Orxan Bahadırsoy Pyeslər Orxan Elsevər oğlu Bahadırsoy


Nahid: Yalan? (qəh-qəhə çəkir)



Yüklə 84,18 Kb.
səhifə22/58
tarix25.12.2016
ölçüsü84,18 Kb.
#2852
1   ...   18   19   20   21   22   23   24   25   ...   58
Nahid: Yalan? (qəh-qəhə çəkir) Yalan!...

Gülay: Yenə belə etmə xahiş edirəm. Axı niyə aldadırsan məni?

Nahid: Gülay, sən özün də özünü aldadırsan. Məni niyə qısqanırsan?

Gülay: Mən özümü nə ilə aldadıram?

Nahid: Məni sevməklə. Yaxşı bilirsən ki, mən səni sevmirəm. Sevə də bilmərəm. Çünki mənim sevdiyim bircə qadın var. Amma sən yenə də səni sevdiyimi uydurub inandırırsan özünü.

Gülay: (gözündən yaş axır) Məni sevməyini istəyirəm. Axı mənim nəyim başqasından əskikdir? Gözələm, baxımlıyam.

Nahid: Ağıllısan, ehtiraslısan. Bu siz qadınların hamısında var. Amma onda... Onda o qədər fərqli xüsüsiyyətlər var ki...

Gülay: İlk dəfə səni görəndə ağlıma da gəlməzdi ki, sənə aşiq olaram. Mən iştəhadan kəsilmişdim, yata bilmirdim, tez əsəbləşirdim. Mütləq psixoloqa getməli idim. Sən məşhur psixoloq idin. Sənin yanına gəldim. Kömək istədim. Mənə bir ay hər gün müalicə etdin. İçimdə sənə qarşı böyük bir ehtiras yaranmışdı. Bir gecə öpdün məni. O öpüş məni dəli etdi. Sarıldım sənə. Yatdım səninlə.

Nahid: Bax, sizin hamınızı mənim bir öpüşüm dəli etdi. Amma o heç əlinə toxunmağa icazə vermədi.

Gülay: Mən ailəli idim. Hamı gülürdü mənə. Hamı fahişə damğası vurdu adıma. Ailəmi atdım. Bir övladıma həm ana həm ata olub mən səni sevdim. Hüç kəsi sevə bilmədiyim qədər sevdim səni.

Nahid: Mən isə yalnız onu sevirəm heç kəsi sevə bilmədiyim qədər.


Yüklə 84,18 Kb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   58




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin