Nahid köynəyini geyinib çıxır. Aytac hönkür-hönkür ağlayır. Səhnə qaranlıqlaşır.
2-ci hissə
İşıq yanır. Daxmada. Aytac uzanıb soyuqdan tir-tir əsir. Bu vaxt Sabir daxil olur. Aytaca baxır. Aytac ona baxır və əhəmiyyət vermədən yenidən başını qoyub titrəyir.
Sabir: İndi də sən burdasan?
Aytac:(titrəyərək) Hər dəfə bir qadın görürsən burda?
Sabir: Artıq vərdiş etmişəm. Bəs Nahid hanı?
Aytac: Bilmirəm. Harasa getdi.
Sabir: Niyə buraxdın? Yəqin yenə içməyə gedib. Bu insanı başa sala bilmədim də mən.
Aytac: Cəhənnəmə içsin. Elə nifrət edirəm ki, ona ölümünə belə sevinərəm.
Sabir: Ona görə ev-eşiyini atıb gəlib burda onun bu köhnə daxmasında soyuqdan dona-dona ac-susuz uzanmısan.
Aytac: Məhəbbətin üzü qara olsun Sabir. Neyləyim? Ondan ayrı qala bilmirəm. Nə qədər istəyirəm unudum, silim, atım amma bacarmıram.