Orxan Bahadırsoy Pyeslər Orxan Elsevər oğlu Bahadırsoy


Nərminə: Sən məni çox sevirsən hə? Nahid



Yüklə 84,18 Kb.
səhifə31/58
tarix25.12.2016
ölçüsü84,18 Kb.
#2852
1   ...   27   28   29   30   31   32   33   34   ...   58
    Bu səhifədəki naviqasiya:
  • Nahid
Nərminə: Sən məni çox sevirsən hə?

Nahid: Bunu hiss etmirsən?

Nərminə: Hiss edirəm. Bunu anlamaq üçün təkcə gözlərinə baxmaq kifayətdir. Amma istəmirəm sevəsən məni.

Nahid: Niyə? Axı niyə sevgiyə layiq olan ən münasib insan sən ola-ola bundan qaçırsan?

Nərminə: Sən qadınsız yaşaya bilməzsən, bilirəm. Amma mən o qadınların sənin üçün etdiklərini edə bilmərəm.

Nahid: Nərminə, sən yanımda ol yetər mənə. Sənə baxmaq kifayətdir. Səni hiss etmək, görmək hədiyyədir mənim üçün.

Nərminə: Yox. Bunları indi sadəcə deyirsən. Zaman-zaman ehtiras elə işləyəcək ki, damarlarına, elə qapayacaq ki, gözlərini bu sevgi yadından çıxacaq. Onda məni yanında yox qucağında görmək istəyərsən. Bax mən onu bacarmaram.

Nahid: Sən anlayırsan bu sevginin gücünü? İki il səni həsrətlə öldüyünü bilə-bilə gözləmək bilirsən nə deməkdir? Mən çoxdan intəhar edərdim. Öldürərdim özümü. Axı niyə yaşamalı idim. Sənətim, ailəm, pulum, ev-eşiyim – hamısı çıxıb əlimdən. Nə üçün? Kimin üçün yaşamalı idim mən? Amma yaşadım. Təkcə sənin üçün Nərminə, təkcə sənin üçün yaşadım mən.

Nərminə: Bəlkə də yaşamağın lazım imiş. Çünki mən sənin önünə çıxmalı idim. Səni də məni də eyni zamanda aldadan Aytacın yalanı açılmalı idi. Mən vaxtilə məni sevən adamın indi nə halda olduğunu bilməli idim, nə qədər sevildiyimi, unudulmadığımı görməli idim. Sən mənə danışıb boşaltmalı idin ürəyindəkilərini. Cənab psixoloq axı sən məndən yaxşı bilirsən həyatda heç bir şey öz-özünə baş vermir.


Yüklə 84,18 Kb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   58




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin