Əbu İmran Musa ibn İmran ibn Musa ibn Hilal Səlmasi
Mühəddis idi. Hədis dinləmək üçün çox səyahət etmişdi. Onun babası Musa ibn Hilal
Səlmasi də tanınmış hədis ravisi idi
1017
. Dəməşqdə Əbü’l-Həsən ibn Cəusa, Əbu Təyyib
Əhməd ibn İbrahim, Məkhula əl-Beyrutidən, Hələbdə Əbu Bəkr Muhəmməd ibn
Bərəkətdən hədis dinləmişdi. Bundan başqa o, Bağdad, Kufə, Rey, Rəqqə, Nusəybin,
Rəmlə və Həma şəhərlərini gəzmiş və burada Muhəmməd ibn Müxəllid əl-Əttar, Cə’fər
ibn Muhəmməd əl-Xuldi kimi ravilərdən hədis dinləmişdi. Əbu Müzəffər Mihnəd ibn
Müzəffər ibn Həsən Səlmasi, şərif Əbü’l-Qasım əz-Zeydi əl-Hərrani, Muhəmməd ibn
Əhməd ibn Səfvət əl-Məsisi ondan hədis dinləmişdilər. İbn Əsakir onun hədis dinlədiyi
və ondan hədis dinləmiş onlarla ravinin adını qeyd etmişdir. Alim h. 380-ci il rəbiülaxir
ayında (iyul 990) Səlmasda vəfat etmişdi
1018
.
Şərəfəddin Əbü’l-Qasım İbrahim ibn Abdullah ibn Əbu Əyyub Səlmasi
Şafi’i məzhəbinə mənsub fəqih idi. H. 828-ci ildə (1425) Səlmas şəhərində anadan
olmuşdu. Ağqoyunlu imperatoru Uzun Həsənin (1453-1478) hakimiyyəti dövründə
Təbriz şəhəri qaziliyinə təyin olunmuş, həmçinin bu şəhərdə müxtəlif fənnlərdən dərs
vermişdi. O, həmçinin bir sıra əsərlərin də müəllifi idi. Şəmsəddin Səxavi, Şərəfəddin
Əbü’l-Qasım Səlmasi ilə h. 886-cı ildə (1482) Məkkədə, həcc ziyarəti vaxtı tanış
olduğunu qeyd etmişdir. Şərəfəddin Əbü’l-Qasım burada Şəmsəddin Səxavidən
müsəlsəl hədislərə
1019
dair qısa müddətli dərs almışdı
1020
.
1016
Mehmet Nadir ÖZDEMİR, ‚Abbasi Halifeleri İle Büyük Selçuklu Sultanları Arasındakı Münasebetler‛, SÜTAD,
S. 24, Konya 2008, ss. 315-369.
1017
YAQUT əl-HƏMƏVİ, Mu’cəmü’l-Büldan, C. IV, s. 106.
1018
İBN ƏSAKİR, Tarixu-Mədinəti-Diməşq, C. VII, s. 187; YAQUT əl-HƏMƏVİ, Mu’cəmü’l-Büldan, C. IV, s. 106.
Yuxarıda adları sadalanan şəhərlərdən Nusəybin Türkiyənin (Suriya sərhəddində), Rəmlə, Rəqqə, Həma isə
Suriyanın şəhərləridir.
1019
‚Müsəlsəl hədis‛ üçün bax: AYDINLI, Hadis Istılahları Sözlüğü, s. 114-115.
1020
SƏXAVİ, Zəvu’l-Lami’, C. I, s. 43.
Şeyx Əlaəddin Əbu Abdullah Muhəmməd ibn Osman ibn Əhməd Səlmasi
Şafi’i məzhəbinə mənsub fəqih, Qur’ani-Kərim hafizi idi. Bağdadda Nəzamiyyə
mədrəsəsində fiqh dərsləri vermişdi. O, gözəl əxlaqlı, saleh və xoşrəftar insan idi. H.
616-cı ildə (1219) Bağdaddakı ‚əl-Qərənfilitin‛ Darü’l-Qur’anı
1021
şeyxliyinə təyin
olunmuşdu
1022
. Ölüm tarixi məlum deyil. XII-XIII əsrlərdə yaşamışdır.
Əbu Muhəmməd Həsən ibn Muhəmməd ibn Cə’fər ibn Davud ibn Həsən Səlmasi
Hədis ravisi olan alim yuxarıda haqqında məlumat verdiyimiz Əbu Abdullah Hüseyn
Səlmasinin əmisi idi. Hüseyn ibn Muhəmməd ibn Übeyd əl-Əskəridən hədis dinləmiş
və nəql etmişdi. Əli ibn Əhməd əs-Sə’tri ondan hədis dinləmişdi. Əbu Muhəmməd
Həsən Səlmasi h. 419-cu ilin səfər ayında (mart 1028) Mədinədə vəfat vəfat etmişdi
1023
.
Əbu Nəsr Muhəmməd ibn Həsən ibn Muhəmməd ibn Cə’fər ibn Davud ibn Həsən
Səlmasi
Səduq hədis ravisi idi. Əbu Muhəmməd Həsən Səlmasinin oğlu, Əbu Abdullah Hüseyn
Səlmasinin əmisi oğlu idi. Əbu Tahir Muhəmməd ibn Əbdürrəhman əl-Müxəllis,
Muhəmməd ibn Əli ibnü’n-Nəzir əd-Diybacidən hədis dinləmiş və dinlədiyi hədisləri
qeyd etmişdi. Çox az hədis nəql etmişdi. Əbu Nəsr Muhəmməd Səlmasi h. 444-cü ilin
rəiülaxir ayında (avqust 1052) vəfat etmişdi
1024
.
Əbu Tahir Muhsin ibn Cə’fər ibn Muhəmməd ibn Cə’fər ibn Davud ibn Həsən
Səlmasi
Siqa, yəni mötəbər hədis ravisi və fəqih idi. Bağdadda yaşayırdı. Əbu Abdullah Hüseyn
ibn Cə’fər Səlmasinin qardaşı idi. O, qardaşından 10 yaş kiçik olduğunu deyirdi. Əli ibn
Ömər əl-Hərbi, Əbu Həfs Ömər ibn Əhməd ibn Şahin, Əbu Tahir Muhəmməd ibn
Əbdürrəhman əl-Müxəllisdən hədis dinləmiş, dinlədiyi hədisləri qeyd etmişdi. Bir
1021
Müasir təhsil sistemi ilə müqayisə edəcək olsaq bu ‚Qur’an Elmləri Kafedrası Müdürlüyü‛ kimi vəzifədir deyə
bilərik.
1022
İBNü’l-FUVATİ, Məcməü’l-Adab , C. IV/2, s. 1091.
1023
SƏM’ANİ, Kitabü’l-Ənsab, C. II, s. 394.
1024
SƏM’ANİ, Kitabü’l-Ənsab, C. II, s. 394-395.
müddət Əbu Hamid əl-İsfərayini
1025
ilə həmsöhbət olmuş, ondan şafi’i fiqhini
öyrənmişdi. Alim 436-cı ilin şəvval ayında (may 1045) Bağdadda vəfat etmiş və cənazə
namazını qardaşı Əbu Abdullah Hüseyn Səlmasi qıldırmışdı
1026
.
Əbü’l-Qasım Cə’fər ibn Muhsin ibn Cə’fər ibn Muhəmməd ibn Cə’fər ibn Davud
Səlmasi
Əbu Tahir Muhsin Səlmasinin oğlu, mühəddis və tarixçi idi. Bağdadda doğulub
böyümüş, bu şəhərdəki tanınmış alimlərin tələbəsi olmuşdu. Atasından, həmçinin Əbu
Muhəmməd Həsən əl-Xəllaldan hədis dinləmişdi. Tarixçi İbn Əsakir onun Bağdad
şəhərinin tarixinə dair əsər qələmə aldığını bildirmişdi
1027
. Ölüm tarixi məlum deyil. XI
əsrdə yaşamışdı.
Əbu Qalib Səid ibn Muhsin ibn Cə’fər ibn Muhəmməd ibn Cə’fər ibn Davud
Səlmasi
Əbu Tahir Muhsin Səlmasinin oğlu, Əbü’l-Qasım Cə’fər Səlmasinin qardaşı idi.
Mühəddis olan Əbu Qalib atasından hədis dinləmişdi. H. 440-cı ildə (1048) isə əmisi
Əbu Abdullah Hüseyn ibn Cə’fər Səlmasidən hədis dərsləri almışdı
1028
. O, hədis elminə
dair bir əsərin müəllifi idi. Ölüm tarixi məlum deyil. XI əsrdə yaşamışdır.
Hacib Əbü’l-Fütuh Əhməd ibn Muhsin ibn Cə’fər Səlmasi
Abbasi xəlifələrinin divanındakı haciblərdən
1029
biri idi. Xəlifə II Müqtəfi Billahın (1136-
1160) hakimiyyəti dövründə baş haciblik vəzifəsinə təyin edilmiş, lakin daha sonra bu
vəzifədən azad edilmişdi. Sarayda vəzir Əbü’l-Qasım Əli Zeynəbinin dərslərini
1025
Əbu Hamid Əhməd ibn Muhəmməd İsfərayini (öl. 1016). Şafi’i məzhəbinə mənsub müctəhid alim idi. Əslən
Xorasanın İsfərayin (Nişapur şəhərinin şimali-qərbində) qəsəbəsindən olub Bağdadda böyümüş və təhsil almışdı.
1026
XƏTİB BAĞDADİ, Tarixu-Bağdad, C. XIII, s. 156; SƏM’ANİ, Kitabü’l-Ənsab, C. II, s. 394-395.
1027
İBN ƏSAKİR, Mu’cəmü’ş-Şüyux, s. 57.
1028
İBN ƏSAKİR, Mu’cəmü’ş-Şüyux, s. 99.
1029
Haciblik orta əsr müsəlman dövlətlərində mühüm saray vəzifələrindən biri idi. Haciblərin əsas işi əhalinin mülki
məsələlərlə bağlı şikayətlərini dinləyərək qeyd etmək və bu şikayətləri dövlət başçısına çatdırmaq idi. Hansı məsələ
ilə bağlı, kimin dövlət başçısının qəbuluna daxil olacağını da haciblər müəyyənləşdirirdilər. Bu mənada haciblərin
bir növ ‚ictimaiyyətlə əlaqələr‛ funksiyasını yerinə yetirdiklərini demək olar.
dinləmiş, saray protokolu və divan qaydalarını öyrənmişdi. H. 558-ci ildə (1163) vəfat
etmişdi
1030
.
Əlaəddin Əbu Abdullah Muhəmməd ibn Əhməd ibn Muhəmməd Səlmasi
Şafi’i məzhəbinə mənsub fəqih idi. Bağdada getmiş və Nizamiyyə mədrəsəsində təhsil
almışdı. Burada fiqh, fiqh üsulu sahəsində ixtisaslaşmışdı. Abid və zahid insan kimi
tanınmışdı. Qur’an hafizi idi və çox tilavət edərdi. Saatlarla zikr etməklə məşğul olurdu.
H. 638-ci ilin zilqədə ayının 4-ü (17 may 1241) vəfat etmişdi
1031
.
Xətib Qiyasəddin Əbu Mənsur Muhəmməd ibnü’l-Mübarək ibn İbrahim Səlmasi
XIII əsrdə yaşamış Azərbaycanın bacarıqlı xətibi, şafi’i fəqihi, Qur’an hafizi idi.
Bağdada
gedərək
bu
şəhərdəki
mədrəsələrdə
təhsil
almışdı.
