Oruc Ġbadlı Aliyə Zərgərli


təpəotu növünə təsadüf olunur.  Tərə



Yüklə 2,36 Mb.
Pdf görüntüsü
səhifə13/14
tarix29.12.2016
ölçüsü2,36 Mb.
#3857
1   ...   6   7   8   9   10   11   12   13   14

təpəotu növünə təsadüf olunur. 

Tərə  –  Tərəcicəklilər  fəsiləsinə  aiddir.  Bitki  latın  dilində  «Chenopodium»,  rus  dilində 

«Marğ» və ya  «Lebeda» adlanır. Respublikamızda ən cox istifadə olunan qırmızı və ağımtıl tərə 

növləridir. Bunlar el arasında unluca, qızılbaldır və ya qırmızıbaldır kimi tanınır. Hər iki növ aran 

yerlərindən  başlanmış  orta  dağ  qurşağına  kimi  bağlarda,  əkinlərdə,  yolların  və  arxların 

ətraflarında, bostanlarda bitir. Unluca və qızılbaldırdan dovğa, qovurma, buğlama və s. xörəklər 

hazırlanır. Hər iki növün cavan yarpaqları və toxumları ev quşları üçün yaxşı yemdir. Ev quşları 

bu növlərin toxumları ilə qidalandıqda bol yumurta verə bilir. Unnucanın toxumlarının tərkibində 

6  %  yağ,  38  %  azotsuz  maddələr,  87-140  mq%  C  vitamini,  100-120  mq%  A  vitamini  vardır. 

Azərbaycanda 14 növünə təsadüf olunur. Alaq bitkisi kimi hər yerdə geniş yayılmışdır.  

Tərxun – Kəpənəkçiçəklilər (Mürəkkəbçiçəklilər) fəsiləsinə aid çoxillik bitkidir. Bitki latın 

dilində  «Artemisia  dracunculus»,  rus  dilində  «Polınğ  gstraqon»,  «Tarxun»  adlanır.  Tərxun  ərəb 

sözü  olub  «Tər»- təzə və  «qun»- qan mənasını verir. Onun təzə və  qurudulmuş  yarpaqlarında, 

zərif  zoğlarında  efir  yağı,  askorbin  turşusu,  karotin,  mineral  duzlar,  alkaloidlər,  flavonoidlər, 

kumarin  vardır.  Zoğ  və  yarpaqlarında  70  mq%-dək  efir  yağı  olur.  Tərxun  xiyar,  pomidor  və 

göbələklərin duza və turşuya qoyulmasında, ədviyya kimi şərab və likyora ətir verici kimi, tərxun 

cövhəri, limonad, sous və salat hazırlığında istifadə edilir. Tərxundan hazırlanan preparatlar bir 

çox xəstəliklərin, o cümlədən ağız boşluğu və boğaz xəstəliklərinin, qastrit, avi-taminoz və digər 

xəstəliklərin müalicəsində istifadə edilir. 

Tıs–tıs  (Pində)-  Qurşunçiçəklilər  fəsiləsinə  aiddir.  Bitki  latın  dilində  «Acantholimon» 

adlanır.  Lüğəti  mənası  acantha  –  tikan,  leimon  –  otlaq  deməkdir.  Rus  dilində  «Akantolimon» 

adlanır. Yarpaqları tikanlı olduğu üçün mal-qara tərəfindən yeyilmir. Çiçəkləri çox əlvan, parlaq, 

qırmızımtıl,  çəhrayı,  ağ  rənglərdə  olduğundan  olduqca  dekorativ  görünür.  Yumru  şar  şəklində 

olan  bu  bitki  əsil  kirpini  xatırladır.  Bu  səbəbdən  onu  yaşıllaş-dırmada  daşlı-qayalı  təpəliklərdə  

çiçək  kompozisiya  yaradılmasında  geniş  istifadə  etmək  olar.  Azərbaycan  florasında  14  növü 

məlumdur.  

Tikanburun    Kərəvüzkimilər  (Çətirçiçəklilər)  fəsiləsinə  aid  olan  çoxillik  bitkidir.  Bitki 

latın dilində «Echinophora» adlanır. Lüğəti mənası  echinos – kirpi, phoros – daşıyıcı deməkdir. 

Rus dilində «Kolöçenosnik» ad-lanır.  Azərbaycan florasında 2 növü məlumdur.  

Tikanlıgizliçiçək  –  Qırtıckimilər  (Taxıllar)  fəsiləsinə  aid  olan  birillik  bitkidir.  Bitki  latın 

dilində  «Crypsis»,  rus  dilində  «Saratniüa»    adlanır.  Yem  bitkisidir.  Mal-qara  tərəfindən  yaxşı 

yeyilır. Azərbaycan florasında 1 növü məlumdur. 

Tikanlı  limon  (Üçyarpaq  limon)  –  Sədokimilər  fəsiləsinə  aiddir.  Bitki  latın  dilində 

«Poncirus»,  rus  dilində  «Ponüirus»  adlanır.  Şaxtaya    davamlı  olduğundan  digər  sitrus  bitkiləri 

üçün yaxşı calaqaltıdır. Canlı çəpər yarat-maq və dekorativ bitki kimi faydalıdır. Yarpaqları üçər, 

çiçəkləri ağ, meyvə-ləri yetişəndə qızılı-sarı rənglidir, ətirlidir, ləti acımtıl-turşdur, yeyilmir, efir 

yağlıdır. Azərbaycan florasında 1 növü  məlumdur. MNB-da kolleksiyası var. 

Tikanyarpaq-  Qərənfilçiçəklilər  fəsiləsinə  aid  olan  çoxillik  bitkidir.  Bitki  latın  dilində 

«Acanthophyllum», rus dilində «Kolöçelistnik» adlanır. Tikanyarpağın bəzi növlərinin köklərinin 

tərkibində saponin vardır. Çiçəyin ölçüləri, yarpağın quruluşu növlərin təyinində istifadə olunur. 

Azərbaycan florasında 2 növü məlumdur. 

Tikişçiçək  (Şoran,  torçiçək)-  Tərəçiçəklilər  fəsiləsinə  aid  olan  birillik  bitkidir.  Bitki  latın 

dilində  «Gamanthus»,  rus  dilində  «Spaynoüvetnik»  adlanır.  Azərbaycan  florasında  Tüklü 



tikiĢçiçək (Gamanthus pilosus) növü mə-lumdur. 

 

74 


Titrək-  Qırtıckimilər  (Taxıllar)  fəsiləsinə  aiddir.  Bitki  latın  dilində  «Briza»,  rus  dilində 

«Trəsunka» adlanır. Yaxşı yem bitkisi olub, mal-qara tərəfindən yeyilir. Azərbaycan florasında 3 

növü məlumdur. 

Titrəmərcan-  Kərəvüzkimilər  (Çətirçiçəklilər)  fəsiləsinə  aid  olan  çoxillik  bitkidir.  Bitki 

latın  dilində  «Astrantia»,  rus  dilində  «Astranüiə»,«Zvezdovka»  adlanır.  Yaxşı  balverən  və 

dekorativ bitkilərdir. Azərbaycan florasında 2 nö-vü məlumdur. 

Toğlu qulağı- Qərənfilçiçəklilər fəsiləsinə aid olan ikiillik və ya çoxillik bitkidir. Bitki latın 

dilində  «Melandrium»  adlanır.  Lüğəti  mənası  melas-  qara,  dris-  palıd  deməkdir.  Rus  dilində 

«Drema» adlanır. Azərbaycan florasında Buassiye toğlu qulağı növü məlumdur. 

Tomantea-  Kəpənəkçiçəklilər  (Mürəkkəbçiçəklilər)  fəsiləsinə  aid  olan  çoxillik  bitkidir. 

Bitki  latın  dilində  «Tomanthea»  adlanır.  Lüğəti  mənası  tome-kəsmə,  açma,  anthos-çiçək 

deməkdir. Rus dilində  «Tomanteə»  adlanır. Dekorativ bitkilərdir. Azərbaycan florasında 3 növü 

məlumdur. 



Tonqalotu- Qırtıckimilər (Taxıllar) fəsiləsinə aid olan birillik və ya çox-illik bitkidir. Bitki 

latın  dilində  «Zerna»,  rus  dilində  «Koster»  adlanır.  Veqetasiyanın  başlanğıcında  tər  yarpaqları 

mal-qara  tərəfindən  yeyilir.  Tərkibində  105,7-  220,1  mq%  C  vitamini  vardır.  Ala  tonqalotunun 

kimyəvi  tərkibi:  10,21  %  protein,  1,66  %  yağ,  47,02  %  azotsuz  ekstrakt  maddələr,  5,83  %  kül, 

35,18 % sellülozdan ibarətdir. Azərbacan florasında 11 növü məlumdur.    

Topal-  Qırtıckimilər  (Taxıllar)  fəsiləsinə  aid  olan  çoxillik  bitkidir.  Bitki  latın  dilində 

«Festuca»,  rus  dilində  «Ovsəniüa»  adlanır.  Mal-qara  tərəfindən  yaxşı  yeyilir.  Çəmən  (qazon) 

bitkisi  kimi  yaşıllaşdırmada  istifadə  edilir.  Azərbaycan  florasında  14  növü  məlumdur.  MNB-da 

kolleksiya sahələrində becərilir. 



Topinambur  (Yerarmudu)-  Kəpənəkçiçəklilər  (Mürəkkəb-çiçəklilər)  fəsiləsinə  aid  olan 

çoxillik  bitkidir.  Bitki  latın  dilində  «Helianthus  tuberosus»,  rus  dilində  «Topinambur»  adlanır. 

Kök  yumrularının tərkibində 2% azot maddələri, 15% karbohidrat və pektinlər, 0,3%  yağ, 1,3% 

sellüloz  və  həmçinin  inulin,  7,6  qamma  B

1

  vitamini  vardır.  Bəzək  və  dərman  bitkisi  olub,  kök 



yumruları şəkər xəstəliyində istifadə edilir. MNB-nın kolleksiya sa-hələrində becərilir. 

Topmeyvə- Kərəvüzkimilər (Çətirçiçəklilər) fəsiləsinə aid olan birillik və ya ikiillik bitkidir. 

Bitki latın dilində «Cymbocarpum» adlanır. Lüğəti mənası cymba-top, karpon-meyvə deməkdir. 

Rus dilində «Ladğeplodnik» adlanır. Azərbaycan florasında 2 növü məlumdur. 

Toppuzlu-  Fabakimilər  (Paxlalılar)  fəsiləsinə  aid  olan  çoxillik  ot  bitkisidir.  Bitki  latın 

dilində  «Sphaerophysa»    adlanır.  Lüğəti  mənası  sfera-  kürə,  fiza-  yumru  deməkdir.  Rus  dilində 

«Sferofiza» adlanır. Qiymətli dərman bitkisidir. Toppuzlu bitkisinin alkoloidindən alınan benzoy 

turşu-sunun  duzundan  qan  təzyiqinin  aşağı  salınmasında  istifadə  olunur.  Mal-qara  tərəfindən 

yaxşı yeyilir. Azərbaycan florasında Duzluq toppuzlu növü mə-lumdur. 

Toppuztikan- Kəpənəkçiçəklilər (Mürəkkəbçiçəklilər) fəsilə-sinə aid olan çoxillik bitkidir. 

Bitki latın dilində «Echinops» adlanır. Lüğəti mənası echinos- kirpi, ops- görünüş deməkdir. Rus 

dilində  «Mordovnik»  adlanır.  Meyvələri  exinopsin  alkaloidi  ilə  zəngindir.  Exinopsin  əzələ 

atrofiyalarında,  iflicdə,  göz  sinirinin  atrofiyasında  qəbul  edilir.  Bitkinin  çiçək  açdıqdan  sonra 

əmələ gətirdiyi toppuz dekorativ olmaqla  yanaşı uzun müddət güldanda susuz qala bilir. Onları 

müxtəlif  rəngdə  boyayıb  10-15  il  evdə  yaraşıq  üçün  saxlamaq  mümkündür.  Azərbaycan 

florasında 10 növü məlumdur. 

Topulqa-  Gülçiçəklilər  fəsiləsinə  aiddir.  Bitki  latın  dilində  «Spiraea»,  rus  dilində 

«Tavolqa»  adlanır.  Bir  çox  növləri  gözəl  ağ  rəngli  şarşəkilli  çiçəklərinə  görə  bəzək-bağçılıqda 

əkilib-becərilir.  Yaşıllaşdırmada  qrupla,  tək-tək,  cərgə  ilə  əkmək  və  canlı  çəpər  salmaq  üçün 

qiymətlidir.  Balverən,  vitaminli,  dərman,  qida  və  dekorativ  bitkilərdir.  Azərbaycanda  yabanı 

halda 2 və becərilən halda 2 növünə rast gəlinir. MNB-da kolleksiyada becərilir. 

Topyarpaq-  Kəpənəkçiçəklilər  (Mürəkkəbçiçəklilər)  fəsiləsinə  aid  olan  birillik  bitkidir. 

Bitki latın dilində «Acantholepis», rus dilində «Akantolepis» adlanır. Azərbaycan florasında ġərq 



topyarpaq (Acantholepis orientalis) növü məlumdur. 

 

75 


Toyçiçəyi (Süleyman möhürü) – Zanbaqçiçəklilər fəsiləsinə aid olan çoxillik bitkidir. Bitki 

latın  dilində  «Polygonatum»,  rus  dilində  «Kupeça»  adlanır.  Dekorativ  bitkidir.  Lüğəti  mənası 

polis- çox, qonum- sərhəd deməkdir. Cavan zoğ və kökümsovları suda isladılır, pörtülmüş və ya 

yağda qızardılmış halda qidada istifadə olunur. Azərbaycan florasında 3 növü məlumdur. MNB- 

da  kolleksiyada becərilir.  

Tozağacı-  Tozağacıçiçəklilər  fəsiləsinə  aiddir.  Bitki  latın  dilində  «Betula»,  rus  dilində 

«Bereza»  adlanır. Oduncağı inşaat materialı, həmçinin boya, dekorativ və çox qiymətli dərman 

əhəmiyyətlidir.  Şirəsində  1%  şəkər  vardır  ki,  bunlardan  da  buğa  verilməsi  yolu  ilə  qatı  meyvə 

şərbəti  alınır.  Əhali  tozağacı  şirəsindən  təzə  halda,  cörək  məmulatlarına  şirinlik  vermək  ücün 

şirintəhər  içkilər  hazırlayır.  Tozağacının  yarpaqlarından  təbabətdə  sidikqovucu  kimi  istifadə 

olunur.  Qurudulmuş  yarpaqlarının  tərkibində  250-500  qamma  A  vitamini  vardır.  Yarpaqlarında 

167,9-312 mq%, tumur-cuqlarında isə 70 mq% C vitamini olur. Yarpaqlarından vitaminli içkilər 

hazırlanır.  Tozağacının  qabığında  pirakatexinlər  sırasından  olan  aşı  maddə-ləri  vardır.  Qabıq  və 

yarpaqları yun parçanın sarı və yaşıl rəngə boyan-masında istifadə olunur. Azərbaycan florasında 

3 növü məlumdur. MNB-nın kolleksiya sahəsində becərilir. 



Tozbaş  səhləb-  Səhləbçiçəklilər  fəsiləsinə  aid  olan  çoxillik  bitkidir.  Bitki  latın  dilində 

«Cephalanthera»  adlanır.  Lüğəti  mənası  kefale-baş,anthera-tozcuq  deməkdir.  Rus  dilində 

«Pılğüeqolovnik» adlanır. Dekorativ və dər-man (qaraciyər xəstəliklərinin müalicəsində istifadə 

olunur) bitkiləridir. Azər-baycan florasında 5 növü məlumdur.  

Traxikarpus- Palmakimilər fəsiləsinə aiddir. Bitki latın dilində «Trachycarpus», rus dilində 

«Traxikarpus»  adlanır.  Lüğəti  mənası  traxis-kələ-kötür,  karpos-meyvə  deməkdir.  Bu  palmanın 

lifləri kənd əhalisi tərəfindən geniş istifadə olunur, bunlardan şlyapa (papaq), yağışdan qorunmaq 

üçün  çətir  (örtük),  döşəklər,  həsir,  diş  fırçası  hazırlanmasında  istifadə  olunur.  Azərbaycan 

florasında Yüksək traxikarpus növü məlum-dur. MNB-da kolleksiyada becərilir. 

Tubulqa  (Ölməzkol)-  Gülçiçəklilər  fəsiləsinə  aiddir.  Bitki  latın  dilində  «Pyracantha» 

adlanır.  Lüğəti  mənası  pir-od,  akantos-tikan  deməkdir.  Rus  dilində  «Pirakanta»  adlanır. 

Meyvələri quşlar tərəfindən yeyilir. Meyvələrində 11,7-50 mq% C vitamini vardır. Çoxlu nektar 

və  tozcuğu  olan  balverən  bitkidir.  Gözəl  bəzək  bitkisi  olub,  qırmızı  meyvələri  çox  yaraşıqlı 

görünür.  Bitkiyə  bağ  qayçısı  vasitəsilə  müxtəlif  formalar  vermək  mümkündür.  Azərbaycan 

florasında Qırmızı tubulqa (Pyracantha coccinea) növü məlumdur. MNB-da kolleksiyada sarı, 

narıncı, qırmızı meyvəli və xırda yarpaqlı növləri becərilir. 

Tunq  (Yağ  ağacı)-  Südləyənkimilər  fəsiləsinə  aiddir.  Bitki  latın  dilində  «Aleurites»,  rus 

dilində  «Tunq»  adlanır.  Toxumlarından  alınan  (60-65%)  piyli-yağ  əlif  yağı  istehsalında  əvəzsiz 

xammal  olmaqla,  tərkibində  82%-ə  qədər  eleostearin  turşusu  vardır.  Tunq  yağından  yüngül  və 

toxuculuq  səna-yesində  su  keçirməyən  parçaların,  süni  dərilərin,  linolium,  klyonka,  qaloş  üçün 

lak,  emal  və  s.  hazırlanır.  Tunq  yağı  və  alüminium  oksidindən  hazırlanmış  tunqatalümin 

odadavamlı və su keçirməyən materialdır. Yaponlar tunq yağından his verməyən və parlaq alovla 

yanan  yanacaq kimi də istifadə edirlər. Yağ  alındıqdan sonra qalan  cecədən (kütlədən) qara tuş, 

mürəkkəb düzəldilir, gübrə və yanacaq kimi istifadə edilir. Azərbaycan florasında 2 növü vardır 

ki, bunlar da mədəni şəraitdə becərilir. 

Turacotu-  Kəpənəkçiçəklilər  (Mürəkkəbçiçəklilər)  fəsiləsinə  aid  olan  çoxillik  bitkidir. 

Bitki  latın  dilində»  «Leucanthemum»  adlanır.  Lüğəti  mənası  leukos-ağ,  anthemos-çiçək 

deməkdir.  Rus  dilində  «Nivənik»  adlanır.  Toxumlarında  qatı  yağ  vardır.  Dərman  və  dekorativ 

bitkidir. Azərbaycan florasında Adi turacotu (Leucanthemum vulgare) növü məlumdur. 



Turp- Kələmçiçəklilər (Xaççiçəklilər) fəsiləsinə aid olan ikiillik bitkidir. Bitki latın dilində 

«Brassica rapa», rus dilində «Repa» adlanır. Turpun bir çox növləri vardır ki, bunlardan biri də 

ağ turpdur. Ağ turpun kök meyvələri təzə halda tərəvəz kimi müxtəlif salatların hazırlanmasında 

istifadə  olunur.  Onun  kök  meyvələrinin  tərkibində  88,6%  su,  1,9%  zülali  maddə,  7% 

karbohidratlar, o cümlədən 1,5% şəkər, 0,2% efir yağı, 1,5 sellüloza, 1,0% kül elementləri, 11-39 

mq%  C,  0,03  mq%  A  provitamini,  0,08  mq%  B

1

,  0,03  mq%  B



2

,  20  mq%  P  və  0,25  mq%  PP 



 

76 


vitaminləri  vardır.  Turpun  müalicəvi  əhəmiyyəti  də  böyükdür.  Xalq  təbabətində  onu  şəkərlə 

qarışdırıb arteroskleroz, hipertoniya, böyrəkdə daş olduqda sidikqovucu və daşsalıcı kimi istifadə 

olunur.  Turpun  şirəsi  sinədə  bəlğəmi,  bronxial  astmanı,  göy  öskürəyi,  həmçinin  qaraciyər,  öd 

xəstəliklərini müalicə etmək üçün istifadə olunur. 



Turpca- Kələmçiçəklilər (Xaççiçəklilər) fəsiləsinə aid olan birillik və ikiillik bitkidir. Bitki 

latın  dilində  «Raphanus»  adlanır.  Lüğəti  mənası  ra-tez,  cəld,  sürətlə,  görsənmək  deməkdir.  Rus 

dilində «Redğka» adlanır. Kökü yeməlidir, C, B vitaminləri ilə zəngindir. Toxumlarında 40-45% 

qatı yağ vardır. Azərbaycan florasında 3 növü məlumdur. 



Turpəng-  Kələmçiçəklilər  (Xaççiçəklilər)  fəsiləsinə  aid  olan  birillik  bitkidir.  Bitki  latın 

dilində «Rapistrum» adlanır. Lüğəti mənası rapa-şalğam deməkdir. Rus dilində «Repnik» adlanır. 

Azərbaycan florasında QarıĢıqlı turpəng növü məlumdur. 

Turşərək-  Qırxbuğumkimilər  fəsiləsinə  aid  olan  çoxillik  bitkidir.  Bitki  latın  dilində 

«Oxyria»  adlanır.  Lüğəti  mənası  oksyus-turş  deməkdir.  Rus  dilində  «Kisliçnik»  adlanır. 

Yarpaqları  əvəliyin  yarpaqlarına  oxşayır,  turşməzədir.  Qiymətli  tərəvəz  və  dərman  bitkisi  olub, 

müxtəlif  yeməklərin  hazırlanmasında  istifadə  olunur.  Azərbaycan  florasında  Hündür  turĢərək 

növü məlumdur. MNB-da 2 növün kolleksiyası becərilir. 



Tut-  Tutkimilər  fəsiləsinə  aiddir.  Bitki  latın  dilində  «Morus»,  rus  dilində  «Şelkoviüa», 

«Tut»  adlanır.  Xartutun  meyvələri  qidada  təzə  və  quru-dulmuş  halda  istifadə  olunur. 

Meyvələrindən  şirə,  sirkə  hazırlayırlar  və  mü-rəbbə  bişirirlər.  Yarpaqlarında  240-370  mq%  C 

vitamini vardır. Yarpaq-larından sarı boya alınır. Ağ tut meyvələrində 25%-ə qədər şəkərlər, 2,7-

2,8%  üzvi  turşular,  0,08%  aşılayıcı  maddələr,  1,46%  azotlu  maddələr  və  müxtəlif  vitaminlər 

vardır.  Təzə  və  qurudulmuş  meyvələri  ürək-damar,  qanazlığı,  qaraciyər  xəstəliklərinin 

müalicəsində  çox  faydalıdır.  Meyvələrdən  hazırlanmış  bəhməz  (doşab)  qaraciyər,  xroniki mədə 

xəstəliklərinin  müalicəsində  və  ürək  zəifliyi  zamanı  əvəzsiz  təbii  müalicə  vasitəsidir. 

Yarpaqlarından  hazırlanmış  dəmləmə  ürək  ağrılarını  götürür.  Budaqların  qabığı  qurudulduqdan 

sonra  həvəngdəstədə  döyülərək  toz  halına  salınır  və  ondan  hazırlanan  dəmləmə  qarın  ağrıları 

zamanı istifadə edilir. Azərbaycan florasında 2 növü məlumdur. MNB-da kolleksiyada becə-rilir. 

Tuya  (Səlb)-  Sərvkimilər  fəsiləsinə  aiddir.  Bitki  latın  dilində  «Thuja»,  rus  dilində  «Tuə», 

«Biota»  adlanır.  Qiymətli  dekorativ  bitkidir.  Toxumlarla  və  vegetativ  çoxaldılır.  Həmişəyaşıl 

bitki  kimi  yaşıllaşdırmada  canlı  çəpər  kimi,  müxtəlif  formalı  (şar,  kvadrat,  burğu  və  s.)  yaşıllıq 

düzəltmək üçün istifadə olunur. MNB-da kolleksiyada becərilir. 



Tüklücə- Cilçiçəklilər fəsiləsinə aid olan çoxillik bitkidir. Bitki latın dilində «Eriophorum» 

adlanır.  Lüğəti  mənası  erioforos-narın  tük  daşıyan  deməkdir.  Rus  dilində  «Puşiüa»  adlanır. 

Azərbaycan florasında 2 növü məlumdur. 

Tülküquyruğu-  Qırtıckimilər  (Taxıllar)  fəsiləsinə  aiddir.  Bitki  latın  dilində  «Alopecurus» 

adlanır. Lüğəti mənası alopeks-tülkü, ura-quyruq deməkdir. Rus dilində «Lisoxvost», «Batlaçik» 

adlanır. Yem bitkisidir. Azərbaycan florasında 11 növü məlumdur. 

Tütəkotu-  Kərəvüzkimilər  (Çətirçiçəklilər)  fəsiləsinə  aid  olan  çoxillik  bitkidir.  Bitki  latın 

dilində  «Angelica»  adlanır.  Lüğəti  mənası  angelus-mələk  deməkdir.  Rus  dilində  isə  «Dudnik» 

adlanır. Azərbaycan florasında Tat-yana tütəkotu (Angelica tatianae) növü məlumdur. 

Tütün (bax: Tənbəki) 

Ulaxqanqalı (Sarıçiçək, yalançı zəfəran)- Kəpənəkçiçəklilər (Mürək- 

kəbçiçəklilər) fəsiləsinə aid olan birillik bitkidir. Bitki latın dilində «Cart-hamus» adlanır. Lüğəti 

mənası  katairo-təmizləmə  deməkdir.  Rus  dilində  «Saflor»  adlanır.  Ərzaq  (yalançı  zəfəran  kimi 

istifadə  edilir),  boya  (sarı  və  qırmızı  boya  kimi  xalçaçılıqda  və  ərzaq  məhsulları  istehsalında), 

yem (yaşıl  yem, saman, silos), bəzək bitkisidir, ondan  yağ (əlif)  alınır. Azərbaycan florasında  5 

növü məlumdur. 



Ulduzmeyvə-  Süsənbərçiçəklilər  fəsiləsinə  aiddir.  Bitki  latın  dilində  «Damasonium»,  rus 

dilində  «Zvezdoplodnik»  adlanır.  Azərbaycan  florasında  Baqəvərkimilər  ulduzmeyvəsi 



(Damasonium alisma) növü vardır. 

 

77 


Unutmaməni (Unutma)- Sümürgənkimilər fəsiləsinə aid olan birillik, ikiillik və ya çoxillik 

bitkidir.  Bitki  latın  dilində  «Myosotis»  adlanır.  Lüğəti  mə-nası  myos  otis-siçan  quyruğu 

deməkdir.  Rus  dilində  «Nezabudka»  adlanır.  Dekorativ  bitkilərdir.  Azərbaycan  florasında  10 

növü məlumdur. 



Urospermum-Kəpənəkçiçəklilər(Mürəkkəbçiçəklilər)fəsiləsinə  aid  olan  birillik  bitkidir. 

Bitki  latın  dilində  «Urospermum»  adlanır.  Lüğəti  mənası  ura-quyruq,  sperma-toxum  deməkdir. 

Rus  dilində  «Urospermum»,  «Xvosto-semənnik»  adlanır.  Azərbaycan  florasında  Kəkrəvarı 

urospermum (Urospermum picroides) növü məlumdur. 

Üçdiş-  Cığkimilər  fəsiləsinə  aiddir.  Bitki  latın  dilində  «Triglochin»,  rus  dilində 

«Triostrennik»  adlanır.  Qida,  yem  və  texniki  bitkilərdir.  Bitkinin  yandırılmasından  alınan  külü 

sabun istehsalında istifadə olunur. Azər-baycan florasında 2 növü məlumdur. 

Üçküncmeyvə-  Sümürgənkimilər  fəsiləsinə  aid  olan  birillik  bitkidir.  Bitki  latın  dilində 

«Trigonocaryum»  adlanır.  Lüğəti  mənası  trigonos-üçkünc,  caryon-qoz,  fındıq  deməkdir.  Rus 

dilində «Trexqrannoplodnik» adlanır. Azərbaycan florasında 1 növü məlumdur. 



Üçqıllı-  Qırtıckimilər  (Taxıllar)  fəsiləsinə  aid  olan  birillik  bitkidir.  Bitki  latın  dilində 

«Trisetum»  adlanır.  Lüğəti  mənası  tria-üç,  seta-qıl  deməkdir.  Rus  dilində  «Trihetnik»  adlanır. 

Yaz vaxtı bütün mal-qara tərəfindən yaxşı yeyilir. Azərbaycan florasında 6 növü məlumdur.  



Üfürçəkotu- Badımcançiçəklilər fəsiləsinə aid olan coxillik ot bitkisidir. Bitki latın dilində 

«Physochlaina»  adlanır.  Lüğəti  mənası  physa-  qabarıq,  qovuq,  chlaina-  xarici  örtük  deməkdir. 

Rus  dilində  «Puzırniüa»  adlanır.  Zəhərli  bitkidir.  Qabıq  və  yarpaqlarında  0,25%  -ə  qədər, 

meyvələrində isə 0,22% alkaloid vardır. Atropinin (ağrı kəsən dərman) alınmasında xammal kimi 

istifadə olunur. Azərbaycan florasında ġərq üfürcəkotu növü məlum-dur.  

Ürəkotu- Kələmçiçəklilər (Xaççiçəklilər) fəsiləsinə aid olan birillik, ikiillik və ya çoxillik 

bitkidir.  Bitki  latın  dilində  «Cardamine»  adlanır.  Lüğəti  mənası  kardamon-kress  (çoxillik  ot 

bitkisi) deməkdir. Rus dilində «Serdeçnik» adlanır. Dərman bitkisidir (çiçəkləri sidikqovucudur) 

və  yem  bitkisi  kimi  də  faydalıdır.  Yarpaqlarında  315,8  mq%  C  vitamini  vardır.  Azərbaycan 

florasında 6 növü vardır. 

Üskükotu-  Qurdağzıçiçəklilər  fəsiləsinə  aid  olan  çoxillik  bitkidir.  Bitki  latın  dilində 

«Digitalis»  adlanır.  Lüğəti  mənası  digitus-üskük  deməkdir.  Rus  dilində  «Naperstənka»  adlanır. 

Paslı  üskükotu  növündən  ürək  xəstəliklərinin  müalicəsində  istifadə  olunan  qiymətli  dərman 

preparatı alınır. Azərbaycan florasında 2 növü məlumdur. 

Üzən  salviniya-  Salviniyalar  fəsiləsinə  aiddir.  Bitki  latın  dilində    «Salviniya  natans»,  rus 

dilində «Salğviniə plavaöhaə» adlanır. Azərbaycan florasında Üzən salviniya növü məlumdur. 



Üzərrik- Üzərrikkimilər fəsiləsinə aid olan çoxillik bitkidir. Bitki latın dilində «Peganum», 

rus  dilində  «Qarmala»,  «Moqilğnik»  adlanır.    Kəskin  xoşagəlməz  iyi  var.  Tibbi  və  xalq 

təbabətində  istifadə  olunur,  boya  və  texniki  bitki  kimi  də  faydalıdır.  Ehtiyatı  çoxdur.  Üzərrik 

dəmlənməsindən  xalq  təbabətində  yel  xəstəliyi,  qoturluq  və  dəri  xəstəliklərinə  qarşı  istifadə 

olunur.  Toxumlarında  14-25%-ə  qədər  qatı  yağ  vardır.  Üzərriyin  kimyəvi  tərkibi:  5,69%  su, 

17,75% kül, 18,05% sellüloz, 3,66% yağ, 24,13% protein, 30,72% azotsuz ekstrakt maddələrdən 

ibarətdir. Toxumları pambığa büküb mis qabda yandırdıqda baş ağrısını aparmaqla, xalq arasında 

bədnəzər və göz dəyməyə qarşı istifadə olunur. Azərbaycan florasında 1 növü məlumdur. 



Üzgəcotu-  Sugülüçiçəklilər  fəsiləsinə  aid  olan  çoxillik  ot  bitkisidir.  Bitki  latın  dilində 

«Spirodela»,  rus  dilində  «Mnoqokorennik»  adlanır.  Üzgəcotunun  zoğu  (yarpaqcığı)  heyvanlar, 

quşlar  üçün  yem  bitkisi  hesab  olunur.  Cavan  yarpaqları  xalq  təbabətində  yel  xəstəliyinə 

(revmatizmə) qarşı istifadə olu-nur. Azərbaycan florasında Adi üzgəcotu (Spirodela polyrrhiza) 

növü mə-lumdur. 



Üzükotu-  Kərəvüzkimilər  (Çətirçiçəklilər)  fəsiləsinə  aid  olan  çoxillik  bitkidir.  Bitki  latın 

dilində «Oenanthe» adlanır. Lüğəti mənası oinos-şərab, çaxır, anthos-çiçək deməkdir. Rus dilində 

«Omejnik» adlanır. Zəhərli bitkilərdir. Azərbaycan florasında 4 növü məlumdur. 

Üzüm (bax: Tənək, Meynə) 


 

78 


Vaxtsızçiçək  (Vaxtsızotu,  itboğan)-  Melantiumlar  fəsiləsinə  aid  olan  çoxillik  soğanaqlı 

bitkidir. Bitki latın dilində «Colchicum», rus dilində «Bezvremennik», «Osennik» adlanır. Zəhərli 

bitkidir. Tərkibində  40–a qədər alkaloid vardır.  Ən çox istifadə olunanı «kolxisin» alkaloididir. 

Ondan yeni çeşid taxıl və tərəvəz bitkiləri alınmasında geniş istifadə edilir. Toxum-larından xalq 

arasında sidikqovucu,  yel xəstəliklərinə qarşı  istifadə  edilir.  Dekorativ  bitki  kimi müxtəlif  çiçək 

kompozisiyaları  yaratmaq  üçün,  tək-tək,  qruplarla  və  çəmən  bitkiləri  fonunda  əkildikdə  daha 

yaraşıqlı  görünür.  Azərbaycan  florasında  4  növü  bitir.  Bunların  əksəriyyəti  nadir  və  nəsli 

kəsilməkdə  olan  bitki  kimi  Azərbaycanın  «Qırmızı  kitab»ına  daxil  edilmişdir.  MNB-da 

kolleksiyası vardır.  

Valerianotu–Pişikotukimilər  fəsiləsinə  aid  olan  birillik  bitkidir.  Bitki  latın  dilində 

«Valerianella», rus dilində «Valerianniüa» adlanır. Növlərin təyinində meyvənin əlamətləri geniş 

istifadə olunur. Azərbaycan florasında 21 növü məlumdur.  

Vavilovi-  Fabakimilər  (Paxlalılar)  fəsiləsinə  aid  olan  çoxillik  bitkidir.  Bitki  latın    dilində 

«Vavilovia»,  rus  dilində  «Vaviloviə»  adlanır.  Görkəmli  nəbatatçı  alim  N.İ.  Vavilovun  şərəfinə 

bitki Vaviloviya adlanıb. Azərbaycan florasında 2 növü məlumdur. 

Vel  –  Vel  qıjıları  fəsiləsinə  aiddir.  Bitki  latın  dilində  «Pteridium»,  rus  dilində  «Orlək» 

adlanır.  Lüğəti  mənası  pteris-qanad  deməkdir.    Cavan  zoğları  yeməlidir.  Çürümüş  yarpaqların 

üstünə şeh düşəndə xırda buynuzlu mal-qara tərəfindən yeyilir. Tərkibində nişasta və digər bioloji 

fəal maddələr vardır. Azərbaycan florasında Tavr veli növü məlumdur.  



Vələmir  –  Qırtıckimilər  (Taxıllar)  fəsiləsinə  aid  olan  birillik  bitkidir.  Bitki  latın  dilində 

«Avena»,  rus dilində «Oves», «Ovsöq» adlanır. Bir neçə vələmir növləri qida və yem bitkisi kimi 

becərilir.  Unundan pəhriz  şirniyyatı, xüsusilə  peçeniya  hazırlanır.  Cins  və  cıdır  yarışında  iştirak 

edən atları xüsusi olaraq vələmir samanı və toxumu ilə qidalandırırlar. Azərbaycan florasında 11 

növü məlumdur. 

Vələs (Ulas)- Fındıqçiçəklilər fəsiləsinə aiddir. Bitki latın dilində «Carpi-nus», rus dilində 

«Qrab»  adlanır.  Azərbaycanda  meşə  əmələ  gətirən  əsas  cinslərindən  biridir.  Oduncağı  bərkdir, 

müxtəlif  alətlər  hazırlamaq  üçün  və  inşaat  materialı  kimi  istifadə  olunur.  Vələsin  qabığı  gön 

aşılamaq  və  içəri  hissəsi  yunu  sarı  rəngə  boyamaq  üçün  işlədilir.  Vələsin  oduncağının  kömürü 

yüksək keyfiyyətli olur. Azərbaycan florasında 3 növü məlumdur. MNB-da kolleksiyası vardır. 

Vəzərək-  Kələmçiçəklilər  (Xaççiçəklilər)  fəsiləsinə  aid  olan  ikiillik  və  ya  çoxillik 

bitkilərdir.  Bitki  latın  dilində  «Barbarea»,  rus  dilində  «Surepka»  adlanır.  Bəzi  növlərin  cavan 

zoğları  yeyilir.  Cavan  (tər)  yarpaqları  acı  dada  malikdir,  qidada  vəzəri  kimi  istifadə  olunur. 

Yarpaqlarında 260,7 mq% C vitamini vardır. Toxumlarında 30% qatı yağ vardır. Rənglərlə ipək 

parçanı sarı rəngə boyayırlar. Yaxşı balverən bitkidir. Azərbaycan florasında 4 növü məlumdur. 

Vəzəri  (Acıtərə)-  Kələmçiçəklilər  (Xaççiçəklilər)  fəsiləsinə  aid  olan  birillik  ot  bitkisidir. 

Bitki latın dilində «Lepidium sativum» adlanır. Vəzərinin 100 qramında 550 mq kalium, 214 mq 

kalsium,  33  mq  fosfor,  5  mq  natrium,  2,9  mq  dəmir  və  kifayət  qədər  yod,  59-130  mq%  C 

vitamini,  2,19  mq%  karotin,  1,75  mq%  PP  vitamini,  0,3  mq%  B

6

  vitamini,  0,19  mq%  B



2

 

vitamini,  0,15  mq%  B



1

  vitamini,  12-30  mq%-ə  qədər  tiamin  olur.  Qiymətli  tərəvəz  bitkisi 

olmaqla əsasən təzə halda salat kimi istifadə olunur. O iştah əmələ gətirir, maddələr mübadiləsini 

asanlaşdırır.  



Volfiya – Sugülüçiçəklilər fəsiləsinə aid olan çoxillik bitkidir. Bitki latın dilində «Wolffia», 

rus dilində «Volğfiə» adlanır. Quşlar üçün çox əla yem bitkisidir. Azərbaycan florasında Köksüz 



Yüklə 2,36 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin