Həkim Şükrullah Muhəmməd ibn Mahmud ibn Muhəmməd Dilşad Şirvani
Yaşadığı dövrdə Osmanlı imperatorluğunda tanınmış həkimlərindən biri, həmçinin
ərəb filologiyası, təfsir və hədis kimi dini elmlərdə də mütəxəssis idi. Müəllifi olduğu
‚Risalətü’s-Sultaniyyə‛ və ‚Kəmaliyyətü’t-Tibb‛ adlı əsərlərdə onun adı ‚Şükrullah
Muhəmməd ibn Mahmud Dilşad‛ kimi qeyd olunmuşdur. Bu qeydlərə istinadən onun,
yuxarıda haqqında bəhs etdiyimiz, Mahmud ibn Muhəmməd Dilşad Şirvaninin oğlu
olduğunu söyləmək olar. Pərviz Şahmərasi
1260
və digər bəzi müəlliflər onunla atasını
eyni şəxs zənn edərək, adlarını aşağıda sadalayacağımız, tibbə dair əsərləri Mahmud
ibn Muhəmməd Dilşada aid etmişdirlər. Bəzən də atasına aid olan əsər oğluna aid
edilmişdir
1261
. Həkim Şükrüllah Şirvani həm də istedadlı şair idi. O, farsca ‚Nəxlistan‛
adlı mənzumə qələmə almışdı. Bu əsər Sədi Şirazinin ‚Gülüstan‛ı tərzində yazılmışdı.
‚Nəxlistan‛ın yeganə nüsxəsi İstanbul Millət kitabxanasında saxlanılır
1262
.
Həkim Şükrullah Şirvani Osmanlı sultanı Fateh II Mehmedin (1451-1481) şəxsi
həkimlərindən biri olmuş, qısa müddətdə onun yaxın adamlarından birinə çevrilmişdi.
Həcc ziyarətinə getmiş və İstanbula qayıdarkən bir müddət Misirdə qalmışdı. Burada
Şəmsəddin Səxavi (öl. 1497) kimi Misirin tanınmış mühəddislərindən hədis dərsləri
1258
YANİÇ, həmin məqalə.
1259
Osmanlı Müəllifləri, C. III, s. 139-140, 235.
1260
Bax:
http://shahmarasi.blogfa.com
1261
Bax: Fərid ƏLƏKBƏRLİ, ‚Məşhur Orta Əsr Azərbaycan Həkimləri‛,
http://www.alakbarli.aamh.az
1262
Arzu SÜREN, Şükrullah-i Şirvani’nin Nahlistan Adlı Eserinin Metni ve Metin İncelemesi, s. 21, İstanbul 2006. (Nəşr
olunmamış magistr işi). A. Sürən bu əlyazmanın Bəyazid Dövlət kitabxanasında saxlanıldığını yazmışdır. 2000-2006-
cı illərdə tarixi Millət kitabxanındakı təmir və restavrasiya səbəbiylə bu kitabxanaya məxsus 16 min əlyazma və çap
əsəri Bəyazid Dövlət kitabxanasında mühafizə edilmişdi.
almışdı. Həmçinin Fateh II Mehmedin müəllimi mövlana Şəmsəddin Əhməd ibn
İsmayıl Güranidən (öl. 1488) də İstanbulda hədis dərsləri almışdı. Hədis elminə dair
icazətini (diplom) mövlana Şəmsəddin Əhməd Güranidən almışdı.
Həkim Şükrullah Şirvani müxtəlif elm sahələrinə aid bir sıra əsərin müəllifidir.
Bunlardan riyaziyyata dair ‚Fütuhat fi’l-Cifr‛
1263
, tibbə dair ‚Risalətü’s-Sultaniyyə fi’t-
Tibb‛
1264
, ‚Risalə fi’l-Qulunc və’l-İxtibas‛
1265
, ‚Lətaifü’l-Cəlilə‛
1266
, ‚Rəvzətü’l-İtr fi’t-
Tibb‛
1267
, ‚Müxtəsəri-Tibb‛
1268
, ‚İxtiyarati-Bədi’i‛
1269
, ‚Mürşid fi’t-Tibb‛i
1270
sadalaya
bilərik. Onun tibb sahəsində qələmə aldığı bir digər əsəri də ‚əl-İlyasiyyə fi’t-Tibb‛
adlanır. Daha çox ‚Kamalnamə‛ adı ilə tanınan, tibbə dair ‚Kəmaliyyətü’t-Tibb‛ adlı
türkcə qələmə alınmış əsərinin bir nüsxəsi Bosniya-Hersoqovinanın paytaxtı
Sarayevodakı ğazi Xosrov bəy kitabxanasında mühafizə edilir. Həmin əsərin iki
əlyazma nüsxəsi İstanbul Universiteti Cərrahpaşa tibb fakultəsinin kitabxanasında
saxlanılır. Alim farsca qələmə aldığı ‚Riyazü’l-Ülum‛ adlı əsərini Osmanlı sultanı II
Bayəzidə (1481-1512) ithaf etmişdi
1271
. Şükrullah Şirvaninin Qur’an elmlərinə dair
qələmə aldığı ‚Miftahü’n-Nəcat‛ adlı ərəbcə əsərin Türkiyədəki yeganə nüsxəsi Çorum
şəhəri Həsən paşa İHK-də saxlanılır. Alim tibbə dair əsərlərinin çoxunu türkcə qələmə
almışdı. Həkim Şükrullah Şirvani fəzilət sahibi, saleh insan idi. H. 912-ci ildə (1506)
İstanbulda vəfat etmişdi
1272
.
Əbu Nəch Yusif ibn Şaban ibn Yusif Şirvani
1263
KATİB ÇƏLƏBİ, Kəşfü’z-Zünun, C. II, s. 324. Katib Çələbi onun adını ‚Şükrullah Muhəmməd ibn İbrahim Şirvani‛
olaraq qeyd etmişdir. Fikrimizcə Katib Çələbi yanılmışdır. Çünki alimin əlyazma əsərlərinin hamısında atasının adı
‚Mahmud‛ olaraq yazılmışdır. Bundan başqa Katib Çələbinin əsərindən başqa heç bir yerdə mövlana Şükrullah
Şirvaninin ‚Fütuhat fi’l-Cifr‛ adlı əsərinin olduğuna rast gəlmədik. ‚Şükrullah Muhəmməd ibn İbrahim Şirvani‛nin
‚Şükrullah Muhəmməd ibn Mahmud Şirvani‛dən fərqli adam olduğu ehtimalı da zəifdir. Çünki Katib Çələbi onun
h. 912-ci il (1506) vəfat etdiyini bildirmişdir.
1264
İstanbul Süleymaniyyə kitabxanası Nr. 2756 və 2074/1, Köprülü kitabxanası Nr. 2/184-də saxlanılır.
1265
Süleymaniyyə kitabxanasında Nr. 2045/4 saxlanılır.
1266
Manisa İHK Nr. 4/1848 saxlanılır.
1267
KƏHALLƏ, Mu’cəmü’l-Müəllifin, C. III, s. 702.
1268
Manisa İHK-də saxlanılır.
1269
Manisa İHK-də saxlanılır.
1270
Manisa İHK və İstanbul Universiteti Cərrahpaşa Tibb Fakültəsi Kitabxanasında saxlanılır.
1271
KATİB ÇƏLƏBİ, Kəşfü’z-Zünun, C. I, s. 240, 1152.
1272
TAŞKÖPRÜZADƏ, Şəqaiqü’n-Numaniyyə, s. 135; SEYİDOV, həmin məqalə.
Şafi’i məzhəbinə mənsub fəqih və təsəvvüfçü idi. Nişapurada təhsil almış, bu şəhərdəki
hədis alimlərindən hədis dinləmişdi. Daha sonra Nişapurda Zeynü’l-İslam ləqəbi ilə
məşhur olmuş Əbu Nəsr Əbdülkərim ibn Həvazin əl-Quşeyri Nişapurinin (öl. 1072)
xidmətinə daxil olaraq onun müridi olmuşdu
1273
. Ölüm tarixi məlum deyil. XI-XII
əsrlərdə yaşamışdır.
Mövlana həkim Kəmaləddin Məs’ud ibn Hüseyn Şirvani
Teymurilər dövlətində (1368-1501) yaşamış məşhur həkim və mütəfəkkirlərindən biri
idi. O, mövlana Fəthullah əş-Şabrani Şirvaninin (öl. 1486) tələbələrindən biri olmuşdur.
Səid Nəfisi onun həmçinin Molla Caminin
1274
yetirmələrindən biri olduğunu qeyd
etmişdir
1275
. O, Teymurilərin idarəsi altındakı Xorasana getmiş və Heratdakı
mədrəsələrdə tədrislə məşğul olmuşdu. Bu şəhərdəki İxlasiyyə və Gövhərşad
mədrəsələrində kəlam, məntiq və hikmət dərsləri vermişdi. Onun dərslərini dinləmək
üçün hər gün yüzlərlə tələbə toplaşırdı. Həkim Kəmaləddin Şirvani bir müddət sonra
Gövhərşad mədrəsəsini tərk etmiş və Qiyasiyyə mədrəsəsində dərs verməyə
başlamışdı. Dərin bilik və dünyagörüşünə sahib alim kimi onun şöhrəti bütün Xorasana
yayılmışdı. Teymurilər dövrünün bir çox tanınmış alimi, o cümlədən Nizaməddin
Əlişir Nəvai (1441-1501) onun şöhrətini duyub dərslərində iştirak etmişdilər. Onun
qələmə aldığı əsərlərdən biri təbib Şəmsəddin Muhəmməd ibn Əşrəf Səmərqəndinin
(öl. təqribən 1204) əxlaq fəlsəfəsinə dair ‚Adabü’l-Fazil‛ adlı əsərinə yazdığı şərhdir
1276
.
Türkiyənin əlyazma əsər kitabxanalarında bu əsərin bir neçə əlyazma nüsxəsi
mövcuddur. Bunlardan biri İstanbul Atif əfəndi kitabxanasında saxlanılır. Müəyyən edə
bildiyimiz digər iki əsəri isə Əzudəddin əl-İcinin (öl. 1355) əxlaq və ictimaiyyətə dair
‚Risalə fi Adabü’l-Bəhs‛ və ‚Risalətü’l-Və’ziyyə‛ adlı əsərlərinə yazdığı şərhlərdir. Bu
iki şərhdən birincisinin nüsxələri Türkiyədə Manisa İHK və Ankara Milli kitabxana,
ikincisi isə İstanbul Nuriosmaniyyə əlyazmalar kitabxanasında saxlanılır. Bundan başqa
1273
SEYRƏFİNİ, Müntəxəb, s. 540.
1274
Nurəddin Əbdürrəhman ibn Əhməd (1414-1492) İranlı mütəfəkkir və ədib idi. Molla Cami adı ilə məşhur
olmuşdu.
1275
NƏFİSİ, Tarixi-Nəzm və Nəsr, C. I, s. 332.
1276
KATİB ÇƏLƏBİ, Kəşfü’z-Zünun, C. I, s. 96; KƏHHALƏ, Mu’cəmü’l-Müəllifin, C. III, s. 847; SEYİDOV, həmin məqalə.
mövlana Kəmaləddin Məs’ud Şirvani ‚Haşiyə ələ Hikmətü’l-Əyn‛, ‚Haşiyə ələ Şərhü’l-
Məvaqif‛ adlı əsərlərin də müəllifi idi
1277
. Bu iki əsərin əlyazma nüsxələri Konya
Yusifağa kitabxanasında mövcuddur. Alim h. 905-cü ildə (1499) vəfat etmiş, onun
cənazə mərasimində öz dövrünün məşhur alim və mütəfəkkirləri iştirak etmişdilər.
Nişancı Mehmed Paşa öz əsərində onun Osmanlı sultanı II Bayəzidin (1481-1512)
dövründə vəfat etmiş alimlərdən biri olduğunu yazmış, lakin onun Osmanlı ölkəsində
yaşayıb yaşamamasına dair hər hansı bir şey qeyd etməmişdir
1278
. Alimin ‚Şərhu-Risalə
fi Adabü’l-Bəhs‛ adlı əsərinin Türkiyədəki əlyazma əsər kitabxanalarından onlarla
nüsxəsi mövcuddur.
Əbdürrəhman ibn Əhməd Şirvani
Hənəfi məzhəbinə mənsub fəqih və mütəkəllim idi. İstanbuldakı mədrəsələrdən birində
müdərris olan Əbdürrəhman Şirvani ‚Haşiəy ələ Şərhu-Risalə fi Adabü’l-Bəhs‛ adlı
əsərin müəllifi idi. Onun haşiyə yazdığı bu şərh, yuxarıda haqqında məlumat
verdiyimiz, Kəmaləddin Məs’ud Şirvani tərəfindən qələmə alınmışdır. Alimin digər bir
əsəri ‚Haşiyə ələ Ləvami’ü’l-Əsrar‛ adlanır. ‚Ləvami’ü’l-Əsrar‛ qazi Siracəddin Əbü’s-
Səna Urməvinin (öl. 1283) məntiqə dair ‚Mətaliü’l-Ənvar‛ adlı əsərinə şərh
mahiyyətində yazılmış əsərdir. ‚Ləvami’ü’l-Əsrar‛ adlı şərh qələmə almış iki müəllif
məşhurdur. Bunlardan biri Qütbəddin Muhəmməd ər-Razi Təhtani (öl. 1364), digəri isə
Mahmud ibn Əbdürrəhman İsfəhanidir (öl. 1349). Əbdürrəhman Şirvaninin bunlardan
hansının şərhinə haşiyə yazdığı məlum deyil. Bunu müəyyənləşdirmək üçün görünür
əsərin özünü tədqiq etməyə ehtiyac var. Əbdürrəhman Şirvani h. 1134-cü ildə (1722)
vəfat etmişdir
1279
.
Əllamə Şəmsəddin Muhəmməd ibn İbrahim Şirvani
1277
NƏFİSİ, yenə orada.
1278
NİŞANCI, Hadisat, s. 163.
1279
KƏHHALƏ, Mu’cəmü’l-Müəllifin, C. II, s. 129.
Şafi’i məzhəbinə mənsub mütəkəllim idi. Yaşadığı dövrün məşhur kəlam alimlərindən
olan Şəmsəddin Muhəmməd Şirvani özünün müasiri əllamə Muhyəddin əl-Kafiyəci
1280
ilə dost idi. Bu iki alim həm təsəvvüf, həm də kəlam sahələrində bir sıra əsərlərin
müllifi idilər. Əllamə Şəmsəddin Şirvani h. 778-ci ildə (1376) anadan olmuş, h. 873-cü
ildə (1468) vəfat etmişdi
1281
.
Mövlana Pir Muhəmməd Şirvani
Bacarıqlı dövlət xadimi olan Pir Muhəmməd Şirvani eyni zamanda hənəfi məzhəbinə
mənsub fəqih idi. Xorasanda doğulub boya-başa çatmışdı. Hindistana gedib Bayram
xanın
1282
himayəsində yüksək səviyyəli elm adamı və siyasi xadim kimi yetişmişdi.
Bacarıq və istedadı ilə özünə yol açan Pir Muhəmməd Şirvani, Baburi sarayının ən
bacarıqlı diplomatı və siyasətçisi kimi tanınmış, tezliklə saray məmurları və xalq
arasında onun tərəfdar kütləsi meydana gəlmişdi. Onun belə yüksəlişi keçmiş hamisi
Bayram xanın ürəyincə olmamış və o, günbəgün özünün itaətindən çıxan Pir
Muhəmməd Şirvanini cəzalandırmaq qərarına gəlmişdi. Nə ilə ittiham olunduğu
məlum olmayan Pir Muhəmməd Şirvani, Bayram xanın əmri ilə h. 965-ci ildə (1558)
həbs edilmişdi. Həbsdə ikən Bayram xana məktub yazan Pir Muhəmməd Şirvani
Qur’ani-Kərimdən iqtibas etmiş və ‚Əgər göydə və yerdə Allahdan başqa məbudlar
olsaydı, onların (göy və yerin) hər ikisi fəsada uğrayardı‛
1283
ayəsini məktubunda qeyd
etmişdi. Bu ayəni qeyd etməklə Pir Muhəmməd Şirvani haqsız yerə həbs edildiyini,
ölkədə bir neçə deyil, tək hökmdarın olduğunu və tezliklə ədalətin öz yerini tapacağını
bildirmişdi. Bayram xan onun bu məktubuna və ədalət tələbinə məhəl qoymamışdı. Bir
müddət sonra həbsdən qurtulan Pir Muhəmməd Dehliyə gələrək münasib bir vaxtda
1280
Muhyəddin Əbu Abdullah Muhəmməd ibn Süleyman Kafiyəci (1386-1474) yaşadığı dövrün məşhur alimlərindən
idi. Türkiyənin Bergama qəsəbəsində dünya gəlmiş, Misirdə yaşamışdı
1281
SÜYUTİ, Nəzmü’l-İqyan, s. 109.
1282
Bayram xan Qaraqoyunluların Baharlı qoluna mənsub azərbaycanlı siyasi xadim, hərbi komandan və şair idi. O,
Baburilərdən Babur şah, Humayun şah və Əkbər şahın baş komandanı olmuş, bu dövlətin quruluşu və
möhkəmlənməsində müstəsna rol oynamışdı. Əkbər şah (1556-1605) 14 yaşlı yeniyetmə ikən taxta oturmuş və 4 il
müddətində dövləti faktiki olaraq Bayram xan idarə etmişdi. Lakin yeniyetməlik çağlarını geridə qoyan Əkbər şah
dövləti tək başına idarə etməyə başlamış və Bayram xanın nüfuzundan narahat olaraq onu saraydan qovmuşdu.
Bayram xan 1561-ci ildə Qucəratdakı məscidlərdən birində sübh namazını qılarkən bir zabit tərəfindən xəncərlənərək
qətlə yetirilmişdi. O, həm də istedadlı şair idi. Türk, fars və ərəb dillərində çox gözəl şerlər yazırdı. Özünün divânı
vardı.
1283
Qur’ani-Kərim, Ənbiya surəsi, 22-ci ayə. (اَذَك
ٍََلَُ ُ َّللَّا َّلاِئ ٌحَُِٜآ أَِٜ٤ِك َٕاًَ َُْٞ)
sultanın hüzuruna daxil olmuşdu. Başına gələnləri və uğradığı haqsızlıqları danışmışdı.
Sultan tərəfindən yenidən irəli çəkilən Pir Muhəmməd Şirvani Hindistanın
cənubunadakı Bicaqda qalasının fəthində iştirak etmişdi. Pir Muhəmməd Şirvani h.
969-cu ildə (1562) vəfat etmişdi
1284
.
Şəmsəddin Muhəmməd ibn Mərahiməddin Şirvani
Təqribən h. 780-ci ildə (1378) Şirvanda anadan olmuşdu. İlk təhsilini vətənində almış,
uşaq yaşlarında ikən Qur’ani-Kərimi əzbərləyib hafiz olmuşdu. Daha sonra Teymuri
ölkəsinə gedərək buradakı mədrəsələrdə təhsilini davam etdirmişdi. Seyyid
Muhəmməd ibn Əli Cürcani, Səlahəddin Musa Qazizadə Rumi (ö. 1437), Əbdürrəhman
əl-Qışlaği, Rüknəddin əl-Xafi, Zeynəddin əl-Xafi kimi alimlərin yanıda dini və dünyəvi
elmləri öyrənmiş, xüsusən riyaziyyat elmində ixtisaslaşmışdı. H. 830-cu (1427) ildə
Qahirəyə gəlmiş və Təqiyyədin əl-Əcəmi zaviyəsində qalmışdı. Qahirədə Muhyəddin
ibnü’l-Ərəbi və Əbu Hamid Qəzzalinin əsərlərini mütaliə etmişdi. Xüsusən Əbu Hamid
Qəzzalinin elmi irsini dərindən araşdırmışdı. Bundan başqa Sə’dəddin Taftazani,
Seyyid Şərif Əli Cürcani, Əlaəddin əl-Qonyəvi Təbrizi kimi alimlərin əsərlərini, bunlara
yazılmış şərh və haşiyələri oxuyaraq öyrənmişdi. Əbü’l-Bərəkat əl-Ğirabi, İbn Həssan,
Zeynəddin Tahir, Şihabəddin əl-Ləkvirani, Nəcməddin ibn qazi Əclun, İbn Əbü’s-Səud,
Molla Əli Kirmani, Abdullah əl-Gürani kimi Qahirənin tanınmış alimlərinin dərslərini
dinləmişdi. Təhsilini tamamladıqdan sonra elmi fəaliyyət və tədrislə məşğul olmuşdu.
Əvvəlcə Təbərsiyyə mədrəsəsində şafi’i fiqhi dərsləri vermişdi. Daha sonra isə Səidü’s-
Süəda xanəgahında da dərs verməyə başlamışdı. Bir müddət Qahirəni tərk edərək
Qüdsə getmiş və Məscidü’l-Əqsada ibadətlə məşğul olmuşdu. H. 871-ci ilin şəvval
ayında (may 1467) Misirdən dəniz yolu ilə həcc ziyarətinə getmişdi. Həccdən sonra bir
müddət mücavir olaraq Məkkədə qalmış. Həcc ziyarətindən qayıdandan sonra
Qahirədəki Zahiriyyə mədrəsəsinə müdərris təyin olunmuşdu. Alim h. h. 873-cü ilin
1284
HÜSEYNİ, Nüzhətü’l-Xəvatir, s. s. 322-323
səfər ayında (sentyabr 1468) vəfat etmiş və Qahirədə şeyx Abdullah əl-Münəvvəfinin
qəbrinin yanında dəfn edilmişdi
1285
.
Musa ibn Dövlətşah Şirvani
Mühəddis idi. Dostu bioqraf-tarixçi Aləməddin Qasım əl-Birzali (1267-1338) onun saleh,
xoşrəftar, dərin biliyə malik, gözəl insan olduğunu qeyd etmişdi. Musa Şirvani
Dəməşqdə Babü’l-Xütbə adlanın yerdə yaşamış və oradakı məktəbdə hədis dərsləri
vermişdi. Alim h. 12 səfər 721-ci ildə (12 mart 1321) Dəməşqdə vəfat etmişdi
1286
.
Şeyx Tacəddin Übeydullah ibn Əvəz ibn Muhəmməd Şirvani
Onun atası Ərdəbildə tanınmış həkim idi. Ərdəbil şəhərində dünyaya gəlmiş, daha
sonra Şirvana köçüb burada təhsil almış və bir müddət yaşamışdı. Daha sonra təhsilini
davam etdirmək üçün Şirvandan Misirə getmişdi. Misirdə seyyid Əbü’l-Fəzl Abdullah
ibn Muhəmməd Sədiq ibn Əhməd əl-İdrisi əl-Qimari (öl. 1413), Şeyxuniyyə
mədrəsəsinin müdərrisi şeyx İrşadəddin əl-Müqəvvili, şeyx Qəvaməddin əl-İtqani, şeyx
Rüknəddin əl-Qirami, şeyx Qütbəddin ət-Təhtani kimi alimlərdən dərs almış, müxtəlif
elm sahələrinə dair biliklərə yiyələnmişdi. O, məzhəb etibarı ilə hənəfi olsa da şafi’i
fiqhini də dərindən bilirdi. Çünki əvvəlcə şafi’i ikən sonradan hənəfi məzhəbini
mənimsəmişdi. Şeyx Tacəddin Übeydullah Şirvani əvvəlcə Sürqatmışiyyə
1287
mədrəsəsinə mü’id
1288
, daha sonra isə Əbubəkriyyə, Xatuniyyə və Ayıtmışiyyə
mədrəsələrinə fiqh dərsləri vermək üçün müəllim təyin olunmuşdu. Misir Məmlüklü
sultanı Zahir Seyfəddin Bərququn taxtdan uzaqlaşdırılmasına səbəb olan hərbi
çevrilişi
1289
tərtib edənlərdən əmir Mintaş onu qaziəsgər vəzifəsinə təyin etmişdi. Buna
görə də o, hərbi çevrilişdə iştirak etməklə ittiham olunmuş, lakin məhkəmədə özünü
1285
SƏXAVİ, Zəvu’l-Lami’, C. V, s. 7-8.
1286
İBN HƏCƏR, Dürərü’l-Kaminə, C. III, s. 69.
1287
Misir Məmlüklü dövlətinin türk mənşəli hərbiçilərindən əmir Seyfəddin Sürqatmış ən-Nasiri, sultan Nasirəddin
Muhəmməd ibn Qələvunun məmlüklərindən biri idi. Onun inşa etdirib öz adını verdiyi mədrəsə hədis və hənəfi
fiqhinin tədris mərkəzlərindən biri idi.
1288
Aspirant, müdərris köməkçisi
1289
Əmir Mintaş Misir Məmlüklü dövlətinin Malatya canişini idi. Əmir Yelbuğa ilə birlikdə Sultan Zahir Bərquqa
qarşı çevriliş hazırlayan (bax: s. ???) hərbiçilərdən biri olmuşdu. Sultan Zahir Bərquq həbsdən qurtulub çevriliş
iştirakçılarına divan tutmuşdu. Ehtimal ki, şeyş Übeydullah ibnü’l-Ərdəbilinin bu çevrilişdə heç bir rolu olmamışdı.
Çünki Məqrizinin qeydlərindən sultanın onu tutduğu vəzifədən azad etmədiyi məlum olur.
müdafiə edərək bəraət qazanmışdı. Üstəlik sultan Zahir Seyfəddin Bərququn (1382-
1389/1390-1399) hakimiyyətinin sonuna qədər bu vəzifədə qalmışdı. Alim h. 14
ramazan 807-ci ildə (16 mart 1405) Qahirədə vəfat etmişdi
1290
. Aşağıda onun yaşadıqları
dövrün tanınmış alimlərindən olmuş övladları haqqında da bəhs edəcəyik.
Tacəddin Əhməd ibn Übeydullah ibn Əvəz ibn Muhəmməd Şirvani
Hənəfi məzhəbinə mənsub fəqih idi. H. 791-ci ilin səfər ayında (fevral 1389) anadan
olmuşdu. Qahirədə İbn Übeydullah adı ilə tanınmışdı. Misir Məmlüklü dövlətində
xidmət edən əmirlər arasında onun dərs verdiyi çox sayıda şəxs var idi. O, dini dərsləri
türkcə verirdi
1291
. Ehtimal ki, bunun səbəbi Misir Məmlüklü dövlətində xidmət edən
məmurların əksəriyyətinin mənşəcə türk olması olmuşdur. Yəni İbn Übeydullahın
dərslərini daha asan anladıqları üçün məmlük məmurlar onun dərslərinə rəğbət
göstərmişdilər. İbn Übeydullah bir müddət Misir şəhərlərindən birində hakim
köməkçisi işləmişdi. Daha sonra Qahirədəki Şeyxuniyyə mədrəsəsində fiqh dərsləri
verməyə davam etmişdi. İbn Übeydullah bağırsaq infeksiyası xəstəliyinə mübtəla
olmuş və bu xəstəliyinin ağırlaşması səbəbiylə h. 13 ramazan 844-cü ildə (5 fevral 1441)
vəfat etmişdi
1292
.
Əbdürrəhman ibn Übeydullah ibn Əvəz ibn Muhəmməd Şirvani
Hənəfi məzhəbinə mənsub fəqih idi. Əllamə Müzəffərəddin Əhməd ibnü’s-Saatinin (öl.
1295) tələbəsi olmuş, onun yanında Qur’ani-Kərimi əzbərləyib hafiz olmuşdu. Atasının
vəfatından sonra Qahirədəki Əbubəkriyyə və Aytmışiyyə
1293
mədrəsələrinin müdərrisi
olmuşdu. 811-ci ildə (1408) vəfat etmişdi
1294
.
Əbdüllətif ibn Übeydullah ibn Əvəz ibn Muhəmməd Şirvani
1290
SƏXAVİ, Zəvu’l-Lami’, C. II, s. 491-492; MƏQRİZİ, Süluk, C. III, s. 72.
1291
SƏXAVİ, Zəvu’l-Lami’, C. I, s. 240.
1292
Yenə orada.
1293
‚Ayıtmışiyyə‛ mədrəsəsi Məmluklü ordusundakı türk mənşəli hərbiçilərdən əmir Seyfəddin Ayıtmış ən-Nasiri
tərəfindən 1383-cü ildə inşa etdirilmişdi. Əmir Seyfəddin Ayıtmış bir müddət Misir Məmlüklü dövlətinin Şam
vilayətində səltənət naibi olmuşdu.
1294
SƏXAVİ, Zəvu’l-Lami’, C. I, s. 248.
Hənəfi məzhəbinə mənsub fəqih və mütəkəllim idi. İmam Nəsəfinin
1295
müəllifi olduğu
‚Kənzü’d-Dəqaiq‛, ‚Mənarü’l-Ənvar‛ və ‚Ümdətü’l-Əqaid‛ adlı əsərləri əzbər bilirdi.
Misir Məmlüklü dövlətində bir müddət haciblik vəzifəsini icra etmişdi. Əsasən tədrislə
məşğul olmuşdu. H. 845-ci ildə (1442) vəfat etmişdi
1296
.
Muhəmməd ibn Übeydullah ibn Əvəz ibn Muhəmməd Şirvani
Atası Tacəddin Übeydullah və qardaşı Əbdürrəhman Şirvanidən dərs almışdı.
Ümmu’s-Sultan mədrəsəsində dərs vermişdi. Qardaşı Əbdürrəhman Şirvaninin
vəfatından (1408) sonra Əbubəkriyyə və Ayıtmışiyyə mədrəsələrinin də müdərrisi
olmuşdu. H. 819-cu ildə (1416) vəfat etmişdi
1297
.
Dostları ilə paylaş: |