Otorinolarinqologiya ixtisası üzrə test suallarının nümunələri Burun və burunətrafı ciblərin kliniki anatomiya və fiziologiyası


) Kəskin xarici otitin hansı formasında ağızın açılması pozulmuş olur?



Yüklə 1,37 Mb.
səhifə12/18
tarix09.02.2017
ölçüsü1,37 Mb.
#7937
1   ...   8   9   10   11   12   13   14   15   ...   18

750) Kəskin xarici otitin hansı formasında ağızın açılması pozulmuş olur?

A) İrinlidə

B) Bədxassəlidə

C) Kataralda

D) Məhdudlaşmışda

E) Diffuzda


Ədəbiyyat: Пальчун В.Т. Крюков. A.И. «Оториноларингология» М.Медицина, 2001,стр. 388
751) Kəskin xarici otit zamanı xəstələrin şikayətləri sırasına nə aid deyil?

A) Qulaqda qaşınma

B) Qulaqda səs

C) Temperaturun yüksəlməsi

D) Kəskin otalgiya

E) Eşitmənin zəifləməsi


Ədəbiyyat: Пальчун В.Т. Крюков. A.И. «Оториноларингология» М.Медицина, 2001, стр. 388
752) Kəskin xarici otit zamanı ağrılar hara irradiasiya edə bilər?

A) Başa


B) Çənəaltı sahəyə

C) Gicgah – çənə oynağına

D) Gicgah nahiyyəsinə

E) Göstərilənlərin hamısına


Ədəbiyyat: Пальчун В.Т. Крюков. A.И. «Оториноларингология» М.Медицина,2001, стр. 387-389
753) Xarici otit xəstəliyində obyektiv müayinə zamani nə təyin edilmir?

A) Qulaq seyvanının palpasiyası və traqusun basılması zamanı ağrılar kəskin artır

B) Təbil pərdəsi prossesə qoşulmur

C) Qulaqətrafı limfa düyünləri palpasiya zamanı bərkimiş və ağrılı olurlar

D) Otoskopiya zamanı xarici qulaq dərisinin infiltrasiyası və hiperemiyaı hesabına keçəcəyin daralması

E) Eşitmə səsi nəql aparatının pozulması tipində zəifləmiş olur


Ədəbiyyat: Пальчун В.Т. Крюков. A.И. «Оториноларингология» М.Медицина, 2001, стр. 388
754) Kəskin xarici otitin yerli müalicəsində ən çox hansı dərman vasitəsi istifadə edilir?

A) Antifungallar

B) Ftorxinolonlar

C) Steroidlər

D) Antiseptiklər

E) Antibiotiklər


Ədəbiyyat: Пальчун В.Т. Крюков. A.И. «Оториноларингология» М.Медицина, 2001, стр 388
755) Kəskin xarici otitin müalicəsi nədən başlayır?

A) Fizioterapiyadan

B) Kompresslərdən

C) Burun damcılarından

D) Qulaq təmizləmədən

E) Ağrıkəsicilərdən


Ədəbiyyat: Пальчун В.Т. Крюков. A.И. «Оториноларингология» М.Медицина, 2001, стр 388

756) Kəskin xarici otitin etiotrop müalicəsinə nə aid deyil?

A) Antibiotikoterapiya

B) Hiberbarik oksigenasiya

C) Karbohidrat mübadiləsinin korreksiyası (göstəriş varsa)

D) Analgetiklər (göstəriş olsa)

E) Antifungalterapiya


Ədəbiyyat: Пальчун В.Т. Крюков. A.И. «Оториноларингология» М. Медицина, 2001,стр 388
757) Kəskin xarici otit zamanı nə etmək olmaz?

A) Qulaq təmizləmək

B) Eşitmə cihazından istifadə etmək

C) Antibiotikterapiya

D) Fizioterapiya etmək

E) Antiseptik qulaq damcıları tökmək


Ədəbiyyat: Пальчун В.Т. Крюков. A.И. «Оториноларингология» М. Медицина, 2001,стр 389
758) Kəskin xarici otitin müalicəsi zamanı neçə gün ərzində su proseduralarından imtina etmək lazımdır?

A) 7-10 gün

B) 2-4 gün

C) 5-7 gün

D) 6-8 gün

E) Lazım deyil


Ədəbiyyat: Пальчун В.Т. Крюков. A.И. «Оториноларингология» М. Медицина, 2001,стр 389
759) Metallarla təmas, yuyucu vasitələr, eşitmə cihazının işlədilməsi zamanı daha çox nə əmələ gələ bilər?

A) Psoriaz

B) Kontakt dermatit

C) Ekzematoz prosselər

D) Allergiya

E) Qızıl yel


Ədəbiyyat: Пальчун В.Т. Крюков. A.И. «Оториноларингология» М. Медицина, 2001,стр 383-389
760) Kəskin xarici otitin hansı formasında cərrahi müalicə məqsədəuyğundur?

A) Kəskin diffuz formada

B) Kəskin məhdudlaşmış formada

C) İrinli formada

D) Kataral formada

E) Bədxassəli formada


Ədəbiyyat: Пальчун В.Т. Крюков. A.И. «Оториноларингология» М. Медицина, 2001,стр 383-389
761) Xarici qulaq keçəcəyinin otomikozlarında,adətən, neçə həftə antifunqal müalicə aparılır?

A) 2 həftə

B) 4-6 həftə

C) 6-8 həftə

D) 1 həftə

E) 2-4 həftə


Ədəbiyyat: Пальчун В.Т. Крюков. A.И. «Оториноларингология» М. Медицина,2001,стр 391
762) Diffuz xarici otit zamanı neçə gün yerli antibiotik və qlükokortikoidlər istifadə edilir?

A) 5 gün


B) 8 gün

C) 12 gün

D) 10 gün

E) 3 gün
Ədəbiyyat: Пальчун В.Т. Крюков. A.И. «Оториноларингология» М. Медицина,2001,стр 389


763) Xarici otitdə residivləşmə zamanı, adətən, nə tətbiq edilmir?

A) Anatoksinlərin vurulması

B) Vaksinterapiya

C) Vitaminlər (A, B qrupu, C)

D) Autohemoterapiya

E) Cərrahi müalicə


Ədəbiyyat: Пальчун В.Т. Крюков. A.И. «Оториноларингология» М. Медицина,2001,стр 389
764) Kəskin xarici otitin yerli müalicəsində hansı dərmanlar istifadə olunur?

A) Bor turşusunun 3%-4% li spirtli məhlulu

B) 3% li alüminium –asetat məhlulu

C) Bunların hamısı

D) Sirkə turşusu ilə hidrokortizon

E) 2% li sirkə turşusu məhlulu


Ədəbiyyat: Пальчун В.Т. Крюков. A.И. «Оториноларингология» М. Медицина,2001,стр 388
765) Bədxassəli xarici otitlərin müalicəsinə hansı aiddir?

A) Hiperbarik oksigenasiya

B) Parenteral antibiotikoterapiya

C) Sadalananların hamısı

D) 3-4% -li bor turşusu məhlulunun damızdırılması

E) Göy irin çöplərinə qarşı spesifik bakteriofaq məhlulunun damızdırılması


Ədəbiyyat: Пальчун В.Т. Крюков. A.И. «Оториноларингология» М. Медицина,2001,стр 389
766) Xəstədə müayinə zamanı xarici qulaq keçəcəyinin aşağı divarında çiban üzə çıxarılmışdır. Topoqrafiyanı nəzərə alaraq çibanın bu lokalizasiyası zamanı hansı ağırlaşmaları daha çox gözləmək olar?

A) Mastoidit

B) Üz sinirinin parezi

C) Çənəarxası limfoadenit

D) Vidaci venanın trombozu

E) Parotit


Ədəbiyyat: Пальчун В.Т. Крюков. A.И. «Оториноларингология» М. Медицина,2001,стр 386
767) Təbil pərdəsində çəkicin dəstəyinin qısalması, qısa çıxıntısının, ön və arxa büküşlərinin qabarması kimi otoskopik şəkli ilə xarakterizə olunan orta qulağın kəskin xəstəliyi hansıdır?

A) Mastoidit

B) Kəskin salpingit

C) Latent otit

D) Kəskin kataral otit

E) Sekretor otit


Ədəbiyyat: Пальчун В.Т. Крюков. A.И. «Оториноларингология» М. Медицина,2001,стр 397
768) Rentgenoqrammada mastoiditin hansı əlamətləri var?

A) Məməyəbənzər çıxıntı hüceyrələrinin havalılığının azalması

B) Hüceyrələrin sklerozlaşması

C) Hüceyrələrarası arakəsmələrin destruksiyasının azalması

D) Hüceyrəarası arakəsmələrin kölgələrinin intensivliyinin artması

E) Selikli qişanın qalınlaşması


Ədəbiyyat: Пальчун В.Т. Крюков. A.И. «Оториноларингология» М. Медицина,2001,стр. 422
769) Xarici qulaq keçəcəyinin sümük şöbəsinin arxa – yuxarı divarının sallanması ilə özünü göstərən kəskin iltihabı xəstəlik hansıdır?

A) Kəskin xarici otit

B) Xarici qulaq keçəcəyinin absesi

C) Mastoidit

D) Kəskin miringit

E) Kəskin irinli orta otit


Ədəbiyyat: Пальчун В.Т. Крюков. A.И. «Оториноларингология» М. Медицина,2001,стр 419
770) Ziqomatisitə hansı kliniki əlamət xas deyildir?

A) Qulaq seyvanının aşağı və bayıra yerini dəyişməsi

B) Xarici qulaq keçəcəyinin sümük şöbəsinin arxa – yuxarı divarının sallanması

C) Qulaqarxası sahədə ağrı və şişkinlik

D) Almacıq çıxıntısı nahiyyəsində şişkinliyin olması

E) Almacıq çıxıntısı nahiyyəsində ağrının olması


Ədəbiyyat: Лихачев А.Г. «Справочник по оториноларингологии», М.Медицина, 1981, стр165

771) Mastoiditin zirvə formasının proqressiv inkişafında iltihabı prosses hansı sahəyə daha çox yayıla bilər?

A) S - ə bənzər sinusa

B) Labirintə

C) Beyin qişalarına

D) Divararalığına

E) Boyun toxumalarına


Ədəbiyyat: Пальчун В.Т. Крюков. A.И. «Оториноларингология» М. Медицина,2001, стр 420
772) Kəskin orta otit kimdə ən çox rast gəlinir?

A) Yeniyetmələrdə

B) Uşaqlarda

C) Böyüklərdə

D) Hamıda

E) Qocalarda


Ədəbiyyat: Пальчун В.Т. Крюков. A.И. «Оториноларингология» М. Медицина,2001,стр 395
773) Hansı risk faktorları kəskin orta otit xəstəliyini yaratmır?

A) Sinus infeksiyaları

B) Yuxarı tənəffüs yollarının virus infeksiyası

C) Soyuq fəsillər

D) Burun – udlağın iltihabi xəstəlikləri

E) İsti və nəm iqlim


Ədəbiyyat: Пальчун В.Т. Крюков. A.И. «Оториноларингология» М. Медицина,2001,стр 395
774) Hansı risk amili kəskin orta otit xəstəliyini yaradır?

A) Şəkərli diabet

B) Eşitmə cihazından istifadə

C) Burun tənəffüsünün pozulmasi

D) Üzgüçülük

E) Isti və nəm iqlim


Ədəbiyyat: Пальчун В.Т. Крюков. A.И. «Оториноларингология» М. Медицина,2001,стр 395
775) Hansı infeksiya törədicisi kəskin orta otit xəstəliyinin yaranmasının səbəbi ola bilər?

