Orxan Bahadırsoy Pyeslər Orxan Elsevər oğlu Bahadırsoy


Aytac: Mənim evimə gələ bilərdi. Nahid



Yüklə 84,18 Kb.
səhifə14/58
tarix25.12.2016
ölçüsü84,18 Kb.
#2852
1   ...   10   11   12   13   14   15   16   17   ...   58
Aytac: Mənim evimə gələ bilərdi.

Nahid: Gəlmək istədi. Mən qoymadım. Evdən qaçandan sonra birinci mənim yanıma gəldi, biraz əsəblərini sakitləşdirib sənə gələcəkdi. Onunla bir damın altında yatmağın özü ən böyük xoşbəxtlik idi.

Aytac: Bəs sən məni necə unudub onu sevə bildin? Necə tez unutdun məni.

Nahid:(gülür) Səni? Sən gözəl qadınsan əzizim. Amma mən səninlə əylənmək üçün və səni əldə saxlamaq üçün bir məhəbbət oyunu oynamışam.

Aytac: (duruxur) Necə? Bütün o güllər, o xoş sözlər, heç kəsdən görmədiyim o isti öpüşlər, o qüvvəli əllərin məni bərk-bərk sıxması. Bunların hamısı bir oyun idi?

Nahid: Hə! Oyun idi. Bitdi. Anlayırsan, bitdi.

Aytac yerə oturub dizlərini qucaqlayıb ağlayır. Nahid yastığının altından bir içki şüşəsi götürüb içməyə başlayır. Sonra bir siqaret yandırıb çəkir.

Nahid: Bir dəfə bir riyaziyyatçı alim gəldi yanıma. Rus idi. Azərbaycana məhz mənimlə görüşmək üçün gəlmişdi. Deyirdi düsturlar mənim yaşadığım günlərdir. Hər düstur bir günümdür. Funksiyalar qohum əqrabalarımdır. Triqonometriya mənim arvadımdır. Törəmələr də övladlarımdır. (Aytac gülümsəyir) Görürsən necə giclər var? Hələ ümumiyyətlə riyaziyyata Allah deyirdi. Ateist idi o. (özü də gülür) Mən onu müailcə etdim. O yenidən kəşflər etdi. Gözəl kəşfləri var idi, dünya şöhrəti qazanmışdı. Amma ruhu xəstə idi onun. Sağalmayacaqdı. Ona görə də bir düsturun əlində aciz qalıb özünü 16-cı mərtəbədən atdı. İşə bax da. Düsturu tapmışdı. Düsturun doğru olduğuna əmin idi, çünki məsələni həll edib lazım olan nəticəni almaq olurdu. Amma isbatını çıxara bilmirdi bədbəxt. Nüfuzunun itəcəyindən qorxub öldürdü özünü.

Aytac: Elə ən yaxşısını o edib. Mən də özümü öldürəcəyəm.


Yüklə 84,18 Kb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   58




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin