Orxan Pamuk Bəyaz Qala



Yüklə 1,55 Mb.
səhifə4/13
tarix23.02.2017
ölçüsü1,55 Mb.
#9536
1   2   3   4   5   6   7   8   9   ...   13

planlar qurulduğunu hiss edirmiş. Buna görə Paşanın dediyi kimi, silah üçün çalışacaqsa, bunu

gəldi-gedər vəzir üçün deyil, Padşaha təqdim etmək üçün hazırlamalıymış.

Düşündüm ki, bir ara ancaq bu naməlum silah planı ilə əlləşir, çalışırdı, amma davam

eləmirdi. Davam eləsəydi, mənə ürəyini açacağından, məni alçaltmalı olsa da, nə fikirləşdiyimi

öyrənmək üçün planlarını mənə danışacağından əmin idim. Bir axşam iki-üç həftədə etdiyimiz

kimi, Ağsaraydakı o evə gedib, musiqi dinləyəndən sonra qadınlarla yatıb evə qayıdırdıq. Xoca

mənə dedi ki, səhərə qədər işləyəcək, sonra məndən qadınları soruşdu, heç etmədiyimiz bir şey

idi qadınlardan danışmaq, sonra birdən dedi ki, “fikirləşirəm”, amma nəyi fikirləşdiyini deməmiş

evə gələn kimi otağına keçdi. Mən də artıq səhifələrini belə çevirməyə üşəndiyim kitabların

yanında qaldım və onu davam etdirmədiyinə inanmadığım hər hansı bir planını, yaxud da

düşüncəsini, qapandığı otaqda hələ tam vərdiş etmədiyi masanın arxasında oturub qarşısındakı

boş kağızlara baxdığını, masanın ətrafında saatlarla utanc və hirslə boş-boş oturduğunu

düşündüm.

Gecəyarısından çox sonra otağından çıxdı, kiçik bir problemlə üzləşdiyi üçün kömək

istəyən şagirdin təvazökar utancaqlığıyla məni içəri, masasının yanına çağırdı. Heç çəkinmədən

dedi: “Mənə kömək et. İşləri birgə düşünək, təkcə davam edə bilmirəm”. Bir an bunun qadınlarla 22

əlaqəli bir şey olduğunu düşünüb susdum. Mənasız-mənasız baxdığımı görəndə, ciddi-ciddi dedi:

“Axmaqlar haqqında düşünürəm. Niyə o qədər axmaqlar var?. Sonra mənim cavabımı bilirmiş

kimi əlavə etdi: “Yaxşı, axmaq deyillər, amma beyinlərində nəsə çatmır”. “Onların” kimliyini

soruşmadım. “O məlumatları beyinlərində saxlayacaq bir yer yoxdumu?”- dedi, sanki bir söz

axtarırdı, ətrafına baxdı. “Beyinlərinin içində bir qutu, bu şkafın gözləri kimi, qarışıq əşyaları

içinə yerləşdirməsi mümükün olan bir künc olmalıdır, amma sanki elə bir şey yoxdu. Başa

düşürsən?”, nəsə başa düşdüyümə özümü inandırmaq istəyirdim, amma çox da başa düşə

bilmirdim. Uzun müddət ikimiz də susduq. Ən axırda dedi: “Onsuz da guya insanın niyə elə,

yaxud da belə olduğunu kim bilir ki? Ah, kaş ki, həqiqi bir həkim olaydın və mənə öyrədəydin,

dedi, sonra əlavə etdi: “Bədənlərimizi və beynimizin içini”. Sanki bir qədər utandı. Məni

qorxutmaq istəmədiyi üçün bu haqda sağlam bir tövrlə açıqladı: Təslim olmayacaqmış, sonuna

qədər gedəcəkmiş, həm nəhayətdə nə olacaq deyə maraqlandığı üçün, həm də edə biləcəyi başqa

bir şey olmadığı üçün. Başa düşə bilmirdim, amma bütün bunları məndən öyrəndiyini düşünmək

mənə xoş gəlirdi.

Sonralar özümüzü elə aparırdıq ki, guya hansı məna kəsb etdiyini bilmirik və bu sözü teztez təkrarlayırdıq. Amma ilişdiyi bu höcətlikdə daha çox sual verən xəyalpərvər bir tələbənin

ədası hiss olunurdu, hər dəfə sonuna qədər gedəcəyini deyəndə, mən, başına gələn hadisələrin

səbəblərini soruşan çarəsiz bir aşiqin hüznlü və əsəbi gileylənməsinə şahid olduğumu zənn

edirdim. O ərəfələrdə bu sözü tez-tez deyirdi, yeniçərlərin üsyan hazırladıqlarını öyrəndiyi vaxt

deyirdi, uşaq məktəbindəki şagirlərin ulduzlardan daha çox mələklərlə maraqlandığını

danışarkən deyirdi, çoxlu pul verərək aldığı əlyazmanı daha yarısını oxumamış əsəbi şəkildə

kənara tullayandan sonra və artıq sırf alışqanlığa görə muvaqqitxanədə görüşüb danışdıqları

dostlarından ayrılandan sonra deyirdi və yaxşı qızdırılmamış hamamda soyuqladıqdan sonra və

ətrafına və güllü yorğanını üstünə sərdiyi kitabları ilə yatağına uzanandan sonra və məscidin

əlüzyuyanında dəstəmaz alanların axmaqcasına danışdıqlarına qulaq asandan sonra deyirdi və

Venesiyalılara məğlub olduğunu öyrənəndən sonra və yaşının keçmək üzrə olduğunu deyərək

onu evləndirmək üçün onunla görüşməyə gələn məhəllə əhlini səbirlə dinləyəndən sonra yenə

deyirdi: Sonuna qədər mübarizəsini davam etdirəcəkmiş.

İndi düşünürəm: bu yazdıqlarımı axıra qədər oxuyan kim, baş verənləri, ya da xəyal edərək

nəql etdiyim hər şeyi səbirlə izləyən hansı oxucu deyə bilər ki, Xoca niyə bu sözünün üstündə

durmadı?23

4

Yayın axrına yaxın günlərdə baş münəccim Hüseyn Əfəndinin cəsədini İstiniyyə sahilində



tapıldığını eşitdik. Paşa qətl üçün fitva əmrini ən axırda alıb, o da gizləndiyi yerdə rahat

durmayıb, Sadiq Paşanın yaxın günlərdə öləcəyi ehtimalı var deyə hər yana kağızlar yolladığına

görə yerini biliblər. Anadoluya keçmək istəyərkən cəlladlar qayığına çatıb boğublar. Malınınmülkünün müsadirə edildiyini öyrənəndə Xoca baş münəccimin kağızlarını, kitablarını,

dəftərlərini ələ keçirmək üçün fəaliyyətə keçdi: bunun üçün yığdığı nə qədər pulu varsa, hamısını

rüşvətə xərclədi. Bir axşam evə yekə bir sandıq içində gətirdiyi minlərlə kitabı bir həftə içində

əxz elədikdən sonra bundan lap yaxşısını düzəldə biləcəyini dedi.

Dediyini eləyərkən mən də ona kömək etdim. Padşaha təqdim etməyə qərar verdiyi

“Həya-ül-Heyvan və Əcaib-ül-Məxluqat” adlı iki risalə üçün Empolidəki evimizin geniş

bağçalarında, çayırlarında gördüyüm gözəl atlar, qeyri-adi eşşəklər, dovşanlar, kərtənkələlər

haqqında ona danışdım.

Xoca intuisiyamın nə qədər geniş olduğunu deyəndən sonra, su zanbaqları olan

hovuzumuzdakı bığlı firəng qurbağalarını, Siciliya ləhcəsi ilə danışan mavi tutuquşuları və

cütləşməmişdən əvvəl otururub bir-birinin tüklərini təmizləyən sincabları ona xatırladaraq

danışdım. Sultanın çox maraqlandığı, amma sarayın birinci həyətinin təmizliyinə görə lazımınca

məlumat sahibi olmadığı mövzulardan biri olan qarışqaların həyatı uzun müddət diqqətlə

araşdırdığımız sahələrdən biri oldu.

Xoca qarışqaların nizamlı, məntiqli həyatını qələmə alarkən uşaq Padşahı öyrədəcəyimizi

də düşünürdü. Bu məqsəd üçün bizə məlum olan qara qarışqaların məlumatı tam əks

etdirmədiyini görəndə, Amerikadakı qırmızı qarışqaların həyat sistemindən danışdı. Bu da ona

Amerika adlandırılan, ilanlı ölkədə yaşayan və yaşadıqları həyatı dəyişdirməyən qul

vətəndaşların başlarına gələnlər haqqında həm kin-küdurətli, həm də çoxhissəli bir kitab yazmaq

fikrində olduğunu bildirdi: Mənə bu haqda əhatəli danışarkən deyirdi ki, ova getməyi xoşalayan

bir uşaq kralın elmlə maraqlanmadığı üçün, nəticədə ispaniyalı kafirlər tərəfindən necə peşman

edildiyini yazacaq, zənnimcə, kitabı axıra qədrə yazmağa cəsarəti çatmadı. Qanadlı mamontları,

altıayaqlı öküzləri, ikibaşlı ilanları daha başa düşülən tərzdə çəkmək üçün çağırtdırdığımız

miniatür ustasının çəkdikləri ikimizi də razı salmadı. “Orjinalı əvvələr beləydi, indiysə hər şey

üçölçülü, orjinal kölgəli, - bir bax- eninə olanda da kölgəsini arxasındakı oxşarı kürəyində

daşıyan kimi səbirlə dözərək daşıyır.” – Xoca dedi.

Sultanın soruşdurmadığına görə, risalələri Padşaha, Paşanın vasitəsi ilə verməyi

qətiləşdirmişdi, amma sonra buna görə çox peşman oldu. Paşa ulduz elminin boş şey olduğunu,

baş münəccim Hüseyn Əfəndinin boyundan böyük işlərə girişdiyini, siyasi oyunlar oynadığını,

Xocanın da indi onun boş qalan yerində gözü olmağından şübhələndiyini, elm adlanan şeyə

inandığını, amma bunun ulduzlara yox, silahlarla əlaqəli olduğunu, baş münəccimliyin uğursuz

bir iş olduğunu, bunun o vəzifəyə gələnlərin hamısının nəhayətdə öldürülmələrindən, ya da lap

pisi, nə vaxtsa sirri faş edib yox olmaqlarından başa düşdüyünü, çox istədiyi və elminə güvəndiyi

Xocanın da bu səbəbdən, bu vəzifəyə yiyələnməyi heç də istəmədiyi, onsuz da təzə baş

münəccimin bu işin lazımınca öhdəsindən gələ biləcək qədər axmaq və saf olan Sıdqı Əfəndi

olacağını, Xocanın əvvəlki baş münəcimin kitablarını əldə etməyini eşitdiyini, bu işlə

maraqlanmamasını təvəqqe etdiyini ona deyib. Xoca da ona, elmdən başqa bir şeylə

maraqlanmadığını deyərək, Padşaha çatdırmasını istədiyi risalələri verib. Axşam elmdən özgə

şeylə maraqlanmayacağını, amma bu elmi reallaşdırmaq üçün lazım olan hər şeyi də edəcəyini

deyib, ilk işi olaraq da Paşaya lənət oxudu.

Sonrakı ay, idrakımızın yaratdığı rəngli heyvanlara uşağın necə bir reaksiya göstərməsiylə

maraqlanarkən, Xoca hələ də saraydan niyə çağırılmadığını düşünürdü. Nəhayət, ova çağırdılar,

o Padşahın yanına, məni ancaq uzaqdan baxmaq üçün, Kağızxana dərəsinin sahilindəki Miraxor

köşkünə getdik, adam çox idi. Bostançıların başçısı hər şeyi hazırlayıb: dovşanları və tülküləri

qovurandan sonra arxasınca tazıları bişirdilər, biz də baxdıq: Dovşanın biri digərlərindən ayrılıb 24

özünü suya atanda hamı ona baxdı: üzə-üzə qarşıdakı sahilə keçmək istəyəndə bostançılar ora da

it göndərmək istədilər, amma uzaqdakıları da eşidirdik. Padşah dovşanın azad olmağına izin

vermədi. Amma yad bir it digər sahildəymiş, dovşan yenə özünü suya atdı, amma it ona çatdı,

bostançılar tez yüyürüşüb dovşanı onun ağzından aldılar. Padşahın hüzuruna gətirdilər. Uşaq tez

heyvanı yoxlatdırdı, bədənində ciddi bir yara olmadığını görəndə sevindi, o sonra dağın başına

gedib dovşanın aşağı atılmasını əmr verib. Sonra aralarında Xocanı və qırmızı saçlı zənəni

gördüyüm qələbəlik də Padşahın ətrafına toplaşdılar.

Axşam Xoca danışdı. Padşah soruşub ki, bu hadisə necə yozulmalıdı? Hamıdan sonra,

növbə özünə gələndə, Xoca, Sultana deyib ki, heç gözlənilməyən yerdən düşmənlər peyda

olacaq, amma təhlükədən sağ-salamat çıxacaqsan. Düşmənlərin ölüm təhlükəsindən danışan,

hətta Padşahla dovşanı bir tutan bu yozumu pisləməyə səy göstəriblərsə də, Sultan aralarında

təzə baş münəccim Sıdqı Əfəndinin də olduğu insanları susdurub, Xocanın sözlərinin qulağına

sırğa olacağını deyib. Sonra biz-biz tükü olan qaranquşun can hovlu özünü müdafiə etməsinə və

arsız tazıların kiçik hissələrə ayırdıqları bir tülkünün acınacaqlı ölümünü seyr edərkən Sultan

aslanın biri dişi, biri də erkək, bir-birinə uyğun iki bala doğduğunu, heyvanlar haqda olan

kitabları çox xoşladığını deyib və Xocadan Nil ətrafındakı çayırlarda rast gəlinən mavi öküzləri

və çəhrayi pişikləri soruşub.

Sarayda hansısa hadisələrin baş verməsi xəbərini bu hadisədən çox sonra eşitdik: Kösəm

Sultan yeniçərlərin ağaları ilə razılaşıb, Sultanı və anasını öldürüb yerinə Şahzadə Süleymanı

keçirmək üçün plan qurublar, amma sonra planlarını pozmayıblar. Kösəm Sultanın ağzından,

burnundan qan gələnə qədər boğub öldürüblər, Xoca baş verənləri muvaqqitxanaya gələn səfeh

dostlarının dedi-qodularından eşidirdi, bir də məktəbə gedirdi ordan da öyrənirdi, başqa heç yerə

çıxmırdı.

Payızda bir ara yenə də kosmoqrafiya ilə məşğul olmağa qərar verdi, amma ümidsizliyə

qapıldı: Rəsədxana lazım idi, üstəlik axmaqların ulduzlara qara qəpik vermədiyi kimi, ulduzlar

da axmaqlara dirsək göstərirdi. Qış gəldi, qapalı günlər başladı və bir gün öyrəndi ki, Paşa

təhlükədədir. Onu da boğduracaqlarmış, amma Validə Sultan razı olmayıb, malını-mülkünü

əlindən alıb Ərzincana sürgün eləyiblər. Bir daha ölümündən özgə heç bir xəbərini eşitmədik.

Xoca dedi ki, artıq heç kəsdən qorxmur, heç kəsə də beş köpüklük minnət borcu yoxdu, bunları

deyərkən məndən nə qədər şey öyrənib-öyrənməməyini bilmirəm. Artıq uşaqdan da, anasından

da çəkinirmiş, az qalırıdı ki, desin: “Ya dövlət başa, ya quzğun leşə”, amma evimizdə qalır,

kitablar arasında sakitcə oturur, Amerikadakı qırmızı qarışqalardan danışaraq təzə bir

qarışqanamənin xəyallarını qururduq.

Ondan əvvəlkilər və ondan sonrakı bir çox qış kimi o qışı da evdə keçirdik, heç bir şey

olmadı. Soyuq gecələrdə, sazağın qapısından, bacasından girdiyi evin aşağı mərtəbəsində oturub

danışırdıq. Artıq mənə yuxarıdan-aşağı baxmırdı, ya da mənə xor baxmağa həya edirdi. Bu

yaxınlığı nə saraydan, nə də saraya yaxın bir çevrədən heç kəsin onunla əlaqə saxlamaması ilə

əlaqələndiridim. Bəzən də düşünürdüm ki, aramızdakı oxşarlığı mənim qədər o da düşünür, artıq

mənə baxarkən özünü gördüyünü düşünürdüm, mənə baxanda özünü görər deyə maraqlanırdım:

Nəyi düşünürdü? Heyvanlar haqqında yenə də uzun bir risalə yazıb qurtarmışdıq, amma Paşanın

sürgün olunduğuna görə və Xoca saraya girib-çıxan uzaq tanışlarının heç birinin minnətini

götürməyə hazır olmadığı üçün, risalə masanın üstündə qalırdı. Aradabir boş keçirdiyim günlərin

sıxıntısı ilə səhifələri açar, çəkdiyim bənövşəyi çəyirtikələrə, uçan balıqlara baxar, Padşahın bu

sətirləri oxuyanda nə fikirləşəcəyini düşünərdim.

Xocanı bir də baharın əvvəlində çağırdılar. Uşaq onu görəndə çox sevinib: Xocanın

dediyinə görə, hər hərəkətindən, hər sözündən Xocanı xeyli vaxtı düşündüyünü, amma

ətrafındakı səfehlərin təzyiqi ilə axtarmadığını başa düşürmüş. Padşah tez ata nənəsinin

planından söz salıb, Xocanın bu təhlükəni əvvəlcədən gördüyünü deyib, amma Xoca, Sultanın bu

təhlükədən sağ-salamat qurtaracağını da əvvəlcədən bilib. O gecə sarayda canına qəsd edənlərin

qışqırıqlarını eşidərkən uşaq qətiyyən qorxmayıb, çünki yadına dovşanı dişləyən xain it düşüb.

Padşah tərifli sözlərdən sonra, Xocaya uyğun bir yerdən dirilik verilməsini buyurub. İş 25

sənədləşdirilib təsdiqlənməmiş, Xoca getmək məcburiyyətində qalıb, deyiblər ki, dirilik bəraəti

üçün yayın axrını gözləsin.

Gözləyərkən, diriliyin gəlirinə güvənərək Xoca bağçada çox da böyük olmayan bir

rəsədxana qurmağı planlaşdırdı, qazılacaq quyunun ölçülərini, yerləşdirəcəyi mexanizmin

maliyyəsini hesabladı, amma bu dəfə tez bezdi: O ərəfədə şkafda Takiyüddün əldə etdiyi

astronomik nəticələr toplanmış kitabın pis əlyazmasından çıxardılmış nüsxəsini tapmışdı. İki

ayını tapdığı kitabı isbat etməyə xərclədi, amma nəhayətdə, hansı səhvin öz ucuz

avadanlıqlarından, hansının Takiyüddən, hansının da əlyazması pis olan katibin diqqətsizliyindən

qaynaqlandığını bilmədiyi üçün hirsləndi. Əsəblərini daha da gərginləşdirən şey altmışlıq üsulla

hesablanmış triqonometrik qrafika cədvəllərinin arasına kitabın əvvəlki sahiblərindən birinin

yerləşdirdiyi, vəznli, qafiyəli misralar idi. Kitab sahibi əbcəd hesabı və başqa üsullarladan

istifadə edərək dünyanın gələcəyi haqqında təvazökarlıqla proqnozlar vermişdi. Ən axırda, dörd

qızdan sonra bir oğlan uşağı olacaq, günahsızı günahkardan ayıran biri peyda olacaq, qonşusu

Bahəddin Əfəndi öləcəkmiş. Xoca bu qənaətləri oxuyarkən əvvəl əyləndisə də, sonra ümidsizliyə

qapıldı. Başımızın içindən, qəribə və qorxuducu bir qaranlıqdan danışılırdı: Sanki qapağını açıb

içinə baxa biləcəyimiz sandıqlardan, otağın içindəki şkaflardan danışılıdığını da vurğulayırdı.

Padşah söz verdiyi dirilik nə yayın axırında verildi, nə də qışa yaxın. Növbəti bahar isə

Xocaya yeni bir qərar hazırlandığını deyiblər, ona qədər gözləməliymiş. Bu ərəfədə, az da olsa

saraya çağırılır, çartlayan bir aynanın, Yassı ada düzənliklərinə düşən yaşıl ildırımın, durduğu

yerdə dağım-dağım olan gilas suyu ilə dolu sürahinin yozumunu və son yazdığım risalədəki

heyvanlar haqqında Padşahın soruşduğu sualları cavablandırırdı. Evə qayıdanda uşağın həddibulüğ çağına yetişdiyini dedi, insanın ən asan təsirə düşən çağı bu çağ idi. Padşahı ələ alacaqmış.

Bu məqsədlə təzə bir kitab yazmağa başladı. Məndən asteklərin süqutunu, Kortezin

xatirələrini eşitmişdi, ağlında elmə diqqət ayırmadığı üçün haqqında bədii bir şey yazılan zavallı

bir uşağın əhvalatı əvvələr də vardı. O vaxtlar yaxşı insanlar yuxulayarkən toplarıyla,

avadanlıqlarıyla , qorxuducu mifləriylə və silahlarıyla onları məğlub edib öz qayda-qanunlarına

boyun əydirən namusuzlardan danışırdı, amma çəkilib yazdığı şeyləri o vaxtlar məndən

gizlədirdi. Hiss edirdim, gözləyirdi ki, əvvəlcə mən maraqlanım, amma o günlərdə məni qeyriadi bədbəxtliyə itələyən yurd həsrəti, ona qarşı olan kinimi artırmışdı, marağımı gizlədirdim.

Özümü elə göstərməyə başladım ki, guya ucuz olduğu üçün alıb oxuduğu cildləri çırıq kitabları

və mənim danışdıqlarımı əsas götürərək yaradıcı zəkasının yaratdığı nəticələri bilmək istəmirəm.

Öz iş otağı kimi düzəltdiyi yuxardakı kiçik otağa çıxırdı, düzəltdirdiyi masamızda

əyləşirdi, hətta düşünürdü də, amma yaza bilmirdi, bunu özü də hiss edirdi, həm də bilirdim ki,

yaza bilmir, düşündüklərini, mənim bəyəndiyimi öyrənməmiş yazmağa cəsrətinin çatmadığını da

bilirdim. Onu özünə inanmaqdan tam çəkindirən, yuxarıdan-aşağı baxdığı mənim bəsit

düşüncələrimin əskikliyi də deyildi. O əslində mənim kimilərin -“onların”, mənə bütün o

bilikləri öyrədən, beynimin içinə o düşüncəni, o elm gözlərini yerləşdirən başqalarının

məlumatlarını öyrənmək istəyirdi. Onlar, görəsən, bu vəziyyətdə nə düşünürlər? Məndən

soruşmaq istədiyi, amma soruşa bilmədiyi şey bu idi! Qürurunu tapdalayıb, bu sualı məndən

soruşmağını necə də çox gözlədim. Amma soruşmadı. Qurtardığını, yaxud qurtarmadığını

bilmədiyim bu kitabı, bir müddət sonra yarımçıq qoyub yenə o “axmaqlar”ın fikrinə düşdü.

Öyrənmək istədiyi əsl elm yolu onların niyə elə axmaq olduqlarını öyrənməkdən keçirdi,

beyinlərinin içinin niyə elə olduğunu bilib ona əsasən düşünməliydi! Düşünürdüm ki, saraydan

gözlədiyi nəticənin işarələrini almadığı üçün, eyni şeyləri ümidsizliklə təkrarlayır. Zaman boş-

boş axır, Padşahın həddi-büluğ çağı ona çox da sərf etmirdi.

Amma Köpürlü Mehmed Paşa baş vəzir olandan əvvəlki yaz, nəhayət, Xoca diriliyə

qovuşdu, həm də öz istədiyi yeri seçərək:Gəbzə yaxınlığındakı iki dəyirmanla, qəsəbəylə

arasında bir saat yol olan iki kəndin gəlirini birləşdirmişdilər. İşimizlə bağlı Gəbzəyə getdik,

təsadüf nəticəsində boş olan köhnə bir ev tutduq, amma Xoca burada keçirdiyimiz ayları,

gətirtdiyim masaya nifrətlə baxtdığı günləri unutmuşdu. Sanki evlə birlikdə xatirələri də

köhnəlmiş, çirkinləşmişdi, orda onsuz da keçmişdə qalan heç bir şeylə maraqlanmayacaq

səbirsizlik mövcud idi. Bir neçə dəfə kəndlərlə bağlı məlumatları dəqiqləşdirdi:Bundan əvvəlki 26

illərin gəlirini öyrəndi, dedi-qodusundan muvaqqitxanadaki dostlarından eşitdiyi Tərxunçu

Əhməd Paşanın təsiri ilə diriliyin hesabını çox bəsit və anlaşıqlı şəkildə göstərən bir dəftər

tutmaq üsulu tapdığını açıqladı.

Amma azadlığına və yararlılığına özünün də inanmadığı bu kəşfi ilə kifayətlənmədi:

Köhnə evin arxa həyətində oturaraq göyə baxa-baxa boş-boş keçirdiyi gecələr içindəki

astronomiya sevgisini təkrar alovlandırmışdı. Düşüncələrini bir addım daha irəli aparacağını

zənn edərək, bir ara onu mən də cəsarətləndirdim, amma niyyəti nəyisə müşahidə etmək, ya da

fikir irəli sürmək deyilmiş: Kənddə və Gəbzədə tanıdığı ən ağıllı gəncləri, uşaqları, ən ali elmi

onlara öyrədəcəyini hiss edərək evə çağırdı, məni yollayıb İstanbuldan gətirtdiyi modeli, zəngləri

təmir edib, yoxlayıb həyərin arxa hissəsində onlardan ötrü qurdu və bir axşam, haradan

yarandığını bilmədiyim ümid və güclə illər əvvəl Paşaya, daha sonra Padşaha danışdığı o göyüzü

haqqında qanunu heç də mürəkkəbləşdirməyərək təkrarladı. Gecənin yarısı bircə sual da

verməyərək evlərinə qayıdan adamlardan və astronomiyadan ümidini sonuncu dəfə kəsməsi

üçün, növbəti səhər qapımızın qarşısında, içindən hələ ilıq qan sızan bir qoyun ürəyi tapmağımız

bəs elədi.

Amma bu məğlubiyyəti çox da böyütmədi: Əlbəttə, dünyanın və ulduzların necə

fırlandığını başa düşən deyildilər, hələlik heç onların başa düşməyi də vacib deyildi, başa

düşməli olan artıq həddi-büluğ çağını qurtarmaq üzrəydi, bəlkə də, o da biz olmayanda bizi

axtarmışdı, görəcəyimiz işdən sonra əldə edəcəyimiz üç-beş manat üçün biz hədər yerə fürsəti

fövtə verirdik. İşlərimizi yoluna qoyub, ağıllı gənclərin ən ağıllı görünənini də eşikağası təyin

edəndən sonra, İstanbula qayıtdıq.

Ondan sonrakı üç il ən pis illərimiz oldu. Hər gün bir gün əvvəlkinin, hər ay ötən ayın, hər

mövsüm yaşadığımız başqa bir mövsümün bezdirici, əsəbiləşdirici təkrarıydı: Eyni şeyləri kədər

və ümidsizliklə təkrar görür və ad verə bilmədiyimiz məğlubiyyəti sanki hədər yerə gözləyirdik.

Yenə arada bir saraydan çağırtdırıb, heç yozulmamış yozumlar etməsini istəyirdilər, yenə hər

çərşənbə günortadan sonra həmişə toplaşdıqları yerdə elm dostları ilə görüşüb danışır, əvvəlki

kimi ardıcıl olmasa da, yenə səhərlər tələbələri görür və döyür, yenə arada bir onu evləndirməyə

gələnlərə, bu dəfə az da olsa qərarsızlıq içində qalsa da, müqavimət göstərir, yenə qadınlarla

yatmaq üçün, ta xoşlamadığı o musiqiyə qulaq asmaq məcburiyyətində qalır, yenə axmaqlara

qarşı olan nifrətindən bəzən sanki boğulur, yenə otağına qapanır, sərdiyi yatağına uzanıb

yanındakı əlyazmalarını, bayağı kitabları ordan-burdan hirslə vərəqlədikdən sonra, saatlarca

tavana baxaraq gözləyirdi.

Xoşbəxtliyini daha da artıran şey, muvaqqitxanya getməyə davam edən dostlarından

təfərrüfatını öyrəndiyi Köpürlü Məhməd Paşanın zəfərləri idi. Donanmanın venesiyalıları

məğlub etməyi, Bozcaadanın və Limninin geri alındığını, ya da üsyançı Abaza Həsən Paşanın

əzildiyini mənə deyərkən, bunların ən axırıncı və ötəri uğurlar olduğunu əlavə edirdi: yaxın

vaxtda axmaqlığın və bacarıqsızlığın palçığına batacaq şikəstin son tərpənişləri idi bunlar: sanki

bir-birini təkrarlayaraq bizi daha da çox yoran günləri dəyişdircək pis bir hadisə gözləyirdi. Həm

də elm deyə bayraq etdiyi varlığın da, yanında ümidi qalmadığı üçün tam mənada dura bilmirdi.

Yeni bir düşüncənin həyəcanına bir həftədən çox dayana bilmir, tez bir zaman da axmaqlarını

xatırlayaraq hər şeyi unudurdu. İndiyə qədər düşündükləri onun üçün bəs etmirdimi? Onun üçün

bu qədər beyin yormağa dəyərdimi? Bu qədər hirslənməyə dəyərdimi? Hələ o vaxtlar özünün

onlardan ayırmağı lap təzə öyrəndiyi üçün, bu elmin mahiyyətinə çatmaq üçün lazım olan gücü

və istəyi öz içində cəmləyə bilmirdi. Amma özünün onlardan fərqli olduğuna artıq inanırdı.

Daha çox nəzərəçarpan ilk həyəcan daxili sıxıntıdan əmələ gəldi. Artıq başını heç bir

mövzuda uzun-uzadı yormadığı üçün, o günlərdə vaxtını, eynən öz-özüylə oynamayan eqoist və

axmaq uşaqlar kimi evin içində bir otağa girib digərindən çıxaraq, bir mərtəbədən digərinə çıxıbdüşərək, pəncərələrdən boş-boş baxaraq keçirirdi. Taxta evi taq-taraq taqqıldadan bu

qurtarmayan əsəbiləşdirci gəzintiləri vaxtı mənim yanıma gələndə, məndən başqatılası bir

əyləncə, düşüncə və ümidləndirici söz gözlədiyini bilirdim. Amma bezginliyimə baxmayaraq

ona qarşı olan qəzəb və niftətim heç də azalmadığı üçün, gözlədiyi sözü ona demirdim. Məndən

cavab almaq üçün qürurunu qırıb, alçalaraq bir neçə cümlə dediyi vaxtlar belə istədiyi sözü ona 27

deməzdim, saraydan aldığı xeyrəyozulası bir xəbəri, ya da prinsiplə araxasınca gedərsə, burnu

ovulacaq bir nəticəylə üzləşəcəyi yeni fikirini eşidəndə, ya özümü eşitməməzliyə vururdum, ya

da dediyi şeyin ən bayağı tərəfini üzə çıxararaq həyəcanını azaldırdım. Daxili boşluqda,

ümidsizlik içində qıvrılmağını seyr eləmək mənə xoş gəlirdi.

Amma sonralar başını qatacaq yeni düşüncənin də bu boşluqda olduğunu gördü, bəlkə, bu

hal öz-özü ilə qaldığı üçün beləydi, bəlkə də, heç bir şeyin üstündə tam dəqiqliyi ilə dayanmayan

fikri öz səbirsizliyinin sərhəddini keçə bilmədiyi üçün. O vaxt ona cavab verdim, çünki onu


Yüklə 1,55 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   13




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin