Əbu Bəkr Muhəmməd ibn Aşir ibn Məruf Şirvani
Şafi’i məzhəbinə mənsub fəqih və mühəddis idi. Mömin və saleh insan olan Əbu Bəkr
Muhəmməd ibn Aşir fiqh elmini İlkiya əl-Hərrasidən
1163
öyrənmişdi. Əbu Bəkr
Muhəmməd Şirvani Əbü’l-Xeyr Mübarək ibn Hüseyn əl-Qəssal əl-Müqri və Hibətullah
ibn Mübarəkdən hədis dinləmişdi. Bioqraf-tarixçi Səm’ani, Əbu Bəkr Muhəmməd
Şirvaninin tələbəsi olduğunu, ondan hədis dinlədiyini və dinlədiyi hədislərin az bir
qismini yazdığını öz əsərində qeyd etmişdi. Əbu Bəkr Muhəmməd Şirvani Bağdadda
1161
Həmin əsər, s. 328-329.
1162
Həmin əsər, s. 89-91.
1163
İlkiya əl-Hərrasi adı tanınmış Əbü’l-Həsən Əli ibn Muhəmməd ibn Əli əl-Amuli ət-Təbəri (1058-1110) əslən İranın
Mazəndaran (Təbəristan) vilayətinin Amul şəhərindən idi. Yaşadığı dövrün böyük təfsir, fiqh və üsul alimlərindən
biri idi. Onlarla əsərin müəllifi idi. ‚Əhkamü’l-Qur’an‛ adlı təfsiri əsərlərinin ən məşhurudur. Nizamiyyə
mədrəsəsinin baş müdərrisi (rektor) olmuşdu.
yaşayır, Nizamiyyə mədrəsəsində dərs verirdi. Alim h. 539-cu ilin şəvval ayında (aprel
1145) vəfat etmişdi
1164
.
Qazi Məcdəddin Əbü’l-Məcd ibn Səncər ibn Muhəmməd Şirvani
Şafi’i məzhəbinə mənsub fəqih olan qazi Məcdəddin Şirvani öz dövrünün tanınmış
alimlərindən biri idi. O, Şirvan qazisi olmaqla yanaşı həm də buradakı mədrəsələrdən
birində müdərris idi. İbnü’l-Fuvati h. 673-cü (1275) ildə onunla görüşdüyünü və qazi
Məcdəddin Şirvaninin köçüb Təbrizdə yaşadığını qeyd etmişdir
1165
. Ölüm tarixi qeyd
edilməmişdir.
Muhyəddin İsa ibn Əbü’l-Məcd Şirvani
Şafi’i məzhəbinə mənsub fəqih idi. Anadoluya getmiş və orada yaşamışdı. O, güman ki,
yuxarıda sözü gedən qazi Məcdəddin Əbü’l-Məcd Şirvaninin oğlu idi. İbnü’l-Fuvati
onun tanınmış qazi, əyan və zadəgan ailəsinə mənsub olduğunu bildirmişdi. İbnü’l-
Fuvati h. 716-cı ilin cəmadiəlaxir ayında (avqust 1316) görüşdüyü Muhyəddin İsa
Şirvaninin alicənab və fəzilətli şəxs olduğunu qeyd etmişdir
1166
.
Şeyx Müəyyinəddin Əbü’l-Fəzl Bəxtiyar ibn Mühənna ibn Əbdürrəhman Şirvani
XIII əsrdə yaşamış azərbaycanlı mütəfəkkir, ədəbiyyatşünas və filosof idi. İbnü’l-Fuvati
onunla h. 662-ci (1264) ildə Marağada görüşdüyünü yazır. Müəllif həmçinin bildirir ki,
şeyx Əbü’l-Fəzl Bəxtiyar Şirvani Nəsrəddin Tusi ilə də görüşmüş, daha sonra Marağa
yaxınlığındakı hərbi düşərgəyə gedərək orada Hülagü xanla da görüşmüşdü. Şeyx
Müəyyinəddin Şirvani h. 665-ci ilin rəbiələvvəl ayında (dekabr 1266) Təbrizdə
ölmüşdü
1167
.
1164
SƏM’ANİ, Kitabü’l-Ənsab, C. III, s. 88-89; SÜBKİ, Təbəqatü’ş-Şafi’iyyə əl-Kübra, c.6, s. 82; YAQUT əl-HƏMƏVİ,
Mu’cəmü’l-Büldan, C. IV, s. 223; ƏSNƏVİ, Təbəqatu’ş-Şafi’iyyə, C. I, s. 257; ŞƏHRƏZURİ, Təbəqatü’l-Füqəhai’ş-Şafi’iyyə,
C. I, s. 226. İbnü’s-Səlah Şəhrəzuri və Cəmaləddin Əsnəvi onun nisbəsini ‚Dərbəndi əş-Şirvani‛ olaraq qeyd etmiş və
alimin əslən Dərbənd şəhərindən olduğunu bildirmişdir.
1165
BÜNYADOV, ‚Vidnıye Deyateli Azerbaydjana v Soçinenii İbn al-Fuvati‛, s. 61-67.
1166
BÜNYADOV, həmin məqalə.
1167
BÜNYADOV, həmin məqalə.
Əbdürrəhman ibn Osman ibn Əmir Şirvani
Mütəkəllim idi. Səxavi onun dəniz yolu ilə Məkkəyə, həcc ziyarətinə gəldiyini qeyd
etmişdi. Həmin dövrdə Xəzərin okeanlara çıxışı olmadığı üçün ehtimal ki,
Əbdürrəhman Şirvani Kiçik Asiya və ya Misirin limanlarından gəlmi ilə Məkkəyə
getmişdi. Səxavi bəzi tələbələrin ondan müəyyən məsələlərə dair biliklər
öyrəndiklərini, özünün isə Əbdürrəhman Şirvani ilə hədis isnadı və terminologiyası
barədə mübahisə edərək ona üstün gəldiyini qeyd edir. Bundan başqa Səxavi ‚o yerin
(Şirvanın) insanları hədis elmində az şey bilirlər‛ deyə bir qeyd də etmişdir
1168
.
Əbdürrəhman Şirvaninin ölüm tarixi məlum deyil. XV əsrdə yaşamışdır.
Doğrusu Şəmsəddin Səxavinin kəlam sahəsində ixtisaslaşmış bir alimlə hədis elmində
diskussiyaya girişib belə bir nəticə çıxarmasına heyrətlənməmək mümkün deyil.
Əslində Şəmsəddin Səxavi yaşadığı dövrdə İslam dünyasının ən qabaqcıl
tənqidçilərindən biri olmuşdur. O, ustadı İbn Həcər Əsqəlani xaric, ərəb və qeyri-ərəb,
demək olar ki, tanıdığı bütün alimləri tənqid etmişdir. Buna görə tez-tez öz müasiri
olan alimlərin qəzəbinə tuş gəlmişdi. Cəlaləddin Əbdürrəhman Süyuti (öl. 1451) onun
bu tərz tənqidçiliyini tənqid edən ‚Qavi fi Tarixi-Səxavi‛ adlı risalə qələmə almışdı
1169
.
Əbü’l-Həsən Muhəmməd ibn Nuh ibn Sabir ibn Əhməd ibn Nuh ibn Osman ibn
Nafi’ Şirvani
Mühəddis idi. Əbu Əli Saleh ibn Muhəmməd, Hamid ibn Səhl, Nəsr ibn Əhməd
Bağdadi və Səhl ibn Şazəveyhdən
1170
hədis dinləmiş və nəql etmişdi
1171
. Ölüm tarixi
məlum deyil. VIII-IX əsrlərdə yaşayıb.
Əbü’l-Qasım Bəkir ibn Əmr Şirvani
1168
SƏXAVİ, Zəvu’l-Lami’, C. II, s. 248.
1169
ŞEŞEN, həmin əsər, s. 224.
1170
Əbu Harun Səhl ibn Şazəveyh Buxari (öl. 815) mühəddis idi.
1171
İBN MAKULA, İkmal, C. II, s. 122.
Hədis ravisi idi. Buxarada yaşmışdı. Zəkəriyyə ibn Yəhya ibn Əsəd, Muhəmməd ibn İsa
Mədaini, İshaq ibn Muhəmməd ibnü’s-Səbbah Cərcərayidən hədis dinləmişdi. H. 314-
cü ilin ramazan ayında (noyabr 926) vəfat etmişdi
1172
.
Şeyx Burhanəddin İbrahim ibn Muhəmməd ibn İbrahim Şirvani
Şafi’i məzhəbinə mənsub fəqih idi. Fiqhlə yanaşı fəraiz, kəlam və riyaziyyat elmlərində
də dərin biliyə malik idi. H. 865-ci ildə (1461) Qahirəyə, daha sonra Qırmızı dəniz yolu
ilə Misirdən həcc ziyarətinə getmişdi. Şeyx Burhanəddin Şirvani fiqhə dair bəzi
əsərlərin müəllifi idi
1173
. Ölüm tarixi məlum deyil.
Şeyx Əkmələddin Əli ibn İbrahim ibn Muhəmməd əz-Zühri Şirvani
Hənəfi məzhəbinə mənsub fəqih və təsəvvüf əhlinə mənsub nəqşibəndi şeyxi idi. Şeyx
Əkmələddin Əli əfəndi Şirvani fəzilət, vəra sahibi, zahid insan idi. O, h. 1078-ci ildə
(1667) Şirvandan Hicaza getmiş və Mədinə şəhərində məskunlaşmışdı. Osmanlı
şeyxülislamlarından seyyid Feyzullah əfəndi
1174
onun dayısının oğlu idi. ‚Əqsəü’l-
Mətalib‛, ‚Mühimmatü’l-Mə’rufi’l-Vacibə‛, ‚Camiü’l-Mənasik‛, ‚Xülasətü’t-Təvarix‛,
‚Dəlilü’l-Zairin və Ənisü’l-Mücavirin‛ adlı əsərlərin müəllifi olan
1175
şeyx Əkmələddin
Əli Şirvani Mədinədə fətva mərcii, müfti idi. O, h. 1118-cı ilin cəmadiəlaxir ayında
(sentyabr 1706) Mədinədə vəfat etmişdi
1176
.
Şeyx Muhəmməd ibn Əli ibn İbrahim əz-Zühri Şirvani
Şeyx Əkmələddin Əli Şirvaninin oğlu, hənəfi məzhəbinə mənsub fəqih idi. H. 1112-ci
ildə (1700) Mədinədə anadan olmuşdu. Mədinə qazisi olan əmisi əllamə Yusif
Şirvaninin tələbəsi olmuş, onun yanında hənəfi fiqhini oxumuşdu. Cəmaləddin
1172
İBN MAKULA, İkmal, C. II, s. 82.
1173
SƏXAVİ, Zəvu’l-Lami’, C. II, s. 78.
1174
Seyyid Feyzullah əfəndinin babaları Təbrizli idilər. O, iki dəfə Osmanlı şeyxülislamlığına təyin olunmuşdu.
Birinci dəfə 1688-ci ildə təyin olunub cəmi 18 gün bu vəzifədə qalmışdı. İkinci dəfə isə 1695-1703-cü illərdə
şeyxülislam olmuşdu. Ümuniyyətlə 175 Osmanlı şeyxülislamından 6-sı onun mənsub olduğu ailədən çıxmışdır.
Seyyid Feyzullah əfəndinin atası seyyid Mehmed ibn Pir Mehmed ibn Əhməd ibn şeyx Cüneyd Təbrizi, Ərzurum
müftisi olmuşdu. Bax: SÜREYYA, Sicil-i Osmani, C. II, s. 533-534; C. VI, s. 1760.
1175
BAĞDADLI, İzahü’l-Məknun, C. I, s. 56, 215, 237; C. II, s. 391.
1176
Muhəmməd Xəlil əl-MURADİ, Sülukü'd-Dürər fi Əyanü'l-Qərni's-Sani Əşər, C. II, s. 5, Beyrut 1997; KƏHHALƏ,
Mu’cəmü’l-Müəllifin, C. II, s. 389.
Abdullah ibn Salim əl-Bəsri, şeyx Muhəmməd Əbu Tahir ibn İbrahim Gürani, şeyx Əbu
Təyyib əs-Sindi, şeyx Muəhmməd ibn Təyyib Məğribi kimi alimlərdən hədis, fiqh, fiqh
üsulu, təfsir və kəlam dərsləri almışdı. Muhəmməd Muradinin yazdığına görə o,
təsəvvüfə meyl etmiş və şeyx Yusif ibn Muhəmməd ibn Nasirə müridlik edərək
Nasiriyyə
1177
təriqətinə mənsub olmuşdu. Osmanlı sarayı tərəfindən Mədinə müftiliyinə
təyin olunmuş şeyx Muhəmməd Şirvani çox ibadət edən, zahid və abid şəxs idi. O, 10
şəvval 1179-cu ildə (21 mart 1766) Mədinədə vəfat etmişdi
1178
.
Şeyx Əli ibn Muhəmməd ibn Əli əz-Zühri Şirvani
Şeyx Əli Şirvani Mədinə şəhərində yaşamış və buradakı hənəfi alimlərinin rəisi
olmuşdu. O, alim, zahid, elm və vəra sahibi insan idi. Vaxtının çoxunu mütaliə və elmi
tədqiqatla keçirirdi. Alim h. 1134-cü ilin zilqədə ayında (avqust 1722) Mədinə
şəhərində, alim ailəsində, dünyaya gəlmiş və bu şəhərdə böyümüşdü. Onun atası,
yuxarıda haqqında bəhs etdiyimiz, Muhəmməd əfəndi Şirvani Mədinənin tanınmış
hənəfi fəqihlərindən biri idi. Şeyx Əli Şirvini güclü yaddaşa və kəskin zəkaya malik idi.
İlk təhsilini atasından alan şeyx Əli Şirvini doqquz yaşında Qur’ani-Kərimi əzbərləyib
hafiz olmuşdu. Daha sonra Mədinədə şeyx Muhəmməd Həyyat əs-Sindi, Muhəmməd
əfəndi ibn Əbdürrəhim, şeyx Muhəmməd ibn Təyyib əl-Məğribinin tələbəsi olmuş,
onlardan fiqh və fiqh üsulunu öyrənmişdi. Şeyx Muhəmməd Dəqqaq, seyyid Ömər əl-
Məkki, Sibt Abdullah ibn Salim və şeyx Muhəmməd əl-Hureyşidən hədis dinləmiş və
hədis elmlərini oxumuşdu. Hənəfi fiqhinə dair ‚əl-Hidayə‛
1179
adlı əsəri əllamə Mirzə
İbrahim əl-Özbəkinin yanında oxumuşdu. Əli Quşçunun ‚Şərhü’t-Təcrid‛ adlı əsərini
əllamə Muhəmməd Razi əl-Abbasinin yanında oxumuş, Əli əfəndi ibn Muhəmməd əl-
Qayseridən xəttatlıq dərsləri almışdı. Təhsilini başa vurduqdan sonra Məscidü’n-
Nəbəvidə fiqh dərsləri verməyə başlamışdı. O, həmçinin fətva mərcii idi. H. 1186-cı
1177
Nasiriyyə-Şazəliyyə təriqətinin qollarından biridir. Əslən şimali Afrikalı olan Əbü’l-Həsən Əli ibn Abdullah əş-
Şazəlinin (öl. 1256) qurucusu olduğu Şazəliyyə təriqəti əsasən Afrika müsəlmanları arasında yayılmışdı. Nasiriyyə
təriqəti Şazəliyyənin cərəyanlarından biri idi və yuxarıda adı çəkilən şeyx Yusif ibn Muhəmməd ibn Nasirin əmisi
seyyid Əhməd ibn Muhəmməd ibn Nasir tərəfindən təsis edilmişdi. Bu cərəyan XIX əsrin birinci yarısına qədər öz
mövcudluğunu davam etdirə bilmişdi.
1178
MURADİ, Sülukü'd-Dürər, C. II, s. 104.
1179
‚əl-Hidayə‛ hənəfi məzhəbi fiqhinə dair məşhur əsərdir. Şeyxülislam Burhanəddin Əbü’l-Həsən Əli əl-Fərqani
Mərginani (öl. 1197) tərəfindən qələmə alınmışdır.
(1772) ildə Mədinə şəhəri qazisinin müavini təyin olunmuşdu. Lakin həsədçilərinin
çoxluğu səbəbiylə bir müddət sonra bu vəzifədən azad edilmişdi. Eynu zamanda
istedadlı şair olan Şeyx Əli Şirvani ‚Haşiyə ələ Dibaçətü’d-Dürər‛, ‚Həvamiş ələ’l-
Müxtəsər‛ adlı əsərlərin və daha bir neçə şərh və haşiyənin müəllifi idi. Alim h. 1200-cü
ilin səfər ayında (dekabr 1785) Mədinədə vəfat etmişdi
1180
.
Şeyx Cəmaləddin Yusif ibn İbrahim ibn Muhəmməd əz-Zühri Şirvani
Hənəfi məzhəbinə mənsub fəqih və mühəddis idi. 1080-ci ildə (1669), qardaşı şeyx
Əkmələddin Əli əfəndidən sonra, Mədinəyə gəlmişdi. O, fiqh elmində dövrün məşhur
alimlərindən biri olmuşdu. İslam hüququ sahəsində bir çox müşkül məsələlərdə
fəqihlər ona müraciət edirdilər. Dayısı oğlu, Osmanlı dövlətinin şeyxülislamı, seyyid
Feyzullah əfəndinin tövsiyəsi ilə Mədinə müftiliyinə təyin olunmuşdu. Ondan əvvəl bu
vəzifəni qardaşı Əkmələddin Əli əfəndi icra etmişdi. Cəmaləddin Yusif Şirvani üç il bu
vəzifəni icra etdəkdən sonra öz xahişi ilə istefaya göndərilmişdi. Ondan sonra bu
vəzifəyə seyyid Əsəd əfəndi əl-Üsküdari təyin olunmuşdu. Cəmaləddin Yusif Şirvani
müxtəlif elm sahələrinə dair bir sıra əsərlərin müəllifi idi. Onun qələmə aldığı
əsərlərdən ən məşhurları üç cildlik ‚Şərh ələ Mişkati’l-Məsabih‛
1181
, ‚Risalə fi Kərahəti-
İqtdai’l-Hənəfi bi’ş-Şafi’i‛, iki cildlik ‚Şərhu Mültəqi’l-Əbhər‛ adlı əsərlərdir. Alim h. 13
şəvval 1134-cü ildə (27 iyul 1722) Mədinədə vəfat etmiş və Rəsulullahın (م) oğlu
İbrahimin qəbrinin yanında dəfn edilmişdi
1182
.
Mustafa ibn Yusif ibn İbrahim əz-Zühri Şirvani
Şeyx Cəmaləddin Yusif Şirvaninin oğlu, hənəfi məzhəbinə mənsub fəqih idi. O, fiqh və
fiqh üsulu sahəsində yaşadığı dövrün görkəmli alimlərindən biri olmuşdu. Fiqh
sahəsindəki dərin biliyi ilə yanaşı o, həm də abid, zahid, fəzilətli və saleh insan idi.
Mustafa Şirvani h. 1088-ci ildə (1677) Mədinədə alim ailəsində dünyaya gəlmişdi. Onun
1180
MURADİ, Sülukü'd-Dürər, C. II, s. 24; KƏHHALƏ, Mu’cəmü’l-Müəllifin, C. II, s. 516.
1181
Mişkatü’l-Məsabih-xətib Vəliyəddin Əbu Abdullah Muhəmməd ibn Abdullah Təbrizinin (öl. 1348) qələmə aldığı
hədis külliyatıdır. Bu əsərin dəfələrlə ərəb dilində çap olunmuşdur. Mustafa Uysal ‚Mişkatü’l-Məsabih‛i türk dilinə
tərcümə edərək iki cilddə nəşr etmişdir. ‚Mişkatü’l-Məsabih‛ə çox sayıda şəhr, haşiyə və tə’liqat yazılmışdır. Belə
şərhlərdən birinin müəllifi də Cəmaləddin Yusif Şirvanidir.
1182
MURADİ, Sülukü'd-Dürər, C. II, s. 215; BURSALI Mehmed Tahir, Osmanlı Müəllifləri, C. II, s. 55-56, İstanbul 1333;
KƏHHALƏ, Mü’cəmü’l-Müəllifin, C. IV, s. 140.
atası Cəmaləddin Yusif Şirvani yaşadığı dövrün tanınmış fəqihlərindən biri idi. Mustafa
Şirvani ilk təhsilini atasından almışdı. Daha sonra əmisi şeyx Əkmələddin Əli əfəndinin
tələbəsi olmuşdu. Cəmaləddin Abdullah ibn Salim Bəsridən hədis elminə dair bilikləri
öyrənmişdi. Təhsilini başa vurandan sonra Mədinədə, Məscidi-Nəbəvidə dərs vermişdi.
Bundan başqa o, Mədinədəki Muhəmməd Ağa mədrəsəsində də fiqh dərsləri vermişdi.
Bir müddət Mədinə şəhəri qazisinin müavini işləyən Mustafa Şirvani daha sonra
Osmanlı dövləti tərəfindən Məscidi-Nəbəvi imamlığına və xətibliyinə təyin olunmuşdu.
Mustafa Şirvani həm də istedadlı şair idi və onun farsca çox gözəl şe’rləri vardı.
Misirdən dəniz yolu ilə Anadoluya getmək üçün yola çıxmışdı. Lakin h. 1164-cü ildə
(1751) Misirdə vəfat etmişdi
1183
.
Nurah Şirvani
Hənəfi məzhəbinə mənsub fəqih, müfəssir və mütəkəllim idi. Yaşadığı dövrün tanınmış
ziyalılarından biri olan Nurah Şirvani aşağıda haqqında məlumat verdiyimiz əllamə
Əbdürrəhim Şirvaninin nəvələrindən idi. Nurah Şirvani ‚Təəllüqat ələ’l-Bəyzavi‛,
‚Şərhu-Təlxis‛, ‚Şərhu Fiqhü’l-Əkbər‛ kimi əsərlərin müəllifi idi. Nurah Şirvani
İstanbuldakı yəhudi camaatının liderlərindən xaxam Xagi əfəndini İslam dininə dəvət
edərək onun müsəlman olmasına vəsilə olmuşdu. Xagi əfəndini İstanbulun Xasköy
səmtindəki sinaqoqun xaxamı idi. Nurah Şirvani bu hadisənin necə baş verdiyi və
xaxam Xagi ilə aralarındakı dini müzakirələri ‚Risaleyi-Məxsusə‛ adlı əsərində
yazmışdı. İslamı qəbul etdikdən sonra Xagi Mehmed əfəndi kimi tanınan sabiq xaxam
ərəb dilini mükəmməl şəkildə öyrənərək İslami elmlər sahəsində alim və şair kimi
şöhrət tapmışdı. Xagi Mehmed əfəndi h. 1078-ci (1667) ildə İstanbulda vəfat etmişdi
1184
.
Nurah Şirvani isə h. 1065-ci (1655) ildə Bursada vəfat etmiş və Əli paşa məscid və
mədrəsə kompleksi yaxınlığında dəfn edilmişdi.
Əllamə Əbdürrəhim Şirvani
1183
MURADİ, Sülukü'd-Dürər, C. II, s. 201.
1184
BURSALI, Osmanlı Müəllifləri, C. II, s. 43.
Osmanlı dövlətində yaşamış mütəkəllim idi. Aşağıda haqqında bəhs edəcəyimiz
Muhəmməd Əmin Şirvaninin müəllimlərindən biri olmuşdu. Əbdürrəhim Şirvani h.
1023-cü (1614) ildə vəfat etmişdi. Alim ‚Risalə fi’l-Məntiq‛, ‚Haşiyə ələ Şərhu-Adabi-
Məs’udi‛, ‚Haşiyə ələ Şərhi’l-Mətailü’l-Ənvar‛ kimi əsərlərin müəllifi idi
1185
.
Əbu Bəkr ibn İsmayıl Şirvani
XVI-XVII əsrlərdə Osmanlı dövlətində yaşamış filoloq alim idi. ‚Dürrətü’ş-Şirvaniyyə
ələ Şərhi’l-Əcurrumiyyə‛, ‚Hidayətu Zə’vi’l-Əlbab ilə Məvsiləti’t-Tüllab‛ və
‚Məvahibü’r-Rəhmaniyyə li’Tüllabi’l-Əcurrumiyyə‛ Əbu Bəkr Şirvaninin qələmindən
çıxmış əsərlərdir. Bunlardan ilk ikisinin əlyazma nüsxələri Türkiyə Diyarbəkir İHK-də,
sonuncusunun əlyazma nüsxəsi isə Kastamonu İHK-də saxlanılır. Əbu Bəkr ibn İsmayıl
Şirvani h. 1019-cu (1610) ildə vəfat etmişdir.
Əbdürrəhman ibn Mahmud Şirvani
XVI-XVII əsrlərdə Osmanlı dövlətində yaşamış kəlam alimi idi. Onun müəllifi olduğu
‚Haşiyə ələ Ləvamiü’l-Əsrar fi Şərhi Mətalii’l-Ənvar‛ adlı əsərin əlyazma nüsxəsi
Türkiyə Manisa İHK-də mövcuddur. Əbdürrəhman ibn Mahmud Şirvani h. 1024-cü
(1615) ildə vəfat etmişdir.
Şeyx Muhəmməd Əmin ibn Sədrəddin Şirvani
Yaşadığı dövrdə Osmanlı imperatorluğunda tanınmış hənəfi fəqihi, müfəssir,
mütəkəllim, dinlər tarixçisi və filoloqlardan biri idi. İstanbuldakı mədrəsələrdə
müdərrislik etmiş və bir sıra əsərlər qələmə almışdı. ‚Tə’liqət ələ Əmkan min Təfsiri
Bəyzavi‛, ‚Məqalətu-Əhli’l-İlm və’l-Məzahibi’l-Müxtəlifəti li-Təvaifi’l-Üməm‛, ‚Nübzə
min əl-Həqaiq və Zübdə min əd-Dəqaiq‛, ‚Risalə fi Bəyani-Firaqi’d-Dallə‛, ‚Risalətü’l-
Bina‛, ‚Şərhü’l-İsağuci‛, ‚Haşiyə ələ Şərhü’ş-Şəmsiyyə fi’l-Məntiq‛, ‚Şərhü’l-
Qəvaidü’l-Əqaid li’l-Qəzzali‛, ‚Təfsir Surəyi-Fəth‛, ‚Risalə fi Təhqiqi’l-Məbdə və’l-
Miad‛, ‚Risalə fi İlmü’l-Hikmə‛, ‚Tə’liqət ələ Təfsirü’l-Ayəti və Qalə Firavnu ya
Əyyuhə’l-Məla‛, ‚Tə’liqət ələ Təfsiri Ayəteyn min Surəti-Hud‛, ‚Fəvaidü’l-Xaqaniyyə‛
1185
BURSALI, Osmanlı Müəllifləri, C. I, s. 359-360.
kimi əsərlərin müəllifi olmuş Şeyx Sədrəddin Şirvani h. 1036-cı ildə (1627) İstanbulda
vəfat etmiş, vəsiyyətinə əməl olunaraq Üsküdar səmtində dəfn olunmuşdu
1186
.
‚Fəvaidü’l-Xaqaniyyə‛ni Osmanlı sultanı I Əhmədə (1603-1617) ithafən qələmə alıb
sultana təqdim etmişdi
1187
. Alimin Ayətü’l-kürsiyə
1188
yazdığı təfsirin nadir
nüsxələrindən biri Paris milli kitabxanasında saxlanır
1189
. Türkiyədə Balıkəsir İHK,
Kastamonu İHK, Amasya Bəyazid İHK, Manisa İHK, Ankara Milli Ktbx, Konya BYEK,
İstanbul SYEK-də şeyx Muhəmməd Əmin Şirvaninin müəllifi olduğu əsərlərin onlarla
əlyazma nüsxəsi mövcuddur. Alimin məntiqə dair ‚Cəhətü’l-Vahdə‛ adlı əsərinin
Türkiyədəki əlyazma əsər kitabxanalarında yüzlərlə nüsxəsi saxlanılır. Bu da onu
göstərir ki, əsər uzun müddət Osmanlı mədrəsələrində dərslik kimi istifadə
olunmuşdu. Şeyx Muhəmməd Əmin Şirvani bu əsərinə şərh də yazmışdı. Onun nəvəsi,
aşağıda haqqında məlumat verdiyimiz, əllamə Sadiq ibn Ruhullah Şirvani Osmanlı
imperatorluğunun şeyxülislamı olmuşdu. Şeyx Muhəmməd Əmin Şirvaninin atası şeyx
Sədrəddin Şirvani də yaşadığı dövrün tanınmış alimlərindən biri idi və özünün
‚Hikmətü’l-Mütəaliyə‛ adlı əsəri ilə tanınmışdı
1190
.
Şeyxülislam əllamə Sadiq ibn Fəthullah ibn Muhəmməd Əmin əl-Qustantini
1191
Şirvani
Hənəfi məzhəbinə mənsub fəqih idi. Sadiq Şirvani h. 16 cəmadiələvvəl 1040-cı ildə (21
dekabr 1630) alim ailəsində dünaya gəlmişdi. Onun atası Fəthullah
1192
əfəndi
İstanbuldakı mədrəsələrdən birində müdərris idi. Onun babası, yuxarıda haqqında
məlumat verdiyimiz şeyx Muhəmməd Əmin ibn Sədrəddin Şirvani də yaşadığı dövrün
tanınmış fəqihlərindən idi. Sadiq Şirvani ilk təhsilini atası və babasından almış, İstanbul
mədrəsələrində dövrün qabaqcıl alimlərinin tələbəsi olmuşdu. Təhsilini başa
1186
BAĞDADLI, Hədiyyətü’l-Arifin, C. II, s. 275; KƏHHALƏ, Mu’cəmü’l-Müəllifin, C. III, s. 142; SEYİDOV, həmin
məqalə.
1187
BURSALI, Osmanlı Müəllifləri, C. II, s. 23.
1188
‚Ayətü’l-kürsi‛-Qur’ani-Kərimin Bəqərə surəsi 255-ci ayəsi.
1189
DE SLANE, həmin əsər, s. 151.
1190
BURSALI, həmin əsər, C. II, s. 23.
1191
Osmanlıca mətinlərdə İstanbulun qədim adı olan Konstantinia ‚Qustantiniyyə‛ formasında yazılır.
1192
Bu şəxsin adı Sicili-Osmanidə Feyzullah, Sülukü’d-Dürərdə Ruhullah kimi qeyd olunmuşdur. Ankara Milli
kitabxanada ‚Fəthullah ibn Muhəmməd Əmin ibn Sədrəddin Şirvani‛ adlı müəllifin ‚Risalə fi Bəyani-Hikməti-
Xaliqi’l-Cinn və’l-İns‛ adlı türkcə əsəri saxlanılır. Fikrimizcə bu şəxs Sadiq Şirvaninin atasıdır.
vurduqdan sonra İstanbuldakı mədrəsələrdən birində müdərris olmuş, daha sonra
Misir qaziliyinə təyin olunmuş və bir müddət bu vəzifəni icra etmişdi. H. 1103-cü ilin
məhərrəm ayında (oktyabr 1691) İstanbul qaziliyinə, h. 1104-cü ilin şaban ayında (aprel
1693) Anadolu qaziəsgərliyinə, h. 1105-ci ilin şəvval ayında (iyun 1694) Rumeli
qaziəsgərliyinə təyin olunmuşdu. H. 1105-ci ilin zilqədə ayında (iyul 1694) sultan II
Əhməd tərəfindən (1691-1695) Osmanlı dövləti şeyxülislamlığına təyin olunan Sadiq
Şirvani, sultan II Əhmədin vəfatından (6 fevar 1695) bir ay sonra öz istəyi ilə
vəzifəsindən ayrılmışdı. H. 1118-ci ilin şəvval ayında (yanvar 1707) sultan III Əhməd
(1703-1730) tərəfindən ikinci dəfə Osmanlı imperatorluğunun şeyxülislamlığı vəzifəsinə
təyin olunmuşdu. H. 1119-cu ilin zilqədə ayında (fevral 1708) yaşlılığı səbəbiylə istefaya
getmişdi. Əllamə Sadiq əfəndi Şirvani h. 7 ramazan 1120-ci ildə (20 noyabr 1708)
İstanbulda vəfat etmiş və Fındıqlı came qarşısındakı qəbristanda dəfn edilmişdi. O,
fəzilətli, saleh və abid insan idi. Fiqh və təfsirə dair bir sıra əsərlərin müəllifi olmaqla
yanaşı həm də istedadlı şair idi. Ərəb, fars və türk dilində çox gözəl şerlər qələmə
almışdı
1193
.
Dostları ilə paylaş: |