Orxan Bahadırsoy Pyeslər Orxan Elsevər oğlu Bahadırsoy



Yüklə 84,18 Kb.
səhifə2/58
tarix25.12.2016
ölçüsü84,18 Kb.
#2852
1   2   3   4   5   6   7   8   9   ...   58
Nahid – 35 yaşlı psixoloq

Sabir – onun dostu

Nərminə - 25 yaşlı gənc müğənni

Zərifə - Nahidi sevən qadın

Gülay – Nahidi sevən qadın

Aytac – Nahidi sevən qadın

Taksi sürücüsü və iki şəx.

2 hissəli faciə…

1-ci hissə

Balaca və işıqlı bir gecə klubunun önü. Nahid əlləri ilə özünü qucaqlayıb üzünü örtən dağınıq saçlarını arxaya verir. Sonra titrəməyə başlayır soyuqdan. İşıq yalnız onun üzərinə düşür.

Nahid: Bu nədir belə? Hə? İndi bu niyə görünür mənim gözümə? Yox! Mən yanılmamışdım. O həqiqətən psixoloji sarsıntı keçirmişdi. Özünü belə tanımırdı o. Müalicə olunmalı idi. Amma istəmədi. Buna görə də həyatın imtahanına dözməyib intəhar elədi. İntəhar? (qəh-qəhə çəkir) İntəhar! Hə! O intəhar elədi. Axmaq qadın! Gicbəsər! Sən gözəl, cazibədar, ehtiraslı, seksual ədalara sahib olan mükəmməl bir qadın idin... (Qışqırır) Gicbəsər!...

O sevişmələr, o ehtiras, insanın qanını coşduran o dəli baxışlar, o çılğın öpüşlər, bitməsini istəmədiyin macəralı gecələr... Ah! Hardadır indi onlar? Nə qədər ki, mən var idim, şan-şöhrətim, var-dövlətim var idi, onlar da var idi! İndi nə var-dövlət, şan-şöhrət nə də mən varam! Onlar da yoxdur! (qışqırır) Yoxdur!...



Hər gün səhər saat 9-dan qapına düzülən xəstə sırası... Hərəsi də bir cür xəstə. Hərəsinin bir ayrı dərdi var. Ən böyük həyat məktəbi idi o müayinə otağı. Mənim heç kəs üçün dəyəri olmayan amma mənim üçün bu dünyanın ən böyük səadəti olan çürük çəkicim! Ağ xalatım, iri gözlü eynəyim... (bərkdən) Tfu!...

Ögüyərək çıxır səhnədən. Bir az sonra işıq çox kasıb və uçuq bir daxmanın üzərinə düşür. Nərminə və taksi sürücüsü taksi sürücüsü hərəsi bir qolundan tutaraq Nahidi bu daxmaya salır. O isə heç kəsə əhəmiyyət vermədən sayıqlayır.

Taksi sürücüsü: Bu yazığı hər gecə o klubun qabağından tapıram. Bax, elə bu gün gördüyünüz kimi yıxılıb qalır o taxtanın üstündə. Mən də savabdır deyirəm götürüb gətirirəm bura. O burda qalır deyəsən.


Yüklə 84,18 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   58




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin