İmam Əbu Turab Əbdülbaqi ibn Yusif ibn Əli ibn Saleh ibn Əbdülməlik ibn Harun
ən-Nərizi
839
Maraği
836
ZƏHƏBİ, Mu’cəmü’ş-Şüyux, C. II, s. 329.
[
ََّٕأ
لاُظ َن
َخآَ
َََـَكَك
َحََّ٘عُْا
،
ََ٤ِوَك
َُُٚ
:
آَ
َدًُْ٘
ََُْٔؼَذ
؟
آَِّاَك
َهًََل
آَِّئ َٝ
َهًُِّل
،
ٍَاَوَك
:
٢ِِّٗئ
ُدًُْ٘
ُغِ٣اَتُأ
َياَُّ٘ا
،
ُدٌَُْ٘ك
ُه ِظُْٗأ
َهٍِْؼُُْٔا
،
ُو ََّٞعَذَأ َٝ
٢ِك
ِحٌٍَُِّّا
َْٝأ
٢ِك
ِكْوَُّ٘ا
،
َهِلُـَك
َُٚ
]
. Bu hədis üçün həmçinin bax: İBN ƏBDÜLBƏRR, İsarətü’l-Fəvaid, s. 463.
Həmçinin bu hədisin təxrici üçün bax:
http://www.islamweb.net/hadith/hadithServices.php
837
İBN KƏSİR, Bidayə və’n-Nihayə, C. XIV, s. 18; NUEYMİ, Daris fi Tarixi’l-Mədaris, C. I, 120; ƏYNİ, İqdü’l-Cüman, s.
277.
838
SƏFƏDİ, Ə’yanü’l-Əsr, C. V, s. 369-370.
839
Nəriz *ى٣هٗ]- Urmiyə gölünün cənubi-qərbində qəsəbədir. Muhəmməd ibn Əhməd əl-Əbbadinin (öl. 1066) əsərini
təhqiq edən Dr. Əhməd Ömər Haşim və Dr. M. Muhəmməd Əzb imam Əbu Turab Əbdülbaqinin nisbəsini ‚əl-
Maraği əl-Bərbəri‛ kimi qeyd etmişdilər. Bax: Zeyl Təbəqatü’l-Füqəhai’ş-Şafi’iyyə, s. 41, Qahirə (trz). Bu xətaya əl-
Əbbadinin əsərinin əlyazma nüsxəsini təqhiq edib nəşrə hazırlayakan ‚ən-Nərizi‛ni *١ى٣هُ٘ا+ ‚əl-Bərbəri‛ *١هتهثُا] kimi
oxumalarından irəli gəlmişdir. Belə bir xətanın meydana gəlməsi isə ərəb orfoqrafiyasının xüsusiyyətlərindən irəli
gəlir. Görünür müstənsix əlyazmada hərflərin nöqtələnməsi işinə lazımi diqqəti göstərməmişdir. Təhqiqatçıları isə
Şafi’i məzhəbinə mənsub mühəddis və fəqih idi. Fəzilət, gözəl əxlaq sahibi, xoşrəftar
insan olan imam Əbu Turab Əbdülbaqi Maraği h. 401-ci ildə (1011) Marağada dünyaya
gəlmiş, uzun müddət Nişapurda yaşamışdı. Daha sonra Bağdada getmiş və burada
Qazi Əbu Təyyib ət-Təbərinin tələbəsi olmuş, ondan fiqh elmini öyrənmiş və
icazətnaməsini almışdı. Daha sonra Nişapura qayıtmış və bu şəhərin müftisi olmuşdu.
Bağdadda Əbu Əli Həsən ibn Əhməd Şazan əl-Bəzzaz, Əbu Abdullah ibnü’l-Mühamili
Bağdadi, Əbü’l-Qasım Əbdülməlik ibn Buşran Bağdadidən hədis dinləmişdi.
Nişapurda Əbu Səd Ömər in Əli Daməğani, Daməğanda
840
Əbü’l-Qasım Əbdülkərim
ibn Muhəmməd ibn Mənsur, Mərvdə Əbu Həfs Ömər ibn Muhəmməd əl-Fərğuli,
Nəvqanda
841
Əbu Sə’d Muhəmməd ibn Əbü’l-Abbas əl-Xəlili, Əbu Bəkr Muhəmməd
ibn Əhməd, İsfəhanda Əbü’l-Qasım İsmayıl ibn Muhəmməd imam Əbu Turab
Əbdülbaqi Marağidən hədis nəql etmişdilər. Alim 492-ci ilin zilqədə ayında (oktyabr
1099) vəfat etmişdi
842
.
Hafiz Əhməd ibn Osman ən-Nərizi Maraği
Yaşadığı dövrün tanınmış mühəddislərindən, hədis hafizlərindən biri idi. O, Əhməd
ibnü’l-Heysəm əş-Şə’rani və Yəhya ibn Əmr ibn Fəzlan ət-Tənuxi kimi dövrün məşhur
mühəddislərindən hədis dinləmiş və nəql etmişdi
843
. Ərəb şairi Vəlid ibn Übeyd əl-
Bihtəri (öl. 898) onun şanına şe’r yazaraq mədh etmişdir. Alimin ölüm tarixi məlum
deyil, təqribən IX əsrdə yaşamışdır.
digər təbəqat və bioqrafiya kitabaları ilə müqayisə etməyə ehtiyac duymamışdırlar. Yaqut əl-Həməvi isə Nəriz
haqqında məlumat verərkən bu qəsəbənin Ərdəbilin bəldələrindən biri olduğunu qeyd etmişdir. (Mu’cəm, C. VI, s.
429). Belə görünür ki, Yaqut əl-Həməvi yanılmışdır. Çünki Nəriz qəsəbəsi Urmiyə gölünün cənubunda yerləşir və
Marağaya daha yaxındır. Bundan başqa bəzi tədqiqatçılar Nəriz qəsəbəsi ilə Şiraz yaxınlığındakı Neyriz *
ٕ
١
ى٣ن ]
qəsəbəsini qarışdırırlar. Halbuki bunlar ayrı-ayrı yaşayış məntəqələridir. Nəriz və Neyriz haqqında bax: İBNü’l-
ƏSİR, Lübab, C. III, s. 306, 340.
840
Daməğan-İranın şimalında, Xəzər dənizinin cənubi-şərqində yerləşən şəhər.
841
Nəvqan- Xorasanın qədim şəhərlərindən biri idi. İranın şimali-şərqində, Məşhəd şəhəri ətrafında yerləşirdi.
842
SƏM’ANİ, Kitabü’l-Ənsab, C. IV, s. 241-242; SÜBKİ, Təbəqatü’ş-Şafi’iyyə əl-Kübra, c.5, s. 59; İBNü’l-İMAD, Şəzəratü’z-
Zəhəb, C. III, s. 441; YAFİ’İ, Miratü’l-Cənan, C. II, s. 195; ƏSNƏVİ, Təbəqatu’ş-Şafi’iyyə, C. II, s. 223; İBN TAĞRIBİRDİ,
Nücumu’z-Zahirə, C. II, s. 214; ANONİM, Mu’cəmü’ş-Şüyux minə’r-Rical və’n-Nisa, v. 3b-4a, KSU Library, Nr. 3065; İBN
ƏBÜ’l-VƏFA, Cəvahirü’l-Muziyyə, C. II, s. 356-357. İbn Əbü’l-Vəfa alimin h. 491-ci ildə (1098) vəfat etdiyini qeyd
etmişdir. Digər tərəfdən sadəcə bu müəllif, Əbu Turab Əbdülbaqi Marağini hənəfi məzhəbinə mənsub alim kimi
təqdim etmişdir. Digər mənbələr isə onun şafi’i məzhəbinə mənsub mühəddis olduğunu yazırlar.
843
YAQUT əl-HƏMƏVİ, Mu’cəm, C. VI, s. 429.
Şeyx Kəmaləddin Əbü’l-Qasım Ömər ibn İlyas ibn Yusif Maraği
Mühəddis idi. H. 643-cü ildə (1245) Azərbaycanda anadan olmuşdu. O, Buxarinin
‚Səhih‛ adlı hədis külliyatını şeyx İzzəddin əl-Hərraninin, Tirmizinin ‚Sünən‛ adlı
hədis külliyatını isə Muhəmməd ibn Tərcəmin yanında oxumuşdu. Təbriz qazisi
Nasirəddin Bəyzavinin yanında onun müəllifi olduğu ‚Minhəcü’l-Ğayə‛ adlı əsəri
oxumuşdu. Azərbaycanda qalıb burada tədris və elmi fəaliyyətlə məşğul olan alim h.
680-ci illərdə (1281), ehtimal ki, Elxanilərin hakimiyyəti dövründə moğol zülmü
səbəbiylə meydana gələn dəhşətli fəlakətlər səbəbiylə, vətəninin tərk edərək Dəməşqə
getmişdi. Təqribən 65 yaşından sonra Misirə getmiş, 15 il orada yaşamışdı. Yaşı 80-i
ötdüyü vaxt Qüdsə gəlmiş və 3 il burada yaşayıb əl-Əqsa məscidində ibadətlə məşğul
olmuşdu. H. 729-cu ildə (1329) isə yenidən Dəməşqə getmişdi. Şam vilayəti və Misirdə
olduğu vaxtlarda da tədrislə məşğul olmuşdu. Məşhur alimlərdən Şəmsəddin Zəhəbi
(öl. 1347) onun tələbəsi olmuşdu. Həmçinin Nəsrəddin Tusi (öl. 1274) də Azərbaycanda
ikən onun dərslərini dinləmişdi. Alim 80 yaşlarında Dəməşqdə vəfat etmişdi
844
.
Fəxrü’l-Quzat Əbu Cabir Əbdülhəmid ibn Muhəmməd ibn Ömər Maraği
Şafi’i məzhəbinə mənsub müctəhid alim, fəqih idi. İbnü’l-Fuvati yazır: ‚mən onun
qələmə aldığı ‚Mənaqibü’l-İmamü’ş-Şafi’i‛
845
adlı əsəri gördüm. Bu əsərdə belə bir
hikmətli söz yazılmışdı‛
846
:
اكًٔ لاا خٞٔ٣ لا قٍٞؽُا ٝ اًاكتا ػِل٣ لا بامٌُا
‚əl-Kəzzəb lə yəfləh əbədən, əl-Həsud lə yəmut əkmədən‛
‚Yalançı əbədiyyən iflah olmaz (yalanı tərk etməz), paxıl da qəmsiz ölməz‛
Təəssüf ki, İbnü’l-Fuvati alimin ölüm tarixi və ya yaşadığı dövr haqqında heç bir
məlumat verməmişdir. Ehtimal ki, Fəxrü’l-Quzat Maraği Azərbaycan Atabəyləri
dövründə, XII-XIII əsrlərdə yaşamışdır.
Şeyx Təqiyəddin Muhəmməd ibn Ömər ibn İlyas Maraği
844
İBN HƏCƏR, Dürərü’l-Kaminə, C. II, s. 148.
845
İmam Muhəmməd ibn İdris əş-Şafi’inin (767-819) həyat hekayəsi.
846
İBNü’l-FUVATİ, Məcməü’l-Adab , C. IV/3, s. 205.
Şafi’i məzhəbinə mənsub mühəddis idi. H. 674-cü ilin zilhiccə ayında (may 1276)
Qüdsdə anadan olmuş, bu şəhərdə böyümüşdü. Zeynəb bint Şəkurun tələbəsi olmuş,
ondan hədis dinləmişdi. Dəməşqdə Atabəkiyyə mədrəsəsinin müdərrisi idi. H. 761-ci
ilin rəbiələvvəl ayında (fevral 1360) vəfat etmişdi
847
.
Qazi Səfiyəddin Əbü’s-Səfa Xəlil ibn Əbu Bəkr ibn Muhəmməd Sədiq Maraği
Hənbəli məzhəbinə mənsub müsnid mühəddis, fəqih və qari idi. Təvəllüd tarixi h. 590-
cı (1194-1204) illərə təsadüf edir
848
. O, İbnü’l-Hərastani və İbn Məlaibdən hədis
dinləmiş, Təqiyəddin ibn Masəveyhdən Qur’ani-Kərim qiraət və təcvidini öyrənmiş,
Müvəffəqəddin Dəməşqi və Seyf əl-Amidinin
849
yanında fiqh elminə yiyələnmişdi.
Daha sonra Qahirədə qazi müavini vəzifəsinə təyin olunmuşdu. Səfiyəddin Xəlil
Maraği çoxyönlü alim idi. O, həmçinin xilaf (müqayisəli hüquq) və tibb elmləri ilə də
məşğul olmuşdu. Onun yetirmələri arasından bir çox məşhur alim çıxmışdır. Bunlardan
İbnü’z-Zahiri, hafiz Yusif əl-Mizzi, Əbu Həyyan əl-Əndəlusi, hafiz Qütbəddin
Əbdülkərim ibn Münir əl-Hələbi, Bədrəddin Muhəmməd ibnü’l-Cəvhəri, şeyx Əbu
Bəkr ibnü’l-Cə’bəri və Əbdülkərim əl-Məzkurun adlarını sadalamaq olar. Alim h. 17
zilqədə 685-ci ildə (3 yanvar 1287) Qahirədə vəfat etmiş və Məqabiri-Babu’n-Nəsrdə
dəfn edilmişdi
850
.
Şərəfəddin Muhəmməd ibn Xəlil ibn Əbu Bəkr ibn Muhəmməd Maraği
Səfiyəddin Əbü’s-Səfa Xəlil Marağinin oğlu idi. Atasından və başqa alimlərdən hədis
dinləmiş, hədis elmlərinə dair biliklərə yiyələnmişdi. Mühəddis olan Şərəfəddin
Muhəmməd Maraği həm də Dəməşqdəki Səlahiyyə xanəgahının müəzzini idi
851
. Ölüm
tarixi məlum deyil. XIII-XIV əsrlərdə yaşamışdır.
847
İBN HƏCƏR, Dürərü’l-Kaminə, C. II, s. 387; NUEYMİ, Daris fi Tarixi’l-Mədaris, C. I, 105.
848
Cəlaləddin Əbdürrəhman ibn Əbu Bəkr SÜYUTİ, Hüsnü’l-Mühazirə fi Əxbari-Müluk Misr və’l-Qahirə, s. 272, Beyrut
1997; İBNü’l-CƏZƏRİ, Qayətü’n-Nihayə, s. 224.
849
Seyfəddin Əbü’l-Həsən Əli ibn Əbu Əli ibn Muhəmməd ibn Salim Amidi (öl. 1234) hənbəli məzhəbinə mənsub
fəqih idi. Həmçinin hədis, kəlam və tibb alimi idi. H. 551-ci ildə (1156) Türkiyənin Diyarbəkir (Amid) şəhərində
anadan olmuşdu. Müxtəlif elm sahələrinə aid 30-a yaxın əsərin müəllifidir.
850
İBNü’l-İMAD, Şəzəratü’z-Zəhəb, C. V, s. 653; İBNü’l-CƏZƏRİ, Qayətü’n-Nihayə, s. 224; Şəmsəddin Əbu Abdullah
Muhəmməd ibn Əhməd ZƏHƏBİ, Mə’rifəti’l-Qurrai’l-Kibar, s. 132, Qahirə 1967.
851
İBN HƏCƏR, Dürərü’l-Kaminə, C. II, s. 290.
Qazi Zeynəddin Əbu Bəkr ibn Hüseyn ibn Ömər ibn Muhəmməd ibn Yunis ibn Əbi
Fəxr Əbdürrəhman ibn Nəcməddin əl-Osmani Maraği
Şafi’i məzhəbinə mənsub fəqih idi. H. 728-ci ildə (1328) anadan olmuşdu. O, bir çox
alimdən dərs almış və hədis dinləmişdi. Həmçinin Əbü’l-Abbas ibnü’-Şıhnənin tələbəsi
olmuş, icazətini (diplom) ondan almışdı. Hafiz Yusif əl-Mizzi, Elməddin əl-Birzali kimi
hədis alimlərinin tələbəsi olmuş, o cümlədən Şam vilayətinin Dəməşq, Həma və Hələb
şəhərini gəzərək buradakı alimlərdən dərs almışdı. Şeyx Təqiyəddin Sübki
852
,
Moğultay
853
və şeyx Şəmsəddin Əbü’l-Məali Muhəmməd ibn Əhməd ibnü’l-Ləbandan
hədis dinləmiş və hədis elmlərinə dair bilikləri öyrənmişdi. O, həmçinin şeyx
Zeynəddin Əbu Hamid Muhəmməd ibn Miskin əl-Misrinin (öl. 1348) yanında ‚ət-
Tənqih‛i
854
, şeyx Cəmaləddin Əbdürrəhim əl-İsnainin yanda isə ‚əl-Minhəc‛i
855
oxumuş, onlardan fiqh və fiqh üsulu elmlərini öyrənmişdi. Təhsilini başa vurduqdan
sonra Mədinəyə getmiş və təqribən bir il burada mücavir olaraq qalmışdı. Daha sonra
Qahirəyə qayıtmış və burada tədqiqat və tədrislə məşğul olmuşdu. Zeynəddin Əbu
Bəkr Maraği h. 809-cu ildə (1406) Mədinə şəhəri qaziliyinə təyin olunmuşdu. O, burada
özünün bir sıra əsərlərini qələmə almışdı. Qazi Zeynəddin Əbu Bəkr əl-Osmani Maraği,
Ömər ibn Şəbbənin (öl. 262/876) müəllifi oluğu ‚Tarixu-Mədinə‛ əsərini ixtisar etmiş,
Muhyəddin Yəhya Nəvəvinin ‚Minhəcü’l-Fıqhi‛ adlı əsərinə isə şərh yazmışdı.
‚Təhqiqü’n-Nüsrə bi-Təlxis Məalim Darü’l-Hicrə‛ adlı əsər də onun qələmindən
çıxmışdı
856
. Bağdadlı İsmayıl paşa Zeynəddin Əbu Bəkr Marağinin ‚Mürşidü’n-Nasik
ilə Mə’rifəti’l-Mənasik‛ adlı əsərinin, yuxarıda qeyd etdiyimiz, ‚Tarixu-Mədinə‛nin
müxtəsəri olduğunu bildirmişdir. İsmayıl paşa və Ömər Rza alimin ‚Vafi bi-
Təkmilətü’l-Kafi‛ adlı bir əsərin də müəllifi olduğunu qeyd etmişdirlər
857
. Zeynəddin
852
Təqiyəddin Sübki-məşhur fəqih, tarixçi və bioqraf alim Tacəddin Əbdülvəhhab Sübkinin (1327-1370) böyük
qardaşı idi.
853
Moğultay ibn Qılınc ibn Abdullah əl-Bəqraci (1291-1361). Məşhur mühəddis və tarixçi. Atası Anadolu
türklərindən idi və Misir Məmlüklü ordusunun zabiti olmuşdu.
854
‚Tənqihü’l-Füsul fi Üsul‛-Fəxrəddin Razinin fiqh üsuluna dair əsəridir.
855
‚Minhəcü’l-Vüsul ilə İlmə’l-Üsul‛ Təbriz qazisi Nasirəddin Abdullah ibn Ömər əl-Bəyzavinin fiqh üsuluna dair
əsəridir.
856
KATİB ÇƏLƏBİ, Kəşfü’z-Zünun, C. I, s. 494; ZİRİKLİ, Ə’lam, C. II, s. 87. Katib Çələbi və Xeyrəddin Zirikli qazi
Zeynəddin Marağinin h. 816-cı ildə (1414) vəfat etdiyini qeyd etmişdirlər.
857
BAĞDADLI, İzahü’l-Məknun, C. II, s. 298, 450; KƏHHALƏ, Mu’cəmü’l-Müəllifin, C. I, s. 437.
Əbu Bəkr Maraği Mədinə şəhərinin qazisi ikən Allah Rəsulunun (م) məqbərəsinin
təmiri üçün təşəbbüs göstərmiş və bu işin təşkilatçılarından biri olmuşdur. Daha sonra
o, Mədinə qaziliyi vəzifəsindən azad edilmişdi. Alim h. 815-ci ilin zilhiccə ayında (mart
1413) Mədinə şəhərində vəfat etmişdi
858
.
Əllamə Şərəfəddin Əbü’l-Fəth Muhəmməd ibn Əbu Bəkr ibn Hüseyn ibn Ömər əl-
Osmani Maraği
Şafi’i məzhəbinə mənsub mühəddis və fəqih idi. H. 775-ci ilin axırlarnda (1374) Mədinə
şəhərində dünyaya gəlmişdi. Mədinə qazisi Zeynəddin Əbu Bəkr əl-Osmani Marağinin
(öl. 1413) oğlu idi. Əllamə Şərəfəddin Muhəmməd atasından, şeyx Siracəddin əl-Bəlqini,
şeyx Kəmaləddin əl-Dumeyri kimi alimlərdən fiqh və hədis dərsləri almışdı. Əllamə
Şərəfəddin Muhəmməd ‚Müxtəsəru Fəthü’l-Bari‛
859
, ‚Şərhü’l-Minhəc‛ kimi əsərlərin
müəllifi idi. Əllamə Şərəfəddin Muhəmməd ahıl yaşlarında insanlarla ünsiyyətdən
uzaqlaşmış, uzlət həyatı yaşayaraq evindən nadir hallarda çıxmışdı. Alim h. 859-cu ilin
məhərrəm ayında (1455) Mədinədə vəfat etmişdi
860
.
Şeyx Zeynəddin Əhməd ibn Əbu Bəkr ibn Hüseyn ibn Ömər əl-Osmani Maraği
Şafi’i məzhəbinə mənsub fəqih idi. Mədinədə, alim ailəsində dünyaya gəlmişdi. Atası
qazi Zeynəddin Əbu Bəkr əl-Osmani Maraği (öl. 1413) və qardaşı əllamə Şərəfəddin
Əbü’l-Fəth Muhəmməd ibn Əbu Bəkr əl-Osmani Maraği də fiqh və hədis alimi idilər.
Şəmsəddin Səxavi əllamə Şərəfəddin Əbü’l-Fəth Muhəmməd Marağinin onun
müəllimlərindən biri olduğunu və ‚zənnimcə Zeynəddin Əhməd yaşca böyük idi‛ deyə
qeyd etmişdir. Zeynəddin Əhməd Maraği atasının və şeyx Süleyman ibn Əhməd əl-
858
MƏQRİZİ, Dürərü’l-Uqud, C. I, s. 164; İBNü’l-İMAD, Şəzəratü’z-Zəhəb, C. VII, s. 764.
859
‚Fəthü’l-Bari‛-mühəddis, tarixçi və bioqraf Şihabəddin Əhməd ibn Həcər Əsqəlaninin (öl. 1449) qələmə aldığı
hədis elminə dair əsərdir. Bu əsər imam Buxarinin ‚Səhih‛ adlı hədis külliyatının şərhidir.
860
SÜYUTİ, Nəzmü’l-İqyan, s. 112. Əllamə Şəmsəddin Muhəmməd Marağinin ölüm tarixinin doğruluğuna dair
tərəddüdüm var. Belə ki, onun bioqrafiyasını yazan ‚Nəzmü’l-İqyan‛ müəllifi Cəlaləddin Əbdürrəhman Süyutinin
özü h. 855-ci ildə (1451) ölmüşdür. Yəni müəllifin özündən sonra ölmüş bir şəxsin ölüm tarixini qeyd etməsi
mümkün deyil. Bu nəşr vaxtı baş vermiş texniki xətadan qaynaqlana bilər. Cəlaləddin Süyutinin ölümündən sonra
əsərində düzəlişlər edilməsi ehtimalı bir o qədər də mümkün görünmür. Çünki aşağıda gördüyümüz kimi əllamə
Şəmsəddinin qardaşı şeyx Nasirəddin Muhəmməd Marağinin ölüm tarixi qeyd olunmamışdır. Demək ki, Cəlaləddin
Süyuti vəfat edərkən bu şəxs hələ həyatda idi. Yəni əsərə düzəliş edən olubsa şeyx Nasirəddinin də ölüm tarixini
qeyd etməyi unutmamalı idi. Buna görə də əllamə Şəmsəddin Maraği böyük ehtimalla ‚Nəzmü’l-İqyan‛ müəllifi
Cəlaləddin Əbdürrəhman Süyutidən əvvəl vəfat etmişdi.
İraqi və İbn Hatim əl-Heysəminin tələbəsi olmuşdu
861
. Ölüm tarixi məlum deyil. XV
əsrdə yaşamışdır.
Şeyx Nasirəddin Əbü’l-Fərəc Muhəmməd ibn Əbu Bəkr ibn Hüseyn ibn Ömər əl-
Osmani Maraği
Şafi’i məzhəbinə mənsub mühəddis idi. Qazi Zeynəddin Marağinin oğlu, əllamə
Şəmsəddin Muhəmməd Maraği və şeyx Zeynəddin Əhməd Marağinin kiçik qardaşı idi.
Atasından və Mədinənin digər tanınmış alimləridən dərs almışdı
862
. Ölüm tarixi məlum
deyil. XIV-XV əsrlərdə yaşamışdır.
Ümmü’l-Hüseyn Fatimə bint Cəmaləddin Əbü’l-Yəman Muhəmməd ibn Əbu Bəkr
ibn Hüseyn Maraği
Mühəddisə idi. Alim ailəsində dünyaya gəlmiş Ümmü’l-Hüseyn Fatimə Maraği fəqih
Zeynəddin Əhməd ibn Əbu Bəkr əl-Osmani Marağinin həyat yoldaşı idi. Atası şeyx
Cəmaləddin Əbü’l-Yəman Muhəmməd Maraği yaşadığı dövrün tanınmış şafi’i fəqih və
mühəddislərindən biri idi. Fatimə Maraği atasından hədis və fiqh dərsləri almışdı.
Əmisi oğlu şeyx Muhəmməd ibn Əbu’r-Rəcc Marağidən də Qur’ani-Kərim qiraət və
təcvid qaydalarını öyrənmişdi. Hədis dərsləri vermişdi. Fatimə Maraği h. 878-ci ildə
(1473) vəfat etmişdi
863
.
