Orxan Bahadırsoy Pyeslər Orxan Elsevər oğlu Bahadırsoy



Yüklə 84,18 Kb.
səhifə30/58
tarix25.12.2016
ölçüsü84,18 Kb.
#2852
1   ...   26   27   28   29   30   31   32   33   ...   58
Nərminə: Vay vay! Mən sənin halına acıdım lap. Amma mən səndə də günah görürəm. Nəyinə lazım idi axı bütün bunlar? Sakitcə öz işini görməli idin.

Nahid: Anlamazsan. Bunu düşünmə sən. Danış görüm sən neylədin.

Nərminə: Həyat nə qəribədir Nahid. 2 il əvvəl mən sənin yanına gələn yazıq qızcığaz idim. Sənə sığınırdım. İmdad umurdum.

Nahid: İndi də mən sənə sığınan yazığam. Səndən imdad umuram. (əllərini ovucuna alıb öpür)

Nərminə: Amma gör nələr etdim. Necə dəyişildim mən. Heç vaxt etmərəm dediklərimi etdim. Şöhrət, istək, arzular, xəyallar qapadı gözlərimi. İndi atam elə inciyib ki məndən heç yadına da salmır məni. Bəlkə də salır amma bunu bildirmir. Adım da gəlmir yadına. Anam hərdənbir danışır, yanıma da gəlir. Amma peşman deyiləm mən.

Nahid: Niyə peşman olmalısan ki... Xoşbəxt o insandır ki, arzusuna çatır. Çünki o həm güclüdür, həm də şanslı. Sən həm güclü, həm də şanslı bir xoşbəxtsən. Həyatdan daha nə istəyirsən. O özündə olan bütün gözəlliklərdən pay verib sənə.


Yüklə 84,18 Kb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   58




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin