|
|
səhifə | 28/58 | tarix | 25.12.2016 | ölçüsü | 84,18 Kb. | | #2852 |
|
Aytac: (ağlayır) Yox. Bu idi sənə olan sevgimin əvəzi? Məni bu qədər alçaltma xahiş edirəm.
Gülay: (ağlayır) Bəs sənə xərclədiyim illər? Onlar sənin üçün əyləncə ola bilər amma mən onları unuda bilmərəm.
Zərifə: (ağlayır) Mən sənsiz bacarmaram Nahid. Mən ölərəm. Yaşaya bilmərəm.
Onların üçünü də itələyib daxmadan çıxarır və qapını bağlayır. Onların üçünün də ağlamaq səsi eşidilir.
Nahid: (qulaqlarını tutur ) Sabir, dur rədd elə onları qapıdan.
Sabir çıxır. Nahid yerə dizs çöküb ağlayır. Nərminə yaxınlaşıb onun yanında oturur və dizlərini qucaqlayıb ona baxır.
Nərminə: Mənə görə öz dəyərli qadınlarından imtina etmə. Axı onlar səni sevirlər. Özü də mənim sevmədiyim qədər.
Nahid: Ürək lənətə gəlsin. Bir dəfə də məni dinləsəydi indi mən bu günə qalmazdım. Sən bilirsən də mən necə yaşayırdım. Amma gör indi nə gündəyəm?!
Dostları ilə paylaş: |
|
|