Nahid: Bunların hamısı doğrudur. Amma hər bir halda bu həsrətin bir sonu olmalıdır. Məni yenə bu həsrət içində atıb gedəcəksən?
Nərminə: Bəlkə də. Nə bilmək olar? Ataram. Elə bilirsən acıyaram sənə? Rəhmim gələr? Axı sən özün ürəksiz, rəhmsiz birisən. Bu qədər qadının hisləri ilə oynayıb, onlarla əylənib, aldadıb, alçaldıb zibil kimi tullamısan. Bunun intiqamını həyat almalıdır səndən. Mütləq almalıdır.
Nahid: Mən onlarla oynamamışam. Mən onlara heçnə vəd etməmişəm.
Nərminə: Amma onların həyatına girmisən. Bağlamısan özünə.
Nahid: Mən bağlamamışam. Bağlanıblar. Məndə nə qəbahət var ki? Mən güclü kişiyəm. Onlar məni arzulayıb həmişə.