Nahidə:(qışqırır) Yooooooooox! (onun yaxasından tutub silkələyir) Hansı əzab hə? Bircə mənim həsrətimlə iki il yanıb kül olmağı arzulayırdın sən? Kim sevir əzab çəkməyi? Mən də sənə əzab çəkdirəcəyəm. İndi bu qapını açıb çıxacağam burdan. Bir də dönməyəcəm bura. Əsla görməyəcəksən məni. Sən də çəkərsən o əzabı. Görüm necə sevirsən?
Nahid: Yooox... (qaçıb qapını kilidləyir, sonra yerdən kəndiri götürüb Nərminəyə dolyır)
Nərminə: Neyləyirsən sən?
Nahid: Mən oynaya bilərəm... Mən oynaya bilərəm... Mən əzabı sevmirəm. Axı mənim nə günahım var? Mən onların heç birinə evlilik təklif etməmişəm. (kəndiri onun boğazına sürüşdürüb bərk-bərk dolamağa başlayır, Nərminə boğuq səslər çıxarır, rəngi qızarır) Mən oynaya bilərəm... (qəh-qəhə çəkir) Mən oynaya bilərəm... (şiddətli qəh-qəhə çəkir) Sənin üçün də oynamışam... (ağlayır) Sənin üçün də oynamışam... (ağlayır)