Nahid: (hirslə) Bəsdirin! Bir görün mən sizin hansınızı sevirəm? Heç birinizi. Əlbəttə heç birinizi. Dünyada başınıza kişi qəbahətdir? Əl çəkin də məndən.
Bu vaxt Aytac və ardıyca Sabir daxil olur.
Aytac: Mən bezdim artıq. Biri gəlir o biri gedir. Elə bil fahişəxanadır bu xaraba. (yaxınlaşıb Gülayın və Zərifənin saçından tutur) Sizin ağzınızın payını vermək bu günə qismət imiş. Rədd olun gedin burdan.
Gülay və Zərifə onun saçından tutur. O qışqırır.
Gülay: Sən özünü nə sayırsan? Ən birinci səni edam etmək lazımdır.
Zərifə: Sən o intəhar edən qancıq müğəniyə aşiq etmisən bu kişini.
Gülay:(Aytacın saçını buraxıb Zərifənin saçından yapışır) Sən elə danışırsan ki, guya səni sevməli idi?
Zərifə:(Gülayın saçından yapışır) Bəs necə? Səni sevməli idi?
Sonra Aytac yenidən onların saçından yapışır. Onlar qışqırmağa başlayır. Sabir qəh-qəhə çəkib ürəkdən gülür. Nahid isə bir kənarda durub səssizcə seyr edir. Qadınlar bir-birinin saçını yolarkən Nərminə və taksi sürücüsü daxil olur. Qadınlar halsızca yerə yıxılıb heyrətlə Nərminəyə baxırlar. Nahid və Sabir də məətəlliklə seyr edir.
Taksi sürücüsü: Bu xanım Nərminə xanımdır. (Aytac üzünü tamaşaçılara tutur. Böyük bir təlaş var simasında.) Keçən dəfə o mənim taksimə mindi. Sonra bu kişini klubun önündə görəndə Nərminə xanımdan xahiş etdim ki, onu bu daxmaya qoymağıma icazə versin. Sağolsun, o da mənə kömək etdi. Burdan çıxandan sonra o mənim nömrəmi götürdü. Bu gün zəng edib onu bura gətirməyimi xahiş etdi. Mən də gətirdim.