Nahid onun üzünə baxanda artıq boğulub öldüyünü görür və onu qucaqlayıb qışqırır...
Nahid: Yoooooox! Sənin üçün oynamamışam. Bu dünyada yeganə insan idin ki, sənin üçün heç vaxt oynamamışdım mən. Sənin üçün səmimi, sadəlövh, pak bir uşaq idim. Sənin paklığında təmizlənmək istəyirdim mən. Sən doğru dedin mələyim, doğru dedin. Həyat məndən intiqam aldı. Səninlə intiqam aldı. Sən bütün günahlarıma görə çəkdiyim cəza idin. Razıyam səninlə. Razıyam... Məni gözlə, gözlə gəlirəm mən də.
Onu astaca yerə qoyub boynundan kəndiri açır. Sonra köhnə taburetkanın üstünə çıxıb şalbana bağlayır kəndiri. Bir ucunu da boynuna asır və ağlayaraq Nərminə baxır. Bu vaxt Sabir qapını döyür.
Sabirin səsi: Nahid, qapını aç, onlar səni tapıblar. Onlar bura gəlir. Sən qaçmalısan. Aç qapını.
Nahid gülür. Taburetkanı itələyib asılır. Boğulub can verirkən Sabir özünü qapıya çırpıb qapını qırır və içəri girib onu asılı görür. Nahidin gözləri son dəfə Sabirə baxıb əbədi bağlanır. Sabir dostunun asılı qalan meydini qucaqlayıb ağlayır. Bu vaxt iki silahlı şəxs içəri girib olanlara heyrətlə baxır.