A) Aspergillus graneus

B) Streptococcus pneumoniae

C) Pseudomonas aeruginosa

D) Candida

E) Aspergillus niger


Ədəbiyyat: Пальчун В.Т. Крюков. A.И. «Оториноларингология» М. Медицина,2001,стр 395
776) Kəskin orta otitin müalicəsində hansı seçim antibiotiki sayılır?

A) Seftriakson

B) Ofloksasin

C) Klaritromisin

D) Amoksisillin

E) Azitromisin


Ədəbiyyat: Пальчун В.Т. Крюков. A.И. «Оториноларингология» М. Медицина,2001,стр 402
777) Kəskin orta otitdə hansı risk faktorları uşaqlarda olmur?

A) Hormonal və maddələr mübadiləsi dəyişiklikləri

B) Qastroduodenal reflüks

C) Orta qulaq boşluqlarında miksoid toxumanın olması (erkən yaşlı uşaqlarda)

D) Geniş, düz, qısa və daha horizontal yerləşmiş eşitmə borusu

E) Passiv siqaret çəkmə


Ədəbiyyat: Пальчун В.Т. Крюков. A.И. «Оториноларингология» М. Медицина,2001,стр 406
778) Uşaqlarda kəskin orta otitdə hansı analgetiklər istifadə edirlər?

A) Analgin

B) İbuprofen

C) Diklofenak

D) Spazmalqon

E) Pentalgin


Ədəbiyyat: Пальчун В.Т. Крюков. A.И. «Оториноларингология» М. Медицина,2001,стр 407
779) Qradeniqo sindromu hansı xəstəliyin əsas kliniki göstəricisidir?

A) Antrit

B) Labrintit

C) Petrozit

D) Mastoidit

E) Ziqomatisit


Ədəbiyyat: Пальчун В.Т. Крюков. A.И. «Оториноларингология» М. Медицина,2001,стр 428
780) Qradeniqo sindiromuna hansı simptom daxil deyildir?

A) Göz qapağının düşməsi (ptoz)

B) Qulaqda küy

C) Göz almasının hərəkət məhdudluğu

D) Üz sinirinin parezi

E) Xəstə qulaq tərəfdə daha çox gecələr olan çox güclü baş ağrıları


Ədəbiyyat: Пальчун В.Т. Крюков. A.И. «Оториноларингология» М. Медицина,2001,стр 420-421,428
781) Mastoiditin zirvə formaları nə ilə seçilir?

A) Məməyəbənzər çıxıntı ətrafı nahiyəyə irinin açılıb tökülməsi yeri ilə

B) Kəllədaxili ağırlaşmaların formaları ilə

C) Ağrı sindiromunun lokalizasiyası ilə

D) Petrozitin tez – tez inkişaf etməsi ilə

E) Heç nə ilə


Ədəbiyyat: Пальчун В.Т. Крюков. A.И. «Оториноларингология» М. Медицина, 2001,стр 420
782) Mastoidit zamanı S - ə bənzər sinusun trombozu nə ilə xarakterizə olunur?

A) Kerniq simptomu ilə

B) Subfebril temperatur ilə

C) Ağrıların olmaması ilə

D) Qan formulunun kəskin sola meyilliyi ilə

E) Ürəkbulanma və qusma ilə


Ədəbiyyat: Пальчун В.Т. Крюков. A.И. «Оториноларингология» М. Медицина,2001,стр 514
783) Mastoidit zamanı S - ə bənzər sinusun trombozu nə ilə xarakterizə olunur?

A) Hektik temperaturla

B) Ürəkbulanma və qusma ilə

C) Ağrıların olmaması ilə

D) Kerniq simptomu ilə

E) Nistaqmla


Ədəbiyyat: Пальчун В.Т. Крюков. A.И. «Оториноларингология» М. Медицина, 2001,стр 514
784) Mastoidit zamanı S - ə bənzər sinusun trombozu nə ilə xarakterizə olunur?

A) Kerniq simptomu ilə

B) Subfebril temperaturla

C) Qrizinger simptomu ilə

D) Ürəkbulanma və qusma ilə

E) Nistaqmla


Ədəbiyyat: Лихачев А.Г.«Справочник по оториноларинголоши», М.Медицина, 1981, стр.258
785) Kəskin orta otiti olan xəstələrdə mastoiditin olub-olmamasını nə təsdiq edə bilər?

A) Sadalananların hamısı

B) Qulaqarxası büküşün hamarlanması

C) Qulaqarxası nahiyədə dəri örtüyünün pastozluğu

D) Xarici qulaq keçəcəyi yuxarı – arxa divarının sallanması

E) Qulaq seyvanının irəli qabarması


Ədəbiyyat: Пальчун В.Т. Крюков. A.И. «Оториноларингология» М. Медицина,2001,стр 418
786) Kəskin orta otitin reparativ mərhələsində nə müşahidə olunmur?

A) Hiperemiyası keçir

B) Axıntılar kəsilir

C) Eşitmə normallaşır

D) Təbil pərdəsinin dəliyi bitişir

E) Otalogiya


Ədəbiyyat: Пальчун В.Т. Крюков. A.И.«Оториноларингология» М. Медицина,2001,стр 401
787) Kəskin orta otiti ən çox hansı xəstəliklə differensasiya etmək lazımdır?

A) Antrit

B) Kəskin sinusit

C) Labrintit

D) Mastoidit

E) Kəskin xarici otit


Ədəbiyyat: Пальчун В.Т. Крюков. A.И. «Оториноларингология» М. Медицина,2001,стр 397-401
788) Mure və Orleanski mastoiditi zamanı məməyəbənzər çıxıntının hansı hüceyrələri zədələnir?

A) Periantral

B) Künc

C) Astana



D) Zirvə

E) Almacıq


Ədəbiyyat: Лихачев А.Г.«Справочник по оториноларингологии»,М.Медицина,1981, стр166
789) İrinli otoreyası olan xəstədə məməyəbənzər çıxıntının sklerotik tipi müəyyən olunmuşdur.Qulaqda hansı proses haqqında düşünmək olar?

A) Sekretor otit haqqında

B) Xroniki perforativ orta otit haqqında

C) Tubootit haqqında

D) Kəskin perforativ orta otit haqqında

E) Adheziv otit haqqında


Ədəbiyyat: Пальчун В.Т. Крюков. A.И. «Оториноларингология» М. Медицина,2001,стр 432

790) 20 yaşlı xəstə qulaqdan irinli ifrazatın olmasından şikayətlənir.Bu zaman traqusun basılması ağrılıdır.Hansı xəstəlikdən şübhələnmək olar?

A) Mastoidit

B) Kəskin irinli orta otit

C) Kəskin xarici otit

D) Gicgah – çənə oynağının artriti

E) Xroniki irinli orta otit


Ədəbiyyat: Пальчун В.Т. Крюков. A.И.«Оториноларингология» М. Медицина,2001,стр 386
791) Daxili qulaqda iltihabi xəstəliyi olan xəstədə kəllədaxili ağırlaşma simptomları əmələ gəlmişdir.Birinci növbədə hansı nahiyyə haqqında fikirləşmək lazımdır?

A) Beyinin gicgah payı

B) Arxa kəllə çüxuru

C) Orta kəllə çüxuru

D) Beyinin alın payı

E) Ön kəllə çüxuru


Ədəbiyyat: Пальчун В.Т. Крюков. A.И.«Оториноларингология» М. Медицина,2001,стр 494
792) Qəbula sağ xarici qulaq keçəcəyində saat batareyası olan uşağı gətirmişlər.Uşaq həyəcanlıdır,ağlayır.Nə etməli?

A) Ağrıkəsici və iltihab əleyhinə dərmanllar təyin etmək və yad cismin çıxarılmasını təxirə salmaq

B) Qulağa spirtli damcı təyin etməklə yad cismin çıxarılmasını təxirə salmaq

C) Pinset vasitəsilə yad cismi çıxartmaq

D) Su ilə yumaqla yad cismi çıxartmaq

E) Qarmaq vasitəsilə yad cismi çıxartmaq


Ədəbiyyat: Пальчун В.Т. Крюков. A.И.«Оториноларингология» М. Медицина,2001,стр 487
793) 65 yaşlı xəstədə insulindən asılı diabet və xroniki xarici otit var.O,qulaqda kəskin ağrılar,qulaq seyvanının ödemi, seyvanarxası sahədə şişkinlik şikayətləri ilə qəbula gəlmişdir.İlkin olaraq hansı diaqnoz qoyulmalıdır?

A) Mastoidit

B) Qranulyasiyon xarici otit

C) Məhdudlaşmış xarici otit

D) Subperiostal abses

E) Nekrozlaşan xarici otit


Ədəbiyyat: Пальчун В.Т. Крюков.A.И. «Оториноларингология» М. Медицина,2001,стр 388
794) Kəskin irinli destruktiv orta otitin inkişaf etməsində həlledici infeksiya növü hansıdır?

A) Qızılca

B) Göbələk

C) Pnevmakokk

D) Stafilokokk

E) Adenovirus


Ədəbiyyat: Пальчун В.Т. Крюков.A.И. «Оториноларингология» М. Медицина, 2001,стр 412
795) Bullyoz otit nədir?

A) İltihab mənşəli otit

B) Vərəm mənşəli otit

C) Difteriya mənşəli otit

D) Göbələk mənşəli otit

E) Virus xəstəliyi


Ədəbiyyat: Пальчун В.Т. Крюков.A.И.«Оториноларингология» М. Медицина, 2001,стр 386
796) Kəskin orta otit zamanı hansı əlamətlər olduqda parasentez aparılmır?

A) Nistaqm olduqda

B) Eşitmə zəifliyi olduqda

C) Üz sinirinin parezi olduqda

D) Ənsə əzələlərinin rigidliyi olduqda

E) Təbil pərdəsinin şişməsi olduqda


Ədəbiyyat: Пальчун В.Т. Крюков.A.И. «Оториноларингология» М. Медицина, 2001,стр 403

797) Mastoiditin müalicəsində əsas müalicə üsulu hansıdır?

A) Mastoidotomiya

B) Antrotomiya

C) Timpanotomiya

D) Parasentez

E) Anitibiotikoterapiya


Ədəbiyyat: Пальчун В.Т. Крюков.A.И.«Оториноларингология» М. Медицина,2001,стр 422
798) Mastoiditin cərrahi müalicəsində göstərilənlərdən hansı şöbə birinci reviziya və drenaj olunur?

A) Orta qulağın bütün boşluqları

B) Heç biri

C) Təbil boşluğu

D) Xarici qulaq keçəcəyi

E) Antirum


Ədəbiyyat: Пальчун В.Т. Крюков.A.И.«Оториноларингология» М. Медицина,2001,стр 423
799) Masoiditin müalicəsində göstərilənlərdən hansı şöbə birinci reviziya və drenaj olunur?

A) Təbil boşluğu

B) Heç biri

C) Məməyəbənzər çıxıntı hüceyrələri

D) Orta qulağın bütün boşluqları

E) Xarici qulaq keçəcəyi


Ədəbiyyat: Пальчун В.Т. Крюков. A.И. «Оториноларингология» М. Медицина,2001,стр 423
800) Kəskin orta otit zamanı hansı əlamətlər olduqda parasentez aparılmır?

A) Təbil pərdəsinin şişməsi olduqda

B) Nistaqm olduqda

C) Üz sinirinin parezi olduqda

D) Autofoniya zamanı

E) Ənsə əzələlərinin rigidliyi olduqda


Ədəbiyyat: Пальчун В.Т. Крюков.A.И.«Оториноларингология» М. Медицина,2001,стр 403
801) Xroniki irinli orta otitin əsas yerli səbəbi hansıdır?

A) Xroniki faringit

B) Xroniki bronxit

C) Xroniki tonzillit

D) Xroniki adenoidit

E) Karioz dişlər


Ədəbiyyat: Пальчун В.Т. Крюков. A.И.«Оториноларингология» М. Медицина,2001,стр 428

802) Xroniki irinli orta otitin əsas yerli səbəbi hansıdır?

A) Heç biri

B) Xroniki haymorit

C) Xroniki bronxit

D) Xroniki tonzillit

E) Xroniki faringit


Ədəbiyyat: Пальчун В.Т. Крюков. A.И.«Оториноларингология» М. Медицина,2001,стр 428
803) Xroniki otitin patogenezində əsas faktor hansıdır?

A) Orqanizmin müqavimətinin zəifləməsi

B) Eşitmə borusu funksiyasının pozulması

C) Avitaminoz

D) Orqanizmin sensibilizasiyası

E) Burun tənəffüsünün pozulması


Ədəbiyyat: Пальчун В.Т. Крюков.A.И.«Оториноларингология» М. Медицина,2001,стр 428
804) Xroniki orta otitin patogenezində əsas faktor hansıdır?

A) Avitaminoz

B) Orqanizmin sensibilizasiyası

C) Burun tənəffüsünün pozulması

D) Kəskin orta otitin yarımçıq müalicəsi

E) Orqanizmin müqavimətinin zəifləməsi


Ədəbiyyat: Пальчун В.Т. Крюков. A.И.«Оториноларингология» М. Медицина,2001,стр 428
805) Adheziv otit nə ilə xarakterizə olunmur?

A) Təbil pərdəsində deformasiya

B) Təbil pərdəsinin hərəkət pozğunluğu

C) Təbil pərdəsində perforasiya

D) Səsi nəqletmə aparatının pozğunluğu tiğində zəifeşitmə

E) Təbil pərdəsində çapıqlar


Ədəbiyyat: Пальчун В.Т. Крюков. A.И.«Оториноларингология» М.Медицина,2001,стр 414
806) Adheziv otitin müalicəsində hansı metod istifadə olunmur?

A) Eşitmə borusunun pnevmatizasiyası

B) Pnevmomassaj

C) Timpanoplastika

D) Timpanopunksiya

E) Antrodrenaj


Ədəbiyyat: Пальчун В.Т. Крюков. A.И.«Оториноларингология» М. Медицина,2001,стр 414
807) Xroniki irinli mezotimpanit nə ilə xarakterizə olunur?

A) Orta qulağın ancaq selikli qişasının zədələnməsi ilə

B) Təbil pərdəsinin sallanmış hissəsinin zədələnməsi ilə

C) Eşitmənin səsi qəbuletmə aparatının pozulması tipində zəifləməsi ilə

D) Təbil pərdəsində kənarı perforasiyanın olması ilə

E) İltihabı prossesin sümüyə keçməsi ilə


Ədəbiyyat: Пальчун В.Т. Крюков. A.И.«Оториноларингология» М. Медицина,2001,стр 430
808) Xroniki irinli epitimpanit nə ilə xarakterizə olunur?

A) Orta qulağın ancaq selikli qişasının zədələnməsi ilə

B) Eşitmənim daha çox səsi qəbuletmə aparatının pozulması tipində zəifləməsi ilə

C) İltihabı prosesin sümüyə keçməsi ilə

D) Təbil pərdəsinin dartılmış hissəsində perforasiyanın olması ilə

E) Heç bir halda xolesteatomanın olmaması ilə


Ədəbiyyat: Пальчун В.Т. Крюков. A.И. «Оториноларингология» М. Медицина,2001,стр 436
809) Xroniki irinli epitimpanit nə ilə xarakterizə olunur?

A) Təbil pərdəsinin kənari perforasiyasının olması

B) Orta qulağın ancaq selikli qişasının zədələnməsi ilə

C) Eşitmənin daha çox səsi qəbul etmə aparatının pozulması tipində zəifləməsi ilə

D) Təbil pərdəsinin dartılmış hissəsində perforasiyanın olması ilə

E) Heç bir halda xolesteatomanın olmaması ilə


Ədəbiyyat: Пальчун В.Т. Крюков. A.И. «Оториноларингология» М. Медицина,2001,стр 436
810) Xroniki irinli epitimpanit nə ilə xarakterizə olunur?

A) Təbil pərdəsinin sallanmış hissəsində perforasiyanın olması

B) Heç bir halda xolesteatomanın olmaması ilə

C) Eşitmənin daha çox səsi qəbul etmə aparatının pozulması tipində zəifləməsi

D) Orta qulağın ancaq selikli qişasının zədələnməsi ilə

E) Təbil pərdəsinin dartılmış hissəsində perforasiyanın olması ilə


Ədəbiyyat: Пальчун В.Т. Крюков. A.И. «Оториноларингология» М. Медицина,2001,стр 436
811) Xroniki irinli mezotimpanit nə ilə xarakterizə olunur?

A) Təbil pərdəsinin dartılmış hissəsində perforasiyanın olması

B) İltihabı prossesin sümüyə keçməsi ilə

C) Təbil pərdəsinin sallanmış hissəsinin zədələnməsi ilə

D) Təbil pərdəsində kənarı perforasiyanın olması ilə

E) Eşitmənin səsi qəbuletmə aparatının pozulması tipində zəifləməsi ilə


Ədəbiyyat: Пальчун В.Т. Крюков. A.И. «Оториноларингология» М. Медицина,2001,стр 430
812) Xroniki tubootitin müalicəsinə hansı üsul aid deyildir?

A) Eşitmə borusunun pnevmatizasiyası

B) Damarbüzücü burun damcıları

C) Təbil pərdəsinin pnevmomassaji

D) Timpanotomiya

E) Hiposensibibizəedici dərmanlar


Ədəbiyyat: Пальчун В.Т. Крюков. A.И. «Оториноларингология» М. Медицина,2001,стр 414
813) Xroniki irinli epitimpanitin müalicəsinə hansı üsul aiddir?

A) Sanasiyaedici əməliyyat

B) Mirinqoplastika

C) Antrodrenaj

D) Timpanoplastika

E) Attikə məlhəm əsaslı uzunmüddətli təsirə malik antibakterial dərmanların yeridilməsi


Ədəbiyyat: Пальчун В.Т. Крюков. A.И. «Оториноларингология» М. Медицина,2001,стр 440
814) Xroniki irinli epitimpanit zamanı xəstədə ürəkbulanma, qusma, nistaqm müşahidə olunsa hansı kəllədaxili ağırlaşmadan şübhələnmək lazımdır?

A) Labirintit

B) Beyindaxili abses

C) Sinustromboz

D) Meningit

E) Epidural abses


Ədəbiyyat: Пальчун В.Т. Крюков. A.И. «Оториноларингология» М. Медицина,2001,стр 446
815) Kəskin orta otiti olan 4 yaşlı uşaqda yüksək hərarət fonunda ürəkbulanma,qusma,ənsə əzələlərinin rigidliyi müşahidə olunur.Lyumbal punksiyada sitoz 1 mkl – də 10 hüceyrə təşkil etmişdir.Xəstədə hansı ağırlaşmadan şübhələnmək olar?

A) Meningit

B) Beyin absesi

C) İntoksikasiyon sindrom

D) Labirintit

E) Ensefalit


Ədəbiyyat: Пальчун В.Т. Крюков. A.И. «Оториноларингология» М. Медицина,2001,стр 406

Yüklə 1,37 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   18




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin