Aytac:(tüpürür onun üzünə) Alçaq! Elə bilirsən öldürmərəm. Hə?
Nahid: Nə bilim e... Məsləhət sənindir.
Aytac qalxıb daxmanın küncündə yerə qoyulan kəndiri götürür və bir dəmir vedrəni ayağının altına qoyub onun üstünə çıxır. Kəndiri yuxarı atıb düyünləyir. Bir ucunu da öz boğazına salır.
Aytac: Bax. Mən də onun kimi. Öldürüm özümü qurtulum da. Amma mən sənin ucbatından öldürürəm özümü.
Nahid: Mənim axmaq başımı biraz da axmaq eləmə. Sən özünü öldürən deyilsən. Gic-gic sözlər danışıb adamın fikrini dağıdırsan.