Məryəm bint Kəmaləddin Əbü’l-Fəzl ibn Muhəmməd ibn Əbu Bəkr ibn Hüseyn
Maraği
Mühəddisə idi. Mədinədə yaşamış burada hədis elmlərini öyrənmiş və tədrislə məşğul
olmuşdu. Ölüm tarixi məlum deyil. XV-XVI əsrlərdə yaşamışdır
801
.
Ümmü’l-Hüseyn bint Kəmaləddin Əbü’l-Fəzl ibn Muhəmməd ibn Əbu Bəkr ibn
Hüseyn Maraği
Mühəddisə idi. Məryəm Marağinin bacısı olan Ümmü’l-Hüseyn Maraği Mədinədə
Şəmsəddin Səxavidən (öl. 1497) hədis dinləmişdi. Ölüm tarixi məlum deyil. XV-XVI
əsrlərdə yaşamışdır
802
.
Əbü’l-Fəzl Cə’fər ibn Səqr ibn Səlb Maraği
Hədis ravisi idi. Yaşadığı dövrün bir sıra tanınmış mühəddislərindən hədis dinləmişdi.
Onun hədis dinlədiyi mühəddislərin arasında Muhəmməd ibn Əhməd ibn İsmət ər-
Rəmli də var idi. Əbü’l-Fəzl Cə’fər Maraği Misin Fustat şəhərində yaşamış və bu
şəhərin cümə camesində hədis dərsləri vermişdi
803
. Ölüm tarixi məlum deyil. IX-X
əsrlərdə yaşamışdır. Nəql silsiləsində onun da olduğu hədislərdən biri aşağıdakıdır:
Abdullah ibn Ömər (ا) dedi: Allah Rəsulu (م) buyurdular ki: ‚Cümə namazına gələn
qüsl alsın‛
804
.
Qazi Muhəmməd ibn Yəhya ibn Müslim Maraği
Hənəfi məzhəbinə mənsub fəqih idi. H. 470-ci ildə (1078) Marağada anadan olmuşdu.
Fəzilətli və saleh insan kimi tanınmışdı. Əbu Nəsr Əqtanın imam Qudurinin
805
əsərinə
801
SƏXAVİ, Zəvu’l-Lami’, C. III, s. 459.
802
SƏXAVİ, Zəvu’l-Lami’, C. III, s. 469.
803
ƏBU BƏKR İSFƏHANİ, Mu’cəm, C. II, s. 242.
804
ƏBU BƏKR İSFƏHANİ, yenə orada. Bu hədis üçün bax: BUXARİ, Səhih, Cümə 3; TİRMİZİ, Sünən, Cümə 355/493;
NƏSAİ, Sünən, Cümə 7/1359. (ٍَرـ٤ِك حؼٔعُا ٠ذأ ٖٓ)
805
Əbü'l-Hüseyn Əhməd ibn Muhəmməd əl-Quduri (973-1037) hənəfi məzhəbinin məşhur alimlərindən biri və bir
sıra əsərlərin müəllifidir. Qjljmj aldığı əsərlərdən biri də ‚Müxtəsərü’l-Quduri‛ adlanır. Bu əsərə bir neçə şərh
yazdığı şərhi ən gözəl şəkildə izah və tədris edən alimlərdən idi. H. 563-cü ildə (1168)
vəfat etmişdi
806
.
Hafiz Əbü’l-Fəth Muhəmməd ibn Cə’fər ibn Muhəmməd Maraği
Hədis hafizi, mühəddis və filoloq idi. O, öz dövrünün ərəb dilinin qrammatikası üzrə
tanınmış mütəxəssislərdən idi. Bəlağət və fəsahət sahib olan hafiz Əbü’l-Fəth
Muhəmməd Maraği ərəb dilində mükəmməl nitq qabiliyyətinə malik idi. Bağdadda
yaşayırdı. Əbu Cə’fər Əhməd ibn Abdullah ibn Müslim ibn Quteybədən hədis dinləmiş
və nəql etmişdi. Qazi Əbü’l-Hüseyn əl-Mühamili h. 371-ci ildə (981) ondan hədis
dinləmişdi
807
. Cəmaləddin Qıfti Iraq Büveyhi hökmdarlarından İzzüddövlə Əbu
Mənsur Bəxtiyar əd-Deyləminin (966-978) Əbü’l-Fəth Muhəmməd Marağidən dərs
aldığını qeyd edir
808
. Ehtimal ki, bu fars mənşəli və şiə məzhəbli hökmdar Əbü’l-Fəth
Marağidən ərəb dili və ədəbiyyatı dərsləri almışdı. Əbü’l-Fəth Muhəmməd Marağinin
müəllifi olduğu əsərlərdən aşağıdakıların adlarını sadalamaq olar: ‚Kitabu’l-Bəhcət ələ
Misal‛, ‚Kitabü’l-Kamil‛, ‚Kitabu’l-İstidrak‛
809
, ‚Muxtarü’l-Əxbar‛ və ‚Kitabü’l-
Xəlili‛
810
. Bağdadlı İsmayıl paşa alimin h. 371-ci ildə (981) vəfat etdiyini qeyd
etmişdir
811
.
Əbü’l-Fəth Muhəmməd ibn Hüseyn Maraği
Azərbaycan Qaraqoyunlular dövləti dövründə yaşamış tanınmış mühəddis idi. İbn
Həcər Əsqəlaninin ‚Fəthü’l-Bari‛
812
adlı hədis külliyatını ‚Müxtəsərü’l-Fəthü’l-Bari‛ adı
ilə ixtisar etmişdi. Əbü’l-Fəth Muhəmməd Maraği h. 759-cu ildə (1455) vəfat etmişdir
813
.
yazılmışdır. Əbu Nəsr əl-Əqta da bu əsərə ‚Təshihi-Quduri‛ adlı bir şərh yazmışdı. Bu əsər mədrəsələrdə hənəfi
fiqhinə dair dərsliklərdən biri kimi istifadə olunmuşdu.
806
İBN ƏBÜ’l-VƏFA, Cəvahirü’l-Muziyyə, C. III, s. 397,
807
Şihabəddin Yaqut ibn Abdullah ər-Rumi əl-HƏMƏVİ, İrşadü’l-Ərib, s. 1480, Dəməşq 1980.
808
QIFTİ, İnbahu’r-Ruvat, C. III, s. 87.
809
İBNÜ’n-NƏDİM, əl-Fihrist, s. 88.
810
BAĞDADLI, İzahü’l-Məknun, C. II, s. 190, 284.
811
Həmin əsər, C. II, s. 190.
812
‚Fəthü’l-Bari‛ İbn Həcər Əsqəlaninin (1449) imam Buxarinin ‚Səhih‛ adlı külliyatındakı hədislərə yazdığı şərhdir.
813
KƏHHALƏ, Mu’cəmü’l-Müəllifin, C. III, s. 262.
Əbu Abdullah Xıdır ibn Muhəmməd ibn Mütəvəyyih Maraği
Hədis ravisi idi. Uzun məddət Bağdadda yaşamış, daha sonra Tunisdə getmiş və orada
məskunlaşmışdı
814
. Ölüm tarixi məlum deyil. Təqribən IX-X əsrlərdə yaşamışdır.
Əbü’l-Fütuh Nəsr ibn Muhəmməd ibn İbrahim əl-Azərbaycani Maraği
Əbu Hamid Qəzzalinin tələbələrindən və onun elmi irsinin davamçılarından idi. Əl-
Əqsa məscidini ziyarət etmiş, sonra Dəməşqə gələrək bir müddət burada yaşamışdı.
Dəməşqdə dərslər və söhbət məclisləri təşkil edərək Əbu Hamid Qəzzalinin elm və
təfəkkür tərzini təbliğ etmişdi. Əbu Səd Əbdülkərim ibn Muhəmməd ibn Mənsur daha
sonra Əbu Hamid Qəzzali haqqında ondan eşitdiklərini qələmə almışdı
815
. Ölüm tarixi
məlum deyil. Əbu Hamid Qəzzali ilə görüşdüyünə görə onun XI-XII əsrlərdə
yaşadığını təxmin etmək olar.
Əbu Muhəmməd Cə’fər ibn Muhəmməd ibn Haris Maraği
Yaşadığı dövrün tanınmış mühəddislərindən idi. Hədis dinləmək məqsədiylə səyahətə
çıxmış və İslam coğrafiyasının bir çox şəhərlərini gəzmişdi. O, hədis dinləmək üçün
Bağdad, Nişapur, Bəsrə, Kufə, Hələb, Mosul və Məkkəyə səyahət etmiş və buradakı
mühəddislərdən hədis dinləmişdi. Əbu Muhəmməd Cə’fər Maraği altımış il boyunca
dinlədiyi hədisləri həm əzbərləmiş, həm də qeyd etmişdi. O, doğru sözlü, sadiq və
dürüst insan kimi tanınmışdı. Bağdadda Əbu Bəkr Cə’fər ibn Muhəmməd əl-Farabi,
Abdullah ibn Muhəmməd ibn Naciyyə, Əbu Bəkr Muhəmməd ibn Yəhya əl-
Mərvəzidən, Bəsrədə Əbu Xəlifə əl-Qazi, Zəkəriyyə ibn Yəhya əs-Sacidən, Kufədə
Abdullah ibn Muhəmməd ibn Səvvad əl-Haşimidən, Əhvazda Abdullah ibn Əhməd əl-
Cəvaliqidən, Tustərdə Əhməd ibn Yəhya ibn Zuheyrdən, Məkkədə Müfəzzəl ibn
Quteybədən, Mosulda Əbu Yə’la Əhməd ibn Əli əl-Məvsilidən, Hələbdə Əbü’l-Həsən
Əli ibn Əbdülhəmid əl-Qəzairidən (öl. 925) hədis dinləmişdi. Bundan başqa o, Cəmahir
ibn Muhəmməd əz-Zəmləkani, Cə’fər ibn Muhəmməd əl-Qəyravani, Mənsur ibn
814
XƏTİB BAĞDADİ, Tarixu-Bağdad, C. VIII, s. 337.
815
İBN ƏSAKİR, Tarixu-Mədinəti-Diməşq, C. IV5, s. 62.
İsmayıl əl-Fəqih, Əbü’l-Abbas əd-Dəğuli, Əli ibn Əbdan kimi ravilərdən də hədis
dinləmişdi. Hafiz Əbu Əli, hafiz Əbu Abdullah əl-Hakim, Əbdürrəhman ibn
Muhəmməd əs-Sərrac, hakim Əbu Əhməd ibn Muhəmməd, Əbü’l-Fəzl Abbas ibn
Əbkəcur, Əbu Əbdürrəhman əs-Süləmi, Əbu Bəkr əl-Muqri kimi hədis raviləri də
ondan hədis dinləmişdilər. Alim h. 26 rəcəb 356-cı ildə (7 iyul 967) vəfat etmişdi
816
.
Əbü’l-Həsən Əli ibn Əhməd ibn Əbdürrəhman Maraği
Mütəkəllim idi. Şeyx Bədrəddin əl-Faruqi onun tələbəsi olmuşdu. Onun atası Əbü’l-
Qasım Əhməd də alim idi və saleh insan kimi tanınmışdı. H. 716-cı ildə (1316) vəfat
etmişdi
817
.
Qazi İmadəddin Əbü’l-Fərəc Məs’ud ibn Əbu Muhəmməd ibn Əbdülhəmid Maraği
Şafi’i məzhəbinə mənsub fəqih idi. Elm, hikmət və fəzilətdə öz dövrünün üstünü idi.
Hələ gənc yaşlarından gözəl əxlaqlı alim və mətəfəkkir kimi məşhur olmuşdu. Marağa
şəhərinin qaziliyinə təyin olunmuş, fəqət h. 646-cı ildə (1248) gənc yaşlarında vəfat
etmişdi. Onun ölümüdən sonra bu vəzifəyə Qütbəddin Əbü’l-Xeyr Əhməd Maraği
təyin olunmuşdu
818
.
Əbu Bəkr Muhəmməd ibn Əli ibn Əbdülmün’im Maraği
Şafi’i məzhəbinə mənsub fəqih və hədis ravisi idi. Dəməşqdə Əbu Saleh Əbdüssəməd
ibn Əbdürrəhman əl-Həməvidən (öl. 1145) hədis nəql etmişdi. O, bir müddət
Dəməşqdəki Bəzzan mədrəsəsində dərs vermişdi. Daha sonra Dəməşqi tərk edib
Bağdada getmiş və burada fiqhlə məşğul olmuşdu. Ölüm tarixi məlum deyil. XII əsrdə
yaşamışdır
819
.
816
YAQUT əl-HƏMƏVİ, Mu’cəmü’l-Büldan, C. VI, s. 153; SƏM’ANİ, Kitabü’l-Ənsab, C. IV, s. 241-242; İBNü’l-ADİM,
Buğyətü’t-Tələb, C. VIII, s. 211.
817
İBN HƏCƏR, Dürərü’l-Kaminə, C. II, s. 74.
818
İBNü’l-FUVATİ, Məcməü’l-Adab , C. IV/2, s. 863.
819
İBN ƏSAKİR, Tarixu-Mədinəti-Diməşq, C. LIV, s. 375.
Əbu’n-Nəcib Muhəmməd ibn Mənsur ibn Muhəmməd Maraği
Mühəddis idi və h. 438-ci ildə (1046) Dəməşqdə yaşamış, burada hədis nəql etmişdi.
Dəməşqdə Əbu Əli ibn Əbu Nəsr, Rişa ibn Nəzif, Misirdə Əbu Cə’fər Müslüm ibn Əli
ibn Həsən əl-Ələvi, Əbü’l-Hüseyn ibn Muhəmməd ibn Hüseyn ibnü’t-Tüffaldan hədis
dinləmişdi. Nəsr ibn İbrahim, Əbu Muhəmməd Abdullah ibn Hüseyn ən-Nəhhas
ondan hədis dinləmiş və nəql etmişdi
820
. Əbu’n-Nəcib Muhəmməd Maraği h. 456-cı ildə
(1064) vəfat etmişdir. Onun, nəql silsiləsində olduğu, hədislərdən bir aşağıdakıdır:
Əbu Hureyrə (ا) dedi: Allah Rəsulu (م) buyurdular ki; ‚Vəziyyətə görə bir dirhəm
sədəqə(nin səvabı) yüz min sədəqə(nin səvabını)ni keçə bilər. Oradakılar ‚bu necə ola
bilər ey Allahın Rəsulu?‛ dedilər. O, ‚İki dirhəmi olan şəxs bunlardan birini təsəddüq
etsə, digər şəxsin isə sərvəti olsa və oradan yüz min dirhəm infaq etsə (necə olar?)‛
deyə cavab verdi‛
821
.
Fəxrəddin Əbü’l-Leys Muhəmməd ibn Əbdülməlik ibn Əbi’l-Haris ibn Süheym
Maraği
Astronom və mühəndis idi. H. 533-cü ildə (1139) Marağada anadan olmuşdu. O,
Nəsrəddin Tusinin Hülagü xana təqdim etdiyi alimlərdən biri idi. Onunla birlikdə
Fəxrəddin əl-Əxlati, Müəyyidəddin əl-U’rzi, Nəcməddin əl-Qəzvini də dövrün məşhur
alimlərindən idilər. Bu dörd alim astronomiya, həndəsə, riyaziyyat və metodologiya
üzrə böyük mütəxəssislər idilər. Fəxrəddin Əbü’l-Leys Maraği öz ixtisas sahəsinə dair
bir neçə əsərin müəllifi idi. O, Mövlana Nəcməddin Əhməd ibnü’l-Bəvvabla da görüşür
və onunla dostluq edirdi. Fəxrəddin Əbü’l-Leys Maraği saleh insan idi və nəfs tərbiyəsi
ilə də məşğul olurdu. O, yuxarıda adı çəkilən alimlərlə bir yerdə böyük ehtimalla
Marağada filosof Nəsirəddin Tusinin təşəbbüsü ilə açılmış rəsədxana və elmi mərkəzdə
fəaliyyət göstərmişdir. Alim h. 667-ci ilin səfər ayında (oktyabr 1268) vəfat etmişdir
822
.
820
İBN ƏSAKİR, Tarixu-Mədinəti-Diməşq, C. LVI, s. 35; MƏQDİSİ, Kitabü’l-Müqəffa, C. VII, s. 300-301.
821
Bu hədis üçün bax: CANAN, Kutubi-Sitte, Tercüme ve Şerhi, C. X, s. 21; NƏSAİ, Sünən, Zəkat, hədis nr. 2480. ( نثٌ
قُأ حئآ ٚظهػ ٖٓ مـأك ه٤صً ٍآ ُٚ َظنٝ ٚت مكصرك أٛكؼأ مـأ ٕأٛنق ُٚ َظن ٍاه قُأ حئآ ْٛنق نثٌ ق٤ًٝ الله ٌٍٞن ا٣ اُٞاه قُأ حئآ ْٜٛنق)
822
İBNü’l-FUVATİ, Məcməü’l-Adab , C. IV/3, s. 339.
Müdərris Fəxrəddin Əbü’l-Fəzl Muhəmməd ibn Muhəmməd Maraği
Bağdadda yaşamış və buradakı əs-Siqatiyyə hədis mədrəsəsinin müdərrisi olmuşdu.
İbnü’l-Fuvati (öl. 1323) öz müəllimi Tacəddin Əli ibn Əncəbin onun bu vəzifəyə divan
tərəfindən təyin olunduğunu qeyd etdiyin bildirmişdir. Ehtimal ki, Tacəddin Əli
‚divan‛ deyərkən Abbasi sarayını nəzərdə tutmuşdur. İbnü’l-Fuvati müdərris
Fəxrəddin Marağinin zərif, nəzakətli, lütfkar və zarafatcıl insan olduğunu bildirmişdir.
H. 652-ci ildə (1254) həcc ziyarətinə getmiş və qayıdarkən yolda xəstələnmişdi. Bu
xəstəlik səbəbiylə də h. 653-cü ilin rəbiələvvəl ayında (aprel 1255) vəfat etmişdi
823
.
Əbü’l-Həsən Əli ibn Həskuyə ibn İbrahim Maraği
Şafi’i məzhəbinə mənsub fəqih, filoloq və ədəbiyyatşünas idi. Bağdadda şeyxülislam
Əbu İshaq Şirazinin tələbəsi olmuş və onun yanında fiqh oxumuşdu. O, Əbu İshaq
Şirazi və xətib Əbu Muhəmməd Abdullah ibn Muhəmməd ibn Hezarmərddən hədis
dinləmişdi. İbnü’s-Səlah Şəhrəzuri belə yazır: ‚Məndə şeyx Əbu İshaq Şirazinin müəllifi
olduğu ‚əl-Lüma’ fi Üsulü’l-Fiqh‛ adlı kitab var. Bu nüsxəni Əli ibn Həskuyə Maraği öz
dəsti xətti ilə yazmışdır‛. İbnü’s-Səlah həmçinin bu nüsxənin üzərində ‚466-cı ildə
(1074) oxundu‛ deyə qiraət qeydinin olduğunu bildirmişdi. Bu məlumatdan Əli ibn
Həskuyə Marağinin həmin tarixdə tələbə olduğunu təxmin etmək olar
824
. Əbü’l-Həsən
Əli Maraği uzun müddət Bağdadda yaşadıqdan sonra Mərvə köçmüş və vəfatına qədər
bu şəhərdə yaşamışdı. Alim h. 516-cı ilin məhərrəm ayında (mart 1122) Mərvdə vəfat
etmişdi
825
.
Əbu Abdullah Hüseyn ibn Harun ibn Xüzeymə Maraği
Hədis ravisi idi. Nəsa şəhərində yaşamışdı. H. 322-ci ildə (934) həcc ziyarətindən
qayıdarkən Bağdada gəlmiş və burada Həsən ibn Süfyan Nəsaidən hədis nəql
etmişdi
826
. Xətib Bağdadi onun ölüm tarixini qeyd etməmişdir. X əsrdə yaşamışdır.
823
İBNü’l-FUVATİ, Məcməü’l-Adab , C. IV/3, s. 374.
824
ŞƏHRƏZURİ, Təbəqati’l-Füqəhai’ş-Şafi’iyyə, C. II, s. 607.
825
SÜBKİ, Təbəqatü’ş-Şafi’iyyə əl-Kübra, C. VII, s. 118; ƏSNƏVİ, Təbəqatu’ş-Şafi’iyyə, C. II, s. 227; SƏM’ANİ, Kitabü’l-
Ənsab, C. IV, s. 241-242; İBN KƏSİR əl-ƏNSARİ, Zeyl Təbəqatü’l-Füqəhai’ş-Şafi’iyyə, v. 110a.
826
XƏTİB BAĞDADİ, Tarixu-Bağdad, C. VIII, s. 146.
Fələkəddin Əbu Abdullah Şahməlik ibn Abdullah Maraği
Palazpuş
827
ləqəbi ilə tanınan Fələkəddin Şahməlik Marağa hakimi idi. O, himmət və
izzət sahibi, ədalətli və insaflı insan idi. Marağa əhalisinin və rəyyətin qeydinə qalırdı.
Fələkəddin Şahməlik çox ibadət edən, zöhd və təqva sahibi şəxs idi. O, təsəvvüf əhli ilə
yoldaşlıq edir, onlar kimi dəbdəbədən uzaq, sadə yun libas geyirdi
828
. İbnü’l-Fuvati
onun ölüm tarixi barədə məlumat verməmişdir. Ehtimal ki, Fələkəddin Şahməlik
Maraği Azərbaycan Atabəyləri dövründə (1136-1225) Marağa və Ruindej hakimi olan
Əhmədili ailəsinə mənsub idi. Bizi bu düşüncəyə sövq edən mənbələrdə Marağa hakimi
olmuş Fələkəddin adlı bir şəxsin adının çəkilməsidir. İbnü’l-Əsir öz əsərində h. 570-ci
ildə (1174-1175) baş vermiş hadisələrdən bəhs edərkən həmin il Eldənizli hökmdarı
Muhəmməd Cahan Pəhləvanın (1175-1186) Marağa şəhərini mühasirəyə aldığını,
bunun səbəbinin isə bu şəhərin hakimi İbn Ağsunqurun
829
ölümündən sonra onun
yerinə varisi Fələkəddinin keçməsi olduğunu qeyd etmişdir
830
. Təəssüf ki, müəllif bu
şəxsin adını və künyəsini yazmayaraq sadəcə ləqəbini qeyd etməklə kifayətlənmişdir.
Fikrimizcə burada sözü gedən şəxs Fələkəddin Şahməlik Marağidən başqası deyildir.
Şeyx Şəmsəddin Muhəmməd ibn Muhəmməd ibn Əhməd ibn Əbü’l-Qasım Maraği
Yaşadığı dövrdə Misirin maliki məzhəbinə mənsub məşhur fəqihlərindən biri olmuşdu.
