505) Hansı xəstəlik burun furunkuluna meyillik yaradır?
A) Leykoz
B) Şəkərli diabet
C) Heç biri
D) Tireotoksikoz
E) Hemofiliya
Ədəbiyyat: В.Т. Пальчун, А.И.Крюков «Оториноларингология»: Руководство для врачей. М.: Медицина, 2001 стр. 165-167.
506) Burun balıqqulaqlarının selikli qişasında göyümsov və ağ ləkələrin olması hansı xəstəliyə xarakterikdir?
A) Hamısı
B) Kəskin qeyri-spesifik rinit
C) Hipertrofik rinit
D) Vazomator rinit
E) Atrofik rinit
Ədəbiyyat: В.Т. Пальчун, А.И.Крюков «Оториноларингология»: Руководство для врачей. М.: Медицина, 2001 стр. 192-194
507) Haymorit çox zaman hansı mənşəli olur?
A) Heç biri
B) Travmatik
C) Odontogen
D) Rinogen
E) Hamısı
Ədəbiyyat: В.Т. Пальчун, А.И.Крюков «Оториноларингология»: Руководство для врачей. М.: Медицина, 2001 стр. 218-222
508) Rinogen haymoriti üst çənənin kəskin periostitindən necə differensasiya etmək olar?
A) Alveolyar çıxıntının toxumasında dəyişikliklərin olması ilə
B) Ağ qan göstəricilərinin dəyişiklikləri ilə
C) Ağrı hissinin xarakterindən irəli gələrək
D) Heç biri
E) Burun boşluğundan ifraz olunan irinin xarakterinə görə
Ədəbiyyat: В.Т. Пальчун, А.И.Крюков «Оториноларингология»: Руководство для врачей. М.: Медицина, 2001 стр. 218-222
509) Haymor cibinin punksiyası,adətən, haradan icra olunur?
A) Aşağı burun keçəcəyindən
B) Orta burun keçəcəyindən
C) Yuxarı burun keçəcəyindən
D) Cibin ön divarından
E) Heç biri
Ədəbiyyat: В.Т. Пальчун, А.И.Крюков «Оториноларингология»: Руководство для врачей. М.: Медицина, 2001 стр. 222-224
510) Xroniki rinitin hansı formasında burun qanaxması müşahidə olunur?
A) Atrofik
B) Allergik
C) Hipertrofik
D) Kataral
E) Hamısı
Ədəbiyyat: В.Т. Пальчун, А.И.Крюков «Оториноларингология»: Руководство для врачей. М.: Медицина, 2001 стр. 180-184
511) Löfler basilləri nə zaman tapılır?
A) Vərəmdə
B) Ozenada
C) Skleromada
D) Difteriyada
E) Sifilisdə
Ədəbiyyat: В.Т. Пальчун, А.И.Крюков «Оториноларингология»: Руководство для врачей. М.: Медицина, 2001 стр. 568-569
512) Volkoviç-Friş çöpü hansı xəstəlikdə tapılır?
A) Difteriyada
B) Vərəmdə
C) Ozenada
D) Sifilisdə
E) Skleromada
Ədəbiyyat: В.Т. Пальчун, А.И.Крюков «Оториноларингология»: Руководство для врачей. М.: Медицина, 2001 стр. 559-561
513) Burunun qanayan polipi harada yerləşir?
A) Burun arakəsməsinin qığırdaq hissəsində
B) Xəlbir sümüyü labirintinin perpendikulyar səhifəsində
C) Burun arakəsməsinin sümük hissəsində
D) Burun boşluğunun dibində
E) Heç biri
Ədəbiyyat: В.Т. Пальчун, А.И.Крюков «Оториноларингология»: Руководство для врачей. М.: Медицина, 2001 стр. 526
514) Hematosinusun səbəbi nədir?
A) Yuxarı çənənin travması
B) Xoanal polip
C) Burun arakəsməsi əyriliyi
D) Kəskin haymorit
E) Hamısı
Ədəbiyyat: В.Т. Пальчун, А.И.Крюков «Оториноларингология»: Руководство для врачей. М.: Медицина, 2001 стр. 250-251
515) Haymor boşluğunun hematosinusu zamanı həkimin taktikası necə olmalıdır?
