Muhyəddin Muhəmməd ibn Əhməd Şirvani
Hənəfi məzhəbinə mənsub fəqih və mütəkəllim idi. O, Siracəddin Əbü’s-Səna
Urməvinin (öl. 1283) əsərinə yazılmış şərhə ‚Haşiyə ələ Şərhu-Mətaliü’l-Ənvar‛ adlı
haşiyə yazmışdı. Alim h. 797-ci ildə (1493) vəfat etmişdi
1194
.
Şəmsəddin Muhəmməd ibn Şihabəddin Şirvani
Hənəfi məzhəbinə mənsub mütəkəllim, cədəl və üsul alimi idi. O, Əzudəddin əl-İci,
Seyyid Şərif Cürcani, Qütbəddin Muhəmməd Təhtani kimi kəlam alimlərinin əsərlərinə
şərh və haşiyələr yazmışdı. Şəmsəddin Muhəmməd Şirvani ‚Haşiyə ələ Şərhü’l-Əzud‛,
‚Haşiyə ələ Şərhü’s-Seyyid‛, ‚Haşiyə ələ’l-Qütb fi’l-Məntiq‛ kimi əsərlərin müəllifi idi.
Alim h. 892-ci ildə (1487) vəfat etmişdir
1195
.
1193
MURADİ, Sülukü'd-Dürər, C. I, s. 300; SÜREYYA, Sicil-i Osmani, C. V, s. 1422.
1194
BAĞDADLI, Hədiyyətü’l-Arifin, C. II, s. 217; KƏHHALƏ, Mu’cəmü’l-Müəllifin, C. III, s. 69.
1195
KATİB ÇƏLƏBİ, Kəşfü’z-Zünun, C.II, s. 894, 946, 1045; KƏHHALƏ, Mu’cəmü’l-Müəllifin, C. III, s. 347.
Nurullah ibn Muhəmməd Rəfi ibn Əbdürrəhim Şirvani
Sultan İbrahim (1640-1648) və sultan IV Mehmedin hakimiyyəti (1648-1687) dövründə
Osmanlı imperatorluğunda yaşamış hənəfi fəqihi, mühəddis və mütəkəllim idi.
Nurullah Şirvani Bursadakı mədrəsələrdən birində müdərris olmuşdu. Alim ‚Təəllüqə
ələ Ənvarü’t-Tənzil‛, ‚Şərhu-Təlxisü’l-Miftah fi’l-Məani və’l-Bəyan‛, ‚Şərhu Fiqhü’l-
Əkbər‛ kimi əsərlərin müəllifi idi
1196
. Bu sonuncu əsəri imam Əbu Hənifənin fiqhə dair
fikir və bəyanlarının toplandığı ‚Fiqhü’l-Əkbər‛ə yazılmış şərhdir. Alim h. 1065-ci ildə
(1655) vəfat etmişdi.
Nurəddin ibn İsmayıl ibn Həsən Şirvani
XVII-XVIII əsrlərdə yaşamış tarixçi, sosioloq, pedaqoq, mütəkəllim, əxlaq nəzəriyyəçisi,
zooloq və riyaziyyatçı alim idi. Nuri Şirvani adı ilə tanınan alim uzun müddət Osmanlı
imperatorluğunun İraq vilayətinin Ərbil və Bağdad şəhərlərində yaşamışdı. ‚Tarixi-
Tərbiyə‛, ‚Xülasə Tarixü’l-İslam‛, ‚Dürusü’l-Və’ziyyə‛, ‚Rəddü’l-Əvvam ən İmtahan
Malihi’l-Ehtiram‛, ‚Zübdətü’l-Həndəsə‛, ‚İlmü’l-Heyvanat‛, ‚Fəlsəfətü’l-Əxlaqiyyə‛,
‚Fəlsəfətü’l-Elmiyyə‛, ‚Fəlsəfətü’l-Aliyyə‛, ‚Məntiqü’l-Cədid‛, ‚Məntiqü’l-Qədim‛
kimi əsərlərin müəllifi olan Nurəddin Şirvani h. 1283-cü ildə (1822) vəfat etmişdi
1197
.
Şeyx Ziyaəddin Yusif ibn Əli əş-Şamaxi Şirvani
Məxdumü’l-Xəlvətiyyə ləqəbi ilə tanınmış təsəvvüf şeyxi idi. Ləqəbindən də məlum
olduğu kimi o, xəlvətiyyə təriqətinə mənsub idi. ‚Adabü’l-İrşad‛ və ‚Silsilətü’l-Ərvah‛
adlı əsərlərin müəllifi olan Ziyaəddin Şirvani h. 890-cı ildə (1485) vəfat etmişdi
1198
.
Şihabəddin Əhməd ibn Harun Şirvani
Şafi’i məzhəbinə mənsub alim idi. Təqribən 870-ci ildə (1466) Qahirəyə getmiş və
burada dini və dünyəvi elmlərə dair dərslər almışdı. Fəxrəddin Osman əl-Muqsi və
Şəmsəddin Səxavi onun müəllimi olmuşdular. Təhsilini başa vurduqdan sonra Qüdsə
1196
BAĞDADLI, Hədiyyətü’l-Arifin, C. II, s. 499; KƏHHALƏ, Mu’cəmü’l-Müəllifin, C. IV, s. 45.
1197
KƏHHALƏ, Mu’cəmü’l-Müəllifin, C. IV, s. 45-46.
1198
BAĞDADLI, Hədiyyətü’l-Arifin, C. II, s. 562; KƏHHALƏ, Mu’cəmü’l-Müəllifin, C. IV, s. 172.
getmiş və vəfat edənə qədər orada yaşamışdı. Səxavi onun ölüm tarixi haqqında ‚mən
bu kitabı (Zəvu’l-Lami’-E.N) yazıb bitirəndən bir müddət sonra o, vəfat etdi‛ deyə qeyd
etmişdi
1199
. ‚Zəvu’l-Lami’‛ 1497-ci ildə vəfat etmiş Səxavinin ən son qələmə aldığı
kitablardan biridir. Şihabəddin Əhməd Şirvaninin ölümü bu tarixdən əvvələ təsadüf
edir və fikrimizcə o, gənc yaşlarında dünyasını dəyişmişdi. Çünki o, Səxavinin tələbəsi
olmuş və Səxavi onun ‚qərib‛, yəni kimsəsiz vəfat etdiyini yazır. Buradan onun hələ ki,
evlənib ailə və əqrəba sahibi olmadığı anlaşılır.
Vaiz Əbü’l-Həsən Əli ibn Əhməd ibn Əli əl-Fəzzaz Şirvani
Vaizliklə yanaşı həm də hədis nəql etmişdir. Əbu Nəsr Mənsur ibn Əbi’s-Səqr
Şirvanidən hədis dinləmişdi. Şirvanın Yəzdiyyə (Şamaxı) şəhərindəki məscidlərdən
birində vaiz idi. Mühəddis Süleyman ibn Abdullah Şirvani onun yalan danışmaqda
məşhur olduğu üçün tərk edilmiş bir ravi olduğunu bildirmişdi. Mühəddislər ondan
hədis almırdılar. Onun nəql etdiyi hədislərin isnadlarında çox sayıda təhrif olduğu
bilinirdi. Əli ibn Əhməd əl-Fəzzaz Şirvani ‚Əxbaru’l-Həllac‛
1200
adlı kitab qələmə
almışdı. Əbü’l-Həsən əl-Fəzzaz dəfələrlə Şirvan qazisi Əbü’l-Qasım Həsən ibn Mümşad
əz-Zərəndi İsfəhaninin ağır tənqidinə məruz qalmışdı
1201
. Əbu Tahir Əhməd əs-Süləfi
İsfəhani (öl. 1181) Azərbaycanın şəhərlərinə səyahət edərkən Yəzdiyyədə onunla
görüşmüş və söhbət etmişdi
1202
. Vaiz Əbü’l-Həsən Əli Şirvaninin ölüm tarixi məlum
deyil. XI-XII əsrlərdə yaşamışdır.
Qazi Qiyasəddin Əbu Nəsr Muhəmməd ibn Abdullah ibn Abbas Şirvani
XIII əsrdə yaşamış Azərbaycanın tanınmış şafi’i fəqihlərindən idi. Qazi Qiyasəddin
Şirvani böyük mütəfəkkir, fəzilət və hikmət sahibi alim olmaqla yanaşı həmçinin dövlət
1199
SƏXAVİ, Zəvu’l-Lami’, C. I, s. 418.
1200
Hüseyn ibn Mənsur Həllac 921-ci ildə Bağdadda edam olunmuş mistik idi. Onun həyatı və sərgüzəştləriylə bağlı
bir neçə kitab yazılmışdır. Bunlardan biri də Əli ibn Əhməd ibn Fəzzaz Şirvaninin ‚Əxbaru’l-Həllac‛ kitabıdır.
1201
ZƏHƏBİ, Mizanü’l-E’tidal, C. IV, s.189; İBNü’s-SABUNİ, Təkmilətü’l-İkmal, s. 118; Əbü’l-Həsən Əli ibn Muhəmməd
KİNANİ, Tənzihü’ş-Şəri’ətü’l-Mərfuə, C. I, s. 86, Beyrut 1982.
1202
ƏBU TAHİR İSFƏHANİ, Mu’cəmü’s-Səfər, s. 288; İBN HƏCƏR, Lisanü’l-Mizan, C. IV, s. 157. İbn Həcər, digər
müəlliflərdən fərqli olaraq, vaiz Əbü’l-Həsən Əli Şirvaninin ləqəbini ‚Fəzzaz‛ deyil hekayəçi, hekayə oxuyan, vaiz
mənasını ifadə edən ‚Qussas‛ صاصُوُا
]
[ olaraq qeyd etmişdir. Bunun daha doğru olma ehtimalı böyükdür. Belə ki,
biz onun Hüseyn ibn Mənsur Həllacın həyat hekayəsini qələmə aldığını və peşəsinin də vaizlik olduğunu bilirik.
xadimi və ədib idi. İbnü’l-Fuvati onun öz müasiri olan qazilərə yazdığı bəzi məktubları
gördüyünü qeyd etmişdir
1203
.
Əbu Bəkr ibn Rüstəm Şirvani
Osmanlı dövlətində yaşamış tarixçi və dövlət xadimidir. O, uzun müddət Osmanlı
vergi dairələrində dəftərdar vəzifəsini icra etmişdi. H. 1139-cu (1727) ildə İstanbulda
vəfat etmiş və Süleymaniyyə camesi yaxınlığında dəfn edilmişdi. Əbu Bəkr Şirvani öz
dövrünün tanınmış ziyalılarından biri olaraq zəngin şəxsi kitabxanaya malik idi. O,
‚Malabəd li’l-Ədib‛ və ‚Şərhu Tarixi-Vəssaf‛
1204
adlı əsərlərin müəllifi idi
1205
.
Muhəmməd ibn Mahmud ibn Hacı Şirvani
Osmanlı dövlətində yaşamış müfəssir idi. Onun qələmə aldığı ‚Miftahü’n-Nəcat‛ adlı
qırx iki babdan ibarət əsər Qur’ani-Kərimdəki duaların izahına dair idi. Muhəmməd
Şirvani h. 912-ci (1506) ildə vəfat etmişdir
1206
. ‚Miftahü’n-Nəcat‛ın nüsxələrindən biri
Türkiyədə, Çorum Həsən paşa İHK-də saxlanılır.
Kəmaləddin ibn Asayiş ibn Yusif Şirvani
Hənəfi məzhəbinə mənsub, Osmanlı dövlətində yaşamış fəqih idi. H. 916-cı (1510) ildə
vəfat etmiş alim ‚Miftahü’s-Səadə və Misbahü’s-Siyadə‛ kimi bir sıra əsərlərin müəllifi
idi
1207
. Bu əsərin nüsxələrindən ikisi Konya BYEK-də saxlanılır. Bunlardan biri 1563-cü
ildə istinsəx edilmişdir.
Əllamə İsmayıl ibn Abdullah Şirvani
1203
İBNü’l-FUVATİ, Məcməü’l-Adab , C. IV/2, s. 1211.
1204
‚Tarixi-Vəssaf‛- Elxanilər dövrü tarixçilərindən Vəssaf Abdullah ibn Fəzlullah əş-Şirazinin (öl. 1334) ‚Təcziyətü’l-
Əmsar və Təzciyətü’l-Ə’sar‛ adlı əsərinin qısa adıdır. Əsər beş cilddən ibarət olub Orta Şərq regionunun tarixi və
coğrafiyası, həmçinin müəllifin yaşadığı dövrün tarixi hadirsələrinə dair qiymətli məlumatlar ehtiva edir. Lakin
‚Tarixi-Vəssaf‛ farsca ədəbi dildə və xeyli qəliz üslubla yazıldığı üçün sonrakı tarixçilər tərəfindən bir neçə dəfə
ixtisar edilmiş və şərh yazılmışdır. Belə şərhlərdən biri də Əbu Bəkr Şirvaniyə aiddir. Daha ətraflı məlumat üçün bax:
ŞEŞEN, həmin əsər, s. 239.
1205
BURSALI, Osmanlı Müəllifləri, C. I, s. 233.
1206
BURSALI, Osmanlı Müəllifləri, C. I, s. 392.
1207
BURSALI, Osmanlı Müəllifləri, C. I, s. 392.
Hənəfi məzhəbinə mənsub müfəssir və fəqih idi. Mənbələr onun dərin biliyə malik
tədqiqatçı alim olmaqla yanaşı mömin, fəzilətli, saleh əməlli, zahid, xoşrəftar insan
olduğunu qeyd edirlər. Cəlaləddin Dəvvanidən
1208
fiqh elmini öyrənmiş, Cəmaləddin
Xorasaninin yanında isə hədis oxumuşdu. Daha sonra xacə Übeydullah Səmərqəndinin
yanıda təsəvvüf təlimi almışdı. O, xacə Übeydullahın həm müridi, həm də dostu idi.
Xacə Übeydullah Səmərqəndinin ölümündən
1209
sonra İsmayıl Şirvani Məkkəyə getmiş
və orada tədrislə məşğul olmuşdu. Sultan II Bayəzidin hakimiyyəti dövründə (1481-
1512) Anadoluya getmiş və bir müddət Osmanlı dövlətinin hakimiyyəti altındakı
torpaqlarda yaşamışdı. Daha sonra yenə Məkkəyə qayıtmış və vəfatına qədər orada
yaşamışdı. Əllamə İsmayıl Şirvani ‚Təfsiri-Bəyzavi‛
1210
adlı əsərə haşiyə yazmışdı. Alim
h. 942-ci ilin zilhiccə ayında (iyun 1536) 84 yaşında Məkkədə vəfat etmişdi
1211
.
İmam Əbu Xələf Əvəz
1212
ibn Əhməd Şirvani
Mütəkəllim və fəqih idi. Cüveyninin ‚əl-Müxtəsər‛
1213
adlı əsərini ən gözəl şəkildə izah
və şərh edən Əbu Xələf Əvəz Şirvani bu şərhini ‚əl-Mötəbər fi Məsailü’l-Müxtəsər‛
1208
Cəlaləddin Muhəmməd ibn Əsəd Dəvvani (1426-1502) İranın Kazerun şəhərinin Dəvvan kəndində dünyaya
gəlmişdi. Hənəfi məzhəbi fiqhi üzrə öz dövrünün tanınmış alimi idi. O, Ağqoyunlu sultanı Uzun Həsən (1453-1478)
ona dərin hörmət bəsləmiş və himayə etmişdi. Cəlaləddin Dəvvani Ağqoyunlular dövründə Azərbaycanda yaşamış
məşhur alimlərdən idi. O, fiqhlə yanaşı, kəlam, üsul, əxlaq, ərəb dili və ədəbiyyatı kimi elm sahələrində böyük
mütəxəssis idi. Cəlaləddin Dəvvani həm də şair idi.
1209
Xacə Übeydullah ibn Mahmud ibn Şihabəddin Səmərqəndi 1490-cı ildə Səmərqənddə vəfat etmişdir. Mənbələr
İsmayıl Şirvaninin onun ölümündən sonra Məkkəyə getdiyini qeyd edirlər. Lakin haradan Məkkəyə getdiyinə dair
məlumat vermirlər. Ehtimal ki, Xacə Übeydullah vəfat edərkən İsmayıl Şirvani də Səmərqənddə idi və buradan
Məkkəyə getmişdi.
1210
Tam adı ‚Ənvarü’t-Tənzil və Əsrarü’t-Tə’vil‛ olan, həmçinin Təfsiri-Bəyzavi və ya Qazi Təfsiri adı ilə də tanınan
bu əsərin müəllifi Qazi Nasirəddin Abdullah ibn Ömər ibn Muhəmməd Bəyzavidir (öl. 1289). İranda, Şirazın Bəyza
qəsəbəsində dünyaya gəlmiş, dövrün məşhur alimlərinin tələbəsi olmuşdu. Bir müddət Şirazın baş qazisi olmuş,
daha sonra bu vəzifəni tərk edərək 1252-ci ildə Təbrizə gəlmiş və ölümünə qədər burada yaşamışdır. Təbrizdə tədris
fəaliyyəti ilə məşğul olmuşdu. Təfsir, hədis, fiqh, fiqh üsulu, kəlam, ərəb dili və ədəbiyyatı sahələrində bir sıra
əsərlərin müəllifidir. Bax: Həmidullah Mustəvfi QƏZVİNİ, Tarixi-Qozidə, (Trc. E. G. Browne), s. 222, London 1913.
1211
İBNü’l-İMAD, Şəzəratü’z-Zəhəb, C. VIII, s. 141; Nəcməddin Muhəmməd əl-QƏZZİ, Kəvakibü’s-Sairə Bi Əyani’l-
Miətü’l-Aşirə, s. 224, Beyrut 1997; TAŞKÖPRÜZADƏ, Şəqaiqü’n-Numaniyyə, s. 214.
1212
Mənbələrdə hərəkəsiz *ضٞػ+ kimi yazılan bu kəlməni *
َض ََّٞػ+ əvvəz və ya *ض َِٞػ+ ivəz kimi oxumaq mümkündür.
Hər ikisi ərəb dilində əvəzini vermə, mükafatlandırma, kompensasiya etmə mənasını ifadə edir. Bu gün
Azərbaycanda belə bir şəxs adı olduğu üçün biz burada bunu Əvəz kimi qeyd etdik.
1213
Əbu Muhəmməd Abdullah ibn Yusif ibn Muhəmməd əl-Cüveyni Nişapurinin (öl. 1047) ‚Muxtəsəru’l-Muxtəsər‛
adlı əsəri nəzərdə tutulur. Bu alim İmamu’l-Hərameyn ləqəbi ilə məşhur olmuş əşari kəlamçısı Əbü’l-Məali
Rüknəddin Əbdülməlik Cüveyninin atası idi.
adlındırmışdı. O, bu əsərini h. 544-cü ilin rəbiəlaxir ayında (avqust 1149) yazıb
bitirmişdi. Alimin ölüm tarixi h. 550-ci (1155-1165) illərə təsadüf edir
1214
.
Şeyx Bədrəddin Şirvani
Fəqih və müfəssir idi. Qazi Bəyzavinin ‚Ənvarü’t-Tənzil və Əsrarü’t-Tə’vil‛ adlı Qur’an
təfsirinə geniş şərh yazmış və təfsirdəki sözlərin izahını vermişdi. Şeyx Bədrəddin
Şirvani. H. 1020-ci ildə (1611) vəfat etmişdir
1215
.
Fəthəddin Əbdürrəhman ibn Muhəmməd ibn Fəthullah Şirvani
Şafi’i məzhəbinə mənsub fəqih və mühəddis idi. Məkkədə getmiş və burada təhsil
almışdı. Şəmsəddin Səxavinin dərslərində iştirak etmiş və onun yanında hədis elminə
dair biliklərə yiyələnmişdi
1216
. Ölüm tarixi məlum deyil. XV-XVI əsrlərdə yaşamışdır.
Mövlana Hüseyn ibn Abdullah Şirvani
XVI əsrdə Osmanlı imperatorluğunda yaşamış hənəfi məzhəbinə mənsub fəqih idi.
Onun Azərbaycandan Anadoluya hansı tarixdə getdiyi məlum deyil. Lakin şah
Təhmasibin (1524-1576) Şirvanı zəbt etməsindən sonra Səfəvilərin təzyiq və
təqiblərindən qurtulmaq üçün vətəni tərk etmək məcburiyyətində qalan alimlərdən biri
olduğunu söyləmək olar. Belə ki, mövlana Hüseyn Şirvani ‚Əhkamü’d-Diniyyə‛ adlı
əsərini Osmanlı sultanı Qanuni I Süleymana (1520-1566) təqdim etmişdi və bu kitab
Səfəvilərlə müharibə elan etməyin vacibliyini vurğulayan bir çox fətvanı ehtiva
edirdi
1217
. Qanuni I Süleymanın Səfəvilərə qarşı apardığı hərbi kampaniyalarda
mövlana Hüseyn Şirvaninin də rolu olduğu istisna deyil. Biri Konya BYEK, ikisi isə
Ankara Milli kitabxanasında olmaqla ‚Əhkamü’d-Diniyyə‛nin Türkiyədə üç əlyazma
nüsxəsi mövcuddur. Ankara Milli kitabxanasında mövlana Hüseyn Şirvaninin ‚Seyfü’l-
1214
SÜBKİ, Təbəqatü’ş-Şafi’iyyə əl-Kübra, C. VII, s. 144; ƏSNƏVİ, Təbəqatu’ş-Şafi’iyyə, C. II, s. 23.
1215
ƏDNİRƏVİ, Təbəqatü’l-Müfəssirin, s. 199-200.
1216
SƏXAVİ, Zəvu’l-Lami’, C. II, s. 284.
1217
DE SLANE, həmin əsər, s. 280.
Qati fi Bəyani-Etiqadi’r-Rafizi‛ və ‚Risalə fi’t-Təsəvvüf‛ adlı iki əsəri də mövcuddur.
Alim h. 947-ci ildə (1540) vəfat etmişdi.
Əbdürrəzzaq Şirvani
Şafi’i məzhəbinə mənsub fəqih və mütəkəllim idi. Hələbə getmiş və təqribən 20 il bu
şəhərdə yaşamışdı. Burada imam Əlaəddin Əbu Abdullah Muhəmməd əl-Buxari (1377-
1429) kimi dövrün məşhur alimlərinin tələbəsi olmuş, fiqh və fiqh üsulu dərsləri
almışdı. Bundan başqa kəlam elminə dair dərslər də almışdı. Əbdürrəzzaq Şirvani
Dəməşqdə ərəb dilinin qrammatikası, ümumi filologiya, natiqlik və məntiq dərsləri
vermişdir. Əbdürrəzzaq Şirvani Dəməşqdə vəfat etmişdi
1218
. Ölüm tarixi məlum deyil.
XIV-XV əsrlərdə yaşamışdır.
Şeyx Muhyəddin Muhəmməd ibn Cəmaləddin ibn Ramazan Şirvani
Müfəssir idi. Qazi Bəyzavinin ‚Ənvarü’t-Tənzil və Əsrarü’t-Tə’vil‛ adlı Qur’an təfsirinə
iki cildlik haşiyə yazmışdı. Şeyx Muhyəddin Şirvani h. 1063-cü ildə (1653) vəfat
etmişdi
1219
.
Şeyx Hamidəddin Əbdülmuhsin ibn Əbdüssəməd ibn Lütfullah ibn Muhəmməd ibn
Həsən Şirvani
Şafi’i məzhəbinə mənsub müfəssir və fəqih idi. Dayısı şeyx Səfiyəddin Əbdülmömin
ibn Əbdürrəhim Şirvanidən ərəb dili, fiqh və məntiq dərsləri almışdı. Dayısının
yanında ‚əl-Ənvar‛
1220
, ‚əl-Havi‛
1221
və Qonyəvinin bu əsərə yazdığı şərhi
1222
oxumuşdu. Daha sonra şeyx Səlahəddin Musa Ərdəbilinin tələbəsi olmuş, onldan
Qur’an elmlərinə dair məna, bəyan, təfsir və təfsir üsulu dərsləri almışdı. Qəvaməddin
1218
SƏXAVİ, Zəvu’l-Lami’, C. II, s. 322.
1219
ƏDNİRƏVİ, Təbəqatü’l-Müfəssirin, s. 211; KƏHHALƏ, Mu’cəmü’l-Müəllifin, C. III, s. 198.
1220
Fikrimizcə əllamə İzzəddin Yusif ibn İbrahim Ərdəbilinin (öl. 1377) şafi’i fiqhinə dair ‚Ənvar li Əməlü’l-Əbrar‛
adlı əsəri nəzərdə tutmuşdur.
1221
‚əl-Haviü’s-Səğir‛ Şeyx Nəcməddin Əbdülğəffar Qəzvininin (öl. 1266) şafi’i məzhəbi fiqhinə dair qələmə aldığı
əsərdir.
1222
Şeyx Əlaəddin Əbü’l-Həsən Əli əl-Qonyəvi Təbrizi (öl. 1329) Qəzvininin ‚əl-Haviü’s-Səğir‛ adlı əsərinə şərh
yazmışdır. (bax: səh. ???) Böyük ehtimalla Səxavi bu əsəri nəzərdə tutmuşdur.
Muhəmməd əl-Kərbalinin yanında Zəməxşərinin ‚əl-Kəşşaf‛ adlı təfsirini və imam
Buxarinin ‚Səhih‛ adlı hədis külliyatını oxumuşdu. Muhəmməd Şirazidən hədis
elmlərinə dair bilikləri öyrənmişdi. Dini elmlərlə yanaşı şeyx Hamidəddin Şirvani
riyaziyyat və astronomiya kimi dəqiq elmlərə dair biliklərə də yiyələnmiş, ‚Şərhi-
Çəğmini‛ni
1223
oxumuşdu. Şeyx Hamidəddin Şirvani Məkkəyə gəlmiş və bu şəhərdə
məskunlaşmışdı. Burada tədrislə məşğul olmuş və sonralar dövrün tanınmış
alimlərindən olmuş Übeydullah ibn Əla əl-İci, Şəmsəddin əz-Zəfərani kimi bir çoxları
onun tələbəsi olmuşdular. Şeyx Hamidəddin Şirvani alimliyi ilə yanaşı mömin, abid,
zahid, fəzilətli və saleh insan idi. Alim h. 889-cu ilin səfər ayında (mart 1484) Məkkədə
vəfat etmişdi
1224
.
Şeyx Səfiyəddin Əbdülmömin ibn Əbdürrəhim Şirvani
Şafi’i məzhəbinə mənsub fəqih idi. Şirvanda yaşamış, fiqh elmi ilə yanaşı ərəb
filologiyası və kəlam üzrə Azərbaycanın tanınmış alimlərindən biri olmuşdu. Yuxarıda
haqqında bəhs etdiyimiz şeyx Hamidəddin Şirvanin dayısı və müəllimi idi. Ölüm tarixi
məlum deyil. Təqribən XIV-XV əsrlərdə yaşamışdır
1225
.
Şeyx Əbu Abdullah Muhəmməd ibn Abdullah ibn Bakuyə əl-Bakuvi Şirvani
Təsəvvüf əhlinə mənsub mühəddis idi. Yaşadığı dövrün tanınmış mühəddislərindən
biri olan Əbu Abdullah Bakuvi, Əbu Abdullah Muhəmməd ibn Xəfif əş-Şirazi (öl. 981)
ilə görüşmüş və onun söhbətlərində iştirak etmişdi. Tanınmış sufi müəllif Əbü’l-Qasım
Quşeyri (öl. 1072) və Əbu Sə’d ibn Əbi Sadiq əl-Hiyri Əbu Abdullah Bakuvinin tələbəsi
olmuş, ondan hədis dinləmişdilər. Əbu Abdullah Bakuvinin ölüm tarixi h. 420-ci (1029)
ildən sonraya təsadüf edir
1226
. Əbu Abdullah əl-Bakuvinin ‚Əxbarü’l-Arifin‛ adlı əsərin
müəllifi olduğunu qeyd edən Katib Çələbi onun 428-ci (1037) ildə vəfat etdiyini yazır
1227
.
1223
‚Şərhi-Çəğmini‛ adı ilə tanınmış əsər Bursalı türk riyaziyyatçı və astronom Səlahəddin Musa Qazizadə Ruminin
dövrün məşhur riyaziyyatçı və astronomlarından biri olmuş Mahmud ibn Muhəmməd ibn Ömər Çəğmini
Xarəzminin (öl. 1221) ‚Müləxxəs fi’l-Hey’ə‛ adlı əsərinə yazdığı şərhdir.
1224
SƏXAVİ, Zəvu’l-Lami’, C. II, s. 466.
1225
SƏXAVİ, Zəvu’l-Lami’, C. II, s. 473.
1226
SƏM’ANİ, Kitabü’l-Ənsab, C. I s. 181; İBNü’l-ƏSİR, Lübab, C. I, s. 113.
1227
KATİB ÇƏLƏBİ, Kəşfü’z-Zünun, C. I, s. 83.
A. Bakıxanov isə onun h. 442-ci (1051) ildə vəfat etdiyini qeyd etmişdir
1228
. O, həmçinin
‚Bidayət Halü’l-Həllac və Nihayətuhu‛ və ‚Hikayətü’s-Sufiyyə‛adlı əsərlərin də
müəllifi idi
1229
.
Seyyid Yəhya ibn Seyyid Bəhaəddin əş-Şamaxi əl-Bakuvi Şirvani
Şamaxı şəhərində anadan olmuşdu. Atası varlı insan idi. Yeniyetmə yaşlarında yaxşı
təhsil almışdı. Şirvanşahlar dövründə Şamaxı Azərbaycanın elmə və mədəniyyət
mərkəzlərindən biri idi. O, Şamaxı mədrəsələrində Şəmsəddin Əxskəti, Hafizəddin
Gərdəri, Tacəddin Sərabi və Qütbəddin Sərabi kimi alimlərin tələbəsi olmuşdu. O,
zahirən yaraşıqlı insan olmaqla yanaşı gözəl əxlaqlı və xoşrəftar insan idi. Şeyx
Pirzadənin vasitəçiliyi ilə şeyx Sədrəddin Xəlvəti ilə tanış olmuş və onun müridi
olmuşdu. Atası seyyid Bəhaəddin oğlunun sufizmə meyl etməsinə qəti surətdə etiraz
etmişdi. Bunun əsas səbəbi isə həmin dövrdə Şirvanda sufizmə qarşı münasibətin mənfi
olması idi. O, şeyx Sədrəddin Xəlvətinin qızı ilə evlənmişdi. Şeyx Sədrəddin Xəlvətinin
ölümündən sonra köhnə dostu və bacanağı olan Pirzadə ilə aralarında şeyxlik
məsələsinə görə anlaşmazlıq meydana gəlmişdi. Seyyid Yəhya Şamaxıdan Bakıya
köçmüş və ömrünün sonuna qədər burada yaşayaraq xəlvəti təriqətini yaymışdı.
Şirvanşah Xəlilullah Dərbəndi (1416-1464) onu himayə etmiş və Bakıda xəlvəti
təriqətinin ilk dərgahı açılmışdı. Bakıda xəlvəti xanəgahı ilə yanaşı məscid və
mədrəsənin inşasına da Şirvanşah Xəlilullah maddi yardım göstərmişdi. Mövlana Yusif
Məxdum, Dədə Ömər Rövşəni, qazi Ziya Şirvani, Qubad Şirvani, Əbdülməcid Şirvani
seyyid Yəhyanın tanınmış müridlərindən və xəlifələrindən idilər. Seyyid Yəhya Bakuvi
‚Kəşfü’l-Qülub‛ adlı əsərini Şirvanşah Xəlilullaha ithaf etmişdi. Bundan başqa seyyid
Yəhya Şirvani ‚Şərhi-Sualati-Gülşəni-Raz‛
1230
, ‚Əsrarü’t-Talibin‛
1231
, ‚Şəfaü’l-Əsrar‛,
‚Əsrarü’l-Vəhy‛, ‚Əvradü’s-Subah‛
1232
, ‚Virdü’s-Səttar‛
1233
, ‚Gülşəni-Əsrar‛
1234
adlı
1228
BAKIXANOV, Gülüstani-İrəm, s. 195, Bakı 1951.
1229
MƏMMƏDOV, həmin əsər, s. 9-10.
1230
‚Gülşəni-Raz‛ azərbaycanlı mütəsəvvif şeyx Mahmud Şəbüstərinin (1340) əsəridir.
1231
Bu iki əsərinin əlyazma nüsxələri Türkiyə, Çorum Həsən paşa İHK-də mövcuddur.
1232
Bu əsərin əlyazma nüsxələrindən biri Ankara, Milli kitabxanada saxlanılır.
1233
Türkiyənin əlyazma əsər kitabxanalarında bu əsərin bir neçə nüsxəsi mövcuddur. Bunlardan biri də İstanbul,
Nuriosmaniyyə kitabxanasındadır.
1234
Bu əsərin əlyazma nüsxələrindən biri İstanbul Millət kitabxanasında saxlanılır.
əsərlərin müəllifi idi. H. 868-ci ildə (1464) Bakıda vəfat etmiş və Şirvanşahlar saray
kompleksinin həyətindəki türbədə dəfn edilmişdir
1235
.
Dostları ilə paylaş: |