Orxan Bahadırsoy Pyeslər Orxan Elsevər oğlu Bahadırsoy


-ci şəxs: Bu ölüb ki. 2-ci şəxs



Yüklə 84,18 Kb.
səhifə37/58
tarix25.12.2016
ölçüsü84,18 Kb.
#2852
1   ...   33   34   35   36   37   38   39   40   ...   58
1-ci şəxs: Bu ölüb ki.

2-ci şəxs: Allahın bizə yazığı gəldi. Kim bilir bunun zibilindən necə çıxardıq.

1-ci şəxs: Mənə bax, şefə deyərik ki, biz öldürdük. Pulu alıb bölərik.

2-ci şəxs: Birdən üstü açılsa neyləyərik?

1-ci şəxs: Qoyun, üstü necə açılacaq? Görmürsən asıb özünü. Sübut edəcəklər ki, biz öldürmüşük?

2-ci şəxs: Hə düz deyirsən! Əla! (əl-ələ vurub çıxırlar)

Səhnə qaranlıqlaşır. Pərdə enir.

Qoca Sevgililər

(iki hissəli komediya)

Əşxas:


Qüdrət - 60 yaşlı qoca kişi.

Züleyxa - 60 yaşlı qoca qadın, Qüdrətin arvadı.

Səməd - 18 yaşında, Qüdrətin nəvəsi.

Günəş - 20 yaşında, Qüdrətin nəvəsi.

Elena - Qüdrətin internetde tanış olduğu rus qadın.

Natalya - Elenanın qızı.

Vera – bufetçi, rus qadın.

Oksana - Veranın qızı.

Olqa - Qüdrətin Rusiyadan tapılan arvadı.

Tatyana - Olqanın qızı.



Muxbir və kameraman.

1-ci hissə

Qüdrətin evi, salon, salonun sağ tərəfdən həyətə, sol tərəfdən yataq otağına açılan iki qapısı, arxadan baxçaya açılan pəncərəsi var. Salon bir divan, iki kreslo, stol və stullarla müasir tərzdə bəzədilmişdir. Divardan müxtəlif rəsimlər asılmış, masanın üzərində içi qızılgüllə dolu güldan görünməkdədir. Züleyxa qırmızı, uzun xalat geyinmiş, önlük bağlamış, əlində silgi ilə daxil olur. Hiss olunur ki, yorğundur. Masaya yaxınlaşıb üstünü silməyə başlayır, bu vaxt gözü qızılgüllərə sataşır.

Züleyxa: Bu Qüdrətin işidir! Yaşı 70-i keçən qoca bu yaşında eşq-məhəbbət gülləri ilə cavanlığını yada salır. Denən bu yaşında nəyə gərəkdir bu romantika?! Amma bu Qüdrətin yaşına baxmaq olmaz. Bundan nə desən çıxar. Bunun o dili bir də o gücü var bu 18 yaşlı qızları yoldan çıxarar. Cavanlıqda da belə idi. Bir dəfə qızışdımı yorulmaq bilmir. Göz dəyməsin, adı kimi qüdrətlidir. Biz təzə nişanlanmışdıq, onda 25 yaşım var idi. Bu da çıxdı getdi Rusiyaya... (düşünür, güllərə baxır) Rusiyaya!? Deyirəm gözdən qulaqdan iraq son zamanlar hər kişinin Rusiyada bir arvadı, bir-iki də uşağı peyda olur. Bizimki də nə az nə çox on ilə yaxın orda qalıb. Təzə nişanlananda getdi, 2 il sonra gəldi, toy elədik, sonra yenə getdi. İldə bir-iki dəfə gəlib bizə dəyərdi, yenə gedərdi. Bu Qüdrət mənim tanıdığım Qüdrətdirsə bu Rusiyada dinc oturmaz, o dinc otura bilməz, ondakı o qədər enerji var o dinc otursa partlayar. Bu orda arvadsız qalmaz, ay başına dönüm, bu gün-sabah bir sarı arvad bir sarı qızla gəlməsə məətəl qalaram. Bu rus arvadlarının da qaralardan xoşu gəlir axı. Bizim kişiləri görən kimi ağılları başlarından çıxır. Neyləsinlər?! Qınamaqda olmur, bütün rus kişilərində olan gücü üst-üstə gəlsən bircə Qüdrətin gücünə çatmaz. Göz dəyməsin, bizim kişilər güclü olur, yorulmaq bilmirlər. Hələ ki, Qüdrət kimisi keçə rus arvadın əlinə... Bəh, bəh! Elə bil ac qurda bir yağlı qoç vermisən! (stolu çəkib oturur, dərindən nəfəs alır) Bəs birdən belə bir iş olsa mən neylərəm? Mən başıma haranın külünü tökərəm? El içində rüsvay olmaq bir tərəfdən Qüdrəti itirməyə də dayana bilmərəm. Amma onu sarı arvadla paylaşmaq da çətin olar, məcburam, boşanaram!


Yüklə 84,18 Kb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   58




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin