Əbu Bəkr Muhəmməd ibn Yəhya ibn Müslim Xoyi
Hədis ravisi idi. Cə’fər ibn İbrahim əl-Müəzzindən hədis dinləmiş və nəql etmişdi.
Əbü’l-Qasım Abdullah ibn Muhəmməd ər-Razi ondan hədis dinləmişdi
1825
. Ölüm tarixi
məlum deyil. Təqribən X-XI əsrlərdə yaşamışdır.
Əbu Muaz Əbdan Mütətəbbib Xoyi
Hədis ravisi və həkim idi. əl-Cahizin
1826
tələbəsi olmuş, tibbi biliklərlə yanaşı ondan
hədis dinləmiş və nəql etmişdi. Əbu Əli əl-Qali, Əbu Yaqub Yusif ibn Tahir əl-Xoyi
1823
KATİB ÇƏLƏBİ, Kəşfü’z-Zünun, C. II, s. 1216.] <
طُ
١
١نىعُا ه٤شلأا ٖتات فٝهؼُٔا محمد ٖت محمد ٖت الله هصٗ ٖ٣كُا ءا
<[
1824
DƏDƏYEV, həmin məqalə; TƏRBİYƏT, həmin əsər, s. 56; KATİB ÇƏLƏBİ, Kəşfü’z-Zünun, C. II, s.
1825
SƏM’ANİ, Kitabü’l-Ənsab, C. II, s. 163.
1826
Əbu Osman Əmr ibn Bəhr ibn Məhbub əl-Cahiz əl-Kinani əl-Bəsri (777-869). Əl-Kinani nəsbəsi daşısa da o,
Kinanə qəbiləsinə mənsub saf ərəb deyildi. Babası Məhbub əslən şərqi Afrikalı kölə idi və Kinanə qəbiləsi üçün dəvə
çobanlığı edirdi. Sonra köləlikdən azad edilmiş və ərəbləşmişdi. Cahiz qısa boylu, zəif bədənli, qalın dodaqlı, qara
dərili afro-ərəb idi. Cahiz ləqəbi ona sağ gözü partlaq olduğu üçün verilmişdi. Cahiz yaşadığı dövrün ən məşhur
alimlərindən idi. Zoologiya və antropologiya sahələrində ixtisaslaşsa da Cahiz tibb, ərəb dili və ədəbiyyatı, ilahiyyat,
siyasət, tarix, dinlər və məzhəblər tarixi, fəlsəfə, əxlaq, iqtisadiyyat və ticarət kimi sahələrdə 360-dan çox kitab və
məqalənin müəllifi idi. O, zoologiya sahəsində qələmə aldığı əsərlərdə təmsil üsulundan istifadə edir, hər bir hevanın
xüsusiyyətlərini onun öz dili ilə anlatırdı. Cahiz ilk dəfə ətraf mühitin, səslərin, eləcə də musiqinin insanların
psixologiyasına və heyvanların davranışlarına təsirini müəyyən etmiş və bu haqda risalə yazmışdı. İlk dəfə o, insanın
tənəffüs sistemini dəqiqliklə izah etmişdi. Zahiri görkəminə rəğmən Cahiz hazırcavablığı və zarafatcıllığı ilə
ondan hədis dinləmiş və nəql etmişdilər
1827
. Ölüm tarixi məlum deyil. X əsrlərdə
yaşamışdır.
Əbu Yaqub Yusif ibn Tahir ibn Yusif ibn Həsən Xoyi
Şafi’i məzhəbinə mənsub fəqih idi. O, həmçinin ədib və şair idi, gözəl şe’rlər yazmışdı.
Xorasanın Tus şəhərində yaşamış, buradakı Nəvqan qəsəbəsində qazi müavini
olmuşdu. Fəzilətli və xoşrəftar insan idi. O, fəqhə dair bir sıra əsərlərin müəllifi idi.
Bunlardan
‚Fəraidü’l-Xəraid
fi’l-Əmsilə‛,
‚Şərhu
Suqtü’z-Zənd
li’l-Mə’ərri‛,
‚Tənzihü’l-Qur’an‛ın adlarını sadalamaq olar. Təvəllüd və vəfat tarixləri məlum deyil.
Lakin əsərlərindəki qeydlərindən onun h. 532-ci ildə (1138) həyatda olduğu bilinir
1828
.
Buna istinadən alimin XI-XII əsrlərdə yaşadığını təxmin etmək olar. ‚Fəraidü’l-Xəraid
fi’l-Əmsilə‛nin əlyazma nüsxələrindən biri İstanbul Köprülü kitabxanasında
mövcuddur.