A) Hamısı
B) Haymor boşluğunun punksiyası
C) Heç biri
D) Antibakterial terapiya
E) Haymor cibində radikal əməliyyat
Ədəbiyyat: В.Т. Пальчун, А.И.Крюков «Оториноларингология»: Руководство для врачей. М.: Медицина, 2001 стр. 252-253
516) Mikrohaymorotomiyaya göstəriş nədir?
A) İrinli-polipoz haymorit
B) Hamısı
C) Əng cibinin yenitörəməsi
D) Əng cibi kistası
E) Heç biri
Ədəbiyyat: В.Т. Пальчун, А.И.Крюков «Оториноларингология»: Руководство для врачей. М.: Медицина, 2001 стр. 254
517) Əng cibində radikal əməliyyata göstəriş nədir?
A) Hamısı
B) Kistanın xaric edilməsi
C) Yad cismin xaric edilməsi
D) Xroniki infeksiya ocağının sanasiyası
E) Heç biri
Ədəbiyyat: В.Т. Пальчун, А.И.Крюков «Оториноларингология»: Руководство для врачей. М.: Медицина, 2001 стр. 232-234
518) Hansı cibin xəstəliklərində trepanopunksiya edilir?
A) Əng cibi
B) Alın cibi
C) Hamısı
D) Əsas cib
E) Xəlbir sümüyü labirinti
Ədəbiyyat: В.Т. Пальчун, А.И.Крюков «Оториноларингология»: Руководство для врачей. М.: Медицина, 2001 стр. 236
519) Burun sümüklərinin repozisiyasından sonra ön tamponadanı nə ilə yerinə yetirmək daha məqsədəuyğundur?
A) Zeytun yağı ilə
B) Aminokapron turşusu ilə
C) Naftizinlə
D) Hamısı
E) Hidrokortizon məlhəmi ilə
Ədəbiyyat: В.Т. Пальчун, А.И.Крюков «Оториноларингология»: Руководство для врачей. М.: Медицина, 2001 стр. 215-217
520) Burun furunkulunun ağırlaşması kimi hansı sinusun trombozu baş verə bilər?
A) Siqmayabənzər
B) Hamısı
C) Kavernoz
D) Köndələn
E) Heç biri
Ədəbiyyat: В.Т. Пальчун, А.И.Крюков «Оториноларингология»: Руководство для врачей. М.: Медицина, 2001 стр. 166
521) Drenaj funksiyasının pozulması və irin yığılması nəticəsində baş verən əng cibi divarlarının dartılması necə adlanır?
A) Pnevmosele
B) Piosele
C) Mukosele
D) Hemosele
E) Heç biri
Ədəbiyyat: В.Т. Пальчун, А.И.Крюков «Оториноларингология»: Руководство для врачей. М.: Медицина, 2001 стр. 221-228
522) Drenaj funksiyasının pozulması və selik yığılması nəticəsində baş verən əng cibi divarlarının dartılması necə adlanır?
A) Piosele
B) Heç biri
C) Hemosele
D) Pnevmosele
E) Mukosele
Ədəbiyyat: В.Т. Пальчун, А.И.Крюков «Оториноларингология»: Руководство для врачей. М.: Медицина, 2001 стр. 221-228
523) Vazomotor rinitin neyro-vegetativ formasının cərrahi müalicə üsulu hansıdır?
A) Vazotomiya
B) Septoplastika
C) Konxotomiya
D) Hamısı
E) Etmoidotomiya
Ədəbiyyat: В.Т. Пальчун, А.И.Крюков «Оториноларингология»: Руководство для врачей. М.: Медицина, 2001 стр. 194-196
524) Baş beyinin rinogen abssesləri əsasən hansı hissədə olur?
A) Hamısı
B) Təpə payı
C) Ənsə payı
D) Gicgah payı
E) Alın payı
Ədəbiyyat: В.Т. Пальчун, А.И.Крюков «Оториноларингология»: Руководство для врачей. М.: Медицина, 2001 стр. 521-522
525) Vazomotor rinitin əlamətləri hansılardır?
A) Burun qanaxması, burundan kəskin qoxu, burun tənəffüsünün çətinləşməsi
B) Paroksizmal asqırma, selikli ifrazat, burun tənəffüsünün çətinləşməsi
C) Burun qanaxması, burun tənəffüsünün çətinləşməsi, paroksizmal asqırma
D) Paroksizmal asqırma, selikli-irinli ifrazat, burundan kəskin qoxu
E) Heç biri
Ədəbiyyat: В.Т. Пальчун, А.И.Крюков «Оториноларингология»: Руководство для врачей. М.: Медицина, 2001 стр. 192-194
526) Ozena üçün hansı simptom xarekterikdir?
A) Burun selikli qişasının hipertrofiyası
B) Residivverən burun qanaxmaları
C) Hamısı
D) Hiperosmiya
E) Anosmiya
Ədəbiyyat: В.Т. Пальчун, А.И.Крюков «Оториноларингология»: Руководство для врачей. М.: Медицина, 2001 стр. 190-192
527) Anosmiya və burun qanaxması hansı sınığın əlamətidir?
A) Burun sümüklərinin
B) Heç biri
C) Xəlbir sümüyünün xəlbir səhifəsinin
D) Xəlbir sümüyünün kağız səhifəsinin
E) Xəlbir sümüyünün perpendikulyar səhifəsinin
Ədəbiyyat: В.Т. Пальчун, А.И.Крюков «Оториноларингология»: Руководство для врачей. М.: Медицина, 2001 стр. 251
528) Xroniki atrofik rinitin əmələ gəlməsinə nə səbəb olur?
A) Quru və isti iqlim
B) Dəniz iqlimi
C) Heç biri
D) Burun arakəsməsi əyriliyi
E) Nəm və soyuq iqlim
Ədəbiyyat: В.Т. Пальчун, А.И.Крюков «Оториноларингология»: Руководство для врачей. М.: Медицина, 2001 стр. 180-183
529) Rinolit nədir?
A) Heç biri
B) Bulloz balıqqulağı
C) Burun boşluğu kistası
D) Burun boşluğu yenitörəməsi
E) Burun daşı
Ədəbiyyat: В.Т. Пальчун, А.И.Крюков «Оториноларингология»: Руководство для врачей. М.: Медицина, 2001 стр. 198
530) Burun arakəsməsi hematomasının səbəbi nədir?
A) Burun travması
B) Hamısı
C) Burun yad cismi
D) Burun qanaxması
E) Burun boşluğu yenitörəməsi
Ədəbiyyat: В.Т. Пальчун, А.И.Крюков «Оториноларингология»: Руководство для врачей. М.: Медицина, 2001 стр. 202-203
531) Rinolitin əmələ gəlmə səbəbi nədir?
A) Vazomotor rinit
B) Allergik rinit
C) Burun boşluğu yad cismi
D) Atrofik rinit
E) Hipertrofik rinit
Ədəbiyyat: В.Т. Пальчун, А.И.Крюков «Оториноларингология»: Руководство для врачей. М.: Медицина, 2001 стр. 198
532) Kəskin sinusitin əmələ gəlməsinə, əsasən, nə səbəb olur?
A) Heç biri
B) Kəskin rinit və xroniki rinitin kəskinləşməsi
C) Şişlər
D) Yad cisimlər
E) Burun arakəsməsi əyriliyi
Ədəbiyyat: В.Т. Пальчун, А.И.Крюков «Оториноларингология»: Руководство для врачей. М.: Медицина, 2001 стр. 218-219
533) Hansı faktor sinusitin patogenezinin əsas faktorlarından deyil?
A) Ciblərdə oksigenin parsial təzyiqinin azalması və aşağı PH
B) Ciblərin sekresiya məhsullarının keyfiyyətinin dəyişməsi
C) Burun boşluğu damarlarının artmış doluqanlılığı
D) Burun ətrafı ciblərin drenaj funksiyasının pozulması
E) Mukosiliar nəqlin pozulması
Ədəbiyyat: В.Т. Пальчун, А.И.Крюков «Оториноларингология»: Руководство для врачей. М.: Медицина, 2001 стр. 219-220
534) Kəskin rinitin mərhələləri hansılardır?
A) Selikli qişanın qıcıqlanması; seroz ifrazat; selikli-irinli ifrazat
B) Selikli qişanın qıcıqlanması; selikli-irinli ifrazat
C) Vazodilatasiya və ödem; seroz ifrazat
D) Mukosiliar nəqlin pozulması; seroz ifrazat
E) Heç biri
Ədəbiyyat: В.Т. Пальчун, А.И.Крюков «Оториноларингология»: Руководство для врачей. М.: Медицина, 2001 стр. 173-174
535) Hansı amillər kəskin sinusitin əmələ gəlməsinə səbəb olur?
A) Burun boşluğu yad cisimləri
B) Təkrarlanan KRX və KRVİ
C) Burun tamponadası
D) Allergiya
E) Hamısı
Ədəbiyyat: В.Т. Пальчун, А.И.Крюков «Оториноларингология»: Руководство для врачей. М.: Медицина, 2001 стр. 218-220
536) Hansı mikroorqanizmlər daha çox kəskin bakterial sinusiti törədir?
A) Streptococcus pneumoniae və Haemophillus influenzae
B) Heç biri
C) Mycoplasma pneumoniae
D) Streptococcus aureus
E) Hamısı
Ədəbiyyat: В.Т. Пальчун, А.И.Крюков «Оториноларингология»: Руководство для врачей. М.: Медицина, 2001 стр. 218-220
537) Hansı mikroorqanizmlər mikotik sinusitin törədiciləridir?
A) Criptococcus
B) Aspergillus
C) Candida
D) Hamısı
E) Legiontilla
Ədəbiyyat: В.Т. Пальчун, А.И.Крюков «Оториноларингология»: Руководство для врачей. М.: Медицина, 2001 стр. 218-220
538) Kəskin bakterial sinusitin əlamətləri hansılardır?
A) Heç biri
B) Hamısı
C) İltihablı cibin səthi palpasiyası zamanı ağrı
D) Orta burun keçəcəyində irinli ifrazat
E) Burun selikli qişasının hiperemiyaı və ödemi
Ədəbiyyat: В.Т. Пальчун, А.И.Крюков «Оториноларингология»: Руководство для врачей. М.: Медицина, 2001 стр. 218-223
539) Burun boşluğu və burun ətrafı ciblərin vizualizasiyasının “qızıl standartı” nədir?
A) Sintiqrafiya
B) Kontrastlı rentgenoqrafiya
C) Kompyuter tomoqrafiya
D) Endoskopiya
E) Ultrasəs
Ədəbiyyat: В.Т. Пальчун, А.И.Крюков «Оториноларингология»: Руководство для врачей. М.: Медицина, 2001 стр. 222-224
540) Göz yuvasının sinusit nəticəsində əmələ gələn iltihabi xəstəlikləri hansılardır?
A) Göz qapaqlarının reaktiv ödemi
B) Hamısı
C) Orbitanın fleqmonası
D) Orbital sellulit və subperiostal abses
E) Göz qapaqlarının absesi
Ədəbiyyat: В.Т. Пальчун, А.И.Крюков «Оториноларингология»: Руководство для врачей. М.: Медицина, 2001 стр. 515-517
541) Sinusitlərin kəllədaxili ağırlaşmaları hansılardır?
A) Beyin absesi
B) Meningit
C) Mağaralı cibin trombozu
D) Hamısı
E) Epidural və subdural abses
Ədəbiyyat: В.Т. Пальчун, А.И.Крюков «Оториноларингология»: Руководство для врачей. М.: Медицина, 2001 стр.517-522
542) Xroniki sinusitlərin müalicəsi zamanı antibiotikoterapiya kursunun müddəti nə qədər olmalıdır?
A) Heç biri
B) 10-14 gün
C) Hamısı
D) 3 həftə
E) 4-6 həftə
Ədəbiyyat: В.Т. Пальчун, А.И.Крюков «Оториноларингология»: Руководство для врачей. М.: Медицина, 2001 стр. 228-232
543) “Medikamentoz rinit” nədir?
A) Heç biri
B) º-adrenergik effektli ödeməleyhinə vasitələrin istifadəsi nəticəsində əmələ gələn residivverən rinit
C) Sprey şəklində istənilən dərman vasitəsinin istifadəsi nəticəsində əmələ gələn rinit
D) Antihistaminlərlə müalicə nəticəsində əmələ gələn kəskin rinit
E) Antibiotiklərin istifadəsi nəticəsində əmələ gələn residivverən rinit
Ədəbiyyat: В.Т. Пальчун, А.И.Крюков «Оториноларингология»: Руководство для врачей. М.: Медицина, 2001 стр. 192-195
544) Xəstəliyin davametmə müddətinə görə sinusitlər,əsasən, hansı formalara ayrılırlar?
A) Kəskin sinusit
B) Residivverən kəskin sinusit
C) Xroniki sinusit
D) Nozokomial sinusit
E) Hamısı
Ədəbiyyat: В.Т. Пальчун, А.И.Крюков «Оториноларингология»: Руководство для врачей. М.: Медицина, 2001 стр. 218-220
545) Virus mənşəli sinusitin əsas simptomları hansılardır?
A) Mialgiya, yorğunluq, zəiflik və s
B) Hamısi
C) Burun selikli qişasının nəzərəçarpan hiperemiyası
D) Çox miqdarda selikli axıntı
E) Burun tənəffüsünün çətinləşməsi
Ədəbiyyat: В.Т. Пальчун, А.И.Крюков «Оториноларингология»: Руководство для врачей. М.: Медицина, 2001 стр. 218-220
546) 10 yaşlı uşaq burun boşluğunun sağ yarısından tənəffüsün çətnləşməsi, selikli-irinli ifrazat, sağ tərəfdən burun qanaxması şikayətləri ilə həkimə baş vurmuşdur. Ön rinoskopiyada toxunma zamanı tez qanayan qırmızı rəngli şişəbənzər törəmə aşkar olundu. Arxa rinoskopiyada, əsasən, sağ xoananı qapayan iri kələ-kötür toxuma aşkarlandı. Sizin ilkin diaqnoz nədir?
A) Polipoz rinosinusit
B) Kəllə əsası angiofibroması
C) Heç biri
D) Xoanal polip
E) Burun boşluğu angioması
Ədəbiyyat: В.Т. Пальчун, А.И.Крюков «Оториноларингология»: Руководство для врачей. М.: Медицина, 2001 стр. 525-527
547) Kaldvel-Lyuk əməliyyatı nədir?
A) Əng cibi boşluğuna köpək çüxurundan xarici giriş üsulu
B) Alın cibinin endonazal açılma üsulu
C) Xəlbir sümüyü hüceyrələrinə gözün daxili bucağından xarici giriş üsulu
D) Heç biri
E) Əsas cibin ön divarının açılması üçün endonazal giriş üsulu
Ədəbiyyat: В.Т. Пальчун, А.И.Крюков «Оториноларингология»: Руководство для врачей. М.: Медицина, 2001 стр. 233
548) Burun tənəffüsünün çətinləşməsindən əziyyət çəkən xəstənin müayinəsi zamanı burun-udlaqda xoananı bağlayan dairəvi, elastik törəmə aşkar olundu. Sizin ilkin diaqnoz nədir?
A) Kəllə əsası angiofibroması
B) Burun boşluğu angioması
C) Adenoid
D) Beyin yırtığı
E) Xoanal polip
Ədəbiyyat: В.Т. Пальчун, А.И.Крюков «Оториноларингология»: Руководство для врачей. М.: Медицина, 2001 стр. 243-244
549) Xəstə baş ağrılarından əziyyət çəkir. Axırıncı residiv özünü ağrıların ənsəyə irradiasiyası ilə göstərmişdi. Müayinə zamanı xoananın yuxarı kənarından irinli ifrazat aşkar olundu. İlkin diaqnoz nədir?
A) Pansinusit
B) İrinli haymorit
C) İrinli etmoidit
D) İrinli sfenoidit
E) İrinli frontit
Ədəbiyyat: В.Т. Пальчун, А.И.Крюков «Оториноларингология»: Руководство для врачей. М.: Медицина, 2001 стр. 245-247
550) Xəstənin yeganə şikayəti burunda görünən hər hansı bir dəyişiklik olmadan alın nahiyəsində asta proqressivləşən lokal ağrıdandır. Hansı xəstəliyi istisna etmək lazımdır?
A) Üçlü sinirin nevralgiyası
B) Alın cibi osteoması
C) Mukosele
D) Frontit
E) Hamısı
Ədəbiyyat: В.Т. Пальчун, А.И.Крюков «Оториноларингология»: Руководство для врачей. М.: Медицина, 2001 стр. 527
Udlağın klinikası
551) Udlağın selikli qişasının kəskin iltihabı hansıdır?
A) Angina
B) Kəskin faringit
C) Xroniki faringit
D) Heç biri
E) Kəskin laringit
Ədəbiyyat: В.Т. Пальчун, А.И.Крюков «Оториноларингология»: Руководство для врачей. М.: Медицина, 2001 стр. 38-45
552) Damaq badamcıqlarının selikli qişasının səthi hiperemik olub, lakunaların ağzı sarımtıl ərplə örtülmüşdür.Fibrinoz ərp bir-birilə birləşərək badamcıq səthinin böyük bir hissəsini tutmuşdur, lakin sərhəddən kənara çıxmamışdır.Ərp şpatel vasitəsi ilə asanlıqla silinir.Bu əlamətlər anginaların hansı növü üçün xarakterdir?
A) Herpetik angina
B) Əsnək difteriyası
C) Lakunar angina
D) Follikulyar angina
E) Kataral angina
Ədəbiyyat: В.Т. Пальчун, А.И.Крюков «Оториноларингология»: Руководство для врачей. М.: Медицина, 2001 стр. 264-277
553) Aşağıdakı bəndlərdən hansı B.S.Preobrajenskinin təsnifatına əsasən banal anginalar sırasına aid deyil?
A) Heç biri
B) Fleqmanoz
C) Kataral
D) Follikulyar
E) Lakunar
Ədəbiyyat: В.Т. Пальчун, А.И.Крюков «Оториноларингология»: Руководство для врачей. М.: Медицина, 2001 стр. 264-277
554) Aşağıdakilardan hansı banal anginalar üçün xarakterikdir?
A) Kliniki-patoloji dəyişikliklər yalnız bir damaq badamcığında olur
B) Etiologiyasında ilkin faktor olaraq bakterial və virus infeksiyası durmur
C) İltihabi prosesin gediş müddəti 7 gündən artıq olmur
D) Ümumi intoksikasiya əlamətləri olmur
E) Paratonzilyar abses əmələ gəlmir
Ədəbiyyat: В.Т. Пальчун, А.И.Крюков «Оториноларингология»: Руководство для врачей. М.: Медицина, 2001 стр. 264-277
555) Ağız boşluğunun iyəbənzər çöpü (B. fusiformis) və yanaq spiroxetinin
(Spirochaeta buccalis) simbiozu ilə törədilən angina hansıdır ?
A) Simanovski-Vensen
B) Follikulyar
C) Lakunar
D) Lyudviq
E) Herpetik
Ədəbiyyat: В.Т. Пальчун, А.И.Крюков «Оториноларингология»: Руководство для врачей. М.: Медицина, 2001 стр. 264-277
556) Damaq badamcığının, adətən, yuxarı qütbündə, çürüntülü iyə malik , üzəri yaşılımtıl ərplə örtülmüş, kicik, səthi xoraların əmələ gəlməsi aşağıdakı xəstəliklərdən hansı ücün xarakterdir?
A) Lyudviq anginası
B) Sadalananların hamısı
C) Heç biri
D) Simanovski-Vensen
E) Əsnək difteriyası
Ədəbiyyat: В.Т. Пальчун, А.И.Крюков «Оториноларингология»: Руководство для врачей. М.: Медицина, 2001 стр. 264-292
557) Kliniki- morfoloji dəyişikliklərə əsasən paratonzillitin neçə forması ayırd edilir ?
A) 4
B) 2
C) 5
D) 3
E) 1
Ədəbiyyat: В.Т. Пальчун, А.И.Крюков «Оториноларингология»: Руководство для врачей. М.: Медицина, 2001 стр. 279-281
558) Lokalizasiyasına görə paratonzillitin ən çox rast gəlinən forması hansıdır?
A) Arxa lokalizasiya (badamcıqarxası)
B) Aşağı lokalizasiya (badamcıqaltı)
C) Sadalananların hamısı
D) Lateral lokalizasiya (badamcıqyanı)
E) Supratonzilyar (badamcıqüstü)
Ədəbiyyat: В.Т. Пальчун, А.И.Крюков «Оториноларингология»: Руководство для врачей. М.: Медицина, 2001 стр. 279-282
559) Paratonzillitin hansi mərhələsində,əsasən,iltihab əleyhinə müalicə tətbiq edilir?
A) Absesləşmə
B) Ödemli
C) İnfiltrativ
D) Sadalananların heç biri
E) Ödemli və infiltrativ
Ədəbiyyat: В.Т. Пальчун, А.И.Крюков «Оториноларингология»: Руководство для врачей. М.: Медицина, 2001 стр. 282-285
560) Xroniki faringitin hansı növləri ayırd edilir ?
A) Seroz, irinli,atrofik
B) Kataral, hipertrofik, atrofik
C) Hipertrofik, atrofik, irinli
D) Kataral, irinli, hipertrofik
E) Seroz, hipertrofik, atrofik
Ədəbiyyat: В.Т. Пальчун, А.И.Крюков «Оториноларингология»: Руководство для врачей. М.: Медицина, 2001 стр. 260-264
561) Boğazda quruluq hissi, udqunmada çətinlik, bəzən ağızdan xoşagəlməz qoxunun olması xroniki faringitin hansı forması üçün xarakterdir?
A) Kataral
B) Seroz
C) Hipertrofik
D) Hamısı
E) Atrofik
Ədəbiyyat: В.Т. Пальчун, А.И.Крюков «Оториноларингология»: Руководство для врачей. М.: Медицина, 2001 стр.260-264
562) Qize əlaməti hansıdır ?
A) Ön qövslərin infiltrasiyası və hiperplaziyası
B) Ön qövslərin ödemli olması
C) Regionar limfa düyünlərinin böyüməsi
D) Sadalananların heç biri
E) Ön qövslərin kənarının dayanıqlı hiperemiyası
Ədəbiyyat: В.Т. Пальчун, А.И.Крюков «Оториноларингология»: Руководство для врачей. М.: Медицина, 2001 стр. 293-301
563) Aşağıdakı bəndlərdən hansı xroniki tonzillitin yerli əlamətlərinə aid deyil ?
A) Ön qövslərin kənarının dayanıqlı hiperemiyası
B) Ön qövslərin kənarının infiltrasiyası
C) Lakunalarda kazeoz tıxaclar
D) Qövslərin yuxarı hissəsinin ödemi
E) Dilin ərpli olması
Ədəbiyyat: В.Т. Пальчун, А.И.Крюков «Оториноларингология»: Руководство для врачей. М.: Медицина, 2001 стр. 293-302
564) Burun-udlaq badamcığının kəskin iltihabı necə adlanır ?
A) Paratonzillit
B) Kəskin faringit
C) Adenofaringit
D) Adenoidit
E) Adenoid vegetasiyası
Ədəbiyyat: В.Т. Пальчун, А.И.Крюков «Оториноларингология»: Руководство для врачей. М.:Медицина, 2001 стр. 315-319
565) Adenoid vegetasiyası, daha çox, hansı mərhələdə cərrahi əməliyyata göstərişdir?
A) Hamısı
B) I
C) I – II
D) II
E) III – IV
Ədəbiyyat: В.Т. Пальчун, А.И.Крюков «Оториноларингология»: Руководство для врачей. М.: Медицина, 2001 стр.315-319
566) Udlağın bədxassəli şişi aşağıdakilardan hansıdır?
A) Angioma
B) Limfoepitelioma
C) Heç biri
D) Papilloma
E) Yuvenil angifibroma
Ədəbiyyat: В.Т. Пальчун, А.И.Крюков «Оториноларингология»: Руководство для врачей. М.: Медицина, 2001 стр. 539-540
567) B.S.Preobranjenskinin təsnifatına əsasən banal anginalara dair aşağıdakilardan hansı doğrudur?
A) Kataral, lakunar, follikulyar, fibrinoz,fleqmanoz
B) Kataral, follikulyar, lakunar, fibrinoz,fleqmanoz
C) Follikulyar, kataral, lakunar, fibrinoz,fleqmanoz
D) Lakunar, follikulyar, fibrinoz,fleqmanoz, kataral
E) Fibrinoz,fleqmanoz, kataral, lakunar, follikulyar
Ədəbiyyat: В.Т. Пальчун, А.И.Крюков «Оториноларингология»: Руководство для врачей. М.: Медицина, 2001 стр.267
568) Xroniki tonzillit zamanı aparılan konservativ müalicənin effektliliyi hansı faktorlarla qiymətləndirilir ?
A) Sadalananlarin hamısı
B) Anginaların kəskinləşməsinin sayının azalması və ya olmaması
C) Obyektiv əlamətlərin azalması və ya tamamilə itməsi
D) Anginaların kəskinləşməsinin sayının azalması və ya olmaması, obyektiv əlamətlərin azalması və ya tamamilə itməsi
E) Xroniki tonzillitin toksiko-allergik simptomlarının itməsi
Ədəbiyyat: В.Т. Пальчун, А.И.Крюков «Оториноларингология»: Руководство для врачей. М.: Медицина, 2001 стр. 303-307
Dostları ilə paylaş: |