Mircan əş-Şafi’i Təbrizi
Şafi’i məzhəbinə mənsub fəqih idi. Şah İsmayıl Xətainin Təbrizi ələ keçirməsindən
sonra təzyiq və təqibə məruz qaldığı üçün vətəni tərk edib Suriyaya, Hələb şəhərinə
getmişdi. Hələbdə yaşamış və burada tədrislə məşğul olmuşdu. H. 934-cü ilin şaban
ayında (may 1528) isə Dəməşqə köçmüş və tədris fəaliyyətini burada davam etdirmişdi.
Mircan Təbrizi Kubrəviyyə təriqətinə mənsub sufi idi. H. 935-ci ilin məhərrəm ayında
(sentyabr 1528) Dəməşqi tərk edərək Azərbaycana getmiş və h. 936-cı ildə (1529) vəfat
etmişdi
1416
.
Mövlana Muhyəddin Muhəmməd ibn Əbdüləvvəl Əbdi əl-Qəzvini Təbrizi
Hənəfi məzhəbinə mənsub fəqih, bununla yanaşı görkəmli ədib və mahir xəttat idi.
Əslən Qəzvinli olan atası Ağqoyunlular dövründə Təbriz şəhərinin qazisi olmuşdu. O,
ilk təhsilini Azərbaycanın tanınmış hənəfi fəqihlərindən olan atası Əbdüləvvəl Əbdi
Təbrizidən almışdı. Uşaqlıq çağlarında Ağqoyunlular dövründə Azərbaycanda yaşamış
məşhur alimlərdən Cəlaləddin Dəvvanini (öl. 1502) görmüşdü. Atası ilə birlikdə
Osmanlı sultanı II Bayəzidin (1481-1512) hakimiyyəti dövründə Anadoluya getmişdi.
Burada alim kimi yetişmişdi. Amasyalı mövlana Əbdürrəhman Müəyyidzadə
tərəfindən Osmanlı sultanı II Bayəzidə təqdim olunmuşdu
1417
. Mövlana Əbdürrəhman
Müəyyidzadə Cəlaləddin Dəvvaninin tələbəsi olmuş
1418
, təhsilini Azərbaycan
mədrəsələrində almışdı. Böyük ehtimalla mövlana Muhəmməd Təbrizi və onun atası
qazi Əbdüləvvəl Əbdi Təbrizini də tələbəlik illərində tanımışdı. Sultan mövlana
Muhəmməd Təbrizini mədrəsələrdən birinə müdərris təyin etmişdi. O, sonra
1414
İndi Türkiyənin cənubi-şərqində, Suriya-Türkiyə sərhəddində, Şırnak vilayətində kiçik bir qəsəbədir və Cizrə
adlanır.
1415
İBNü’l-İMAD, Şəzəratü’z-Zəhəb, C. VII, s. 710, 724; İBN QAZİ ŞUHBƏ, Təbəqatü’ş-Şafi’iyyə, C. III, s. 207;
ƏDNİRƏVİ, Təbəqatü’l-Müfəssirin, s. 141; SƏXAVİ, Zəvu’l-Lami’, C. V, s. 187; İBN HƏCƏR, İbnai’l-Ğumr, C. II, s. 216,
242.
1416
QƏZZİ, Kəvakibü’s-Sairə, s. 276; İBNü’l-İMAD, Şəzəratü’z-Zəhəb, C. VIII, s. 122.
1417
TAŞKÖPRÜZADƏ, Şəqaiqü’n-Numaniyyə, s. 289.
1418
NİŞINCI, Hadisat, s. 159; BURSALI, Osmanlı Müəllifləri, C. I, s. 355.
Anadoludakı şəhərlərdən birinə qazi, sonra İstanbuldakı vəzir Qoca Mustafa paşa
mədrəsəsinə müdərris təyin olunmuşdu. Daha sonra Manisada və Ədirnədəki
mədrəsələrdən birinin müdərrisi olmuşdu. Mövlana Muhəmməd Təbrizi İstanbula
gələrək Səmaniyyə mədrəsəsində dərs vermişdi. Sonra Hələb və Dəməşq şəhərləri
qaziliyinə, daha sonra isə İstanbul şəhəri qaziliyinə təyin olunmuşu. Mövlana
Muhəmməd Təbrizi mübtəla olduğu göz xəstəliyi səbəbiylə ayda 80 aqça almaqla
təqaüdə çıxmışdı. Alim bir sıra əsərlərin müəllifi idi. O, əsərlərini ərəb, fars və türk
dillərində qələmə almışdı. Mövlana Muhəmməd Təbrizi həm də mahir xəttat idi. Çox
gözəl xətt nümunələri ilə sənət əsərləri meydana gətirmişdi. O, təmiz etiqadlı, fəzilət,
zöhd və vəra’ sahibi insan idi. Ərəb, fars və türk dillərində elmi və ədəbi əsərlərin
müəllifi idi. Bunlardan ‚Haşiyə ələ Şərhu-Fəraizü’s-Siraciyyə‛
1419
, ‚Həvaşi ələ Umurü’l-
Ammə‛
1420
, ‚Risalə fi Qətü’l-Yəd‛
1421
, ‚Şərhu Hidayətü’l-Hikmə‛nin
1422
adlarını
sadalamaq olar. Mövlana Muhəmməd Təbrizi h. 966-cü ildə (1559) vəfat etmişdi
1423
.
Muhəmməd ibn Əbu Muhəmməd Təbrizi
Həkim və şafi’i məzhəbinə mənsub mütəkəllim idi. Təbrizdə təhsul almış, təhsilini
davam etdirmək üçün Dəməşqə getmişdi. Dəməşqdə Qüdbəddin ət-Təhtavidən məntiq
və kəlam elmlərini öyrənmişdi. Əmir Mengli Buğa
1424
onu Qahirədəki əl-Mənsuriyyə
xəstəxanasına tibb tədrisi və müalicə üçün təyin etmişdi. Daha sonra əmir Mengli Buğa
əl-Mənsuriyyə mədrəsəsinin şafi’i fiqhi tədrisini də Muhəmməd Təbriziyə həvalə
1419
‚Fəraizü’s-Siraciyyə‛ və ya ‚Fəraizü’s-Səcavəndi‛ İslam miraz hüququna dair Siracəddin Muhəmməd
Səcavəndinin (öl. 1200) qələmə aldığı əsərdir. Muhyəddin Təbrizi bu haşiyəni h. 957-ci ilin şaban ayında (avqust
1550) yazıb bitirmişdi. Türkiyədəki əl yazma əsər kitabxanalarında bu əsərin bir neçə nüsxəsi mövcuddur. Bunlardan
üçü Ankarada, Milli kitabxanada saxlanılır.
1420
Əzudəddin əl-İcinin (öl. 1355) İslam mülkü hüququna dair əsərinə yazılmış haşiyədir. Muhyəddin Təbrizi bu
haşiyəni h. 954-cü ilin rəcəb ayında (avqust 1547) yazıb bitirmişdi.
1421
İslam cinayət prosesual hüququna dair əsərdir. Muhyəddin Təbrizi bu haşiyəni h. 950-ci ilin zilqədə ayında
(fevral 1544) yazıb bitirmişdi.
1422
‚Hidayətü’l-Hikmə‛ Əsirəddin Müfəzzəl ibn Ömər Əbhərinin (öl. 1265) məntiq elminə dair əsəridir.
1423
İBNü’l-İMAD, Şəzəratü’z-Zəhəb, C. VIII, s. 173; KƏHHALƏ, Mu’cəmü’l-Müəllifin, C. III, s. 382;Taşköprüzadə alimin
h. 963-cü ildə (1556) vəfat etdiyini qeyd etmişdir, bax: həmin əsər, 289; NƏFİSİ, Tarixi-Nəzm və Nəsr, C. I, s. 391. Səid
Nəfisi alimin h. 966-cı ildə (1559) vəfat etdiyini qeyd etmişdir. İbnü’l-İmad isə onun h. 954-cü ildə (1547) vəfat
etdiyini bildirmişdir.
