Taksi sürücüsü: Baxın, bu belədir. Onunla dəfələrlə söhbət etmək istəmişəm. Deyirəm bəlkə bir kömək edə bildim bu yazığa. Amma hər sözümə belə əndrabadi formada lağ eləyir.
Nərminə: (Nahidə) Bağışlayın, siz burda qalırsız?
Nahid:(diskinir) Hə? (dizləri üstdə oturub qadına baxır) Sarı saçlar, gömgöy gözlər, mənalı baxışlar, incə bədən, ağ və zərif qadın dərisi... Offf! (diqqətlə baxır) Zor şeysən ki!
Nərminə: Necə? (məətəl)
Nahid: Heç deyirəm kaş bu kişi burda olmayaydı. Sən olaydın bir də mən. (sürücüyə) İblis! Qoymazsan... (yenidən sayıqlayır)
Nərminə: Bu kişi nə demək istəyir?
Taksi sürücüsü: Xanım, siz buna fikir verməyin. Bu dəlidir. Gəlin gedək.