Əbu Bəkr Əhməd ibn Həccaf əl-Azəri Naxçıvani
Mühəddis idi. Dəməşqdə təhsil almış və buradakı alimlərdən hədis dinləmişdi. Daha
sonra hədis dinləmək üçün səyahətə çıxmışdı. Bəəlbəkdə
942
Əbu Dəhdah və Əbu’s-Səriy
Muhəmməd ibn Davuddan, Hərranda
943
Əbü’l-Həsən Muhəmməd ibn Əhməd əl-
Vaqifidən, Tunisdə Əbü’l-Abbas ibn Vəşadan hədis dinləmişdi. Bundan başqa onun
hədis dinlədiyi ravilər arasında Əbu Cə’fər Muhəmməd ibn Hüseyn ibn Yəzid və Əbu
Übeydullah Muhəmməd ibn Yəzid də var idi. Əbü’l-Abbas Əhməd ibn Hüseyn
Naxçıvani, Əbü’l-Həsən Abdullah, Əbu Saleh Şueyb Təbrizi (öl. 1109), Muhəmməd ibn
Əhməd ibn Kürdan, Əbü’l-Fəth Saleh ibn Əhməd əl-Azəri, Əbu Abdullah Muhəmməd
ibn Musa əl-Azəri ondan hədis dinləmişdilər
944
. Ölüm tarixi məlum deyil. XI əsrdə
yaşamışdır.
Muhəmməd ibn Həsən Naxçıvani
Şafi’i məzhəbinə mənsub mühəddis və fəqih idi. Hədis dinləmək üçün bir sıra şəhərlərə
səyahət etmişdi. İranın Hulvan şəhərində Əbü’l-Həsən Əli ibn Əhməd ibn Musa
Dəməşqidən hədis dinləmişdi. H. 388-ci (998) ildə Qəzvində Rəbiə ibn Əli əl-İclidən
hədis dərsləri almışdı
945
. Ölüm tarixi məlum deyil, X-XI əsrlərdə yaşamışdır.
Şeyxü’l-İslam Əlaəddin Əbu Abdullah Muhəmməd ibn İsa ibn Əli Naxçıvani
939
KATİB ÇƏLƏBİ, Kəşfü’z-Zünun, C. I, s. 1108.
940
KƏHHALƏ, Mu’cəmü’l-Müəllifin, C. II, s. 287.
941
MƏMMƏDOV, Orta Əsr Azərbaycan Filosof və Mütəfəkkirləri, s. 21.
942
Bəəlbək-indiki Livan ərizisində yerləşən şəhər.
943
Hərran-Türkiyənin cənubi-şərqində şəhər.
944
YAQUT əl-HƏMƏVİ, Mu’cəmü’l-Büldan, C. V, s. 437.
945
RAFİ’İ, Tədvin, C. I, s. 99.
XIII əsrdə yaşamış, Azərbaycanda qazilik və hakimlik kimi vəzifələrdə çalışmışdı.
Yaşadığı dövrdə şafi’i fiqhinin böyük alimlərindən biri kimi tanınmışdı. İbnü’l-Fuvati
onu ‚şeyxü’l-məşayixü’l-İslam‛, bütün şeyxlərin şeyxi kimi vəsf etmişdi. Şeyxü’l-İslam
Əlaəddin Naxçıvani həmçinin görkəmli ədib idi və ərəbcə çox gözəl qəzəllər yazırdı
946
.
Ölüm tarixi məlum deyil.
Əbu Hatim Əbdürrəhman ibn Əli ibn Yəhya ibn Muhəmməd ibnü’r-Rəvvas
Naxçıvani
Mühəddis idi. Übeyd ibn Muhəmməd ibn Übeyd əl-Məşriqi və Buceyd ibn Muhmməd
ibn Buceyddən hədis dinləmiş və nəql etmişdi. Xudadad ibn Asim Naxçıvani də ondan
hədis dinləmişdi. Həmçinin vaiz Əbu Tahir İbrahim Səlmasi də onun tələbəsi olmuş,
ondan hədis dinləmişdi
947
. Ölüm tarixi məlum deyil. X-XI əsrlərdə yaşamışdır.
Muhəmməd ibn Əli Naxçıvani
Mühəddis idi. Əbdülkərim Rafi’i onu ‚əl-ğazi‛ ləqəbi ilə tanıtmışdır. Müəllifin
qeydindən Muhəmməd Naxçıvaninin hərbiçi, mücahid olduğu məlum olur. Ehtimal ki,
Muhəmməd ibn Əli Naxçıvani Azərbaycan Atabəylərinin ordusunda xidmət etmişdir.
Çünki onun yaşadığı dövr Eldənizlərin hakimiyyəti illərinə təsadüf edir. Rafi’i
həmçinin Muhəmməd Naxçıvaninin mömin və saleh insan kimi tanındığını yazmışdır.
Muhəmməd Naxçıvani h. 591-ci ildə (1195) Qəzvində bu şəhərin qazisi Hüseyn ibn
Əhməd ibn Bəhramdan hədis dərsləri almışdı
948
.
Təbib Fəxrəddin Əhməd ibn Qəribşah
949
ibn Əli ibn Cəbrayıl Naxçıvani
946
İBNü’l-FUVATİ, Məcməü’l-Adab , C. IV/2, s. 1093.
947
İBN MAKULA, İkmal, C. I, s. 426; SƏM’ANİ, Kitabü’l-Ənsab, C. IV, s. 426; İBN ƏSAKİR, Tarixu-Mədinəti-Diməşq, C.
LVIII, s. 376.
948
RAFİ’İ, Tədvin, C. I, s. 165.
949
Mərhum akademik Ziya Büyadov əsərində onun adını ‚Əhməd ibn Ərəbşah‛ olaraq qeyd etmişdir. (bax:
Azərbaycan Atabəyləri Dövləti, s. 229). Mərhum akademikin istinad etdiyi İbnü’l-Fuvatinin əsərində isə şəxsin adı * كٔؼأ
ٙاش ة٣هػ ٖت] ‚Əhməd ibn Əribşah‛ (yaxud ‚Əhməd ibn Ureybşah‛) kimi qeyd edilmişdir. Özü özlüyündə ‚Əribşah‛
və ya ‚Ureybşah‛ bir ad kimi məna ifadə etmir. Bu adın [ٙاش ة٣هؿ ٖت كٔؼأ] ‚Əhməd ibn Qəribşah‛ kimi oxunması daha
münasibdir. Fikrimizcə əlyazma təhqiq edib çapa hazırlanarkən [ؽ] ‚ğəyn‛ hərfinin üzərindəki nöqtə ya oxunmamış
ya da texniki xəta səbəbiylə [ع+ ‚əyn‛ olaraq çap edilmişdir. Yəni buradakı yanlışlıq ərəb orfoqrafiyasının
xüsusiyyətlərindən irəli gələn dolaşıqlıqdan başqa bir şey deyil. Adlardakı bənzər bir oxunuş xətasını irəlidə də
Yaşadığı dövrün tanınmış həkimlərindən biri, həmçinin ədib idi
950
. Ölüm tarixi məlum
deyil. Təqribən XII-XIII əsrlərdə yaşamışdır.
Təbib Nəcməddin Əhməd ibn Əbu Bəkr ibn Muhəmməd Naxçıvani
Yaşadığı dövrün tanınmış həkim, mütəfəkkir və dövlət xadimi olan Nəcməddin
Naxçıvani təqribən 1215-1222-ci illərdə Naxçıvanda dünyaya gəlmişdi
951
. O, uzun
səyahətlərdən sonra Anadoluya gedib orada yaşamışdı. İbnü’l-İbri onun Naxçıvanda
təhsilini başa vurduqdan sonra Anadoluya getdiyini yazır
952
. İbn Bibi onu ‚imami-
müəzzəm‛, böyük lider adlandırmış və Nəcməddin Naxçıvanini bütün fənnlərdə və
elmlərdə dalğalanan dənizə, işıq saçan qəndilə və yağış dolu buluda bənzətmişdi
953
.
Tarixçi yazırdı: ‚O, (Nəcməddin Naxçıvani-E.N) əqli və nəqli elmlərdə mahir idi, şəriət
və hikmət elmlərini özündə toplamışdı‛
954
. Anadolu Səlcuqlu dövlətinin səltənət naibi
Cəlaləddin Qaratay Nəcməddin Naxçıvaniyə vəzirlik vəzifəsini təklif etmişdi.
