Qazi Muhyəddin Əbü’l-Həsən ibn Əbü’l-Fəzail ibn Əbdülhəmid əl-Qəzvini Təbrizi
Şafi’i məzhəbinə mənsub fəqih idi. O, yuxarıda sözü gedən qazi İzzəddin Əbü’l-Fəzail
Qəzvininin (öl. 1250) oğlu idi. Qazi Muhyəddin Təbrizi Elxanilərin hakimiyyəti
dövründə həm Təbriz şəhərinin, həm də bütün Azərbaycanın baş qazisi (qaziü’l-quzat)
idi. İbnü’l-Fuvati onu dərin elmi biliyə malik, alicənab insan kimi təsvir etmişdi. Qazi
Muhyəddin Təbrizi h. 697-ci ilin zilhiccə ayında (sentyabr 1296) Təbrizdə vəfat
etmişdir
1540
.
Yusif ibn Həsən ibn Əxi Dinar Təbrizi
Hədis ravisi idi. Əbü’l-Fəzl Cə’fər ibn Əhməd ibn Cə’fər ər-Rəsi’nidən hədis nəql
etmişdi
1541
. Ölüm tarixi məlum deyil. IX-X əsrlərdə yaşamışdır.
Şeyx Muizəddin Üveys ibn şeyx Həsən ibn Həsən ibn Ağbuğa əl-Moğoli Təbrizi
Şeyx Muizəddin Üveys Təbrizi Cəlairilər sülaləsinin hökmdarlarından biri idi və 1356-
1374-cü illər arasında Azərbaycanın hökmdarı olmuşdur. O, mömin, çox ibadət edən,
saleh, yumuşaq qəlbli, alim və mücahid bir şəxs idi. Təbrizi ölkənin paytaxt şəhərinə
çevirmişdi. Hakimiyyəti illərində bir sıra islahatlar aparmış, haqsız vergiləri aradan
qaldırmışdı. Dövlət başçısı və alim kimi üstün keyfiyyətləri səbəbiylə Məkkədə cümə
namazı xütbələrində onun adı çəkilirdi. O, Məkkə hakimi İclan ibn Rumeysəyə qiymətli
hədiyyələrlə yanaşı Kə’bəyi-Şərifi işıqlandırmaq üçün düzəltdirdiyi qızıl qəndillər də
göndərmişdi. Onun hakimiyyəti illərində Azərbaycanın iqtisadi və ictimai həyatında
1540
BÜNYADOV, ‚Vidnıye Deyateli Azerbaydjana v Soçinenii İbn al-Fuvati‛, s. 61-67.
1541
İBN MAKULA, İkmal, C. II, s. 236.
canlanma baş vermişdi. Şeyx Üveys Təbrizi elm əhlinə hörmət bəsləyir, alimləri himayə
edirdi. Şeyx Üveys Təbrizi h. 776-cı ildə (1374) vəfat etmişdi
1542
.
Şeyx Cəlaləddin Təbrizi
Şeyx Bədrəddin Əbu Səid Təbrizinin tələbəsi və müridi olmuşdu. Şeyx Bədrəddinin
vəfatından sonra Bağdada gəlmiş və Şihabəddin Ömər Sührəvərdi ilə görüşmüş və
onunla dostlaşmışdı. Şeyx Bəhaəddin Əbu Muhəmməd Zəkəriyyə əl-Multani ilə
birlikdə Hindistana getmişdi. Hindistanın şərqində, Benqalda
1543
məskunlaşmış və
burada yaşamışdı. Şeyx Cəmaləddin Təbrizi gündüzlərini orucla, gecələrini ibadətlə
keçirən mömin və saleh insan idi. Əbdülhəyy Hüseyni onun son Abbasi xəlifəsi
Müstə’sim Billahın (1242-1258) yaxın adamlarından olduğunu qeyd etmişdir
1544
. Şeyx
Şihabəddin Ömər Sührəvərdi ilə yaxın dostluğunu da buna əlavə etsək ehtimal etmək
olar ki, şeyx Cəmaləddin Təbrizi fütuvvət əhlinə mənsub şeyxlərdən idi və Hindistana
xüsusi missiya ilə göndərilmişdi. Çünki şeyx Şihabəddin Ömər Sührəvərdi xəlifə Nasir
li Dinillahın (1180-1225) xüsusi əhəmiyyət verdiyi və dəstəklədiyi fütuvvət təşkilatının
ideya müəlliflərindən biri idi və uzun müddət bu təşkilata rəhbərlik etmişdi. Şeyx
Cəlaləddin Təbrizi h. 642-ci ildə (1244) Tibetlə həmsərhəd olan Kamir əyalətində vəfat
etmişdi
1545
.
Kafiyəddin Əbu Muhəmməd Abdullah ibn Əbdürrəhman ibn Sə’id Təbrizi
Müfəssir və filoloq idi. Filologiyaya dair bir sıra əsərlərin müəllifi idi
1546
. İbnü’l-Fuvati
onun yaşadığı dövrü və ya ölüm tarixini qeyd etməmişdi. Ehtimal ki, Kafiyəddin
Təbirzi İbnü’l-Fuvatinin (öl. 1323) müasiri olmuşdu.
1542
İBNü’l-İMAD, Şəzəratü’z-Zəhəb, C. VI, s. 720; İBN HƏCƏR, İbnai’l-Ğumr, C. II, s. 23. Şeyx Üveysin fəaliyyəti ilə
bağlı ətraflı məlumat üçün bax: ƏHƏRİ, İstoriya Şeyxa Uveysa, s. 21-29.
1543
Benqal-Hindistanla Banqladeş arasında paylaşılmışdır. Hindistanın şərqində, Banqladeşlə həmsərhəd olan Qərbi
Benqaliya ştatı yerləşir.
1544
HÜSEYNİ, Nüzhətü’l-Xəvatir, s. 149.
1545
Yenə orada.
1546
BÜNYADOV, ‚Vidnıye Deyateli Azerbaydjana v Soçinenii İbn al-Fuvati‛, s. 61-67.
Qazi Kəmaləddin Əbu Abdullah Əbdülhəmid ibn Muhəmməd ibn Əli ibn Əbi
Muaz Təbrizi
Onun mənsub olduğu nəsildən bir çox alim, qazi və rəis çıxmışdı. Yaşadığı dövrün
böyük alimlərindən, tanınmış hüquqşünaslarından biri olan qazi Kəmaləddin
Əbdülhəmid Təbrizi öz qardaşlarının həm yaşça ən böyüyü, həm də ən biliklisi idi. O,
Azərbaycan Atabəyləri dövründə Marağa şəhərinin qazisi və bu şəhərdəki əl-
Atabəkiyyə mədrəsəsinin müdərrisi olmuşdu. Eldənizli hökmdarları ona böyük
ehtiramla yanaşırdılar. Sultan Cəlaləddin Xarəzmşah da onu hüzuruna böyük
hörmətlə qəbul edir, onu özü ilə yanaşı taxtında oturdurdu. Qazi Kəmaləddin
Əbdülhəmid Təbrizi vəfatından bir müddət əvvəl İraqın Ərbil şəhərinə getmiş və h.
628-ci (1231) ildə orada vəfat etmişdi
1547
.
Muhyəddin Əbu Abdullah Muhəmməd ibn Yəhya ibn Əbi’l-Məhasin Təbrizi
Yaşadığı dövrün tanınmış fəqihlərindən və alimlərindən biri olmuşdur
1548
. İbnü’l-Fuvati
alimin yaşadığı dövr və ya ölüm tarixiylə bağlı heç bir məlumat verməmişdir.
Katib Kafiyəddin Hibətullah ibn Əlişah ibn Fəramurz əl-Fərəhani Təbrizi
XIII əsrdə yaşamış azərbaycanlı dövlət xadimi idi. Onun mənsub olduğu nəsildən
görkəmli dövlət xadimləri, sədrlər, katiblər, rəislər və vəzirlər çıxmışdı. İbnü’l-Fuvati
onunla h. 705-ci (1306) ildə Arranda şeyx Zeynəddin Əbu Hamid Muhəmməd əl-
Kişinin yanında ikən görüşdüyünü qeyd edir. Müəllif həmçinin katib Kafiyəddin
Təbrizinin maliyyə idarəsinə rəhbərlik etdiyini, onun hesablama və idarəetmə işində
mahir olduğunu qeyd edir. O, daha sonra vəqflər idarəsinə rəhbərlik etmişdi. İbnü’l-
Fuvati katib Kafiyəddin Təbrizinin mülayim xasiyyəti və gözəl xətti olduğunu yazır.
İbnü’l-Fuvati deyir: ‚mən ondan harada anadan olduğunu soruşdum. O, h. 665-ci
(1267) ildə Bərdədə anadan olduğunu dedi‛. Katib Kafiyəddin Təbrizi daha sonra
maliyyə dəftərxanasının idarə edilməsi üçün Bağdada göndərilmişdi. İbnü’l-Fuvati
1547
BÜNYADOV, həmin məqalə.
1548
BÜNYADOV, həmin məqalə.
Bağdaddakı Müstənsiriyyə mədrəsəsi kitabxanasının müdirliyinə təyin olunarkən katib
Kafiyəddin Təbrizinin yeni iş yeri ilə onu tanış etdiyini yazır
1549
. Kafiyəddin Təbrizinin
ölüm tarixi qeyd olunmur. Güman ki, o, İbnü’l-Fuvatidən (öl. 1323) sonra vəfat etmişdi.
Mirzə Lütfullah ibn Şükrullah Təbrizi
Müfəssir və mütəkəllim idi. Eyni zamanda fəlsəfə, məntiq, münşəat, şe’r və
ədəbiyyatda öz dövrünün tanınmış simalarından biri idi. Onun atası köçüb
Hindistanda məskunlaşmış və Lütfullah Təbrizi 1095-ci ildə (1684) Hindistanda
dünyaya gəlmişdi. Atasından münşəat sənətini öyrənmiş, Həbibullah İsfəhani, Ağa
Hüseyn Xansarinin tələbəsi olmuşdu. Parlaq zəkası və çalışqanlığı ilə öz
həmyaşlarından fərqənmişdi. Təhsilin başa vurandan sonra ticarət məqsədiylə Benqala
getmişdi. Benqal hökmdarının naibi Şücaüddövlə ilə tanış olub dostlaşmışdı. Bir
müddət sonra Benqalı tərk edib Heydərabada gəlmiş və h. 1164-cü (1751) ildə orada
ölmüşdü
1550
. Mirzə Lütfullah Təbrizi ‚Xülasətü’l-Minhəc fi’t-Təfsir‛ adlı əsərin
müəllifidir
1551
.
Mövlana Elməddin Həkim Təbrizi
Öz dövrünün məşhur alimlərindən idi. Tibb sahəsində şöhrət tapmışdı. Gülbərgədə
sultan Əlaəddin Həsən əl-Bəhməninin
1552
(öl. 1358) himayəsində yaşayırdı. Gülbərgə
şəhərində tibb dərsləri verir və müalicə işi ilə məşğul olurdu
1553
. Ölüm tarixi məlum
deyil. XIV əsrdə yaşamışdır.
Bədrəddin Təbrizi
1549
BÜNYADOV, həmin məqalə.
1550
HÜSEYNİ, Nüzhətü’l-Xəvatir, s. 790-791.
1551
BAĞDADLI, İzahü’l-Məknun, C. I, s. 216.
1552
Muhəmməd şah Tuğluqun (1325-1351) hakimiyyəti illərində Hind yarımadasının mərkəzində yerləşən Dəkkən
vilayətində qiyam qaldırılmış və bu qiyam nəticəində Əlaəddin Həsən Bəhməni adlı şəxs özünü sultan elan edərək
Dəkkən və ətraf vilayətləri Dehli sultanlığından ayırmışdı. Paytaxt olaraq özünə Gülbərgə şəhərini seçən Əlaəddin
Həsən Bəhmənilər sülaləsinin əsasını qoymuşdu. Gülbərgə Hindistanın mərkəzində, Heydərabad şəhərinin qərbində
yerləşir.
1553
HÜSEYNİ, Nüzhətü’l-Xəvatir, s. 177.
XIII əsrdə Anadoluda yaşamış memar idi. O, həmçinin riyaziyyat, həndəsə, kimya,
astronomiya kimi elm sahələrində də öz dövrünün tanınmış mütəxəssislərindən biri idi.
İlk moğol hücumları (1220-1221) vaxtı Azərbaycanı tərk edərək Anadoluya gələn
1554
Bədrəddin Təbrizi mövlana Cəlaləddin Ruminin müridlərindən biri olmuşdu
1555
.
Mövlana Cəlaləddin Ruminin digər müridləri əmir Aləməddin Qeysər
1556
, Müinəddin
Süleyman Pərvanə
1557
və onun xanımı Gürcü xatunun təşəbbüsü ilə Cəlaləddin Ruminin
ölümündən (1274) sonra məzarının üstündə türbə tikilməsi üçün 160 min dirhəm pul
toplanmışdı
1558
. Türbənin inşası memar Bədrəddin Təbriziyə həvalə edilmişdi.
Bədrəddin Təbrizi türbənin inşasını 1274-cü ildə başa çatdırmışdı
1559
. 1284-cü ildə baş
verən zəlzələdən sonra türbənin təmirə ehtiyacı olmuşdu. Təmir işlərinə də Bədrəddin
Təbirzi rəhbərlik etmişdi
1560
. İ. H. Konyalının fikrinə görə hal-hazırda Konyadakı bu
türbə və üzərindəki yaşıl qübbə memar Bədrəddin Təbrizinin əsəri deyil, sonradan
Qaramanoğlu Əlaəddin bəy (öl. 1291) tərəfindən əsaslı təmir etdirilərək indiki halını
almışdı
1561
. Memar Bədrəddin Təbrizinin ölüm tarixi 1284-cü ildən sonraya təsadüf edir.
Qazi Əminəddin Təbrizi
Əminəddin Təbrizi Anadolu Səlcuqlu sultanı Qiyasəddin III Keyxosrovun (1266-1284)
hakimiyyəti dövründə, 1266-cı ildə Ağsaray şəhəri qaziliyinə təyin edilmişdi. Qazi
Əminəddin Təbrizi fiqh və kəlam elmləri sahəsində öz dövrünün tanınmış alimlərindən
idi
1562
. Əminəddin Təbrizi haqqında məlumat verən yeganə mənbə ‚Müsaməratü’l-
Əxbar‛dır. Kəriməddin Aqsarayi alimin ölüm tarixi barədə məlumat verməmişdir.
Yuxarıda Məcdəddin Baba Mərəndinin də Ağsarayda qazilik vəzifəsini icra etdiyini
qeyd etmişdik. Anadolu Səlcuqlu sultanlarının bu şəhərə məmur təyin edərkən
1554
ÜNVER, Selçuklu Tababeti, s. 94.
1555
ƏFLAKİ, Ariflerin Menkıbeleri, C. I, s. 151, 210.
1556
Aləməddin Qeysər Anadolu Səlcuqlu dövlətini məmurlarından biri idi. Uzun müddət moğollara sədaqətlə
xidmət etməsinə baxmayaraq 1297-ci ildə Elxani Qazan xanın əmri ilə edam edilmişdi.
1557
Müinəddin Süleyman Pərvanə də moğollara sədaqətlə xidmət etməsinə baxmayaraq 1277-ci ildə Elxani Abaqa
xanın əmri ilə edam edilmişdi.
1558
ƏFLAKİ, Ariflerin Menkıbeleri, C. I, s. 204.
1559
İbrahim Hakkı KONYALI, Konya Tarihi, s. 636, Konya 1964.
1560
Hasan ÖZÖNDER, ‚Mevlana Türbe ve Külliyesinin Tamir ve İlaveler Kronolojisi‛, Selçuk Dergisi, S. 2, Konya
1988, s. 11-19.
1561
KONYALI, həmin əsər, s. 636-641.
1562
AQSARAYİ, Müsamərətü’l-Əxbar, s. 90
azərbaycanlılara üstünlük verməsi ehtimal ki, Ağsaray əhalisinin böyük əksəriyyətinin
Azərbaycandan Anadoluya köçürülmüş olması ilə əlaqədardır. Sultan İzzəddin II
Qılıncarslan (1155-1192) Ağsaray şəhərinin təməlini qoymuş, burada evlər, imarətlər,
saraylar, məscidlər, mədrəsələr, hamam, karvansaray kimi ictimai-iaşə binaları inşa
etdirərək Azərbaycandan bu şəhərə alimlər, tacirlər, sənətkarlar və digər zümrələrə
mənsub insanları köçürərək məskunlaşdırmışdı
1563
.
Təbib Fəxrəddin Əbu İshaq İbrahim ibn Muhəmməd Təbrizi
XIII-XIV əsrlərdə Anadoluda yaşamış tanınmış azərbaycanlı həkim, tibb alimi idi. O,
yaşadığı dövrdə Anadoluda daha çox təbib Qəzənfər Təbrizi adı ilə məşhur olmuşdu.
Anadolu Səlcuqlularının saray həkimlərindən biri olan təbib Qəzənfər Təbrizi həmçinin
Konyadakı xəstəxanada da müalicə işi ilə məşğul olmuşdu
1564
. O, tibbə dair bir sıra
əsərlərin müəllifi idi. Bunlardan ən tanınmışı ‚Hasilü’l-Məsail fi’t-Tibb‛ adlanır. Bu
əsərin cəmi iki əlyazma nüsxəsi müəyyən edilmişdir. ‚Hasilü’l-Məsail fi’t-Tibb‛
Abbasilər dövrünün məşhur tibb alimlərindən olan Hüneyn ibn İshaqın (öl. 873)
‚Məsail fi’t-Tibb‛ əsərinin xülasəsi idi və güman ki, tibb mədrəsəsi tələbələri üçün
dərslik kimi tərtib edilmişdi. Təbib Qəzənfər Təbrizinin bu əsərinin əlyazma nüsxəsinin
surəti şəxsi kitabxanamda mövcuddur və gələcəkdə tərəfimizdən tədqiq və nəşr
ediləcəkdir.
Məhəmmədəli Tərbiyət sözü gedən əsəri ‚Həllü’l-Məsail‛ adlandıraraq Qəzənfər
Təbrizinin hicri-qəməri XII-XIII (miladi XVIII-XIX) əsrlərdə yaşadığını güman
etmişdir
1565
. Doğrusu bunun Məhəmmədəli Tərbiyətinmi, yoxsa ‚Danişməndani-
Azərbaycan‛ı azəri türkcəsinə tərcümə edənlərinmi xətası olduğunu müəyyən edə
bilmədik.
Təbib Qəzənfər Təbrizinin bilinən digər əsərləri İbn Sinanın ‚İşarat və’t-Tənbihat‛ və
‚Təbiyyat‛, Əbu Reyhan Biruninin ‚Risalətü’l-Fihrist‛ adlı əsərlərinə yazdığı şərhlər, o
cümlədən Bəhmənyarın əsərlərindən birinə yazdığı tənqiddir
1566
. Bundan başqa onun
1279-cu ildə Əbu Reyhan əl-Biruninin ‚Kitabü’s-Saydələ fi’t-Tibb‛ adlı əsərinin üzün
1563
Həmin əsər, s. 31-32.
1564
ÜNVER, Selçuklu Tababeti, s. 66, 93.
1565
Danişməndani-Azərbaycan, s. 65.
1566
BAYAT, həmin məqalə.
köçürdüyü də bilinir
1567
. Mövlana Cəlaləddin Rumi ölüm döşəyində ikən onun yanında
təbib Əkmələddin Naxçıvani ilə yanaşı təbib Qəzənfər Təbrizi də var idi
1568
. Alimin
ölüm tarixi məlum deyil. Lakin onun İbn Sinanın ‚İşarat və’t-Tənbihat‛ına yazdığı şərhi
1302-ci ildə başa vurduğu məlumdur
1569
. Deməli ölüm tarixi də bundan sonraya təsadüf
etmişdir.
Əbu Abdullah İsmayıl ibn Muhəmməd ibn Sirri ibn Bənnun ibn Hümeyd Tiflisi
Yaşadığı dövrün tanınmış şafi’i mühəddislərindən idi. H. 373-cü ildə (983) Tiflisdə
anadan olmuşdu. O, Xorasanın Nişapur şəhərinə getmiş və burada yaşamışdı. Əbu
Abdullah İsmayıl Tiflisi alim olmaqla yanaşı həm də varlı tacir idi. Əbu Bəkr Əhməd
ibn Hüseyn ibn Mehran Nişapuri, Əbu Həsən Muhəmməd ibn Əhməd ibn Əli əs-Sıbği
kimi dövrün tanınmış hədis alimlərindən dərs almışdı
1570
. Ölüm tarixi məlum deyil.
Əbu Bəkr Muhəmməd ibn İsmayıl ibn Muhəmməd ibn Sirri ibn Bənnun Tiflisi
Əksər hadis alimlərinin siqa, bəzilərinin isə səduq kimi qiymətləndirdikləri mühəddis
idi. Atası köçüb Nişapurda məskunlaşmış və Əbu Bəkr Tiflisi də h. 400-cü ilin rəcəb
ayında (mart 1010) Nişapurda dünyaya gəlmişdi. Hafiz idi və minlərlə hədisi əzbər
bilirdi. Hafiz Əbu Abdullah Muhəmməd ibn Abdullah, Əbu Tahir Muhəmməd ibn
Muhəmməd əz-Ziyadi, Əbu Sadiq əs-Səydəlani, Abdullah ibn Yusif əs-Süləmi, Əbu
Yə’la Həmzə ibn Əbdüləziz Nişapuridən hədis dinləmiş və nəql etmişdi. İsfəhanda
hafiz Əbü’l-Qasım İsmayıl ibn Muhəmməd, Nişapurda Əbü’l-Qasım Əhməd ibn
İbrahim əl-Muqri, Mərvdə Əbu Əli Hüseyn ibn Əli əş-Şihami ondan dinlədikləri
hədisləri nəql etmişdilər Alim h. 483-cü ilin şəvval ayında (dekabr 1090) vəfat
etmişdir
1571
.
Qazi Əlaəddin Ömər ibn Əbdüləziz ibn Əbdülcabbar Tiflisi
1567
ÜNVER, həmin əsər, s. 66, 93.
1568
RUMİ, Mektuplar, (Önsöz qismi), s. 228.
1569
BAYAT, həmin məqalə.
1570
BAĞDADİ, Təkmilətü'l-İkmal, C. I, s. 330; SEYRƏFİNİ, Müntəxəb, s. 14.
1571
SƏM’ANİ, Kitabü’l-Ənsab, C. I, s. 314; ZƏHƏBİ, Siyəru Ə’lamü’n-Nübəla, s. XXIII, s. 133; BEYHƏQİ, Məvsusəti-Rical,
s. 30; SEYRƏFİNİ, Müntəxəb, s. 57.
Onun atası şeyx Fəxrəddin Əbdüləziz əslən Əxlatlı idi. Qazi Əlaəddin Ömər ilk təhsilini
atasından almışdı. İbnü’l-Fuvati onun gənc, fəzilətli alim olduğunu, h. 705-ci ildə (1306)
onunla Arranda görüşdüyünü qeyd edir. Müəllif, Əlaəddin Ömərin burada Elxani
hökmdarına özünün Tiflis qaziliyinə təyini üçün iltimas etdiyini qeyd etmişdi. Ondan
əvvəl bu vəzifəni İbnü’s-Sabuni adı ilə tanınmış Cəmaləddin Muhəmməd ibn Haşim
Tiflisi icra etmişdi
1572
. Qazi Əlaəddin Ömər Tiflisinin ölüm tarixi məlum deyil. İbnü’l-
Fuvati onu gördüyü vaxt gənc yaşlarında olduğunu qeyd etmişdir. Ehtimal ki, qazi
Əlaəddin Ömər Tiflisi İbnü’l-Fuvatidən (öl. 1323) çox sonra vəfat etmişdir.
Əbu Əhməd Hamid ibn Yusif ibn Əhməd ibn Hüseyn Tiflisi
Mühəddis idi. Tiflisdəki hədis alimlərindən hədis dinləmiş, daha sonra hədis dinləmək
məqsədiylə səyahətə çıxmışdı. Bağdada gələrək buradakı mühəddislərin dərslərində
iştirak etmişdi. Qüdsdə Əbu Abdullah Muhəmməd ibn Əli ibn Əhməd Beyhəqi, Əbu
Bəkr Muhəmməd əl-Bişnəvidən, Məkkədə Əbu Həsən Əli ibn İbrahim əl-Aqulidən,
Bağdadda Əbu Həkim Abdullah ibn İbrahim əl-Xeyridən, Əbü’l-Fəzl Muhəmməd
Əbivədidən hədis dinləmiş və nəql etmişdi. Əli ibn Muhəmməd Savi, Hüseyn ibn Əli
əl-Fərzi, Şüca ibn Faris əz-Zıhli, Əbu Həsən Əli ibn Abdullah ibn Əbu Curadə əl-Antaki
ondan hədis dinləmişdilər. Alim h. 483-cü ilə (1090) qədər Dəməşqdə yaşamış, bu
tarixdən sonra Dəməşqdən getmişdi. Əbu Əhməd Hamid Tiflisi Böyük Səlcuqlu
hökmdarı Məlikşahın (1072-1092) vəziri Tacülmülkün
1573
dostu idi. Ölüm tarixi h. 484-
cü ildən (1091) sonraya təsadüf edir
1574
.
Əbu Sə’d Məs’ud ibn Əbdürrəhman ibn Əli ibn Həsən Tiflisi
Şafi’i məzhəbinə mənsub fəqih və mühəddis idi. h. 410-cu (1019) ildə Tiflisdə dünyaya
gəlmişdi. Təhsil almaq üçün Xorasana getmiş və Nişapurda Əbu Sə’d Muhəmməd ibn
1572
İBNü’l-FUVATİ, Məcməü’l-Adab , C. IV/2, s. 1065.
1573
Vəzir Tacülmülk 1092-ci ildə vəzir Nizamülmülkün sui-qəsd nəticəsində öldürülməsindən sonra bu vəzifəyə
təyin edilmiş, lakin cəmi 7 ay bu vəzifəni icra etmişdi. O, da sələfinin aqibətinə uğramış, sui-qəsd nəticəsində qətlə
yetirilmişdi.
1574
SƏM’ANİ, Kitabü’l-Ənsab, C. I, s. 314; SƏFƏDİ, Vafi bi’l-Vəfayat, C. X, s. 101; YAQUT əl-HƏMƏVİ, Mu’cəmü’l-
Büldan, C. II, s. 84-85.
Əbdürrəhman Gəncərudi
1575
, Əbu Bəkr Əhməd ibn Mənsur əl-Bəzzar kimi alimlərin
tələbəsi olmuşdu. Alim h. 11 cəmadiəlaxir 490-cı ildə (26 may 1097) vəfat etmişdi
1576
.
Qazi Əbü’l-Qasım Mahmud ibn Yusif ibn Hüseyn əl-Bərzəndi Tiflisi
Şafi’i məzhəbinə mənsub fəqih idi. Təhsil almaq üçün Bağdada getmiş, Nizamiyyə
mədrəsəsində təhsil almışdı. Burada şeyxülislam Əbu İshaq İbrahim Şirazinin tələbəsi
olmuş, ondan fiqh və hədis dərsləri almışdı. Şərif Əbü’l-Hüseyn Muhəmməd ibn Əli
ibnü’l-Mühtədi Billah əl-Haşimi və şərif Əbü’l-Qənaim Əbdüssəməd ibn Əli ibnü’l-
Mə’mun əl-Haşimidən
1577
hədis dinləmişdi. Onun Bağdadda görüşüb hədis dərsləri
aldığı alimlərdən biri də qazi Əbu Yə’la Mahmud ibn Hüseyn ibn Xələf ibnü’l-Fərra əl-
Hənbəli olmuşdur. Təhsilin başa vurandan sonra Əbü’l-Qasım Mahmud doğma şəhəri
Tiflisə qayıtmış, bu şəhərin qaziliyinə təyin olunmuş
1578
və həmçinin burada hədis
dərsləri vermişdi. Əbu Bəkr Təyyib ibn Əhməd əl-Əbivərdi Mərvdə ondan hədis nəql
etmişdi. Alimin ölüm tarixi h. 550-ci ildən (1155) sonraya təsadüf edir
1579
.
Əbu Hərb Muhəmməd ibn Muhsin ibn Həsən əl-Hüseyni Tiflisi
İmam Hüseynin (ا) nəslindən olan Əbu Hərb Tiflisi şafi’i məzhəbinə mənsub fəqih,
tarixçi və bioqraf idi. Uzun müddət Bağdadda yaşadıqdan sonra Qəznəvilər dövlətinin
hakimiyyəti altındakı Əfqanıstana köçmüşdü. Alim h. 480-ci ildə (1087) Qəznə
şəhərində vəfat etmişdi. O, ənsaba (bioqrafiya) dair ensklopedik bir əsərin müəllifi
idi
1580
.
İbrahim ibn Zeyd əl-Əsləmi Tiflisi
Zəif hədis ravisi idi. Muhəmməd ibn Yəzid Muhəmməd ondan hədis dinləmiş və nəql
etmişdi. Şəmsəddin Zəhəbi onun bəzən batil xəbər nəql etdiyini qeyd etmişdi. Onun
1575
Gəncərud-və ya Cənzərud Nişapurun kəndlərindən biri idi. Bax: SÜYUTİ, Lübbü’l-Lübab, s. 47.
1576
SEYRƏFİNİ, Müntəxəb, s. 475.
1577
Əbü’l-Qasım Mahmud Tiflisinin hədis dərsləri aldığı bu iki şafi’i mühəddis imam Həsərin (ا) nəslindən idilər.
1578
ƏBU TAHİR İSFƏHANİ, Mu’cəmü’s-Səfər, s. 361-362.
1579
SƏM’ANİ, Kitabü’l-Ənsab, C. I, s. 314; SÜBKİ, Təbəqatü’ş-Şafi’iyyə əl-Kübra, C. VII, s. 166-167; ƏSNƏVİ, Təbəqatu’ş-
Şafi’iyyə, C. I, s. 149.
1580
KƏHHALƏ, Mu’cəmü’l-Müəllifin, C. III, s. 616.
nəql etdiyi zəif hədislərdən biri aşağıdakıdır: ‚Əbu Hüreyrədən (ا): Biz Allah Rəsulu (م)
birlikdə oturarkən bir oğlan uşağı gəldi və peyğəmbərdən ona dua öyrətməsini istədi,
peyğəmbər ona belə dua etdi: Allahım sənin qullarının zülmünün çoxluğu səbəbiylə
səndən əvf və bağışlanma diləyirəm..... ‛
1581
. Bu uzun bir hədisdir. Bu hədisin səhih
olmadığına dair keçmiş və müasir mühəddislər həmfikir olmuşdurlar
1582
. İbrahim əl-
Əsləmi Tiflisinin ölüm tarixini müəyyən etmək mümkün olmamışdır. Əbü’l-Həsən Əli
Darəqutni (öl. 995) və Əbu Nueym Əhməd İsfəhani (öl. 1038) kimi alimlər onun
haqqında fikir bəyan etdiklərinə görə İbrahim ibn Zeyd əl-Əsləmi Tiflisi bu iki şəxsdən
əvvəl vəfat etmişdir.
Dostları ilə paylaş: |