Hafiz Əbu Bəkr Firuz Bərdici
Hədis hafizi, həmçinin ərəb filologiyası sahəsində mütəxəssis idi. İbnü’s-Səlah (öl. 1245)
‚Ülumu’l-Hədis‛
448
adlı əsərini qələmə alarkən onun risalələrindən faydalanmışdı
449
.
Ölüm tarixi məlum deyil. Təqribən IX-X əsrlərdə yaşamışdır.
Əbu Əli Həsən ibn Əbü’l-Həsən Bərzəndi
445
İbrahim CANAN, Kutubi-Sitte, Tercüme ve Şerhi, C. V, s. 44, Akçağ Yayınları 2004; BUXARİ, Səhih, Cihad bölümü,
5/21; MÜSLİM, Səhih, Əmarət bölümü, hədis Nr. 1877; TİRMİZİ, Sünən, Fəzailu’l-Cihad, hədis Nr. 1643; NƏSAİ,
Sünən, Cihad bölümü, hədis Nr. 3109. (
ٍَاَه ٌَََِّْ َٝ ِْٚ٤ََِػ ُ َّللَّا ٠ََِّص ِّ٢ِثَُّ٘ا َْٖػ َُْٚ٘ػ ُ َّللَّا َ٢ ِظ َن ٍيُِآَ َْٖت ًَََٗأ ٖػ
(
اَ٤ُّْٗكُا ٠َُِئ َغ ِظ ْهَ٣ َْٕأ ُّة ِؽُ٣ َحََّ٘عُْا َُُـْكَ٣ ٌكَؼَأ آَ
ِحَٓا َهٌَُْا ِْٖٓ ٟ َهَ٣ أَُِ ٍخا َّهَٓ َهْشَػ َََرْوُ٤َك اَ٤ُّْٗكُا ٠َُِئ َغ ِظ ْهَ٣ َْٕأ ٠َََّ٘ٔرَ٣ ُك٤َِّٜشُا َّلاِئ ٍءْ٢َش ِْٖٓ ِض ْنَ ْلأا ٠ََِػ آَ َُُٚ َٝ)
446
YAQUT əl-HƏMƏVİ, Mu’cəmü’l-Büldan, C. I, s. 410.
447
İBN KƏSİR, Bidayə və’n-Nihayə, C. II, s. 218.
448
Şeyx Təqiyəddin Əbu Əmr Osman ibn Əbdürrəhman ibnü’s-Səlah Şəhrizuri (1181-1245) tanınmış mühəddis idi.
Bir sıra əsərlələrlə yanaşı Ülumu’l-Hədis (Hədis Elmləri) adlı əsərin müəllifi idi.
449
HİMYƏRİ, Nisbə ilə’l-Məvazi’, C. I, s. 61.
Hədis ravisi idi. Təbəristanın Amul şəhərində Əbdürrəhman ibn Quyerş əl-Hərəvidən
hədis dinləmişdi. Hafiz Əbu Əhməd Abdullah ibn Ədiy əl-Cürcani (890-976) də ondan
hədis dinləmiş və nəql etmişdir
450
. IX-X əsrlərdə yaşamışdır.
Əbü’l-Həsən Əli ibn Muhəmməd Bərzəndi
Qari idi. Qur’ani-Kərimin qiraət və təcvidini Əbu Əli Həsən ibn Süleyman əl-Antakidən
(öl. 1009) öyrənmişdi
451
. Əbü’l-Həsən Əli Bərzəndinin ölüm tarixi məlum deyil. O, X-XI
əsrlərdə yaşamışdır.
Əbü’l-Qasım Budeyl ibn Əli ibn Budeyl Bərzəndi
Şafi’i məzhəbinə mənsub fəqih, həmçinin hədis ravisi idi. Bağdadda qazi Əbu Təyyib
ət-Təbəri, Əbu Muhəmməd Həsən Cəvhəri və şeyx Əbu İshaq Şirazinin tələbəsi olmuş,
ondan şafi’i fiqhini öyrənmişdi. Aşağıda haqqında məlumat verdiyimiz Əbu Mənsur
Saleh Bərzəndinin atası idi. Əbu Talib əl-Əş’əri, Əbu İshaq əl-Bərməkidən hədis
dinləmiş və nəql etmişdi. Təbriz şəhəri qazisi olan Əbü’l-Qasım Bərzəndi öz sahəsində
dərin elmi biliyə malik, xoş söhbətli, ünsiyyətcil insan kimi tanınmışdı. Səduq, yəni
doğru sözlü, səmimi və mötəbər mühəddislərindən biri idi. H. 475-ci (1082) ildə vəfat
etmişdi
452
.
Əbu Mənsur Saleh ibn Budeyl ibn Əli ibn Budeyl Bərzəndi
Hədis ravisi idi. Atası Bağdada gəlmiş, burada məskunlaşmış və Əbu Mənsur Saleh
Bərzəndi də Bağdadda dünyaya gəlmişdi. Əbü’l-Qənaim Əbdüssəməd ibn Əli əl-
Mə’mun, Əbu Mənsur Bəkr ibn Muhəmməd ibn Heydərdən hədis dinləmişdi. Əbü’l-
450
SƏM’ANİ, Kitabü’l-Ənsab, C. I, s. 215-216.
451
Şəmsəddin Muhəmməd İBNü’l-CƏZƏRİ, Qayətü’n-Nihayə fi Təbəqatü’l-Qurra, s. 741, Beyrut 2006.
452
YAQUT əl-HƏMƏVİ, Mu’cəmü’l-Büldan, C. I, s. 115, 415; SƏFƏDİ, Vafi bi’l-Vəfayat, C. X, s. 36; ƏSNƏVİ, Təbəqatu’ş-
Şafi’iyyə, C. I, s. 116. Cəmaləddin Əsnəvi, Yaqut əl-Həməvidən fərqli olaraq onun künyəsini ‚Əbü’l-Qasım‛ deyil
‚Əbü’l-Həsən‛ olaraq qeyd etmişdi.
Qasım ər-Ruveydəşti əl-İsfəhani ondan hədis dinləmiş və nəql etmişdi. Əbu Mənsur
Saleh Bərzəndi h. 493-cü il şaban ayında (iyun 1100) Bağdadda vəfat etmişdi
453
.
İmam Şəmsəddin Əbu Tahir Zəki ibn Hüseyn ibn Ömər əl-Xərrəqi
454
Beyləqani
Şafi’i məzhəbinə mənsub fəqih idi. Şəmsəddin Əbu Tahir Beyləqani 582-ci ildə (1157)
Beyləqanda dünyaya göz açmışdı. O, Fəxrəddin ər-Razinin tələbəsi olmuş, ondan elm
öyrənmək məqsədiylə doğma şəhərini tərk edərək Xorasana getmişdi. Təhsilini başa
vurduqdan sonra Beyləqana qayıtmışdı. Sonra, ehtimal ki, moğolların dağıdıcı
hücumları vaxtı, Misirə köçmüş və orada yaşamışdı. Daha sonra Yəmənin Ədən
şəhərinə getmişdi. Ədəndə və sonra Məkkədə bir müddət qaldıqdan sonra Misirə
qayıtmış və İsgəndəriyyə şəhərində yaşamışdı. O, Misirə qayıdanda onu izdihamlı
insan kütləsi qarşılamışdı. Şəmsəddin Əbu Tahir Beyləqani qazilik vəzifəsinə təyin
edilmiş və uzun müddət bu işdə çalışmışdı. O, əmisi oğlu Əbu Əhməd Zəki
Beyləqaniyə vəfatından sonra ailəsi ilə birlikdə Ədənə köçməyi vəsiyyət etmişdi
455
.
Onun ölüm tarixi 1259-1260-cı illərə təsadüf etir.
Əbu Əhməd Zəki ibn Həsən ibn Ömər Beyləqani
Şafi’i məzhəbinə mənsub mütəkəllim və fəqih idi. H. 582-ci ildə (1186) anadan olmuşdu.
Fiqh üsulu və kəlam elmlərində dərinləşmişdi. Fəxrəddin Razinin
456
tələbələrindən biri
olmuşdu. Müəyyəd ət-Tusidən hədis dinləmiş, Fəxrəddin Muhəmməd ibn Əbu Bəkr
Nəvqanidən fiqh elmini öyrənmişdi. O, Fəxrəddin Muhəmməd Nəvqaninin yanında
Əbu Hamid Qəzzalinin ‚əl-Vəciz‛ adlı əsərini oxumuşdu. Bundan başqa imam
453
SƏM’ANİ, Kitabü’l-Ənsab, C. I, s. 215-216; YAQUT əl-HƏMƏVİ, Mu’cəmü’l-Büldan, C. I, s. 115, 415; BAĞDADİ,
Təkmilətü'l-İkmal, C. I, s. 251.
454
Himyəri ‚Xərrəq‛in Beyləqanda bir məhəllə adı olduğunu qeyd etmişdir. Bax: Nisbə ilə’l-Məvazi’, C. I, s. 273.
455
HİMYƏRİ, Nisbə ilə’l-Məvazi’, C. I, s. 143.
456
Fəxrəddin Əbu Abdullah Muhəmməd ibn Ömər ər-Razi (1149-1209) İranın Rey şəhərində anadan olmuş,
Əfqanıstanın Herat şəhərində vəfat etmişdi. Bütün dövrlərin məşhur təfsir alimi, böyük mütəfəkkir idi. Atası Reydə
xətib idi, cümə xütbələrini oxuyurdu. Təhsilini dövrün ən tanınmış alimlərindən almışdı. Daha sonra səyahətə
çıxmışdı. Xarəzmdə mö’təzilə məzhəbinə mənsub alimlərlə elmi diskussiyalar aparmış, onları dəfələrlə məğlub
etmiş, sultan Əlaəddin Xarəzmşah ona böyük ehtiram göstərməsinə baxmayaraq Xarəzmi tərk etməyə məcbur
edilmişdi. Guri hökmdarı sultan Qiyasəddin onu öz ölkəsinə dəvət etmiş, Heratda onun üçün mədrəsə tikdirmişdi.
Heratda ifrat şiə cərəyanı olan kərramilərlə girişdiyi elmi mübahisələrdə qalib gəldiyi üçün burada da sıxışdırılmış
və bir müddət Heratı tərk etməyə məcbur olmuşdu. Lakin Razi özünün dərin biliyi ilə getdiyi hər yerdə
hökmdarlarlardan rəğbət görür, ətrafına çox sayıda tələbə kütləsi toplaşırdı. Fəxrəddin Razi müxtəlif elm sahələrinə
aid 40-dan çox əsərin müəllifidir. Onun yetişdirmələri arasında çox sayıda azərbaycanlı alim vardı.
Muhəmməd ibn Yəhya Nişapuri və əllamə Qütbəddin İbrahim ibn Əli Əndəlusidən də
müxtəlif elm sahələrinə dair bilikləri öyrənmişdi
457
. Əbu Əhməd Zəki Beyləqani
həmçinin varlı tacir idi. H. 636-cı ildə (1239) ticarət məqsədiylə Dəməşqə səyahət
etmişdi. O, köçüb Yəməndə məskunlaşmış, uzun ömür sürmüş və h. 675-ci ildə (1276)
Ədən şəhərində vəfat etmişdi
458
. Ədəndəki mədrəsələrdən birində müdərris olan Zəki
Beyləqani vəsərsəlik hüququ sahəsindəki dərin biliyi ilə yanaşı riyaziyyat, fiqh, fiqh
üsulu, hədis, cədəl, məntiq kimi elm sahələrində dövrün tanınmış mütəxəssislərindən
biri olmuşdu. Ədəndə onun dərslərində çox sayıda tələbə iştirak edirdi. Nurəddin
Əbü’l-Həsən Haşimi, Əhməd ibn Muhəmməd əl-Hərrazi, Əbü’l-Xeyr ibn Mənsur
Şəmmaxi, İsmayıl əl-Hədrami onun tələbəsi olmuşdular
459
. Yafi’i (öl. 1367) öz əsərində
onun sultanla mübahisə etdiyini, bu mübahisədən sonra köçüb Yəməndə
məskunlaşdığını qeyd edir. Lakin müəllif onun hansı sultanla və hansı mövzuda
mübahisə etdiyini bildirmir. Yafi’i özü əslən Yəmənli idi, gəncliyi və tələbəlik illəri
Ədəndə keçmişdi. Ehtimal ki, bu hadisə xeyli məşhur hadisə olmuşdur və Yafi’i
təfərrüatına varmadan qısaca bunu öz əsərində qeyd etmişdi. Cəmaləddin Abdullah
Himyəri isə onun əmisi oğlu Şəmsəddin Əbu Tahir Beyləqanin vəsiyyətinə əməl
edərək, Misir Məmlüklü sultanı Müzəffər Seyfəddin Qutuzun (1259-1260) hakimiyyəti
dövründə, özünün və əmisi oğlunun ailəsi ilə birlikdə Misirdən Yəmənə köçdüyünü
qeyd etmişdir
460
. Sultan Müzəffər Qutuzun cəmi 1 il hakimiyyətdə qaldığını nəzərə
alaraq bu hadisənin də 1259-1260-cı illərdə baş verdiyini təxmin etmək olar. Lakin
Himyəri onun və ya əmisi oğlunun hakimiyyət dairələri ilə aralarında hər hansı bir
ziddiyət olduğundan söhbət açmır. Bəhaəddin Cəndi öz əsərində Əbu Əhməd Zəki
Beyləqani və əmisi oğlunun Misirdəki bəzi fəqihlərlə, xüsusilə də bir qazi ilə, aralarında
dərin ziddiyətlər olduğunu, bu səbəbdən bu iki əmi oğlunun müxtəlif vaxtlarda Misiri
tərk edərək Yəmənə köçdüklərini qeyd etmişdir. Bundan başqa Bəhaddən Cəndi sultan
457
Cəmaliddin Muhəmməd İBNü’s-SABUNİ, Təkmilətü’l-İkmalü’l-İkmal fi’l-Ənsab, (Nşr. M. Cavad), s. 55, Bağdad 1957;
HİMYƏRİ, Nisbə ilə’l-Məvazi’, C. I, s. 143. Bəzi mənbələrdə alimin babasının adı ‚Ömər‛, bəzilərində isə ‚İmran‛ kimi
qeyd edilmişdir.
458
İBNü’l-İMAD, Şəzəratü’z-Zəhəb, C. V, s. 632; Abdullah ibn Əsəd əl-YAFİ’İ, Miratü’l-Cənan və İbrətü’l-Yəqzan, C. II, s.
580, Beyrut 1997; ƏSNƏVİ, Təbəqatu’ş-Şafi’iyyə, C. I, s. 133. Əsnəvi onun h. 676-cı ildə (1277) vəfat etdiyini qeyd
etmişdir.
459
HİMYƏRİ, yenə orada; Əhməd ibn Əli İBN HƏCƏR əl-Əsqəlani, Dürərü’l-Kaminə fi Əyanü’l-miəti’s-Saminə, C. II, s.
84, Heydərabad 1929.
460
HİMYƏRİ, yenə orada.
Müzəffər Qutuzun imam Şəmsəddin Əbu Tahir Zəki Beyləqaniyə dərin hörmət
bəslədiyini, hətta tez-tez elmi mövzularda onun fikirlərinə müraciət etdiyini, Yəmənə
köçəndən sonra da onu yenidən Misirə dəvət etdiyini yazır
461
. Digər tərəfdən
Şəmsəddin Əbu Tahir Beyləqaninin hansı səbəbdən belə bir vəsiyyət etdiyi də sual
doğurur. Ehtimal ki, sultan Müzəffər Qutuzun ölümündən (1260) sonra Əbu Əhməd
Zəki Beyləqani Misir Məmlüklü sarayı tərəfindən göstərilən himayədən məhrum olmuş
və Yəmənə getmək məcburiyyətində qalmışdı.
Müəyyinəddin Əbu Əli Əyyub ibn Əhməd ibnü’l-Əziz Beyləqani
Təsəvvüf əhlinə mənub mühəddis idi. Çox sayıda hədisi, tarixi hadisəni və şerləri əzbər
bilirdi
462
. İbnü’l-Fuvati Müəyyinəddin Əli Beyləqaninin yaşadığı dövr və ya ölüm tarixi
haqqında heç bir məlumat verməmişdir.
Qazi Üməyyədəddin Əbü’l-Fərəc Məs’ud ibn Əhməd ibn Mahmud Beyləqani
Şafi’i məzhəbinə mənsub fəqih, Beyləqanın əyan və əsilzadə ailəsinə mənsub möhtərəm
şəxslərindən biri idi. Bütün Arranda fəziləti, fiqh elmindəki dərin biliyi ilə tanınmışdı.
Həmçinin öz dövrünün görkəmli ədibi idi. İbnü’l-Fuvati h. 657-ci ildə (1259) Əhərdə
onun ərəbcə yazdığı gözəl bir qəzəli dinlədiyini bildirmiş və həmin qəzəli əsərində
qeyd etmişdi
463
:
ٍٚ٘ؽت بِٞوُا ٠ُا ء٢ٍ٣ هٔه
Ay qəlbləri öz gözəlliyi ilə bəzəyir
ُْوٍٗ ٝ ُّػٍٗ ٙهظاٗ ْوٍت ٝ
Baxanın korluğu da buna mane deyil
ٙن ْٞٗ ٝ ة٤غهُا ٖصـُا ٝ ْ٣هً
Ceyran kimi dik duruşun, şux qamətinlə
ٍُْثُٔاٝ ُٚٓاٞه ٝ ٚظاؽُأ
Diqqətin, baxışın və nurlu təbəssümünlə
طٜثٔت ىاظن ٖٓ اًآٞ٣ ُخىك لا
Sənin rizanı qazandığım gün sevincdən uçdum
ّأٌأ يثؼ ة٣مؼذ ٖٓ ُدً٘ ٕا
Sən mənə sevgimdən ötrü əzab versəndə
461
CƏNDİ, Süluk fi Təbəqati’l-Üləma və’l-Müluk, C. I, s. 439-441.
462
BÜNYADOV, ‚Vidnıye Deyateli Azerbaydjana v Soçinenii İbn al-Fuvati‛, s. 61-67.
463
Kəmaləddin Əbü’l-Fəzl Əbdürrəzzaq ibn Əhməd İBNü’l-FUVATİ, Məcməü’l-Adab fi Mu’cəmü’l-Əlqab, C. IV/2, s.
954-955, (Nşr. M. Cavad), Dəməşq 1963.
Alimin ölüm tarixi qeyd olunmamışdır. Qazi Üməyyədəddin Məs’ud Beyləqani
təqribən XII-XIII əsrlərdə yaşamışdır.
Əbu Cə’fər Muhəmməd ibn Həsən Beyləqani
Mühəddis idi. Azərbaycan Atabəyləri dövründə müksir
464
mühəddislərdən biri kimi
tanınmışdı. O, Qəzvində Əbü’l-Həsən Əli ibn Muhəmməd ibn Quttan əl-Farsinin (öl.
1231) tələbəsi olmuş, ondan hədis dinləmiş və hədis elmlərini öyrənmişdi
465
. Əbu Cə’fər
Beyləqaninin ölüm tarixi qeyd olunmamışdır. Alim XII-XIII əsrlərdə yaşamışdır.
Əbü’l-Məali Əbdülməlik ibn Əhməd ibn Əbdülməlik ibn Əbdikan Beyləqani
Mühəddis idi. Hədis dinləmək məqsədiylə Xorasan və İraqa səyahət etmişdi. Bağdadda
Əbu Cə’fər Muhəmməd ibn Əhməd ibnü’l-Məsləmə, Əbu Bəkr Muhəmməd ibn Əhməd
əl-Qazidən, Nişapurda Əbu Bəkr Muhəmməd ibn Yəhya əl-Müzəkkidən hədis elminə
dair bilikləri öyrənmiş, hədis dinləmişdi. Əbü’l-Məali Əbdülməlik Beyləqani bəlağətli
nitq söyləyir və gözəl xəttələ yazı yazırdı. O, mömin insan idi, çox oruc tutur, çox ibadət
edirdi. Alim doğma şəhəri Beyləqanda yaşamış və h. 496-cı ildə (1103) Beyləqanda vəfat
etmişdi
466
.
Şeyx Əbü’l-Fəzl Hibətullah ibn Əbü’l-Qasım ibn Hibətullah ibn Yaqub Beyləqani
Şafi’i məzhəbinə mənsub fəqih və fütuvvət şeyxi idi. H. 521-ci ilin məhərrəm ayında
(yanvar 1127) anadan olmuşdu. Həcc ziyarətindən sonra Bağdada gəlmiş və bu şəhərdə
qalmışdı. Gözəl əxlaq sahibi, xoşrəftar insan idi. Şeyx Əbu’n-Nəcib Sührəvərdinin dostu
idi və fütuvvət təşkilatına onun vasitəsi ilə daxil olmuşdu. Bağdad mühəddislərindən
hədis dinləmişdi. Bir neçə dəfə Bağdadı tərk etmiş, sonra yenidən bu şəhərə qayıtmışdı.
Fütuvvət təşkilatına mənsub şeyxlər Abbasi xəlifələri tərəfindən müəyyən bir tapşırıqla
İslam coğrafiyasının müxtəlif yerlərinə göndərilirdilər. Ehtimal ki, fütuvvət əhlinə
464
Müksir-çox hədis nəql edən mühəddis və ya ravi. Həmçinin nəql etdiyi hədislərin sayı 1000-dən çox olan səhabə
də müksir hesab olunur. Daha ətraflı məlumat üçün bax: AYDINLI, Hadis Istılahları Sözlüğü, s. 110.
465
RAFİ’İ, Tədvin, C. I, s. 259.
466
YAQUT əl-HƏMƏVİ, Mu’cəmü’l-Büldan, C. II, s. 137-138; SƏM’ANİ, Kitabü’l-Ənsab, C. II, s. 292-293; SEYRƏFİNİ,
Müntəxəb, s. 392.
mənsub digər şeyxlər kimi, Əbü’l-Fəzl Hibətullah Beyləqani də müəyyən bir missiyanı
icra etmək üçün Bağdadı tərk etmişdi. H. 548-ci ildə (1153) Bağdaddan getmiş, h. 564-cü
ildə (1169) yenidən bu şəhərə qayıtmışdı. Təyin olunduğu qazilik vəzifəsini icra etmək
üçün yenidən Bağdadı tərk etmiş və h. 599-cu ildə (1203) 3-cü dəfə Bağdada gəlmişdi.
Ölüm tarixi h. 604-cü ildən (1208) sonraya təsadüf edir
467
.
Həkim ibn İbrahim ibn Həkim əl-Ləkzi əl-Xınalıqi Dərbəndi
Şafi’i məzhəbinə mənsub fəqih idi. Əslən indiki Quba rayonunun Xınalıq kəndindən
olan alim fəziləti, abidliyi, salehliyi və nəcibliyi ilə tanınmışdı. Bağdad Nizamiyyə
mədrəsəsində təhsil almış, Əbu Hamid Qəzzalinin
468
tələbəsi olmuşdu. İmam Müvəffəq
ibn Əbdülkərim əl-Hərəvidən də dərs almışdı. Bir çox mühəddisdən hədis dinləmişdi.
Dinlədiyi hədisləri qeyd edirdi. Ömrünün son iki ilini Buxarada yaşamış və h. 538-ci il
şəvval ayının 12-si (17 aprel 1144) vəfat etmişdi
469
.
Hilal ibn Harun ibn Muhəmməd ibn Şərih Dərbəndi
Mühəddis idi və yaşadığ dövrün tanınmış mühəddislərindən olan Əbu Bəkr
Muhəmməd ibn İbrahim İsfəhaninin dostu idi. Əhməd ibn Saleh Qəzvinidən hədis
dinləmiş və nəql etmişdi. Mühəddis Əhməd ibn Cə’fər Yəzdi ondan hədis dinləmiş və
dinlədiyi hədisləri qeyd etmişdir
470
. Ölüm tarixi məlum deyil. Təqribən XI əsrdə
yaşamışdır.
Əbu Bəkr Muhəmməd ibn Əhməd ibn Hüseyn Dərbəndi
Mühəddis idi. Qəzvində Əbü’l-Həsən Əli ibn Muhəmməd ibn Quttandan (öl. 1231)
hədis dinləmişdi
471
. Ölüm tarixi məlum deyil. XIII əsrdə yaşamışdır.
467
SƏFƏDİ, Vafi bi’l-Vəfayat, C. XXVIII, s. 103.
468
Əbu Hamid Muhəmməd ibn Muhəmməd Qəzzali (1058-1111) əslən Xorasanın Tus şəhərindən idi. Böyük
Səlcuqlular dövrünün məşhur alimlərindən və mütəfəkkirlərindən biri olmuşdur. O, şafi’i məzhəbinə mənsub fəqih
olsa da kəlam, hədis, əxlaq kimi mövzularda bir sıra əsərin müəllifidir.
469
SƏM’ANİ, Kitabü’l-Ənsab, C. II, s. 394-395; ƏSNƏVİ, Təbəqatu’ş-Şafi’iyyə, C. I, s. 256.
470
BAĞDADİ, Təkmilətü'l-İkmal, C. I, s. 158.
471
RAFİ’İ, Tədvin, C. I, s. 66. Əbdülkərim Rafi’i onun nisbəsini ‚əl-Babi‛ kimi qeyd etmişdir.
Muhəmməd ibn Əbu İmran Dərbəndi
Yaşadığ dövrün tanınmış hədis alimlərindən biri idi. Təhsil almaq üçün Dərbənddən
Bərdəyə getmiş və burada mühəddis İsmayıl ibn Müslüm Xarəzmi ilə görüşüb onun
dərslərində iştirak etmişdi. Muhəmməd Dərbəndi Bərdə şəhərindəki bir sıra hədis
alimlərindən hədis dinləmişdi. İbn Hirarə ləqəbi ilə tanınmış Bərdəli məşhur hədis
hafizi əllamə Əbü’l-Həsən Muhəmməd Bərdəi (öl. 959) Muhəmməd Dərbəndinin
tələbələrindən olmuş, ondan hədis dinləyib nəql etmişdi
472
. Ölüm tarixi məlum deyil.
IX-X əsrlərdə yaşamışdır.
Şeyx İmadəddin Əbü’l-Fəzl Muhəmməd ibn Cəbrayıl ibn Əbü’l-Fəvaris ibn Cəbrayıl
ibn Əhməd ibn Əli ibn Xalid Dərbəndi
Mühəddis idi. H. 581-ci ilin rəbiələvvəl ayında (iyun 1185) Qahirədə anadan olmuşdu.
Misir və Şam diyarının tanınmış mühəddislərinin tələbəsi olmuşdu. Yaşadığı dövrdə
Əyyubilər dövlətində məşhur mühəddislərdən biri olmuş, əl-Müfəzzəl ləqəbi ilə
tanınmışdı. Alim h. 17 zilqədə 650-ci ildə (19 yanvar 1253) Qahirədə vəfat etmişdi
473
.
Şeyx İzzəddin Muhəmməd ibn Muhəmməd ibn Adəm ibn İbrahim Dərbəndi
Dəməşqdə əl-Əməvi camesinin müəzzini idi
474
. Mömin və saleh insan idi. Onun atası
şeyx Şəmsəddin Muhəmməd Dərbəndi də Suriyanın tanınmış zöhd əhlindən idi.
İzzəddin Muhəmməd Dərbəndi Dəməşqdəki Təvavisiyyə xanəgahında qalır, burada
ibadətlə məşğul olurdu. O, həm də ədib və şair idi. Nəzm və nəsr formasında yazılmış
bəzi ədəbi əsərlərin müəllifi idi. Şeyx İzzəddin Dərbəndi h. 21 zilhiccə 734-cü ildə (22
avqust 1334) yaşadığı xanəgahda vəfat etmiş və Babü’s-Səğir qəbristanında dəfn
edilmişdi
475
.
Şeyx Əli ibn Muhəmməd ibn Muhəmməd ibn Adəm ibn İbrahim Dərbəndi
472
BAĞDADİ, Təkmilətü'l-İkmal, C. I, s. 58.
473
MƏQRİZİ, Kitabü’l-Müqəffa, C. V, s. 479-450.
474
Səlahəddin Muhəmməd İBN ŞAKİR əl-Kutubi, Fəvatü’l-Vəfayat, (Nşr. M. Əbdülhəmid), C. II, s. 174, Qahirə, 1951.
475
Əbdülqadir ibn Muhəmməd ən-NUEYMİ əd-Diməşqi, Daris fi Tarixi’l-Mədaris, C. II, s. 130, (Nşr. Şəmsəddin
İbrahim), Beyrut 1990.
Şafi’i məzhəbinə mənsub mühəddis idi. Şeyx İzzəddin Muhəmməd Dərbəndinin (öl.
1334) oğlu olan Əli Dərbəndinin təvəllüd tarixi h. 690-cı ildən (öl. 1291) əvvələ təsadüf
edir. İlk təhsilini dünyaya gəldiyi Dəməşq şəhərində almışdı. O, da atası kimi bir
müddət Dəməşqdəki əl-Əməvi camesinin müəzzini olmuş, sonra elm təhsili üçün
səyahətə çıxmışdı. Şeyx Ömər ibnü’l-Qəvvas, şeyx Nəcməddin ibnü’l-Həcci və Əhməd
ibnü’l-Əsakirin tələbəsi olmuş onlardan hədis dinləmişdi
476
. Ölüm tarixi məlum deyil.
XIII-XIV əsrlərdə yaşamışdır.
Əbü’l-Qasım Maymun ibn Ömər ibn Muhəmməd Dərbəndi
Öz dövrünün tanınmış fəqih və mühəddislərindən biri idi. Əbu Həfs Ömər ibn Hüseyn
əl-Əzcidən hədis dərsləri almışdı. Hafiz Əbu Tahir əs-Süləfi İsfəhani (1083-1181) öz
əsərində Dərbənddə olarkən Əbü’l-Qasım Maymun Dərbəndi ilə görüşüb ondan hədis
dinlədiyini qeyd etmişdi. Yenə Əbu Tahir əs-Süləfinin qeydlərindən Əbü’l-Qasım
Maymunun Dərbənddə fəqih və fətva mərcii olduğunu öyrənirik
477
. Alimin ölüm tarixi
məlum deyil. XI-XII əsrlərdə yaşamışdır. Hafiz Əbu Tahir əs-Süləfi öz əsərində Əbü’l-
Qasım Dərbəndidən dinlədiyi aşağıdakı hədisi qeyd etmişdir:
Abdullah ibn Əmr ibnü’l-Əs (ا) dedi: Rəsulullah (م) buyurdular ki: ‚Arzu və istəkləriniz
mənim gətirdiyimə (İslama, Qur’ana) bağlı, tabe olmadıqca sizin heç biriniz iman etmiş
sayılmazsınız‛
478
.
Əbu İshaq İbrahim ibn Musa ibn Fərəh Dərbəndi
Hənəfi məzhəbinə mənsub fəqih və mühəddis idi. Alim ailəsində dünyaya gəlmiş və ilk
təhsilini atasından almışdı. Daha sonra təhsil almaq üçün səyahətə çıxmış və Xorasana
getmişdi. Əfqanıstanın Herat şəhərindəki mədrəsələrdə təhsil almış, Əbü’l-Fəth əl-
476
Əhməd ibn Əli İBN HƏCƏR əl-Əsqəlani, İbnai’l-Ğumr bi Əbnai’l-Umr, C. II, s. 73, Heydərabad 1968.
477
ƏBU TAHİR İSFƏHANİ, Ərbəinü’l-Büldaniyyə, s. 177-178; BAĞDADİ, Təkmilətü'l-İkmal, C. I, s. 358.
478
BAĞDADİ, Təkmilətü'l-İkmal, C. I, s. 358.
ٍ ٍ ٍٚت دجظ أُ اًاؼثذ ٙاٞٛ ٌٕٞ٣ ٠رؼ ًْكؼأ
]
[
ٖٓإ٣ لا . İmam Nəvəvi və Nəsr ibn İbrahim
əl-Müktəsi bu hədisin səhih isnadla nəql edildiyini bildirmişdilər. Ətraflı məlumat üçün bax:
http://www.taimiah.org/Display.asp?pid=2&t=book17&f=nawa-0041.htm
Hənəfinin tələbəsi olmuşdu
479
. Ölüm tarixi məlum deyil. Təqribən XI-XII əsrlərdə
yaşamışdır.
Dostları ilə paylaş: |