Otorinolarinqologiya ixtisası üzrə test suallarının nümunələri Burun və burunətrafı ciblərin kliniki anatomiya və fiziologiyası


) Otogen leptomeningitin və beyin absesinin differensial diaqnostikasında hansı simptomlar ən önəmlidir?



Yüklə 1,37 Mb.
səhifə4/18
tarix09.02.2017
ölçüsü1,37 Mb.
#7937
1   2   3   4   5   6   7   8   9   ...   18

212) Otogen leptomeningitin və beyin absesinin differensial diaqnostikasında hansı simptomlar ən önəmlidir?

A) Simptomların hamısı

B) Yerli simptomlar

C) Ümumi simptomlar

D) Kerniq və Brudziski simptomları

E) Meninqeal simptomlar


Ədəbiyyat: Пальчун В.Т., Крюков А.И. «Оториноларингология» Руководство, М:. Медицина, 2001, стр.493
213) Kəllə əsasının travmatik sınıqları zamanı xarici qulaq keçəcəyində otoskopiya zamanı nə müşahidə olunur?

A) Xarici qulaq keçəcəyinin daralması

B) Xarici qulaq keçəcəyində qan

C) Xarici qulaq keçəcəyinin ödemi

D) Xarici qulaq keçəcəyində likvor

E) Xarici qulaq keçəcəyinin hematoması


Ədəbiyyat: Пальчун В.Т., Крюков А.И. «Оториноларингология» Руководство, М:. Медицина, 2001,стр.476

214) Gicgah sümüyünün travmatik sınıqları zamanı xarici qulaq keçəcəyində otoskopiya zamanı nə müşahidə olunur?

A) Xarici qulaq keçəcəyinin ödemi

B) Xarici qulaq keçəcəyində likvor

C) Xarici qulaq keçəcəyinin daralması

D) Xarici qulaq keçəcəyində qan

E) Xarici qulaq keçəcəyinin hematoması


Ədəbiyyat: Пальчун В.Т., Крюков А.И. «Оториноларингология» Руководство, М:. Медицина, 2001, стр.476
215) Yüngül dərəcəli kəllə-beyin travmaları zamanı eşitmə orqanında, adətən hansı dəyişikliklər baş verir?

A) Eşitmə səsi qəbuletmə və nəqletmə aparatlarıının pozulması tipində zəifləyir

B) Eşitmə səsi qəbuletmə aparatının pozulması tipində zəifləyir

C) Eşitmə səsi nəqletmə aparatının pozulması tipində zəifləyir

D) Qulaqlarda yalnız küy müşahidə olunur

E) Eşitmə funksiyası pozulmur


Ədəbiyyat: Пальчун В.Т., Крюков А.И. «Оториноларингология» Руководство, М:. Медицина, 2001, стр.476
216) Orta dərəcəli kəllə-beyin travmaları zamanı eşitmə orqanında, adətən, hansı dəyişikliklər baş verir?

A) Eşitmə səsi nəqletmə aparatının pozulması tipində zəifləyir

B) Eşitmə səsi qəbuletmə aparatının pozulması tipində zəifləyir

C) Eşitmə səsi qəbuletmə və nəqletmə aparatlarıının pozulması tipində zəifləyir

D) Eşitmə funksiyası pozulmur

E) Qulaqlarda yalnız küy müşahidə olunur


Ədəbiyyat: Пальчун В.Т., Крюков А.И. «Оториноларингология» Руководство, М:. Медицина, 2001, стр.476
217) Sensonevral ağıreşitmə zamani hansı tip timpanoqramma müşahidə edilir?

A) A tipi

B) As tipi

C) C tipi

D) Ad tipi

E) B tipi


Ədəbiyyat: Пальчун В.Т., Крюков А.И. «Оториноларингология» Руководство, М:. Медицина, 2001, стр.457
218) Ağır dərəcəli kəllə-beyin travmaları zamanı eşitmə orqanında, adətən, hansı dəyişikliklər baş verir?

A) Qulaqlarda yalnız küy müşahidə olunur

B) Eşitmə səsi qəbuletmə aparatının pozulması tipində zəifləyir

C) Eşitmə səsi nəqletmə aparatının pozulması tipində zəifləyir

D) Eşitmə funksiyası pozulmur

E) Eşitmə səsi qəbuletmə və nəqletmə aparatlarının pozulması tipində zəifləyir


Ədəbiyyat: Пальчун В.Т., Крюков А.И. «Оториноларингология» Руководство, М:. Медицина, 2001, стр.457
219) Qulağın travması zamanı təbil pərdəsinin hansı hissəsində adətən perforasiya müşahidə olunur?

A) Ön-yuxarı kvadrantda

B) Ön-aşağı kvadrantda

C) Arxa-aşağı kvadrantda

D) Arxa-yuxarı kvadrantda

E) Total perforasiya


Ədəbiyyat: Пальчун В.Т., Крюков А.И. «Оториноларингология» Руководство, М:. Медицина, 2001, стр.493
220) Antibiotiklərin hansı qrupu ototoksik sayılmır?

A) Makrolid qrupu

B) Penisillin qrupu

C) Sefalosporin qrupu

D) Qrupların hamısı

E) Aminoqlikozid qrupu


Ədəbiyyat: Пальчун В.Т., Крюков А.И. «Оториноларингология» Руководство, М:. Медицина, 2001, стр.457
221) Neyrosensor ağıreşitmənin müalicəsi və profilaktikasinda hansı dərman preperatları önəmlidir?

A) Beyin qan damarlarının mikrosirkulyasiyasını bərpaedici preparatlar

B) Neyroleptiklər

C) Vitaminlər

D) Hipotenziv preparatlar

E) Bioloji stimulyatorlar


Ədəbiyyat: Пальчун В.Т., Крюков А.И. «Оториноларингология» Руководство, М:. Медицина, 2001, стр.457
222) Neyrosensor ağıreşitmənin erkən formalarında əsas şikayət hansıdır?

A) Başgicəllənmə

B) Eşitmənin pozulması

C) Baş ağrısı

D) Qulaqda küy

E) Nitqin ayırdedilməsinin pozulması


Ədəbiyyat: Пальчун В.Т., Крюков А.И. «Оториноларингология» Руководство, М:. Медицина, 2001, стр.457
223) Qocalıqla əlaqədar ağıreşitmə (presbiacusis) zamanı audioloji müayinədə eşitmənin hansı tezlikdən azalması müşahidə olunur?

A) 6000 Hz

B) 4000 Hz

C) 8000 Hz

D) 2000 Hz

E) 1000 Hz


Ədəbiyyat: Пальчун В.Т., Крюков А.И. «Оториноларингология» Руководство, М:. Медицина, 2001, стр.457
224) Sol tərəfli kəskin neyrosensor ağıreşitmə zamanı kamertonal müayinədə hansı sınaq qeyd olunmur?

A) Şvabax sınağı solda qısalmışdır

B) Sümük keçiriciliyi dəyişmişdir

C) Weber sınağında səsin lateralizasiyası sol qulağadır

D) Rinne sınağı solda kiçik müsbətdir

E) Jelle sınağı solda müsbətdir


Ədəbiyyat: B. T. Пальчун, А.И. Крюков «Оториноларингология» М. «Медицина», 2001, стр. 147
225) Yarımdairəvi kanallarin hansıları nazik hissədə birləşib bir ayaqcıq yaradır?

A) Kanalların hamısı

B) Horizontal və Sagital

C) Kanalların heç biri

D) Sagital və Frontal

E) Horizontal və Frontal


Ədəbiyyat: Пальчун В.Т., Крюков А.И. «Оториноларингология» Руководство, М:. Медицина, 2001, стр.94
226) Kəskin tubootit zamanı hansı müalicə üsulunu aparmaq olar?

A) Kompleks şəkildə müalicələrin hamısını

B) Politser üsulu ilə üfürmə

C) Eşitmə borularının kateterizasiyası

D) Təbil pərdəsinin vibromassajı və pnevmomassajı

E) Ümumi dərman müalicəsi


Ədəbiyyat: Пальчун В.Т., Крюков А.И. «Оториноларингология» Руководство, М:. Медицина, 2001, стр.411
227) Xroniki tubootit zamanı hansı müalicə üsulunu aparmaq olar?

A) Eşitmə borularının kateterizasiyası

B) Politser üsulu ilə üfürmə

C) Ümumi dərman müalicəsi

D) Kompleks şəkildə müalicələrin hamısını

E) Təbil pərdəsinin vibromassajı və pnevmomassajı


Ədəbiyyat: Пальчун В.Т., Крюков А.И. «Оториноларингология» Руководство, М:. Медицина, 2001,стр.411

228) Kəskin orta otit zamanı hansı müalicə üsulunu aparmaq olar?

A) Eşitmə borularının kateterizasiyası

B) Kompleks şəkildə müalcələrin hamısını

C) Politser üsulu ilə üfürmə

D) Ümumi dərman müalicəsi

E) Təbil pərdəsinin vibromassajı və pnevmomassajı


Ədəbiyyat: Пальчун В.Т., Крюков А.И. «Оториноларингология» Руководство, М:. Медицина, 2001, стр.395
229) Xroniki orta otit (mezotimpanit remissiya fazasında) zamanı hansı müalicə üsulunu aparmaq olar?

A) Eşitmə borularının kateterizasiyası

B) Kompleks şəkildə müalcələrinin hamısını

C) Politser üsulu ilə üfürmə

D) Təbil pərdəsinin vibromassajı və pnevmomassajı

E) Ümumi medikamentoz müalicə


Ədəbiyyat: Пальчун В.Т., Крюков А.И. «Оториноларингология» Руководство, М:. Медицина, 2001, стр.428
230) Sol tərəfli kəskin neyrosensor ağıreşitmə zamanı kamertonal müayinədə hansı sınaq qeyd olunmur?

A) Jelle sınağı solda müsbətdir

B) Şvabax sınağı solda qısalmışdır

C) Weber sınağında səsin lateralizasiyası sağ qulağadır

D) Rinne sınağı solda mənfidir

E) Sümük keçiriciliyi dəyişmişdir


Ədəbiyyat: B. T. Пальчун, А.И. Крюков «Оториноларингология» М. «Медицина», 2001, стр. 147
231) Sol tərəfli kəskin neyrosensor ağıreşitmə zamanı kamertonal müayinədə hansı sınaq qeyd olunmur?

A) Rinne sınağı solda kiçik müsbətdir

B) Weber sınağında səsin lateralizasiyası sağ qulağadır

C) Sümük keçiriciliyi dəyişmişdir

D) Şvabax sınağı solda uzanmışdır

E) Jelle sınağı solda müsbətdir


Ədəbiyyat: B. T. Пальчун, А.И. Крюков «Оториноларингология» М. «Медицина», 2001, стр. 147
232) ÜST təsnifatına(2006-cı il) əsaslanaraq otomikozun hansı forması bu cərgəyə daxil olmur?

A) Qulaq seyvanının otomikozu

B) Təbil pərdəsinin otomikozu

C) Xroniki orta otit zamanı təbil boşluğunun otomikozu

D) Xarici qulaq keçəcəyinin otomikozu

E) Qulaqda radikal əməliyyatdan sonra yaranan otomikoz


Ədəbiyyat: Пальчун В.Т., Крюков А.И. «Оториноларингология» Руководство, М:. Медицина, 2001, стр.389
233) Santorin yarıqları xarici qulaq keçəcəyinin hansı divarında yerləşir?

A) Alt


B) Divarların hamısında dairəvi formada

C) Üst


D) Ön

E) Arxa
Ədəbiyyat: Пальчун В.Т., Крюков А.И. «Оториноларингология» Руководство, М:. Медицина, 2001, стр.80


234) Stapedoplastika əməliyyatı zamanı xarici qulaq keçəcəyinin hansı divarı görmə sahəsini tutur və əməliyyat gedişatında yonulur?

A) Üst


B) Divarların hamısı dairəvi formada

C) Ön


D) Alt

E) Arxa
Ədəbiyyat: Пальчун В.Т., Крюков А.И. «Оториноларингология» Руководство, М:. Медицина, 2001, стр.470


235) Otosklerozun cərrahi müalicəsində hansı əməliyyat üsulu ən effektiv sayılır və son illər tətbiq olunur?

A) Krurotomiya

B) Ossikuloplastika

C) Kruroektomiya

D) Stapedoplastika

E) Stapedoektomiya


Ədəbiyyat: Пальчун В.Т., Крюков А.И. «Оториноларингология» Руководство, М:. Медицина, 2001, стр.470
236) Stapedoplastika əməliyyatı zamanı hansı autoimplant oval pəncərəyə qoyulur?

A) Gicgah əzələsinin fassiyası

B) Selikli qişa

C) Ayaqdan vena

D) Qığırdağ

E) Dəri loskutu


Ədəbiyyat: Пальчун В.Т., Крюков А.И. «Оториноларингология» Руководство, М:. Медицина, 2001, стр.470
237) Titan protezləri, adətən, hansı otocərrahi əməliyyatda istifadə olunur?

A) Stapedoplastika

B) Ossikuloplastika

C) Stapedoektomiya

D) Timpanoplastika

E) Mirinqoplastika


Ədəbiyyat: Пальчун В.Т., Крюков А.И. «Оториноларингология» Руководство, М:. Медицина, 2001, стр.470
238) Təbil pərdəsinin perforasiyası zamanı hansı tip timpanoqramma müşahidə edilir?

A) As tipi

B) C tipi

C) Ad tipi

D) A tipi

E) B tipi


Ədəbiyyat: Пальчун В.Т., Крюков А.И. «Оториноларингология» Руководство, М:. Медицина, 2001, стр.428
239) Tubootit zamanı hansı tip timpanoqramma müşahidə edilir?

A) B tipi

B) As tipi

C) Ad tipi

D) A tipi

E) C tipi


Ədəbiyyat: Альтман Я.А., Таварткиладзе Г.А. «Руководство по аудиологии» Д М К пресс. Москва, 2003, стр. 188
240) Qulaq sümükcüklərinin hərəkətinin pozulması zamanı hansı tip timpanoqramma müşahidə edilir?

A) As tipi

B) A tipi

C) C tipi

D) Ad tipi

E) B tipi


Ədəbiyyat: Альтман Я.А., Таварткиладзе Г.А. «Руководство по аудиологии» Д М К пресс. Москва, 2003, стр. 188
241) Otoskleroz zamanı hansı tip timpanoqramma müşahidə edilir?

A) As tipi

B) A tipi

C) Ad tipi

D) C tipi

E) B tipi


Ədəbiyyat: Альтман Я.А., Таварткиладзе Г.А. «Руководство по аудиологии» Д М К пресс. Москва, 2003, стр. 188
242) Adheziv otit zamanı hansı tip timpanoqramma müşahidə edilir?

A) A tipi

B) As tipi

C) D tipi

D) C tipi

E) B tipi


Ədəbiyyat: Альтман Я.А., Таварткиладзе Г.А. «Руководство по аудиологии» Д М К пресс. Москва, 2003, стр. 188
243) “J.Jerger” timpanoqrammalarının ümumdünya təsnifatı neçənci ildə təstiq olunub?

A) 1969


B) 1968

C) 1975


D) 1959

E) 1970
Ədəbiyyat: Альтман Я.А., Таварткиладзе Г.А. «Руководство по аудиологии» Д М К пресс. Москва, 2003, стр. 188



244) Səs və küyün havada yayılmasının sürəti neçə metr/saat olur?

A) 420 m/s

B) 332 m/s

C) 565 m/s

D) 623 m/s

E) 778 m/s


Ədəbiyyat: Альтман Я.А., Таварткиладзе Г.А. «Руководство по аудиологии» Д М К пресс. Москва, 2003,стр. 17
245) Səs və küyün suda yayılmasının sürəti neçə metr/saat olur?

A) 1650 m/s

B) 1350 m/s

C) 1550 m/s

D) 1250 m/s

E) 1450 m/s


Ədəbiyyat: Альтман Я.А., Таварткиладзе Г.А. «Руководство по аудиологии» Д М К пресс. Москва, 2003, стр. 17
246) Ototopika termini nə deməkdir?

A) Səsin gücünü ayırd etmək qabiliyyəti

B) Səsin sürətini ayırd etmək qabiliyyəti

C) Səsin tembrını ayırd etmək qabiliyyəti

D) Səsin istiqamətini ayırd etmək qabiliyyəti

E) Səsin tezliyini ayırd etmək qabiliyyəti


Ədəbiyyat: Альтман Я.А., Таварткиладзе Г.А. «Руководство по аудиологии» Д М К пресс.Москва, 2003, стр. 17


247) Təbil boşluğunun hansı divarında adətən degistensiyalar müşahidə olunur?

A) Arxa


B) Ön

C) Üst


D) Bütün divarlarda

E) Alt
Ədəbiyyat: Альтман Я.А., Таварткиладзе Г.А. «Руководство по аудиологии» Д М К пресс. Москва, 2003, стр. 34


248) Xarici qulaq keçəcəyinin hansı divarının yaxınlığında üz siniri yerləşir?

A) Üst


B) Ön

C) Alt-arxa

D) Alt

E) Arxa
Ədəbiyyat: Альтман Я.А., Таварткиладзе Г.А. «Руководство по аудиологии» Д М К пресс. Москва, 2003, стр. 34


249) Qulaq seyvanının anadangəlmə qüsurları hansılardır?

A) Ageneziya

B) Mikrotiya

C) Anotiya

D) Hipogeneziya

E) Hamısı


Ədəbiyyat: Пальчун В.Т., Крюков А.И. «Оториноларингология» Руководство, М:. Медицина, 2001, стр.488
250) Atreziya zamanı xarici qulaq keçəcəyində hansı yığıntı müşahidə olunur?

A) Qıqırdağ

B) Maye

C) Dəri


D) Sümük

E) Əzələ
Ədəbiyyat: Пальчун В.Т., Крюков А.И. «Оториноларингология» Руководство, М:. Медицина, 2001, стр.488


251) Təbil boşluğunun lateral divarını təbil pərdəsi təşkil edirmi?

A) Təşkil etmir

B) Yalnız lateral divarının üst hissəsini təşkil edir

C) Yalnız lateral divarının alt hissəsini təşkil edir

D) Yalnız lateral divarının mərkəzi hissəsini təşkil edir

E) Təşkil edir


Ədəbiyyat: Пальчун В.Т., Крюков А.И. «Оториноларингология» Руководство, М:. Медицина, 2001, стр.84
252) Təbil boşluğunun dəqiq həcmi neçə kub sm. olur?

A) 1.0


B) 2,0

C) 1,5


D) 2,5

E) 0.5
Ədəbiyyat: Пальчун В.Т., Крюков А.И. «Оториноларингология» Руководство, М:. Медицина, 2001, стр.84


253) Üz sinirinin balışı (prominentia canalis fasialis) təbil boşluğunun hansı divarında yerləşir?

A) Arxa


B) Alt

C) Üst


D) Medial

E) Ön
Ədəbiyyat: Пальчун В.Т., Крюков А.И. «Оториноларингология» Руководство, М:. Медицина, 2001, стр.87


254) Korti orqanı ilbizin hansı hissəsində yerləşir?

A) Scala Tympani

B) Canalis semicircularis

C) Scala vestibuli

D) Ductus cochlearis

E) Vestibulum


Ədəbiyyat: Пальчун В.Т., Крюков А.И. «Оториноларингология» Руководство, М:. Медицина, 2001, стр.97
255) Təbil boşluğunun üst divarı kəllənin hansı çuxuru ilə həmsərhəddir?

A) Ön və orta kəllə çuxuru ilə

B) Arxa kəllə çuxuru ilə

C) Ön kəllə çuxuru ilə

D) Orta və arxa kəllə çuxuru ilə

E) Orta kəllə çuxuru ilə


Ədəbiyyat: Пальчун В.Т., Крюков А.И. «Оториноларингология» Руководство, М:. Медицина, 2001, стр.85
256) İlbizin bazilyar membranı hansı funksiya daşıyır?

A) Səs qəbuletmə

B) Okulomotor reaksiyaların yerinə yetirilməsi

C) Vestibulosomatik reaksiyaların yetirilməsi

D) Vestibulovegetativ reaksiyaların yerinə yetirilməsi

E) Səs keçirmə


Ədəbiyyat: Пальчун В.Т., Крюков А.И. «Оториноларингология» Руководство, М:. Медицина, 2001, стр.94
257) İlbizin Reysner membranı hansı funksiya daşıyır?

A) Səs qəbuletmə

B) Vestibulosomatik reaksiyaların yetirilməsi

C) Səs keçirmə

D) Vestibulovegetativ reaksiyaların yerinə yetirilməsi

E) Okulomotor reaksiyaların yerinə yetirilməsi


Ədəbiyyat: Пальчун В.Т., Крюков А.И. «Оториноларингология» Руководство, М:. Медицина, 2001, стр.94
258) Kəllə-beyin sinirlərinin hansı cütü eşitmə siniridir?

A) VI


B) VII

C) IX


D) VIII

E) X
Ədəbiyyat: Пальчун В.Т., Крюков А.И. «Оториноларингология» Руководство, М:. Медицина, 2001, стр.94


259) Eşitmə sinirinin nevrinomasının 1-ci mərhələsində hansı simptom olmur?

A) Birtərəfli korneal refleksin azalması

B) Birtərəfli ağıreşitə və karlıq

C) Horizontal nistaqm

D) Birtərəfli şiddətli qulaq ağrıları

E) Qulaqda küy


Ədəbiyyat: Пальчун В.Т., Крюков А.И. «Оториноларингология» Руководство, М:. Медицина, 2001, стр.534
260) Vestibulyar analizatorun reaksiyalarına mərkəzi sinir sisteminin hansı rabitəsi aid deyil?

A) Vestibulokortikal

B) Vestibulovegetativ

C) Vestibulospinal

D) Vestibulokoxlear

E) Vestibulookulomotor


Ədəbiyyat: Пальчун В.Т., Крюков А.И. «Оториноларингология» Руководство, М:. Медицина, 2001, стр.446
261) Daxili qulağın qan dövranının xüsusiyyətlərinə xas olmayanı hansıdır?

A) r. aa. Labyrintis anastamozları yoxdur

B) Reisner membranasının kapillyarları yoxdur

C) Korti orqanının yalnız bir sinir şaxəsi var.

D) Yarımdairəvi kanalların yalnız bir sinir şaxəsi var

E) Hüceyrələrin afferent və efferent innervasiyası var


Ədəbiyyat: Пальчун В.Т., Крюков А.И. «Оториноларингология» Руководство, М:. Медицина, 2001, стр.94
262) VIII vestibulo-koxlear sinirin neçə neyronları var?

A) II


B) IV

C) V


D) I

E) III
Ədəbiyyat: Пальчун В.Т., Крюков А.И. «Оториноларингология» Руководство, М:. Медицина, 2001, стр.94


263) Xarici qulağın rezonans tezliyi neçədir?

A) 3 kHz


B) 10 kHz

C) 5 kHz


D) 7 kHz

E) 1 kHz
Ədəbiyyat: Пальчун В.Т., Крюков А.И. «Оториноларингология» Руководство, М:. Медицина, 2001, стр.105


264) Təbil pərdəsi səsin gücünü neçə dB gücləndirir?

A) 10-12 dB

B) 12-14 dB

C) 16-18 dB

D) 14-16 dB

E) 18-20 dB


Ədəbiyyat: Пальчун В.Т., Крюков А.И. «Оториноларингология» Руководство, М:. Медицина, 2001, стр.105.
265) Təbil pərdəsinin impedansı adətən neçə kHz gücündə olur?

A) 3,3 kHz

B) 5,1 kHz

C) 5,7 kHz

D) 0,8 kHz

E) 2,4 kHz


Ədəbiyyat: Пальчун В.Т., Крюков А.И. «Оториноларингология» Руководство, М:. Медицина, 2001, стр.105
266) Təbil pərdəsinin ümumi sahəsi nə qədərdir?

A) 65 kv.mm

B) 95 kv.mm

C) 55 kv.mm

D) 75 kv.mm

E) 85 kv.mm


Ədəbiyyat: Пальчун В.Т., Крюков А.И. «Оториноларингология» Руководство, М:. Медицина, 2001, стр.84
267) Oval pəncərənin ümumi sahəsi nə qədərdir?

A) 6,2 kv.mm

B) 5,3 kv.mm

C) 3,2 kv.mm

D) 7,0 kv.mm

E) 4,2 kv.mm


Ədəbiyyat: Пальчун В.Т., Крюков А.И. «Оториноларингология» Руководство, М:. Медицина, 2001,стр.94

268) Vestibulyar reaksiyaların neçə tipi var?

A) 4 tip


B) 6 tip

C) 7 tip


D) 5 tip

E) 2 tip
Ədəbiyyat: Пальчун В.Т., Крюков А.И. «Оториноларингология» Руководство, М:. Медицина, 2001, стр.120


269) Rinne sınağının müsbət nəticəsində hava keçiriciliyi sümükdən neçə dəfə artıq olmalıdır?

A) 4


B) 1,5-2

C) 3-3,5


D) 2,5-3

E) 2-2,5
Ədəbiyyat: Пальчун В.Т., Крюков А.И. «Оториноларингология» Руководство, М:. Медицина, 2001, стр.146


270) Otolit sınağından sonra somatik reaksiyalar neçə dərəcəli olur?