Zeynəddin Muhəmməd ibn Əbu Bəkr ibn Muhəmməd ibn Əbu Bəkr ibn Hüseyn ibn
Ömər əl-Osmani Maraği
Şafi’i məzhəbinə mənsub fəqih və mühəddis idi. Əllamə Şərəfəddin Əbü’l-Fəth
Muhəmməd Marağinin nəvəsi idi. H. 858-ci ildə (1454) anadan olmuşdu. Ailəsi
Mədinədə yaşamış və o, uşaq yaşlarında atasını itirmişdi. Atasının vəfatından sonra
onun təlim və tərbiyəsi ilə babası və nənəsi Fatimə bint Cəmaləddin Əbü’l-Yəmən
Muhəmməd Maraği məşğul olmuşdular. Gənc yaşlarında Hindistana getmiş və h. 889-
861
SƏXAVİ, Zəvu’l-Lami’, C. I, s. 162.
862
SÜYUTİ, Nəzmü’l-İqyan, s. 112.
863
SƏXAVİ, Zəvu’l-Lami’, C. V, s. 446.
ci ilə qədər (1484) orara yaşamış və təhsil almışdı. Daha sonra Anadoluya getmiş və h.
894-cü ildə (1489) vəfat edənə qədər orada yaşamışdı
864
.
Ümmü’t-Təyyib Ayşə bint Əbu Bəkr ibn Hüseyn ibn Ömər əl-Osmani Maraği
Mühəddisə idi. Qazi Zeynəddin Əbu Bəkr əl-Osmani Marağinin (öl. 1413) qızı, fəqih
Zeynəddin Əhməd, əllamə Şərəfəddin Muhəmməd və şeyx Nasirəddin Muhəmmədin
bacısı idi. Əvvəlcə atasından sonra isə h. 767-ci ildə (1366) şeyx İzzəddin ibn Cəmaədən
hədis dərsləri almış, onun yanında imam Buxarinin ‚Səhih‛ini oxumuşdu. Daha sonra
şeyx Səlahəddin ibn Əbi Əmr, İbn Ümeylə, İbnü’l-Həbəl, Bəhaəddin ibn Xəlil və əl-
Hərravi kimi hədis alimlərinin dərslərində iştirak etmişdi. Təhsilini bitirdikdən sonra
hədis nəql etmiş, onun dərslərini çox sayıda tələbə dinləmişdi. Bunlardan biri də şeyx
Təqiyyəddin ibn Fəhd idi. Ölüm tarixi məlum deyil. XIV-XV əsrlərdə yaşamışdır
865
.
Sədrəddin Muhəmməd ibn Davud ibn Həsən Maraği
Astronom və mütəkəllim idi. İbn Yunisin
866
astronomiyaya dair ‚Müxtəsəru’t-Tənbih‛
adlı əsərinə şərh yazmışdı
867
. Ölüm tarixini və yaşadığı dövrü müəyyən etmək mümkün
olmamışdır.
Şəmsəddin Muhəmməd ibn Daniyal ibn Yusif Maraği
Misirin tanınmış ədiblərindən və münşilərindən biri idi. Təsəvvüf əhlindən idi. Misirdə
yaşamış, Əmir Saların
868
yaxın adamlarından biri olmuşdu. H. 12 cəmadiəlaxir 710-cu
ildə (5 noyabr 1310) ölmüşdü
869
.
864
SƏXAVİ, Zəvu’l-Lami’, C. III, s. 485.
865
SƏXAVİ, Zəvu’l-Lami’, C. V, s. 446.
866
Əbü’l-Həsən Əli ibn Əhməd ibn Yunis əs-Sədəfi (950-1009) misirli məşhur astronom. Astronomiyaya dair bir sıra
əsərin müəllifi olmuşdur. Onun günəş və ay tutulmalarına dair hazırladığı dəqiq cədvəl ölümündən sonra uzun illər
istifadə olunmuşur.
867
SÜBKİ, Təbəqatü’ş-Şafi’iyyə əl-Kübra, C. IX, s. 98.
868
Misir Məmlüklülərinin sərkərdələrindən olan Əmir Salar moğolların məğlub edildiyi Mərcü’s-Səfər (20 aprel 1303)
döyüşünün qəhrəmanlarından idi.
869
İBN HƏCƏR, Dürərü’l-Kaminə, C. II, s. 293.
|