Şərəfəddin Əli ibn Əbdülqadir Maraği
Kəlam alimi idi. Azərbaycanda təhsil almışdı. O, həmçinin fiqh, üsul, ərəb dili,
astronomiya və tibb elmləri ilə də məşğul olmuşdu. Şərəfəddin Əli Maraği mö’təzilə
məzhəbinə meyl etmiş, ‚Mənahic fi’l-Üsul‛ və ‚Kəşşaf‛ adlı əsərləri dərindən
öyrənmişdi. Lakin daha sonra mö’təzili fikirlərindən imtina etmiş və tövbə edərək
təsəvvüfə meyl etmişdi. O, bir müddət Dəməşqdəki Sümeysatiyyə xanəgahında qalmış,
daha sonra Xanəgahi-Xatuna köçərək burada ibadətlə məşğul olaraq ömrünü başa
vurmuşdu. Təqiyəddin ibn Mufəlləh və Nəcməddin ibn Həcci onun tələbəsi
olmuşdular. Alim h. 788-ci ilin rəbiülaxir ayında (may 1386) 60 yaşında vəfat etmişdi
870
.
Şərəfşah ibn Məlikdad əş-Şərif əl-Abbasi Maraği
Bağdadda, Nizamiyyə mədrəsəsində təhsil almışdı. Hələ tələbəlik illərində parlaq
zəkası və idrakı ilə öz üstünlüyünü sübut etmişdi. Məzun olandan sonra məşhur
fəqihlərdən biri kimi tanınmışdı. Fiqhlə yanaşı məntiq elmi sahəsində də özünün dərin
biliyi ilə seçilən Şərəfşah Maraği dialektik məsələlərə dair bir sıra əsərlərin müəllifi idi.
Alim h. 543-cü ildə (1148) Nişapurda vəfat etmişdi
871
.
Şeyx Şihabəddin Əhməd ibn Muhəmməd ibn İbrahim ər-Rumi Maraği
Hənəfi məzhəbinə mənsub fəqih idi. Dəməşqdə Muiniyyə və Xatuniyyə mədrəsələrinin
müdərrisi olan
872
şeyx Şihabəddin Əhməd Maraği əl-Əməvi camesində hənəfi
camaatının imamlığını da icra edirdi. Şeyx Şəhabəddin Əhməd Maraği həm də məşhur
qari idi, çox gözəl və şirin səslə Qur’an oxuyardı. Şam vilayətinin səltənət naibi əmir
Cəmaləddin Əfrəm Ağquş
873
şeyx Şihabəddin Əhməd Marağiyə böyük hörmət bəsləyir
870
İBNü’l-İMAD, Şəzəratü’z-Zəhəb, C. VI, s. 756.
871
İBN QAZİ ŞUHBƏ, Təbəqatü’ş-Şafi’iyyə, C. I, s. 75.
872
NUEYMİ, Daris fi Tarixi’l-Mədaris, C. I, 113. Muiniyyə mədrəsəsi Hələb atabəylərindən Nurəddin Muhmud Zəngi
(1146-1174) tərəfinən 1160-cı, Xatuniyyə mədrəsəsi isə onun arvadı Xatun bint Muinəddin Azər tərəfindən 1185-ci
ildə inşa edilib istifadəyə verilmişdi. Daha ətraflı məlumat üçün bax: NUEYMİ, həmin əsər, C. I, s. 507, 588, C. II, s.
149.
873
Mənşəcə qıpçaq türkü olan əmir Cəmaləddin Əfrəm Ağquş Misir Məmlüklü ordusunda xitmət etmiş
komandanlardan biri olmuşdur. Mənbələrdə mömin, çox ibadət edən, xeyriyyəçi şəxs kimi tanıdılan əmir
Cəmaləddin Əfrəm həm də cəsur mücahid idi. O, başçılıq etdiyi hərbi birləşmə ilə Əyn Calut döyüşündə (3 sentyabr
1260) fərqənmiş, moğol ordusunun baş komandanı Kətbuğanı şəxsən yaxalayıb öldürmüşdü. Məmlüklü sultanı
Nasirəddin Muhəmməd Qəlavun (1293-1294, 1299-1309 və 1310-1341) onu Şam vilayətinə naibü’s-səltənə təyin
və onun arxasında namaz qılmaq üçün tez-tez əl-Əməvi camesinə gəlirdi. Əmir
Cəmaləddin Əfrəm bəzən də piyada şeyx Şihabəddinin zikr və ibadətlə məşğul olduğu
zaviyəyə gedib onunla görüşür, söhbət edirdi. Bu zaviyə Dəməşqin Böyük Meydan
adlanan səmtinin şimali-şərq qismində yerləşirdi. Şeyx Şihabəddin Maraği h. 717-ci ilin
məhərrəm ayında (mart 1317) vəfat etmiş və Sufiyyə qəbristanında dəfn edilmişdi
874
.
Şeyx Şərəfəddin Əbü’l-Abbas Əhməd ibn Əhməd ibn Muhəmməd ibn İbrahim
Maraği
Hənəfi məzhəbinə mənsub fəqih və Şeyx Şihabəddin Əhməd Marağinin oğlu idi.
İbnü’ş-Şihabi ər-Rumi adı ilə tanınmışdı. Atasının vəfatından sonra Dəməşqdə
Muiniyyə və Məşixiyyə mədrəsələrinin müdərrisi olmuşdu. Həmçinin əl-Əməvi
camesində hənəfi camaatının imamı və Xatuniyyə xanəgahının şeyxi idi. Atasından
sonra onun şeyxi olduğu bu xanəgahda ibadət, irşad və mənəvi tərbiyə ilə məşğul
olmuşdu. İki dəfə, ehtimal ki, qardaşını görmək üçün, Misirə səyahət etmişdi. H. 26
səfər 742-ci ildə (10 avqust 1341) Dəməşqdə vəfat etmiş və Sufiyyə qəbristanında dəfn
edilmişdi
875
.
Şeyx İmadəddin Əbu İshaq İbrahim ibn Əhməd ibn Muhəmməd ibn İbrahim
Maraği
Hənəfi məzhəbinə mənsub fəqih və mühəddis idi. Şeyx Şihabəddin Əhməd Marağinin
oğlu və Şərəfəddin Əbü’l-Abbas Marağinin qardaşı idi. Atasının həmçinin ‚ər-Rumi‛
nisbəsi daşıması səbəbiylə İbnü’r-Rumi ləqəbi ilə tanınmışdı. Əhməd ibn Hibətullah ibn
Əsakirdən hədis dinləmişdi. Qardaşından əvvəl bir müddət əl-Əməvi camesində hənəfi
camaatının imamı və Xatuniyyə xanəgahının şeyxi olmuşdu. Sonra Qahirədəki
etmişdi. Bax: İBN KƏSİR, Bidayə və’n-Nihayə, C. XIII, s. 492; Səlahəddin Xəlil ibn Aybək SƏFƏDİ, Tuhfətü’z-Zəviə’l-
Əlbab, (Nşr. İ. S. Xülusi-Səmsam Z. H), C. II, s. 200-201, 208-215, Dəməşq 1991.
874
SƏFƏDİ, Ə’yanü’l-Əsr, C. I, s. 316-317; İBN KƏSİR, Bidayə və’n-Nihayə, C. XIV, s. 156; İBN HƏCƏR, Dürərü’l-
Kaminə, C. I, s. 116. Şeyx Şihabəddin Əhməd Marağinin həmçinin ‚ər-Rumi‛ nisbəsi daşıması ehtimal ki, onun
Anadoluda (Rum diyarı) anadan olması səbəbi ilədir.
875
İBN HƏCƏR, Dürərü’l-Kaminə, C. I, s. 44; İBN RAFİ’, əl-Vəfayat, s. 38.
xanəgahlardan birinin şeyxliyinə təyin edildiyi üçün Misirə getmişdi. H. 29 şəvval 741-
ci ildə (16 aprel 1341) Qahirədə vəfat etmişdi
876
.
Əbu Bəkr Muhəmməd ibn Əli Maraği
Yaşadığı dövrün tanınmış filoloqlorandan biri olan alim Mosulda yaşamışdı. İbnü’n-
Nədim onun zəkası və elmi biliyi sayəsində Əbü’l-Abbasın
877
sarayındakı alimlər
sırasına daxil olduğunu qeyd etmişdir. O, tanınmış alim Əbu İshaq İbrahim ibn
Muhəmməd əz-Züccac Bağdadinin (855-923) müəllimi olmuşdu. Ərəb dilinin
qrammatikasına dair ‚Müxtəsər fi’n-Nəhv‛ adlı əsərin müəllifi idi. Onun bir digər əsəri
də ‚Şəvahidü’s-Sibəveyh və Təfsiruhə‛
878
adlı əsərə yazdığı şərh idi
879
. Ölüm tarixi
məlum deyil. Ömər Rzanın qeyd etdiyinə görə alim h. 311-ci ildə (923) həyatda
olmuşdur
880
. Buna görə onun IX-X əsrlərdə yaşadığını söyləmək olar.
Əbu İshaq İbrahim ibn Əhməd ibn Abdullah ibn Muhəmməd Maraği
Yaşadığı dövrün tanınmış mühəddislərindən biri idi. Hədis dinləmək üçün
Azərbaycan, İran, İraq, Hicaz, Xorasanın şəhərlərini gəzmiş və bir çox alimdən hədis
dinləmişdi. Qəzvində İbrahim ibnü’l-Müəbbər və Əbu Əli Hüseyn ibn Muhəmməd ibn
Şueyb əl-Ənsari Qəzvinidən hədis dərsləri almışdı. Əbu İshaq İbrahim Maraği
‚Müxtəsər fi Səvabü’l-Əmal‛ adlı əsərin müəllifi idi. Alim h. 480-ci (1087) ilin
876
İBN RAFİ’, əl-Vəfayat, s. 30.
877
Təssüf ki, İbnü’n-Nədim bu Əbü’l-Abbasın kim olduğunu qeyd etməmişdir. Haqqında məlumat verdiyinə görə
Əbu Bəkr Maraği, İbnü’n-Nədimdən (937-1010) ya əvvəl ya da onunla eyni dövrdə İraqda yaşmışdır. Elə isə buradakı
Əbü’l-Abbas Abbasi xəlifələrindən biridir. Çünki həmin dövrdə İraq Abbasilərin hakimiyyəti altında idi. 37 Abbasi
xəlifələsindən 8-i ‚Əbü’l-Abbas‛ künyəsi daşımışdı. Bunlardan 3-ü İbnü’n-Nədimdən sonra (öl. 1010) yaşamışdılar.
Əbu Bəkr Muhəmməd Marağinin tələbəsi Əbu İshaq əz-Züccac Bağdadinin (855-923) yaşadığı dövrlə müqayisə
edərək burada adı çəkilən Əbü’l-Abbasın aşağıda adı çəkilən iki Abbasi xəlifəsindən biri olduğunu söyləmək olar:
Əbü’l-Abbas Əhməd əl-Mu’təməd Ələllah (869-892) və Əbü’l-Abbas Əhməd əl-Mu’təzid Billah (892-901). Sözü gedən
Abbasi xəlifələri ilə bağlı ətraflı məlumat üçün bax: İmadəddin ƏBÜ’L-FİDA İsmayıl ibn Əli, Kitabü’t-Tibrü’-Məsbuk fi
Təvarixi’l-Müluk, (Nşr. M. Əzəb) , s. 49, 52, Qahirə 1990.
878
Bu şərh Sibəveyh ləqəbi ilə tanınmış iranlı alim Əbu Bişr Əmr ibn Osman əl-Qənbər əş-Şirazinin (767-809) əsərinə
yazılmışdır. Əbu Bişr Sibəveyh öz dövrünün məşhur dilçi alimlərindən və mühəddislərindən biri idi. O, ərəb dilinin
qrammatik qaydalarının müəyyənləşdirilməsi, ərəb filologiyasının təlim və tədrisi metodologiyasının təməlini
qoymuş alimlərdən biri hesab olunur.
879
YAQUT əl-HƏMƏVİ, İrşadü’l-Ərib, s. 1546; İBNÜ’n-NƏDİM, əl-Fihrist, s. 88; QIFTİ, İnbahu’r-Ruvat, C. III, s. 196.
880
KƏHHALƏ, Mu’cəmü’l-Müəllifin, C. III, s. 548.
ortalarında Rey şəhərində vəfat etmişdi
881
. Fikrimizcə Əbu İshaq İbrahim Maraği
aşağıda haqqında məlumat verdiyimiz Əbü’l-Leys Kəsir Marağinin atası idi.
Əbü’l-Leys Kəsir ibn İbrahim ibn Əhməd ibn Abdullah Maraği
Mühəddis idi. Qazi Əbü’l-Fəth Müzəffər ibn Muhəmməd əl-Əssardan hədis dinləmiş
və nəql etmişdi. Əbu Tahiri Əhməd əs-Süləfi İsfəhani Rey şəhərində onunla görüşmüş
və söhbət etmişdi
882
. Ölüm tarixi məlum deyil. XI-XII əsrlərdə yaşamışdır.
Hafiz Əbü’l-Qasım Əli ibn Əhməd ibn Muhəmməd ibn Həsən ibn Abdullah ibn
Muhəmməd ibnü’l-Leys Maraği
Yaşadığı dövrün məşhur hədis hafizlərindən biri idi. H. 326-cı ilin rəcəb ayında (may
938) Bəlxdə doğulmuş və bu şəhərdə böyümüşdü. O, siqa, mötəbər hədis ravisi kimi
tanınırdı. İlk olaraq atasından, daha sonra isə Əbu Səid Heysəm ibn Kuleyb əş-Şaşi,
Əbü’l-Fəzl Muhəmməd ibn Əhməd əs-Süləmi, Əbu Bəkr Muhəmməd ibn Əhməd ibn
Həbib, Əbu Muhəmməd Abdullah ibn Muhəmməd, Əbu Cə’fər Muhəmməd ibn
Muhəmməd ibn Cəmil Bağdadidən hədis dinləmişdi. Alim Xorasan və Türküstan
ellərini gəzmiş, Bəlx, Buxara, Nəsəf və Səmərqənddə hədis dərsləri vermiş və hədis nəql
etmişdi. Əbü’l-Qasım Əli Maraği, Əbü’l-İsa Tirmizinin ‚Şəmailü’n-Nəbi‛ adlı
əsərindəki hədisləri qəribü’l-hədis
883
baxımından təhqiq etmişdir. Alim h. 28 səfər 411-ci
ildə (23 iyun 1020) Buxarada vəfat etmişdi
884
.
Əhməd ibn Muhəmməd Mərəndi
Müfəssir olan Əhməd Mərəndi həmçinin fəraiz elmi, vərəsəlik hüququ sahəsində də
mütəxəssis idi. Məlum olmayan səbəbdən əlil olan alim tutulduğu ağır xəstəlikdən
iztirab çəkmiş və h. 549-cu ildə (1154) vəfat etmişdi. Səlahəddin Səfədi onun ‚əz-
881
RAFİ’İ, Tədvin, C. II, s. 101.
882
ƏBU TAHİR İSFƏHANİ, Mu’cəmü’s-Səfər, s. 341.
883
Qəraibü’l-Hədis, hədis elmlərindən biridir. Daha çox hədis mətinlərinin ərəb dilinin filoloji qaydaları baxımından
tədqiq edilməsinə deyilir.
884
SƏM’ANİ, Kitabü’l-Ənsab, C. IV, s. 241-242.
Zureyr‛ yəni ‚kor‛ ləqəbi ilə tanındığını qeyd etmişdi
885
. Əhməd ibn Muhəmməd
Mərəndi ehtimal ki, mübtəla olduğu göz xəstəliyi səbəbiylə əlil olmuşdu.
Şeyx İmadəddin Əbu Abdullah Muhəmməd ibn Hişam ibn Əbü’l-Heca’ Mərəndi
Şafi’i məzhəbinə mənsub fəqih, mühəddis və müfəssir idi. O, xüsusilə Qur’ani-Kərimin
ayələrini Rəsulullahın (s.ə.s) hədisləri ilə şərh etmək sahəsində ixtisaslaşmışdı. İbnü’l-
Fuvati onun qələmə aldığı və ayələrin hədislərlə şərh edildiyi bir təfsir risaləsini
oxuduğunu və orada Qur’ani-Kərimin Mümtəhinə surəsi 6-cı (Ola bilsin ki, Allah
sizinlə düşmənçilik etdiyiniz kimsələr arasında dostluq yaratsın. Allah hər şeyə
qadirdir. Allah bağışlayandır, rəhm edəndir!)
886
ayəsini Əli ibn Əbu Talibin (ا)
Rəsulullahdan (م) nəql etdiyi bu hədislə şərh etmişdir: ‚Düşməninlə orta yollu
düşmənlik et (ona nifrətdə və düşmənçilikdə ifrata varma) ki, bir gün dostuna çevrilə
bilər‛
887
. Təəssüf ki, İbnü’l-Fuvatin alimin ölüm tarixi və yaşadığı dövr haqqında
məlumat verməmişdir. İmadəddin ibnü’l-Əbü’l-Heca’ Mərəndi təqribən XII-XIII
əsrlərdə, Eldənizlilərin hakimiyyəti illərində (1136-1225) yaşamışdır.
İmam Əbu Bəkr Muhəmməd ibn Muhəmməd Mərəndi
Yaşadığı dövrün tanınmış fəqihlərindən və şafi’i alimlərindən biri idi. Əbdülkərim
Qəzvini onu ‚alim, müttəqi imam‛ kimi sözlərlə vəsf etmişdi. Əbu Bəkr Muhəmməd
Mərəndi Qəzvindəki Əmir Əli əl-Hüsami mədrəsəsinin müdərrisi idi. Qəzvindən
yetişmiş bir çox məşhur alim onun tələbəsi olmuşdu. Bunlardan biri də imam Əbu
Süleyman əz-Zübeyri idi. İmam Əbu Bəkr Muhəmməd Mərəndi bir çox qəzvinli əyan
və əşraf ailəsinin övladının təlim və tədrisi ilə məşğul olmuşdu. O, güclü xitabət
qabiləyyətinə malik idi. Əbdülkərim Rafi’i h. 580-ci (1184) ildə imam Əbu Bəkr
885
SƏFƏDİ, Vafi bi’l-Vəfayat, C. VIII, s. 100.
886
[
ٌْ٤ ِؼ َن ٌنُٞلَؿ ُ َّللَّا َٝ ٌه٣ِكَه ُ َّللَّا َٝ اًجَّق ََٞٓ ُِْْْٜ٘ٓ ُْْرْ٣َقاَػ َٖ٣ِمَُّا َْٖ٤َت َٝ ٌَُْْْ٘٤َت َََؼْعَ٣ َْٕأ ُ َّللَّا ٠ٍََػ]
887
İBNü’l-FUVATİ, Məcməü’l-Adab , C. IV/2, s. 854. Bu hədis üçün bax: Muhəmməd ibn İsmayıl BUXARİ, Ədəbü’l-
Müfrəd, C. II, s. 664-665, (Nşr. A. F. Yavuz), İstanbul 1974. *
آ آٞ٣ يث٤ثؼ ٌٕٞ٣ ٕأ ٠ٍػ آ اٗٞٛ يع٤ـت طـتأ+. Müsəlmanın
dostluğunun da, düşmənliyinin də Allah üçün olmalı olduğuna dair çox sayıda hədis var. İmam Təbəri də bu ayəni
şərh edərkən bu gün İslama və müsəlmanlara düşmən olanın, əgər Allah murad edərsə, bir gün İslamı qəbul edib
müsəlman olamasının mümkün olduğunu bəyan edildiyini yazmışdır, yoxsa müsəlmanların kafirlərə qarşı sevgi və
dostluq hissləri bəsləmələrinin mümkün olmadığı Qur’anın bir çox aysində bildirilmişdir.. Bax: Əbu Cə’fər
Muhəmməd ibn Cərir TƏBƏRİ, Camiü’l-Bəyan fi Təfsiri’l-Qur’an, C. VIII, s. 257, İstanbul 1996.
Mərəndinin xütbələrinin qeyd edildiyi kitabı gördüyünü bildirməkdədir. Müəllif bu
kitabın alimin tələbəsi Əbu Süleyman əz-Zübeyri tərəfindən qələmə alındığını qeyd
etmişdir. Əbdülkərim Rafi’i alimin xütbələrindən birini öz əsərində nəql etmişdir
888
.
İmam Əbu Bəkr Mərəndinin ölüm tarixi məlum deyil. Təqribən XI-XII əsrlərdə
yaşamışdır.
Əbu Abdullah Muhəmməd ibn Musa Mərəndi
Hədis ravisi və Əbu Nueym Cürcaninin
889
vərraqı
890
idi. O, Qəzvində yaşamış, İbrahim
ibn Hüseyn Həmədanidən hədis dinləmiş və nəql etmişdi. Qəzvində yetişmiş bir çox
alim ondan hədis dinləmişdi. Muhəmməd ibn Əbu Xəlil və Əbdürrəhman ibn Əbu
Hatim hədis ravisi olaraq onu yüksək qiymətləndirmişdilər. Əbu Abdullah Muhəmməd
Mərəndi vərraq olduğu üçün kitabların üzünün köçürülməsi işi ilə də məşğul olurdu.
Onun qələmindən 500 cilddən çox kitab çıxmışdı
891
. Ölüm tarixi məlum deyil. IX-X
əsrlərdə yaşamışdır.
Hafiz İbrahim Muhəmməd ibn Musa Mərəndi
Əbu Abdullah Muhəmməd Mərəndinin oğlu idi. Hədis hafizi və atası kimi vərraq idi.
O, da atası kimi çox sürətli yazı yazması ilə tanınmışdı
892
. Ölüm tarixi məlum deyil. X
əsrdə yaşamışdı.
Əbu Abdullah Muhəmməd ibn Abdullah ibn Bəndər ibn Abdullah ibn Muhəmməd
ibn Kəka Mərəndi
Mühəddis idi. Əbü’l-Həsən Əli Darəqutni, İbn Şahin
893
, fəqih Əbu Həsən Əli ibn
Muhəmməd əl-Qəssar, Əbu Nəsr Əbdürrəhman ibn Əhməd Həmədani, Əbü’l-Qasım
888
RAFİ’İ, Tədvin, C. II, s. 17.
889
Hafiz Əbu Nueym Əbdülməlik ibn Muhəmməd ibn Ədiyy Cürcani Əstərabadi (856-935). Yaşadığı dövrün böyük
hədis hafizlərindən biri idi.
890
Vərraq-kitab və.s dəftərxana ləvazımatının ticarəti ilə məşğul olan şəxs.
891
YAQUT əl-HƏMƏVİ, Mu’cəmü’l-Büldan, C. V, s. 176-177.
892
HİMYƏRİ, Nisbə ilə’l-Məvazi’, C. I, s. 588.
893
Hafiz Əbu Həfs Ömər ibn Əhməd ibn Osman ibn Əhməd ibn Muhəmməd ibn Əyyub ibn Şahin Bağdadi (öl. 995).
Böyük hədis hafizlərindən biri idi. Hədis və təfsir sahələrində bir sıra əsərlərin müəllifi idi.
Musa ibn İsa Sərrac, Əbü’l-Həsən əl-Hərbi, Əbu Həfs əl-Kinani və daha onlarla
mühəddisdən hədis dinləmiş və nəql etmişdi. H. 433-cü ildə (1042) həcc ziyarətindən
qayıdarkən Dəməşqdə gəlmiş və burada hədis dərsləri vermişdi. Əbdüləziz əl-Kinani,
Əbü’l-Qasım ibn Əbü’l-Əla, Əbu Mənsur Hibətullah ibnü’s-Səqr Mərəndi, Əbu Həsən
Əli ibn Həsən ibn Hərur və başqaları da ondan hədis dinləmişdilər
894
. Əbu Abdullah
Muhəmməd Mərəndinin ölüm tarixi məlum deyil. XI əsrdə yaşamışdır. İbn Əsakir öz
əsərində onun nəql etdiyi hədislərdən aşağıdakını qeyd etmişdir:
Ənəs ibn Malik (ا) dedi: Allah Rəsulu (م) buyurdular ki; ‚Kim şəhid olmağı sədaqətlə
(səmimi olaraq) istəsə Allah ona şəhidlik verilər. Hətta (düşmənin silahı) ona isabət
etməsə belə‛
895
.
Muhyəddin Əbu Nəsr Əhməd ibn İbrahim ibnü’l-Hümami Mərəndi
Mühəddis idi. H. 477-ci (1084) ildə Qəzvində təhsil almış, bu şəhərdə Əbü’l-Fəth ər-
Raşidi, Əbu Mənsur əl-Muqri kimi alimlərdən hədis dərsləri almışdı
896
. Hafiz Əbu Tahir
əs-Süləfi (öl. 1181) Azərbaycanda olarkən Xoy şəhəri yaxınlığında Muhyəddin Əhməd
Mərəndi ilə görüşüb söhbət etmişdi
897
. Muhyəddin Əhməd Mərəndinin ölüm tarixi
məlum deyil. XI-XII əsrlərdə yaşamışdır.
Əbu Bəkr ibn Muhəmməd ibn Hüseyn əs-Səylani Mərəndi
XII əsrdə yaşamış şafi’i məzhəbinə mənsub alim idi. Həyatı haqqında ətraflı məlumat
yoxdur. ‚Fəzlü’l-Füqəra ələ’l-Əğniya‛, ‚Nəcatü’z-Zakirin‛ və ‚Xəvf və Rəca‛ Əbu Bəkr
əs-Səylani Mərəndinin müəllifi olduğu farsca əsərlərdir. Bu əsərlərin əlyazma nüsxələri
Ankara Milli kitabxanada mövcuddur. Onun Azərbaycan türkcəsində qələmə aldığı
‚Zadü’l-İbad‛ adlı təsvvüfə dair əsərin bilinən yegan nüsxsi İstanbulda, Topqapı
muzeyində saxlanılır.
Vəzir Fəxrəddin Əbü’l-Fəth Əli ibn Hüseyn ibn Muhəmməd ər-Rəvəki Mərəndi
894
İBN ƏSAKİR, Tarixu-Mədinəti-Diməşq, C. LIII, s. 331; YAQUT əl-HƏMƏVİ, Mu’cəmü’l-Büldan, C. V, s. 176-177.
895
İBN ƏSAKİR, yenə orada. (ٚثصذ ُْٝ اٜ٤طػأ اهقاص جقاٜشُا ةِغ ٖٓ). Bu hədis üçün bax: MÜSLİM, Səhih, İmarat, 46/1908.
896
RAFİ’İ, Tədvin, C. II, s. 137.
897
ƏBU TAHİR İSFƏHANİ, Mu’cəmü’s-Səfər, s. 22.
İbnü’l-Fuvati onun Anadolu Səlcuqlu dövlətində vəzir olduğunu bildirməkdədir.
Müəllifin yazıdığına görə Fəxrəddin Əbü’l-Fəth Mərəndi
898
Anadolu Səlcuqlu sarayının
sahibi-divanı Muinəddin Süleyman Pərvanə (öl. 1277) ilə birlikdə h. 666-ci ildə (1268)
Marağaya gəlmiş və onlar Marağa rəsədxanasının olduğu dağın ətəyindəki çadırlarda
qalmışdılar. İbnü’l-Fuvati həmin vaxt özünün də Marağada olduğunu yazır. Müəllif
Anadoludan gələn bu rəsmi heyətin daha sonra Elxanlı hökmdarı Abaqa xanla (1262-
1282) görüşmək üçün yola çıxdığını bildirmişdir. O, rəsmi heyətin qiymətli hədiyyələrlə
moğol xanının hüzuruna getdiklərini, həyiyyələr arasında şahinlər, qatırlar və başqa
qiymətli quşların da olduğunu, bu heyətin oradakı fəqirlərə qarşı xeyli səxavitli
davranaraq çoxlu dirhəm sədəqə verdiyini yazmışdır
899
. Müəllif Fəxrəddin Əbü’l-Fəth
Mərəndinin ölüm tarixini qeyd etməmişdir.
Əbu Bəkr ibn İshaq ibn Hüseyn ibn Xalid Mərəndi
Hənəfi məzhəbinə mənsub fəqih idi. H. 712-ci ildə (1311) anadan olmuşdu. Zahid və
abid bir insan olan Əbu Bəkr Mərəndi təsəvvüf əhlinə mənsub idi. O, Qahirədəki
Nasiriyyə xanəgahında fiqh dərsləri verir, həmçinin mənəvi tərbiyə və irşadla məşğul
olurdu
900
. Ölüm tarixi məlum deyil. XIV əsrdə yaşamışdır.
Nemətullah ibn Muhəmməd ibn Mənsur Mərəndi
Mühəddis idi. Mərəndin cümə məscidində hədis dərsləri vermişdi. O, Əbu Mənsur
Hibətullah ibnü’s-Səqr Mərəndinin tələbəsi olmuş, ondan hədis dinləmişdi. Əbu
Mənsur Hibətullah ibnü’s-Səqr Mərəndi isə Mərəndli məşhur mühəddis Əbu Abdullah
Muhəmməd ibn Kəka Mərəndinin tələbəsi olmuşdu
901
. Nemətullah Mərəndinin ölüm
tarixi məlum deyil. XI-XII əsrlərdə yaşamışdır.
898
(Ph) Doktorluq dissertasıyam Anadolu Səlcuqlu tarixi bağlı olduğu üçün sözü gedən dövrün tarixi mənbələri ilə
yaxından tanış olub tədqiq etmə fürsətim olmuşdur. Həmin bu dövrdə Anadolu Səlcuqlu dövlətində ‚Mərəndi‛
nisbəsi ilə tanınmış sadəcə bir şəxsə rast gəlmişdik, bu da Baba Mərəndi ləqəbli dövlət və din xadimi qazi Məcdəddin
Mərəndidir. Bunun xaricində, sözü gedən dövrdə, xüsusən də sahibi-divan Muinəddin Süleyman Pərvanənin
ətrafında ‚Mərəndi‛ nisbəli başqa bir məşhur şəxsin olduğuna dair mənbələr heç bir məlumat vermirlər.
899
İBNü’l-FUVATİ, Məcməü’l-Adab , C. IV/3, s. 244-245.
900
SƏXAVİ, Zəvu’l-Lami’, C. V, s. 230.
901
İBN ƏSAKİR, Mu’cəmü’ş-Şüyux, s. 308.
|