Nahid: Yox. Çünki o bilirdi ki, sən məni sevirsən.
Aytac: Bəs sən mənə dedin ki, onunla yatmısan.
Nahid: Səni özümdən uzaqlaşdırmaq üçün dedim. İstədim ki, unudasan məni. Onu əldə etməyim üçün ən böyük maneə idin mənim üçün.
Aytac:(gözlərini bərəldib və donub qalıb) Yağışlı bir payız axşamı idi. Mən öz ən gözəl paltarımı geyindim, saçlarımı darayıb yana tökdüm, biraz makyaj etdim. Sonra evdən çıxıb sənin yanına gəldim. Ürəyimdə bir həyəcan var idi. Gözləyirdim sən həmin gecə mənə evlilik təklif edəcəksən. Mən qəbul edəcəyəm. Biz evlənəcəyik, şirin-şəkər körpələrimiz olacaq. Mən qayğıkəş bir ana, sənsə əzmli bir ailə başçısı. Qapının ağzında durub yenə üst-başıma əl gəzdirdim. Qüsursuz olmalı idim, axı sənin üçün hazırlanmışdım. Qapını döydüm. O açdı. Donub qaldım. Gözlərimdən yaş süzüldü. Geri döndüm. Onu səndən ayırmalı idim.
Nahid: Gicbəsər! Axı həmin gecə onu evdən qovmuşdular. Getməyə yeri yox idi.