Hüseyn ibn Abdullah Mərəndi
Hədis ravisi idi. Əbu Abdullah əl-Hakim ibnü’l-Bəyi’dən hədis dinləmiş və nəql
etmişdi. Hüseyn Mərəndi h. 433-cü ildə (1042) Qüdsdə vəfat etmişdi
902
.
Əbü’l-Fərəc Hibətullah ibn Nəsr ibn Əhməd Mərəndi
Mühəddis, hədis ravisi idi. Təhsil almaq məqsədiylə Bağdada getmişdi. Bağdadda Əbu
Əmr Əbdülvahid ibn Muhəmməd ibn Mehdi əl-Farsinin tələbəsi olmuş, ondan hədis
dinləmişdi. Hafiz Əbü’l-Fityan Ömər ibn Əbdülkərim ibn Sədveyh ər-Rəvasi ondan
hədis dinləmişdi. Ölüm tarixi 460-cı ildən (1068) sonraya təsadüf edir
903
.
Əbü’l-Vəfa Xəlil ibn Muhsin ibn Muhəmməd Mərəndi
Şafi’i məzhəbinə mənsub fəqih idi. O, gözəl əxlaqlı, xoşrəftar, saleh insan idi. Bağdadda
Nizamiyyə mədrəsəsində təhsil almış, Əbu İshaq Şirazinin tələbəsi olmuşdu. Əbu
Hüseyn Əhməd ibn Muhəmməd əl-Bəzzaz, Əbu Nəsr Muhəmməd ibn Muhəmməd əz-
Zeynəbi və başqalarından hədis dinləmişdi. Bioqraf və tarixçi Əbu Sə’d Əbdülkərim
Səm’ani qeyd edir ki, ‚mənim dostlarım və yaşıdlarımdan bir çoxu onun tələbəsi
olmuş, ondan hədis dinləmişdilər‛. Alim h. 512-ci ilin cəmadiəlaxir ayında (oktyabr
1118) Bağdadda vəfat etmiş və Şuniziyyə qəbristanında dəfn edilmişdi
904
.
Əbu Həfs Ömər ibn Əbdülməcid Mərəndi
Qari idi Əbü’l-Qasım əs-Süheylin tələbəsi olmuş, ondan Qur’ani-Kərimin qiraət və
təcvidini öyrənmiş, həmçinin ərəb filologiyasına dair dərslər almışdı. Əbu Həfs Ömər
Mərəndi yaşadığı dövrdə qiraət və ərəb dilinin qrammatisı sahəsində tanınmış
902
KƏTTANİ, Zeyl Tarixi-Məvlidi, s. 181.
903
SƏM’ANİ, Kitabü’l-Ənsab, C. IV s. 253-254.
904
SƏM’ANİ, Kitabü’l-Ənsab, C. IV s. 253-254; ƏSNƏVİ, Təbəqatu’ş-Şafi’iyyə, C. II, s. 226; YAQUT əl-HƏMƏVİ,
Mu’cəmü’l-Büldan, C. V, s. 176-177. YAQUT əl-HƏMƏVİ, Əbü’l-Vəfa Xəlil Mərəndinin h. 612-ci ildə (1215) vəfat
etdiyini yazır. Lakin onun Əbu İshaq Şirazinin (öl.1083) tələbəsi olduğunu, başqa sözlə onunla görüşdüyünü nəzərə
alaraq bunun mümkün olmadığını deyə bilərik.
mütəxəssilərdən biri idi. O, qrammatikaya dair ‚Şərhü’l-Cəməl‛
905
adlı əsərin müəllifi
idi. Alim h. 616-cı ilin rəbiəlaxir ayında (iyun 1219) 73 yaşında vəfat etmişdi
906
.
Hafiz Əbu İshaq İbrahim ibn Muhəmməd ibnü’l-Əzhər Mərəndi
Hədis hafizi, qari və xətib idi. Əli ibn Cabir əl-Əzdi Məvsili, İshaq ibn Səyyar ən-
Nüseybidən hədis dinləmiş və nəql etmişdi. Əbü’l-Müfəzzəl əş-Şeybani, Əbu
Muhəmməd Əhməd ibn Abdullah əl-Muzəni əl-Hərəvi və başqaları ondan hədis
dinləmiş və nəql etmişdilər. Hafiz Əbu İshaq İbrahim Mərəndi Böyük Səlcuqlu
sultanlarının vəziri Nizamülmülkün (öl. 1092) dostu idi, vəzir ona böyük hörmət
bəsləyirdi
907
. Əbu İshaq İbrahim Mərəndi hədis sahəsində bir əsər qələmə almışdı. O,
həmçinin Qur’an qiraəti və təcvidinə dair ‚Qərətu Əynü’l-Qurra fi’l-Qiraət‛ adlı əsərin
müəllifi idi
908
. Ölüm tarixi məlum deyil. XI əsrdə yaşamışdır.
Xətib Əbu Muhəmməd Abdullah ibn Nəsr ibn Əbdüləziz ibn Süveyd Mərəndi
Ədəbiyyatçı və hədis ravisi idi. H. 482-ci il rəbiələvvəl ayında (may 1089) Mərənddə
anadan olmuşdu. Ərəb dili və ədəbiyyatı üzrə yaşadığı dövrün ən məşhur
mütəxəssislərindən biri idi. Bağdad Nizamiyyə mədrəsəsində Muhəmməd əl-
Əbivərdinin
909
tələbəsi olmuş və ərəb ədəbiyyatını ondan öyrənmişdi. Şair idi və gözəl
şer yazırdı. O, həmçinin mahir xəttat idi. Bir müddət Bağdadda qalmış, sonra Mərvə
getmiş və 15 il bu şəhərdə yaşamışdı. Daha sonra Mərvərruda
910
getmiş, burada çox az
müddət yaşmış və h. 10 məhərrəm 541-ci ildə (21 iyun 1146) vəfat etmişdi
911
.
905
Əndəlusulu ərəb filoloq və ədibi Əbu Muhəmməd Abdullah ibn Muhəmməd ibnü’s-Seyyid əl-Bətlyusinin (1052-
1127) ərəb dili qrammatikası və morfologiyasına dair ‚İslahü’l-Cəməlü’l-Vaqi’ fi’l-Cəməl li’l-Züccaci‛ adlı əsərinə bir
çox şərh yazılmışdır. Bunlardan biri də Əbu Həfs Ömər Mərəndi tərəfindən qələmə alınmışdır.
906
İBNü’l-CƏZƏRİ, Qayətü’n-Nihayə, s. 483.
907
SƏM’ANİ, Kitabü’l-Ənsab, C. IV s. 253-254; İBN MAKULA, İkmal, C. II, s. 420; MƏQDİSİ, Kitabü’l-Müqəffa, C. I, s.
292.
908
BAĞDADLI, İzahü’l-Məknun, C. II, s. 147.
909
Muhəmməd ibn Əhməd ibn Muhəmməd əl-Əbivərdi (öl. 1113). Əslən Xorasanın Əbivərd qəsəbəsindəndir.
Yaşadığı dövrdə ərəb dili və ədəbiyyatı üzrə böyük mütəxəssis və şair olmuşdur. ‚Divan‛ı və başqa əbədi əsərləri
vardı.
910
Mərvərrud-indiki Əfqanıstan ərazisində, Özəbəkistanla sərhəddə, Herat şəhərinin şimali-şərqində yerləşən
qəsəbə. Mərvərrud şəhəri və nahiyəsi üçün bax: BAKUVİ, Təlxisü’l-Asar, s. 104.
911
SƏM’ANİ, Kitabü’l-Ənsab, C. IV s. 253-254; ƏSNƏVİ, Təbəqatu’ş-Şafi’iyyə, C. II, s. 234; İBN KƏSİR əl-ƏNSARİ, Zeyl
Təbəqatü’l-Füqəhai’ş-Şafi’iyyə, v. 123a; Kəmaləddin Əbü’l-Bərəkat Əbdürrəhman İBNü’l-ƏNBARİ, Nuzhətü’l-Əlba fi
Təbəqatü’l-Üdəba, s. 297-298, Zərqa 1985.
Vaiz Əbü’l-Bəqa Həmkan ibn Əli ibn Həmkan Mərəndi
Mühəddis, həmçinin Təbriz şəhəri cümə məscidinin vaizi idi. Şeyx Əbü’l-Məhasin
Əbdüləziz ibn Əli ibn Yəhyadan hədis dinləmişdi. Tarixçi İbn Əsakir (öl. 1175) 1134-cü
ildə çıxdığı səyahət vaxtı Təbrizə gəlmiş və onun elm söhbətlərində iştirak etmişdi
912
.
Ölüm tarixi məlum deyil. XI-XII əsrlərdə yaşamışdır.
İmadəddin Əbu Zülfiqar Muhəmməd ibnü’l-Əşrəf Zülfiqar ibn Muhəmməd
Mərəndi
Şafi’i məzhəbinə mənsub fəqih idi. H. 596-cı ildə (1200) Mərənddə anadan olmuşdu.
Fəzilət sahibi, zahid insan idi. Babası İmadəddin Əbu’s-Səmsam Mərəndi və Zeynəddin
Əbü’l-Həsən Muhəmməd ibnü’l-Qətiyyinin tələbəsi olmuş, onlardan fiqh və hədis
dərsləri almışdı. Zeynəddin Qətiyyinin yanında imam Buxarinin ‚Səhih‛ adlı hədis
külliyatını oxumuşdu. H. 630-cu ilin şaban (may 1233) ayında Bağdada gəlmişdi.
Əvvəlcə əl-Xilatiyyə təkkəsində dərs vermiş, h. 631-ci ilin rəcəb ayında (aprel 1234)
Müstənsiriyyə mədrəsəsinin açılışından sonra bu mədrəsəsədə şafi’i fiqhi dərsləri
vermişdi. Daha sonra h. 648-ci ildə (1250) tikilib istifadəyə verilən Vasitdəki hədis
mədrəsəsində dərs vermişdi. Bağdadın moğollar tərəfindən işğalından (1258) bir il
sonra bağlı olan Müstənsiriyyə mədrəsəsi yenidən açılmışdı. Moğol işğalı və idarəsi
altındakı Bağdadda fəaliyyət göstərən bu mədrəsəninin müdərrisliyinə İmadəddin Əbu
Zülfiqar Muhəmməd Mərəndi təyin olunmuşdu. İmadəddin Əbu Zülfiqar Muhəmməd
Mərəndi h. 680-ci ildə (1281) Bağdadda vəfat etmişdi
913
.
Qazi Məcdəddin Baba Mərəndi
Məcdəddin Mərəndi XIII əsrdə Şam diyarı və Anadoluda yaşamış fəqih və fütuvvət
şeyxi idi. O, Anadolu Səlcuqlu sultanı Rüknəddin IV Qılıncarslanın (1259-1266)
hakimiyyəti dövründə Şamdan Anadoluya gəlmişdi
914
. Anadoluya gələndən sonra
912
İBN ƏSAKİR, Mu’cəmü’ş-Şüyux, s. 81.
913
İBNü’l-FUVATİ, Məcməü’l-Adab , C. IV/2, s. 818-819.
914
Feridun ibn Ahmed SİPEHSALAR, Menâkıb-ı Hazreti Hüdavendigâr, (Çev. M. Biharî), s.76, İstanbul 1331.
sultan Rüknəddinin yaxın adamlarından birinə çevrilən Məcdəddin Baba Mərəndi
915
Ağsaray şəhəri qaziliyinə təyin olunmuşdu
916
. Tarixçi Kəriməddin Ağsarayi Məcdəddin
Baba Mərəndini alim, zahid və ədalətli qazi kimi təsvir etmişdi
917
. Şeyx Şihabəddin
Ömər Sührəvərdi ‚Risalətü’l-Fütuvvə‛ adlı əsərində Baba Mərəndini ‚şeyxlərin şeyxi,
tədqiqatçı alimlərin sultanı‛ kimi ifadələrlə vəsf etmişdi
918
. Qazi Məcdəddin Baba
Mərəndinin ölüm tarixi məlum deyil.
Əbu Abdullah Muhəmməd ibn Muhəmməd ibn Muhəmməd Miyanəci
Şafi’i məzhəbinə mənsub fəqih idi. Saleh əməlli, xoşrəftar və mehriban insan kimi
tanınmışdı. Əbu Abdullah Kəsir ibn Səid Bağdadinin tələbəsi olmuş və ondan hədis
dinləmişdi. Əbu Sə’d Əbdülkərim Səm’ani öz əsərində Əbu Abdullah Muhəmməd
Miyanəci ilə Məkkəyə gedərkən yolda tanış olub yoldaşlıq etdiyini, Məkkədə ikən
ondan bəzi bilikləri öyrənib yazdığını qeyd edir. Bu həcc ziyarətindən sonra Əbu
Abdullah Muhəmməd Miyanəci İraqa gəlmiş, h. 533-cü ildə (1139) isə doğma şəhərinə
qayıtmışdı
919
. Ölüm tarixi məlum deyil. XII əsrdə yaşamışdır.
Əlaəddin Əli ibn Hüseyn ibn Abdullah Miyanəci
XIII əsrdə yaşamış şafi’i məzhəbinə mənsub fəqih idi. Əlaəddin Əli Miyanəci həmçinin
istedadlı şair idi. İbnü’l-Fuvati öz ərəsində onun haqqında məlumat verərkən ərəbcə
yazdığı şerlərdən bir neçə misranı da qeyd etmişdi
920
.
Qazi Əbu Bəkr Yusif ibn Qasım ibn Yusif ibn Faris Miyanəci
Şafi’i məzhəbinə mənsub siqa mühəddis idi. Doğma şəhəri Miyanədə Muhəmməd ibn
Abdullah əs-Səmərqəndinin dərslərində iştirak etmiş, ondan hədis dinləmiş və nəql
etmişdi. Daha sonra Suriyaya getmiş və Dəməşqdə məskunlaşmışdı. Bir müddət
915
ƏFLAKİ , Ariflerin Menkıbeleri, C. II, s. 157-160.
916
AQSARAYİ, Müsamərətü’l-Əxbar, s. 490
917
Yenə orada.
918
Abdülbaki GÖLPINARLI, Yunus Emre ve Tasavvufu, s. 9, İstanbul 1992.
919
SƏM’ANİ, Kitabü’l-Ənsab, C. IV s. 379-380.
920
İBNü’l-FUVATİ, Məcməü’l-Adab , C. IV/2, s. 1048.
Dəməşq qazisinin müavini olmuşdu. Sonra hədis dinləmək müqsədi ilə Şam, Cəzirə,
İraq və Xorasan diyarlarına səyahət etmişdi. Əbi Xəlifə, Zəkəriyya əs-Saci və İmran əl-
Cəvaliqi kimi mühəddislərdən hədis dinləmişdi. Əbü’l-Həsən Muhəmməd ibn Örf əd-
Dəməşqi və Muhsin ibn Muhəmməd əl-Hüseyni də ondan hədis dinləmiş və nəql
etmişdilər. Onun qardaşı oğlu Əbu Saleh Əhməd Miyanəci (öl. 1039) də yaşadığı
dövrün tanınmış hədis alimlərindən biri olmuşdu. Qazi Əbu Bəkr Miyanəci h. 376-cı
ilin şaban ayında (dekabr 986), təqiribən 90 yaşında vəfat etmişdi
921
. O, hədis elmi
sahəsində ‚Əmali fi’l-Hədis‛ adlı əsərin müəllifidir
922
.
Əbu Məs’ud Saleh ibn Əhməd ibn Qasım Miyanəci
Hədis ravisi idi. Əbü’l-Həsən Əli ibn Ömər Darəqutni (918-995) və onun müasiri olan
mühəddislərdən hədis dinləmiş və nəql etmişdi. Əbu Məs’ud Saleh Miyanəci uzun
müddət Məkkədə yaşamışdı. Burada Əbu Mə’şər Əbdülkərim ibn Əbdüssəməd əl-
Muqri ət-Təbəri ondan hədis dinləmişdi
923
. Ölüm tarixi məlum deyil. X-XI əsrlərdə
yaşamışdı.
Hafiz Əbu Abdullah Əhməd ibn Tahir ibn Nəcm Miyanəci
Yaşadığı dövrün böyük hədis hafizlərindən biri idi. Hədis dinləmək məqsədiylə uzun
səyahətlərə çıxmışdı. Əbu Müslim əl-Kəcci, Abdullah ibn Əhməd ibn Hənbəl, Yəhya
ibn Muhəmməd əl-Hinnayi, hafiz Əbu Bəkr Əhməd ibn Harun Bərdici, hafiz Əbu
Osman Səid ibn Əmr Bərdəidən hədis dinləmiş və nəql etmişdi. Bir müddət Hələbdə
qalmış və bu şəhərin qazisi Əbu İshaq İbrahim ibn Cə’fər ibn Cabirdən hədis dərsləri
almışdı
924
. Abdullah ibn Əbu Zur’ə əl-Qəzvini, Əbu Bəkr Yusif ibn Qasım Miyanəci ,
Yaqub ibn Yusif Ərdəbili, Əhməd ibn Hüseyn Maraği və Əhməd ibn Faris əl-Lüğəvi
ondan hədis dinləmişdilər. Əhməd ibn Faris əl-Lüğəvi müəllimi haqqında demişdi:
921
SƏM’ANİ, Kitabü’l-Ənsab, C. IV s. 379-380; İBNü’l-İMAD, Şəzəratü’z-Zəhəb, C. III, s. 255; Şəmsəddin Muhəmməd
ibn Əli İBN TOLON əs-Sahili, Səğru’l-Bəssam fi zikri mən Vəlyə Qəza‘u’ş-Şam, s. 40-41, Beyrut 1956; KƏTTANİ, Zeyl
Tarixi-Məvlidi, s. 109. Əbdüləziz Kəttani alimin h. 375-cı ilin şaban ayında (dekabr 985) vəfat etdiyini qeyd etmişdir.
922
KƏHHALƏ, Mu’cəmü’l-Müəllifin, C. IV, s. 176.
923
SƏM’ANİ, Kitabü’l-Ənsab, C. IV s. 379-380; YAQUT əl-HƏMƏVİ, Mu’cəmü’l-Büldan, C. VI, s. 366; İBNü’l-
QEYSƏRANİ, Ənsabü’l-Müttəfiqə, s. 50.
924
İBNü’l-ADİM, Buğyətü’t-Tələb, C. II, s. 211.
‚Mən ömrümdə onun misli bərabəri ola biləcək hədis alimi görmədim‛. Alimin ölüm
tarixi h. 350-cı (961-971) illərə təsadüf edir. O, doğma şəhəri Miyanədə vəfat etmişdi
925
.
İbnü’l-Adim öz əsərində hafiz Əbu Abdullah Əhməd Miyanəci haqqında ətraflı
məlumat verdikdən sonra onun nəbəvi tibbə aid nəql etdiyi bir hədisi də qeyd etmişdir:
Əbu Hüreyrə (ا) dedi: Rəsulullah (م) buyurdular: ‚Yerarmudu (insanların əkib
becərməsinə ehtiyac olmadan yayılmış) mannı kimi bir ruzidir, suyu göz xəstəliyi üçün
şəfadır, əcvə
926
xurması isə cənnət meyvələrindəndir, zəhərlənməyə qarşı faydalıdır‛
927
.
Qazi Əbu’l-Həsən Əli ibn Həsən ibn Əli Miyanəci
Şafi’i məzhəbinə mənsub fəqih idi. Dərin biliyi və fəzilətli şəxsiyyəti ilə tanınmışdı.
Bağdadda təhsil almış, qazi Əbu Təyyib ət-Təbərinin və Əbu İshaq Şirazinin tələbəsi
olmuş, bu iki alimdən fiqh elmini öyrənmişdi. O, şairliyi ilə yanaşı ərəb ədəbiyyatı və
kəlam elmləri sahəsində də mütəxəssis idi. Əbü’l-Həsən Əli ibn Ömər Qəzvini, Əbu
Muhəmməd Həsən əl-Xəllal, Əbü’l-Hüseyn Əhməd ən-Nuridən hədis dinləmişdi.
Əbu’l-Həsən Əli Miyanəci Həmədan şəhəri qaziliyinə təyin olunmuşdu. H. 471-ci ilin
şəvval ayında (aprel 1079) məsciddə sübh namazını qılarkən batıni-xaşxaşi sui-qəsdçilər
tərəfindən qətlə yetirilmişdi
928
.
Qazi Əbu Bəkr Muhəmməd ibn Əli ibn Həsən ibn Əli Miyanəci
Şafi’i məzhəbinə mənsub mühəddis və fəqih olan Əbu Bəkr Muhəmməd Miyanəci
zahirən yaraşıqlı insan olmaqla yanaşı kəskin zəkalı, saleh və fəzilətli insan idi. Əbü’l-
Fəzl Əhməd ibn İsa Dinəvərinin tələbəsi olmuş, ondan hədis dərsləri almışdı. Bundan
başqa o, Həmədanın qabaqcıl hədis alimlərdən də hədis dinləmiş və hədis elmlərinə
925
İBN ƏBDÜLHADİ, Təbəqatu-Üləma, C. III, s. 124; ZƏHƏBİ, Kitab Təzkərətü’l-Hüffaz, s. 931-932; SƏM’ANİ, Kitabü’l-
Ənsab, C. IV, s. 379-380; İBNü’l-İMAD, Şəzəratü’z-Zəhəb, C. III, s. 229; İBNü’l-QEYSƏRANİ, Ənsabü’l-Müttəfiqə, s. 50.
926
Əcvə xurması Mədinə şəhərində yetişən xurma növüdür. Yerarmudu isə dünyanın bir çox yerində, o cümlədən
Azərbaycanda yetişir və müalicəvi bitki kimi şöhrət tapmışdır. Xalqa arasında bu bitkini ‚yeralması‛ və ya
‚dombalan‛ da adlandırırlar (latınca: Helianthus tuberosus). Yerarmudunun müalicəvi əhəmiyyəti haqqında ətraflı
məlumat üçün bax:
http://az.wikipedia.org/wiki/Yerarmudu
927
İBNü’l-ADİM, Buğyətü’t-Tələb, C. II, s. 211. [
ْوٍُِ ءالش ٢ٛٝ ح٘عُا ٖٓ جٞعؼُاٝ ،ٖ٤ؼُِ ءالش اٛؤآٝ ُٖٔا ٖٓ جأٌُا+. Bu və bənzəri
hədislər üçün bax: İBN MACƏ, Sünən, Tibb, 8/3454.
928
YAQUT əl-HƏMƏVİ, Mu’cəmü’l-Büldan, C. V, s. 368; SƏM’ANİ, Kitabü’l-Ənsab, C. IV, s. 379-380; ƏSNƏVİ,
Təbəqatu’ş-Şafi’iyyə, C. II, s. 215-216; HİMYƏRİ, Nisbə ilə’l-Məvazi’, C. I, s. 620.
dair biliklərə yiyələnmişdi. Atası qazi Əbu’l-Həsən Əli Miyanəcinin qətlə
yetirilməsindən sonra Həmədan şəhəri qaziliyi vəzifəsinə təyin olunmuş və bir müddət
bu vəzifəni icra etmişdi. O, şeyxülislam Əbu İshaq İbrahim Şirazinin (öl. 1074) yaxın
dostlarından biri idi
929
. Ölüm tarixi məlum deyil. XI-XII əsrlərdə yaşamışdır.
Əynü’l-Quzat Əbu’l-Məali Abdullah ibn Muhəmməd ibn Əli ibn Hüseyn ibn Əli
Miyanəci
Şafi’i məzhəbinə mənsub fəqih idi. h. 490-cı ildə (1097) anadan olmuşdu. Qazi Əbu’l-
Həsən Əli Miyanəcinin nəvəsi və qazi Əbu Bəkr Muhəmməd Miyanəcinin oğlu idi.
Babası və atasından sonra Həmədan qazisi vəzifəsini icra etmişdi. Əbu’l-Məali
Abdullah Miyanəci həm də mütəkəllim, ədib və şair idi. O, Əbü’l-Fütuh Əhməd ibn
Muhəmməd Qəzzalinin
930
(öl. 1126) tələbəsi olmuş, həmçinin Ömər Xəyyamdan (öl.
1131) da dərs almışdı. İbnü’l-Fuvati və Beyhəqi onun haqqanda ‚o, fəlsəfə ilə sufiliyin
sintezini yaratmışdı‛ demişdirlər
931
. Neo-platonist (yeni əflatunçu) fəlsəfi cərəyanın
davamçılarından olan Əynü’l-quzat öz əsərlərində məşşai (aristotelçi) fəlsəfi cərəyanın
təmsilçilərinin fikirlərini cəsarətlə tənqid edirdi. Bu cür çıxışları ilə tezliklə rəqiblərinin
diqqət və tənqidlərini öz üzərinə çəkmişdi. Onu hüluliyyə
932
etiqadında olmaqda
təqsirləndirmişdilər
933
. Onun elmi irsini araşdırmış müasir tədqiqatçılar da Əynü’l-
quzatın Muhyəddin ibnü’l-Ərəbidən (1165-1240) yarım əsr əvvəl vəhdəti-vücud
doktrinasını meydana çıxardığı fikrindədirlər
934
. Əynü’l-quzat Miyanəcinin İraq
929
SƏM’ANİ, Kitabü’l-Ənsab, C. IV, s. 379-380; ŞƏHRƏZURİ, Təbəqati’l-Füqəhai’ş-Şafi’iyyə, C. I, s. 230.
930
Hüccətülislam Əbu Hamid Qəzzalinin (1058-1111) kiçik qardaşı idi.
931
İBNü’l-FUVATİ, Məcməü’l-Adab , C. IV/2, s. 1131-1132; Zəhirəddin Əli ibn Zeyd BEYHƏQİ, Tətimmət Səuanü’l-
Hikmə, v. 43b, AMEA Əİ Fondu, Nr: Fp-744.
932
Hüluliyyə lüğətdə hər hansı bir şeyin başqa bir şeyin içində həll olması, əriməsi, iki ayrı şeyin bütünləşməsi
mənasını ifadə edir. Dini-etiqadi anlayış olaraq hüluliyyə, qısaca desək, xaliq ilə məxluqatı, yəni yaradan ilə
yaradılmışları eyniləşdirən əqidədir. Məsələn budistlər Buddanın Tanrı ilə bütünləşdiyinə, daha doğrusu, Tanrının
Buddanın vücudunda təcəlli etdiyinə inadıqları üçün onun bütünə sitayiş edirlər. Xristianlıqda Tanrının İsa (×)
peyğəmbərdə və Müqəddəs Ruh dedikləri varlıqda təcəlli tapdığına inanıldığı üçün onlar Tanrı ilə eyniləşdirilir və
təslisə (üçlü birliyə) etiqad edilir. Hülul etiqadı panteist fəlsəfənin əsasını təşkil edir. Panteist düşüncə tərzi isə
ümumiyyətlə bütün politeist, çoxtanrılı dinlərin, yəni bütpərəstliyin, bənzətmə yerində isə, onurğa sütununu təşkil
edir. Bu etiqad həmçinin zərdüştilikdə, məzdəkilikdə və xürrəmilikdə də var idi. Hüliliyyə İslamın tövhid anlayışına
qəti surətdə zidd inancdır. Sufizmdəki ‚fəna fillah‛ inancı hüluliyyənin yontularaq İslami qılığa büründürülmüş
formasıdır. Hüluliyyəyə dair ətraflı məlumat üçün bax: Təqiyəddin Əbü’l-Abbas Əhməd İBN TEYMİYYƏ, Hüseyn b.
Mansur el-Hallac, (Trc. M. Bayram), s. 15-22, Konya (trz).
933
TƏRBİYƏT, Danişməndan, s. 84.
934
MƏMMƏDOV, Orta Əsr Azərbaycan Filosof və Mütəfəkkirləri, 21.
Səlcuqlu sultanı II Toğrulun (1131-1135) vəziri Əbü’l-Qasım Dərgəzini ilə münasibətləri
pis idi, vəzir onu xoşlamırdı. Onun ətrafındakı vəziyyətin gərginliyini fürsət bilən vəzir
alimin əsərləri əsasında şikayət hazırlayıb Bağdad qazilərinə təqdim etmişdi. Əynü’l-
quzat Miyanəcinin bəzi fikirləri cəbriyyə
935
məzhəbinin etiqadi əsasları ilə üst-üstə
düşürdü. Məsələn o, Qur’andakı iman və zəlalət məfhumlarının rəmzi xarater
daşıdığını iddia edirdi. Onun fikirlərinə görə bədbəxtlik olmasaydı xoşbəxtlik, günah
olmasaydı səvab olmazdı. Küfrlə iman da beləcə bir-birinin tamamlayıcısı olduğu üçün
Peyğəmbərin (م) imanı ilə iblisin zəlaləti də bir-birinin tamamlayıcısı idi. Bu da o
mənaya gəlir ki, əslində küfr olmasa idi iman da olmazdı
936
. Belə görünür ki, onun
fikirlərinin formalaşmasında müəllimi Əhməd Qəzzalinin böyük rolu olmuşdu. Çünki
Əhməd Qəzzalinin (öl. 1126) ‚Tövhidi şeytandan öyrənməyən kafirdir‛ sözü yaşadığı
dövrün sünni fəqihləri tərəfindən böyük qəzəblə qarşılanmış, etirazlara və şikayətlərə
səbəb olmuşdu. İfrat sufizmdə şeytan qüsursuz Allah aşiqi hesab olunur, çünki o,
Allahın əmr etməsinə baxmayaraq ondan başqasına, yəni Adəmə, səcdə etməmiş və
ifrat mistiklərin dili ilə desək şeytan ‚sənin tərəfindən lənətlənmək, qovulmaq üzümü
səndən başqasına tərəf çevirməkdən mənim üçün min dəfə daha yaxşıdır‛
söyləmişdi
937
. Əynü’l-quzat Miyanəci məhkəmənin qərarı ilə h. 7 cəmaziyəaxir 525-ci
ildə (7 may 1131) Həmədanda edam edilmişdi
938
. Şübhəsiz ki, Əynü’l-Quzat Miyanəcini
edam kürsüsünə qədər aparan, vəzir Əbü’l-Qasım Dərgəzininin siyasi intirqaları deyil,
onun özünün sahib olduğu əqidə idi. Bu əqidə Hüseyn ibn Mənsur əl-Həllac (öl. 922),
Şihabəddin Yəhya Sührəvərdi (öl. 1191), Şəmsi-Təbrizi (öl. 1247), Fəzlullah Nəimi
Əstərabadi (öl. 1401), İmadəddin Nəsimi (öl. 1417) kimi daha bir çox şəxsin ömrünü
edam və ya sui-qəsdlə başa vurmalarına səbəb olmuşdu.
935
Cəbriyyə etiqadi məzhəblərdən biridir. Etiqadi məsələlərdə ‚cəbr‛ feeli, yəni insanın gördüyü işi, əməli, tamamən
insanın iradəsindən ayıraraq Allaha aid etməkdir. Cəbriyyə məzhəbi iki qola ayrılmışdılar: xalis və mötədil. Xalis
cəbriyyəçilərə görə insan heç bir feel və iradəyə sahib deyil. Yəni bütün əməl və feellərin sahibi Allahdır. Məsələn
xalis cəbriyyəçilərə görə ‚bina tikildi‛ demək əslində ‚binanı Allah tikdi‛ deməkdir. Bu bir növ insanı Allah
qarşısındakı məsuliyyətdən də azad edir. Çünki işlənən günahları da əslində insan işləməmiş olur. Daha ətraflı
məlumat üçün bax: Muhəmməd ibn Əbdülkərim ŞƏHRİSTANİ, Miləl və’n-Nihal, (Trc. M. Öz), s. 85, İstanbul 2008.
936
ULUDAĞ-BAYBURTLUGİL, Nurettin, ‚Aynü’l-Kudat Hemedanî‛ , İA (TDV), C. IV, İstanbul 1991, s. 280-282.
937
Annamarie SCHİMMEL, İslamın Mistik Boyutları, (Trc. E. Kocabıyık), s. 195, İstanbul 2001.
938
İBNü’l-İMAD, Şəzəratü’z-Zəhəb, C. IV, s. 365-366; ULUDAĞ-BAYBURTLUGİL, həmin məqalə, s. 280-282;
Məhəmməd Əli Tərbiyət onun asılaraq edam edildiyini yazır: yenə orada.
Əynü’l-quzat Abdullah Miyanəci ‚Risalətü’l-Yəminiyyə‛
939
, ‚Zübdətü’l-Həqaiq fi
Kəşfü’d-Dəqaiq‛, ‚Tərcüməyi-Kənzü’l-Həqaiq fi Kəşfü’d-Dəqaiq‛, ‚Təşbihü’l-Mü’min
bi’l-Mədinə‛
940
kimi bir neçə əsərin müəllifi idi. Onun məlum olan bir digər əsəri isə
‚Şəqvai’l-Qərib əni’l-Ətvan ilə Üləmai’l-Büldan‛ idi
941
.
Dostları ilə paylaş: |