A) 5 dərəcə

B) 2 dərəcə

C) 3dərəcə

D) 4 dərəcə

E) 6 dərəcə


Ədəbiyyat: Пальчун В.Т., Крюков А.И. «Оториноларингология» Руководство, М:. Медицина, 2001,стр.154

271) Kəskin orta otitlərin gedişatının neçə mərhələsi var?

A) 2 mərhələ

B) 3 mərhələ

C) 6 mərhələ

D) 4 mərhələ

E) 5 mərhələ


Ədəbiyyat: Пальчун В.Т., Крюков А.И. «Оториноларингология» Руководство, М:. Медицина, 2001, стр.397
272) Labirintitlərin neçə forması var?

A) 4 forma

B) 2 forma

C) 3 forma

D) 6 forma

E) 5 forma


Ədəbiyyat: Пальчун В.Т., Крюков А.И. «Оториноларингология» Руководство, М:. Медицина, 2001, стр.450
273) Eşitmə orqanının protezləşdirilməsinin əsas şərti hansıdır?

A) Səs qəbuletmənin nitq zonasında 90-100 dB arasında olması

B) Səs qəbuletmənin nitq zonasında 80-90 dB arasında olması

C) Səs qəbuletmənin nitq zonasında 20-30 dB arasında olması

D) Səs qəbuletmənin nitq zonasında 40-80 dB arasında olması

E) Səs qəbuletmənin nitq zonasında 30-40 dB arasında olması


Ədəbiyyat: Пальчун В.Т., Крюков А.И. «Оториноларингология» Руководство, М:. Медицина, 2001, стр.490
274) Eşitmə aparatının effektliliyi istifadəyə başladıqdan hansı müddət sonra qiymətləndirilməlidir?

A) 3 həftə

B) 1 həftə

C) 2 həftə

D) 4 həftə

E) 6 həftə


Ədəbiyyat: Пальчун В.Т., Крюков А.И. «Оториноларингология» Руководство, М:. Медицина, 2001, стр.490
275) Qarışıq tip ağıreşitmənin diaqnostikasında kamertonal sınaqlardan ən məlumatlısı hansıdır?

A) Veber sınaqı

B) Binq sınağı

C) Jele sınaqı

D) Şvabax sınağı

E) Rinne sınağı


Ədəbiyyat: Пальчун В.Т., Крюков А.И. «Оториноларингология» Руководство, М:. Медицина, 2001,стр.147
276) Hansı anatomik hissələr xarici qulağı təşkil edir?

A) Xarici qulaq keçəcəyi, təbil pərdəsi

B) Qulaq seyvanı, xarici qulaq keçəcəyi,təbil pərdəsi

C) Qulaq seyvanı, xarici qulaq keçəcəyi, təbil pərdəsi, məməvari çıxıntı

D) Qulaq seyvanı, xarici qulaq keçəcəyi

E) Xarici qulaq keçəcəyi, məməvari çıxıntı


Ədəbiyyat: Пальчун В.Т., Крюков А.И. «Оториноларингология»: Руководство, М:.Медицина, 2001, стр.77
277) Qulaq seyvanı əsasının tərkibi nədir?

A) Qığırdağ

B) Əzələ

C) Vətər


D) Sümük

E) Qarışıq


Ədəbiyyat: Пальчун В.Т., Крюков А.И. «Оториноларингология» Руководство, М:. Медицина, 2001, стр.78-79
278) Xarici qulaq keçəcəyinin hansı divarında “traqus” yerləşir?

A) Ön


B) Arxa-yuxarı

C) Aşağı


D) Arxa

E) Üst
Ədəbiyyat: Пальчун В.Т., Крюков А.И. «Оториноларингология» Руководство, М:. Медицина, 2001, стр.80-81


279) Qulaq seyvanını hansı arteriyalar qıdalandırır?

A) A. Vertebralis

B) Heç biri

C) A. Basilaris

D) A. Carotis eksterna

E) A. Carotis interna


Ədəbiyyat: Пальчун В.Т., Крюков А.И. «Оториноларингология» Руководство, М:. Медицина, 2001, стр.81
280) Qulaq seyvanının venaları hansı ümumi venaya daxil olur?

A) V. Yugularis externa

B) V. Yugularis interna

C) Heç biri

D) V. Facialis

E) V. Palatina


Ədəbiyyat: Пальчун В.Т., Крюков А.И. «Оториноларингология» Руководство, М:. Медицина, 2001, стр.82
Yüklə 1,37 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   18




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin