibn
Həsən ibn Davuddan hədis dinləmiş və nəql etmişdi. Əbü’l-Həsən Əli Varsani bir
müddət Qəzvində təhsil almış, burada Əbu Hatim əs-Sicistani, Əbu Əli ət-Tusi kimi
alimlərdən hədis dinləmişdi. İbn Bilal və İbn Bərkan, Əbü’l-Həsən Əli Varsanidən hədis
dinləmişdilər
1795
. Ölüm tarixi məlum deyil. IX-X əsrlərdə yaşamışdır.
Əhməd əl-Bəlazuri əsərində ‚əl-Varsani‛ nisbəli bir şəxsin Abbasi xəlifələrindən Cə’fər
ibn Mənsurun (754-775) qızı Umm Cə’fər Zübeydənin
1796
(öl. 831) məvlası olduğunu
qeyd etmişdir. Əsərin naşiri Dr. Abdullah Ənis ət-Təbba’ ‚əl-Varsani‛ nisbəli bu şəxsin
Əbü’l-Həsən Əli ibnü’s-Sirri olduğunu qeyd etmişdir
1797
. Lakin təəssüf ki, naşir
istinadını bildirməmişdir.
Müəllim Əbü’l-Hüseyn Əli ibn Davud ibn Əhməd əl-Azərbaycani Varsani
Yaşadığı dövrün tanınmış mühəddislərindən idi. İbn Əbü’d-Dünya, katib Əbu Cə’fər
Muhəmməd ibnü’l-Əzhər, Abdullah ibn Hazır ər-Razi, Muhəmməd ibn İsrail əl-
Cəvhəri, Muhəmməd ibn Qalib ət-Təmmam, Hamid ibn Səhl əs-Səğri, Əhməd ibn
1793
İBN ƏSAKİR, Tarixu-Mədinəti-Diməşq, C. XXXVII,s. 206-208; YAQUT əl-HƏMƏVİ, Mu’cəmü’l-Büldan, C. V, s. 556.
1794
RAFİ’İ, Tədvin, C. II, s. 175.
1795
YAQUT əl-HƏMƏVİ, Mu’cəmü’l-Büldan, C. V, s. 556; RAFİ’İ, Tədvin, C. IV, s. 75.
1796
Zübeydə bint Cə’fər 781-ci ildə əmisi oğlu, xəlifə Harun ər-Rəşidlə evlənmişdi.
1797
Bax: BƏLAZURİ, Fütuhü’l-Büldan, s. 461.
Muhəmməd əl-Amiri, Əhməd ibn Nəsr Tirmizi, Əbü’l-Abbas Sərrac əs-Səqəfidən hədis
dinləmiş və nəql etmişdi. Əbü’l-Hüseyn ər-Razi, Əbü’l-Fərəc İmran əl-Xəffaf, Əbü’l-
Fəth Müzəffər əl-Muqri, Əbu Haşim əl-Müəddəb, Əbü’l-Qasım Əbdürrəhman Şeybani,
Əbü’l-Fəth Əbdülmün’im ibn Xıdır Ğəssani ondan hədis dinləmiş və qeyd etmişdilər.
Alimin ölüm tarixi h. 338-ci ildən (949) sonraya təsadüf edir. O, Dəməşq yaxınlığındakı
Neyrəb kəndində yaşamış və orada vəfat etmişi
1798
. Əbü’l-Hüseyn Əli Varsaninin nəql
silsiləsində yer aldığı hədislərdən bəzilərini burada qeyd etmək yerinə düşəcəkdir:
Əbu Zərr əl-Ğifari dedi (ا), Rəsulullah (م) buyurdular ki: ‚Müəllim (öyrədən) xeyir
tapmışdır. Alim üçün yerdəki canlılar, uçan quşlar, hətta dənizdəki balıqlar xeyir-dua
edər, günahlarının əvf edilməsi üçün Allaha yalvararlar‛
1799
.
Əbu Hüreyrə dedi (ا) Rəsulullah (م) buyurdular ki: ‚Allah əcəlini altımış yaşına qədər
uzatdığı şəxsin hər cür üzr və bəhanələrini aradan qaldırmışdır‛
1800
. Yəni altımış yaşa
qədər yaşamış bir şəxsin dini mükəlləfiyyətlərindən ötrü istər həyatda, istərsə də
Allahın qarşısında: ‚vaxtım olmadı, bilmədim, öyrədən olmadı, öyrənə bilmədim‛ və.s
bu qəbildən olan heç bir bəhanəsi qəbul edilməyəcəkdir.
Qazi Əbu Bəkr Muhəmməd ibn Xuzeymə Varsani
Mühəddis və Varsan şəhərinin qazisi idi. Mühəddis Əbu Zərr Muhəmməd ibn Yusif ibn
Muhəmməddin tələbəsi olmuş, ondan hədis dərsləri almışdı. Tanınmış mühəddis imam
Əhməd ibn Əli ibn Lal qazi Əbu Bəkr Varsaninin tələbələrindən biri olmuş, ondan
hədis dinləyərək nəql etmişdi
1801
. Qazi Əbu Bəkr Varsaninin ölüm tarixi məlum deyil.
İmam Əhməd ibn Əli ibn Lal məşhur azərbaycanlı hədis hafizi Əbü’l-Qasım Həfs ibn
Ömər Ərdəbilinin (öl. 950) də tələbəsi olmuş, ondan hədis dinləmişdi
1802
. Deməli qazi
Əbu Bəkr Varsani hafiz Əbü’l-Qasım Ərdəbilinin müasiri olmuşdur. Beləcə onun da IX-
X əsrlərdə yaşadığını söyləyə bilərik.
1798
İBN ƏSAKİR, Tarixu-Mədinəti-Diməşq, C. XLI, s. 467-469.
1799
İBN ƏSAKİR, Tarixu-Mədinəti-Diməşq, C. XLI, s. 469. Ləfz və məna baxımından bənzər hədislər üçün bax:
TİRMİZİ, Sünən, İlm, hədis Nr: 2681, 2682, 2685; İBN MACƏ, Sünən, Müqəddimə, 239. ( ٢ِص٣ ٕاٌ٣هش ٚت َٓاؼُاٝ ه٤فُا ِْؼٓ
هؽثُا ٕٞٗٝ ءأٍُا ه٤غٝ ضنلأا ٢ك باٝكُا ٠رؼ ئش ًَ أٜ٤ِػ)
1800
İBN ƏSAKİR, Tarixu-Mədinəti-Diməşq, C. XLI, s. 469. Bundan başqa bax: BUXARİ, Səhih, Riqaq 4; TİRMİZİ , Sünən,
Dəvət, Nr: 3545, Zöhd, Nr: 2332; İBN MACƏ, Sünən, Zöhd, Nr: 4236. (هٔؼُا ٢ك ٚ٤ُئ الله نمػأ كوك حٌ٘ ٕٞرٌ ٚ٤ِػ دذأ ٖٓ)
1801
SƏM’ANİ, Kitabü’l-Ənsab, C. IV, s.467.
1802
Bax: ZƏHƏBİ, Kitab Təzkərətü’l-Hüffaz, s. 850-851.
Əllamə Hüseyn ibn Həsən əl-Hüseyni Xalxali
İmam Hüseynin (ا) nəslindən olan əllamə Hüseyn Xalxali sultan III Murad (1574-1595)
və III Mehmedin (1595-1603) hakimiyyəti illərində Osmanlı imperatorluğunda yaşamış
tanınmış müfəssir, filoloq, kəlamçı və astronom idi. Əllamə Hüseyn Xalxali Mirzə Can
Şirazinin tələbəsi olmuşdu. O, müxtəlif elm sahələrinə dair ərəbcə, farsca və türkcə
qələmə aldığı bir sıra əsərlərin müəllifi idi. ‚Haşiyə ələ Şərhü’l-Əqaidü’l-Əzudiyyə‛
1803
,
‚Şərhü’d-Dairətü’l-Hindiyyə‛
1804
, ‚Haşiyə ələ Ənvarü’t-Tənzil‛
1805
, ‚Miftah fi Həllü’l-
Məsabih‛, ‚Risalə fi’l-Məbdəi’l-Əvvəl və Sifatihi‛, ‚Şərhü’l-Kafiyyə li İbnü’l-Hacib‛,
‚Risalə fi Təhqiqi-Vəqti’z-Zəval‛, ‚Haşiyə ələ Risalətü İsbati’l-Vacib‛, ‚Haşiyə ələ
Şərhi’d-Dəvvani li-Təhzibü’l-Məntiq‛
1806
Hüseyn Xalxalinin əsərlərindən bəziləridir.
Alim h. 1014-cü ildə (1605) vəfat etmişdir
1807
. Türkiyənin əlyazma əsər kitabxanalarında
əllamə Hüseyn Xalxalinin əsərlərinin yüzlərlə nüsxəsi mövcuddur.
Əbu İshaq İbrahim ibn Xosrovşah ibn Hüseyn ibn Ömər Xalxali
Şafi’i məzhəbinə mənsub fəqih və mühəddis idi. Xalxal şəhərində dünyaya gəlmiş və
Azərbaycandakı mədrəsələrdə təhsil almışdı. Daha sonra Misirə getmiş və burada
yaşamışdı. H. 646-cı ildə (1248), yəni Əyyubilərin Misirdəki hakimiyyətinin son
illərində Bilbeys
1808
şəhəri qaziliyinə təyin olunmuşdu. Qazilik vəzifəsinin icrası ilə
yanaşı hədis tədrisi ilə də məşğul olmuşdu. Misirdə yaşadığı dövrdə şafi’i fiqhi
1803
Bu haşiyə Əzudəddin əl-İcinin ‚Əqaidü’l-Əzudiyyə‛ adlı əsərinə Cəlaləddin Dəvvaninin yazdığı şərh üzərinə
qələmə alınmışdır.
1804
Bu Sədrəddin Şirazinin əsərinə yazılmış şərhdir.
1805
Bu haşiyə qazi Nasirəddin Bəyzavinin təfsirinə yazılmış haşiyədir.
1806
‚Təhzibü’l-Məntiq və’l-Kəlam‛ Sə’dəddin Təftazaninin (öl. 1390) kəlam elmi sahəsində qələmə aldığı əsərdir.
Cəlaləddin Dəvvani (öl. 1502) bu əsərə ‚Şərhu Təhzibü’l-Məntiq‛ adı ilə bilinən şərh yazmışdır. Hüseyn Xalxali də
bu şərhə haşiyə yazmışdır. Bu şərhə haşiyə yazmış digər bir azərbaycanlı alim, yuxarıda haqqında məlumat
verdiyimiz, Mir Əbü’l-Fəth Ərdəbilidir.
1807
KATİB ÇƏLƏBİ, Kəşfü’z-Zünun, C. I, s. 1092; ZİRİKLİ, Ə’lam, C. II, s. 351; KƏHHALƏ, Mu’cəmü’l-Müəllifin, C. I, s.
549, 606; NƏFİSİ, Tarixi-Nəzm və Nəsr, C. I, s. 393. Səid Nəfisi alim barədə məlumat verərkən mühüm bir səhvə yol
vermişdir. S. Nəfisi alimin adını ‚Əllamə Seyyid Həsən əl-Hüseyni Xalxali‛ olaraq qeyd etmiş, onun h. 1014-cü
(1605) ildə vəfat etdiyini və yuxarıda adları qeyd olunmuş əsərlərin müəllifi olduğunu bildirmişdir. Halbuki alim
haqqında məlumat verən bütün mənbələrdə, o cümlədən onun əsələrinin əlyazma nüsxələrində adı ‚Hüseyn ibn
Həsən əl-Hüseyni Xalxali‛ kimi yazılmaqdadır.
1808
Bilbeys-(qədim Misirin Felbs adlanırdı), orta əsrlərdə Misirin şəmali-şərqində, Nil deltasının şərq sahilində
yerləşən strateji əhəmiyyətə malik qala-şəhər idi. İndi Qahirədən 20-25 km şimali-şərqdə yerləşən kiçik şəhərdir.
sahəsində böyük mütəxəssis kimi şöhrət tapmışdı. Alim h. 16 ramazan 668-ci ildə (8
may 1270) Dəməşqdə vəfat etmişdi
1809
.
Şəmsəddin Muhəmməd ibn Müzəffər Xalxali
Elxanilərin hakimiyyəti illərində (1256-1357) Azərbaycanın tanınmış şafi’i fəqihi,
mühəddis, ədəbiyyatşünas və mütəkəllimlərindən biri idi. Xətibi ləqəbi ilə məşhur
olmuş Şəmsəddin Xalxali müxtəlif elm sahələrinə aid bir sıra əsərlərin müəllifi idi.
Bunlardan ‚Tənvirü’l-Məsabih‛, ‚Şərhu Mişkatü’l-Məsabih‛, ‚Şərhu Müntəhiyü’s-Sul
və’l-Əməl fi İlmü’l-Üsul‛, ‚Şərhu Miftahü’l-Ülum‛, ‚Şərhu Təlxisü’l-Miftah‛ı
1810
sadalamaq olar. Alim h. 745-ci ildə (1344) Arranda vəfat etmişdi
1811
. ‚Şərhu Təlxisü’l-
Miftah‛ın nadir əlyazma nüsxələrindən biri Türkiyə Afyon Gədik Əhməd paşa İHK,
‚Şərhu Miftahü’l-Ülum‛un nüsxələrində biri isə İstanbul Köprülü yazma əsərlər
kitabxanasında saxlanılır.
Nəsrullah ibn Muhəmməd əl-Öməri Xalxali
Şafi’i məzhəbinə mənsub fəqih, müfəssir, mütəkəllim, əxlaq nəzəriyyəçisi, riyaziyyatçı
və şair idi. Nəsrullah Xalxali Səfəvilərin təzyiq və təqibləri nəticəsində vətəni tərk
etmək məcburiyyətində qalan alimlərdən biri idi. Alim Osmanlı imperatorluğu
idarəsində olan Şam diyarına getmiş, Hələb şəhərində məskunlaşmışdı. Nəsrullah
Xalxali Hələbdəki Əsruniyyə mədrəsəsində dərs vermişdi
1812
. Dəyərli həmkarım Bilal
Dədəyev mənbələrdəki məlumatlardan Nəsrullah Xalxalinin, yuxarıda haqqında
məlumat verdiyimiz, Şəmsəddin Muhəmməd Xalxalinin oğlu olduğu qənaətini hasil
etmişdir
1813
. Şəmsəddin Muhəmməd Xalxali h. 745-ci ildə )1344(, Nəsrullah Xalxali isə h.
962-ci ildə (1555) vəfat etmişdir. Ata ilə oğulun ölüm tarixləri arasında 211 il olması
mümkün deyil. Yəni Şəmsəddin Muhəmməd Xalxalinin Nəsrullah Xalxalinin atası olma
1809
MƏQRİZİ, Kitabü’l-Müqəffa, C. I, s. 148.
1810
‚Miftahü’l-Ülum‛ tanınmış ədəbiyyatşünas və mütəkəllim Yusif ibn Əbu Bəkr əs-Səkkakinin (öl. 1299) ərəb
filologiyasına dair əsərdir. Xətib Şəmsəddin Muhəmməd ibn Əbdürrəhman Qəzvini (öl. 1338) bu əsərin xülasəsini
yazmış və bunu ‚Təlxisü’l-Miftah‛ adlandırmışdı. Şəmsəddin Xalxali isə bu iki əsərə şərh yazmışdı.
1811
HİMYƏRİ, Nisbə ilə’l-Məvazi’, C. I, s. 143; KATİB ÇƏLƏBİ, Kəşfü’z-Zünun, C. I, s. 612; BAĞDADLI, İzahü’l-Məknun,
C. I, s. 165; KƏHHALƏ, Mu’cəmü’l-Müəllifin, C. III, s. 726.
1812
İBNü’l-İMAD, Şəzəratü’z-Zəhəb, C. III, s. 222; NƏFİSİ, Tarixi-Nəzm və Nəsr, C. II, s. 706; KƏHHALƏ, Mu’cəmü’l-
Müəllifin, C. IV, s. 28.
1813
DƏDƏYEV, həmin məqalə.
ehtimalı yoxdur. Lakin biz İbnü’l-İmadın qeydlərindən Nəsrullah Xalxalinin atasının da
Azərbaycanın tanınmış şafi’i fəqihlərindən biri olduğunu öyrənirik
1814
. İbnü’l-İmad
onun haqqında ‚fəqih oğlu fəqih‛
1815
ifadəsini işlədir. Nəsrullah Xalxali haqqındakı bir
digər yanılğı isə onun Şamaxı yaxınlığındakı Xalxal vilayətindən olmasıdır
1816
. Orta
əsrlərə aid tarixi mənbələr və bioqrafiya kitablarında ‚Xalxali‛ nisbəsi ilə Şirvandakı
vilayət deyil, Azərbaycanın cənubunda, Ərdəbillə Sultaniyyə və Zəncan arasında, Talış
dağlarının ətəyində, Gilanla həmsərhəd ərazidə yerləşən Xalxal şəhəri nəzərdə
tutulur
1817
. Xalxal şəhəri haqqında Azərbaycanın tarixi coğrafiyası barədə yazarkən
ətraflı məlumat vermişik. Ömər Rza öz əsərində Nəsrullah Xalxalinin h. 946-cı ildə
(1539) vəfat etdiyini qeyd etsə də
1818
mənbələrdə bunu təsdiq edən heç bir məlumata
rast gəlinmir.
Nəsrullah Xalxali müxtəlif elm sahələrinə dair bir sıra əsərin müəllifi idi. Qazi
Bəyzavinin təfsirinə yazılmış ‚Haşiyə ələ Ənvarü’t-Tənzil‛, Cəlaləddin Dəvvaninin
əsərinə yazılmış ‚Haşiyə ələ İsbatü’l-Vacib‛, ‚Haşiyə ələ Şərhü’l-Hidayətü’l-Hikmə‛
1819
,
‚Şərhü’l-Cədidətü’l-Cəlaliyyə‛
1820
, ‚Talibətü’r-Rayihə min Tələbi’l-Fatihə‛, ‚Tuhfətü’l-
Əcaib və Turfətü’l-Qəraib‛, ‚Cami‘ü’l-Kəbir fi Sən’ətü’l-Mənzum‛, ‚Məcmuətü’l-
Hesab‛ Nəsrullah Xalxalinin qələmindən çıxmış əsərlərdir
1821
.
Ömər Rza, Katib Çələbiyə istinad edərək, ‚Rəsail İbnü’l-Əsir‛ adlı əsəri də Nəsrullah
Xalxaliyə aid etmişdir
1822
. Halbuki Katib Çələbi bu əsər haqqında məlumat verərkən ‚bu
1814
İBNü’l-İMAD, Şəzəratü’z-Zəhəb, C. VIII, s. 195.
1815
[
ٚ٤ولُا ٖتا ٚ٤ولُا
]
1816
DƏDƏYEV, həmin məqalə.
1817
YAQUT əl-HƏMƏVİ, Mu’cəmü’l-Büldan, C. III, s. 145.
[
ٕلا٤عُ حٔـارٓ ٕاع٤تنلأ فهغ ٢ك جنًٞٝ ح٘٣كٓ
]
; HİMYƏRİ, Nisbə ilə’l-
Məvazi’, C. I, s. 279.
[
ح٤ٗاطٍُِا ٢ؼاٞٗ ٖٓ ح٣هه ،ٍافِفُا
]
.
1818
KƏHHALƏ, Mu’cəmü’l-Müəllifin, C. IV, s. 28.
1819
‚Hidayətü’l-Hikmə‛ Əsirəddin Müfəzzəl ibn Ömər Əbhərinin (öl. 1265) məntiq elminə dair əsəridir. Bu əsərə bir
çox alim tərəfindən şərh yazılmışdır. Belə şərhlərdən biri də qazi Mir Hüseyn ibn Müin əl-Meybədi Yəzdiyə (öl. 1498)
məxsusdur. Nəsrullah Xalxali də bu şərhə haşiyə yazmışdır.
1820
Bu şərh Cəlaləddin Dəvvaninin (öl. 1502) ‚Risalətü’l-İsbati’l-Vacibü’l-Cədidə‛ adlı əsərinə yazılmışdır. Bu əsərin
zəmanəmizə iki variantı gəlib çatmışdır. Bu variantlardan biri ‚qədim‛, digəri isə ‚yeni‛ (cədid) variant hesab
olunur. Birinci variantı Dəvvani gənclik illərində iki gün ərzində yazmışdır. Sonralar bu nüsxə ixtisar edilərək geniş
oxucu kütləsi üçün münasib hala gətirilmişdi. Bu əsər barəsində daha ətraflı məlumat üçün bax: ŞƏRİFOV, Əbdülqəni
Əfəndi..., s. 34.
1821
KATİB ÇƏLƏBİ, Kəşfü’z-Zünun, C. II, s. 774; KƏHHALƏ, Mu’cəmü’l-Müəllifin, C. IV, s. 28.
1822
KƏHHALƏ, yenə orada, C. IV, s. 28.
əsərin müəllifi 637-ci ildə (1239) vəfat etmiş Ziyaəddin Nəsrullah ibn Muhəmməddir,
hansı ki, İbnü’l-Əsir əl-Cəzəri kimi tanınmışdır‛
1823
deyə qeyd etmişdir.
Həmkarım Bilal Dədəyev Katib Çələbinin ‚Məcmuətü’l-Hesab‛ adlı əsəri Nəsrullah
Xalxaliyə aid etdiyini, lakin bunun dəqiq məlumat olmadığını və Məhəmmədəli
Tərbiyətin də bu barədə tərəddüdlü olduğunu öz məqaləsində qeyd etmişdir
1824
. Məsələ
burasındadır ki, ‚Məcmuətü’l-Hesab‛ həqiqətən Nəsrullah Xalxalinin zehninin
məhsuludur və bu əsərin Türkiyədəki yeganə əlyazma nüsxəsi Kayseri şəhəri Raşid
əfəndi əski əsərlər kitabxanasında saxlanılır. Ankara Milli kitabxanada alimin ‚Haşiyə
ələ Şərhü’l-Hidayətü’l-Hikmə‛ adlı əsəri mühafizə edilir. Bu əsərin digər bir əlyazma
nüsxəsi də Konya BYEK-də saxlanılır. Alimin ‚Talibətü’r-Rayihə min Tələbi’l-Fatihə‛
adlı əsərinin əlyazma nüsxəsi Türkiyə Afyon Gədik Əhməd paşa İHK-ndədir. Onun
‚Şərhü’l-Cədidətü’l-Cəlaliyyə‛ adlı əsərinin yeganə nüsxəsi İstanbul Nuriosmaniyyə
əlyazmalar kitabxanasında mühafizə edilir.
Dostları ilə paylaş: |