Nəcməddin Naxçıvani dövlət məmurlarının illik maaş miqdarlarının yarıya qədər
azaldılması şərti ilə bu təklifi qəbul etmişdi. O, moğol təhlükəsi ilə qarşı-qarşıya qalan
Anadolu Səlcuqlu dövlətinin xəzinəsinin iri dövlət məmurları tərəfindən talan
edildiyinin fərqində idi. Mülki və hərbi məmurların etirazına rəğmən Cəlaləddin
Qaratay bu şərti qəbul etmişdi. Nəcməddin Naxıçıvani vəzirlik etdiyi beş il ərzində
korrupsiyanın kökünü kəsməyə müvəffəq ola bilmədiyini görüb istefa etmişdi.
İstefasından sonra Anadoluda çox qalmayan Nəcməddin Naxçıvani Suriyaya gedib
Hələb şəhərində yaşamışdı
955
. Nəcməddin Naxçıvani güman ki, Cəlaləddin Qaratayın
vəfatından (11 noyabr 1254) sonra Anadolunu tərk etmişdi.
təqdim edəcəyik. Fikrimizcə bunun əsas səbəbi əsəri təhqiq edərək çapa hazırlamış Dr. Mustafa Cavadın Azərbaycan
tarixi və mədəniyyətinə dərindən bələd olmamasıdır. Əslində naşirdən belə bir şeyi gözləmək də əbəs olardı. Çünki
İbnü’l-Fuvatinin əsəri bütün İslam coğrafiyasını əhatə etmiş bioqrafik ensklopediyadır və naşirin belə böyük və
rəngarəng coğrafiyadakı bütün ölkələrin tarixini və mədəniyyətini bilməsi xeyli müşkül olardı.
950
İBNü’l-FUVATİ, Məcməü’l-Adab , C. IV/3, s. 95
951
Muhəmməd Bağer XANSARİ, Rəvzətü’l-Cənnat fi Əhvali’l-Üləma və’Sə’adat, C. I, s. 77, Tehran 1306.
952
Əbü’l-Fərəc Qriqoriy İBNü’l-İBRİ, Tarixu Müxtəsərü’d-Düvəl, s. 172, Beyrut 1992.
953
İBN BİBİ, Əvamirü’l-Əlaiyyə, s. 294-295.
954
Yenə orada.
955
İBN BİBİ, Əvamirü’l-Əlaiyyə, s. 296.
Hələbdə məskunlaşandan sonra Nəcməddin Naxçıvani guşənişin həyatı sürərək nadir
hallarda evindən çıxır, insanlarla ünsiyyətdən uzaq dururdu
956
. O, İbn Sinanın əsərlərini
oxumuş və bəzi məsələlərdə İbn Sinanı tənqid etmişdi. Digər bir azərbaycanlı alim
Əfzələddin Xunəci onun İbn Sinaya bu tənqidi münasibətini ‚Kəşfü’l-Əsrar‛ adlı
əsərində tənqid etmişdi
957
. İbnü’l-İbri Nəcməddin Naxçıvanidə tənasüx məzhəbinə
qüvvətli meyl olduğunu qeyd etmişdir
958
. Bu Nəcməddin Naxçıvaninin fəlsəfənin işraqi
metodunu mənimsədiyini göstərir. Ehtimal ki, İbn Sinanın timsalında məşşai fəlsəfəni
tənqid etməsi və guşənişin həyat tərzini seçməsi də onun işraqi fəlsəfi cərəyana
mənsubiyytindən irəli gəlirdi. Ömrünün son günlərini Hələbdə keçirmək istəməsinin
səbəbi də alimin işraqi fəlsəfəyə qüvvətli bağlılığı ola bilər. Çünki bu fəlsəfi cərəyanın
banihisi hesab olunan, əl-Məqtul ləqəbi ilə tanınan, Şihabəddin Yəhya Sührəvərdi (öl.
1191) də ömrünü Hələb zindanında başa vurmuşdu. İşraqiliyin güclü simalarından
Nəsimi də ömrünü başa vurmaq üçün Hələbi münasib bilmişdi. Nəcməddin Naxçıvani
1302-ci ildə Hələbdə vəfat etmişdi.
‚Zübdətü’n-Nəqz və Lübabü’l-Kəşf‛, ‚Şərhü’l-İşarat və’t-Tənbihat‛, ‚Lübabü’l-Məntiq
və Xülasətü’l-Hikmə‛, ‚Nəqz Qəvaidü’l-İşarat‛, ‚Kəşf Təmvihü’ş-Şifa və’n-Nəcat‛
Nəcməddin Naxçıvaninin məlum olan əsərləridir
959
. O, həmçinin ‚Həll Şükulü’l-Qanun
fi’t-Tibb‛ adlı əsərin müəllifi idi. Bu əsər Əbu Əli ibn Sinanın (öl. 1037) ‚Qanun fi’t-
Tibb‛ adlı əsərindəki bəzi məsələlərin izahına həsr olunmuşdu. Təbib Əhməd
Naxçıvaninin bu əlyazma əsəri Paris milli kitabxanasında saxlanılır
960
. Nəcməddin
Naxçıvaninin ‚Şərhü’l-İşarat və’t-Tənbihat‛ adlı əsərinin əlyazma nüsxələrindən biri
İstanbul Nuriosmaniyyə, digəri isə Köprülü əlyazma əsərlər kitabxanasında saxlanılır.
Manisa İHK-ndə isə alimin ‚Zübdətü’n-Nəqz və Lübabü’l-Kəşf‛ adlı əsərinin əlyazma
nüsxəsi mövcuddur.
Təbib Əkmələddin Müəyyəd ibn Əbdüllətif Naxçıvani
956
İBNü’l-İBRİ, Tarixu Müxtəsərü’d-Düvəl, s. 172.
957
Yenə orada; MƏMMƏDOV, Orta Əsr Azərbaycan Filosof və Mütəfəkkirləri, s. 37.
958
İBNü’l-İBRİ, Tarixu Müxtəsərü’d-Düvəl, s. 172.
[
ؿٌا٘رُا ةٛمٓ ٠ُئ َ٤ُٔا ك٣كش ٕاً ٝ
]
959
MƏMMƏDOV, Orta Əsr Azərbaycan Filosof və Mütəfəkkirləri, s. 37-38.
960
DE SLANE, həmin əsər, 524; KƏHHALƏ, Mu’cəmü’l-Müəllifin, C. I, s. 112.
XIII əsrin tanınmış həkimlərindən biri olan, Bəy Həkim adı ilə şöhrət tapmış
Əkmələddin Naxçıvani Anadolu Səlcuqlu dövlətində sərtəbib, yəni səhiyyət naziri
vəzifəsini icra etmişdi
961
. Əkmələddin Naxçıvani mövlana Cəlaləddin Ruminin sadiq
müridlərindən biri olmuşdu. ‚Mənaqibü’l-Arifin‛də onunla bağlı bir neçə rəvayət qeyd
edilmişdir. Əhməd Əflaki onu ‚Əsrin Hippokratı, Rum həkimlərinin ulularından biri,
mislilsiz mövlana Əkmələddin Təbib‛ kimi tanıtmaqdadır
962
. Onun əslən Azərbaycanın
Naxçıvan diyarından olduğu Cəlaləddin Ruminin oğlu Sultan Vələdin (öl. 1312)
‚Divan‛ındakı bir qəsidədən məlum olur. ‚Divan‛dakı 41 beytlik №387 qəsidənin 1-
dən 22-ci beytə qədər olan hissəsi müvəşşəhdir. Yəni beytlərin başlanğıc hərfləri ilə,
şaquli olaraq, ‚Əkmələddin Müəyyəd Naxçıvani‛ adı oxunmaqdadır
963
. Carl
Brockelmann isə onun atasının adının Əbdüllətif olduğunu müəyyən etmişdir
964
.
Cəlaləddin Ruminin ‚Məktubat‛ındakı XIV, XCIII və CXXII nömrəli məktublar
Əkmələddin Naxçıvaniyə yazılmışdır. XCIII məktub ‚Hünərvər, gözəl etiqadlı, özü
doğru oğlumuz, təbiblərin fəxri, həkimlərin tacı, Əkməlü’l-Həqq və’d-Din‛ cümləsi ilə
başlayır. Mövlana Cəlaləddin Rumi bu məktubda Konyadakı ‚Fəxrəddin
Arslandoğmuş‛ mədrəsəsinin baş müdərris vəzifəsinin yaxın vaxtlarda boşalacağı,
‚Qaratay‛ mədrəsəsinin müdərrisi Şəmsəddin Mardininin bu vəzifəyə təyin
ediləcəyini, ‚Qaratay‛ mədrəsəsinin bəzi tələbələrinin isə onun yerinə təyin olunacaq
şəxsin onları sıxışdıracağından əndişəli olduqlarını yazır. Məktubun sonunda isə
Cəlaləddin Rumi özünün və Hüsaməddin Çələbinin ‚Qaratay‛ mədrəsəsi baş
müdərrisliyinə Əfsəhəddin Mü’id adlı şəxsin təyin olunmasını çox arzu etdiklərini
yazmış, Səlcuqluların səhiyyə nazirinə ‚bu işi də siz görə bilərsiniz‛ deyə müraciət
etmişdir
965
.
Yuxarıda Əkmələddin Naxçıvaninin Bəy Həkim ləqəbi ilə tanındığını qeyd etimişdik.
Hal-hazırda Konyanın Bəy Həkim məhəlləsindəki məscid, bir vaxtlar daha geniş ərazini
əhatə edirdi və yanında xəstəxana binası da mövcud olmuşdu
966
. Məscidin divarlarına
961
ÜNVER, Selçuklu Tababeti, s. 92-93.
962
Əhməd ƏFLAKİ , Ariflerin Menkıbeleri, (Trc. T. Yazıcı), C. I, s. 117, İstanbul 1989.
963
SULTAN VƏLƏD, Divan, (Nşr. F.N.Uzluk), s. 230-232, Uzluk Basımevi 1941.
964
Carl BROCKELMANN, Geschıchte der Arabıschen Lıtteratur, E.S, C. I, s. 54, Leiden 1937.
965
Mövlana Cəlaləddin RUMİ, Mektuplar, (Trc. Ə. Gölpınarlı), s. 137-138, İstanbul 1963.
966
ÜNVER, Selçuklu Tababeti, s.66.
indi də diqqətlə baxıldıqda bir vaxtlar onun bitişiyində başqa bir binanın olduğunun
müşahidə etmək mümkündür. Osmanlı sultanı Fateh II Mehmedin (1451-1481)
dövründə bu bina Bəy Həkim vəqfinin nəzdində olmuşdur. Konyanın müxtəlif
yerlərində Bəy Həkim vəqfinə aid mülklər var idi
967
.
Mövlana Cəlaləddin Rumi ölüm döşəyində ikən yanında təbib Qəzənfər Təbrizi ilə
birlikdə təbib Əkmələddin Naxçıvani də var idi
968
. Buradan öyrənirik ki, 1274-cü ildə
Əkmələddin Naxçıvani hələ həyatda idi. Alimin məlum olan tək əsəri İbn Sinanın
‚Qanun fi’t-Tibb‛inə yazdığı şərhdir. İnşaallah bu əsər gələcəkdə tərəfimizdən nəşr
ediləcəkdir. Əkmələddin Naxçıvaninin İbn Sinaya duyduğu heyranlığın həddi onun bu
sözlərindən məlum olur:
[
ًٚ دٍٗآ قاورػا ٠ُاؼ ٝ ٠ظآ ءأٌؼ مالّذات
هگا
ٟكٓآ هثٔـ٤پ ٠لطصٓ خهعؼ وا كؼت
ٟقٞت دٌاٞـ ا٘٤ٌ ٖتا دو٤وؼ ٟقٞت ٌٖٔٓ ٝ
]
969
‚Keçmiş və indiki hükəmanın (filosofların) ittifaq
etdikləri qətaət budur ki, əgər həzrəti Mustafadan (Muhəmməd م) sonra peyğəmbərin
gəlməsi mümkün olsaydı bu əlbəttə ki, İbn Sina olacaqdı‛. Əkmələddin Naxçıvaninin
ölüm tarixi 1274-cü ildən sonraya təsadüf edir. O, Konyada vəfat etmiş və Bəy Həkim
məscid və xəstəxanasının yanındakı türbədə dəfn olunmuşdu.