Fiqlə yanaşı ərəb filologiyası, fəraiz, tarix və sosiologiya elmlərini sahəsində də
mütəxəssis idi. O, öz dövrünün dərin zəkası və fəziləti ilə tanınmış mütəfəkkirlərdən
827
İbnü’l-Fuvati bunu [َٞت يلات]
(bəlas buş) olaraq qeyd etmişdir ki, bu da özlüyündə ərəb dilində heç bir məna
ifadə etmir. Ərəb dilində ‚p‛ səsi və hərfi olmadığı üçün qeyr-ərəb dillərdəki, içində ‚p‛ səsi olan kəlmələr, ‚b‛ ilə
yazılır. Bunu nəzərə alaraq bu ifadəni Palazpuş olaraq oxumağı və qeyd etməyi məqsədəuyğun gördük. Palazpuş
fars dilində palaz geyən, palaza bürünən mənasını ifadə edir. Onun bu ləqəblə tanınmasının səbəbi isə fikrimizcə
təsəvvüf əhlinə mənsub şəxslər kimi yun paltar, yun xələt geyməsi olmuşdur. Məlum olduğu kimi palaz da yundan
toxunur.
828
İBNü’l-FUVATİ, Məcməü’l-Adab , C. IV/3, s. 501.
829
1134-1174-cü illərdə Marağa və Ruindej hakimi olmuş Nüsrətəddin Arslan-Apa ibn Ağ-Sunqur Əhmədili nəzərdə
tutulur. Mərhum akademik Ziya Bünyadov bu şəxsdən sonra yerinə Əlaəddin Körpə Arslanın (1174-1208) keçdiyini
qeyd etmişdir. Bax: Azərbaycan Atabəyləri Dövləti, s. 237.
830
Kamil fi’t-Tarix, C. II, s. 339; BÜNYADOV, həmin əsər, s. 72.
biri idi. İbn Seyyidü’n-Nas
831
və onun müasiri alimlərin tələbəsi olmuş, hədis, fiqh və
digər elmələr dair bilikləri mənimsəmişdi. Həmçinin Qahirədə sosiologiya və tarix
fəlsəfəsi elminin banisi Vəliyəddin Əbdürrəhman ibn Xəldunla (1332-1409) dəfələrlə
görüşərək onun tarix və digər ictimai elmlərə dair fikirlərindən faydalanmışdı. Şeyx
Şəmsəddin Muhəmməd Maraği fiqh, hədis, tarix, siyasət və sosiologiya sahələrinə dair
bir çox kitab və risalə qələmə almışdı. Alim h. 17 zilhiccə 811-ci (3 may 1409) ildə vəfat
etmişdi
832
.
Əllamə Burhanəddin Əbü’s-Səna Mahmud ibn Abdullah ibn Əbdürrəhman ibn
Muhəmməd Maraği
Şafi’i məzhəbinə mənsub mühəddis idi. H. 605-ci ildə (1209) anadan olmuşdu. Hələb
şəhərində qazi Zeynəddindən və Əbü’l-Qasım ibn Rəvahədən hədis dinləmişdi.
Burhanəddin Mahmud Maraği abid, zahid, saleh, sidq və vəra’ sahibi alim idi. O, həm
zahirən yaraşıqlı insan idi, həm də gözəl əxlaqa malik idi. Dəfələrlə qazi və şeyxü’ş-
şüyux vəzifələri təklif olunsa da o, imtina etmiş və elm tədrisi ilə məşğul olmuşdu.
Dəməşqdə Fələkiyyə və Əkziyyə mədrəsərərinin müdərrisi, həmçinin fətva mərcii idi.
Yusif əl-Mizzi
833
, Elməddin Birzali
834
, Şəmsəddin Zəhəbi və İbnü’l-Əttar ondan hədis
dinləmiş və hədis elmlərinə dair bilikləri öyrənmişdilər. H. 681-ci ilin rəbiülaxir ayında
(iyul 1282) Dəməşqdə vəfat etmişdi
835
. Şəmsəddin Zəhəbi müəllimi Burhanəddin
Mahmud Marağinin həyatı və elmi fəaliyyəti haqqında məlumat verdikdən sonra
ondan dinlədiyi hədislərdən birini öz əsərində qeyd etmişdi. Həmin hədisdə Hüzeyfə
ibnü’l-Yəman (ا) deyir: Allah Rəsulu (م) buyurdular ki: ‚Sizdən əvvəlki ümmətlərdən
birinə mənsub bir şəxs ölüb cənnətə daxil olduğu vaxt ondan soruşacaqlar ‚cənnətə
831
Hafiz Fəthəddin Əbü’l-Fəth Muhəmməd ibn Muhəmməd əl-İşbili (1273-1334) əslən Əndəlusun İşbiliyyə (indiki
İspaniyada Sevilla) şəhərindən idi. Yaşadığı dövrün tanınmış mühəddis, fəqih və üsul alimi idi. İbn Seyyidü’n-Nas
ləqəbi ilə tanınmışdı. ‚Sirətü’n-Nəbəviyyə‛ adlı əsəri məşhurdur.
832
SƏXAVİ, Zəvu’l-Lami’, C. IV, s. 278, 389.
833
Yusif ibn Əbdürrəhman əl-Mizzi (1256-1341). Tanınmış mühəddis və bioqraf idi.
834
Elməddin Qasım ibn Muhəmməd əl-Birzali (1267-1338). Tanınmış mühəddis, tarixçi və bioqraf.
835
Təqiyəddin Əbu Bəkr ibn Əhməd ibn Muhəmməd İBN QAZİ ŞUHBƏ əd-Diməşqi, Təbəqatü’ş-Şafi’iyyə, (Nşr. H.
Əbdüləlim Xan), C. II, s. 61, Heydərabad 1978; İBNü’l-İMAD, Şəzəratü’z-Zəhəb, C. V, s. 644; İBN KƏSİR, Bidayə və’n-
Nihayə, C. XIII, s. 503; ƏSNƏVİ, Təbəqatu’ş-Şafi’iyyə, C. II, s. 251; NUEYMİ, Daris fi Tarixi’l-Mədaris, C. I, s. 124, 328;
İBN TAĞRIBİRDİ, Nücumu’z-Zahirə, C. III, s. 58. İbn Tağrıbirdi Burhanəddin Mahmud Marağinin h. 682-ci ilin
rəbiəlaxir ayında (1283) vəfat etdiyini qeyd edir.
girmək üçün dünyada hansı əməli işlədin?‛ O, belə cavab verəcək ‚Mən insanlara
ticarət malı satardım, maddi darlıqda olanlara möhlət verər, vəziyyətləri düzələnə
qədər borclarını ödəmələri üçün onları gözləyərdim, nəğd satarkən də alacağımın bir
qismini bağışlayardım‛. Bundan ötəridir ki, uca Allah onu bağışlamışdı‛
836
.
Əllamə Tacəddin Əbü’l-Cəvab Musa ibn Muhəmməd ibn Məs’ud əş-Şafi’i Maraği
Şafi’i məzhəbinə mənsub fəqih idi. Kəskin zəka sihibi olan Tacəddin Maraği fiqhlə
yanaşı, fiqh üsulu və ərəb filologiyası üzrə tanınmış mütəxəssis idi. H. 669-cu ilin (1271)
sonlarından etibarən Dəməşqdəki İqbaliyyə mədrəsəsində müdərrislik etmiş, hədis
dərsləri vermişdi. Alim h. 693-cü ildə (1294) vəfat etmiş və Babü’s-Səğir qəbristanında
dəfn edilmişdi. Vəfat edərkən yaşı 70-i ötmüşdü
837
.
Bəhaəddin Yusif ibn Musa ibn Muhəmməd ibn Məs’ud Maraği
Şafi’i məzhəbinə mənsub fəqih və mühəddis olan Bəhaəddin Maraği yuxarıda haqqında
bəhs etdiyimiz Tacəddin Musa Marağinin oğlu idi. Səlahəddin Səfədi müasiri olan
Yusif Marağini gənc, fəzilətli və dərin zəka sahibi alim kimi tövsif etmişdi. Yusif Maraği
həm də istedadlı şair idi. Səlahəddin Səfədi, Elməddin Qasım əl-Birzalinin (öl. 1338)
onun haqqında ‚bizim ustadlarımızdan hədis dinləmişdi‛ dediyini qeyd edir.
Bəhaəddin Yusif Maraği h. 699-cu ilin şəvval ayında (iyun 1300) vəfat etmişdir
838
.
Dostları ilə paylaş: |