Bağdada
mühəddislərindən hədis dinləmiş və hədis elmlərinə dair biliklərə yiyələnmişdi
1032
.
Şeyx İmaməddin Əbü’s-Səud Sə’dullah ibn Hüseyn Səlmasi
Hənəfi məzhəbinə mənsub fəqih və qari idi. H. 812-ci ildə (1409) Azərbaycandakı
mədrəsələrdə təhsil almış, daha sonra təhsilini davam etdərmək üçün Misirə getmişdi.
Qahirədə Sə’dəddin ibnü’d-Deyrinin tələbəsi olmuşdu. Şəmsəddin ibn Nəccardan
Qur’ani-Kərimin qiraəti və təcvidini öyrənmişdi. Qur’an hafizi idi. Bir müddət
Qahirədəki Berdibək camesinin imamı olmuş, daha sonra Qüdsdəki Məscidü’l-Əqsanın
hənəfi camaatına imamlıq etmişdi. Sonra isə Dəməşq qazisinin müavini vəzifəsinə təyin
olunmuşdu. H. 3 cəmadiələvvəl 890-cı ildə (18 may 1485) Qüdsdə vəfat etmişdi.
Sə’dullah Təbrizi fəzilətli, nəcib, işində ədalətli və mömin insan idi. Bu kimi şəxsi
keyfiyyətləri səbəbiylə Qüds və Dəməşq əhalisi onu sevir və ehtiram göstərirdilər
1033
.
Şeyx İmaməddin Sə’dullah Səlmasinin h. 847-ci ildə (1444) öz dəsti-xətti ilə Qur’ani-
1030
SƏFƏDİ, Vafi bi’l-Vəfayat, C. VII, s. 199.
1031
İBNü’l-FUVATİ, Məcməü’l-Adab , C. IV/2, s. 1085.
1032
İBNü’l-FUVATİ, Məcməü’l-Adab , C. IV/2, s. 1213.
1033
SƏXAVİ, Zəvu’l-Lami’, C. II, s. 138.
Kərimin təcvid və tilavət qaydalarına dair qələmə aldığı bir risalənin nadir nüsxəsi
Paris milli kitabxanasında mühafizə edilir
1034
.
Əbü’l-Həfs Ömər ibn Yusif ibn Hüseyn Səlmasi
Hədis ravisi idi. Əhməd ibn Muhəmməd ibn Ömərdən hədis dinləmiş və nəql etmişdi.
Hibətullah ibnü’l-Mübarək əs-Suqti
1035
də ondan hədis dinləmişdi
1036
. Ölüm tarixi
məlum deyil. XI əsrdə yaşamışdır.
Əbu Bəkr Muhəmməd ibn Osman ibn Həsən ibn İbrahim ibn Həsnuyə
1037
əl-Bəzzaz
Səlmasi
Mühəddis idi. h. 549-cu ilin rəcəb ayında (sentyabr 1154) Bağdadda dünyaya gəlmiş, bu
şəhərdə böyümüş və təhsil almışdı. ‚əl-Bəzzaz‛ ləqəbindən özünün və ya ata-
babalarından birinin parça taciri olduğunu təxmin etmək olar. Bağdadda mühəddis
Əbü’l-Vəqt əs-Səcizinin tələbəsi olmuş, imam Buxarinin ‚Səhih‛ini və bu əsərin şərhini
oxumuş, ondan hədis elmini öyrənmişdi. Əbu Bəkr Muhəmməd Səlmasi h. 617-ci ilin
rəbiəlaxir ayında (iyun 1220) Bağdadda vəfat etmişdi
1038
.
Əllamə Əbü’l-Həsən Müzəffər ibn Həsən ibn Mihnəd Səlmasi
Mühəddis idi. Bağdadda və İraqın digər şəhərlərində Osman ibn İsmayıl əs-Sukkəri
Bağdadi kimi mühəddislərdən hədis dərsləri almışdı. Onun hədis dinlədiyi ravilər
arasında Əbü’l-Həsən ibn Cəusa, Əbu Bəkr ibn Ziyad Nişapuri də olmuşdur. Əbü’l-
Həsən Müzəffər Səlmasi h. 359-cu ildə (970) İsfəhana gəlmiş və burada tələbələrə hədis
dərsləri vermişdi. Hafiz Əbu Bəkr Əhməd ibn Musa, Əbü’l-Abbas Əhməd Naxçıvani,
Əbu Bəkr Əhməd ibn Cərir ibn Hübeyş Süleymani ondan hədis dinləmişdilər
1039
. Oğlu
Əbu Müzəffər Mihnəd Səlmasi də ondan hədis dinləmişdi. Ondan atasının məzhəbi
1034
DE SLANE, həmin əsər, s. 146-147.
1035
Əbü’l-Bərəkat Hibətullah ibnü’l-Mübarək əs-Suqti Bağdadi (öl. h. 509/1115) məşhur hədis alimlərindəndir.
1036
SƏM’ANİ, Kitabü’l-Ənsab, C. II, s. 394-395; İBN HƏCƏR, Lisanü’l-Mizan, C. IV, s. 262.
1037
[
ٚ٣ٍٞ٘ؼ
]
– Bu ad Həsənveyh olaraq da oxuna bilər.
1038
ZƏHƏBİ, Müxtəsər Tarixi-İbnü’d-Dübeysi, s. 49.
1039
İBN ƏSAKİR, Tarixu-Mədinəti-Diməşq, C. LVIII, s. 376-377; SƏM’ANİ, Kitabü’l-Ənsab, C. II, s. 394-395.
soruşulanda o, Əbü’l-Həsən Müzəffər Səlmasinin hədis əhlinin məzhəbindən və səhabə
ilə tabiunun mənhəcinə mənsub olduğunu demişdi. Əbü’l-Həsən Müzəffər Səlmasi h.
381-ci ildə (991) Uşnuh
1040
şəhərində həbsxanada vəfat etmiş və cənazəsi Səlmasa
aparılıb orada dəfn edilmişdir
1041
. İbn Əsakir onun hansı səbəbdən həbsxanaya
düşdüyünü qeyd etmir. İbn Əsakir öz əsərində
1042
Əbü’l-Həsən Müzəffər Səlmasinin
nəql etdiyi hədislərdən ikisini qeyd etmişdir:
Abdullah ibn Məs’ud (ا) dedi: Rəsulullah (م) buyurdular ki; ‚Ölülərinizi saleh
insanların arasında dəfn ediniz. Çünki yaşayan (hər hansı bir şəxs) özünün pis
qonşusundan əziyyət gördüyü kimi ölü də pis qonşusundan əziyyət görür‛
1043
.
Ənəs ibn Malik (ا) dedi: Rəsulullah (م) buyurdular ki; ‚(Dəfn edilmək üçün aparılan)
cənazəni (məzara qədər) üç şey müşayət edər. Bunlardan ikisi geri qayıdar, biri isə
qalar. Onu (ölünü) ailəsi, mal-dövləti və əməli müşayət edər. Ailəsi və mal-dövləti
qayıdar, əməli qalar‛
1044
.
Əbu Müzəffər Mihnəd ibn Müzəffər ibn Həsən ibn Mihnəd Səlmasi
Mühəddis idi. Əbü’l-Həsən Müzəffər Səlmasinin oğlu idi və atasından hədis
dinləmişdi. Həmçinin Əbu İmran Musa ibn İmran ibn Musa ibn Hilal Səlmasidən hədis
dinləmiş və nəql etmişdi
1045
. Ölüm tarixi məlum deyil. X-XI əsrlərdə yaşamışdır.
Qazi Əbu Bəkr Əhməd ibn Hureyz ibn Əhməd ibn Xumeyyis ibn Əhməd ibn
Hüseyn ibn Musa Səlmasi
Yaşadığı dövrün tanınmış mühəddislərindən idi. Onun hədis dinlədiyi və hədis
elmlərinə dair bilikləri öyrəndiyi alimlərdən Əbu Əli Hüseyn ibn Muhəmməd ibn Yusif
əl-Lihyani, Əbü’l-Qasım Təyyib ibn Yəmən, fəqih İsa ibn Süleyman, Yusif ibn Hüseyn,
Abdullah ibn Muhəmməd ibn Həbbabə, hafiz Əbu Həfs Ömər ibn Şahin Bağdadi (öl.
1040
Uşnuh və ya Uşnu Azərbaycanın şəhərlərindəndər. Urmiyə gölünün cənubi-qərbində yerləşir.
1041
İBN ƏSAKİR, Tarixu-Mədinəti-Diməşq, C. LVIII, s. 377.
1042
İBN ƏSAKİR, yenə orada.
1043
Əbu’ş-Şüca Şiruyə ibn Şəhrdar ibn Şiruyə əd-DEYLƏMİ, Firdəvsu’l-Əxbar, C. I, s. 102, Dəməşq 1997. ( ػٌٝ ًْاذٞٓ اٞ٘كقا
ءٍُٞا ناعت ٢ؽُا ٟلأر٣ أً ٙناعت ٟلأر٣ د٤ُٔا ٕاك ٖ٤ؽُاص ّٞه)
1044
MÜSLİM, Səhih, bab: Zöhd, hədis Nr. 2960. (ِٚٔػ ٠وث٣ٝ ُٚآٝ ِٚٛأ ٕا٘شا غظه٤ك ِٚٔػٝ ُٚآٝ ِٚٛأ ٙهثه ٠ُئ د٤ُٔا غثر٣)
1045
YAQUT əl-HƏMƏVİ, Mu’cəmü’l-Büldan, C. IV, s. 106.
995), Əbu Bəkr ibn Şazan, Əbu Bəkr ibn İsmayıl əl-Vərraq, Əbu İshaq İbrahim ibn
Əhməd Təbərinin adını sadalaya bilərik. Qazi Əbu Əmr Əhməd ibn Hureyz Səlmasinin
yetişdirdiyi tələbələr arasından Əbü’l-Həsən ibn Əbü’l-Hədid, Əbü’l-Qasım ibn Əbü’l-
Əla, Əbu Abdullah ibn Əbü’l-Hədid, Əbü’l-Qasım Ömər ibn Əhməd Amidi kimi hədis
alimləri çıxmışdı. Salmasda onun tələbəsi olmuş mühəddislərdən Mahmud ibn Səadə
Səlmasinin (öl. 1116) adını çəkə bilərik. Alim h. 428-ci ildə həcc ziyarətinə gedərkən
ramazan ayında (18 iyun-17 iyul 1037) Hələb və Dəməşqdə qalmışdı. Bu şəhərlərdə
qaldığı müddətdə hədis dərsləri vermişdi. Ölüm tarixi məlum olmayan alim X-XI
əsrlərdə yaşamışdır. Hələb şəhərinin tarixini qələmə almış İbnü’l-Adim Hələbdə qaldığı
müddətdə Əbu Bəkr Əhməd ibn Hureyz Səlmasinin dərslərini dinləmiş, öz əsərində
Əbu Əli Hüseyn ibn Muhəmməd ibn Yusif əl-Lihyaninin ondan eşitdiyi bir hədisi qeyd
etmişdir:
Abdullah ibn Abbas (ا) dedi: Allah Rəsulu (م) buyurdular: ‚Sərxoşluq verən hər
(maddə) şey haramdır‛
1046
.
Əbü’l-Qasım Hureyz ibn Əhməd ibn Hureyz ibn Əhməd ibn Xumeyyis ibn Əhməd
ibn Hüseyn Səlmasi
Mühəddis idi. Yaşadığı dövrün fəziləti, təmiz əqidəsi və bəlağəti ilə məşhur
imamlarından biri olan alim Səlmas şəhərinin qazisi mühəddis Əbu Bəkr Əhməd ibn
Hureyz Səlmasinin oğlu idi
1047
. Doğma şəhəri Səlmasda dərs verən mühəddis Mütəhhər
ibn Muhəmməd əl-İsfəhanidən hədis dinləmiş və nəql etmişdi. Mühəddis Əbü’l-
Bərəkat Hibətullah ibnü’l-Mübarək əs-Suqti ondan hədis dinləmişdi
1048
. Ölüm tarixi
məlum deyil. XI-XII əsrlərdə yaşamışdır.
Əbu Yə’la Hureyz ibn İshaq ibnü’l-Müəmmil Səlmasi
1046
İBNü’l-ADİM, Buğyətü’t-Tələb, C. I, s. 186. Müəllif burada həmin hədisin ərəbcə mətnini belə qeyd etmişdir: * ًَ
ّاهؼ هٌٍٓ+. Eyni mənanı ifadə edən nisbətən fərqli mətnli * ٌّا َهَؼ ََُٜٞك َهٌٌَْأ ٍباهَش ًَُُّ+ hədis xanım Ayşə (ٍ), Abdullah ibn
Əmr (ا) və Əbu Musa əl-Əş’əri (ا) silsiləsi ilə də nəql olunmuşdu. Bax: CANAN, Kutubi-Sitte, Tercüme ve Şerhi, C. VIII,
s. 124.
1047
ƏBU TAHİR İSFƏHANİ, Mu’cəmü’s-Səfər, s. 361.
1048
SƏM’ANİ, Kitabü’l-Ənsab, C. II, s. 394-395.
Hədis ravisi idi. Bağdadda Muhəmməd ibn Əli ibn Səxrdən hədis dinləmişdi.
Hibətullah ibnü’l-Mübarək əs-Suqti də ondan hədis dinləmiş və nəql etmişdi
1049
. Ölüm
tarixi məlum deyil. Təqribən X əsrdə yaşamışdır.
Kəmaləddin Əbü’l-Həsən Nemətullah ibn Ömər ibn Əbü’l-Həsən Səlmasi
Səlmas şəhərinin hakimi və bu şəhərin adlı-sanlı əyanlarından biri olan Nemətullah
Səlmasi həmçinin mühəddis idi. Qazi Əbu Muhəmməd Abdullah ibn Əhməd ibn
Hureyz Səlmasi
1050
ondan hədis dinləmişdi
1051
. Hafiz Əbu Tahir əs-Süləfi (1083-1181)
Səlmasda olarkən Kəmaləddin Səlmasi ilə görüşüb söhbət etmiş, ondan hədis
dinləmişdi. Hafiz Əbu Tahir onun gözəl xətti olduğunu bildirmiş, onu xeyirxah,
mehriban və alicənab insan kimi təsvir etmişdi
1052
. Ölüm tarixi qeyd olunmur. XI-XII
əsrlərdə yaşamışdır.
Əbü’l-Qasım Mahmud ibn Səadə ibn Əhməd Səlmasi
Mühəddis idi. Onun ulu babası Musa ibn Hilal Səlmasi (öl. 990) də mühəddis olmuşdu.
Musa ibn Hilal Səlmasi Ömər ibn Şəbbə
1053
və onun yoldaşlarından hədis dinləmiş və
nəql etmişdi. Yaxın qohumlarından Əbu İmran Musa ibn İmran ibn Musa ibn Hilal
Səlmasi də mühəddis olmuşdu. Mahmud ibn Səadə Səlmasi ilə görüşüb ondan hədis
dinləyən Əbu Tahir Əhməd əs-Süləfi İsfəhani onun Səlmas qazisi Əbu Bəkr Əhməd ibn
Hureyz Səlmasi, İsmayıl ibn Əbdürrəhman əs-Sabuni Nişapuridən hədis dinləyib nəql
etdiyini qeyd etmişdir. Mahmud ibn Səadə Səlmasi yaşlı vaxtlarında hədis dərsləri
vermək üçün səyahətə çıxmışdı. Azərbaycan, Arran, Şirvan, hətta Dərbənd və
ətrafındakı şəhərləri gəzmiş, buralarda hədis dərsləri vermişdi. Alim h. 510-cu ildə
(1116) Səlmasda vəfat etmişdi
1054
.
1049
BAĞDADİ, Təkmilətü'l-İkmal, C. II, s. 248.
1050
Bu şəxs yuxarıda haqqında bəhs etdiyimiz qazi Əbu Bəkr Əhməd ibn Hureyz Səlmasinin oğlu və Əbü’l-Qasım
Hureyz ibn Əhməd Səlmasinin qardaşı idi.
1051
İBNü’s-SABUNİ, Təkmilətü’l-İkmal, s. 127; BÜNYADOV, ‚Vidnıye Deyateli Azerbaydjana v Soçinenii İbn al-
Fuvati‛, s. 61-67.
1052
ƏBU TAHİR İSFƏHANİ, Mu’cəmü’s-Səfər, s. 234.
1053
Ömər ibn Şəbbə ən-Numeyri əl-Bəsri (öl. 876) mühəddis və tarixçi idi. O, ‚Tarixu-Mədinə‛ adlı əsərin müəllifi idi.
Bu kitabda Allah Rəsulu (م) və Raşid xəlifələr dövründə Mədinə şəhərinin tarixi öz əksini tapmışdı.
1054
ƏBU TAHİR İSFƏHANİ, Mu’cəmü’s-Səfər, s. 361; ƏBU TAHİR İSFƏHANİ, Ərbəinü’l-Büldaniyyə, s. 102.
Şeyx Sədidəddin Muhəmməd ibn Hibətullah ibn Abdullah Səlmasi
Şafi’i məzhəbinə mənsub fəqih idi. O, öz dövrünün məşhur alimlərindən idi və
Bağdadda İmadəddin Muhəmməd ibn Yunis və onun qardaşı Kəmaləddin Musa ibn
Yunisin tələbəsi olmuşdu. Fiqh elminə dair bir sıra əsərlərin müəllifi olan şeyx
Sədidəddin Muhəmməd Səlmasi Bağdad Nizamiyyə mədrəsəsində əvvəlcə müid
(aspirant), sonra isə müdərris olmuşdur. Sədidəddin Muhəmməd Səlmasi, Əbu Hamid
Qəzzalinin
1055
elmi irsinin davamçılarından idi. O, Əbu Hamid Qəzzalini mədh etmiş və
bir alim kimi onu yüksək qiymətləndirmişdi. Şeyx Sədidəddin Muhəmməd Səlmasi
Bağdadda fətva mərcii idi. Alim h. 574-ci ilin şaban ayında (yanvar 1179) vəfat
etmişdi
1056
.
Vaiz Əbu Tahir İbrahim ibn Əhməd ibn Muhəmməd ibn Əhməd Səlmasi
Müfəssir idi. Təfsirlə yanaşı hədis və ərəb ədəbiyyatı sahəsində də mütəxəssis idi. O,
mömin, vəra’ və sidq sahibi insan idi. Hafiz Şəmsəddin Muhəmməd Davudi və
Cəlaləddin Süyuti vaizlik sənətində yaşadığı əsrdə onun misli olmadığını qeyd
etmişdilər. Əbu Tahir İbrahim Səlmasi hədis mətnlərinin istandı sahəsində də dərin
biliyə malik idi. Əbü’l-Qasım ibn Ələyyək Nişapuridən və Əbu Hatim Əbdürrəhman
ibnü’r-Rəvvas Naxçıvanidən hədis dinləmişdi. Hibətullah ibnü’s-Səqti də ondan hədis
dinləmişdi. Alim 433-cü ildə (1042) anadan olmuş, 496-cı ilin cəmadiəlaxir ayında (mart
1103) Xoy şəhərində vəfat etmişdir
1057
.
Dostları ilə paylaş: |