Nahid: Mənsə tanımıram. (Nərminəyə) Mənim heç vaxt sarışın qadınım olmayıb. Yox, sən mənim qadınım deyilsən. Özünü mənə sırımaq istəyirsən? Utanmırsan?
Nərminə: (donub qalıb) Mən?
Nahid:(sürücüyə) Sən!
Taksi sürücüsü: Əstəğfurullah! Zibilə düşmüşük e. Ay xanım, gəlin gedək xahiş edirəm.
Bu vaxt Nərminənin telefonuna zəng gəlir.
Nərminə: Alo!... Bəli, eşidirəm... Aha... Yaxşı, bir saata ordayam... (telefonu çantasına qoyur. Sürücüyə) Gəlin gedək. Maraqlı insandır. (diqqətlə Nahidə baxır o isə sayıqlayır.)