Əbu Bəkr Hüseyn ibn Əli ibn Yəzdanyar Urməvi
Şafi’i məzhəbinə mənsub vaiz və fəqih idi. Haqqında məlumat verən mənbələrdə onun
təsəvvüfdə özünə xas yolu olduğu qeyd edilmişdir. İbn Yəzdanyar adı ilə şöhrət tapmış
bu şəxs fiqh, hədis və təfsir elmlərində öz dövrünün tanınmış alimlərindən olmaqla
yanaşı zahid, abid və vəra’ sahibi insan idi
1735
. İbn Yəzdanyar mənəvi tərbiyə və irşadın
İslamın təməl prinsiplərinə uyğun və həmahəng olmalı olduğu barədə fikirlər
səsləndirirdi. Öz müasiri olan bəzi ifrat cərəyanlara mənsub şəxslərin İslama zidd olan
hal, hərəkət və sözlərini kəskin şəkildə tənqid edən İbn Yəzdanyar bu mənada
bidətçilərə qarşı mübarizə aparmışdı. Buna görə də özü ilə eyni dövrdə yaşamış bəzi
şəxslərin tənqid və təzyiqlərinə məruz qalmışdı
1736
.
İbn Yəzdanyar ifrat cərəyanlara mənsublarını tənqid etməkdə məqsədini belə izah
edirdi: ‚Siz mənim onlar haqqında danışdığımı eşidirsiniz. Allaha and olsun ki, bu
sözləri sadəcə onlara yazığım gəldiyi üçün deyirəm. İdrak sahibi olan bir qrup insan
sözlərimin qiymətinin anladı. Əsl məqsədim onları bu saxtakarların əlindən xilas edib
Haqqın yolunu göstərməkdir. Sözlərimdəki məqsəd bundan ibarət idi‛
1737
. İbn
Yəzdanyar bəzi ifrat cərəyan mənsublarını tənqid edərkən belə deyirdi: ‚Bir yandan
tövbə və istiğfar edir, digər tərəfdən günah işləməyə davam edirlər. Belə olarmı? Bir
1733
KƏHHALƏ, yenə orada. Buradakı son iki əsər Fəxrəddin Razinin ‚əl-Məhsul‛ adlı əsərinin ixtisarı və şərhi idi.
1734
Siracəddin Urməvinin ‚Kitab Təkmilətü’t-Təhrir və’t-Təqrir‛ adlı əsəri, eləcə də digər əsərləri ilə bağlı ətraflı
məlumat üçün bax: NƏSİROV, XIII Yüzyıl Başlarında Anadolu-Azerbaycan İlişkileri, s. 176-179.
1735
Əbu Əbdürrəhman Muhəmməd SÜLƏMİ, Təbəqatü’s-Sufiyyə, (Hzr. Ə. Şərbas), s. 140-141, Qahirə 1998;
Əbdülvəhhab ŞƏ’RANİ, Təbəqatü’l-Kübra, (Trc. A. Akçiçek), C. I, s. 472-473, İstanbul 1968; Əbdülbaqi GÖLPINARLI,
Mövlana Cəlaləddin, s. 115-116, İstanbul 1959.
1736
SÜLƏMİ, Təbəqatü’s-Sufiyyə, s. 140-141; ŞƏ’RANİ, Təbəqatü’l-Kübra, C. I, s. 472-473; CAMİ, Nəfəhatü’l-Üns, s. 231-
232; Əbü’l-Qasım Əbdülkərim QÜŞEYRİ, Risalə fi İlmü’t-Təsəvvüf, s. 137, Qahirə 1986.
1737
SÜLƏMİ, Təbəqatü’s-Sufiyyə, s. 140-141; ŞƏ’RANİ, Təbəqatü’l-Kübra, C. I, s. 472-473.
yandan tövbə edib bir yandan günahlara davam edən şəxs tövbənin dadından məhrum
qalar‛
1738
.
İbn Yəzdanyara görə yüksək əxlaqa sahib olmanın ilk şərti həya sahibi olmaqdır
1739
.
Özünün zöhd anlayışını İbn Yəzdanyar belə ifadə etməkdə idi: ‚İnsanlarla ünsiyyəti
xoşlayırsansa əsla Allahla ünsiyətdə olmağa tamah salma. Boş və lüzumsuz şeyləri
xoşlayırsansa əsla Allah eşqinə tamah etmə‛
1740
. İbn Yəzdanyara görə hədis alimləri
Muhəmmədin (م) sünnəsinin gözətçiləridirlər
1741
.
İbn Yəzdanyar özü də tez-tez tənqid və təzyiqlərə məruz qalırdı. Bir dəfə Bağdadda
ikən onu sınamaq və utandırmaq üçün məsciddə və’z etməsi istənmişdi. Ehtimal ki,
onlar İbn Yəzdanyarın ərəb olmadığı üçün ərəbcə və’z etməkdə çətinlik cəkəcəyini və
ya ləhcəsi ilə gülünc vəziyyətə düşəcəyini düşünmüşdülər. Məscidin kürsüsünə qalxan
İbn Yəzdanyar ‚əcəm kimi yatıb ərəb kimi oyandım‛ deyə sözə başlayaraq fəsih ərəbcə
ilə bəlağətli və’z etmiş, onu çətin vəziyyətə salmaq istəyənləri utandırmışdı
1742
. Əbu
Bəkr Hüseyn ibn Yəzdanyar Urməvi h. 332-ci ildə (944) vəfat etmişdir
1743
.
İbn Yezdanyarın qələm aldığı hər hansı bir əsəri müəyyən etmək mümkün olmamışdır.
Lakin onunla yaxın qohumluq əlaqəsinin olduğunu güman etdiyimiz Əbu Cə’fər
Muhəmməd ibn Hüseyn ibn Əhməd İbn Yəzdanyar adlı şəxsin müəllifi olduğu
‚Rəvzətü’l-Müridin‛ və ‚Kitabü’s-Söhbə məə’s-Sufiyyə‛ adlı əsərlər İstanbulda,
Köprülü əlyazma əsərlər kitabxanasında saxlanılır. ‚Rəvzətü’l-Müridin‛in bir nüsxəsi
də ABŞ-nın Princeton universitetinin kitabxanasında saxlanılır. Bu nüsxənin üzü Qasım
ibn Nasir ibn Salman adlı müstənsix tərəfindən h. 28 rəcəb 728-ci ildə (26 sentyabr 1383)
köçürülüb başa çatdırılmışdır. Eyni əsərin h. 980-ci ildə (1572) üzü köçürülmüş bir
nüsxəsi də Paris milli kitabxanasında mühafizə edilir
1744
.
İbn Yəzdanyar, sonrakı əsrlərdə İslam coğrafiyasında geniş tərəfdar kütləsinə sahib
olan, fütuvvət məfkurəsinin müəllifi hesab olunur. Onun vəfatından sonra fütuvvətlə
1738
SÜLƏMİ, yenə orada; ŞƏ’RANİ, yenə orada.
1739
ŞƏ’RANİ, Təbəqatü’l-Kübra, C. I, s. 472-473.
1740
QÜŞEYRİ, Risalə, s. 137.
1741
SÜLƏMİ, Təbəqatü’s-Sufiyyə, s. 140-141; CAMİ, Nəfəhatü’l-Üns, s. 231-232.
1742
BAKUVİ, Təlxisü’l-Asar, s. 81; TƏRBİYƏT, həmin əsər, s. 178; GÖLPINARLI, həmin əsər, s. 116.
1743
SÜLƏMİ, Təbəqatü’s-Sufiyyə, s. 140-141; ŞƏ’RANİ, Təbəqatü’l-Kübra, C. I, s. 473.
1744
DE SLANE, həmin əsər, 261.
bağlı çox sayıda əsər qələmə alınmışdır. Fütuvvətin ilk pilləsi mürüvvətdir (mərdlik,
igidlik). Fütuvvətin mürüvvət anlayışına görə bu yola qədəm qoyan şəxs hər şeydən
əvvəl şəhvət və qəzəb kimi pis xüsusiyyətlərdən, duyğu və düşüncələrdən nəfsini
təmizləməli, özünü ali və ülvi hisslərə təchiz etməli idi. İkinci pillə lətafət idi ki, bu da
iffət, şücaət və ədalət kimi əxlaqi keyfiyyətlərlə təchiz olmağı ifadə edirdi. Fütuvvətin
üçüncü və ən ali pilləsi vəlayətdir. Fütuvvət əhlinə görə vəlayət dünyəvi ləzzətləri
ayağının altına alıb, onlardan qurtulmaq mənasını ifadə edirdi
1745
.
Fütuvvət əhli məfkurələrində özlərinə Əli ibn Əbu Talibi (ا) və Əshabi-Kəhfi nümunə
götürməkdə idilər. Bunu da Rəsulullahın (م) Əli ibn Əbu Talibə (ا) xitabən dediyi ‚Sən
bu ümmətin gəncisən (igidisən)‛ (Əntə fəta həzihi’l-ümmə) sözünə əsaslandırırdılar
1746
.
Fütuvvət əhlinə görə tövbə iffət və saleh əməlin başlanığıcı idi. Fütuvvət mənsubu
təkəbbür və ücubdan uzaq olmalı idi. Onlara görə təvazö qəzəbin qarşısında sədd və
şücaətin ilk şərti idi
1747
. Fütuvvət yoluna qədəm qoyan şəxs müəyyən təlim və tərbiyə
mərhələlərindən keçməli idi. Bunlar sıra ilə hidayət, nəsihət və vəfa mərhələləri idi
1748
.
Fütuvvət mənsubu bu yoldakı ən ali məqama elm, əhval və müşahidə yolu ilə çata
bilərdi. Onlara görə vəlayət məqamı fənayi-xilqətdə sona çatır ki, bu da həqiqətin
gözüdür
1749
.
İbn Yəzdanyardan sonra fütuvvət cərəyanının ən məşhur təmsilçisi Azərbaycanın
Zəncan şəhərindən
1750
olan Əxi Fərəc Zəncanidir (öl. 1065). Əbü’l-Abbas Nəhavəndinin
müridlərindən olan Əxi Fərəc Zəncani ilk əxi zaviyəsini quran şəxsdir. Bir qədər şübhə
doğursa da Hacı Zeynəlabdin Şirvani və Əlişir Nəvayi öz əsərlərində məşhur fütuvvət
şeyxi Şihabəddin Ömər Sührəvərdinin əmisi və mürşidi Əbu’n-Nəcib Sührəvərdinin
Əxi Fərəc Zəncaninin müridi olduğunu, onun əlindən xirqə geydiyini qeyd
etmişdilər
1751
. Sonrakı əsrlərdə Abbasi xəlifəsi Nasir li-Dinillah (öl. 1225) fütuvvət
1745
ANONİM, Tuhfətü’l-İxvan dər Bəyani-Üsuli-Fütuvvət və Adabi-Fityan, (Nşr. M. Damadi), s. 5-9, Tehran 1351.
1746
Tuhfətü’l-İxvan, s. 13.
1747
Tuhfətü’l-İxvan, s. 27.
1748
Tuhfətü’l-İxvan, s. 21-25, 37-40, 44-48.
1749
Tuhfətü’l-İxvan, s. 9. ]ﺤﻘﻴﻘﺖ ﺩﺭﻋﻴﻦ ﺧﻠﻴﻘﺖ ﺑﻔﻨﺂ ﺷﻮﺩ ﻣﻨﺗﻬﻰ ﻭ[
1750
HİMYƏRİ, Nisbə ilə’l-Məvazi’, C. I, s. 368.
1751
Hacı Zeynəlabdin ŞİRVANİ, Riyazü’s-Səyahə, s. 91, 365, Tehran 1339; NƏVAYİ, Nəsayimü’l-Məhəbbə, s. 694. Şeyx
Əbu’n-Nəcib Sührəvərdi Əxi Fərəc Zəncaniyə, böyük ehtimalla, intisab silsiləsi ilə bağlıdır, yəni onun müridlərindən
birinin müridi olmuşdur. Onların görüşmələri mümkün deyil. Zeynəlabdin Şirvani və Əlişir Nəvayinin burada
yanıldıqlarını və ya əskik məlumat nəql etdiklərini düşünürük. Belə ki, 1097-ci ildə dünyaya gəlmiş Əbu’n-Nəcib
təşkilatını yenidən formalaşdırmışdı. İslam coğrafiyasındakı bir çox hökmdar bu
təşkilatın üzvü idi. Bunların ən məşhurlarından, müasirlərinin ‚uluq sultan‛
adlandırdıqları Anadolu Səlcuqlu hökmdarı Əlaəddin I Keyqubad (1220-1237) idi.
Sultan Əlaəddin I Keyqubad xəlifə Nasir li-Dinillahın nümayindəsi kimi hüzuruna
gəlmiş şeyxü’-şüyux Şihabəddin Ömər Sührəvərdinin vasitəçiliyi ilə bu təşkilata üzv
olmuşdu
1752
. Həmçinin Azərbaycan Atabəylərindən də bəzilərinin fütuvvət təşkilatına
mənsub olduqlarını düşünürük. Güman ki, atabəy Muhəmməd Cahan Pəhləvan (1175-
1186) və atabəy Osman Qızıl Arslan (1186-1191) fütuvvət təşkilatına mənsub idilər.
Prof. Mikayıl Bayram haqlı olaraq Azərbaycan və Anadoluda fəaliyyət göstərmiş əxi
təşkilatının mahiyət etibarı ilə Türk fütuvvət hərəkatı olduğunu qeyd etmişdir
1753
. Bu
təşkilat üzvlərinin əksəriyyəti Anadoluda Bizans imperiyasına və səlibçilərə qarşı
aparılan mücahidədə iştirak edən könüllülər idi. Həmin dövrün tarixi mənbələrində
‚ğaziyane-Rum‛ (Anadolu qaziləri) adlanan bu zümrəyə mənsub şəxslərin bir çoxu
Türk fütuvvət təşkilatına mənsub əxilər idi
1754
.
Hüsaməddin Həsən Çələbi ibn Əxi Muhəmməd ibn Əxi Türk Urməvi
Onun ata-babaları Urmiyədən köçüb Konyada məskunlaşmışdılar. Hüsaməddin Həsən
Urməvi 1220-ci illərdə dünyaya gəlmişdi. Onun atası Əxi Muhəmməd Konyada mənəvi
nüfuza malik olmaqla yanaşı sərvət sahibi insanlardan biri idi
1755
. Hüsaməddin Həsən
Çələbi fütuvvət idologiyasının və təşkilatının banisi, yuxarıda haqqında danışdığımız,
Əbu Bəkr Hüseyn ibn Əli ibn Yəzdanyar Urməvinin nəslindən idi. Kiçik yaşlarında
atasını itirən Hüsaməddin Çələbi Urməvi Konyadakı əxilərin himayəsində böyüyüb
tərbiyə almışdı. Yeniyetməlik illərində mövlana Cəlaləddin Rumi ilə tanış olub onun
müridlərindən biri olmuşdu
1756
. Mövlana Cəlaləddin Rumi ‚Məsnəvi‛sini yazarkən
Sührəvərdinin 1065-ci ildə vəfat etmiş Əxi Fərəclə görüşmələri mümkün deyildi. Şirvani ilə Nəvayi bu məlumatı,
böyük ehtimalla, sufi mülliflərin yazdıqları təzkirələrdən nəql etmişdilər. Təsəvvüfdə isə ölmüş bir şəxsdən də, feyz
yolu ilə, dərs və irşad almaq mümkündür!?.
1752
ƏFLAKİ , Ariflerin Menkıbeler, C. I, s. 373.
1753
Mikail BAYRAM, Ahi Evren ve Ahi Teşkilatının Kuruluşu, s. 129, Konya 1991.
1754
BAYRAM, həmin əsər, s. 132-133.
1755
Neşet ÇAĞATAY, Bir Türk Kurumu Olan Ahilik, s. 97, Ankara 1974.
1756
ƏFLAKİ , Ariflerin Menkıbeleri, C. II, s. 153.
Hüsaməddin Həsən Çələbi daim onun yanında olmuş, ustadı bədahətən şe’r deyərkən
o, qeyd etmiş, beləcə 10-11 il ərzində ‚Məsnəvi‛ yazılıb başa çatdırılmışdı
1757
.
Hüsaməddin Urməvi mövlana Cəlaləddin Ruminin ölümündən sonra onun postnişini
olmuşdu. Mövləvilik bir təriqət kimi Hüsaməddən Həsən Çələbinin şeyxliyi vaxtı
formalaşmış, qayda və rituallar onun postnişinliyi dövründə meydana çıxmışdı. O, 12
sentyabr 1284-cü ildə Konyada ölmüş və Cəlaləddin Ruminin məzarının yanında dəfn
edilmişdi
1758
.
Fəxrəddin Ömər ibn Müin Urməvi
Urmiyə şəhərinin alimlərindən idi. Ehtimal ki, bu şəhərin qazisi və ya hakimlərindən
biri olmuşdur. Çünki İbnü’l-Fuvati onun məsciddəki təziyə və cənazə mərasiminə
şəhərin alimlərinin, hakimlərinin və qabaqcıl insanlarının toplaşdıqlarını, onu ədalətli
insan kimi yad etdiklərini qeyd etmişdir. Fəxrəddin Ömər ibn Mu’in h. 693-cü ildə
(1294) vəfat etmişdir
1759
.
Əllamə Səfiyəddin Muhəmməd ibn Əbdürrəhim ibn Muhəmməd əl-Hindi Urməvi
Şafi’i məzhəbinə mənsub fəqih və mütəkəllim idi. h. 644-cü ilin rəbiəlaxir ayında
(avqust 1246) Hindistanda anadan olmuşdu. Onun atası Azərbaycanın Urmiyə
şəhrindən Hindistana köçmüşdü. İlk təhsilini ana tərəfindən babasından almış və onun
yanında fiqh oxumuşduu. Səfiyəddin Muhəmməd Urməvi h. 667-ci ilin rəcəb ayında
(mart 1269) Hindistanı tərk edərək Yəmənə gəlmişdi. Yəmən hökmdarı Müzəffər onu
bir müddət qonaq etmiş və ona ərməğan olaraq 900 dinar
1760
vermişdi. Səfiyəddin
Muhəmməd Urməvi Məkkəyə gedib 3 ay orada qalmışdı. Həcc ziyarətindən sonra h.
671-ci ildə (1273) Misirə getmişdi. Misirdə çox qalmayan Səfiyəddin Urməvi dəniz yolu
ilə Antakiyaya gəlmişdi
1761
. O, Anadolunu gəzmiş Konyada 11 il, Sivasda 5 il, Kayseridə
1757
Abdülbaki GÖLPINARLI, Mevlana Celaleddin, s. 121, İstanbul 1959.
1758
ƏFLAKİ , Ariflerin Menkıbeleri, C. II, s. 189-191.
1759
İBNü’l-FUVATİ, Məcməü’l-Adab , C. IV/3, s. 271.
1760
Dinar-4,25 gr qızıl pul. Əbdülhəyy Hüseyni bu məbləğin 900, İbn Kəsir isə 400 dinar olduğunu qeyd etmişdir.
1761
HÜSEYNİ, Nüzhətü’l-Xəvatir, s. 200-201; İBN KƏSİR, Bidayə və’n-Nihayə, C. XIV, s. 143; SÜBKİ, Təbəqatü’ş-Şafi’iyyə
əl-Kübra, C. IX, s. 102; İBN QAZİ ŞUHBƏ, Təbəqatü’ş-Şafi’iyyə, C. II, s. 67.
isə 1 il yaşamışdı. Həmyerlisi qazi Siracəddin Əbü’s-Səna Urməvi ilə görüşmüş və
ondan məntiqə dair dərslər almışdı
1762
. Konyada Pənbəfüruşan mədrəsəsində dərs
verən
1763
Səfiyəddin Urməvi, digər bəzi fəqihlərlə birlikdə, dərvişlərin şəhərin
küçələrində rəbab kimi musiqi alətləri ilə çalğı çalmalarına etiraz etmişdi. Lakin
Mövlana Cəlaləddin Ruminin məsələyə müdaxilə etməsi ilə dərvişlərin rəbab çalmaları
qadağan edilməmişdi. Mövləvi salnaməçi Əflaki Səfiyəddin Urməvinin abid və zahid
insan olduğunu qeyd etmişdir
1764
.
H. 685-ci ildə (1286) Səfiyəddin Urməvi Anadolunu tərk edərək Dəməşqə getmiş və bu
şəhərdə məskunlaşmışdı. Səfiyəddin Urməvi burada Atabəkiyyə, Zahiriyyə, Rəvahiyyə,
Dövliyyə və Cəvaniyyə mədrəsələrində dərs vermiş, fətva mərcii olmuşdu
1765
. Alim
‚Nihayətü’l-Vüsul ilə İlmü’l-Üsul‛, ‚Zübdətü’l-Kəlam fi İlmü’l-Kəlam‛, ‚əl-Faiq fi
Üsuliddin‛,
‚Risalətü’n-Nəfsiyyə‛
1766
və
‚Risalətü’s-Siniyyə‛
kimi
əsərlərin
müəllifidir
1767
.
H. 705-ci ilin rəcəb ayının 8-ci günü (24 yanvar 1306) Dəməşqdə naibü’s-səltənə
1768
əmir
Tengizin hüzurunda bəzi alimlər şeyxülislam Təqiyəddin Əhməd ibn Teymiyyəni (öl.
1328) müəllifi olduğu ‚Əqidətü’l-Vasitiyyə‛ adlı əsərə dair sorğu-sual etmişdilər.
Burada sorğu və təhqiqat aparan alimlərin arasında Səfiyyəddin Urməvi də var idi. İbn
Kəsirin ifadəsi ilə desək ‚çaydan su daşımağa vərdiş olanlar bu dəfə dəryaya rast
gəlmişdilər‛
1769
. İbn Teymiyyə burada öz fikirlərini uğurla müdafiə etmişdi. Səfiyəddin
Urməvi onunla uzun müddət mübahisə etmiş, lakin İbn Teymiyyənin bütün mövzulara
aid suallara dolğun və tətminkar cavablar verməsi qarşısında ‚Sən quş kimi oradan ora,
buradan bura uçursan, bir az yavaş ol‛ deməkdən başqa söz tapmamışdı
1770
. Səfiyəddin
Urməvinin İbn Teymiyyə qarşısında əqaid mövzusundakı zəifliyi hər halda
1762
SƏFƏDİ, Vafi bi’l-Vəfayat, C. XXVIII, s. 239; SÜBKİ, Təbəqatü’ş-Şafi’iyyə əl-Kübra, C. IX, s. 102; İBN KƏSİR, Bidayə
və’n-Nihayə, C. XIV, s. 143.
1763
ƏFLAKİ , həmin əsər, C. I, s. 323-324.
1764
Yenə orada.
1765
İBN KƏSİR, Bidayə və’n-Nihayə, C. XIV, s. 143; SÜBKİ, Təbəqatü’ş-Şafi’iyyə əl-Kübra, C. IX, s. 102; İBN QAZİ ŞUHBƏ,
Təbəqatü’ş-Şafi’iyyə, C. II, s. 67; İBNü’l-İMAD, Şəzəratü’z-Zəhəb, C. VI, s. 600.
1766
SƏFƏDİ, Vafi bi’l-Vəfayat, C. XXVIII, s. 239; MƏMMƏDOV, Orta Əsr Azərbaycan Filosof və Mütəfəkkirləri, s. 46.
1767
KATİB ÇƏLƏBİ, Kəşfü’z-Zünun, C. I, s. 1074.
1768
Naibü’s-Səltənə-sultanın köməkçisi mənasını ifadə edir. Burada Misir Məmlüklü sultanının Şam vilayətində idari
işlər üzrə tüm hüquqlu vəkili nəzərdə tutulur.
1769
İBN KƏSİR, Bidayə və’n-Nihayə, C. XIV, s. 88-89.
1770
HÜSEYNİ, Nüzhətü’l-Xəvatir, s. 201; İBN HƏCƏR, Dürərü’l-Kaminə, C. II, s. 334-335.
ixtisaslaşmadan irəli gəlirdi. Səfiyəddin Urməvi fiqh və kəlam sahəsində dərinləşmişdi.
Əqaid isə daha çox Qur’an və hədis sahəsində dərin bilik tələb edən sahədir. Mənbələr
Səfiyəddin Urməvinin bu sahədə nisbətən zəif olduğunu, Qur’anın dörddə birindən
daha az bir qismini əzbər bildiyi, üstəlik ərəbcə danışarkən dilindəki hind ləhcəsindən
də heç cür qurtula bilmədiyini qeyd edirlər
1771
. Səfiyəddin Urməvi daha sonra İbn
Teymiyyəni həbsə göndərən məhkəmə heyətinə də daxil edilmişdi
1772
.
Şəmsəddin Zəhəbi, Səfiyyəddin Urməvinin vəfatından bəhs edərkən ‚o, sələfin yolunda
idi‛ ifadəsini işlətmişdir. Səfiyəddin Muhəmməd Urməvi təsəvvüf əhlinə yaxınlığı ilə
tanınan kəlam alimi idi. Buna dair mötəbər mənbələrdə çox sayıda qeyd var. Məsələn
Əbdürrəhman Nəimi onun Dəməşqin Atabəkiyyə mədrəsəsindəki əşa’ari kəlam
alimlərindən biri olduğunu qeyd etmişdir
1773
. Bundan başqa onun sıx bağlı olduğu
müəllimi Siracəddin Əbü’s-Səna Urməvi şeyx Əvhədəddin Kirmaninin (öl. 1238)
müridi idi. Onun əvhədiyyə təriqətinə bağlı olduğunu Şəmsəddin Sivasi öz əsərində
qeyd etmişdir
1774
. Bədrəddin Əyni əsərində Səfiyəddin Urməvinin h. 702-ci ildə (1303)
Şam diyarındakı sufilərin işləri üzrə məsul vəzifəyə təyin edildiyini yazmışdır
1775
. İbn
Kəsir isə öz əsərində sufilərin Dəməşqdə naibü’s-səltənə əmir Cəmaləddin Əfrəmdən
Səfiyəddin Urməvini onlar üçün şeyxü’ş-şüyux vəzifəsinə təyin etməsini xahiş
etdiklərini və onların bu istəyinin yerinə yetirildiyini qeyd etmişdir
1776
. Yenə İbn Kəsir
Dəməşqdə rüfai
1777
təriqətinə mənsub sufilərin naibü’s-səltənəyə İbn Teymiyyə
barəsində şikayət edərək onun sufilərin rəqs və səma mərasimlərinə mane olmamasını
tələb etdiklərini qeyd etmişdir
1778
. Bu şikayətdən bir müddət sonra isə yuxarıda
haqqında danışdığımız elmi diskussiya baş vermiş və Səfiyəddin Urməvi də bu
münazirədə aparıcı rol oynamışdı. Əgər ömrünün sonlarına doğru əqidəsini
1771
İBN HƏCƏR, Dürərü’l-Kaminə, C. II, s. 334-335.
1772
SÜBKİ, Təbəqatü’ş-Şafi’iyyə əl-Kübra, C. IX, s. 103.
1773
NUEYMİ, Daris fi Tarixi’l-Mədaris, C. I, s. 97.
1774
BAYRAM, Şeyh Evhaü’d-Din El-Kirmânî ve Menâkıb-Nâmesi, s. 171. Mənaqibnamənin müəllifi, Siracəddin
Urməvinin ‚Misirdən Diyari-Ruma (Anadoluya-E. N) gəldiyim vaxt bütün məqsəd və məramım şeyx Əvhədəddinə
xidmətlə müşərrəf olmaq idi‛ dediyini qeyd etmşidi.
1775
ƏYNİ, İqdü’l-Cüman, s. 428.
1776
İBN KƏSİR, Bidayə və’n-Nihayə, C. XIV, s. 75.
1777
Rüfaiyyə təriqəti və ya rüfailik-şeyx Əhməd Rüfainin (öl. 1182) davamçıları tərəfindən meydana gətirilmiş sufi
təriqəti. Bu təriqətə həmçinin ‚əhmədiyyə‛ və ya ‚əhmədiyyəyi-rüfaiyyə‛ də deyilirdi. İbn Kəsir öz əsərində bu
təriqəti məhz belə, yəni ‚əhmədiyyə‛ və ‚əhmədiyyəyi-rüfaiyyə‛ şəklində qeyd etmişdir.
1778
İBN KƏSİR, Bidayə və’n-Nihayə, C. XIV, s. 88-89; SƏFƏDİ, Ə’yanü’l-Əsr, C. IV, s. 501.
dəyişməmişdisə Səfiyəddin Muhəmməd Urməvi sələfin minhəcinə deyil, təsəvvüf
əhlinə yaxınlığı ilə tanınan kəlam alimi idi. Bununla belə Zəhəbinin verdiyi məlumatın
da doğru olma ehtimalı az deyil. Səfiyəddin Urməvinin sonradan sələfi-salihin
mənhəcini mənimsəmiş olması mümkündür. Çünki Şəmsəddin Zəhəbi Səfiyəddin
Urməvini şəxsən tanıyırdı, onun müasiri idi və onlar eyni şəhərdə, Dəməşqdə
yaşamışdılar. Hətta Zəhəbi Səfiyəddin Urməvinin dəfn mərasimində də iştirak etmişdi.
Səfiyəddin Urməvi h. 29 səfər 715-ci ildə (3 iyun 1315) Dəməşqdə, Zahiriyyə
mədrəsəsində vəfat etmişdi
1779
.
Qazi İzzəddin Urməvi
Qazi İzzəddin Urməvi Anadolu Səlcuqlu sultanı Qiyasəddin III Keyxosrovun (1266-
1284) hakimiyyəti dövründə, 1266-cı ildə Sivas şəhəri qaziliyinə təyin edilmişdi. Qazi
İzzəddin Urməvi fiqh və kəlam elmləri sahəsində öz dövrünün tanınmış alimlərindən
idi
1780
. O, Sivas qaziliyindən əvvəl Ağsaray şəhərində öz adı ilə tanınan mədrəsənin
müdərrisi idi. Bu mədrəsə sonralar Osmanlı imperatorluğunun hakimiyyəti illərində də
fəaliyyət göstərmişdi
1781
.
Misir Məmlüklü sultanı Rüknəddin Zahir Bəybars (1260-1277) bəzi Səlcuqlu dövlət
məmurlarının təşviqi ilə Anadolunu moğol işğalından xilas etmək üçün 1276-cı ildə
Anadolu səfərinə başlamış, 15 aprel 1277-cü ildə Əlbistan ovalığında baş verən döyüş
Rüknəddin Bəybarsın ordusunun qələbəsi ilə başa çatmışdı. Todaun noyan və Toku
ağanın əmrindəki 10 min nəfərlik moğol ordusunun 6700-ü məhv edilmiş, geri qalanı
əsir götürülmüşdü. Bu Əyn-Cəlut döyüşündən (3 sentyabr 1260) sonra Misir
Məmlüklərinin moğollar üzərindəki ikinci böyük qələbəsi idi. Lakin başda vəzir
Muinəddin Süleyman olmaqla bəzi Səlcuqlu dövlət məmurlarının qətiyyətsizliyi və
səbatsızlıqları ucbatından Məmlüklü ordusu Anadoluda möhkəmlənə bilməyərək geri,
Suriyaya qayıtmışdı. Elxanlı hökmdarı Abaqa xan Misir Məmlüklüləri ilə əməkdaşlıqda
şübhəli bilinən bir çox Səlcuqlu dövlət məmurunu, o cümlədən qazi İzzəddin Urməvini
1779
İBN KƏSİR, Bidayə və’n-Nihayə, C. XIV, s. 75-76; İBNü’l-İMAD, Şəzəratü’z-Zəhəb, C. VI, s. 600.
1780
AQSARAYİ, Müsamərətü’l-Əxbar, s. 90
1781
UZLUK, Fatih Devrinde Karaman Eyaleti Vakıfları Fihristi, s. 43.
1277-ci ildə edam etdirmişdi
1782
. Bu hadisə ilə əlaqəli edam edilənlərin arasında digər bir
azərbaycanlı alim Qarahisar (Afyon) qazisi Tacəddin Xoyi də var idi.
Dostları ilə paylaş: |