Qazi Əbu Nueym Muhəmməd ibn Übeydullah Xoyi
Şafi’i məzhəbinə mənsub mühəddis və fəqih idi. Xoy şəhərinin qazisi olmuş, həmçinin
Xoyda hədis dərsləri də vermişdi. Bağdadda təhsil almış, burada Əbu Muhəmməd əs-
Seyrəfini və xətib Əbu Muhəmməd Abdullah ibn Muhəmməd ibn Hezarmərddən hədis
dinləmişdi
1829
. Ölüm tarixi məlum deyil. XI-XII əsrlərdə yaşamışdır.
Əbü’l-Vəfa Budeyl ibn Əbi’l-Qasım ibn Budeyl əl-İmli Xoyi
insanların sevimlisi olmuşdu. Onun hekayələri ərəblər arasında lətifəyə çevrilmişdi. Onun yaşadığı dövrdə mö’təzilə
məzhəbi hakim mövqedə idi. Buna görə də Cahiz Bağdadın elmi dairələrinə daxil ola bilmək üçün mö’təzilə
məzhəbini qəbul etmişdi. Bundan başqa onun yaşadığı dövrdə dəqiq elmlərlə məşğul olan alimlərin böyük
əksəriyyəti mö’təzili idi. O, Abbasilərin vəziri İbnü’z-Zəyyatla dost idi və əsərlərinin böyük əksəriyyətini ona ithaf
edərək Bağdadda rifah içində yaşamışdı. İbnü’z-Zeyyatın ölümündən sonra Cahiz həbs edilərək bir müddət
zindanda qalmiş, lakin sonra azad edilmişdi. Cahiz ömrünün axırlarına doğru iflic olmuş, xəstəliyi səbəbiylə
Bağdaddan doğma şəhəri Bəsrəyə köçmüş və 92 yaşında orada vəfat etmişdi.
1827
SƏM’ANİ, Kitabü’l-Ənsab, C. II, s. 163; YAQUT əl-HƏMƏVİ, Mu’cəmü’l-Büldan, C. III, s. 182-183.
1828
KƏHHALƏ, Mu’cəmü’l-Müəllifin, C. IV, s. 165; SƏM’ANİ, Kitabü’l-Ənsab, C. II, s. 164. Səm’ani əsərində alimin
adını ‚Yusif ibn Muhəmməd‛ olaraq qeyd etmişdir.
1829
ZƏHƏBİ, Müştəbih, s. . 130; BAĞDADİ, Təkmilətü'l-İkmal, C. II, s.179.
Səm’ani onun ‚əl-İmli‛ nisbəsini maraqlı bir xüsusla izah edərək xoyluların
ləhcəsindəki ‚imlə‛ sözünün ərəbcədəki mənasının ‚pəltəkləyən, kəkələyən‛
1830
olduğunu bildirir. Müəllif, Əbü’l-Vəfa Budeyl Xoyinin bu ləqəblə tanınmasının
səbəbinin onun babasının pəltək, kəkəmə olduğunu qeyd etmişdir. Əbü’l-Vəfa Budeyl
Xoyi şafi’i məzhəbinə mənsub fəqih və mühəddis idi. Qazi Əbü’l-Fəth Nasir ibn Əhməd
ibn Bəkran Xoyinin tələbəsi olmuş, ondan hədis dinləmişdi. Tanınmış tarixçi, mühəddis
və bioqraf hafiz Əbü’l-Qasım Əli ibn Həsən ibn Hibətullah İbn Əsakir Dəməşqi (1105-
1175) ondan hədis dinləmiş və nəql etmişdi. Alimin ölüm tarixi h. 530-cu (1136-1146)
illərə təsadüf edir
1831
.
Əbu’r-Ruh Fərəc ibn Übeydullah ibn Əbi Nueym Xələf ibn Həsən Xoyi
Şafi’i məzhəbinə mənsub fəqih idi. Bağdadda təhsil almış, şeyx Əbu İshaq Şirazi və Əbu
Sə’d əl-Mütəvəllinin tələbəsi olmuşdu. Təhsilini başa vurduqdan sonra Xoya qayıtmış
və burada təsis etdiyi mədrəsənin müdərrisi olmuşdu. Qısa müddətdə bu mədrəsəyə
çox sayıda tələbə cəlb olunmuşdu. Yaşadığı dövrdə Azərbaycanın ən tanınmış
fəqihlərindən biri olmuşdu. Alim h. 521-ci ildə (1127) doğma şəhəri Xoyda vəfat
etmişdi
1832
.
Vaiz Əbu Sə’d Əhməd ibn Hacı ibn Əmmar Xoyi
Şafi’i məzhəbinə mənsub fəqih və mühəddis idi. Əbü’l-Qasım ibn Əbu İshaq əs-Səbi’nin
tələbəsi olmuş ondan hədis dinləmişdi. Əbü’l-Qasım ibnü’l-Əsakir Azərbaycan, İran və
Xorasana səyahəti vaxtı Xoyda onunla görüşüb dərslərində iştirak etmişdi
1833
. Ölüm
tarixi məlum deyil. XII əsrdə yaşamışdır.
1830
(
ِٚٓأ ّارٔرُِ ٍاو٣ ١ٞـ َٛأ حـِتٝ). Ərəbcədəki *حََٔرَْٔذ+ (təmtəmə) sözünün azərbaycan türkcəsindəki mənaları
(donquldanma, kəkələmə, pəltəkləmə, burun altında danışma)dir. İngiliscdə *حََٔرَْٔذ]- to mutter, to stutter (bax:
VerbAce-Arabic-English-Arabic Electronic Dictionary), ruscada [حََٔرَْٔذ]- бормотание, ворчание (bax: BARANOV X. K,
Arabsko-Russkiy Slovar, s. 105, Moskva 2007). Beləcə *حََٔرَْٔذ+ bab dəyişərək *ّارٔذ]-(pəltək, kəkəmə) mənasını ifadə
edəcəkdir. Cəlaləddin Süyuti də ‚əl-İmli‛ nisbəsi ilə bağlı Səm’ani ilə eyni fikirləri bəyan etmişdir. Bax: Lübbü’l-
Lübab, s. 15.
1831
SƏM’ANİ, Kitabü’l-Ənsab, C. I, s. 141; ZƏHƏBİ, Müştəbih, s. 27; BAĞDADİ, Təkmilətü'l-İkmal, C. I, s.251.
1832
ƏSNƏVİ, Təbəqatu’ş-Şafi’iyyə, C. I, s. 241; SÜBKİ, Təbəqatü’ş-Şafi’iyyə əl-Kübra, C. VII, s. 145.
1833
BAĞDADİ, Təkmilətü'l-İkmal, C. II, s. 180.
Əbu Abdullah Muhəmməd ibn Mehran ibn Əhməd Xoyi
Yaşadığı dövrün tanınmış mühəddislərindən biri idi. Şeyxülislam Əbu Tahir
Muhəmməd ibn Əbdürrəhman ibnü’l-Abbas əl-Muxlis və Əbü’l-Həsən Əhməd ibn
Muhəmməd ibn İmran Musa, Əbu Bəkr Muhəmməd ibn Ömər ibn Əli ibn Xələf ibn
Zənbur kimi öz dövrünün tanınmış mühəddislərindən hədis dərsləri almışdı. Əbu
Abdullah Muhəmməd Xoyi Qəzvinə gedərək burada tədrislə məşğul olmuş, hədis
dərsləri vermişdi. Onun tələbələri arasından mühəddis Hibətullah ibn Zazan kimi
alimlər yetişmişdi. Əbu Abdullah Muhəmməd Xoyinin ölüm tarixi məlum deyil.
Əbdülkərim Rafi’i onun h. 442-ci (1050) ildə Qəzvində hədis dərsləri verdiyini qeyd
etmişdi. Buna istinadən alimin XI əsrdə yaşadığını deyə bilərik. Əbdülkərim Rafi’i
həmçinin öz əsərində Əbu Abdullah Muhəmməd Xoyinin Əbu Bəkr Muhəmməd ibn
Zənburdan dinləyib nəql etdiyi aşağıdakı hədisi qeyd etmişdi: Abdullah ibn Ömər (ا)
dedi: Allah Rəsulu (م) buyurdular ki: ‚Əbu Bəkr (ا) anadan olduğu gecə Allah Ədn
cənnətinə dedi: izzətim və cəlalım haqqı üçün, sənə daxil olacaqların arasında mənim
üçün bu doğulandan daha sevimli olanı olmayacaq‛
1834
.
Əbü’l-Məali Muhəmməd ibn Hüseyn ibn Musa Xoyi
Şafi’i məzhəbinə mənsub fəqih idi. Bağdadda Nizamiyyə mədrəsəsində təhsil almış,
Tacəddin Urməvi, Əbü’l-Abbas Əhməd ibnü’t-Tilayə Bağdadi (1070-1153) kimi
alimlərin tələbəsi olmuşdur. Əbü’l-Məali Xoyi dərin elmi biliyi ilə yanaşı fəziləti və
müdrikliyi ilə də tanınmışdı. Bağdadi onun bacarıqlı pedaqoq olduğunu, həmçinin
gözəl səslə Qur’an oxuduğunu qeyd etmişdi
1835
. Ölüm tarixi məlum deyil. XII əsrdə
yaşamışdır.
Muhəmməd ibn Qütbəddin Xoyi
Qaraqoyunluların hakimiyyəti dövründə yaşamış hənəfi məzhəbinə mənsub fəqih və
mütəkəllim idi. Həyatı haqqında ətraflı məlumat yoxdur. Muhəmməd Xoyi ‚Nüsus fi
1834
RAFİ’İ, Tədvin, C. II, s. 93-94.
[
صلى الله عليه وآله وسلم الله ٌٍٞن ٍاه ٍاه هٔػ ٖتا ٖػ غكاٗ ٖػ ١هٛىُا ٖػ ح٘٤٤ػ ٖت ٕا٤لٌ ا٘ش
:
ٚ٘ػ الله ٢ظن هٌت ٞتأ اٜ٤ك كُٝ ٢رُا حِ٤ُِا
قُُٞٞٔا امٛ كٔؼأ ٖٓ لائ يِـقأ لا ٢ُلاظٝ ٢ذىػٝ ٍاوك ،ٕكػ ح٘ظ ٠ُئ ٠ُاؼذ الله هظٗ
]
1835
BAĞDADİ, Təkmilətü'l-İkmal, C. II, s. 181.
Təhqiqü’t-Təvri’l-Məxsus‛ adlı əsərini h. 856-cı ildə (1452) yazıb başa çatdırmışdı.
Beləcə onun XV əsrdə yaşadığın söyləmək olar
1836
.
Muhəmməd ibn Əbdülhəyy ibn Süveyd Xoyi
Hədis ravisi idi. İmran ibn Musa Cündişapuridən hədis dinləmiş və nəql etmişdi.
Əbü’l-Fəzl əş-Şeybani Kufi (öl. 997) ondan hədis dinləmişdi
1837
. Ölüm tarixi məlum
deyil. X əsrdə yaşamışdır.
Qazi Şihabəddin Muhəmməd ibn Mahmud Xoyi
Şafi’i məzhəbinə mənsub fəqih idi. İbn Yasir əl-Cəyyanidən hədis dinləmişdi. Zəhəbi
onun h. 580-ci ildə (1184) oğulları İmadəddin Muhəmməd və Zeynəddin Əliyə hədis və
fiqh dərsləri verdiyini qeyd etmişdir
1838
. Ölüm tarixi məlum deyil. XII-XIII əsrlərdə
yaşamışdır.
Pir Muhəmməd ibn Qütbəddin ibn Həsən Xoyi
Ağqoyunlular dövründə Azərbaycanda yaşamış hənəfi məzhəbinə mənsub fəqih və
təsəvvüf şeyxi idi. Pir Muhəmməd Xoyi ‚Zübdətü’t-Təhqiq və Nüzhətü’t-Təvfiq‛ adlı
əsərin müəllifi idi. Şeyx Sədrəddin Qonyəvi (öl. 1275) atalığı Muhyəddin ibnü’l-
Ərəbinin (öl. 1240) ‚Füsusü’l-Hikəm‛ adlı əsərini ixtisar edərək bunu ‚Nüsus fi
Təhqiqi’l-Məxsus‛ adlandırmışdı. Pir Muhəmməd Xoyi bu ixtisara şərh yazmış və bunu
‚Zübdətü’t-Təhqiq və Nüzhətü’t-Təvfiq‛ adlandırmışdı. Pir Muhəmməd Xoyinin bu
əsərinin nüsxələrindən biri Paris milli kitabxanasında saxlanılır
1839
. Türkiyədə əsərin iki
əlyazma nüsxəsi mövcuddur. Bunlardan biri Ankara milli kitabxanada, digəri isə
İstanbul Millət kitabxanasında saxlanılır. Alimin ölüm tarixi məlum deyil. H. 856-cı ildə
(1452) həyatda olduğu bilinir.
1836
KƏHHALƏ, Mu’cəmü’l-Müəllifin, C. III, s. 603.
1837
SƏM’ANİ, Kitabü’l-Ənsab, C. II, s. 163-164.
1838
ZƏHƏBİ, Müştəbih, s. 130.
1839
DE SLANE, həmin əsər, s. 264.
Muhəmməd ibn Əbdürrəhim Xoyi
Hədis ravisi idi. Muhəmməd ibn Abdullah Nişapuridən hədis dinləmişdi. Muhəmməd
ibn Əbdürrəhman Xoyi siqa mühəddislərdən Əbü’l-Abbas Muhəmməd ibn Həsən ibn
Quteybə Əsqəlaninin (öl. 922) hədis məclislərində iştirak edir və hədis nəql edirdi. Əbu
Bəkr Muhəmməd İsfəhani bu məcləslərdə iştirak etmiş və onun nəql etdiyi hədislərdən
bəzilərini öz əsərinə daxil etmişdi
1840
. Ölüm tarixi məlum deyil. IX-X əsrlərdə
yaşamışdır.
Qaziü’l-quzat Şəmsəddin Əbu’l-Abbas Əhməd ibn Xəlil ibn Səadə ibn Cə’fər ibn İsa
əş-Şafi’i əl-Bərməki Xoyi
h. 583-cü ilin şəvval ayında (dekabr 1187) anadan olmuşdu. Xorasana getmiş, burada
1841
Fəxrəddin Razinin tələbəsi olmuş, onun yanında kəlam və üsul elmlərini öyrənmişdi.
O, Qütbəddin əl-Misri və Əlaəddin ət-Tavus kimi alimlərdən cədəl, fiqh və hədis
elmlərini öyrənmişdi. Nişapura gedərək burada dövrün tanınmış mühəddislərindən
biri olan Əbü’l-Həsən Muid ibn Muhəmməd ət-Tusidən hədis dərsləri almışdı
1842
.
Dəməşqə getmiş, burada Əbu Abdullah Hüseyn ibnü’z-Zübeydi və Təqiyəddin Əbu
Əmr Osman ibnü’s-Səlah (öl. 1245) kimi mühəddislərdən hədis dinləmiş və hədis
elmlərinə dair bilikləri öyrənmişdi. Tacəddin ibn Əbu Cə’fər, Əbu Əmr ibnü’l-Hacib,
Camal Muhəmməd ibnü’s-Sabuni onun tələbəsi olmuş və ondan müxtəlif elmə
sahələrinə dair bilikləri öyrənmişdiləri. Onun tələbələrindən biri də oğlu, baş qazi
Şihabəddin Muhəmməd Xoyi olmuşdur
1843
.
Şəmsəddin Əhməd Xoyi Qur’an hafizi, fiqh, fiqh üsulu, kəlam, tibb, ərəb dili və
ədəbiyyatı, cədəl kimi elm sahələrində tanınmış alim idi. O, həm də şair idi. Şəmsəddin
Əhməd Xoyi himmət sahibi, mömin insan idi. O, çox namaz qılar və çox oruc tutardı.
Əminiyyə
1844
, Adiliyyə
1845
və Qəzzaliyyə mədrəsələrinin müdərrisi idi. Şam vilayətinin
1840
SƏM’ANİ, Kitabü’l-Ənsab, C. II, s. 164; ƏBU BƏKR İSFƏHANİ, Mu’cəmü’ş-Şüyux, s. 99-100; BAĞDADİ,
Təkmilətü'l-İkmal, C. II, s. 179.
1841
Ehtimal ki, Şəmsəddin Əhməd Xoyi Əfqanıstanın Heart şəhərində təhsil almışdı. Çünki Fəxrəddin Razi bu
şəhərdə yaşayır və tədrislə məşğul olurdu.
1842
İBNü’s-SABUNİ, Təkmilətü’l-İkmal, s. 40.
1843
SÜBKİ, Təbəqatü’ş-Şafi’iyyə əl-Kübra, C. VIII, s. 7-8; İBN QAZİ ŞUHBƏ, Təbəqatü’ş-Şafi’iyyə, C. II, s. 19.
1844
NUEYMİ, Daris fi Tarixi’l-Mədaris, C. I, s. 140.
qaziü’l-quzatlığına təyin olunmuşdu. İbn Nəzif əl-Həməvi onun bu vəzifəyə h. 623-cü
ildə (1226) təyin olunduğunu qeyd etmişdir
1846
. Alim kəlam elmi sahəsində ‚Kitab fi’l-
Üsul‛, ərəb filologiyasına dair ‚Kitab fi’n-Nəhv‛, ərəb ədəbiyyatına dair ‚Kitab fi’l-
Əruz‛, fəlsəfəyə dair ‚Rumuz-u Hökmiyyə‛ adlı əsərlərin müəllifi idi. Qazi Şəmsəddin
Əhməd Xoyi ustadı Fəxrəddin Razinin (öl. 1209) Təfsiri-Kəbir adı ilə tanınan
‚Miftahü’l-Qeyb‛ adlı Qur’an təfsirinə şərh və əlavələr yazmışdır. Qazi Şəmsəddin
Xoyinin bu əsərinin bir nüsxəsi Paris milli kitabxanasında saxlanılır
1847
. Qazi Şəmsəddin
Əhməd Xoyi Suriyada qazilik vəzifəsini icra etmiş həmkarlarının bioqrafiyasına dair
‚Rəvzu’l-Bəssam fi mən Vəlyə Qəzaü’ş-Şam‛ adlı bir əsər də qələmə almışdı
1848
. Onun
bioqrafiyaya dair qələmə aldığı digər bir əsəri isə ‚Əxbarü’l-Əxyar bima Vəcədu ələ’l-
Qübur minə’l-Əş’ar‛ adlanır
1849
. Alim h. 7 şaban 637-ci ildə (3 mart 1240) Dəməşqdə
vəfat etmiş və Qasiyyun dağındakı Səfih qəbristanında dəfn edilmişdi
1850
.
Əbu İshaq İbrahim ibn Safi əl-Müqri Xoyi
Mühəddis idi. Əbu Hatim Muhəmməd ibn İbrahim və digər mühəddislərdən hədis
dinləmişdi. Xoydakı mədrəsələrdən birində hədis dərsləri vermişdi. Xətib Əbu Səid
Əbdürrəhman Xoyi, Əbü’l-Qasım ibn Əsakir kimi tanınmış alimlər onun tələbələri
arasından yetişmişdilər
1851
.
Xətib Əbu Səid Əbdürrəhman ibn İsa ibn Muhəmməd Xoyi
Mühəddis idi. Əbu İshaq İbrahim ibn Safi əl-Müqri Xoyinin tələbəsi olmuş, ondan hədis
dinləmişdi. Xoyda yaşamış, burada hədis dərsləri vermişdi. Tarixçi alim Əbü’l-Qasım
1845
İBNü’s-SABUNİ, yenə orada.
1846
Əbü’l-Fəzl Muhəmməd İBN NƏZİF əl-Həməvi, Təlxisü’l-Kəşf və’l-Bəyan fi Həvadisü’z-Zaman, (Hzr. Ə. Dəvdəv), s.
122, Dəməşq 1981.
1847
DE SLANE, həmin əsər, s. 141-142.
1848
KATİB ÇƏLƏBİ, Kəşfü’z-Zünun, C. I, s. 1129. Şəmsəddin Əhməd Xoyidən üç əsr sonra Şəmsəddin Muhəmməd ibn
Əli İbn Tolon Diməşqi (öl. 1546) eyni mövzuya dair əsər qələmə almış və adını da bənzədərək ‚Səğru’l-Bəssam fi
zikri mən vəlyə Qəzaü’ş-Şam‛ qoymuşdu.
1849
BAĞDADLI, İzahü’l-Məknun, C. I, s. 20.
1850
ƏSNƏVİ, Təbəqatu’ş-Şafi’iyyə, C. I, s. 240-241; SÜBKİ, yenə orada; İBN QAZİ ŞUHBƏ, yenə orada; İBNü’l-İMAD,
Şəzəratü’z-Zəhəb, C. V, s. 670; İBNü’l-ADİM, Buğyətü’t-Tələb, C. II, s. 121; MƏMMƏDOV, Orta Əsr Azərbaycan Filosof və
Mütəfəkkirləri, s. 45.
1851
BAĞDADİ, Təkmilətü'l-İkmal, C. II, s. 180.
Əli ibn Əsakir 1130-cu illərdə Xoyda olarkən Əbu Səid Xoyinin dərslərini dinləmişdi
1852
.
Ölüm tarixi məlum deyil. XI-XII əsrlərdə yaşamışdır.
Qazi Əbü’l-Qasım Nasir ibn Əhməd ibn Bəkran Xoyi
Fəqih, mühəddis, filoloq, ədib və şair olan Əbü’l-Qasım Nasir Xoyi h. 466-cı ilin
məhərrəm ayında (sentyabr 1073) anadan olmuşdu. Ərəb filologiyasını Əbu Tahir
Şirazidən öyrənmiş, şeyxülislam Əbu İshaq İbrahim Şirazinin yanında isə şafi’i fiqhi
oxumuşdu. Əbü’l-Qasım Əli ibn Əhməd ibnü’s-Sirri, İbnü’n-Nüqəvvər əl-Asimi adı ilə
tanımış Əbü’l-Hüseyn Asim ibn Hüseyn, Əbu Zeyd Nizamülmülk kimi
mühəddislərdən hədis dinləmişdi. Yaşadığı dövrdə Azərbaycanın, mübahisəsiz, ən
böyük ədəbiyyatçısı idi. O, həm də istedadlı şair idi və özünün divanı var idi.
Atasından sonra Xoy şəhəri qaziliyinə təyin olunmuşdu. Əbü’l-Qasım Nasir Xoyi, İbn
Cinninin ‚əl-Lüma‘‛
1853
adlı əsərinə şərh yazmışdı
1854
. Alim h. 509-cu ilin rəbiəlaxir
ayında (sentyabr 1115) vəfat etmişdi
1855
. Səm’ani Əbü’l-Vəfa Budeyl əl-İmli Xoyi (öl.
1136-1146 illər arasında) haqqında məlumat verərkən onun qazi Əbü’l-Fəth Nasir ibn
Əhməd ibn Bəkran Xoyi adlı bir alimin tələbəsi olduğunu və ondan hədis dinlədiyini
qeyd etmişdir
1856
. Göründüyü kimi bu iki şəxsin sadəcə ‚Əbü’l-Qasım‛ və ‚Əbü’l-Fəth‛
olaraq künyələrində fərq var. Səm’ani və Əbu Tahir əs-Süləfi İsfəhani baba adını
‚Bəkran‛, Yaqut əl-Həməvi isə burada haqqında daşıdığımız şəxsin babasını adını
‚Bəkr‛ olaraq qeyd etmişdir. Yaşadıqları dövrlərin də bir-birinə müvafiq olduğunu
nəzərə alaraq bu ikisinin eyni şəxs olduğunu düşünmək olar.
Şeyx Nəcibəddin Əbu Abdullah Muhəmməd ibn Məzyəd ibn Mübəşşir Xoyi
1852
İBN ƏSAKİR, Mu’cəmü’ş-Şüyux, s. 140-141.
1853
Əbü’l-Fəth Osman ibn Cinni əl-Məvsilinin (934-1002) ‚Kitabü’l-Lüma’ fi’l-Lüğəti’l-Ərəbiyyə‛ (Ərəb Dilinin İşıq
Saçan Kitabı) adlı ərəb dilinin qrammatikasına və morfologiyasına aid əsəri.
1854
ƏBU TAHİR İSFƏHANİ, Mu’cəmü’s-Səfər, s. 396.
1855
YAQUT əl-HƏMƏVİ, İrşadü’l-Ərib, s. 1651. Əbu Tahir İsfəhani onun h. 507-ci ilin rəbiəlaxir ayında (sentyabr 1113)
Xorasanda vəfat etdiyini qeyd etmişdir. Bax: Mu’cəmü’s-Səfər, s. 396.
1856
SƏM’ANİ, Kitabü’l-Ənsab, C. I, s. 141. Bax: səh. ???.
Mühəddis idi. H. 593-cü ildə (1197) Xoyda anadan olmuşdu. Vətənində təhsilini başa
vurduqdan sonra Misirə getmiş və burada hədis tədris etmişdi. H. 12 şəvval 674-cü ildə
(30 mart 1276) Qahirədə vəfat etmişdi
1857
.
Qaziü’l-quzat Şihabəddin Əbu Abdullah Muhəmməd ibn Əhməd ibn Xəlil ibn
Səadə ibn Cə’fər Xoyi
Şafi’i məzhəbinə mənsub fəqih və mühəddis idi. Yuxarıda haqqında bəhs etdiyimiz
qaziü’l-quzat Şəmsəddin Əhməd Xoyinin oğlu idi. H. 14 şəvval 626-cı ildə
1858
(4
sentyabr 1229) Dəməşqin Adiliyyə səmtində anadan olmuş və bu şəhərdə böyümüşdü.
Alim ailəsində böyüyən Şihabəddin Xoyi hələ kiçik yaşlarından elmi biliklərə
yiyələnməyə başlamışdı. O, 11 yaşında ikən atasını itirmişdi. Atasının vəfatından sonra
Adiliyyə mədrəsəsində qalmış və tələbəliyə başlamışdı. Tezliklə o, öz yaşıdlarından
daha istedadlı və çalışqan olduğunu göstərmişdi. Şihabəddin Xoyi fenomenal yaddaşa
sahib idi. O, istənilən mövzuya dair bilikləri asanlıqla əzbərləyb yaddaşında saxlaya
bilirdi. Üstün bilik, bacarıq və istedı ilə tanınmış və hələ çox gənc yaşlarında Dimağiyyə
mədrəsəsində dərs verməyə başlamışdı. Daha sonra Adiliyyə və Qəzzaliyyə
mədrəsələrində də dərs vermişdi. İbn Kəsir, Şihabəddin Muhəmməd Xoyinin hədisi,
hədis elmlərini və hədis alimlərini sevdiyini qeyd etmişdir. O, Misir, Şam vilayəti,
Bağdad, Xorasan və İsfahana səyahət edərək buradakı ən tanınmış mühəddislərdən
dərs almışdı. Onun müəllimi olmuş məşhur mühəddislərdən İbnü’l-Lətiy, İbnü’l-
Müqəyyir, Səxavi, Əbu Abdullah Hüseyn ibnü’z-Zübeydi, İbü’s-Səlahın adını çəkmək
olar. Bundan başqa o, Xorasanda Fəxrəddin Razinin yetişdirdiyi alimlərdən və elmi
irsinin davamçılarından olan Qütbəddin əl-Misri və əllamə ət-Tavusidən məntiq və
kəlam dərsləri almışdı
1859
. Mənbələr onun hədis dinlədiyi ravi və mühəddislərin sayının
250-300 arasında olduğunu qeyd edirlər. Alim fiqh, fiqh üsulu, hədis, təfsir,
pedaqoqika, riyaziyyat, astronomiya, fəraiz, filologiya, poeziya kimi müxtəlif elm
sahələrinə aid 20-dən çox kitabın və bir çox risalənin müəllifi idi. Bunlardan İbnü’s-
1857
MƏQRİZİ, Kitabü’l-Müqəffa, C. VII, s. 231.
1858
İbn Həcər Əsqəlani onun h. 626-cı ilin rəcəb ayında (iyun 1229) anadan olduğunu qeyd etmişdir. Bax: Rəfi‘ü’l-İsr
ən Quzat Misir, s. 144, London 1908.
1859
İBN HƏCƏR, Rəfi‘ü’l-İsr, s. 144.
Səlahın ‚Ülumü’l-Hədis‛ adlı əsərinə nəzm formasında şərh, ‚əl-Fəsih‛, ‚Şərhü’l-
Füsul‛, ‚əl-Müləxxəs‛, ‚Əqalimü’t-Təalim‛ və yenə nəzm formasında qələmə alınmış,
ərəb filologiyasına dair, ‚Kifayətü’l-Mütəhəffiz fi’l-Lüğə‛ adlı əsərlərin adını çəkmək
olar. Pedaqoqikaya aid ‚Əqalimü’t-Təalim‛ adlı əsərində alim təfsir, hədis, fiqh, tibb,
həndəsə və riyaziyyat kimi elmlərin tədris metodları haqqında geniş məlumat
vermişdir
1860
. ‚Əqalimü’t-Təalim‛in nadir nüsxələrindən biri Paris milli kitabxanasında
mühafizə edilir
1861
. Şihabəddin Muhəmməd Xoyi bir müddət Qüds qazisi olmuş, h. 657-
ci ildə (1259) bu vəzifəni icra etmək üçün Dəməşqdən Qüdsə getmişdi
1862
. Hülagü xanın
Suriyanı işğalı vaxtı (1260) isə Şam diyarını tərk edərək Misirə getmişdi. Bir müddət
sonra Qahirə qaziliyinə təyin olunmuşdu. 5 il bu vəzifəni icra etdikdən sonra qaziü’l-
quzat, yəni bütün Misirin baş qazisi olmuşdu. Dəməşq qazisi Bəhaəddin ibnü’z-Zəkinin
ölümündən sonra bu şəhərin qaziliyi vəzifəsi də ona tapşırılmışdı. Onun yetişdirdiyi
tələbələr arasından məşhur alimlər çıxmışdır. Bunlardan hafiz Yusif ibn Əbdürrəhman
əl-Mizzi , Elməddin Qasım əl-Birzali, ən-Nəblusi, əl-Xotəni, Cəmaləddin ibnü’s-Sabuni,
Əlaəddin Məqdisinin adını çəkmək olar. Alim h. 25 ramazan 693-cü ildə (19 avqust
1294) Dəməşqdə vəfat etmişdi. Əl-Müzəffəri məscidində qılınan cənazə namazından
sonra atasının qəbrinin yanıda dəfn edilmişdi
1863
.
Dostları ilə paylaş: |