Sabir: Mənim sevgim sənin sevgindən deyil. Nahid mənim on illik dostumdur. Ən az mənim qədər tanıyırsan onu. İndi o çox pis vəziyyətdədir. Mənim borcumdur ona kömək etmək.
Aytac: (oturur)Bilirsən, bütün günahlar özündə oldu. Onun hər şeyi var idi. Sənəti, şöhrəti, vəzifəsi, elmi dərəcəsi, pulu. Ona başqa nə lazım idi axı?
Sabir: Bir şeyi unutdun.
Aytac: Nəyi?
Sabir: Başına pərvanə kimi dolanan qadınları.
Aytac: Bunu mənim üzümə çırpma Sabir.
Sabir: Aytac, savadlı və istedadlı insanlar özündən razı olur həmişə. Onlar öz bildiklərini təbliğ eləməyə can atır. Mən də psixologiyanı bitirdim. Nahidin qrup yoldaşı olmuşam. Amma sonra gördüm ki, yox, həqiqət eybəcərdir. Mən bunu car çəkməyə qadir deyiləm. Mən ailəmi, məni sevənləri, öz sevdiklərimi ata bilmərəm. Amma Nahid bunu bacardı. O hər şeyin üstündən xətt çəkib öz axmaq idealarını təbliğ etdi.