Aytac: Məni özünə aşiq etmisən. (əlindəki güzgüyə baxır) Bu onun güzgüsüdür? Nə verir bu güzgü sənə?
Nahid: Axı sən heç kəsin bilmədiyini sən bilirsən Aytac! Sən bilirsən mən yalnız onu sevirəm, onu. Bu güzgünü onun çantasından oğurlayıb yadigar saxlamışam. Onun ətrini alıram bu güzgüdən.
Aytac: Yenə o? Yenə o? (ağlayır) Yenə o? Bəsdir. Axı niyə anlamırsan ki, o ölüb! O intəhar etdi. Asdı özünü asdı.
Nahid: İntəhar? (qəh-qəhə çəkir) İntəhar!... Yox! O ölməyib, o yaşayır, mən bilirəm. Mən onun nəfəsini hiss edirəm. Hər gün səhər mehi bu daxmaya onun ətrini hədiyyə gətirir.
Aytac: Tfu! Lənət sənə, alçaq! Axı niyə məni anlamırsan? Mən səni sevirəm!
Nahid: Sən mənim nəyimi sevirsən ay bədbəxt? Mən səndən yaşlıyam, bu gün sabah ölüb gedəcəyəm. İşsiz, gücsüz, axmaq bir yaramazam mən.
Aytac: Anlamırsan. Həm də axı o mənim sevdiyim qədər sevmirdi səni. Yooooox! O heç sevmirdi səni. Amma mən səni çox sevirəm. Yadına gəlir mənim sənin yanına ilk gəlişim?
Nahid: Yox, o qədər adam gəlib gedib ki mənim yanıma. Hamısını necə yadımda saxlayım mən? Təkcə onun gəlişi yadımdadır.