Orxan Bahadırsoy Pyeslər Orxan Elsevər oğlu Bahadırsoy


Qüdrət yan otaqdan Züleyxa deyə-deyə gəlir. Züleyxa cəld yerindən durub masanın üstünü silməyə başlayır



Yüklə 84,18 Kb.
səhifə38/58
tarix25.12.2016
ölçüsü84,18 Kb.
#2852
1   ...   34   35   36   37   38   39   40   41   ...   58
Qüdrət yan otaqdan Züleyxa deyə-deyə gəlir. Züleyxa cəld yerindən durub masanın üstünü silməyə başlayır.

Qüdrətin səsi: Züleyxa, ay Züleyxa!

Züleyxa: Ay can, Qüdrət, burdayam.

Qüdrət: (salona gəlir) Susuzluqdan ciyərim yanır, bir qurtum su ver içim.

Züleyxa: Can, su içmə başına dönüm, indi bir qəşəng pürrəngi çay gətirərəm bir yerdə içərik. Yaman yorulmuşam.

Qüdrət: Bəh, bəh! Sənə canım qurban, əla olar! (divana oturur)

Züleyxa: Qurbanın qoyun olsun, Qüdrət, amma əvvəlcə səndən bir şey soruşmalıyam. (Qüdrətin yanında oturur)

Qüdrət: Soruş görüm hələ...

Züleyxa: Qüdrət, ürəyimə bir şey damıb, deyirəm bu rus arvadlarının bizim kişilərdə yaman gözü var. Son zaman da hər kişimizin Rusiyadan bir ailəsi peyda olur. Sən də ki, 10 ilə yaxın Rusiyada qalmısan, özün də ki, göz dəyməsin, güclü, iştahlı kişisən. Sən mənim canım düzünü de orda arvaddan uşaqdan nəyin var?

Qüdrət: Sən bu evdə bekarçılıqdan bilmirsən neyləyəsən bu axmaq-axmaq nağılları uydurursan, hə? Mən heç elə kişiyə oxşayıram?

Züleyxa: Yox, yox, Qüdrətim, heç oxşamırsan a! Sən elə iş tutarsan?

Qüdrət: Bə madam oxşamıram niyə belə fikirləşirsən?


Yüklə 84,18 Kb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   58




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin