Züleyxa: Hə, sən də bu sözlərlə məni asan ram edəydin hə!?
Qüdrət: Ay qadan alım, ay qurban olum, hansı dildə deyim ki, mənim Rusiyada arvadım zadım yoxdur. 70 illik ömrümdə bir xanım-xatun arvadım olub, o da sən! Tək səni sevmişəm, tək səni istəmişəm, səndən başqasına heç bamamışam da!
Züleyxa: Bəh, bəh! Elə bil şairdir e, ölməyəsən, ay Qüdrət, day sənə sözüm yoxdur! Deyirsən yəni orda arvadın zadın yoxdur da.
Qüdrət: Arvadım yoxdur amma zadı deyə bilmərəm...
Züleyxa: Necə yəni?
Qüdrət: Əşi zad deyə bir şey yoxdur axı. Yəni bu zad kimi sözlər bekaçılıqdan yaranıb. Onların mənası yoxdur. Mən də deyirəm yəni zadım yoxdur.
Züleyxa: Bir şey başa düşdümsə üzümə lənət!
Qüdrət: Elə başa düşməsən yaxşıdır! Sən get çay gətir, içək.
Züleyxa: (qalxır) Amma sənin canın haqqı, Qüdrət, bir gün sarı arvad bir sarı qızla gəlsə bu evə, desə ki, “mən Qüdrətin arvadıyam, bud a qızıdır”, sənin canın üçün elə həmin dəqiqə səndən boşanacağam.