Nahid: (köynəyinin düymələrini açıb ehtirasla ona baxır)Bura gəl.
Aytac: Niyə?
Nahid: (düymələri göstərir)Görmürsən niyə?
Aytac: Yox istəmirəm.
Nahid: (köynəyi soyunur) Axı mən istəyirəm. Sən mənim ən gözəl qadınımsan. Sən mənim ədalı sevgilimsən. Mən səni necə sevirəm bilirsən?
Aytac boğazından kəndiri çıxarıb tullayır və vedrənin üstündən düşüb ona tərf qaçır. O isə köynəyini götürüb ayağa qalxır.
Nahid: Nə oldu? Ölmək yaddan çıxdı? Hə mənim qucağım daha xoşbəxt yerdir məgər? Yox. Sən o dünyada daha da bəxtiyar ola bilərdin. Səhv seçim etdin.
Aytac:_(ağlayır)'>Aytac: (ağlayır)Bəsdir mənə əzab verdin.
Nahid: Mən sənə əzab verirəm? Ay yazıq, mən səni bu zülümdən xilas etmək istəyirəm. Gözlərini açıram ki, biləsən, bizim aramızda ehtirasdan başqa heç nə yoxdur və ola da bilməz.
Aytac: Əgər məni anlamırsansa deməli bunu yalnız qadınlar anlayar!
Nahid: Səhv edirsən. Yaxşı anlayıram səni. Əgər mənim dediyim həqiqət deyilsə onda niyə mən qucağımı açan kimi atıldın qucağıma? (Aytac susur)Görürsən, cavab verə bilmirsən? Bax buna görə mən heç vaxt səni və sənin kimi o birilərini sevməmişəm. Çünki sizə qucaq açan kimi özünüzü atırsız o qucağa. Təki pullu və yaraşıqlı olsun. Ya gözəllik sizi məst edər ya da pul gözünüzü bağlayar. Heç vaxt insanlığa məhəbbətə önəm verməmisiz siz. Amma o belə deyildi. O məhəbbəti, sevgini, vicdanı, insanlığı gözəllikdən də, puldan da üstün tuturdu. İndi bildin mən onu niyə sevirəm?