Şeyx Səfiyəddin Əbü’s-Səna Mahmud ibn Muhəmməd ibn Hamid Urməvi
Şafi’i məzhəbinə mənsub mühəddis və filoloq idi. H. 647-ci ilin cəmadiələvvəl ayında
(avqust 1249) Qirafədə
1698
anadan olmuşdu. Hədis sahəsində təhsil almıq üçün səyahət
etmişdi. İbn Ə’laq, İbnü’s-Sabuni, İbn Qəstəlani və Fəxrəddin Hərrani kimi
mühəddislərdən hədis dinləmiş və hədis elminə dair bilikləri öyrənmişdi. Qahirədə
İbnü’l-Fəratdan, İsgəndəriyyə və Dəməşqdə Kəmaləddin İbn Əbd və İbnü’d-Dərəcidən
hədis dinləmişdi. Uzun müddət Dəməşqdə, Sümeysatiyyədə yaşamışdı. Şəmsəddin
Zəhəbi şeyx Səfiyəddin Mahmud Urməvidən hədis dərsləri almışdı. İki dəfə həcc
ziyarəti üçün Məkkəyə getmiş və həcc sonrası bir müddət Mədinədə mücavir olaraq
qalmışdı. Aşağıda haqqında məlumat verdiyimiz şeyx Şihabəddin Əbü’l-Abbas Əhməd
Urməvi onun böyük qardaşı idi. Şeyx Səfiyəddin Mahmud Urməvi h. 723-cü ilin
1696
İBN TAĞRIBİRDİ, Mənhəlü’s-Safi, C. I, s. 433-431.
1697
SƏFƏDİ, Vafi bi’l-Vəfayat, C. II, s. 274; SƏFƏDİ, Ə’yanü’l-Əsr, C. IV, s. 409; ZƏHƏBİ, Mu’cəmü’l-Muxtəs, s. 89;
ZƏHƏBİ, Mu’cəmü’ş-Şüyux, C. II, s. 184.
1698
Qirafə-bu adla tanınan iki coğrafi məkan vardır. Babü’l-Qirafə, yəni Qirafə qapısı Misirdə, qədim Qahirənin
səmtlərindən birinin adı idi. Digəri isə Əlcəzairin şimalında yerləşən kənddir. Səfiyəddin Əbü’s-Səna Urməvi böyük
ehtimalla Qahirədə anadan olmuşdu.
cəmadiəlaxir ayında (iyun 1323) Dəməşqin Nuri xəstəxanasında 76 yaşında ikən vəfat
etmişdi
1699
.
Seyyid Şərəfəddin Əbü’l-Hüseyn Əli ibn Həsən ibn Muhəmməd ibn Hüseyn ibn
Muhəmməd əl-Hüseyni Urməvi
Şafi’i məzhəbinə mənsub fəqih və mühəddis idi. İmam Hüseynin (ا) nəslindən idi. H.
691-ci ildə (1292) anadan olmuşdu. Hədis, fiqh, fiqh üsulu və ərəb filologiyası üzrə
tanınmış mütəxəssis idi. Qahirədə imam Hüseynin (ا) mübarək başının dəfn edildiyi
məqbərənin yanındakı məsciddə dərs verirdi və orada fətva mərcii idi. Həmçinin
Qahirədəki Fəxriyyə və Təbərsiyyə mədrəsələrində dərs verirdi. Misir Məmlüklü
dövləti tərəfindən naqibü’l-əşraflığa təyin edilmiş, daha sonra beytü’l-mal vəkaləti
1700
və
hisbə təşkilatının
1701
rəisliyi vəzifəsini icra etmişdi. O, fəzilətli, dərin zəkalı, elm və bilik
sahibi, alicənab, nəzakətli, istedadlı və bacarıqlı insan kimi tanınmışdı. Bütün bunlarla
yanaşı seyyid Şərəfəddin Əli Urməvi, şeyx Cəmaləddin ibn Nəbatə və qazi Şihabəddin
ibn Fəzlullahla birgə, yaşadığı dövrdə Misirin ən görkəmli ədibi idi. Nəzm və nəsrdə
mahir olan seyyid Şərəfəddin Əli Urməvi müxtəlif elm sahələrinə aid bir sıra əsərlərin
müəllifi idi. Seyyid Şərəfəddin Əli Urməvi, Fəxrəddin Razinin ‚Məalim fi Üsuli’l-Fiqh‛
adlı əsərinə şərh yazımışdı. Alim h. 757-ci ilin cəmadiəlaxir ayında (iyun 1356)
Qahirədə vəfat etmişdi
1702
.
Vaiz Əbü’l-Qasım Rüstəm ibn Sərhəng ibn Ömər əl-Bəzzaz Urməvi
1699
İBN HƏCƏR, Dürərü’l-Kaminə, C. III, s. 49, 52; İBNü’l-İMAD, Şəzəratü’z-Zəhəb, C. VI, s. 614; ZƏHƏBİ, Mu’cəmü’l-
Muxtəs, s. 111-112; SƏFƏDİ, Ə’yanü’l-Əsr, C. V, s. 366-367.
1700
Beytü’l-mal vəkili-Baş xəzinədar.
1701
Hisbə təşkilatı-Orta əsr müsəlman dövlətlərində iqtisadi və ticari işlərə nəzarət edən təşkilat. Bu təşkilatın əsas
vəzifəsi süni qiymət artımı, kiyfiyyətsiz mal sıtışı, möhtəkirlik, inhisarçılıq, yalan reklam, haqsız rəqabət, çəki və
ölçüdə aldatma kimi halları müəyyən edib qarşısını almaq idi. Bazarlarda bu işə nəzarət edənlər möhtəsiblər,
qurumun rəisi isə baş möhtəsib idi. Hisbə və ehtisabla bağlı daha ətraflı məlumat üçün bax: Cengiz KALLEK, Asrı-
Saadette Yönetim Piyasa İlişkisi, s. 175-200, İstanbul 1997.
1702
İBN QAZİ ŞUHBƏ, Təbəqatü’ş-Şafi’iyyə, C. III, s. 12; İBNü’l-İMAD, Şəzəratü’z-Zəhəb, C. VI, s. 686; SƏFƏDİ,
Ə’yanü’l-Əsr, C. III, s. 334-335. Buradakı mənbələrdə alimin ata və babasının adlarında müəyyən fərqliliklər var. Biz
Səlahəddin Səfədinin qeydini əsas götürdük. Çünki Səlahəddin Səfədi ‚Ə’yanü’l-Əsr‛ adlı əsərində müasiri olduğu
şəxslərin bioqrafiyasını qələmə almışdır. Səfədi həmçinin seyyid Şərəfəddin Əli Urməvinin, yuxarıda haqqında bəhs
etdiyimiz, şeyx Şihabəddin Əbü’r-Rəkəb Urməvinin əmisi oğlu olduğunu qeyd etmişdir.
Bağdada yaşamış və buradakı məscidlərdə insanlara və’z vermişdi. O, şeyx Əbü’l-
Həsən Əli ibn Übeydullah ibnü’z-Zağuni Bağdadinin tələbəsi və yaxın dostlarından biri
olmuşdu. Əbü’l-Həsən ibnü’z-Zağuni və Əbü’l-Qasım ibnü’l-Husayndan hədis
dinləmişdi. Alim h. 569-cu ildə (1174) 60 yaşında vəfat etmişdi
1703
.
Şeyx Əbu Abdullah Muhəmməd ibn Qəhtan ibn Əbi Abdullah Urməvi
Mühəddis idi. Quru və dəniz ticarəti ilə məşğul olan Əbu Abdullah Muhəmməd
Urməvi böyük sərvət və var-dövlət sahibi idi. Buna baxmayaraq o, saleh əməlli və
xoşrəftar insan idi. Səm’ani onun çox ibadət etdiyini, Qur’an tilavəti və təhəccüd
namazlarını buraxmadığını qeyd etmişdir. Böyük Səlcuqluların hakimiyyətinin ilk
illərində oğuzlar Nişapurda onun ticarət mallarını qarət etmişdilər. Əbu Abdullah
Muhəmməd Urməvi Buxara, Mərv və Sərəxs şəhərlərini gəzmiş və buralarada hədis
nəql etmişdi
1704
. Ölüm tarixi məlum deyil. Təqribən XI əsrdə yaşamışdır.
Əbu Əli Həsən ibn Hüseyn ibn Şəhham əl-Fərfəqabadi
1705
Urməvi
Mühəddis və şafi’i məzhəbinə mənsub fəqih idi. Təhsil almaq üçün Nişapura getmiş və
burada öz həmyerlisi, mühəddis Əbu Bəkr Muhəmməd ibn Əli əl-Fərfəqabadidən hədis
dərsləri almışdı
1706
. Ölüm tarixi məlum deyil. XI-XII əsrlərdə yaşamışdır.
Şihabəddin Əbü’l-Abbas Əhməd ibn Muhəmməd ibn Hamid əl-Muqri Urməvi
Qur’ani-Kərim qarisi idi. Mühəddis və filoloq Səfiyəddin Əbü’s-Səna Muhmud ibn
Muhəmməd ibn Hamid Urməvinin qardaşı idi. H. 716-cı ildə (1316) vəfat etmişdi
1707
.
Əbü’l-Həsən Əli ibn Muhəmməd ibn Əli Urməvi
1703
SƏFƏDİ, Vafi bi’l-Vəfayat, C. XIV, s. 81.
1704
SƏM’ANİ, Kitabü’l-Ənsab, C. I, s. 74-75.
1705
Fərfəqabad-Urmiyə şəhərinin kəndlərindən biri idi. Bax: SÜYUTİ, Lübbü’l-Lübab, s. 62.
1706
SEYRƏFİNİ, Müntəxəb, s. 196; YAQUT əl-HƏMƏVİ, Mu’cəmü’l-Büldan, C. V, s. 242.
1707
İBN HƏCƏR, Dürərü’l-Kaminə, C. I, s. 126; SƏFƏDİ, Ə’yanü’l-Əsr, C. V, s. 367.
Mühəddis idi. Onun xanımı Sittülərəb məşhur mühəhddis Muhəmməd ibn Fəxrəddin
Buxarinin qızı idi. Bu qadın da tanınmış hədis alimi, mühəhddisə idi. Şeyx Əbü’l-Fəzl
ibnü’l-İraqi (1325-1404) xanım Sittülərəbin tələbəsi olmuş, ondan hədis dinləmişdi
1708
.
Əbü’l-Həsən Əli Urməvinin ölüm tarixi məlum deyil. XIV əsrdə yaşamışdır.
Hafiz Əbu İshaq İbrahim ibn Muhəmməd ibn Əhməd ibn Əli Urməvi
Yaşadığı dövrdə siqa hədis hafizi və dərin biliyə malik fəqih kimi tanınmışdı. Əbu
İshaq İbrahim Urməvi imam Buxari və imam Müslimin hədis külliyatlarındakı hədisləri
əzbər bilirdi. Əbu Əhməd əl-Qutrifi və Əbü’l-Qasım Abdullah ibn Əhməddən hədis,
Həsən ibn Süfyandan isə fiqh dərsləri almışdı. Azərbaycan, Xorasan və İraqın bir çox
şəhərlərini gəzərək buradakı alimlərin dərslərində iştirak etmişdi. H. 428-ci ildə (1037)
Nişapurda vəfat etmiş və buradakı Şahənbər qəbristanında dəfn edilmişdi. Vəfat
edərkən yaşı xeyli irəliləmişdi
1709
.
Şeyx Əbu İshaq İbrahim ibn Abdullah ibn Yusif ibn İbrahim ibn Süleyman Urməvi
Mühəddis idi. H. 615-ci ildə (1218) Dəməşqin
1710
Qasiyyun dağı ətəklərindəki
məhəllərdən birində anadan olmuşdu. Onun atası Abdullah Urməvi də hədis alimi idi
və h. 631-ci ildə (1234) Şam diyarından Misirə köçmüşdü. Əbu İshaq İbrahim Urməvi
şeyx Müvəffəqəddin Abdullah İbn Qudamə
1711
və Əbu Abdullah Hüseyn ibnü’z-
Zübeydinin tələbəsi olmuş, onlardan hədis dinləmişdi. Suriyada İbnü’l-Bəngu ləqəbi ilə
tanınan şeyx Əbu İshaq İbrahim Urməvi abid və zahid insan idi. Vaxtının çoxunu elm
öyrətmək, ibadət və zikr etməklə keçirirdi. Dəməşq əhalisi onu çox sevir və ehtiram
göstərirdilər. Əkkə qalası fatehi Misir Məmlüklü sultanı Əşrəf Səlahəddin Xəlil (1290-
1293) də ona dərin hörmət və ehtiram bəsləyirdi. Sultan səlibçilərin yaxın və orta
şərqdəki son istinadgahı olan Əkkə qalasını 30 günlük mühasirənin ardından h. 11
rəcəb 691-ci ildə (28 iyun 1291) fəth edib İslam coğrafiyasını səlibçi işğalından tamamən
1708
İBN HƏCƏR, Dürərü’l-Kaminə, C. II, s. 126.
1709
SEYRƏFİNİ, Müntəxəb, s. 129.
1710
Təqiyəddin Məqdisi şeyx Əbu İshaq İbrahim Urməvinin 615-ci ildə (1218) Qüdsdə anadan olduğunu qeyd
etmişdir. bax: Kitabü’l-Müqəffa, C. I, s. 238.
1711
Müvəffəqəddin Əbu Muhəmməd Abdullah ibn Əhməd ibn Muhəmməd İbn Qudamə əl-Məqdisi (öl. 1213) öz
dövrünün tanınmış hənbəli mühəddisi idi.
təmizləyənədən sonra Dəməşqə gəlmiş
1712
və şeyx Əbu İshaq İbrahim Urməvini ziyarət
edərək ondan xeyir-dua istəmişdi. Alim h. 692-ci ilin məhərrəm ayının 12-sində (23
dekabr 1292) vəfat etmişdi. Onun dəfn mərasimində sultan Əşrəf, eləcə də bütün Şam
vilayətinin əmirləri və qaziləri iştirak etmişdilər. İnsanlar onun cənazəsini dəfn
ediləcəyi yerə qədər başlarının üzərində daşımışdılar. Tarixçi Təqiyəddin Məqdisi
alimin dəfn mərasimində iştirak etdiyini qeyd etmişdir. Şeyx Əbu İshaq İbrahim
Urməvi Qasiyyun dağındakı Səfih qəbristanında, atasının məzarının yanında dəfn
edilmişdi
1713
.
Şeyx Əbu Abdullah Muhəmməd ibn İbrahim ibn Abdullah ibn Yusif ibn Yunis ibn
İbrahim ibn Süleyman Urməvi
Mühəddis idi. H. 645-ci ildə (1274) anadan olmuşdu. Şeyx Əbu İshaq İbrahim
Urməvinin oğlu idi. Əhməd ibn Əbdüddaimin tələbəsi olmuş, ondan hədis dinləmişdi.
Əbu Abdullah Urməvi həmçinin öz dövrünün tanınmış ədiblərindən biri idi.
Səlahəddin Səfədi alim haqqında məlumat verərkən onun zahirən yaraşıqlı insan
olmaqla yanaşı böyük alim, arif, tədqiqatçı, fəzilət sahibi, saleh insan kimi tövsif
etmişdi. Məşuh tarixçi, mühəddis, bioqraf və filoloq imam Şəmsəddin Zəhəbi
Türkmani, Əbu Abdullah Muhəmməd Urməvinin tələbəsi olmuş, ondan hədis
dinləmişdi. Alim h. 711-ci ilin ramazan ayında (yanvar 1312) Dəməşqdə vəfat
etmişdi
1714
.
Şeyx Əlaəddin Əbü’l-Həsən Əli ibn Muhəmməd ibn İbrahim ibn Abdullah ibn Yusif
ibn Yunis ibn İbrahim ibn Süleyman Urməvi
Mühəddis idi. H. 677-ci ilin rəcəb ayında (dekabr 1278) anadan olmuşdu. Mühəddis
Əbu Abdullah Muhəmməd ibn İbrahim Urməvinin oğlu, şeyx Əbu İshaq İbrahim
1712
Sultan Əşrəfin Dəməşqə gəlişi şəhər əhalisində böyük coşğunluğa səbəb olmuşdu. Əhali küçələrə çıxıb bu fateh
hökmdarı salamlamış, onun üçün dualar etmiş və 3 gün şənliklər tərdib edilmişdi. Sultan Əşrəf paytaxt Qahirəyə
gələrkən bundan daha möhtəşəm mərazimlərlə qarşılanmışdı. İbn Kəsir bu mərasimləri təfərrüatı ilə qeyd etmişdir.
Bax: Bidayə və’n-Nihayə, C. XIII, s. 541-546.
1713
MƏQDİSİ, Kitabü’l-Müqəffa, C. I, s. 238-239; İBN ŞAKİR, Fəvatü’l-Vəfayat, C. I, s. 9; İBN KƏSİR, Bidayə və’n-Nihayə,
C. XIII, s. 550; SƏFƏDİ, Vafi bi’l-Vəfayat, C. VI, s. 11; İBNü’l-İMAD, Şəzəratü’z-Zəhəb, C. V, s. 669.
1714
İBN HƏCƏR, Dürərü’l-Kaminə, C. II, s. 216; MƏQDİSİ, Kitabü’l-Müqəffa, C. V, s. 100; SƏFƏDİ, Ə’yanü’l-Əsr, C. IV,
s. 215-216; ZƏHƏBİ, Mu’cəmü’ş-Şüyux, C. II, s. 132.
Urməvinin nəvəsi idi. Fəxrəddin ibnü’l-Buxari kimi Şam diyarınını məşhur hədis
alimlərindən hədis dinləmiş və hədis elmlərinə dair bilikləri öyrənmişdi. Qısa
müddətdə Dəməşqin tanınmış hədis alimlərindən birinə çevrilmişdi. Çox ibadət edən,
zahid və saleh insan idi. H. 14 şəvval 755-ci ildə (31 oktyabr 1354) Dəməşqdə vəfat
etmişdi
1715
.
Şeyx Abdullah ibn Yunis Urməvi
Şəmsəddin Zəhəbi onun son dərəcə təvazökar, dünya işlərindən üz çevirmiş, mömin və
saleh insan olduğunu qeyd etmişdir. Şeyx Abdullah Urməvi Dəməşqdə, Qasiyyun
dağındakı bir bağın içində yerləşən və öz adı ilə tanınan ‚Zaviyətü’l-Urməviyyə‛də
yaşayırdı. Şeyx Abdullah Urməvi h. 631-ci ilin şəvval ayında (iyul 1231) tədrislə məşğul
olduğu bu zaviyədə vəfat etmişdi
1716
.
Qaziü’l-quzat Siracəddin Əbü’s-Səna Mahmud ibn Əbu Bəkr ibn Hamid ibn Əhməd
Urməvi
Şafi’i məzhəbinə mənsub fəqih və mütəkəllim idi. H. 594-cü ildə (1198) anadan
olmuşdu. Mosuldakı mədrəsələrdən birində təhsil almış, Kəmaləddin ibn Yunisin
1717
və
Fəxrəddin Razinin tələbəsi olmuşdu. Mənbələrdə onun bu iki alimin hansından daha
əvvəl dərs aldığını qeyd edilmir. Ümumiyyətlə onun Fəxrəddin Razinin tələbəsi
olduğunu qeyd edən yeganə mənbə İbnü’l-İbridir
1718
. Fəxrəddin Razinin 1209-cu ildə
vəfat etdiyini nəzərə alaraq bunun mümkün olmadığını deyə bilərik. Çünki Siracəddin
Mahmud Urməvi bu vaxt cəmi 10 yaşında uşaq idi. Onun bu yaşda mədrəsəyə getməsi
və ya başqa bir şəraitdə Fəxrəddin Razidən kəlam və fiqh dərsləri almasını düşünmək
çətindir. Ehtimal ki, Siracəddin Urməvi kəlam, məntiq və fəlsəfədə Fəxrəddin Razi
məktəbinin davamçısı və onun tələbələrindən birinin tələbəsi olmuşdu. Hətta onun,
yuxarıda haqqında bəhs etdiyimiz, Fəxrəddin Razinin tələbsi olmuş, bir müddət
1715
İBN HƏCƏR, Dürərü’l-Kaminə, C. II, s. 117; İBN RAFİ’, əl-Vəfayat, s. 72.
1716
ZƏHƏBİ, İbər fi Xəbər mən Ğəbər, C. III, s. 114; NUEYMİ, Daris fi Tarixi’l-Mədaris, C. II, s. 152-153.
1717
ƏSNƏVİ, Təbəqatu’ş-Şafi’iyyə, C. I, s. 80; SÜBKİ, Təbəqatü’ş-Şafi’iyyə əl-Kübra, C. VIII, s. 205; İBN QAZİ ŞUHBƏ,
Təbəqatü’ş-Şafi’iyyə, C. II, s. 61.
1718
İBNü’l-İBRİ, Tarixu Müxtəsərü’d-Düvəl, s. 212.
Konyada yaşayıb sonra Bağdada köçərək 1258-ci ildə vəfat etmiş, əllamə Tacəddin
Əbü’l-Fəzail Muhəmməd Urməvinin tələbəsi olduğunu da təxmin etmək mümkündür.
Muhəmməd Sivasinin qeyd etdiyinə görə Siracəddin Urməvi Anadoluya Misirdən
gəlmişdi. Onun bu diyara gəlişi Anadolu Səlcuqluları sultanı Əlaəddin I Keyqubadın
(1220-1237) hakimiyyəti dövrünə təsadüf edir. Özünün dediyinə görə Anadoluya
getməkdə əsas məqsədi tanınmış fütuvvət şeyxi Əvhədəddin Kirmaniyə xidmət etmək
şərəfinə nail olmaq olmuşdu. Əlaəddin I Keyqubadın əmri ilə o, Malatya şəhərinin
cümə məscidinin qarşısındakı mədrəsəyə müdərris təyin olunmuşdu. Əsr namazına
qədər mədrəsədə tədrislə məşğul olan Siracəddin Urməvi, namazdan sonra şeyx
Əvhədəddin Kirmaninin xidmətində olurdu
1719
.
Sultan Rüknəddin IV Qılıncarslanın (1259-1266) hakimiyyəti dövründə Konya qazisi
olan
1720
Siracəddin Urməvi 1266-cı ildə sultan Qiyasəddin III Keykavusun (1266-1284)
əmri ilə Anadolu Səlcuqlu dövlətinin qaziü’l-quzatlığına, yəni baş qaziliyinə təyin
edilmişdi
1721
. Cimri hadisəsi
1722
vaxtı qazi Siracəddin Urməvi verdiyi bir fətva ilə Konya
xalqını Qaramanoğlu Mehmed bəy və Əlaəddin Səyavuşa qarşı mübarizəyə çağırmışdı.
Konya qalası Qaramanoğlu Mehmed bəy və Səyvuşun əsgərələri tərəfindən
mühasirədə saxlanarkən (1276) qazi Siracəddin Urməvi şəxsən şəhərin müdafiəsində
iştirak etmiş və qala divarlarının üzərindən mühasirəçilərə ox atmışdı
1723
.
İbn Bibi Siracəddin Urməvi haqqında belə yazırdı: ‚qazilər qazisi, alimlərin hökmdarı,
imamların sultanı, dövrün şarihi, məliklər və sultanların atası, İslamın hüccəti
Siracəddin
Əbü’s-Səna
Mahmud
əl-Urməvi
alimlərin
və
mütəfəkkirlərin
qabaqcıllarından idi. Bütün fənni və nəzəri elmlərdə, üsul, məntiq, fiqh və cədəl
elmində yaşadığı dövrdə onun misli-bərabəri yox idi‛
1724
. Kəriməddin Aqsarayi isə onu
1719
SİVASİ, Mənaqibi-şeyx Əvhədəddini-Kirmani, s. 91; BAYRAM, həmin əsər 171.
1720
ƏFLAKİ , Ariflerin Menkıbeler, C. I, s. 373.
1721
Kəriməddin Mahmud AQSARAYİ, Müsamərətü’l-Əxbar və Müsayərətü’l-Əxyar, (nşr. Osman Turan), s. 90, Ankara
1944.
1722
Cimri (xəsis) hadisəsi-Qaramanoğlu Mehmed bəyin 1276-cı ildə cimri ləqəbi ilə tanınan Səyavuş adlı bir şəxsi,
onun Səlcuqlu ailəsinə mənsub şahzadə olduğunu iddia edərək, taxta oturtmağa cəhd etməsi və bunun ətrafında
cərəyan edən hadisələrdir. Bu saxta şahzadə daha sonra qətlə yetirilmişdi.
1723
İBN BİBİ, Əvamirü’l-Əlaiyyə, s. 690-701. İbn Bibi bu hadisənin 1277-ci ildə baş verdiyini qeyd edir. Prof. Osman
Fərid Sağlam tərəfindən aşkar və tədqiq edilmiş Əlaəddin Səyavuşun adına zərb edilmiş sikkənin üzərində isə h.
675/1276-cı il həkk olunmuşdur. Ətraflı məlumat üçün bax: Osman F. SAĞLAM, ‚Şimdiye Kadar Görülmeyen Cimri
Sikkesi‛, TTK, Belleten, C. IX, S. 35, Ankara 1945, s. 301-302.
1724
İBN BİBİ, Əvamirü’l-Əlaiyyə, s. 700.
aşağıdakı sözlərlə mədh etmişdi: ‚Qazi Siracəddin Urməvi bütün sahələrdə alim, fəzilət
dəryası, şəriət asimanının günəşi, həqiqət və təriqət mühitinin mərkəzi, din və hikmət
elmlərində alimlərin lideri idi. Onun elm məclislərində iştirak və onun elmindən
faydalanmaq üçün paytaxt Konyaya gələnlərin hər biri ülkər ulduzu kimi buradan
ətrafa saçılırdılar‛
1725
.
Siracəddin Mahmud Urməvi h. 682-ci ildə (1283) Konyada vəfat etmişdi
1726
. Onun dəfn
edildiyi türbə Konyanın ‚Müsəlla‛ qəbrisatınının şimal-şərq hissəsində idi. Hal-hazırda
mövcud deyil. Ehtimal ki, şəhərdə aparılan abadlıq işləri vaxtı dağıldılmışdı
1727
.
Siracəddin Urməvinin yetişdirdiyi tələbələr arasından Osmanlı dövlətinin quruluş
dövründə mühüm vəzifələr tutaraq bu dövlətin təşəkkülünə xidmət etmiş şəxslər
yetişmişdir. Orxan ğazinin hakimiyyəti dövründə (1324-1362) İznikin fəthindən sonra
burada açılan mədrəsənin baş müdərrisliyinə Siracəddin Urməvinin tələbəsi şeyx
Davud Qeysəri təyin olunmuşdu
1728
. Onun başqa bir tələbəsi Tacəddin Kürdi də bu
mədrəsədə dərs vermişdi
1729
.
Siracəddin Urməvi fiqh, fiqh üsulu, kəlam və cədələ dair bir sıra əsərlərin müəllifidir.
Onun qələmə aldığı ən məşhur əsər məntiq elminə aid olan ‚Mətaliü’l-Ənvar‛dır. Alim
‚Lübabü’l-Ərbəin fi Üsuliddin‛ adlı əsərini Fəxrəddin Razinin ‚Ərbəin fi Üsuliddin‛
adlı əsərinə şərh olaraq qələmə almışdır
1730
. Bundan başqa Siracəddin Urməvinin
qələmindən ‚Ləvamiü’l-Mətali‛, ‚Bəyanü’l-Həqq fi’l-Məntiq və’l-Hikmə‛, ‚Mənahic
fi’l-Məntiq və’l-Hikmə‛, ‚Risalə fi Əmsilətü’t-Təərüd‛, ‚Risalə fi İlmü’l-Cədəl‛, ‚əl-
Əs’ilə‛, ‚ət-Təhsil‛
1731
, ‚Şərhü’l-İşarat və’t-Tənbihat fi’l-Məntiq və’l-Hikmə‛ və
‚Lətaifü’l-Hikmə‛ adlı əsərlər də çıxmışdır
1732
. ‚Şərhü’l-Vəciz li’l-Qəzzali‛,
1725
AQSARAYİ, Müsamərətü’l-Əxbar, s. 121.
1726
ƏSNƏVİ, Təbəqatu’ş-Şafi’iyyə, C. I, s. 80; SÜBKİ, Təbəqatü’ş-Şafi’iyyə əl-Kübra, C. VIII, s. 205; İBN QAZİ ŞUHBƏ,
Təbəqatü’ş-Şafi’iyyə, C. II, s. 61.
1727
Bu haqda daha ətraflı məlumat üçün bax: Elnur NƏSİROV, XIII Yüzyıl Başlarında Anadolu-Azerbaycan İlişkileri, s.
176, Konya 2003 (Nəşr olunmamış Ph. Doktorluq dissertasiyası).
1728
XACƏ SƏDƏDDİN Mehmed, Tacü’t-Təvarix, C. I, s. 43, İstanbul 1279; NİŞINCI, Hadisat, s. 110.
1729
NİŞINCI, Hadisat, s. 110.
1730
KATİB ÇƏLƏBİ, Kəşfü’z-Zünun, C. I, s. 122. Ömər Rza Kəhhalə bu əsərin adını ‚Təlxisü’l-Ərbəin fi Üsuli’d-Din‛
olaraq qeyd etmişdir. Bax: Mu’cəmü’l-Müəllifin, C. III, s. 801.
1731
Bu əsər Fəxrəddin Razinin ‚əl-Məhsul‛ adlı əsərinə yazılmış haşiyədir.
1732
KATİB ÇƏLƏBİ, Kəşfü’z-Zünun, C. I, s. 161, 362, 1045, 1109; C. II, s. 1033; MƏMMƏDOV, Orta Əsr Azərbaycan
Filosof və Mütəfəkkirləri, s. 39.
‚Müxtəsərü’l-Məhsul‛, ‚Təhsilü’l-Üsul min Kitabü’l-Məhsul‛
1733
adlı əsərlər də alimin
zehninin məhsuludur. Siracəddin Urməvinin bu vaxta qədər məlum olmayan, fiqhə
dair qələmə aldığı ‚Kitab Təkmilətü’t-Təhrir və’t-Təqrir‛ adlı əsəri bizim tərəfimizdən
aşkar edilmişdir. Əsər 6 zilhiccə 666/cı ildə (18 avqust 1269) Konyada istinsəx
edilmişdir. Bu kitab Konya Darü’l-Hüffazında dərs kitabı olaraq tələbələrə
oxudulmuşdu
1734
.
Dostları ilə paylaş: |