1424
Əmir Seyfəddin Mengli Buğa əş-Şəmsi Misir Məmlüklü dövlətinin yüksək rütbəli hərbi bürokratlarından biri
olmuşdur. Çərkəz mənşəli Məmlüklü sultanı II Şaban (1363-1377) onu h. 764-cü ilin zilqədə ayında (avqust 1363) Şam
vilayəti naibü’s-səltənətliyinə təyin etmişdi. Əmir Mengli Buğa mömin və xeyriyyəçi bir şəxs idi. Bax: İBN KƏSİR,
Bidayə və’n-Nihayə, C. XIV, s. 454-455.
etmişdi. Muhəmməd Təbrizi əl-Mənsuriyyə mədrəsəsi müdərrisi vəzifəsindən azad
edilndən sonra Qahirədəki əl-Mardiniyyə camesində dərs verməyə başlamışdı. Burada
onun ətrafında böyük tələbə kütləsi toplanmış və onun dərslərinə böyük maraq
yaranmışdı. Muhəmməd Təbrizi h. 776-cı ilin zilhiccə ayında (may 1375) vəfat
etmişdi
1425
.
Muhibbəddin Muhibbullah Təbrizi
Şafi’i məzhəbinə mənsub müfəssir idi. Həcc ziyarəti üçün yola çıxaraq Suriya yolu ilə
Məkkəyə getmiş, həcc ziyarətindən sonra bir müddət Məkkədə mücavir olaraq
qalmışdı. Daha sonra geri qayıdarkən Dəməşqdə gəlmiş və orada məskunlaşmışdı.
Muhibbədin Təbrizi şeyx Muhyəddin ibnü’l-Ərəbinin irsini araşdırır, onun əsərlərini
mütaliə edirdi. H. 958-ci ildə (1551) Dəməşqdə vəfat etmişdi
1426
.
Şeyx Muhibbəddin Əbü’s-Səna Mahmud ibn Əli ibn İsmayıl ibn Yusif əl-Qonyəvi
əl-Mısri Təbrizi
Şafi’i məzhəbinə mənsub fəqih idi. Bundan başqa fiqh üsulu və ərəb dili üzrə də
tanınmış mütəxəssis idi. H. 719-cu ildə (1319) Misirdə anadan olmuşdu. O, hələ kiçik
ikən atası vəfat etmişdi. Mühibbəddin Mahmud Təbrizi yaxşı təhsil almış, Misirin ən
tanınmış alimlərinin tələbəsi olmuşdu. Təhsilini başa vurandan sonra tədris və elmi
fəaliyyətlə məşğul olmuşdu. O, həm də fətva mərcii idi. Bioqraf-tarixçi Cəmaləddin
Əsnəvi onun yaxın dostu idi. İbnü’l-İmad bu səbəbdən Cəmaləddin Əsnəvinin öz
əsərində onu tərifləyərkən mübaliğə etdiyini qeyd etmişdi
1427
. Lakin Cəmaləddin
Əsnəvinin onun haqqında mübaliğə etdiyini söyləmək çətindir. Əsnəvi onun Qur’ani-
Kərimi çox tilavət etdiyini, çox ibadət edən, zahid bir insan olduğunu, fenomenal
yaddaşa sahib olduğunu, mütaliə və tədqiqat xaricində çox az şeylə maraqlandığını,
ciddi insan olduğunu, insanlarla mümkün qədər az ünsiyətdə olmağa çalışdığını,
1425
İBN HƏCƏR, Dürərü’l-Kaminə, C. III, s. 5; İBN HƏCƏR, İbnai’l-Ğumr, C. II, s. 29.
1426
QƏZZİ, Kəvakibü’s-Sairə, s. 342; İBNü’l-İMAD, Şəzəratü’z-Zəhəb, C. VIII, s. 122.
1427
İBNü’l-İMAD, Şəzəratü’z-Zəhəb, C. VI, s. 688.
atasının
1428
dostlarını daim hörmət və ehtiramla qarşıladığını qeyd edir. Mühibbəddin
Mahmud Təbrizi Qahirədə Şərifiyyə mədrəsəsinin müdərrisi olmuşdu. Alim h. 758-ci
ilin rəbiəlaxir ayında (aprel 1357) vəfat etmişdi
1429
. O, fiqh və fiqh üsuluna dair bir sıra
əsərlərin müəllifi idi. İbnü’l-Hacib Düveyninin fiqh üsuluna dair əsərinə yazdığı şərhi
‚Şərhu Müxtəsərü’l-Müntəha‛ adlandırmışdı. ‚Etirazat ələ Şərhü’l-Havi fi’l-Fiqh‛ adlı
əsər də alimin qələmindən çıxmışdı
1430
.
Şeyx Əlaəddin Əbü’l-Həsən Əli ibn Nurəddin Əbi’l-Fida İsmayıl ibn Yusif əl-
Qonyəvi Təbrizi
Şafi’i məzhəbinə mənsub fəqih olan şeyx Əlaəddin Əli Təbrizi yuxarıda haqqında bəhs
etdiyimiz şeyx Muhibbəddin Mahmud Təbrizinin atası idi. H. 668-ci ildə (1270)
Konyada
1431
dünyaya gəlmişdi. İlk təhsilini Konyada almışdı. Burada Tacəddin əl-Xilafi
və Şəmsəddin əl-İykidən üsul və xilaf dərsləri almışdı. H. 693-cü ildə (1294) təhsilini
davam etdirmək üçün Dəməşqə gəlmişdi. Burada şeyx Nəcməddin Məkki, şeyx
Şəmsəddin əl-Abəci, İbrahim ibn Ənbər əl-Mardini kimi alimlərin tələbəsi olmuş, hədis
dinləmiş və ərəb dilinin qrammatikasını öyrənmişdi. Dəməşqdə Əməvi məscidində
dərs vermişdi. Bu vaxt həm də Dəməşqdəki ‚Səidü’s-Süəda‛ xanəgahının şeyxi
vəzifəsini icra etmişdi
1432
. Daha sonra İqbaliyyə mədrəsəsində tədrislə məşğul olmuşdu.
H. 700-cü ildə (1301) Suriyadan Misirə köçmüş və burada dövrün tanınmış
mühəddislərindən şeyx Şərəfəddin Dimyati və şeyx Təqiyəddin ibn Dəqiqdən hədis
dərsləri almışdı. Qahirədəki Şərifiyyə mədrəsəsində dərs vermiş, daha sonra Şam və
Misir vilayətlərinin şeyxü’ş-şüyuxluğuna
1433
təyin olunmuşdu. O, bu vaxt Qahərədəki
Toloniyyə məscidinin də imamı idi. H. 727-ci ildə (1327) Dəməşq qaziliyinə təyin
olunmuşdu. Əlaəddin Əli Təbrizi fiqh, hədis, təfsir, sərf, kəlam, fiqh üsuluna dair bir
sıra əsərlərin müəllifi idi. O, həm də şair idi və gözəl şerlər yazırdı. Onun əsərlərinin ən
1428
Atası Əlaəddin Əli Təbrizi öz dövrünün məşhur alimlərindən idi. Sonrakı səhifələrdə onun haqqında da məlumat
verilmişdir.
1429
ƏSNƏVİ, Təbəqatu’ş-Şafi’iyyə, C. II, s. 172; İBN QAZİ ŞUHBƏ, Təbəqatü’ş-Şafi’iyyə, C. III, s. 152.
1430
KƏHHALƏ, Mu’cəmü’l-Müəllifin, C. III, s. 819.
1431
Konya-Türkiyədə, Anadolunun mərkəzində şəhər.
1432
DƏVADARİ, Kənzü’d-Dürər, C. IX, s. 322.
1433
Şeyxü’ş-Şüyux-şeyxlərin şeyxi, baş şeyx.
tanınmışları Zəməxşərinin ‚Kəşşaf‛, Həliminin ‚Minhəc‛
1434
, Nəcməddin Əbdülğəffar
Qəzvininin ‚əl-Haviü’s-Səğir‛ adlı əsərlərinə yazdığı şərhlər və ixtisarlardir. Bundan
başqa o, ‚Şərhu-Tə’ərrüf‛
1435
, ‚Müsənnif fi Həyatü’l-Ənbiya‛, ‚əş-Şafi fi’l-Üsul‛, ‚əl-
İbtihac fi İntixabü’l-Minhəc‛ adlı əsərlərin də müəllifi idi
1436
. Alim h. 14 zilqədə 729-cu
(9 sentyabr 1329) ildə Dəməşqdəki bağında vəfat etmiş və Qasiyyun qəbristanında
1437
dəfn edilmişdi.
Bioqraf Cəmaləddin Əsnəvi şeyx Əlaəddin Əli Təbrizinin mömin, fəzilətli, zahid insan
olmaqla yanaşı, həmçinin həşmətli və vüqarlı şəxsiyyətə sahib olduğunu qeyd etmişdi.
O, bəziləri kimi maddi mənfəət naminə sultana yaranmırdı. Sultanın hüzuruna çağırılıb
müəyyən məsələlərə dair fikri soruşulduğu vaxt doğruluq və obyektivlikdən
uzaqlaşmırdı. Buna görə də Misir Məmlüklü sultanı Nasirəddin Qəlavun ona dərin
hörmət bəsləyir və deyirdi: ‚Mənim ölkəmdə onun misli ola biləcək alim yoxdur‛
1438
.
Həkim Fəxrəddin Əbu Bəkr Əhməd ibn Mikayıl ibn Əbdullah əl-Qonyəvi Təbrizi
Kəmaləddin ibnü’l-Fuvati (1244-1323) h. 705-ci ildə (1306) onunla Təbrizdə
görüşdüyünü qeyd edir. İbnü’l-Fuvati onun gənc və zəki bir insan olduğunu, Təbrizdə
tibb elminin tədrisi və müalicə işi ilə məşğul olduğunu qeyd etmişdi. Fəxrəddin
Qonyəvi ona h. 663-cü ildə (1265) Konyada anadan olduğunu, Misirə gedib orada
mənşəcə yəhudi olub İslamı qəbul etmiş Bəhaəddin Əbdüsseyyid ibn İshaq ibn Yəhya
əl-İsrailidən tibb təhsil aldığını, daha sonra Dəməşqə gedib bu şəhərdə yaşadığını və
İbn Hud ləqəbi ilə məşhur olmuş həkim Bədrəddin Həsən ibn Əli ibn Əbi’l-Həccac
Yusifin tələbəsi olduğunu söyləmişdi
1439
.
Şeyx Müslihəddin Əbü’l-Fəth Musa ibn Əmirhəcc ibn Muhəmməd Təbrizi
1434
Fəqih və mühəddis Hüseyn ibn Həsən ibn Muhəmməd ibn Həlimi Cürcaninin (949-1012) ‚Minhəcü’d-Din‛ adlı
əsəri şeyx Əlaəddin Əli Təbrizi tərəfindən ixtisar edilmişdi. Bax: KATİB ÇƏLƏBİ, Kəşfü’z-Zünun, C. II, s. 1061.
1435
Bu şərh Muhəmməd ibn İbrahim Gülabadinin (X əsrdə yaşayıb. Gülabad Buxaranın qəsəbələrindən
biridir)‛Kitabü’t-Tə’ərrüf li-Məzhəbü’t-Təsəvvüf‛ adlı əsərinə yazılmışdır.
1436
KƏHHALƏ, Mu’cəmü’l-Müəllifin, C. II, s. 406.
1437
ƏSNƏVİ, Təbəqatu’ş-Şafi’iyyə, C. II, s. 170-172; YAFİ’İ, Miratü’l-Cənan, C. II, s. 648; İBN KƏSİR, Bidayə və’n-Nihayə,
C. XIV, s. 242; İBN QAZİ ŞUHBƏ, Təbəqatü’ş-Şafi’iyyə, C. III, s. 126; İBN TOLON, Səğru’l-Bəssam, s. 91-92.
1438
ƏSNƏVİ, Təbəqatu’ş-Şafi’iyyə, C. II, s. 171.
1439
İBNü’l-FUVATİ, Məcməü’l-Adab , C. IV/3, s. 108.
Hənəfi məzhəbinə mənsub fəqih idi. H. 669-cü ildə (1271) anadan olmuşdu. H. 710-cu
ildə (1310) Təbrizdən Dəməşqə getmiş bir müddət bu şəhərdə qaldıqdan sonra vətənə
qayıtmışdı. Daha sonra h. 726-cı ildə (1326) Qahirəyə getmiş, bu şəhərdə yaşamağa
başlamışdı. Hənəfi alimlərindən əllamə Müzəffərəddin Əhməd ibnü’s-Saatinin (öl.
1295) fiqh üsuluna dair ‚əl-Bədyi‘‛ adlı əsərinə iki cildlik şərh yazmışdı. Şeyx
Müslihəddin Musa Təbrizi fəzilətli, saleh insan kimi tanınmışdı. H. 736-cı ilin zilhiccə
ayının axırlarında (avqust 1336) həcc ziyarətindən qayıdarkən Mədinə yaxınlığındakı
Bəni-Salim vadisində vəfat etmiş və orada dəfn edilmişdi
1440
.
Şeyxülislam Feyzullah Muhəmməd ibn Muhəmməd ibn Pir Muhəmməd Ərzurumi
Təbrizi
H. 1049-cu ildə (1639) Ərzurumda alim ailəsində dünyaya gəlmişdi. Seyyid Feyzullah
əfəndinin atası seyyid Muhəmməd ibn Pir Muhəmməd ibn Əhməd ibn şeyx Cüneyd
Təbrizi Ərzurum müftisi olmuşdu. Seyyid Muhəmmədin fars dilinin qrammatikasına
dair türkcə qələmə aldığı ‚Düsturü’l-Əməl fi Zurubi-Əmsali-Əcəm‛ adlı əsərin yeganə
əlyazma nüsxəsi İstanbul Topqapı muzeyi kitabxanasında saxlanılır. Feyzullah əfəndi
ilk təhsilini atasından almışdı. Daha sonra Ərzurumun məşhur alimlərindən müxtəlif
elm sahələrinə dair bilikləri öyrənmişdi. Onun müəllimlərindən biri də şeyx Mehmed
Vani əfəndi olmuşdu. Feyzullah əfəndi daha sonra şeyx Mehmed Vaninin qızı ilə
evlənmişdi. Müəlliminin tövsiyəsi ilə h. 1074-cü ildə (1663) İstanbula getmişdi. H. 1078-
ci ildə (1668) həcc ziyarətindən qayıdandan sonra Osmanlı sarayına yaxınlığı ilə tanınan
qaynatasının vasitəçiliyi ilə sultan IV Mehmedə (1648-1687) təqdim olunmuşdu. IV
Mehmedin təqdirini qazanan seyyid Feyzullah əfəndi sultan tərəfindən şahzadə
Mustafa ilə şahzadə Əhmədin müəllimliyinə təyin olunmuşdu. Həmin illərdə seyyid
Feyzullah əfəndi İstanbuldakı Heydər paşa, Mehrimah sultan, Ayasofiya və Səxni-
Səman mədrəsələrində müdərrislik etmişdi. H. 8 rəbiülaxir 1099-cu ildə (11 fevral 1688)
1440
İBN HƏCƏR, Dürərü’l-Kaminə, C. III, s. 69; İBN QUTLUBUĞA, Tacü’t-Təracim, s. 35; Əlaəddin Əli ibn Əmrullah
XINALIZADƏ, Təbəqatü’l-Hənəfiyyə, v. 22
a
, Hacı Mahmud Əfəndi Kitabxanası, Nr: 4662. Xınalızadə Əli Əfəndi şeyx
Müslihəddin Musa Təbrizinin iki dəfə Dəməşqə getdiyini yazmışdır. Əli əfəndi əmçinin ‚əl-Bədiy‘‛ şərhinin alimin
öz dəsti-xətti ilə yazılmış nüsxəsini gördüyünü qeyd etmişdir. Lakin Xınalızadə şeyx Müslihəddin Təbrizinin ölüm
tarixini yanlışlıqla ‚h. 636-cı il‛ olaraq qeyd etmişdir. Bunun müəllifin deyil, əsərin üzünü köçürmüş müstənsixin yol
verdiyi xəta olması da mümkündür.
Sultan II Süleyman (1687-1691) tərəfindən Osmanlı imperatorluğu şeyxülislamlığına
təyin edilmişdi. Lakin iki həftə sonra bəzi yüksək rütbəli hərbiçilərin təzyiqi ilə başqa
bir neçə mülki dövlət məmuru ilə birlikdə əvvəlcə istefaya sonra da Ərzuruma sürgünə
göndərilmişdi. H. 1106-cı ilin cəmaziəlaxirində (yanvar 1695) sürgün müddəti bitmiş və
İstanbula qayıtmışdı. Həmin il Osmanlı taxtına oturan tələbəsi II Mustafa (1695-1703)
tərəfindən ikinci dəfə Osmanlı şeyxülislamlığına təyin olunmuşdu. Xoşrəftar, fəzilətli,
yumuşaq xasiyyətli insan, hədis, təfsir və filologiya sahələrində tanınmış alim olmasına
baxmayaraq şeyxülislam Feyzullah əfəndi tez-tez səlahiyyət sahəsindən kənara çıxaraq
mülki və hərbi işlərə müdaxilə etmişdi. O, başda oğulları və yeznələri olmaqla, bir çox
əqrəbasını dövlət vəzifələrinə təyin etdirmişdi. Sultan II Mustafanı öz təsirində
saxlamağı bacaran şeyxülislam Feyzullah əfəndi sədriəzəmlər (baş vəzir) Daldaban
Mustafa paşa və Rami Mehmed paşaya daim təzyiq göstərmiş, vəzifəyə təyin və
vəzifədən azad edilmə kimi işlərə müdaxilə etmişdi. Şeyxülislam Feyzullah əfəndi ona
qədər və ondan sonra heç bir şeyxülislamın etmədiyi bir işi də etmişdi. O, sultan II
Mustafadan özündən sonra oğlu Fəthullah əfəndinin şeyxülislam olacağına dair fərman
almışdı. 15 iyul 1703-cü ildə sədriəzəm Rami Mehmed paşanın təhriki ilə bir qrup
hərbiçi gecikən maaşlarının ödənməsi tələbi ilə İstanbuldakı atmeydanında
(hippodrom) toplaşmışdılar. Onlara mülki əhalidən də qoşulanların sayı tezliklə bir
neçə mini keçmişdi. Üç gün sonra atmeydanına toplaşanların sayı, 20 mini əsgər
olmaqla, 70 mini keçmişdi. İstanbulda xaos, özbaşnalıq, qətl və qarət hadisələri baş
vermişdi. Bu vaxt sultan II Mustafa Ədirnədə idi. Qiyamçılar tələblərinin sultana
çatdırılması üçün Ədirnəyə heyət göndərmişdilər. Ən başlıca tələbləri Feyzullah
əfəndinin istefaya göndərilməsi idi. Lakin şeyxülislam Feyzullah əfəndi heyət üzvlərini
həbs etdirmişdi. Bu qiyamçıların daha da qəzəblənməsinə səbəb olmuşdu. Bu dəfə
sultanın taxtdan uzaqlaşması tələbi ilə Ədirnəyə yürüş etmiş və şahzadə Əhmədin taxta
oturmasını tələb etmişdilər. Sultanın 13 rəbiüləvvəl 1115-ci ildə (27 iyul 1703)
şeyxülislam Feyzullah əfəndini istefaya göndərməsi də onları təskin etməmişdi.
Qiyamçıların qarşısını ala bilməyən II Mustafa 22 avqust 1703-cü ildə hakimiyyəti
qardaşı III Əhmədə (1703-1730) təhvil verməyə məcbur olmuşdu. 3 sentyabr 1703-cü
ildə qiyamçıların əlinə keçən şeyxülislam Feyzullah əfəndinin aqibəti qorxunc olmuşdu.
Qiyamçı əsgərlər onu başını kəsərək öldürmüşdülər
1441
.
Şeyxülislam Feyzullah əfəndi müxtəlif elm sahələrinə aid bir sıra əsərlərin müəllifidir.
Bunlardan ən məşhuru ‚Məcmuayi-Fətəva‛dır. Bu əsərdə seyyid Feyzullah əfəndinin
şeyxülislam ikən verdiyi fətvalar toplanmışdır. Əsərin türkcə əlyazma nüsxələri
Türkiyə Çorum Həsən paşa İHK, İzmir Milli kitabxanası, Ankara Diyanət İşləri
Başqanlığı kitabxanası, İstanbul Bələdiyyəsi kitabxanası, Almaniya Berlin Milli
kitabxanasında saxlanılır. Feyzullah əfəndinin türk dili və ədəbiyyatı sahəsində qələmə
aldığı ‚Şərhi-Qəsidəyi-Hacı Bayram vəli‛ adlı əsərinin iki əlyazma nüsxəsindən biri
Misirdə Qahirə Milli kitabxanasında, digəri isə İstanbul Bələdiyyəsi kitabxanasında
saxlanılır. Şeyxülislam Feyzullah əfəndinin digər bir əsəri qazi Bəyzavinin ‚Ənvarü’t-
Tənzil və Əsrarü’t-Tə’vil‛ adlı Qur’an təfsirinə yazdığı şərhdir.
Nizaməddin Əbu Abdullah Muhəmməd ibn Əbdülkərim ibn Əli Təbrizi
Dəməşqin tanınmış qarilərindən və Qur’an hafizlərindən idi. H. 613-cü ildə (1216)
Təbrizdə anadan olmuşdu. Atası ilə birlikdə ticarət məqsədiylə Hələbə getmiş və
burada qalıb təhsil almışdı. Hələbdə İbn Rəvahə və İbn Şəddad kimi alimlərin tələbəsi
olmuş, onlardan Qur’an təcvidi və tilavətinin incəliklərini öyrənmişdi. H. 635-ci ildə
(1238) imam Səxavi, Əbü’l-Qasım əs-Səfravi, Əbu Əmr, Əfifəddin ibnü’r-Rəmmah,
Əbdüzzahir ibn Nəşvan kimi alimlərin yanında hədis külliyatlarını oxumuş və müxtəlif
sahələrə aid bilikləri öyrənmişdi. Misirə gedib iki il İsgəndəriyyədə yaşamışdı. Sonra
Suriyaya qayıdıb Dəməşqdə məskunlaşmış və mütəvazi həyat sürmüşdü. Burada
Qur’ani-Kərimin tilavəti ilə məşğul olmuşdu. Mübtəla olduğu xəstəlik səbəbiylə bir
neçə ay Dəməşq xəstəxanasında yatmış və h. 704-cü ilin rəbiəlaxir ayında (noyabr 1304)
vəfat etmişdi. Onun oğlu Şəmsəddin Muhəmməd ibn Muhəmməd Təbrizi də qari idi.
Atasından 6 il sonra h. 710-cu ildə (1310) vəfat etmişdi
1442
.
1441
KOMİSYON, Türk ve İslam Ansiklopedisi, C. II, s. 681-682, Tercuman Tarih ve Kültür Yayınları 1979; SÜREYYA,
Sicil-i Osmani, C. II, s. 533.
1442
İBN HƏCƏR, Dürərü’l-Kaminə, C. II, s. 339, 437; ZƏHƏBİ, Mə’rifəti’l-Qurrai’l-Kibar, s. 123; SƏFƏDİ, Vafi bi’l-
Vəfayat, C. III, s. 231. Səlahəddin Səfədi, Nizaməddin Muhəmməd Təbrizinin h. 706-cı ildə (1306) vəfat etdiyini qeyd
etmişdir.
|