Nərminə: Yox, ondan soruşmağa cürət etmirdim. Düşünürdüm ki, birdən qısqanar səni, inciyər məndən. Axı o da sənin məni sevdiyini bilirdi.
Nahid:(Aytaca qəzəblə baxır) Sən məni bu qədər vaxt aldatmısan? Niyə? Axı sən mənim necə əzab çəkdiyimi görürdün.
Aytac: (ağlayır) Mən səni sevdiyimdən edirdim. Ona gedəcəyini, məni atacağını düşünürdüm.
Nahid: Mən sizi onu itirdiyim gündən atmışam. Əl çəkin bu axmaq xəyallardan. Mən sizin heç birinizi heç vaxt sevməmişəm. Siz mənim üçün bir saatlıq əyləncədən qeyri bir şey deyilsiniz. Mən ilk dəfə və son dəfə baxın çoxdan öldüyünü bilib onun yasını saxladığım bu qadını sevmişəm. Çünki o mənim üçün əlçatmaz olub, dəyərli olub. Pak və təmiz olub. Siz isə mənim üçün əhəmiyyətsiz, özünü mənə sahib bilən bir sürü axmaqdan başqa heç nə olmamısız.