Təbib Kəmaləddin Əbü’l-Fəzl Muhəmməd ibn Əbü’l-Fəzail Naxçıvani
Yaşadığı dövrün dərin bilikli həkimlərindən biri, xəstəliklərin təşxisi, müayinəsi və
mücalicəsi işində böyük mütəxəssis idi. Kəmaləddin Naxçıvani Əhərə gələrək fütuvvət
şeyxi Qütbəddin Əhərinin müridi olmuşdu. Burada o, dərvişlər kimi xirqə geymiş və
şeyx Qütbəddinin zaviyəsində yaşamışdı. İbnü’l-Fuvati onu ehtiramla yad edərək yazır
ki, özünün moğol əsiriyindən azad edilməsində Kəmaləddin Naxçıvaninin xidməti
olmuşdu
970
. İbnü’l-Fuvati yeniyetməlik illərində Bağdadın işğalı (1258) vaxtı moğollara
əsir düşmüşdü. Təəssüf ki, İbnü’l-Fuvati həkim Kəmaləddin Naxçıvaninin ölüm tarixini
qeyd etmir. Müasiri olduğuna görə onun da XIII-XIV əsrlərdə yaşdığını təxmin etmək
olar.
967
Feridun Nafız UZLUK, Fatih Devrinde Karaman Eyaleti Vakıfları Fihristi, s. 29, Ankara 1958.
968
RUMİ, Mektuplar, (Önsöz qismi), s. 228.
969
ÜNVER, Selçuklu Tababeti, s. 66.
970
BÜNYADOV, ‚Vidnıye Deyateli Azerbaydjana v Soçinenii İbn al-Fuvati‛, s. 61-67.
Şeyx Muhyəddin Əbu Abdullah Muhəmməd ibn Abdullah ibn Əhməd Naxçıvani
Şafi’i məzhəbinə mənsub fəqih idi. İbnü’l-Fuvati onun əslən Tuslu olduğunu, onu h.
705-ci (1306) ildə Arranda sultanın (ehtimal ki, Elxani hökmdarı Olcaytunun (1304-
1316)-E.N) düşərgəsində gördüyünü, burada Muhyəddin Naxçıvaninin şafi’i
fəqihlərinin rəisi Raziyəddin ibn Əli ibn Təus əl-Hüseyni ilə görüşdüyünü qeyd edir.
İbn Fuvati həmçinin Naxçıvanda daşınmaz əmlak və sərvət sahibi olan şeyx
Muhyəddin Naxçıvaninin tanınmış şeyxlərin nəslindən olduğunu yazmışdır
971
.
Əbu Musa Harun ibn Həyyan Naxçıvani
Hədis ravisi idi. Əbdürrəhman ibn Abdullah əd-Dəşkətidən hədis dinləmiş və nəql
etmişdi. Əbu İshaq İbrahim ibn Ğəniyy əl-Ərvəmi ondan hədis dinləmişdi
972
. Ölüm
tarixi dəqiq məlum deyil. Təqribən 860-870-ci illərdə vəfat etmişdir.
Əbu Bəkr Əhməd ibn Muhəmməd ibn Əli ibn Əhməd ibn Amir Naxçıvani
Şafi’i məzhəbinə mənsub mühəddis idi. H. 362-ci (973) ildə Qəzvinə gələrək burada
hədis dərsləri vermişdi. Əbu Bəkr Əhməd Naxçıvani Qasım ibn İsmayıl əl-Mühamili,
Hüseyn ibn İsmayıl əl-Mühamili, Əbü’l-Həsən Muhəmməd əl-Müseysidən hədis
dinləmiş və nəql etmişdi. Əbdülkərim Rafi’i öz əsərində nəql silsiləsində Əbu Bəkr
Naxçıvaninin də olduğu aşağıdakı hədisi qeyd etmişdir. Abdullah ibn Ömər (ا) dedi:
Allah Rəsul (م) buyurdular ki: ‚Qədəri (qəzavüqədəri) inkar edən küfr etmişdir‛
973
.
Şeyx Səlahəddin Həsən ibn Ömər Bulğari Naxçıvani
Şeyx Səlahəddin Həsən Naxçıvani Azərbaycanın tanınmış təsəvvüf şeyxlərindən idi. O,
h. 603-cü (1206) ildə Naxçıvanda anadan olmuşdu. Yeniyetməlik illərində atası vəfat
edən Səlahəddin Naxçıvani anası və qardaşı ilə birlikdə Azərbaycanın Xoy şəhərinə
gedərək orada məskunlaşmışdı. 23 yaşında o, anasını da itirmişdi. Bundan 2 il sonra,
971
BÜNYADOV, həmin məqalə.
972
SƏM’ANİ, Kitabü’l-Ənsab, C. IV, s. 426.
973
RAFİ’İ, Tədvin, C. II, s. 43.
[
ٍٞو٣ ،هٔػ ٖتا
:
ٚت دجظ أت هلً كوك نكوُات بمً ٖٓ ،صلى الله عليه وآله وسلم الله ٌٍٞن ٍاه
]
. Əbu’ş-Şüca Şiruyə əd-Deyləminin
‚Firdəvsü’l-Əxbar‛ adlı hədis külliyatında demək olar ki, eyni mətin Əbu Hüreyrə (ا) yolu ilə nəql olunmuşdur.
Həmçinin bax: Müttəqi əl-HİNDİ, Kənzü’l-Ümmal fi Sünən, Nr. 12/664.
1231-ci ildə moğol noyanı Cormağunun
974
Azərbaycanı işğalı vaxtı Səlahəddin
Naxçıvani moğollara əsir düşmüşdü. O, təqribən yeddi il moğolların əlində əsir olmuş,
əsirlikdən azad olduqdan sonra doqquz il Bolqar
975
ölkəsində yaşamışdı. Bu səbəblə də
Bulğari nisbəsi ilə tanınmışdı. Bu illərdə təsəvvüfə meyl etmişdi. Səid Nəfisi onun
fütuvvət şeyxi Əbu’n-Nəcib Sührəvərdinin dostlarından biri olduğunu yazır
976
. Lakin
Əbu’n-Nəcib Sührəvərdinin h. 563-cü ildə (1168), yəni şeyx Səlahəddin Naxçıvaninin
təvəllüdündən 38 il əvvəl vəfat etdiyini nəzərə alaraq bunun mümkün olmadığını
söyləyə bilərik. Ehtimal ki, şeyx Səlahəddin Naxçıvani təsəvvüfdə fütuvvət əhlinin
yolunu mənimsəmişdi və Əbu’n-Nəcib Sührəvərdinin də daxil olduğu bir məşayix
silsiləsinə intisab etmişdi. Fikrimizcə şeyx Səlahəddin Naxçıvani kübrəviyyə təriqəti
şeyxi Sə’dəddin Həmmuyənin (öl. 1254) müridlərindən biri olmuş və fütuvvət
məşrəbini də bu yolla mənimsəmişdi. Çünki yenə Səid Nəfisi şeyx Səlahəddin
Naxçıvaninin şeyx Sə’dəddin Həmmuyənin ‚Risaləyi-Qəlbü’l-Münqəlib‛ adlı əsərini
ərəbcədən farscaya tərcümə etdiyini bildirmişdir
977
. Şeyx Səlahəddin Naxçıvani Bolqar
ölkəsindən Mavəraünnəhrə gəlmiş və üç il Buxarada yaşamışdı
978
. Daha sonra təqribən
h. 648-ci (1250) ildə Azərbaycana gəlmiş və h. 672-ci (1273) ildə Azərbaycandan İrana
gedərək 24 il Kirmanda yaşamışdı. H. 697-ci ilin cəmadiələvvəl ayında (fevral 1298)
Azərbaycana qayıtmış və Təbrizdə yaşamışdı. Şeyx Səlahəddin Naxçıvani h. 2
rəbiələvvəl 698-ci ildə (8 dekabr 1298) Təbrizdə vəfat etmiş və Surxab qəbristanında
dəfn edilmişdi. Şeyx Səlahəddin Naxçıvani, yuxarıda haqqında bəhs etdiyimiz, tərcümə
əsəri ilə yanaşı farsca qələmə aldığı təsəvvüfi şerlərin də müəllifi idi
979
.
Şeyx Baba Nemətullah ibn Əbü’l-Fəzl Mahmud Naxçıvani
974
Cormağun noyanın əmri altındakı ordular moğolların Azərbaycana ikinci yürüşü vaxtı Xarəzmşah Cəlaləddin
Məngübərtini məğlub etmiş, bir sıra şəhərləri, o cümlədən Xoyu işğal etmişdilər. Cormağun Noyanın Azərbaycana
yürüşü haqqında daha ətraflı məlumat üçün bax: Timothy MAY, Chormaqan Noyan: The First Mongol Military Governor
in the Middle East, s. 29-94, Indiana 1996.
975
Bolqar ölkəsi-Xəzər dənizinin şimalında, Volqa çayı hövzəsində yaşamış bolqar türklərinin ölkəsi.
976
NƏFİSİ, Tarixi-Nəzm və Nəsr, C. II, s.744.
977
NƏFİSİ, yenə orada.
978
TƏRBİYƏT, Danişməndan, s. 388.
979
TƏRBİYƏT, yenə orada, s. 388; NƏFİSİ, yenə orada.
Hənəfi məzhəbinə mənsub müfəssir və təsəvvüf şeyxi idi. Baba Nemətullah
Anadoluda, indiki Konya vilayətinin Ağşəhir qəsəbəsində yaşamış və burada ‚Əlvan
Ağşəhri‛ kimi tanınmışdı. Baba Nemətullah abid, zahid, xoşrəftar və həlim insan idi.
Osmanlı imperatorluğunda yaşamış təfsir alimlərinin ən məşhurlarından biri olmuşdu.
Onun Qur’ani-Kərimin təfsirinə dair yazdığı risalələr asan anlaşılan idi və gözəl
üslubda qələmə alınmışdı. Əsərlərini ərəb, fars və türk dillərində qələmə alan Baba
Nemətullah həmçinin filoloq idi. Onun tərtib etdiyi farsca-türkcə lüğət Konya Yusifağa
kitabxanasında saxlanılır. ‚Təfsiri-cüzi’n-Nəbə‛ alimin Qur’ani-Kərimin Nəbə surəsinə
yazdığı təfsirdir. Bu əsərin bir nüsxəsi İstanbul Atif əfəndi kitabxanasındadır. Onun
‚Risalə fi’t-Təsəvvüf‛ adlı əsərinin bir nüsxəsi İstanbul Nuriosmaniyyə kitabxanasında
mövcuddur. Baba Nemətullahın ‚Şərhu-risaleyi-Əsrari’n-Nöqtəyi-Bəsmələ‛ adlı adlı
təfsirə dair əsərinin h. 923-cü ildə (1516) Təbrizdə üzü köçürülmüş nüsxəsi Türkiyə
Əskişəhir İHKdır. Alimin təfsir sahəsindəki ən tanınmış əsəri ‚Fəvatihü’l-İlahiyyə və’l-
Miftahü’l-Qeybiyyə‛dir. Türkiyənin əlyazma əsər kitabxanalarında bu əsərin bir çox
nüsxəsi mövcuddur. Ən qədim nüsxəsi isə Baba Nemətullahın öz dəsti-xətti ilə h. 902-ci
ildə (1497) yazdığı İstanbul Topqapı muzeyi kitabxanası, sultan III Əhməd bölməsində
saxlanılır. ‚Fəvatihü’l-İlahiyyə‛ 1908-ci ildə İstanbulda iki cild olaraq çap olunmuşdur.
Bundan başqa Baba Nemətullah ‚Hidayətü’l-İxvan‛, şeyx Mahmud Şəbüstərinin
‚Gülşəni-Raz‛ adlı əsərinə şərhin, qazi Nasirəddin Bəyzavinin ‚Ənvarü’t-Tənzil və
Əsrarü’t-Tə’vil‛ adlı Qur’an təfsirinə h. 900-cü ildə (1495) yazdığı haşiyənin də müəllifi
idi. Alim h. 920-ci ildə (1514) Aqşəhirdə vəfat etmişdir və məzarı Baştəkkə yolu
yaxınlığındadır
980
.
Dostları ilə paylaş: |