Züleyxa: Mən dedim oxşamırsan, sən də inandın? Hələ nişanlı olmamışdan qabaq məktəbinizdə məktublaşmadığın qız yox idi. Öz məhəllənizdəki qızların da çoxunun başını bişirmişdin. Nişanlı olandan sonra ayağın bizim məhəlləyə açıldı, bir-iki gün keçmədi ki, adın-sanın dillər əzbəri olu. Bizim məhəllədə də qız saxlamadın. Sonra getdin Rusiyaya. İndi deyirəm ki, orda heç olmasa qız saxlamısan ya yox də?!
Qüdrət: Ay Züleyxa sənin canın haqqı mən Rusiyada olanda ancaq səni fikirləşirdim. Gecə göndüz fikirdən gözümə yuxu getmirdi. Elə hey Azərbaycana gəlib sənin o qara gözlərini, uzun, sünbül hörüklərini, yanağındakı bu zərif xalı, üzündəki xəfif təbəssümü, təbiətin şəkərlə malaladığı o incə, büzmə dodaqlarını görməyi arzulayırdım.
Züleyxa: Qüdrət canı inanmıram! Daha o Züleyxa deyiləm e, bu sözlərə ram olam. Sən elə bu sözlərlə o rus arvadlarını da tovlamısan. Mənə maraqlıdır sən niyə şair olmadın? Elə də qəşəng sözlər tapırsan ki, o vaxtkı ağlımla ürəyimin dərinliyinə işləyirdi.